Uşaqkən bilməzdim dünyada nə var, Sinəmdə yatırmış min-min arzular. Bilmirdim yağacaq saçlarıma qar, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyanın vəfası yoxdu əzəldən, Mən də ilham aldım bir şux gözəldən. Heyif ki, cavanlıq tez çıxdı əldən, Ömrüm xatirəyə dönəcək bir gün.
İnsan da çiçəktək açılıb solur, Buludtək hərdən də boşalıb dolur. Dünyadan köçəndə xatirə qalır, Ömrüm xatirəyə dönəcək bir gün.
Dünyada olmasın heç vaxt nəsh illər, Dolanacaq aylar, illər, fəsillər. Məni oxuyacaq gələn nəsillər, Mənim də həyatım sönəcək bir gün, Ömrüm xatirəyə dönəcək bir gün.
Fəlsəfə və folklor, çox vaxt fərqli səltənətlər kimi zəngin və dərin şəkildə bir-birinə qarışır. Hər iki sahə insan varlığına, etikasına və reallığın təbiətinə dair fikirlər təklif edir, baxmayaraq ki, onların metodları və ifadələri əhəmiyyətli dərəcədə fərqlidir.Mif əfsanələri və ənənəvi hekayələri əhatə edən folklor, icmaların paylaşılan dəyərlər qorxularını və istəklərini ifadə etdiyi bir mədəni kətan təqdim edir. Bunlar çox vaxt həyat və əxlaqla bağlı fundamental suallara cavab verən dərin fəlsəfi əsaslar daşıyır. Məsələn, Günəşə çox yaxın uçan İkarın nağılı, şöhrətpərəstlik və qürur mövzularını araşdırır, insan səylərinin hüdudları haqqında fəlsəfi müzakirələrlə səsləşir. Fəlsəfə həqiqət və hikmət axtarışında mürəkkəb ideyaları təsvir etmək üçün tez-tez folklordan istifadə edir, Qərb fəlsəfəsinin təməl daşı olan Platonun “Mağara” alleqoriyası mahiyyətcə qavrayış və reallıq haqqında dərin fikirlər çatdıran mifdir. Eynilə, Şərq filosofları da karma və maariflənmənin təbiəti kimi anlayışları aydınlaşdırmaq üçün çox vaxt folkloru ilə fəlsəfəni birləşdirmişlər. Fəlsəfə və folklor arasındakı qarşılıqlı əlaqə, hər birinin digər fəlsəfi fikirlərin tez-tez folklora nüfuz etməsində, nəsildən-nəslə ötürülən hekayələrin əxlaqi və etik quruluşunu incə şəkildə formalaşdırmaqda aydın görünür. Müxtəlif mədəniyyətlərin folklorunda rast gəlinən fəlsəfi düşüncələri nəzərdən keçirsək, Afrika miflərində “Hörümçək Anansinin nağılı” hiyləgər nağılları, məsələn, əxlaqın təbiəti və insan davranışı haqqında düşünməyə vadar edən hiyləgərlik, hiylə və ədalət mövzularını araşdırır, Türk folklorunda da ağac kultunun həyat ağacını, dünyanın və insanın varoluşunu sorğuladır. Fəlsəfə ilə folklor arasındakı bu sinerji müasir dövrdə də müşahidə oluna bilər. Rəssamlar və hekayəçilər müasir problemləri araşdırmaq üçün qədim miflərdən istifadə etməyə davam edirlər. Dinləyicilər tərəfindən rezonans doğuran müəyyən bir “folklor” albomu kimi, bu hekayələr zamansız duyğuları və universal həqiqətləri əks etdirir. Bu dinamik qarşılıqlı əlaqə vasitəsilə fəlsəfə və folklor kollektiv şəkildə insan təcrübəsi haqqında anlayışımızı zənginləşdirir. Onlar bizə xatırladırlar ki, müdriklik həm fəlsəfi tədqiqatın analitik ciddiliyində, həm də folklor ənənəsinin təxəyyül dərinliyində tapıla bilər. Nəhayət deyə bilərik ki, bu iki səltənətin birləşməsi sonsuz bir həqiqəti vurğulayır: miflər və ideyalar məna axtarışımız üçün vacibdir.
