KƏLBƏCƏRİN DAĞLARINA YAĞDI QAR

KƏLBƏCƏRİN DAĞLARINA
YAĞDI QAR

Ana yurdum, daha sənin nə dərdin?
Övladların ağ etdilər üzünü.
Közərtdilər kül altında gizlənən
Ocaqların bizə həsrət közünü…

Bu yerlərdən kəsilmişdi ayağım,
Qan qardaşım oldu mənim dayağım…
Zirvəsində dalğalanır bayrağım,
Ulu Murov xoşbəxt sanır özünü.

Saray olmaz namərdlərin damından,
Hünərin var burun çıxart komandan,
Yumruğunu düyünləyib komandan
Daddınızmı qalxan deşən gürzünü?

Pay umanlar paylarını aldılar,
Zingildəyib hapay-həşir saldılar,
Zəfər çaldıq, yana-yana qaldılar,
Azmanların yerə vurduq dizini.

Ulu Tanrım oldu mənim dayağım,
Çəkil get öz xarabana, a yağı!
Bura dəyməz bir də düşmən ayağı,
Bədxahların kor elədik gözünü…

Qəlbdə sevgi, inam varsa, zəfər var,
Bu gün ulu bir diyara səfər var,
Kəlbəcərin dağlarına yağdı qar,
Silmək üçün yağıların izini…
25.11.2020

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir