Etiket arxivi: PÜSTƏ RƏVAN

QALİB NURİ ARİF – Şuşa təəssüratlarım

Həsrət zəngi
(Şuşa təəssüratlarım)

Avqustun 10 da Sumqayıtda qohumlarımın qonağı idim. Dünyaya təzə gəlmiş nəvəm Toğrul bəyin tədbiri idi. Babası Elşad müəllim qurban kəsmişdi Sevincimizin həddi hüdudu yox idi. Gecə saat 23 30da telefonuma zəng gəldi. Zəng edən AYB nin və AJB nın üzvü, Yurd jurnalının şöbə müdiri PÜSTƏ xanım idi.

– Salam Qalib müəllim, necəsiniz?

– Salam Püstə xanım. Yaxşıyam, siz necəsiniz

– Təşəkkür edirəm, yaxşılıqdır. Bağışlayın ki, sizi bu vaxt narahat edirəm. Şuşaya sabah səfərimiz var, Balayar müəllim sizin getməyinizi məsləhət bildi. Mən tutuldum, axı, Şuşaya getmək mənim ən böyük arzum idi. Mən :

– Püstə xanım axı mən hazır deyıləm, necə gedim?
-Balayar müəllim Sizin getməyinizi bildirib. Yolun xərci ödənilib. Səhər saat 5 də 20 yanvar metrosunun çıxışında gözləyin, şəxsiyyət vəsiqəsini unutmayın
Sevinc sevincə qarışdı, uçmağa qanadım yox idi. Nə isə Sumqayıtdan gecə yarısı qayıtdıq. Gecə namazını və sübh namazını qıldım, bir tikə çörək yeyib 20 yanvar stansiyasına getdim. Deyilən ünvanda məni “Həkəri ” qəzetinin baş redaktoru şair Rauf İlyasoğlu və Solmaz xanım adlı qazi xanım qarşıladı. Qazi xanım Rauf müəllimə öz döyüş tarixini danışırdı. Ermənilərə təslim olmamaq üçün özünü Ağdam döyüşlərində sıldırım qayadan atan bu cəsur xanım,22 yaşlı gözəl qızı ilə gəlmişdi. Bir azdan müqəddəs Şuşaya yollanacaq “Sprinter” markalı mikroavtobus göründü. Püstə xanım və bacısı Sədaqət xanım avtobusda idilər. Səfərə gedəcək adamlar 05 30 a qədər yığıldı. Səfərə gedənlərin arasında xeyriyyəçi Hacı İntiqam Atayev də var idi.
05 35 də” Sprinter “markalı avtobusumuz müqəddəs Şuşa istiqamətinə hərəkət etməyə başladı. Qrupun rəhbəri gözəl insan kimi yaddaşıma həkk olan Bəxtiyar Rzayev idi.
Bir neçə saatdan sonra Sprinterimiz Kürdəmirdə “Uğur ” otel- restoranının qarşısında dayandı. Səhər yeməyini yedikdən sonra,Püstə xanım “Uğur market ” dən böyük bir tort aldı, düzü ağlıma heç nə gəlmədi. Yenidən yola çıxdıq. Bərdədə inzibati yoxlama postundan keçdikdən sonra Sprinterimiz müqəddəs Qarabağ torpaqlarını öpməyə başladı. Nəhayət gəlib Şuşaya yetişdik.
” İsa bulağı” nın buz kimi suyundan içən hər kəs, şəhidlərimizin müqəddəs ruhuna rəhmət oxudu. Birdən telefonuma zəng gəldi. Ekranda çox hörmətli şairə bacım Adilə Nəzərin adı göründü. Telefonu açdım. Adilə Nəzər xanım məni təbrik etdi. Sən bu səfərə çoxdan layiq idin. Uğurlar dilədi. Sevincimin həddi hüdudu yox idi.
“Cıdır ” düzünə qalxdıq. Birdən qazi Solmaz xanım bizdən aralanıb ağlaya ağlaya sıldırım qayaları öpməyə başladı. Daşların üstündə şəhidlərimizin mübarək qan izləri var idi. Qrupumuzda olan iki şəhid xanımı da ağlamağa başladılar. Rauf İlyasoğlu üzünü məğrur qayalara tutub yazdığı” şəhidim ” şerini söyləməyə başladı. Bəxtiyar Rzayev mənə, Qalib müəllim neçə ildir qrup rəhbəriyəm, hələ belə vətənpərvər insanlara rast gəlməmişəm
Bu arada Qrup üzvlərindən bir nəfər mənə konfetə bənzər ürək dərmanı verdi, sizin ürəyinizdə problem var, bu dərmanı qəbul edin. Bu gözəl insan həkim Ağagül həkim idi. O, bu səfərə öz həkim həyat yoldaşı Məhsəti həkimlə gəlmişdi.Məhsəti xanım qardaşı şair Rəhman Babaxanlının “Şuşa” şerini üz tutub əzəmətli Şuşa dağlarına oxuyurdu.
Cıdır düzündən Şuşa məscidinə getdik. Zöhr namazı yetişdiyindən namaz qılan yoldaşlar Şuşa məscidində namaz qıldılar. Məsciddən çıxıb Qarabağ xanı ibrahimxəlil xanın vəziri şair Vaqifin məqbərisini ziyarət etdik. Burda məqbərəyə girməmiş İlyas müəllim Vaqifə həsr etdiyi şerini söylədi. Məqbərəyə daxil olub şəkil çəkdirdik. Sonra Sprinterimiz bizi “Qala qapısı”na gətirdi.” Qala qapıs”ını ziyarət etdikdən sonra, qalanın kənarındakı cığırla Xan qızı Natəvanın çəkdirdiyi “Xan qızı” bulağından doya doya su içdik. Bir az aralıda Üzeyir Hacıbəyovun, Xurşibanu Natəvanın, Bülbülün büstlərini ziyarət etdik. Mən Xan qızı Natəvanın əllərindən öpdüm. Ona,haqqında yazdığım Xan qızı Natəvan kitabımdan danışdım. Üzeyir bəyə və Bülbülə isə bu gün torpağa tapşırılacaq olan Göyçayın ziyalısı, Azərbaycan musiqisinə öz töhvəsini verən tarzən Rövşən Zamanovun ruhunun onların ruhlarına qovuşduğunu çatdırdım.
Birlikdə xatirə şəkilləri çəkdirdik.
Qrup rəhbərimiz səfərimizin sona çatdığını söylədi. Sprinterimiz yenidən yola çıxdı. Xankəndinə gedən yolda dağların ətəyində otlayan yanında dayçası olan gözəl bir at gördüm. Bu arada yadıma ustad şairimiz Yusif Nəğməkar ın bu şeri düşdü.

Bədöy köhlən ayağının
Uçmağa qatlanmağı var.
Bəslə ki, day oyağını,
Ruhin da atlanmağı var…

Qayalar bələklərimdir,
Olumum çoxda tək olub…
Kişnəyən diləklərimdir;
Səsim dağlara həkk olub.

Ürək döyüntüm-şəlalə,
Nəbzim-bulaq çıppıltısı…
Yal-yamac getmiş xəyalə,
Oyadar nal tappıltısı…

Saat 16 00da Sprinterimiz bizi Xankəndinə gətirdi. Şəhər boş idi. Küçələrdə ziyarətçilərin şəkil çəkdirməkləri adamı sevindirirdi. Park ziyarəçilərlə dolu idi. Sprinterimiz ” Xan mat ” restoranının qarşısında dayandı. Biz restorana daxil olduq. 20 nəfərlik süfrə açılmışdı. Kabab olmadığından İlyas müəllim başqa yerə getməyi məsləhət bildi.
Sprinterimiz yola düzəldi. Bir neçə dəqiqədən sonra Xocalıda gözəl bir restoranın yanında dayandıq. Yenidən 20 nəfərlik süfrə açıldı. Süfrəyə təamlar düzüldü. Yeməyi qurtardıqdan sonra Püstə xanımın aldığı tort süfrəyə gətirildi. Püstə xanımın bacısı Sədaqət xanım tortu kəsib birinci İlyas müəllimlə Bəxtiyar müəllimə verdi. Ad gününüz mübarək olsun, dedi. Hamı bir ağızdan günün qəhramanlarını təbrik etdilər. Sonra, Xocalı Şəhidlər xiyabanına getdik. Püstə xanım və mən” Şəhidlər “şerimizi oxuduq, hamılıqla şəhidlərimizə rəhmət dilədik.
Sprinterimiz yenidən yola düzəldi. Və biz Bakıya yollandıq. Fotolar:

QALİB NURİ ARİFPÜSTƏ RƏVAN

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

PÜSTƏ RƏVAN: – SAHİB AĞAGÜL OĞLU SAİLOV, 90 İLLİK YUBİLEYİN MÜBARƏK!

SAHİB AĞAGÜL OĞLU SAİLOV,
90 İLLİK YUBİLEYİN MÜBARƏK!

Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki 2 saylı orta məktəbdə almışdır. 1954-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) tarıx fakultəsini, 1059-cu ildə Moskva Ali Komsomol məktəbini, 1975-ci ildə Sov. İKP MK yanında Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yüksəlmişdir. Həmin dövrdə keçirilən bütün qurultaylarının nümayəndəsi olmuş, MK-nınplenum üzvü seçolmışdir. 1962-1964-cü illərdə Zaqafqaziya respublikalarında ictimai əsaslarla fəaliyyət göstərən Sovetə rəhbərlik etmişdir.
1963-1971-ci illərdə Pespublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 1964-1977- ci illərdə Azərbaycan KP MK-da məsul təşkilatçı, daha sonra Astara, Qasım İsmayılov ( indiki Goranboy), Şamaxı rayonlarının partiya komitələrində birinci katib vəzifələrində işləmişdir. Həmin illərdə Azərbaycan Ali Sovetinin bütün çağırışlarında Astara, Qasım İsmayılov (indiki Goranboy), Şamaxı rayonlarından Ali Sovetinə deputat seçilmiş, eyni zamanda Ali Sovetin Komissiya sədri kimi fəaliyyət göstərmişdir.
Sovet İttifaqı Kommunist Partiyasının XXIV və XXV qurultaylarının nümayəndəsi olmuşdur. Tarix elmləri üzrə fəlsəfə doktoru, qabaqcıl maarif xadimidir. 27 kitabın, onlarla elmi, publisistik, metodik, partiya, komsomol və xalq nəzarəti orqanlarının fəaliyyətinə aid məqalələrin müəllifidir.
Bu parlaq şəxsiyyətin belə surətlə ucalması bəzi bədxahların ürəyincə olmam, ona mane olmaq üçüb mərkli planlar quraraq yolunu kəsməyə çalışmışlar. Nəhayət, arzularına çatan qara niyyətli insan ların iftiraları Sahib müəllimi həbsxanaya. düşürmüşdür. Düz 9 il 9 ay 28 gün qaranlıq zindanda aydın sabahı gözləmişdir. Haqqın qalib gələcəyinə inanaraq ruhdan düşməmiş. 1987-ci ildə bəraət alıb şər qüvvələrə meydan oxuyaraq azadlığa qövuşmuşdur.
Əmək fəaliyyəti dövründə 2 Lenin ordeni, 14 Dövlət mükafatı ilə təltif olunmuşdur. Siyasi-publisist yaradıcılıq fəaliyyətinə görə “Qızıl qələm”, və “Məmməd Araz” mükafatı laureatı, dövlətçiliyimizin inkişafındakı müstəsna xidmətlərinə Heydər Əliyev ideyalarına sadiq qıldığı üçün “Şərəf və ləyaqət” diplomuna layiq görülmüşdür.
2023- cü il tarixçi-alim, ictimai-siyasi xadım Sahib Ağagül oğlu Sailovun 90 yaşı tamam olur. 90 rəqəminin arxasında bəlkə də iki doxsana bərabər keşməkeşli, enişli-yoxuşlu, iztirablı-məşəqqətli və maraqlı-mənanı bir insan ömrü dayanır. Bu ömrün hər səhifəsi bir tarixdir. Sahib müəllim bir gününü belə boş keçirməmiş, yaşadıqlarını, gördüklərini, düşündüklərini qəlbinin, ağlının sücgəcindən keçirərək vərəqlərə köçürmüşdür. Nəticədə hər kəsə örnək olan bir ömrə güzgü tutan ədəbi irs yaranmışdır. Çünki Sahib müəllimin həyatı və yazdıqları gənclərin həyat yoluna bir işıq tutacaqdır.
Bütün bunları düşünərək yubliyarın ad gününə töhfə olaraq onun əsərlərinin biblioqrafiyası hazırlandı. Biblioqrafik döstəricidə Sahib müəllimin müxtəlif illərdə qələmə aldığı kitabları, dövrü mətbuatda çap olunan məqalələri və onun haqqında yazılan kitab və məqalələr öz əksini tapmışdır.
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR
SAHİB SAİLOV HAQQLNDA
DEYİLƏNLƏR
