Bu gün tanınmış şair Fazil Aydının doğum günüdür. Doğum günü münasibətlə “Yazarlar” jurnalı olaraq, şairi təbrik edir və müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edirik:
Kirman Rüstəmli yaradıcılığından bir yaşıl yarpaq.
(Doğum günü münasibətilə) Kirman Rüstəmli Hüseyn oğlu 1948 ci ilin soyuq bir qış gecəsində Qədim Naxçıvan torpağının Cəhri həndində dünyaya göz açmışdır.Çoxuşaqlı ailədə böyüyən Kirman uşaqlıq vaxtlarında anasından eşitdiyi laylalar , oxşamalar,nağıllar onu ədəbi mühitə səsləmişdir. Müharibədən əlil gələn atasının qayğıları , ailə çətinliklərini bu qarayanız oğlan atasına yaxından kömək etməklə bərabər oxuduğu məktəbdə ədəbiyyat dərnəklərində iştirak edir,divar qəzetlərinə məqalələr yazırdı .O ,ayı illərə calayaraq qəlbində baş qaldıran yaradıcılıq arzuları ilə ədəbi mühitə 1972 ildə “Şərq Qapısı”qəzetində işıq üzü görən”Müharibə” adlı şeiri ilə gəlmişdir. Əli təbaşirli, dili Vətən nəğməli olan Kirman müəllim NaxçıvanPedaqoji texnikumunda oxuyarkən təhsilini yarımçıq qoyub hərbi xidmətə getmiş,,1969 cu ilin sonunda ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmişdir.Pedaqoji məktəbin divar qəzetlərində kiçik həcmli şeirlər yazmış,Naxçıvan şəhərində keçirilən ədəbi yığıncaqlarda dinləyici kimi iştirak etmiş, söz ustadlarından örnək olaraq gələcək yaradıcılıq yoluna ilk ədəbi izlər salmışdır.Ali təhsil almaq üçün Naxçıvan Pedaqoji Universitetinə imtahan verərək qəbul olur, ali məktəbi müvəffəqiyyətlə bitirib pedaqoji fəaliyyətini davam etdirir. Şərəfli müəllim ömrü yaşayan Kirman Rüstəmlinin yaradıcılığında Vətən, torpaq,yurd sevgisi,təbiətin əsrarəngiz gözəlliyi ,saf məhəbbətin tərənnümü, müəllim kimi yetirmələrinə olan sonsuz qayğı bir omür onunla qoşa addımlamışdır.Şairin “Şərq Qapısı”, “Oxu məni”, “Hürriyyət” ,”Haqqın səsi” və sairə qəzetlərdə işıq üzü görən şeirləri, “Türk dünyası şiir seçkisi” kitabında (ASKEF-Türkiyədə çıxıb) “Vaqif Məmmədov xatirələrdə” (Elm və təhsil- Bakı 2017) “Göyərçin əllər”poetik toplu(Elm və təhsil-Bakı 2018) və sairə kitablarda çıxan əsərləri Naxçıvan ədəbi mühitində yeni bir imzanın gəlişindən xəbər verir. Onun yaradıcılığında “Dünya” , “Bu köçün mənzili haradır, belə?”” “Səni özümə tanrı bilmişəm” ,”Ocağında kül oldum”,”Bakı sabahın xeyir” “Xal”,”Gedirəm”,”Məni qınama ana”,”Bənövşəm””Sədərəklilər” və sairə belə onlarla şeirlərin rəngarəng mövzusunun əsasında vətənpərvərlik, yurd sevgisi , saf məhəbbətə inam, təbiət, sirli soraqlı dünyanın bu günü və sabahı durur. Şairin “Bura Bakıdır”,”Bu köçün mənzili haradır, belə?””Qoy dərdimi yuyum, adam” ,”Sədərəklilər” şeirlərində və sairə əsərlərində vətənpərvərliklə yanaşı torpaqları zaman-zaman bölünmüş, zorla alınmış Göycə, Zəngəzur, Borçalı, Qarabağ və sairə ərazilərinin yad əllərə keçməsinə , əliyalın xalqa qarşı törədilən haqsızlığa etirazı verilir.Onun “Qoy dərdimi yuyum, adam”əsərində: Torpaq da güllədən yara alarmış, Qalxanı yoxdur ki sipər eyləyə. Dağım da, daşım da yaralanarmış, İmdad diləyirlər, mən yandım deyə.
-Əliyalın bir xalqın harayını dünyanın sülhsevər insanlarına çatdırmaq istəyir. Şair, “Bu köçün mənzili haradır,belə?” “Vətənimdə vətənsizəm”” və s. Şeirlərində bir əsrdə üç dəfə departasiya olan,od -ocağından qovulan qaçqın və köçkünlərin acı taleyini ürək ağrısı iıə təsvir edir:
Toplayıb illərin ağır yükünü, Unudub əslini, soyun , kökünü, Keçirib başına qara börkünü, Tökülüb yollara verib əl- ələ Bu köçün mənzili haradır , belə?
Şairin poetik dünyası bütün türk torpaqlarını gəzir.”Harada haqqsızlıq var, orada ədalətin ölümü var,”- deyən Kirman Rüstəmli təklənən xalqının itirilmiş torpaqlarının geri qaytarılmasına olan inam hissinin ölməsindən,məhəbbəti bənövşə ömrü yaşamış qarayaylıq gəlinlərin fəryadında,anaların vaxtsız ağaran saçlarından ürək ağrısı ilə söz açır , hətta, sülhsevər insanlarla bərabər səmalardan da bu haqqsızlığa etiraz gözləyir.
Hər gün itiririk inam hissini, Analar saçına həna yaxmayır. Göylərə yüksələn nalə səsini, Səma da dinləyir, niyə çaxmayır? Misri qılıncları ilə əsrlərə səs salan oğulları haylayır.”Bu gün vətənə döyüşən oğullar gərəkdir”ideyasını gənclərə aşılayan, yaşlaşdığı üçün öz varlığından küsən şair: Misri qılınc qından çıxmır, deyəsən, Kişi ol ki, dəbilqəni geyəsən, Axı, neçə ildir qəzəbini yeyəsən? Vuran qolum taqətindən düşüb, oy, Öz varlığım varlığımdan küsüb, oy.
Şuşada–Cıdır düzündə at oynadan paşinyanları lənətləyir,
Cıdırımda at oynadır yağı, oy, Biz itirdik yurdu, Qarabağı,oy. Bu misralar şairin milli oyanışa, birliyə çağırışıdır. Səngərlərdə yaşa dolan, sinəsini düşmənə sipər edən oğulları alqışlayır. Səngərdə yoğruldun, sən əsgər oldun, Müqəddəs torpağa qoydun başını. Savaşda böyüdün, sən yaşa doldun, Qorudun Vətəni, vətəndaşını.(Şəhidlik) Üçrəngli bayrağın Ümumimilli lidrimiz H.Əliyev tərəfindən yenidən Naxçıvan MR Ali Məclisinin binasıı üzərində dalğalanması ilk müstəqil dövltimizin banisi M. Ə. Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” ideyalarının yenidən qayıdışını alqışlayan şair “Bayrağım” şeirində M.Ə.Rəsulzadənin obrazını sevərək yaşadır, əbədiləşdirir. Bu torpağın mayasından yoğrulub, Anasından oğul aslan doğulub. Hər qarış torpağın şəhidi olub, Müstəqil dövlətəm bu gün cahanda, Üçrəngli bayrağam Azərbaycanda. Və ya: Şərqə mən gətirdim hürriyyətimi, Tanıtdım dünyaya Cümhuriyyətimi. Ürəkdən gələn hər şeiriyyətimi, Mən yazdım Günəşin erkən çağında, Üçrəngli bayrağam Azərbaycanda. Şair yaradıcılığında milli etik adət-ənənələrimizi , doğma yurda bağlılığı, xüsusən də unudulmaqda oan “Səməni”halvasını dadından söz açır, el qızlarının gözəlliyindən, kənd toylarındakı el adətlərinin təsvirini bədii və poetik dillə verərək keçmişimizi bu günə calayır, ona əbədiyaşarlıq verir, onları gələcək gənclərimizə ərmağan edir.
Xatirə kövrəkdir,yaz bunu qələm, Necə də əzizdir o günlər mənə. Keçmışim yaddaşda canlı bir aləm, Mən hələ borcluyam dünənim, sənə.
“Kəndim”şeirində “Naxçıvan tarixində sayılıb seçilən oğulları ilə əsrlərə səs salan doğma Cəhri kəndinin bədii obrazını yaradan şair, kənddəki el adlarını- toponimləri əbədiləşdirir; – Dağın Çalxan Məkkəz dayaq, Heç dəymədi yad bir ayaq, Mümkün deyil səndən doymaq, Cəhri kəndim, Cəhri kəndim….
Ömrüm burda gəlib keçdi, Bir qızı da könlüm seçdi, Sənsiz yaşam mənə heçdi, Cəhri kəndim, Cəhri kəndim.
Özünə məxsus poetik ifadələr, bədii təsvir,ifadə vasitələrindən məhartlə istifadə edən Kirman Rüstəmli “Odlayaqmı” ,Gülüm,yarımsan”,”Qadın”,”Yanındayam mən”,”Xallısan”,Dəlisən ki , dəli”,”Səni seçmişəm”,”Ocağında kül oldum”və s. .şeirlərinin əsasını saf məhəbbət, əhdə vəfa, qadına hörmət, anaya ehtiram və s. .insana məxsus sevgi motivləri tutur.
Qar kimisən, yanaqların allanıb , Kim bəzəyib yaradanda de , səni? İpək saçın sal deyincə sallanıb, Gözə gələr baharında de səni.
Bir səyyah kimi Naxçıvan torpağını gəzən, onun əsrarəngiz təbiətinin sirli soraqlı diyarından zövq alan Kirman Rüstəmlinin “Bənövşəm” şeiri çox lakonik əsərdir. Ilk baharın müjdəsi olan bənövşəyə xitabla : Adın çəkməm nərgiz məndən inciyər, Yaz gəlməsə qar altında linciyər, Səni kimsə dərər, tez mənimsəyər, Qan ağlaram, xstə ollam bənövşəm.
Gülləri dər, dəstə dəstə dəstələ, Mahnı düzəlt,sən onları bəstələ, Yalqız qalma, hərdən məni də səslə, Nərgizimdən soraq verim , bənövşəm.
Azərbaycan ədəbiyyatının milli vəzni olan qoşma janrından gözəl əsərlər yazan şair , həmçinin, bayatı və sərbət mövzularda da qələmini sınamışdır.O, öz əsərləri ilə nəinki Naxçıvan mühitində, Cənubi Azərbaycanda və tük dünyasnda da çoxlu oxucu rəğbəti qazanmışdır. Təbii ki, Kirman Rüstəmli yaradıcılığı getdikcə püxtələşir, bitkinləşir, mövzu rəngarəngliyi artır.O, ustad pedaqoq , yaradıcı şair kimi Vətən, el, xalq arasında mənəvi borcundan bəhrələnərək yazıb yaradacaq , öz oxucularını yeni əsərləri ilə sevindirəcəkdir.
Ümbülbanu Həsən qızı Musayeva. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi. Azrbaycan jurnalistlər birliyinin üzvü. Publisist- yazıçı.
Дорогие читатели со всего мира! Я получаю Ваши соообщения и звонки. Ещё раз. Не нужно так за меня переживать. Эта несчастная краснолицая журналистка сама рассказала о своём сложном детстве. В доме не было хлеба и отец достал мешок муки, чтобы прокормить семью. Одежду они перешивали друг у друга. Не забывайте. У нас 35 лет длилось противостояние. Почти пятая часть населения были беженцами. Это было сложное время. И теперь некоторые выплескивают свою злобу и ненависть в социальных сетях. Конечно есть провокаторы и просто подлецы, ненааидящие свою страну.. Но большая часть этих людей глубоко несчастные и потерянные типы. Они не могут иначе выразить протесты против своей тяжёлой жизни и всех страданий последних лет. Ругать чиновников опасно. Зато какая радость оскорблять артистов, поэтов, писателей, деятелей культуры. Нормальный человек просто не может зайти на чужую страницу, чтобы оскорбить и выплеснуть свое раздражение. Подумайте, какой ад в этих душах. Иначе они не могут. Простите всех этих людей. Не ведают, что творят. Азербайджанцы, в массе своей, добрые, щедрые, благожелательные люди. Просто страдания последних лет озлобили некоторых. Мы освободили свои земли не обидев ни одного ребёнка, не позволив разрушить ни одну семью. Простите и эту несчастную журналистку. Простите всех, кто с таким ожесточением и злобой пишут в социальных сетях. Некоторые уехали и теперь всю вину за свой преждевременный отъезд тоже перекладывают на оставшихся. Даже журналист , бравший у меня интервью , поразился степенью ненависти и ожесточения. Не думайте, что так размышляют все азербайджанцы. Мы страна победивших героев. Мы страна древней культуры, где тысячи лет уважали своих писателей и поэтов. Мы страна щедрых и добрых людей. Спасибо всем, кто в эти дни писал мне со всего мира. Спасибо нашим землякам со всего мира. Моим иностранным читателям. Я очень ценю Вашу поддержку и горжусь вами!
Təbiəti dünyaca gözəl, insanları mərd, igid Kəlbəcər. Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər. Dolanbacları adamı azdıran, İstisuyu Tərtər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər. Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovu- na, Dəlidağına qalxıram. Ovcumu donduran bulaqların buz kimi suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra gedib mədəmə rahatlıq gətirən İstisuyun paqqıldayan suyunu dərman kimi qəbul edirəm. Baxdıqca adamın papağı düşən ağaclara, qalın-sıx meşələrə, sıldırım qayalı dağlara, yamya- şıl yamaclara baxaraq təbiətin gözəlliyini duyub, “Burda ya- şamağa dəyər!” – deyirəm. Gözəlliklərlə dolu xatirələrdən ayrılmaq istəmirəm. Xəyallarıma, arzularıma qovuşmaq üçün təzədən sənə gəlirəm. O qədər gözəl yüksəklik varkən bezdim, usandım artıq çökəkdə, boz səhrada qalmaqdan. Kəlbəcərin sərtliyi də gözəlliyi qədər cəledicidir. Dağların arasından keçən qorxunc yolların, meşələrin, hündür, əzəmətli ağacların hamısını fotoaparatın lentinə köçürmək keçir adamın könlündən. Sıldırım qayalar, hündür ağaclar adamı məğrur edir. Onlara söykənib, özünü arxalı hiss edirsən. Güc, qüvvət, cəsarət alırsan. Dağ adamlarını mərd, ürəkli, cəsarətli edən də, elə budur. O sahənin mütəxəssisi olan bir professor dostum deyirdi ki, təkcə Kəlbəcərin o zəngin meşələri ilə Azərbaycanı 100 il saxlamaq olardı. Dağ adamlarının dağsız, düzənlikdə yaşaması həm də da- xili məğlubiyyətdir. Utandığından ancaq yerə baxırsan. Söy- kənəsi nə dağ var, nə də əzəmətli ağac. Düzənlikdə kürəyini
yerə vurursan. Məğlub kimi. Kürəyi yerə vurulan adamın di- li-ağzı olmaz, səsi çıxmaz. Çünki səsini daşıyası nə dərə var, nə də səsinə səs verəsi qaya. Eyni fona baxmaq, eyni bozlu- ğu mütəmadi görmək; yeknəsəklik insanın ruhunda bir dur- ğunluq yaradır. Adamı mütiləşdirir. İnsan yalçın qayalara, qollu-budaqlı ağaclara baxanda qü- rurlanır. Mən səni görməyə, sənə dönməyə tələsirəm. Kürəyimi dağlarına söykəyib qürurlanmaq, ən hündür ağaclarına baxa- baxa göyə tamaşa edib özümə gəlmək, özümə qayıtmaq, itir- diyim özümü tapmaq istəyirəm. Yaşamadıqlarını unutmaq üçün ötənlərə zirvədən baxmaq gərək. Sənin o əvvəlki sevincli halını özünə qaytararaq tə- mizlənib, durulub, saflaşaraq. Mən gəzdiyim, olduğum yerlərin heç birində Kəlbəcərdə olan füsunkarlığı, əzəməti görmədim. Təbiət bu yerdən heç nəyini əsirgəməyib. Gözəlliyi, təbii ehtiyatları, dağları, me- şələri, özü kimi əyilməz, mərd övladları… Enişdən ucalığa doğru uzanan arzuları həqiqətə çevirərək, bütün yüksəklikləri alaraq, mənəvi yüksəkliyə qayıdırıq… Sənə qovuşmaq, o yerləri bir də görüb, orda təzədən yaşa- maq adamı cavanlaşdırır, yenidən özünə qaytarır. Əhvalını dəyişir. Doğmalarının nəfəsini duyanda, addım səsini eşidəndə, bulaqlarının suyuyla üzlərini yuyub gülüş, təbəssüm dolu simalarını görəndə, dağlı, meşəli qoynuna alıb bağrına basanda onlarla birlik də sən də yenidən gözəlləşəcəksən. Sevinc, xoşbəxtlik adamın da, təbiətin də ovqatını dəyişir. Səni sevməmək mümkün deyil, Kəlbəcər!
Dostum, çoxlarının xeyirxahı Lətif Niftəli oğlu Vəlizadənin 2022-ci il aprel ayının 5-də 80 yaşı tamam olur. Bu insan sanki Xeyirxahlıq İnstitutudur. O, bacardığı köməyi, yaxşılığı, əl tutmağı başqasından əsirgəməyən insandır…
…30 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Kaş hamı bizim kimi bir-birinə qarşı diqqətli, mehriban və qayğıkeş olaydı. Lətif müəllimlə münasibətimizin bünövrəsini Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində işləyərkən qoymuşuq. Eyni baş redaksiyada – Unudulmaz Sabir Rüstəmovun rəhbərlik etdiyi “Təbliğat Baş Redaksiyası”nda uzun müddət çalışmış və maraqlı, yaddaqalan verilişlər hazırlayıb tamaşaçılara təqdim etmişik. Lətif müəllim həm də ədəbiyyatçıdır. Çoxlu şeir, qəzəl və hekayə müəllifidir.
Lətif Niftəli oğlu Vəlizadə Füzuli rayonunda anadan olub. 1971-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat institutunu bitirib. 1966-ci ildən müntəzəm olaraq dövrü mətbuatda bədii yazıları ilə çıxış edir. İndiyədək şair-publisist Lətif Vəlizadənin bir neçə şeirlər, poemalar və hekayələr kitabı işıq üzü görüb. Bu kitablarda toplanan yazıların əsas qayəsi ülvi məhəbbət, Vətən torpağına sevgi, dövlətimizin və xalqımızın gələcəyinə böyük inam hissi təşkil edir.
Mən fidanam, yerdən qüvvət alacam, Söykənəcək bu dağlara kürəyim. Baxışlarım bu çöllərdə qalacaq, Vəsf edəcək bu dünyanı ürəyim.
Arzularım milyon ildir doğulub, Fərqi yoxdur, yaşasam da harda mən. Bircə dəstə çiçək olub, gül olub, Bitəcəyəm bu torpaqda yenidən.
Mənə elə gəlir ki, insan psixologiyasından baş çıxaran hər hansı bir rəssam şairin şeirlərini oxuduqdan sonra onun şəxsi portretini asanlıqla yarada bilər.
Şərq poeziyasında, o cümlədən klassik Azərbaycan poeziyasında populyar olan əruz vəznində şeir, qəzəl yazmaq şərəfli olduğu qədər də çətindir. Lakin bu çətinlik Lətif Vəlizadəni qorxutmur, əksinə, o, cəsarətlə əruz vəzninə müraciət edir və bu vəzndə bir-birindən yaddaqalan qəzəllər yazır.
Həyatım, Kainatım, toy-büsatım, nazlı mələk, Dünya cənnət görünə, – mənə sənsiz nə gərək !
Mənə sənsiz nə gərək can evimin bağ-baharı, Sən o cənnətdə bitən daima tər, tazə çiçək.
Əriyər, dözməz ürək, şəfa tapmam, sənsiz ey gül, Gəzərəm o bağçanı daima mən sərsəritək.
Daima sərsəritək ardın ilə hey gəzərəm, Razıyam kölgən olum, əl götürüb, üzmə ətək.
Gəl məndən üzmə ətək, yer üzünə nur saçanım, Təki sən bu Lətifə daima ol arxa-kömək.
Lətif Vəlizadənin yaradıcılığında nəsr janrı da özünəməxsus yer tutur. Xüsusilə o, nəsrin ən çətin sahəsi olan hekayə janrında çox uğurla inamlı addımlar atır. Onun “Umid”, “Qoca”, “Yol ayrıcında” hekayələri diqqəti xüsusilə cəlb edir. Lətif Vəlizadə gördüyü hadisələri mənalandıraraq qələmə almağı bacaran sənətkardır.
Əziz və hörmətli dostum Lətif Vəlizadə sən çox güclü insansan. Güclü insan olmaq həm də xeyirxah olmaq deməkdir. Bu vaxtadək həyatını necə yaşamısansa elə də davam et. 80 yaşın mübarək. Bu münasibətlə səni öz adımdan, ailəm adından səmimi qəlbdən təbrik edirəm. Yaxşı ki, varsan. Sənə yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə, Adil İrşadoğlu (Əliyev). 04.04.2022. / 01-00.
Noyabr ayının 27 tanınmış şair Kirman Rüstəmlinin 75 yaşı tamam olur. “Yazarlar” jurnalı həmin günə özəl olaraq şairin müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edir:
Qalib gələcəm
Ağrını acını, bölmə mənimlə, Ağrılar bəsimdir həyatım boyu. Mən ölsəm ay ürək, ölmə mənimlə, Barı, sən görəsən bir nəvə toyu.
Hər gün dinləyirəm sənin ritmini, Nədənsə döyüntün xöşuma gəlmir. Önünü sağaltdım, digər səmtini, Volakardin içsəm yenə düzəlmir.
Tutulan hər damar bir ürək tacı, Tıxandı heç mənə xəbər etmədən. Xəbərin olmadı ay yanan bacı, Köksümdə döyünən bir tikə ətdən.
Daşımaq olmayır dərdləri həmən, Hər dərdin yükünü daşımaq ağır. Qalib gələcəyəm mən sənə hökmən, Istəsən döyün,sus,ya da bağır..
Torpağın.
(Nəvəm Əsədə) Qaya gördün zirvəsinə hadi, qalx, Bu cahana öz gözünlə yaxşı bax.. Vətən mənim ,sənin ana torpağın, Sırğa elə qulağına yaxşı tax.
Çox yoğrulub yad əllərdə torpağın, Ağı çıxıb,bizə qalmış xorası. Biçildikcə itilənmiş orağın, Tiyəsində dorğam olub qorası.
Sən bəsləsən bu torpağın gül açar, Ərti tutar beşikdəki çağanı. Torpağa bağlanan qalmayıb naçar, Doyurub kasıbı, neçə ağanı.
Torpaq- müqəddəs varlıq,anamız kimi, Qoynunda böyüsən vətənləşər o. Torpaq nəfəs alır canımız kimi, Köynəkdir, əyində sətənləşir o. kirman —–baban 17.07.2020
Qurban olum.
Çiçək açdım, nədən solum, Sən bulud ol,sənə dolum. İlqarından dönməz yarın, Baxışına qurban olum.
Qısa olmur gedən yolum, Daş, kəssəkdir sağım,solum. Məni anan insanların, Sevgisinə qurban olum.
Zatı böyük olub ulum, Müqəddəsdir ana boylum. Ana qoynun Cənnət bilən , Xələfimə qurban olum
Məni ötdü mənim soylum, Gülüşü var doylum-doylum. Pöhrələnib ağac oldu, Fidanına qurban ölum.
Uzaq getsin bizdən ölüm, Pöhrələnsin açsın gülüm. Bir qarışca torpağımın, Mən ərtinə qurban olum. Mən ətrinə qurban olum. 05.06.2023
Bir sərdar tanıyıram, Bir sərkərdə tanıyıram, Səbirlidir,çox mətindir. Vallahi, elə sanıram, Sərdar olmaq çətindir.
Bir sərkərdə tanıyıram, O,bir yol çəkir Turana. Hər qopan daş qram-qram, Dəyir yollarda durana.
Bir sərkərdə tanıyıram, Oğuzların öz soyundan. Gör, keçmişimi anıram, Sevindim zəfər toyundan..
Batabatda bir gün.
Bu torpaqda bulud yeri yalayır, Yağış yağır, sel, su daşı qalayır, Arılar da gül ,çiçəyi talyır, Qonaq görcək qucaq açır Batabt, Zor bulağın Zəfər çalır, Batabat.
Mən burada gül ətrinə büründüm, Səcdə edib torpağında süründüm. Ormanında hər cür meyvə ,üründüm, “Zor” bulaqdan su da içdim bir qədər, Yada saldım mən İslamı mükəddər.
Zəncirotu ləçəklənib sap-sarı, İndi yaydır ,əriməyib dağ qarı, Biçənəyin alma,heyva ,turş narı, Bu yerlərə bir də qayıt ,gəl deyir, Mərcan gözlü bulaqlarla, əl deyir.
Yurd yerləri, obaları bom -boşdu, Hava sərin, udmaq üçün çox xoşdu. Kim gəlməyib buralara naxoşdu, Yaylasında ocaq çatdım, dumanlı, Kabab yedim ,ciyəri də çox qanlı…..
Qantəpəri dərman deyil ,bəs nədir? Lalə , nərgiz,dörd yanımız çəməndir. Batabatım bilin,bizə vətəndir, Qara yarpız,baldırğanı biçilib, Səma burda elə bil ki, kiçilib.
Bir gəlmişəm,bir də gəlim dübarə, Suyu mənim dərdlərimə çox çarə, Batabatı mən götürdüm “icarə”, Salvartını verin mənə, dərdləşim, İlqar edib, mən onunla şərtləşim.
08.07.2022
Dar ağacı, Rüstəm Behrudinin”Dar ağacı”şeirinə nəzirə.
Mən sənə gəlmişəm, bitirim zülmü, Axıtma göz yaşı,, nə mənə acı. Heç kim arzulamaz belə ölümü, Çağır cəlladını, ay dar ağacı.
Nədir ki günahım,haqqdan qaçmışam? Asi olmamışam yaradan kəsə. Təki bircə kərə ağız açmışam, Günahın demişəm,girərək bəhsə.
Axı nədən dözüm,məhv olur arzum, Dilimdə qıfıllar kilidlənibdir Yediyim bir tikə olubdur zoqqum, Mənim boğazımda, söz bəndlənibdir.
Nə qədər can aldın, bir-bir sayım mən? Zülmün bitəcəyi yerdə imişsən. Kəndirin züyüşkən necə qayım mən, Sən məndən də betər dərddə imişsən
Bilmirəm kim qurub, səni ucaldıb? Başlardan nə qədər salmısan tacı, Ölümün nə qədər başı alçaldıb, Sən də asılarsan,ay dar ağacı..
Gözəlim.
Ömrümü gül çiçək, yaz elə mənə. Əgər sevirsənsə naz elə mənə, Şəfqətin bitirdi ömrümü mənim, İnsaf et şəfqətin az elə mənə
Bu bayramda gülüm azmış, Təzə təzə qonçalanmış Təbrik üçün biri bəsdir, Güllərimdən biri açmış. *
Gülüm,çinar kimi qol –budaq ollam, Sənin gözlərində ağlayıb dolam. Hər payız saçımı darayıb yollam, Həm sərvəm,Küknaram,yaşıl ağacam, Gəl sığın kölgəmə, sənə baxacam * Məhkum olana vallahi taze meyxanə gərək, İçəsən qədəhləri ,belə keyxanə gərək, YUyasan dərdlərini ,Pklanasan sərpa özün, Dincəldəsən tər bədəni,arxanda bərxanə gərək. * Hər qələmə sahib olan, Öz –özünə şair dyir. Cadu yzıb rahib olan, Gün batmamış əzan verir. *
Xatirələr yüngül deyil,çox ağır, Gözlərimdən cilvələnib hey axır. Alıb məni keçmişinincənginə İlənib ,Mənə necə xoş bsxır. *
Lənət belə bəxtə üzümə durub, Şilləsi tərs kimi üzümə vurub. Kimini qaldırıb ərşi əlaya, Mənəsə çör çöpdən bir dəyə qurub.
* Körpəlik-bir qətrədə ana südü Körpəlik-bir qucaq ana öyüdü. Körpəlik -dodaq süd qoxulu bala. Körpəlik- beşik, nanay.yuxu, layla.
Şair Vaqif Məmmədovun Əziz xatirəsinə
Cənnətdə yurd ,yuvan varmı? O genişdir ,yosa darmı? Bəklkə, bir gün qonaq gəldim, De,ytmağa yer olarmı?
Şairə dostum Mahirə Nağıqızının bir şeirinə verdiyim qiymət.
Yaxşı şeir neylər gözəl təərifi, Yığmısıx buraya inci,zərifi. Belə şeir istəməz odlu şərifi, Bu şeirdə təbiətin rəngi var, Səmanın da ,toprağın da əngi var. *
Qəşəm İsabəyliyə
Dili kəsilənin söz dodağında, Yaxın gəl o sözü üz dodağında. Lallarda dünyadan təcrid olunub, Baxışlar üzülüb ,göz dodağında. * Şair dostum Şərif müəllimə;
Qələminin xətti dərin, Şeir varsa ,nədir zərin? Bulaq başı olar sərin, İç suyundan bir az söyün, Doğulmuşuq biz ərköyün. *
Millətimin şəninə mən hər zad yazıram, Gözə alıb olmayanı azad yazıram, Hər ləyənin işi xarab və təxti xarab, Mən bunlara nəsti deyil ,ziqzaq yazıram. * Dilim şəkərdən şəkər, Dilim süzüb bal çəkər. Hər dilin öz dadı var, Mənim dilim dil sökər.! Dil bayramınız mübarək!
Ağarma, saçım.
Saçlarıma qırov düşdü, Ömrüm yarı, girov düşdü. Ayaqlar da yan sürüşdü, Tərk etdin məni yarıda, Ağarma saçım, barı da..
Bu yol uzun, gedəcəyəm, Sevdim, yenə sevəcəyəm. Səni mən tərk edəcəyəm, Üzərimə birdən yağma, Ağarma saçım, ağarma.
Şəvəliyin gözdən qara, Bənzəyirdim,tərlan, sara. Ağarmağın vurdu yara, Ürək cavan , bax bağrıma, Ağarma saçım, ağarma.
Zaman mənə yürü,- deyir, Yolun daşlı, kürü,- deyir. Ayaq getmir,sürü,-deyir, Qara tellər olur dən- dən, Ağarma saçım,bax, birdən.
Nə yatdım mən yuxu görəm, Arzu böyük, ömür hörəm. Ətrafımda olar törəm, Gözüm baxıb fərəhlənər, Üz gözümə gül ələnər.
Otur, bir az dərdləşəlim, Qara alov, sən məşəlim. Sənsiz necə gözəlləşim? Səndən necə çəkim mən əl, Saç,ağarma məndən əvvəl. 14.06.2021.
O QIZ. O qız tənha, Üç,dörd qarıc boyu vardı. Ev dolusu toyu vardı. Özü bəstə idi. Səsi ahəstə idi. Hər cür şıltalığa uyardı, Mən sussam belə, məni anlar, o duyardı. Yenə ələk fələk etdim, yaddaşımı. İki əllə tutdum . bu başımı. Taladım birər birər. Bəlkə yaddaşım dirilər. Uçub getmiş kəpənək tək o qız Yaddaşım qalmış yalqız. Xatirələr çözülmədi, Göz önündən süzülmədi. Qırışlarda itib. batıb,o qız. Yaddaşımda donub, yatıb.
Sabirsayağı.
Yazıram.
Şairəm,bənzədib hər sözü zərə, Söz içindən söz seçirəm cürə-cürə. Söz də var ki, bənzədirəm lələ,dürə, Baş ayaq,ayağı baş tutub qazıran, Hərdən aşikar, gah da pünhan yazıram,
Pıqqıldayan qaynar qazan bişməz hələ, Kim qurubdur iqbalıma cələ,tələ? Şeytan deyir beləsini tutub bələ, Əldə qələm,gəl də bax,qan qan yazıram, Hərdən aşikar,gah da pünhan yazıram.
Peysər yoğun, özgə malı talan, müftə, Hər gün yağlı ətdən çəkib yeyir küftə Əl gətirsə axşam ,səhər alar siftə, Movzum bəlli, alıb gözə, xan yazıram, Hərdən aşikar,gah da pünhan yazıram..
Gərək deyil üz gözümə tutam ələk, Mən də buyam ,gəlməyirəm sənə kələk. Yurd dağılıb,millət olub ələk-vələk. Bəs beləsə sanma ki, ad, şan yazıram, Hərdən aşikar,gah da pünhan yazıram.
Qısqanc dəniz
Sən dəlisoy, mən kükrəyən, Yala məni ,yala dəniz. Sən təlatüm, mən tez ürkən, At ləpəni geri, dəniz .
Günəş yanar ocağında, Odun tökər sənə dəniz. Günəş doğar qucağında Nur püskürər sənə ,dəniz.
Ləpən mənə nəsə deyir, Pıçıltısı dodağında. Dartıb məni yerə əyir, Xəzri öpən yatağında.
Papağı başında qeyrət simvolu, Müqəddəs bilmişdi getdiyi yolu, Bir ömür yaşadı, xatirə dolu, Bu gün qəbri üstə çiçək, butalar,
Beləcə yaşadı bizim atalar. Döyüşüb düşməndən öcünü aldı, Soyuna söykənib gücünü aldı, Bəxtini sınayıb bürcünü aldı,
Əbədi uyuyub, rahat yatalar, Qəhrəman atalar, o mərd atalar. Odda doğuldular,odda bişdilər, Torpağı qoruyub əkmək biçdilər,
Namərdi əf edib,mərdin seçdilər, Əlində süngüsü, iti baltalar, Sizi kim unudar, əziz atalar? Kimi qayıdaraq yaralı gəldi,
Bənizi ağarmış,saralı gəldi, Qol -qıçı dağılmış paralı gəldi, Beləsin göylərə atıb ,tutalar, Yaraşır bu büsat sizə, a Urmu gölüm.
Dama- dama göl oldun,sonalar gəldi, Köpüklü suların oynaq,necə dəcəldi.? Səni qamçılayan özgə bir əldi, Sənə “bəxş etdilər” amansız ölüm, Ay mənim ülfətim ,Urmu gölüm!
Tarixin Asurdan başlanmış yəqin, Manna ilk dövlətin,taqətin,qəddin. Başından aşır ki,bu boyda dərdn, Ətrafın göz oxşar quruca çölüm, Nədən quruyursan,ay Urmu gölüm?
Harayın naləsi ərşə də qalxıb, Sönən ulduzların göydənmi axıb? Düşmənin sənə laqeyid baxıb! Aran parçalandı bölüm-bölüm, Sən buna dözmədin ,ay Urmu gölüm!
Göycə də , Xəzər də Urmu da bizim, Burada əbədi ,qalacaq izim. Döyüşə- döyüşə bərkidi dizim, Çoxalar, yayılr hər yerə dölüm, Quruma –quruma,ay Urmu gölüm!
Gecələr sinəndə ayınmı batır? Şeytnı daşlayan sənəmi atır? Dərinliyində nə sirrlər yatır? Aç ,söylə,ağlayıb dolum, Sonasız qalıbsan ,ay Urmu gölüm!
”URMU“ya aid bayatılar.
Kim qoyub adın,Urmu? Suyun lilmi ,durumu? Sən Təbrizin gözüsən, Gözün yaşmı ,qurumu? *
Urmu ,suyun duzlumu? Dibin daşlı,qumlumu? Yaşılbaşın baş vursun, Şoran suyun buzlumu? * Mən aşiq susuz gölüm, Hər göldən ucuz gölüm. Durnaların gəlmədi, Qan ağla, ucsuz gölüm. *
Urmum, suyun Arazdan? Su gəlməyir bu yazdan? Dərin elə çoxdur ki, Oxu ,öyrənim avazdan. * Oturduğum taxt nə taxdı? Bax bu taxtda qanım axdı, Bu baxtı sən verdin,tanrı, Qədərim budur?-Nə baxtdı?
* Körpəlik-bir qətrədə ana südü Körpəlik-bir qucaq ana öyüdü. Körpəlik -dodaq süd qoxulu bala. Körpəlik- beşik, nanay.yuxu, 08.08.2023 Naxçıvan
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!