Avqustun 10 da Sumqayıtda qohumlarımın qonağı idim. Dünyaya təzə gəlmiş nəvəm Toğrul bəyin tədbiri idi. Babası Elşad müəllim qurban kəsmişdi Sevincimizin həddi hüdudu yox idi. Gecə saat 23 30da telefonuma zəng gəldi. Zəng edən AYB nin və AJB nın üzvü, Yurd jurnalının şöbə müdiri PÜSTƏ xanım idi.
– Salam Qalib müəllim, necəsiniz?
– Salam Püstə xanım. Yaxşıyam, siz necəsiniz
– Təşəkkür edirəm, yaxşılıqdır. Bağışlayın ki, sizi bu vaxt narahat edirəm. Şuşaya sabah səfərimiz var, Balayar müəllim sizin getməyinizi məsləhət bildi. Mən tutuldum, axı, Şuşaya getmək mənim ən böyük arzum idi. Mən :
– Püstə xanım axı mən hazır deyıləm, necə gedim? -Balayar müəllim Sizin getməyinizi bildirib. Yolun xərci ödənilib. Səhər saat 5 də 20 yanvar metrosunun çıxışında gözləyin, şəxsiyyət vəsiqəsini unutmayın Sevinc sevincə qarışdı, uçmağa qanadım yox idi. Nə isə Sumqayıtdan gecə yarısı qayıtdıq. Gecə namazını və sübh namazını qıldım, bir tikə çörək yeyib 20 yanvar stansiyasına getdim. Deyilən ünvanda məni “Həkəri ” qəzetinin baş redaktoru şair Rauf İlyasoğlu və Solmaz xanım adlı qazi xanım qarşıladı. Qazi xanım Rauf müəllimə öz döyüş tarixini danışırdı. Ermənilərə təslim olmamaq üçün özünü Ağdam döyüşlərində sıldırım qayadan atan bu cəsur xanım,22 yaşlı gözəl qızı ilə gəlmişdi. Bir azdan müqəddəs Şuşaya yollanacaq “Sprinter” markalı mikroavtobus göründü. Püstə xanım və bacısı Sədaqət xanım avtobusda idilər. Səfərə gedəcək adamlar 05 30 a qədər yığıldı. Səfərə gedənlərin arasında xeyriyyəçi Hacı İntiqam Atayev də var idi. 05 35 də” Sprinter “markalı avtobusumuz müqəddəs Şuşa istiqamətinə hərəkət etməyə başladı. Qrupun rəhbəri gözəl insan kimi yaddaşıma həkk olan Bəxtiyar Rzayev idi. Bir neçə saatdan sonra Sprinterimiz Kürdəmirdə “Uğur ” otel- restoranının qarşısında dayandı. Səhər yeməyini yedikdən sonra,Püstə xanım “Uğur market ” dən böyük bir tort aldı, düzü ağlıma heç nə gəlmədi. Yenidən yola çıxdıq. Bərdədə inzibati yoxlama postundan keçdikdən sonra Sprinterimiz müqəddəs Qarabağ torpaqlarını öpməyə başladı. Nəhayət gəlib Şuşaya yetişdik. ” İsa bulağı” nın buz kimi suyundan içən hər kəs, şəhidlərimizin müqəddəs ruhuna rəhmət oxudu. Birdən telefonuma zəng gəldi. Ekranda çox hörmətli şairə bacım Adilə Nəzərin adı göründü. Telefonu açdım. Adilə Nəzər xanım məni təbrik etdi. Sən bu səfərə çoxdan layiq idin. Uğurlar dilədi. Sevincimin həddi hüdudu yox idi. “Cıdır ” düzünə qalxdıq. Birdən qazi Solmaz xanım bizdən aralanıb ağlaya ağlaya sıldırım qayaları öpməyə başladı. Daşların üstündə şəhidlərimizin mübarək qan izləri var idi. Qrupumuzda olan iki şəhid xanımı da ağlamağa başladılar. Rauf İlyasoğlu üzünü məğrur qayalara tutub yazdığı” şəhidim ” şerini söyləməyə başladı. Bəxtiyar Rzayev mənə, Qalib müəllim neçə ildir qrup rəhbəriyəm, hələ belə vətənpərvər insanlara rast gəlməmişəm Bu arada Qrup üzvlərindən bir nəfər mənə konfetə bənzər ürək dərmanı verdi, sizin ürəyinizdə problem var, bu dərmanı qəbul edin. Bu gözəl insan həkim Ağagül həkim idi. O, bu səfərə öz həkim həyat yoldaşı Məhsəti həkimlə gəlmişdi.Məhsəti xanım qardaşı şair Rəhman Babaxanlının “Şuşa” şerini üz tutub əzəmətli Şuşa dağlarına oxuyurdu. Cıdır düzündən Şuşa məscidinə getdik. Zöhr namazı yetişdiyindən namaz qılan yoldaşlar Şuşa məscidində namaz qıldılar. Məsciddən çıxıb Qarabağ xanı ibrahimxəlil xanın vəziri şair Vaqifin məqbərisini ziyarət etdik. Burda məqbərəyə girməmiş İlyas müəllim Vaqifə həsr etdiyi şerini söylədi. Məqbərəyə daxil olub şəkil çəkdirdik. Sonra Sprinterimiz bizi “Qala qapısı”na gətirdi.” Qala qapıs”ını ziyarət etdikdən sonra, qalanın kənarındakı cığırla Xan qızı Natəvanın çəkdirdiyi “Xan qızı” bulağından doya doya su içdik. Bir az aralıda Üzeyir Hacıbəyovun, Xurşibanu Natəvanın, Bülbülün büstlərini ziyarət etdik. Mən Xan qızı Natəvanın əllərindən öpdüm. Ona,haqqında yazdığım Xan qızı Natəvan kitabımdan danışdım. Üzeyir bəyə və Bülbülə isə bu gün torpağa tapşırılacaq olan Göyçayın ziyalısı, Azərbaycan musiqisinə öz töhvəsini verən tarzən Rövşən Zamanovun ruhunun onların ruhlarına qovuşduğunu çatdırdım. Birlikdə xatirə şəkilləri çəkdirdik. Qrup rəhbərimiz səfərimizin sona çatdığını söylədi. Sprinterimiz yenidən yola çıxdı. Xankəndinə gedən yolda dağların ətəyində otlayan yanında dayçası olan gözəl bir at gördüm. Bu arada yadıma ustad şairimiz Yusif Nəğməkar ın bu şeri düşdü.
Bədöy köhlən ayağının Uçmağa qatlanmağı var. Bəslə ki, day oyağını, Ruhin da atlanmağı var…
Qayalar bələklərimdir, Olumum çoxda tək olub… Kişnəyən diləklərimdir; Səsim dağlara həkk olub.
Ürək döyüntüm-şəlalə, Nəbzim-bulaq çıppıltısı… Yal-yamac getmiş xəyalə, Oyadar nal tappıltısı…
Saat 16 00da Sprinterimiz bizi Xankəndinə gətirdi. Şəhər boş idi. Küçələrdə ziyarətçilərin şəkil çəkdirməkləri adamı sevindirirdi. Park ziyarəçilərlə dolu idi. Sprinterimiz ” Xan mat ” restoranının qarşısında dayandı. Biz restorana daxil olduq. 20 nəfərlik süfrə açılmışdı. Kabab olmadığından İlyas müəllim başqa yerə getməyi məsləhət bildi. Sprinterimiz yola düzəldi. Bir neçə dəqiqədən sonra Xocalıda gözəl bir restoranın yanında dayandıq. Yenidən 20 nəfərlik süfrə açıldı. Süfrəyə təamlar düzüldü. Yeməyi qurtardıqdan sonra Püstə xanımın aldığı tort süfrəyə gətirildi. Püstə xanımın bacısı Sədaqət xanım tortu kəsib birinci İlyas müəllimlə Bəxtiyar müəllimə verdi. Ad gününüz mübarək olsun, dedi. Hamı bir ağızdan günün qəhramanlarını təbrik etdilər. Sonra, Xocalı Şəhidlər xiyabanına getdik. Püstə xanım və mən” Şəhidlər “şerimizi oxuduq, hamılıqla şəhidlərimizə rəhmət dilədik. Sprinterimiz yenidən yola düzəldi. Və biz Bakıya yollandıq. Fotolar:
ƏGƏR DOST GÖRÜNSƏ GİZLİ DÜŞMƏNİN (ingilis soneti) Başından olsan da ruhun inciməz, Əgər dost görünsə, gizli düşmənin. Nə dəyər xətrinə, ya sərt söz deməz, Bilər zamanını yara deşmənin.