İnsanın həyatı, ömrü bir tarixdir deyirlər. İnsanlar ötənləri yaşayır və beləcə onların yaşantılarınln izi tarixə çevrilib yaşayır. Lakin elə insanlarda var ki, özünüm kimliyi hamıya tanıdle, həyatını insanlığın inkişafınďa örnək ola bilən bir səviyyəyə çatdıra bilir bə böyük məmnunluqla bu həyatı yaşayır. Mənim fikrimcə bizim hamımızın Sahib Sailov kimi tanıdığımız partiya və ictimai xadim, müəllim, böyük vətəndaş, insan olan Sahib müəllim həyatı belə həyatlardandır.
Əjdər Ağayev
pedaqoji elmlər doktoru
Mən Sahib müəllimi lap kiçik yaşlarından tanıyıram. Orta məktəbdə oxuyarkən bizim komsomol rəhbərimiz idi. O, bizi elə bir enerji iləruhlandırırdı ki, məktəbdə oxumayan şagird yox idi. Komsomol böyük qüvvə idi və Sahib müəllim də o böyük qüvvəni çox gözəl şəkildə nümayiş etdirə bilirdi.
Ramiz Qurbanov
AMEA-nın muxbir üzvü,
texnika elmlər doktoru
Xalqın alqışı Sahib müəllimi qüdrətli, çevik təfəkkürə, əqlə, xəkaya, dözümə malik bir insan kimi yetişdirib və ömür qatarının bu dayanacağına gətirib. Ömrün dolanbac təzadlı yollarında kişi kimi ömür sürüb, yazlb yaradıb.
Vidadi Xəlilov
pedaqoji elmlər doktoru
Sahib müəllim adi bir kənddən, Çuxanlıdan, zəhmətkeş ailədən bu səviyyəyə qədər, yəni SSRİ Ali Sovetin deputatı səviyyəsinə qədər yüksələn bir şəxsdir. Mənim ona çox böyük hörmətim var, özümü çox xöşbəxt hiss editəm ki, belə bir fenomen şəxsiyyət, həmyerlimiz haqqında kitab yazmışam.
Allahverdi Emnov
yazıçı
Sahib müəllimin həyatı çox ibrətamizdir, o sınaqlarda slnmayıb, haqqa tapınıb. AllH adamıdır və gözəl ziyalıdır, alimdir. Bütün həyatı, övladları, nəvələri, nəticələri, bütün insanlar, xüsusilə cavanlar üçün ibrət dərsi, ən böyük örnəkdir.
Əlövsət Bəşirli
jurnalist-yazıçı
Sahib müəllim qədər əzab əziyyət çəkən, həyatla döyüşın bəlkə də ikinci bir insan yoxdur. O, elə bir ömür yaşayıb ki, heç vaxt yaddaşlardan silinməyəcək.
Çingiz Fərəcov
İctimai-siyasi xadim
Sahib müəllim həm gözəl dostdur, həm gözəl insandır, həm gözəl siyasi xadimdir. Kürsü arxasında oturmaq mümkündür, amma düzgün rəhbərlik etmək, gördüyün işin bəhrəsini əldə etməyə qabiliyyətinin çatması hər adama nəsib olmur. Sahib müəllim çox cavan yaşında rəhbər kürsüsündə oturdu, amma bu vəzifəni yetkn, yaşlı insan kimi həyata keçirdi.
Fərrux İsmayılov
Respublikanin əməkdar həkimi
Ali məktəbi təzəcə qurtarmışdım, komsomolun mərkəzi komirəsinə işə görürmüşdülər. Sahib müəllim məndən əvvəl orda çalışırdı. Komsomolun MK-nin katibi idi, kənd təsərrüfatı və kənd məhsullarına vaxlrdı. Respublika arasında böyük nüfus sahibi idi. Çevik təşkilatçılıq qabiliyyəti, sağlam düşüncəli, məsələlərə fəal münasibəti sayəsində vəzigə pillələrində ucalırdı. Ayrı-ayrı sahələrdə işləsək də az vaxtda doğmalaşdıq və bu doğmalıq bu gün də davam edir.
Yasif Nəsirli
Flalogiya elmləri doktoru,
yazıçı
Sahib Sailov müasir Azərbaycan tarixinin təxminən bir əsirə bərabər bir dövrünü yaşamış canlı tarixdir. O, tariximizin bu mərhələsində satlinizmi, faşizmi, volyutarizmi məhbəs həyatını, sosializmdən kommunizmə keçid münasibətlərini, bir sözlə həyatın isti-soyuq, ağlı-qaralı hər bir üzünü görmüş, yaşamış və bunları yaradıcılığında bacarıqla əks etdirmiş fenomen bir şıxsiyyətdir. Onun həyatı yalnız bir nəfərin tərcümeyi halı deyil, zalqımızın 100 illik məşəqqətli real tarixinn bir hissəsidir.
Qalib Qadir
jurnalist-yazıçı
Ruhdan düşməmək, həyatsevər olmaq, özünü tox saxlamaq bötük qəhrəmanlıqdır. Bütün buxüsusiyyətlərə malik Sahib müəllim o qədər gözəl arzularla yaşayır ki, həyatı mənalı və hər kəsə örnək ola bilir. Sahib müəllim gözəl dostdur, onun elə bir xasiyyəti var ki, heç vaxt ondan nəyi isə xahiş etmək lazım deyil, əğər o sənin bir problemni blirsə sənə demədən o problemin həlli üçün çalışar.
Xuraman İsmayılova
əməkdar mədəniyyət işçisi
90 illik həyat meracını qeyd edəcəyimiz, tarix elmləri namizədi, görkəmli ictimaiyyət və dövlət xadimi, böyük vətəndaş, misilsiz təfəkkürü olan, alovlu tribun kimi tanıdığım Sahib Ağagül oğlu Sailovun yəyat və yaradıcılıq ehtişamı tükənməz bir xəzinədir. İnam, istək dolu bir dünyamızın min bir həyat keyfiyyətlərinə yalnız yaxşılıq, sədaqətlilik nuru çiləyən Sahib müəllimin həyatı həmişəyaşar və əbədidir.
Vidadi Bəşirov
pedaqoji elmlər namizədi
Deyirlər Sahib Sailov göydən yerə çırpıldı. Mən də deyirəm: Sahib Sailov yerdən göyə yüksəldi. Dünyanln hər üzünü gördü. Özünə məxsus olar yaradıcılıq yoluna başladı, özünü yaşatmaq üçün bir-birinin dalınca yeni kitablar yazdı. Saxta hökm kitabını yazmaqla özünə bəraət qazandırdı. “Muğanın övladları” kitabı dünyaya səs saldı. Onun on cildlik kitabı ömür yolunu işıqlandırdı.
Barat Şirinov
jurnalist
Mən Sahib Sailov haqqında atam Sahibdən onun haqqında çox eşitmişəm. Həmişə maraqlanmışam. Bir gün AYB-nin Natavan klubunda kitab təqdimatında Sahib müəllimlə qarşılaşdım. Çox sevindim. İllərlə onun haqqında fikirləşmişdim. Yaxınlaşıb telefonun aldım. Dedim görüşüb ondan bir çox şeylər öyrənə bilərəm. Biz həmterliyik Sahib müəllimlə. Sahib müəllim ilk “Muğanın övladları” haqqında yazmışdı. Mən də öz növbəmdə “Salyan dastanı” adlı kitab çıxarmaq istəyirdim. Sahib müəllimdın öyrənib başladın rayonumuzun Ziyalıları haqqında poema yazmağa başladım və yazdım çap elətdirdim. Poemamda Sahıb müəllim haqqında yazdığım şerimi Sahib müəllimin 90 illiyinə hədiyyə etdim.
El – oba hörmətlə çəkir adını,
Şərəflə yaşayır öz həyatını.
Sahb Sailovtək mərd övladını,
Zirvəyə döndərib Muğan torpağı.
* * *
Muğan çöllərinə açıb qucağın,
Qəlbində ətri var ötən hər çağın.
Doğma Salyan kimi isti ocağın,
Oduna isinib Sahib Sailov.
* * *
Ülfəti bəzəyir sevgi sətrini,
Səpib ürəklərə dostluq ətrini.
Ellər uca tutur onun xətrini,
Salyanla sevinib Sahib Sailov.
* * *
Qəlbimdə yurd eşqi daim alışır,
Ürəyim Kür kimi kükrəyir, daşır.
Qələm ağsaqqaldan bu gün danışır,
Sahb Sailovu salamlayıram.
* * *
Muğan qucağını açıb üzünə,
Torpaq dəyır verib oğul sözünə,
Haqqı, həqiqəti sıxıb köksünə,
Sahib Sailovu salamlayıram.
* * *
Yurdumun şərəfli ağsaqqılı tək,
Sahib Sailovdan söz açir qələm.
Onun hər kəlməsi, onun hər sözü,
Bir dərin ümmandır, bir böyük aləm.
* * *
Tarixin ən çətin sınaqlarında,
Ulu yaradana könül bağlayıb.
Ömrünün əzablı anlarında da,
Qeyrət bayrağını uca saxlayıb.
Sahib müəllim doğum günün mübarək! Allah sizə sağlam ömür versin. 100 yaşa əziz Sahib müəllim!
Müəllif: Püstə RƏVAN

PÜSTƏ RƏVANIN YAZILARI

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUNN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru