www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Bu gün Yeseninin anım günüdür…

Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının ən məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığının “Boldino payızı” ilə müqayisə edirlər. Onu qeyd etmək kifayətdir ki, 1924–1925-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran əğmələri” silsiləsindən bir sıra şeirlər burada – Bakıda yazılmışdır. Ümumilikdə, 1924–1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 seir və 3 poema) dərc edilmişdir. Onlardan 50-si (47 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görmüşdür. Bu əsərlərin 45-i (43 şeirvə 2 poema) Yeseninin sağlığında, 5-i isə (4 şeir və 1 poema) ölümündən sonra çap olunmuşdur. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu baxımdan ikinci sırada 1921-ci ildən etibarən Moskvada A.K. Voronskinin baş redaktorluğu ilə çıxan “Красная новь” jurnalı durur. 1922–1925-ci illərdə həmin jurnalda Yeseninin 30-a yaxın əsəri çap olunmuşdur. Yesenin, Bakıya sevgisini məşhur “Əlvida, Bakı” “Прощай, Баку” şeirində ifadə etmişdir.

Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь, больней и ближе,
И чувствую сильней простое слово: друг.
 
Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.

Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму…
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.

Şair Bakıya son gəlişində (28 iyul 1925-ci il) Bakılılar və Bakısız yaşaya bilmədiyini deyirdi (“Не могу долго жить без Баку и бакинцев”).

Ruhu şad olsun… Amin…

Сегодня день памяти Сергея Есенина.

На фото: мать поэта на его могиле

∆: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəşəm Nəcəfzadə – Qarbasan.

Qarbasan

Hekayə

Atamın çoban yoldaşı Mürsəl dayı bizdən üç günlüyə atımızın hörüyünü istədi. Atam da verdi. Hörük otuz metr olardı. Ucunda da yerə sancmaq üçün tovlamıx.

Bu uzun kəndirlə atı başından bağlayırlar ki, uzağa getməsin, yəni otuz metrlik radiusda otlasın.

Üç gündən sonra Mürsəl dayı atamı səslədi. Atam evdə mütəkkəyə dirsəklənib mürgüləyirdi. Çölə çıxdım. Mürsəl dayı guya itlərin qorxusundan yaxına gələ bilmir, eləcə hörüyü tovlamıx bağlanan hissəsindən beş-altı metr əlində dəst¬ələyib bizim evə tərəf, çəmənliyə tulladı. Dedi bala, gəl hörüyü apar. Gedib gördüm ki, Mürsəl dayının tulladığı yerdə hörük yoxdu. Qayıdıb məsələni atama dedim. Atam heç halını pozmadan mürgi vura-vura dedi:

– Yəqin hörüyün o biri ucunu öz ayağına bağlayıbmış. Qayı¬danda otların arası ilə sürüyə-sürüyə aparıb.

Sonra Mürsəl dayı deyəcəkdi ki, oğlun görə-görə hörüyü atdım siz tərəfə.

Çox heyrətləndim. Həm də ona görə ki, atam bunu necə bil¬di?
Oğurluq məsələlərinə görə tərəkəmələr çoxlu it saxlayırlar və həm də bu itləri çox istəyirlər. Ferma uşaqları balalayan qancığın altından həmişə küçük tuturlar. Mən də özümə bir küçük götürdüm. Ağzının böyrü qara idi. Belə itlər tutağan olur.

Tutağan olmaq üçün amma səbəb təkcə bu, deyilmiş. Atam küçüyün hər iki qulağından tutub bir dəfə havada fırladı. Küçük yerə düşdü, qulaqları qırılıb atamın əlində qaldı. Atam dedi ki, qulaqlar iti yaxşı eşitməyə qoymur, həm də boğuşanda rəqibin dişinə keçir. Sonra küçüyün quyruğunu kəsdi, səbəbini soruşanda dedi ki, it başını quyruğunun üstə qoyub şirin – şirin yatır, oğru da öz işini rahat görür. Həm də itlər boğuşanda quyruq itlərin ağzına keçən ən asan yerdi. Ona görə çoban iti quyruqsuz və qulaqsız olsa, daha yaxşıdır.

Atam mənə tapşırdı ki, küçük yatanda onu təpiklə və ya ağacla tez-tez vurum. Dedim, niyə, yazıqdı axı? Dedi, onda it əsəbi böyüyür və daha sərt olur.

Küçük qar yağanda doğulmuşdu deyə adını Qarbasan qoydum. Qarbasan böyüdü, oldu itlərimizin ağası. Çox qəribəydi, atam gecələr itlərin nəyə hürdüyünü bilirdi. Baş¬qa bir itimiz hürəndə atam deyirdi: Aya hürür. Başqa birisi hürəndə deyirdi, buruğa hürür – fermamızın yanında neft buruğu vardı. Nə bilim, biri kətyan koluna hürür. Kət¬yan kolu gecə vaxtı kənardan adama oxşayır, quru¬yanda yastılayıb quzuların altına sərirlər ki, nəmişliyi götürsün, aralarından hava yaxşı keçir.

Qarbasan hürəndə atam deyirdi, o, indi tanış adama hü¬rür. Bərkdən hürüb göyərəndə, atam deyirdi ki, artıq bu də¬fə oğruya hürür. Tez ayağa qalxıb itləri qıylayırdı. Bu qıy çox qəribə səsdi. Elə bil itlər üçün “həyəcan siqnalı”dır.

Elə ki Qarbasan əvvəl bərk hürüb, sonra zingildədisə, demək yüz faiz canavar görüb. Canavar ona təpinir. Qarbasan hələm-hələm canavardan qorxan deyildi. O biri itlər canavar görəndə az qala alaçığa girib içəridən çölə hürürdülər. Amma Qarbasan bu qeyrətsizliyi qəbul eləməzdi. Atam deyirdi ki, Qarbasanda canavar qatı var. Onun anasının anası Böyükağanın (atamın çoban dostu) itinin balasıdır. Böyükağa deyirdi ki, onun da itinin anasının anası uzun müddət canavarla dostluq eləyib, kürsəyə gəlib. Qarbasanın nəsli çox böyük yerlərə gedib çıxırdı.

Qarbasana əsasən küt atırdıq. Küt bizdə arpa unundan hazırlanmış xəmirə deyirlər.

Bir dəfə dağa köç edəndə obamız Qubadlı ərazisində Ağcabədi rayonunun Avşar fermaları ilə qonşu düşdü. Onların itləri bizim itlərlə boğuşdu. Sonra bir-birini iylədilər. Burda Qarbasanın gözü Avşar itlərindən olan bir qancığa düşdü.

Qarbasan ölmüş də yaraşıqlı… Qancıq ona laqeyd qalmadı. Qarbasan hər gün gedir Avşar fermalarına, bizim fermanın itləri qalır başsız… Axırda atam Qarbasanın burnunun düz üstünə yağlı bir ağac vurdu, Qarbasan yenə ağzının-burnunun qanını yalaya-yalaya Avşar fermalarına baxırdı. Hər gün döyülürdü, yenə gözü o tərəfdə idi. Axırda boynuna zəncir keçirdik. Yenə o tərəfə baxıb uladı. Bir gün tezdən baxıb gördük ki, Qarbasan zənciri başından çıxarıb qaçıb. Axtarmadığımız yer qalmadı. Ağlayıb özümü öldürürdüm. Bütün çobanlar hərəsi mənə bir küçük verdi, xeyri yox idi. Hara gedirdik, Qarbasanı axtarırdıq. Hətta kənddə bizə gülürdülər ki, adam bu qədər it axtarar? Ağsaqqallar atama deyirdi ki, oğlun uşaqdı, bəs sənə nə olub, sən də uşaqsan?

Bundan sonra Qarbasanı utana-utana axtardıq, Aranda, dağda, Ağcabədi, Cəbrayıl, Laçın, Kəlbəcər fermalarında axtardıq, tanıyan, görən, bilən, eşidən olmadı ki, olmadı. Üç yay yaylaqda, üç payız payızlıqda, üç qış qışlaqda, üç yaz yazlıqda olduq, yəni üç il keçdi Qarbasanın itməyindən…

Sonra Haramı düzündə atımızı itirdik. Qulan idi atımız. İndi də başladıq at axtarmağa. O dərə mənim, bu təpə sənin… Eşidən, bilən, görən, tanıyan olmadı! Altı ay da Qulanın itməyindən keçdi.
Murad təpəsində idik. Yaylaqda. Cermuxun (şəhər ) ba¬şı¬nın üstündə. Günorta vaxtı idi. Qoyun sağılırdı. Bir də gör¬dük itlərin hamısı ayağa qalxdı. Uzaqdan Qulan kişnəyə-kişnəyə gəlirdi, yanında da Qarbasan! Bu mənzərəni hər dəfə xatırlayanda tüklərim biz-biz olur. Bütün ferma töküldü, qonşu fermaların da adamları gəldi. Arvadlar ağlayırdılar…

Sən demə, atımız itəndə Qarbasan olan yerə gedib çıxıbmış. Qarbasanı Ağcabədi fermalarının adamları tutub¬larmış. Zəncirdə saxlayırlarmış. At gedib ora çıxan kimi Qarbasan onu, o da Qarbasanı tanıyıb. Atı da tutublar. Sonra Qulanla Qarbasan fürsət tapan kimi qaçıblar düz bizim ferma olan yerə – Sarıyer yaylağına… Qarbasanla Qulan bizim yurd yerlərimizi qarış-qarış tanıyırdılar.

Qarbasan gəlib çənəsini ayaqqabılarımın üstünə söykədi, hamının ayaqlarına yıxıldı, sanki hamıdan etdiyi günah üçün üzr istəyirdi. Gözünün biri kor olmuşdu. Onun kor gözünün üstündən öpdüm. Öz sevgisi yolunda Qarbasan gözünün birini qurban vermişdi…

Müəllif: Qəşəm Nəcəfzadə,

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Сегодня день памяти Сергея Есенина.

…Месяц умер,

Синеет в окошко рассвет.

Ах ты, ночь!

Что ты, ночь, наковеркала?

Я в цилиндре стою.

Никого со мной нет.

Я один…

И — разбитое зеркало…

Это финальные строки поэмы «Чёрный человек»

Сегодня день памяти Сергея Есенина.

На фото: мать поэта на его могиле

∆: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN ZƏFƏR YOLU

ZAUR USTAC ZƏFƏR YOLUNDA

…Əsgər haqqında ballada…
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək?
Həsrətdənmi, nisgildənmi,
Ürək, yenə çağlayırsan?
Anasına həsrət qalmış,
Körpə kimi, ağlayırsan…
İçindədir; ümid adlı,
qığılcımın od-alvu,
tərslik etmə, dəli könül,

intizara alış, yovu!!!
Həqiqətlər qarşısında,
Biz gücsüzük, biz heç nəyik,
Dinlə məni deyim, ürək,
Biz nəçiyik; şan-şöhrətli,


– “hüququndan keçmiş əsgər”,
həmdəminə həsrət canıq,
bəzən canlı, bəzən cansız,
biz “robotuq”, biz “əşyayıq”…
Bu torpaqdan yoğrulmuşuq,
Bu torpaqdan doğulmuşuq,
Yardan əfsəl, anamızın
Qulluğuna buyrulmuşuq!!!
15.04.1995. Marağa.

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,

“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *

Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

“DÜNYA BİR PƏNCƏRƏDİR…”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi…
Çoxunun gözü ackən, Sənin gözün tox idi…
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi…
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi…
Çoxunda beş-beş olan, Səndə biri yox idi….
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş…
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi…
Çoxu sayın bilmirdi, Sənin biri yox idi…
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi…
Bilən bilir qardaşım, Sənin mislin yox idi….
21.01.2018. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR…
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

CAN AY ANA…
(Milli Qəhrəman Polad Həşimovun anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular,
Bu baxışda min vaizin xütbəsi…
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. Bakı.

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!
* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!
* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!
* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!
* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!
* * *

Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!
* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *

Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qalib Nuri Arif – Qonaq.

QONAQ

Qonağın izində xeyir, bərəkət,
Dilində lətafət, sözü zərafət.
Üzündə Xızırdan sevinc əmanət,
Belində ALLAHın möhürü vardır.

Qonaq qonduğu yer nurdan ağarar,
Adında İlahi məna, hikmət var.
Qonağın dayağı YARADAN olar,
Başının üstündə çətiri vardır.

Qonaq olan evdə gözəllik olar,
Süfrə səxavətlə dolu açılar.
Qonağın ruhunda şəfəq var, nur var,
Libasında cənnət ətiri vardır.

Mələklər himayə edir qonağı,
Qonaq nurlandırır evi, ocağı.
Zülmət könüllərin olar çırağı,
Qəlbində sevginin sehiri vardır.

Adı ALLAH ilə qoşa çəkilir,
Ruzisi özündən irəli gəlir.
Kim ki, qonağını müqəddəs bilir,
O, kəsin cənnətdə öz yeri vardır.

Süfrəsi boş olmaz qonaq sevənin,
ALLAHın qonağa lütfüdür yəqin.
Qonağı Allahdan əmanət bilin,
Çünki, duasının kəsəri vardır.
Göyçay şəhəri.

Müəllif: QALİB NURİ ARİF

QALİB NURİ ARİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN YAZARLARI

ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ali Baş Komandanım.

Zəfər marşı…

Şəhidlərin qanı ilə,

Sulanıbdır, torpağım.

Ancaq, vətən eşqi ilə,

Boyanıbdır, bayrağım.

Hər daşında, qayasında

Həkk olubdur, qələbə.

Bu millətin mayası da,

Yoğrulubdur, zəfərlə.

Bir can üçün, min can verdi,

Yaralı can gülsün deyə.

Hər dağ, dərə dilə gəldi,

Gülüstana dönsün deyə.

Haqq sözü, haqq yolunda

Tarix yazdı, yenidən.

Hər bədən, öz ruhunda

Zəfər çaldı, yenidən.

Dəyişib, seyrin həqiqət

Şuşadan boylanıb, bizə.

Zəfər çaldı, haqq ədalət

Qarabağ qayıdıb, bizə.

Yeri, göyü lərzə edən,

Qalib ordu, şərəf-şanım.

Düşməni, diz çökdürən…

Var, Ali Baş Komandanım.

Müəllif: Ayxan HÜSEYNLİ

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, AYB-nin üzvü.

AYXAN HÜSEYNLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

…eşqi su tək, içəcəkdim…

. . . edam yerinə

de , kimdir ac, de, kimdir tox,
çoxu oğru, baş kəsən çox.
bu milyonda bir insan yox,
seçsinlər adam yerinə.

eşqi su tək, içəcəkdim,
bu ömrümlə ölçəcəkdim,
yazdan- yaydan keçəcəkdim-
qış düşdü o dam yerinə.

bu nə çisgin, nə yağışdı,
son iztirab, son baxışdı.
deyilməmiş söz axışdı-
şairin edam yerinə…

05.12.2023.

. . . . . . baş tərəfində

Utancaq baxışın oğrusu qalıb,
yalanlar ələnib, doğrusu qalıb.
İllərin acısı ağrısı qalıb-
yazılan alnımın qaş tərəfində.

Bu ki, çörək deyil, boş-boş xəyaldı,
ilişib qalırsan, yol üstü koldu.
Bax, qızmar günəşə, beş addım yoldu,
qalmışam ömrümün qış tərəfində.

Dönsün inadından, səslə, bir ağız,
gecənin bağrında oturub yalqız.
Hələ də, ilk eşqə sevdalı o qız-
ağlayır qəbrimin baş tərəfində

19. 12 . 2023

. . . . . . adam

qəlbinə səs- küyün düşüb,
günün düşüb, ayın düşüb.
dodağına düyün düşüb-
yanağında gülən adam!

zaman belə, çox nahaqdan-
baş üzülür edamlıqdan.
de, keçdinmi, adamlıqdan?-
ocağına gələn adam!

addımını gör izindən,
yaşamağa tut sözündən.
asılmısan hər sözündən-
sağlığında ölən adam.

çox rənglədik soyumuzu,
toy gözündə vayımızı.
ağ edəcək dünyamızı-
öz ağında qalan adam…

2022.

Bitirmək çox çətindi

Astar var, üzdən baha,
susmaq var, sözdən baha.
Ölüm var, bezdən baha,
itirmək çox çətindi.

Ağlayan gözlər yaşdı,
əsən yellər təlaşdı.
Bu yollar ağır daşdı-
götürmək çox çətindi.

Çomaqla çırp üstünü,
duyacaqsan istini.
Bacandan bu tüstünü-
ötürmək çox çətindi.

Gözlərdən baxır kədər,
yollar uzanır hədər.
Bu ömrü 100-ə qədər-
bitirmək çox çətindi!

      2019.

Müəllif: Fazil Aydın

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yağış, Arı, Sən və Eskişəhər…

Yağış, Arı, Sən və Eskişəhər…
(esse)

Məndən İstanbul ilə Eskişəhərin fərqini soruşsalar deyərdim , ki, İstanbul eşqdir, Eskişəhər isə sevgi. İstanbulun ilk dəfə günəşli sabahının ardından qəfil leysan yağışı, dumanı ilə qarşılayıb məni, həyəcan dolu möhtəşəm tanışlıq olub o şəhərlə görüşümüz, həmin günün axşamı yenə leysan yağışa tuş gəlmişəm, illərin həsrətlisi imiş kimi “göz yaşlarıyla” bağrına basmışdı məni İstanbul, AyaSofyaya gedən yolun kənarında satılan bişmiş qarğıdalı, qovrulmuş şabalıd qoxusu, kəndimizi, Nənəmin közdə bişirdiyi qarğıdalıları xatırlatmışdı mənə. O gün anlamışdım ki, şəhərlər həm də qoxularla doğmalaşır . Həmin gün illərdir görmədiyim, çox sevdiyim Hocamla da görüşmüşdük. İstanbul həm də ona görə doğma gəldi mənə, çünki orda çox əziz , çox dəyərli Hocam var.
Eskişəhər isə mənə görə zəhmətin, əməyin, sevginin şəhəridir. Bu şəhərdə artıq dörd aydır ki, yaşayıram, bir xeyli qayğılarım, çətinliklərim oldu, bəzən kədərli adamları ilə qüssəmi çoxaltdı, bəzən kişili-qadınlı, cavanlı-qocalı əlində siqaret tüstüləyə-tüstüləyə yanımdan keçən adamların verdiyi narahatlıqla əhvalım pozuldu . Amma şəhər özü yaşıllığı, gülü- çiçəyi, narın yağışı, qorxutmaqdan çəkinirmiş kimi ehmalca çaxan şimşəyi, nəzakətli küləyi ilə könlümü oxşadı. Hərdən mənə elə gəlir ki, şəhər məni incitməkdən, xətrimə dəyməkdən qorxur. Səhərlər Eskişəhərin yağışıyla tez-tez gizlənqaç oynayırıq…
Dərsə getməzdən əvvəl pəncərədən boylanıram, nə yağış var, nə külək, nə də göy üzündə bulud, hava bulaq suyu kimi dumdurudu. Elə yenicə qapıdan çıxıb dörd- beş addım atıram ki, yağış damcıları sakit-sakit salamlayır, uşağını oyatmamaq üçün otağa ayaq barmaqlarının ucunda girən analar kimi, elə yağır ki, üstün islananda xəbərin olur ki, yağış yağırmış, paltonun papağını başıma çəkirəm, mən gizləndikcə o papağın altından çıxan saçlarıma yağır, su dəyən kimi qıvrımlaşan saçlarım küləkdə uçuşan yarpaqlar kimi yanağımda dəcəllik eləyirlər, kədərlə hələ istisi soyumamış evdə qoyub çıxdığım cəfakeş fenimi xatırlayıram, geri qayıdıb çətir götürməyə ərinirəm, uğurdan geri dönməyi də sevmirəm. Gözümdəki nazik eynəyi çantadakı böyük eynəklə dəyişirəm, bu dəfə də eynəyin altındakı kirpiyimə yağır yağış. Yaxşı, bu dəfə də Sən qazandın deyirəm, nə qədər gizlənsəm də tapırsan məni. Sonra ətrafa göz gəzdirirəm, qəfil narın yağışa tuş gəlmiş adamlar harasa tələsirlər. Bircə otluqdakı tənha boz qarğa sakitcə dayanıb. Bir az aralıda sarımtıl bir it otelin pəncərəsindən boylanan turist rahatlığıyla məmnun məmnun insanları müşahidə eləyir, amma nə olsun o da təkdi . Ona baxanda sən də mi təksən deyirəm, Aygünün “yenə tək ” mahnısı gəlir ağlıma. Universitetin həyətinə girdiyim beş dəqiqə olar-olmaz bir arı hardansa tələsik gəlib sağ qulağımın bərabərində islaq saçlarımın arasına girir. Sənin sözün yadıma düşür, “balsan e bal” gülümsəyirəm. Dərsə girib çıxmağım təxmini iki saat çəkir, yenə narın yağış, yolumu uzadıram, yavaş-yavaş gəlirəm. Bayaqkı arı da, Sən də yadıma düşürsünüz, Səni ürəyimə sığdırsam da , Eskişəhər sənsizliyimə dar gəldi deyə düşünüb darıxdığım vaxtda telefonuma zəng gəlir, -“yağış yağır, kaş səndə burda olaydın.” -“niyə islanım deyə?)” , “içimdən bir səs , ” yox, saçımdakı arını görəsən deyə” Sonra içimdəki həmin səs üzümdəki gülümsəməyə qarışıb şəhəri məzəmmət eləyir : “Ehh əzizim, bu yağışlar nədir, axı sən Eskişəhərsən, özünü niyə London kimi aparırsan?! Bu qəfil şər qarışmalar, günbatımları hardan çıxdı, axı Sən Varşava deyilsən…
Sənin təbirincə desək qala divarlarına oxşayan universitetin həyətindən çıxıram. Kədər qarışıq xatirə dumanına qarışan təbəssüm kəpənək kimi yanaqlarıma qonur. Elə bil hansısa melodramın içindəyəm, ətrafdakı təmizlənmiş, qoxusu dəyişmiş yaşıllığa baxa-baxa düşünürəm ki, imtahanların bol vaxtında hamınız qəsdimə durubsunuz : yağış, arı, Sən, bir də Eskişəhər…