İndi ataların yeni sözü var, Bu günün kinini saxla sabaha. Nə qədər yaxınsa sənə doğmalar, Rəqibə məhrəm ol, bir addım daha.
Elə şirin-şəkər gülər gözündən, Ta ki, yaxşı bilsin zəif bəndini. Sən şübhə edərsən bəzən özündən, Bilməzsən küt salan odur kündəni.
Şüşə cilalanar, xislətin danar, Almazın yanında çıraq tək yanar.
Üç kişi gilyotin vasitəsi ilə edama məhkum edilib. Bunlardan biri keşiş, biri hakim, digəri fizika alimidir… Edam meydanına birinci keşişi çıxarırlar. Məhkumun başını giyotininin baltasının altına yerləşdirəndən sonra cəllad rahibə “son sözün varmı?” soranda o da, o deyir: – Mən Allaha inanıram. O məni mütləq qurtaracaq! Allah… Allah… Allah… Cəllad giyotini endirir. Amma möcüzə baş verir. Məhkumun boynuna 2-3 santimetr qalmış gilyotin dayanar. Edamı izləyən gördüyündən vəcdə gəlir və bir ağızdan bağırmağa başlayır. – Onu azad edin! Allah sözünü söylədi, Allah onu bağışladı! Beləcə keşiş edamdan qurtulur. Daha sonra hakimi edam masasına gətirirlər. Cəllad ona da “deyiləsi son sözün varmı?” soruşanda hakim; – Mən keşiş qədər Allaha inanan biri olmasam da, haqqa, ədalətə güvənirəm! Ədalət! Ədalət! Ədalət! deyir… Cəllad yenə gilyotini endirir amma təkrarən möcüzə yaşanır: Hakimin də boynuna bir neçə millimetr qalmış gilyotin dayanır… Meydanda edamıı izləyən toplu yenədən bağırmağa başlayır: -Haqq-ədalət öz yerini tapdı. O günahsızdır, onu sərbəst buraxın! Beləcə hakim də ölümün cəngindən canını qurtarır. Nəhayət sıra fizika aliminə gəlir. Cəllad : – Sən də son son sözünü söylə! deyəndə. Alim: – Mən nə Allaha inanan keşiş, nə də ədalətə güvənən hakiməm. Mən Fizikəm. Bildiyim tək şey budur ki, o gilyotinin ipində bir düyün var. O düyün də baltanın sonadək enməsinə əngəl olur..
Məmurlar edam alətini yoxlayıb alimin dediyinin gerçək olduğunu görür. İpdəki düyünü açırlar və dəzgah işə salınan kimi fizika aliminin başı bədənindən ayrılır.
Qırğız boksçu (yüngül çəkidə) Munarbək Seyidbək oğlu Parisə məşqçisi və sekundantı olmadan gəldi. O yarışa Olimpiyadaya 2 ay qalmış vəsiqə qazandı. məşqçilərin akkreditasiyası isə daha əvvəl bitmişdi. Həm də büdcə qıtlığı çəkən Qırğızıstan uğuruna inanmadığı boksçuya əlavə xərc çəkmək istəməmişdi.
Kasıb boksçu Oş şəhərinə 7 km aralı yataqxanada yaşayır, qış aylarında isə ümumi yaşayış evi çox soyuq olduğu üçün məcbur kirayə çıxır.
Qırğızıstan olimpiya komitəsi Munarbəkə o qədər inanmır ki, hətta ona geri dönüş bileti də alırlar, 4/1 finalda da əvvəl. Munirbək təcrübəsiz idi, rəqibləri təcrübəli. Və məşqçisiz.
Ancaq türk qardaşları boksçunu yalnız qoymur. Özbəkistan məşqçisi və özbək boksçu ona kömək edirlər. Məşqçi və sekundant kimi. Onlar əvvəlki yarışdan Munirbəki tanıyırdılar və onu döyüşə tək buraxmırlar. Hətta qazax qardaşlarımız da əlindən gələni edir.
Və sürpriz. Munirbək finala kimi gedir. Düz finala çıxır, artıq ya qızıl ya da gümüş medal alacaq.
Finalda rəqibi isə ona kömək edən özbək boksçu və onun məşqçisidir. Artıq Munirbəkin məşqçisi yoxdur. Çünki özbək məşqçi Özbəkistan komandasını qoyub ona kömək edə bilməz.
Munirbək ilk dəfə məğlub olur. Məşqçisiz və köməkçisiz çıxdığı ilk döyüşü məğlub olur. Öz özbək məşqçisinə və köməkçisinə.
Ancaq Munirbək yenə də sevinir. O axı məşqçisiz öz məşqçisinə, köməkçisiz öz köməkçisinə məğlub olub. Və Qırğızıstan olimpiya tarixinə düşüb, öz gümüş medalı ilə.
İctimai şüurun formalarından olub həyatı obrazlı şəkildə əks etdirən ədəbiyyat mürəkkəb olduğu qədər, eyni zamanda, onu yaradan üçün artıq bir həyat qayəsi, yaşam tərzi halını almış bir prosesdir. Eynən bu məqalədə haqqında söhbət açacağım yaradıcı qadın olan Təranə Məmməd kimi. O, incəsənətin növlərindən biri olan təkcə ədəbiyyatla kifayətlənmir, eyni zamanda çox gözəl rəsm əsərlərinin də yaradıcısıdır. Bir sözlə, bu qadın geyim tərzi, həyata baxışı, nəcib xarakteri, gözəl rəsmləri, lirik və epik əsərləri ilə belə demək mümkünsə, incəsənətlə bütünləşmişdir. Bu məqalənin mövzusu isə onun nəsr əsərləri, daha konkret ifadə etsək, hekayələri haqqındadır. Digər incəsənət növlərində olduğu kimi ədəbiyyatda da ilk növbədə əsərin məzmun gözəlliyi, sonra isə forma gözəlliyi əsasdır. Əgər sənət əsərlərinin özülünü həyat həqiqətləri təşkil etməzsə, ondan ərsəyə gələn məzmun da cəlbediciliyini itirər. Təranə Məmmədin bütün hekayələrində bütövlükdə onun yazıçı qayəsini, yəni, müəllifin oxucularda empatiya yaratmaq qabiliyyətini, ictimai mövqeyini, dünyagörüşü, müxtəlif həyati məsələlərə tərbiyəvi əhəmiyyətli mövqeyi, bədii-estetik məramını hiss etməmək mümkün deyil. Məlum olduğu kimi, nəsrdə sənətə məxsus olan bədiilik gözlənilməklə yanaşı eyni zamanda müəyyən bir sərbəstlik də vardır. Lakin deyərdim ki, Təranə Məmməd bu sərbəstliyin də ahəngini, ritmini tapmış, belə demək mümkünsə, nəsrə də lirizm yansıtmışdır. Müəllifin özünün də şərti olaraq “lirik hekayə” adlandırdığı “Sarı köynək” hekayəsində gənc ikən sevdiyi qızı itirmiş kişinin xatirələrindən bəhs edilir. Ümumiyyətlə, Təranə Məmməd yaradıcılığında müəllifin obrazlar vasitəsilə xalq deyimlərinə bir növ şüuraltı inam var. Bu da müəllifin kəlimələrin bir sehir olduğuna və həyatdakı ən güclü qüvvənin sözlər olduğuna inam hissindən irəli gəlir. Bəli, sözlərin gizli bir sehir olduğuna mən də inanıram. Psixoloqlardan da tez-tez eşitdiyimiz “gözəl düşün ki, həyatın da gözəl keçsin” sözləri əbəs yerə deyilmir. İnsan kəlimələr vasitəsilə düşünür, düşüncə vasitəsilə müxtəlif həyat hadisələrini özünə çəkir. Eynən “Sarı köynək” hekayəsinin qəhrəmanı kimi. O, sevdiyi qıza aldığı sarı köynəyin bacısının sözlərinə inanaraq ayrılıq salacağına inanır və dəyişmək üçün mağazaya gedəndə bacısının qəza keçirməsi onun həyatında çətinlik yaratdığı üçün sevgilisinə vaxt ayıra bilmir. Müəyyən müddətdən sonra isə sevdiyi qızın artıq başqasına nişanlandığını görəndə sarsıntı keçirir. İndi artıq o, nəvələri olan bir baba statusunda olsa da, nə ilk məhəbbətini, nə də aldığı o sarı köynəyi ömrü boyu unutmamışdır. Haradasa xalq mahnısı olan “Sarı köynək” ifa olunanda da xatirələri hər şey dünən baş veribmiş kimi yenidən canlanır və hekayənin qəhrəmanını əbədi bir xəyal qırıqlığına məhkum edir. Çernişevski ədəbiyyatı “həyatın dərs kitabı” adlandırırdı. Bu mənada ki, gözəl yazılmış əsərlər insanın düşüncələrinə təsir edib onu aydınlatmalı, işıqlı bir gələcəyə yönləndirməli, humanizm və xeyirxahlığı təbliğ etməlidir. Yazıçının qısa hekayələrindən biri olan “Bumeranq”da öz atasına qarşı ədalətsiz davranmış oğulun da eyni taleyi yaşayacağı qənaətindədir. Belə ki, hekayədə sahibsiz bir məzarın sağ ikən atasına qayğı göstərməmiş, onun məzarına belə heç vaxt getməmiş bir şəxsə aid olduğu təsvir olunur. Bu çox qısa hekayə özündə dərin mətləblər ehtiva edir. Heç bir qanun kitabında öz əksini tapmayan, belə demək mümkünsə, yazılmamış qanunlardan biri də odur ki, övladın valideyn qarşısında vəfa borcu vardır. Belə ki, övladlar böyüdükdən sonra artıq yaşlanmış valideynlərinə qayğı və şəfqət göstərməli, onları sevgidən məhrum etməməlidirlər. Yazıçı bu hekayəsi ilə öz valideynini bu qayğıdan məhrum edənlərin eyni taleyi yaşayacağı qənaətindədir. Yəni, başqa sözlə ifadə etsək, “yaşatdığını yaşamadan ölməzsən” deyimi buraya tam uyğun gəlir. Bu ideyanı başqa bir əsərdə – “Qonşular” hekayəsində də görürük. Burada isə qızına heç vaxt sevgi göstərmədən onu tərk edən atanın qızını tapıb ona isinişməyə başladığı vaxt övladının da onu tərk etdiyinin şahidi oluruq. Müəllifin “Uşaq yaddaşı” hekayəsində də başqa bir formada eyni ideya hakimdir, əslində. Hekayənin qəhrəmanı hər gün yol ilə gedərkən məktəblərinə yaxın olan yoldan keçəndə orada yaddaşında iz buraxan insanları xatırlayır, onlar üçün darıxır. O, keçmiş məktəbindəki qapıçı və xadimənin necə saf və gözəl qəlbli insanlar olduğunu fikirləşir həmişə. Onundüşüncələrindən məlum olur ki, qapıçı və xadimə kasıb olmalarına rəğmən ruhən zəngin insanlar olmuşlar. Bir dəfə məktəbdə ac qalan həmin qıza xadimə öz bulkusunu verib özü ac qalsa da qızın doymağından mənən rahatlıq tapmışdı. İndi o qız böyümüş, yaxşı iş yerlərində çalışır və təsadüfən yolda həmin xadimə qadınla qarşılaşanda ona kömək etmək istəyir. O, cibindəki pulu çıxarıb verəndə öz mənəvi borcunu yerinə yetirdiyini düşünüb ruhən xoşbəxtlik tapır. Yazıçı nədən yazmasından asılı olmayaraq, onun əsərlərinin əsasını insan, onun həyatı, milli, bəşəri qayğı və arzuları təşkil edir. Və hər bir sənətkar yazarkən həm də öz dövrünün sosial mənzərəsini yaradır, cəmiyyətin xarakterini obrazlar vasitəsilə kağıza köçürür. Lakin əsl ustalıq köçürmə prosesində deyil. Bu işin sirri həm də hər bir oxucunun buradan öz həyatı üçün hansı nəticə çıxaracağı qənaətinin düzgün ölçü meyarının hesablanmasındadır, yəqin ki. Təranə Məmmədin “Daxili çevriliş”hekayəsi də həyatda düzgün yol tutmamış insanın doğru yola gəlmək çabasını ifadə edir. Belə ki, hər gününü sərxoş olub içki şüşələrinə qurşanan adamın artıq ətrafında kimsəsi qalmamış, hər kəs ondan üz döndərmişdir. O, zaman-zaman əvvəlki həyatı üçün darıxıb həyat yoldaşı, qızı ilə münasibətləri düzəltmək, yenidən onların həyatındakı yaxşı insan olmaq haqqında düşünsə də iradəsiz davranışları buna mane olur, içkisiz qala bilmir, özü ilə bacarmır. Bir gün təsadüfən kafedə müqəddəs kitabı almaq istəyərkən pulunun çatmadığını görəndə bir şəxs (hekayənin daha sonrasında oxucu bu şəxsin onun qızını sevən, onunla evlənmək istəyən adam olduğunu öyrənir) ona bu kitabı alıb hədiyyə edir. Adam günlərcə evdən çölə çıxmadan kitabı oxuyur və sonrasında özündə bu dəyişikliyi hiss edir ki, o, içkisiz də qalmağı bacarırmış. Yavaş-yavaş özünə gəlməyə və iş-güc barəsində də düşünməyə başlayır. Hekayə obrazın yenidən işini, ailəsini geri qazandığı nikbin sonluqla tamamlanır. Əsərdən çıxan nəticəni isə belə aydınlaşdırardım ki, yazıçı insan psixologiyası və kainat qanunlarının vəhdətdə olduğu düşüncəsindədir və əgər bir insan qarşısına məqsəd qoyub hər hansı xoş niyyətini reallaşdırmaq istəyərsə, bütün kainat onun bu niyyətini gerçəkləşdirmək üçün iş birliyi edər. Müəllifin bu cür “kainatın iş birliyi etdiyi” hekayələrindən biri də “Kesma” adlı hekayədir. Evlənmək üçün heç kimlə uzlaşmadığını amma bibisinin qədər, qismət haqqında dediyi sözlərə də etinasız və biganə yanaşan gənci sonda bu sözə tam anlamı ilə inanmağa vadar edən bir hadisə yaşayır və bu hekayə də nikbin sonluqla tamamlanır. Yazıçının “Yuxulara inanın” hekayəsi ilk baxışda bədbin bir hekayə təsiri bağışlasa da (belə ki, hekayə vəfat etmiş uşağın ruhlar aləmindən olan nitqi əsasında yazılıb) düşünürəm ki, bu əsər də insana mənəvi rahatlıq və ruha dinclik bəxş edir. Hekayədə müəllif dünyagörüşünü, insanın maddi dünyadan köçdükdən sonra ruhlar aləmindəki dünyaya inamını da nümayiş etdirir. Yazıçının “sevdiyiniz insanla qovuşa bilmədiyinizə görə üzülməyin, cismin bacarmadığını ruh bacarır, bəzən” cümləsinin də kökü klassik ədəbiyyata gedib çıxır. Belə ki, müasir ədəbiyyatımız üçün özül, mənbə rolunu oynayan klassik ədəbiyyatımızda da bir çox əsərlərdə, o cümlədən, “Leyli və Məcnun”larda qəhrəmanlar sonda ruhlar aləmində qovuşduqları üçün xoşbəxt hiss etdikləri qeyd olunur. Ruhlar dünyasına inamın əks olunduğu hekayələrdən biri də “Güldəstənin yuxuları” hekayəsidir. Burada da müəllif cəmiyyətin sosial mənzərəsini, xalqın yaşam tərzini göstərməyə çalışır, bəzən hətta ruhun dili ilə ruhların yaşadığı mənəvi dünyanın daha gözəl və rahat olduğu qənaətinə gəlir. Yazıçının “Dəniz sevgisi”, “Dənizdən böyük eşq”, “Qoru onları” hekayələrində sevən insanın qəlb çırpıntıları ifadə olunur, onun öz eşqi uğrunda hər fədakarlığı edəcəyi qənaətindədir. Bu nəsr əsərlərində saf və təmənnasız sevgi vurğulanır. Müəllif “Oğurluq”, “Qadınlar, qadınlar” hekayələrində isə oxucunu humanist duyğulara səsləyir, insanları anlamağa, intiqam və həsəd duyğularından uzaq olmağa, keçmiş yaşadıqlarından dərs almağa, həyatda heç kimin başına gələ biləcək pis hadisələrdən siğortalanmadığına, həyat təcrübələrinə söykənərək yaşananlardan dərs almağa dəvət edir. Ümumilikdə, Təranə Məmməd yaradıcılığı ədəbiyyatın əzəli məqsədi olan insanı mənən zənginləşdirmək funksiyasını ən gözəl formada həyata keçirir. Bu incəsənət xanımın həmişə yazıb-yaratmasını diləyirəm…