Səni unutmaq üçün yox, xatırlamaq üçün bir kometənin quyruğuna məktub bağladım. Ulduzlar səni oxuya bilər, göy səni tanıyar — çünki mən yer üzündə səni deməyə söz tapmıram. Adın… beynimdə yanır, qırmızı işıqlı bir küçə kimi. Baxışların — Ağlayan saatmı ki Hər izlədikdə zaman durur. Mən bütün dilləri unuduram. Susqunluğum ana dilimdir. Səni dənizdə yox, bükülmüş bir dəhlizdə tapıram. Qaşların — bir cüt qaranquş: elə baxırsan ki, o baxışda qovuşmaq var, ayrılıq yox. Bütün bənzətmələr utandı səndən, Heç biri səni yaşada bilmir. Sən, mənim heç kimə danışmadığım bənzətməsiz kəlamsan! 1.06.2025.
31 may-1 iyun Azərbaycan Nəşriyyat Assosasiyssı, Mingəçevir şəhər İH-nin, Mingəçevir şəhər Bələdiyyəsi ilə birlikdə Mingəçevir şəhərində Kür çayının sahilindəki parkda 1-ci Kitab Sərgisi keçirildi. Burada 30-dan çox nəşriyyat təmsil olunurdu. Buna “Xan”, “Mayaq” və başqalarını göstərə bilərəm. İki gün ərzində burada iştirak edən nəşriyyatlar həm məhsulların sərgilədilər, həm də satış həyata keçirdilər. Mingəçevir əhalisi bu sərgi-festifalı çox ruh yüksəkliyi ilə qarşıldılar. Mingəçevirdəki bütün məktəb kollektivləri, idarə və təşkilatlar burada həm iştirak, həm də istirahət etdilər. Mingəçevir İH-nin başçısı cənab İlham İsmayılov öz kollektivi ilə sərgini ziyarət etdilər. Sərgi çox gözəl təşkil olunmuşdu. Burada səhnə və tamaşaçılar üçün oturacaqlar düzülmüşdü. Burada təmsil olunanlara masalar düzülmüş, çətirlər qoyulmuş, yaxşı şərait yaradılmışdı. Musiqi kollektivləri çıxışları, rəqsləri ilə sərgiyə gələnləri əyləndirdilər. Mingəçevir Daxili işlər şöbəsinin əməkdaşları sərgiyə gələnlərin əsayişinin qorunmasına, təhlükəsizliyə nəzarət edirdilər. Mingəçevir əhalisi istəyir ki, şəhərimizdə belə sərgilər iki dəfə keçirilə. Bu nəşriyyatlarla, kitab-təftər satışı ilə məşğul olanlarla əhali arasında yaxşı ünsiyyət yaradır. Şəhər əhalisi də, burada iştirak edənlər nəşriyyatlar da Mingəçevir şəhərində keçirilən bu sərgidən razı qaldılar. Bu sərgini keçirən Mingəçevir şəhər İH-nə ( başçı İlham İsmayılov), Mingəçevir şəhər Bələdiyyəsinə ( sədr Anar İsmayılov, müavin Ədalət Quliyeva) gələcək işlərində uğurlar olsun! Fotolar:
Bu gün “Simurq” Kitabxanasının fonduna iki dəyərli nəşr əlavə olundu. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin kitabxanaya hədiyyə etdiyi “Musiqi dünyası” adlı fundamental əsər və “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası” yalnız elmi biliklərin daşıyıcısı olmaqla kifayətlənmir, eyni zamanda ruhumuzu, milli kimliyimizi və mədəni irsimizi əks etdirən nadir mənbələrdir. Bu nəşrlər, “Simurq” Kitabxanasının maarifləndirici və milli-mənəvi dəyərləri qoruyub-yayan missiyasına yeni bir töhfə oldu.
Görüşümüzün mənəvi dəyərini daha da artıran digər bir önəmli hadisə isə tanınmış yazıçı, publisist və “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri və Azərbaycan Yazıçılar birliyinin sədr müavini Rəşad Məcid kitab hədiyyələri və onunla baş tutan səmimi, dərin məzmunlu söhbətlər oldu. Rəşad Məcidin ədəbiyyat, cəmiyyət və müasir düşüncə ilə bağlı fikirləri, onun zəngin intellekti və təvazökar şəxsiyyəti görüşə xüsusi ahəng qatdı.
Bu gün “Simurq” Kitabxanası yalnız kitablarla deyil, həm də fikir, ruh və dostluqla zənginləşdi. Hər bir belə görüş, elm və mədəniyyət mühitinin inkişafına töhfə verməklə yanaşı, həm də bizi bir-birimizə daha da yaxınlaşdırır. Fotolar:
Bu nəcib təşəbbüsə görə hər iki dəyərli ziyalımıza dərin təşəkkürümüzü bildirir, bütün işlərində uğurlar arzulayırıq.
Ədəbiyyatla ilk tanışlığım şəkildə gördüyünüz şəxsin sayəsində olub. Uzaq 2001-2002-ci illər idi…
20 Nömrəli Məktəb-Lisey in 5-ci sinifində oxuyurdum. Rus bölməsindən Azərbaycan bölməsinə keçmişdim. Azərbaycan dili ilə bağlı çətinliyim var idi. Şəmil Sadıqov müəllim mənə ədəbiyyatı və Azərbaycan dilini sevdirdi. Bəlkə də özü də bilmədən gələcəyimi müəyyən etdi…
İlk dəfə postmodernizmi ondan eşitdim. Qorio atanı oxutdu mənə. İnşa yazılarında ilk qələm təcrübəmə səbəb oldu. Bir sözlə üzərimdə haqqı çoxdu.
Düzdü bəzi məsələlərdə anlaşmırdıq ( bu da təbiidir, özü açıqfikirli olmağı öyrətmişdi) Ancaq bu gün də onun haqqında danışanda ilk ağlıma gələn ədəbiyyat, söz olur.
Bu gün yazdıqlarıma, yazmadıqlarıma da görə ona təşəkkür edirəm. Bunu yazmaqda heç bir məqsədim yoxdu, sadəcə olaraq bəzən təşəkkür etmək adamı rahatladır. Narahat idim, indi bir az rahat oldum. Sağlıq olsun, hələ çox yazacaqlarımız var…