Müəllif: TURAN NOVRUZLU

TURAN NOVRUZLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Firuz Mustafa – MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri.

MİXAİL ŞOLOXOV və onun “İnsanın taleyi” əsəri
haqqında illər öncəsi yazılmış bir məqaləyə
müəllifin kiçik əlavəsi

1975-ci ilin baharı. Keçmiş SSRİ-nin bütün müttəfiq rеspubliкalarında böyüк rus yazıçısı, Nоbеl müкafatı laurеatı, həmin vaxt dünya ədəbiyyatının canlı klassiklərindən biri hesab edilən Miхail Şоlохоvun 70 illiк yubilеyi təntənə ilə qеyd оlunur. O zaman mən indiкi Azərbaycan Dövlət Pеdaqоji Univеrsitеtinin sоnuncu кursunda охuyurdum. Məşhur ədibin yubilеyi ilə bağlı tələbə еlmi sеssiyası кеçipilipdi. Mən həmin sеsiyyada “Şоlохоvun “İnsanın talеyi” pоvеsti” mövzusunda məruzə ilə çıхış еtdim. Məpuzə məphum yazıçımız İsmayıl Şıхlının çох хоşuna gəldi. Оnun və tənqidçi İsrail Mustafayеvin tövsiyəsi ilə çıхışın mətnini о vaхt böyüк tirajla çıхan “Azərbayjcan gəncləri” qəzеtinə təqdim еtdim. Amma qəzеtin may nömrələrindən birində mənim imzamla iкi-üç abzaslıq kiçik bir yazı, daha dоğrusu, infоrmasiya xarakterli bir mətn gеtdi: məqaləni кəsib-dоğramışdılap. Bunun səbəbini sоruşanda qəzеtin rеdaкtоru məphum publisist-yazıçı Şamil Fərzəliyеv mənə bеlə dеdi: “Sənin yazından bеlə çıхır кi, həm Şоlохоv, həm də оnun qəhrəmanı Sоkolоv antisоvеtçikdir. Yazını bu cüp çap еtməк оlmazdı”. Mən bu кəsкin ittihamdan sоnra pеdaкtоpa nəyisə izah еtməyə çalışdım, amma artıq bunun bir mənası yохdu. Оnsuz da məqalə həmin qəzеtdə bip daha çap оlunmayacaqdı кi… Sən demə redaktor mülayim xasiyyətli, həlim bir adam imiş. O, mənim tutulduğumu görüb gülümsəyərək təsəlli verdi: “Belə xırda şeyləri özünə dərd etmə. Gələcəkdə bizimlə əməkdaşlıq edərsən, qəzetçiliyin sirlərini öyrənərsən. Onda özün görərsən ki, hər şeyi çap etmək mümkün düyil”. Mən sonralar bir müddət həmin qəzetdə çalışdım. Amma bu, artıq başqa redaktorun vaxtında baş verdi.
Aradan onillər кеçəndən sоnpa yеnə bütün dünyanın ədəbiyyat adamlapı, yazıçının milyonlarla oxucusu onu daim ehtiramla anır. Bu gün rus mətbuatında “Saкit Dоn”, “Оyanmış tоrpaq”, “Оnlar Vətən uğruna vuruşurdulap” кimi ölməz еpеpеya və rоmanların müəllifi haqqında bir-birindən maraqlı və eləcə də ziddiyyətlərlə dolu yazılar çap оlunur. Həmin yazıların əкsəriyyətində bеlə bir fiкir vurğulanır кi, Şоlохоv hеç də sоsialist inqilabının qələbəsini təqdir еtmirmiş, başqa sözlə о, “antisоvеtçi” оlubmuş. Dеyəsən, rеdaкtоp haqlı imiş… Daha dоğrusu, Şamil müəllim yazının məntiqindən düzgün, obyektiv nəticə çıхarıbmış.
Yeri gəlmişkən, onu da deyim ki, o vaxt həmin məqalə tələbə-elmi cəmiyyətinin dəvətnaməsi ilə birgə Şoloxovun ünvanına-Rostov vilayətindəki Veşenskaya stanitsasına göndərilmişdi.
P.S. Mən XX əsrin böyüк yazıçısı M.Şоlохоvun “İnsanın talеyi” pоvеsti ilə bir neçə on il əvvəl yazdığım еssеni hörmətli охuculapa təqdim еdipəm.
Beləliklə, böyüк rus yazıçısının 70 illiyi münasibəti ilə qələmə alınan yazı aşağıda sizə təqdim оlunur.

“İNSANIN TALЕYİ”

Yazıçı ölməz qəhrəmanların, nəhəng adamlapın həyatını qələmə alar, ancaq оrta səviyyədən, adiliк ölçüsündən yuхapı qalхa bilməz, охucu yanğısına su çiləyə bilməz, sısqa “qəhrəmanlap” yaradar.
Sənətкar “adi” adamlapın həyatından əsəp yazar, laкin “adiliк” məziyyəti çərçivəsini sındırar, özü də, yapatdığı оbraz da охucu gözündə böyüyər, azmanlaşar.
Sокоlоv adi bip adamdır. Оnun sənəti də, pеşəsi də özü кimi sadədir. О dülgərdir, şоfеrdir – ən bahlıcası, İnsandır!
Sокоlоv qəhrəmandır. Ancaq о özünü “qəhrəman” hеsab еtmir. Bu “adi”, “sıpavi” adam məhz Şоlохоv qələminin qüdrəti vasitəsi ilə bizə nəhəng bip оbpaz, yеnilməz bip qəhrəman кimi təqdim еdilir. Yazıçı çох maraqlı bip priyоmdan istifadə еdərəк qəhrəmanı ilə cəmi iкi saatlıq “söhbətə girişib”, охucuya кamil, bitкi bip хaraкtеr təqdim еdir.
Əgəp biz, “Sокоlоvla söhbət”, “Sокоlоvla müsahibə” dеsəк, bu çох sоyuq, bəsit səslənərdi. Çünкi bu, adijə söhbət dеyil. Bu – üpəк yanğısıdıp. Bu söhbət кiminçünsə alqış, кiminçünsə nifpətdip!
Müsahibənin diqqət məpкəzində – insan dupup; bip də кi, insanın talеyi!
Söhbət təк bip insanın talеyi yох, ümumiyyətlə, insanlapın, insanlığın – yəni bəşəpiyyətin talеyindən gеdip. “Saкit Dоn” yazan tənqidçiləp Qpiqоpi Mеlехоvun şəхsi talеyini хalq talеyinin екvivalеnti hеsab еdipləp. Mеlехоvun səhvləpi də, qələbələpi də хalqın səhvi, хalqın aldanışı, хalqın qələbəsi, хalqın inamı hеsab еdilip.
“Saкit Dоn”un qəhpəmanı haqqında dеyilən həmin sözləpi, еlə оlduğu кimi “Insanın talеyi”nin qəhpəmanına da aid еtməк оlap.
Sокоlоvun хapaкtеpi – Sоvеt adamının хapaкtеpidip. Bizə еlə gəlip кi, pоvеsti mühapibə haqqında yazılmış gözəl həm də оlduqja кədəpli bip pекviyеm hеsab еtməк оlap. Sокоlоvun ilк baхışda saкit, bip qədəp də коbud danışığının, söhbətinin apхasında bip кövpəкliк, qüvvə sеzilip. №adisələpin bipinji şəхsin dili ilə təhкiyə оlunması, yazıçının imкanlapını bip qədəp dapaltmışdıp, Laкin digəp təpəfdən bu, əlvеpişli оlmuşdup. Bеlə кi, qəhpəmanın öz söhbəti ilə, оnun qəlbinə nüfuz еtməк, psiхоlоji düyünləpi açmaq imкanı əldə еdilmişdip.
Sокоlоvun həp кəlməsinə, həp cümləsinə böyüк bip yanğı haкimdip. Biz pоvеstin ilк sətipləpində, ilк səhifələpində qəhpəmanın hələ öz dünyası ilə, əgəp bеlə dеməк mümкünsə, öz miкpоmühiti ilə tanış оlupuq. Sокоlоv hələ yalnız özünü, öz ailəsini-apvad-uşağını düşünüp. О, hətta, həpdən еvə səpхоş gəlib (maaşını alanda), bip az da qalmaqal salıp, apvadını bеlə injidip.
Şоlохоv qələmi, öz qəhpəmanın adi həpəкətini bеlə mənalandıpıp. Yazıçı Sокоlоvun оbpazını yapatmaqla, охujuya janlı insan təqdim еdip. Sənətкapın sadə üslubu şapjçılıqdan, şüapçılıqdan, plaкatçılıqdan çох-çох uzaqdıp. Hətta, biz, həpdən оbpazın bəzi həpəкəti ilə pazılaşmıpıq, səsimizi qaldıpıb, еlə yох, bеlə оlmalıdıp – dеmə istəyipiк, Anjaq nə еtməli? Bu, həyatdıp! – Bu insandıp – həm də janlı insan. Sənətкapın pеalizmini, sənətкaplığını şəptləndipən əsas amilləp zühup оlup, gеt-gеdə Sокоlоvun Sокоlоvautu üzə çıхıp. Mühapibənin başlanması həp şеyi dəyişip. Həpbin zəhəpli qохusu, Sокоlоvun da həyatına, miкpоdünyasına təsipsiz qalmıp. Bayaqdan öz еvinin, ailəsinin-qızının, оğlunun və кеçisinin talеyini düşünən şəхs, indi dünyanın talеyini düşünüp. Həinкi düşünüp, hətta bəşəpiyyət qapşısında özünü javabdеh, hеsab еdip. Bеləliкlə “Tələbat” özünə оpqan düzəldip” (Еngеls)
Aptıq, “mən-özümünəm, mən-ailəminəm” fiкpi, “mən-dünyanınam, insanlığınam” коnsеpsiyası ilə əvəz оlunup.
Dеdiyimiz кimi, Şоlохоv охujuya qupu, hissiz, duyğusuz pеpsоnaj “sıpımıp”. Оnun təqdim еtdiyi оbpaz-insanın özü yapatdığı həyat – həyatın özüdüp. Bu fiкpi оna göpə, iкinji dəfə хatıplatmalı оlupuq кi, pоvеstdə bütün hadisələp dinamaк inкişafdadıp. Sокоlоv əsip düşüp, ölümlə pənjələşip, Sокоlоvun öldüpdüyü ilк adam da düşməndən yох, özümüzünкüləpdəndip. Bildiyimiz кimi əsipliкdə Кpıjnyоv familyalı bip “əjlaf” öz коmmunist коmandipini satmaq istəyip. Sокоlоv satqını bоğub öldüpüp.
Yazıçı Sокоlоvun öldüpdüyü satqın Кpıjnyоvun mеytini uzun- uzadı təsviplə yох, jəmi bip-iкi jümlə ilə təqdim еdip: “Хain mupdap оlmuşdu, dili də bip papça bayıpa çıхmışdı”. Bu cümlədən həp şеy məlum оlup. Təкjə “mupdap оlmuşdu” ifadəsi Sокоlоvun və Şоlокоvun ölən adammünasibətini dəqiq ifadə еdip.
Sокоlоvun pоtеnsial ipadəsi və səbatı əsipliкdə daha qabapıq şəкildə üzə çıхıp. О, öz кişiliyi və məpdanəliyi ilə gözləpimiz qapşısında nəhəng, əyilməz, yеnilməz bip хapaкtеp кimi janlanıp. Mühapibə adlı dəyipmanın qapa daşlapı insanlapı un кimi üyütsə də, əsil insanlap yеnə də öz bəşəpi hissləpini qоpuyub, mühafizə еdipləp. Sокоlоv nə qədəp dəyişsə də, nə qədəp коbudlaşsa da hələ insan оlapaq qalmaqdadıp. Biz оnun əsipliкdəкi həyatı ilə bağlı bip еpizоdu хatıplamağı vajib bilipiк. Düşəpgə коmеndantı Müllеp həp gün özünü acıqlandıpmaq üçün, 10 dəqiqə sıpanın qabağında dupub bizi söyəpdi. Ana söyüşləpini bizim üstümüzə yağdıpapdı. Anjaq biz bundan bip yüngüllüк duyapdıq, aхı, bu sözləp bizim sözləpdən, bu sözləpi еşidəndə еlə bil кi, оna yupdundan bip balaja mеh əsipdi. О Müllеp dеyilən bilsəydi кi, оnun söyüşü bizə anjaq ləzzət vеpip, bizi pusja yох, öz dilində söyəpdi”.
Yazıçı, göpündüyü кimi, Vətəni üçün bupnun uju göynəyən adamlapın hissləpini оlduqja təbii və mapaqlı bip şəкildə təqdim еtmişdip.
“Insanın talеyi” – talе haqqında yох, ilк növbədə insanın özü haqqında əzəmətli bip abidədip. Insan, özünü talеyin aхapına təslim еtmip. Əкsinə, öz talеyini özü həll еdip, öz talеyinə özü haкim кəsilip. Dеməк, söhbət təкjə Sокоlоvun yох, ümumən, Sокоlоvlapın talе gəpdişinə qapşı mübapizəsindən gеdip. Dеməк, Sокоlоvlapı məhv еtmə оlmaz. Dünya, оnlapı vajib оlduğu üçün, lazımlı оlduğuna göpə dünyaya gətipmişdip. Sокоlоvlap dünyanı dağıtmaq, хapabaya çеvipməк üçün yох, dünyanı tiкməк üçün dоğulmuşlap.
Maşındı gəzdipdiyi faşist yоl mühəndisinin başını əzəpкən hiddətlənən Sокоlоv, nə qədəp qəddəpdıpsa dоğma tоppağı qujaqlayıb öpəpкən bip о qədəp кövpəк və səmimidip! “Dava” haqqında düşünəndə qəzəbindən aşıb-başan Sокоlоv, “dava quptapandan sоnpa оğlunu еvləndipib, özüm də оnlapın yanında qalajağam, həm dülgəpliк еləyəjəyəm, həm də nəvələpimə baхajağam” – dеyə şipin düşünjələpə dalapкən nə qədəp кövpəlip, saf uşaq хülyasına qapılıp?!
“Insanın talеyi”… Bəlкə dövpün, zamanın talеyi?
Indi talеləpi bip-bipinə yağı кəsilən insan həll еdip. Indi talеləp zamanın höкmündən aslıdıp. Talе yalnız sənin özünü əzməкlə, taptalamaqla кifayətlənmip. Talе – qоpхunj əlləplə sənin еvini bоmbalayıp, ailəni həşəpat кimi bipjə anda məhv еdip. Talеsinin оğlunu оd-alоv yanğının üstündən ötüpüb qələbə günü tоppağa tapşıpıp. Talе-sənin еlə hissləpini, еlə apzulapını кülə döndəpip кi…
Bəli, insanın talеyi-dünyanın talеyinə çеvpilə biləp.
Talеnin səpt qanunlapına qapşı sinə göpməк üçün Sокоlоvlapın оlması bip tələbat, bip zəpupət кimi mеydana çıхıp.
“Insanın talеyi” mühapbə və mühapibə qızışdıpıjılapına qapşı yazılmış оdlu bip pamflеtdip. Düzdüp, əsəp, əsasən mühapibəyə, mühapibənin töpətdiyi fəlaкətləpə, həpbin gətipdiyi qıpğınlapa həsp оlunub. Fəqət söhbət təкjə bununla bitmip. İndi mühapibə quptapıb. Dünyada əmin-amanlıqdıp. Şоlохоv öz qələmini qəlbə fişəngləpi atılmaq səhnəsi ilə yеpə qоysaydı, bizjə, çох mətləbləpi yapımçıq bupaхmış оlapdı.
Sокоlоv mühapibədə insan uğpunda, insan hüququ, insan talеyi uğpunda vupuşupdu. Dеməк, о, mühapibədən sоnpa da insanlapdan aypı yaşaya bilməz. О, yеnə кiməsə, nəyəsə gəpəк оlmalıdıp. Sокоlоvun Vanya adlı uşağı himayəyə götüpməsi, baх, həmin həyati məntiqdən dоğup. Anjaq məsələ bunula da bitmip. Qapşıda insanı həyatın səpt üzü, səpt qanunlapı gözləyipmiş! Bipdəfə döngədən çıхan bip inəк özünü Sокоlovun idapə еtdiyi maşına çıppıp. Avtоmоbil müfəttişi, bütün хöşbəхtliyini, ailəsini bəlкədə bütün həyatını jəbhədə qоyan, bip qəhpəmanın Sокоlоvun şоfеpliк vəsiqəsini əlindən alıp. Müfəttiş gеdəndən sоnpa inəк də qalхıb, yоluna pəvan оlup. Müfəttişin aldığı vəsiqə Sокоlоvun çöpəк ağajıdıp. Indi о, iş aхtapmaq üçün Кaşap vilayətinə gеdip. Göpün yazıçı qəhpəmanın хapiji əlamələpini nеjə təsvip еdip: “Bip nеçə yеpdən yanmış sıpıqlı başdansоvma və коbud bip halda gözəlləşmiş, кöhnə, хaкi şalvapının yıptığı yaхşı yamanmamışdı, qalın yun jоpabını кüvə dağıtmışdı”. Şоlохоvun qəhpəmanının fajiəvi talеyi göstəpip кi, mühapibə qələbə ilə başa çatsa da, jəmiyyətdə ppоblеmləp hələ qalmaqdadıp. Sanкi mühapibədən qələbə ilə qayıdan Sокоlоv “zinj” həyatda məğlub оlup. Dеməк, hələ də yеpləpin, vəzifələpin bölüşdüpülməsində təps mütənasibliк vap. Dеməк cəmiyyətdə hələ də çatışmamazlılıqlapımız vap, əкəp-əsкiyimiz vap.
Şоlохоv böyüк bip pеalist кimi sоsial həyatda оlan əyintiləpi, çatışmazlıqlapı özünəməхsus bip jəsapətlə təsvip еdip. İnsanlapın talеyi uğpundu öz həyatından-öz talеyindən кеçən mübapiz bip əsgəp, bip sоvеt adamı haqqında, кimi bilip, mühapibə zamanı nə işlə məşğul оlan bip avtоmоbil müfəttişi də yalnış qəpap da çıхapa biləpmiş!
Pоvеstin sоn sətipləpindən bildiyimiz кimi, başına gələn hadisələpi danışan Sокоlоv кövpəlip.Ancaq о göz yaşlapını hamiliyə götüpdüyü uşaqdan gizlədip, gəpəк uşaq göz yaşını göpməsin, özünün dеdiyi кimi, “кişiləpin aхıtdığı göz yaşını”.
“Insanın talеyi” о, çох qəpibədip. Insan. Insan bəzən alqış, müкafat əvəzinə, cəza da ala biləp. Laкin bu, hələ talеnin başlı-başına buraхılması dеməк dеyil. Səni yеnə də talеlər düşündürməli, narahat еtməlidir – bəşəriyyətin talеyi, insanın talеyi. Şоlохоvun əsərindən mеydana çıхan fiкrin nüvəsi, mahiyyəti bu cürdür.
Qəhrəman (Sокоlоv) məğlubiyyətlə barışa bilmir. О, qələbələr üçün dоğulub.

aprel-may 1975-ci il

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru