
Ədəbiyyatla ilk tanışlığım şəkildə gördüyünüz şəxsin sayəsində olub. Uzaq 2001-2002-ci illər idi…
20 Nömrəli Məktəb-Lisey in 5-ci sinifində oxuyurdum. Rus bölməsindən Azərbaycan bölməsinə keçmişdim. Azərbaycan dili ilə bağlı çətinliyim var idi. Şəmil Sadıqov müəllim mənə ədəbiyyatı və Azərbaycan dilini sevdirdi. Bəlkə də özü də bilmədən gələcəyimi müəyyən etdi…
İlk dəfə postmodernizmi ondan eşitdim. Qorio atanı oxutdu mənə. İnşa yazılarında ilk qələm təcrübəmə səbəb oldu. Bir sözlə üzərimdə haqqı çoxdu.
Düzdü bəzi məsələlərdə anlaşmırdıq ( bu da təbiidir, özü açıqfikirli olmağı öyrətmişdi) Ancaq bu gün də onun haqqında danışanda ilk ağlıma gələn ədəbiyyat, söz olur.
Bu gün yazdıqlarıma, yazmadıqlarıma da görə ona təşəkkür edirəm. Bunu yazmaqda heç bir məqsədim yoxdu, sadəcə olaraq bəzən təşəkkür etmək adamı rahatladır. Narahat idim, indi bir az rahat oldum. Sağlıq olsun, hələ çox yazacaqlarımız var…
Hörmətlə: TURAL CƏFƏRLİ
ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru