
Noyabr ayının 27 tanınmış şair Kirman Rüstəmlinin 75 yaşı tamam olur. “Yazarlar” jurnalı həmin günə özəl olaraq şairin müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edir:
Qalib gələcəm
Ağrını acını, bölmə mənimlə,
Ağrılar bəsimdir həyatım boyu.
Mən ölsəm ay ürək, ölmə mənimlə,
Barı, sən görəsən bir nəvə toyu.
Hər gün dinləyirəm sənin ritmini,
Nədənsə döyüntün xöşuma gəlmir.
Önünü sağaltdım, digər səmtini,
Volakardin içsəm yenə düzəlmir.
Tutulan hər damar bir ürək tacı,
Tıxandı heç mənə xəbər etmədən.
Xəbərin olmadı ay yanan bacı,
Köksümdə döyünən bir tikə ətdən.
Daşımaq olmayır dərdləri həmən,
Hər dərdin yükünü daşımaq ağır.
Qalib gələcəyəm mən sənə hökmən,
Istəsən döyün,sus,ya da bağır..
Torpağın.
(Nəvəm Əsədə)
Qaya gördün zirvəsinə hadi, qalx,
Bu cahana öz gözünlə yaxşı bax..
Vətən mənim ,sənin ana torpağın,
Sırğa elə qulağına yaxşı tax.
Çox yoğrulub yad əllərdə torpağın,
Ağı çıxıb,bizə qalmış xorası.
Biçildikcə itilənmiş orağın,
Tiyəsində dorğam olub qorası.
Sən bəsləsən bu torpağın gül açar,
Ərti tutar beşikdəki çağanı.
Torpağa bağlanan qalmayıb naçar,
Doyurub kasıbı, neçə ağanı.
Torpaq- müqəddəs varlıq,anamız kimi,
Qoynunda böyüsən vətənləşər o.
Torpaq nəfəs alır canımız kimi,
Köynəkdir, əyində sətənləşir o.
kirman —–baban
17.07.2020
Qurban olum.
Çiçək açdım, nədən solum,
Sən bulud ol,sənə dolum.
İlqarından dönməz yarın,
Baxışına qurban olum.
Qısa olmur gedən yolum,
Daş, kəssəkdir sağım,solum.
Məni anan insanların,
Sevgisinə qurban olum.
Zatı böyük olub ulum,
Müqəddəsdir ana boylum.
Ana qoynun Cənnət bilən ,
Xələfimə qurban olum
Məni ötdü mənim soylum,
Gülüşü var doylum-doylum.
Pöhrələnib ağac oldu,
Fidanına qurban ölum.
Uzaq getsin bizdən ölüm,
Pöhrələnsin açsın gülüm.
Bir qarışca torpağımın,
Mən ərtinə qurban olum.
Mən ətrinə qurban olum.
05.06.2023
Bir sərdar tanıyıram,
Bir sərkərdə tanıyıram,
Səbirlidir,çox mətindir.
Vallahi, elə sanıram,
Sərdar olmaq çətindir.
Bir sərkərdə tanıyıram,
O,bir yol çəkir Turana.
Hər qopan daş qram-qram,
Dəyir yollarda durana.
Bir sərkərdə tanıyıram,
Oğuzların öz soyundan.
Gör, keçmişimi anıram,
Sevindim zəfər toyundan..
Batabatda bir gün.
Bu torpaqda bulud yeri yalayır,
Yağış yağır, sel, su daşı qalayır,
Arılar da gül ,çiçəyi talyır,
Qonaq görcək qucaq açır Batabt,
Zor bulağın Zəfər çalır, Batabat.
Mən burada gül ətrinə büründüm,
Səcdə edib torpağında süründüm.
Ormanında hər cür meyvə ,üründüm,
“Zor” bulaqdan su da içdim bir qədər,
Yada saldım mən İslamı mükəddər.
Zəncirotu ləçəklənib sap-sarı,
İndi yaydır ,əriməyib dağ qarı,
Biçənəyin alma,heyva ,turş narı,
Bu yerlərə bir də qayıt ,gəl deyir,
Mərcan gözlü bulaqlarla, əl deyir.
Yurd yerləri, obaları bom -boşdu,
Hava sərin, udmaq üçün çox xoşdu.
Kim gəlməyib buralara naxoşdu,
Yaylasında ocaq çatdım, dumanlı,
Kabab yedim ,ciyəri də çox qanlı…..
Qantəpəri dərman deyil ,bəs nədir?
Lalə , nərgiz,dörd yanımız çəməndir.
Batabatım bilin,bizə vətəndir,
Qara yarpız,baldırğanı biçilib,
Səma burda elə bil ki, kiçilib.
Bir gəlmişəm,bir də gəlim dübarə,
Suyu mənim dərdlərimə çox çarə,
Batabatı mən götürdüm “icarə”,
Salvartını verin mənə, dərdləşim,
İlqar edib, mən onunla şərtləşim.
08.07.2022
Dar ağacı,
Rüstəm Behrudinin”Dar ağacı”şeirinə nəzirə.
Mən sənə gəlmişəm, bitirim zülmü,
Axıtma göz yaşı,, nə mənə acı.
Heç kim arzulamaz belə ölümü,
Çağır cəlladını, ay dar ağacı.
Nədir ki günahım,haqqdan qaçmışam?
Asi olmamışam yaradan kəsə.
Təki bircə kərə ağız açmışam,
Günahın demişəm,girərək bəhsə.
Axı nədən dözüm,məhv olur arzum,
Dilimdə qıfıllar kilidlənibdir
Yediyim bir tikə olubdur zoqqum,
Mənim boğazımda, söz bəndlənibdir.
Nə qədər can aldın, bir-bir sayım mən?
Zülmün bitəcəyi yerdə imişsən.
Kəndirin züyüşkən necə qayım mən,
Sən məndən də betər dərddə imişsən
Bilmirəm kim qurub, səni ucaldıb?
Başlardan nə qədər salmısan tacı,
Ölümün nə qədər başı alçaldıb,
Sən də asılarsan,ay dar ağacı..
Gözəlim.
Ömrümü gül çiçək, yaz elə mənə.
Əgər sevirsənsə naz elə mənə,
Şəfqətin bitirdi ömrümü mənim,
İnsaf et şəfqətin az elə mənə
Sürmənin gözündə qarası axıb,
Qaranlıq gecədə şimşəkmi çaxıb?
Yaxın gəl, cəmala edim tamaşa,
Cismimi atəşin yandırıb yaxıb.
Yayılır cahana adın, gözəlim,
Şirinmiş damaqda dadın, gözəlim,
Acını görmədim şirin içində,
Əhdə fəfalıdır andın, gözəlim.
Dördlîlüklər
Bu bayramda gülüm azmış,
Təzə təzə qonçalanmış
Təbrik üçün biri bəsdir,
Güllərimdən biri açmış.
*
Gülüm,çinar kimi qol –budaq ollam,
Sənin gözlərində ağlayıb dolam.
Hər payız saçımı darayıb yollam,
Həm sərvəm,Küknaram,yaşıl ağacam,
Gəl sığın kölgəmə, sənə baxacam
*
Məhkum olana vallahi taze meyxanə gərək,
İçəsən qədəhləri ,belə keyxanə gərək,
YUyasan dərdlərini ,Pklanasan sərpa özün,
Dincəldəsən tər bədəni,arxanda bərxanə gərək.
*
Hər qələmə sahib olan,
Öz –özünə şair dyir.
Cadu yzıb rahib olan,
Gün batmamış əzan verir.
*
Xatirələr yüngül deyil,çox ağır,
Gözlərimdən cilvələnib hey axır.
Alıb məni keçmişinincənginə
İlənib ,Mənə necə xoş bsxır.
*
Lənət belə bəxtə üzümə durub,
Şilləsi tərs kimi üzümə vurub.
Kimini qaldırıb ərşi əlaya,
Mənəsə çör çöpdən bir dəyə qurub.
*
Körpəlik-bir qətrədə ana südü
Körpəlik-bir qucaq ana öyüdü.
Körpəlik -dodaq süd qoxulu bala.
Körpəlik- beşik, nanay.yuxu, layla.
Şair Vaqif Məmmədovun Əziz xatirəsinə
Cənnətdə yurd ,yuvan varmı?
O genişdir ,yosa darmı?
Bəklkə, bir gün qonaq gəldim,
De,ytmağa yer olarmı?
Şairə dostum Mahirə Nağıqızının bir şeirinə verdiyim qiymət.
Yaxşı şeir neylər gözəl təərifi,
Yığmısıx buraya inci,zərifi.
Belə şeir istəməz odlu şərifi,
Bu şeirdə təbiətin rəngi var,
Səmanın da ,toprağın da əngi var.
*
Qəşəm İsabəyliyə
Dili kəsilənin söz dodağında,
Yaxın gəl o sözü üz dodağında.
Lallarda dünyadan təcrid olunub,
Baxışlar üzülüb ,göz dodağında.
*
Şair dostum Şərif müəllimə;
Qələminin xətti dərin,
Şeir varsa ,nədir zərin?
Bulaq başı olar sərin,
İç suyundan bir az söyün,
Doğulmuşuq biz ərköyün.
*
Millətimin şəninə mən hər zad yazıram,
Gözə alıb olmayanı azad yazıram,
Hər ləyənin işi xarab və təxti xarab,
Mən bunlara nəsti deyil ,ziqzaq yazıram.
*
Dilim şəkərdən şəkər,
Dilim süzüb bal çəkər.
Hər dilin öz dadı var,
Mənim dilim dil sökər.!
Dil bayramınız mübarək!
Ağarma, saçım.
Saçlarıma qırov düşdü,
Ömrüm yarı, girov düşdü.
Ayaqlar da yan sürüşdü,
Tərk etdin məni yarıda,
Ağarma saçım, barı da..
Bu yol uzun, gedəcəyəm,
Sevdim, yenə sevəcəyəm.
Səni mən tərk edəcəyəm,
Üzərimə birdən yağma,
Ağarma saçım, ağarma.
Şəvəliyin gözdən qara,
Bənzəyirdim,tərlan, sara.
Ağarmağın vurdu yara,
Ürək cavan , bax bağrıma,
Ağarma saçım, ağarma.
Zaman mənə yürü,-
deyir,
Yolun daşlı, kürü,- deyir.
Ayaq getmir,sürü,-deyir,
Qara tellər olur dən- dən,
Ağarma saçım,bax, birdən.
Nə yatdım mən yuxu görəm,
Arzu böyük, ömür hörəm.
Ətrafımda olar törəm,
Gözüm baxıb fərəhlənər,
Üz gözümə gül ələnər.
Otur, bir az dərdləşəlim,
Qara alov, sən məşəlim.
Sənsiz necə gözəlləşim?
Səndən necə çəkim mən əl,
Saç,ağarma məndən əvvəl.
14.06.2021.
O QIZ.
O qız tənha,
Üç,dörd qarıc boyu vardı.
Ev dolusu toyu vardı.
Özü bəstə idi.
Səsi ahəstə idi.
Hər cür şıltalığa uyardı,
Mən sussam belə,
məni anlar,
o duyardı.
Yenə ələk fələk etdim,
yaddaşımı.
İki əllə tutdum
. bu başımı.
Taladım birər birər.
Bəlkə yaddaşım dirilər.
Uçub getmiş kəpənək tək
o qız
Yaddaşım qalmış yalqız.
Xatirələr çözülmədi,
Göz önündən süzülmədi.
Qırışlarda itib.
batıb,o qız.
Yaddaşımda donub,
yatıb.
Sabirsayağı.
Yazıram.
Şairəm,bənzədib hər sözü zərə,
Söz içindən söz seçirəm cürə-cürə.
Söz də var ki, bənzədirəm lələ,dürə,
Baş ayaq,ayağı baş tutub qazıran,
Hərdən aşikar, gah da pünhan yazıram,
Pıqqıldayan qaynar qazan bişməz hələ,
Kim qurubdur iqbalıma cələ,tələ?
Şeytan deyir beləsini tutub bələ,
Əldə qələm,gəl də bax,qan qan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram.
Peysər yoğun, özgə malı talan, müftə,
Hər gün yağlı ətdən çəkib yeyir küftə
Əl gətirsə axşam ,səhər alar siftə,
Movzum bəlli, alıb gözə, xan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram..
Gərək deyil üz gözümə tutam ələk,
Mən də buyam ,gəlməyirəm sənə kələk.
Yurd dağılıb,millət olub ələk-vələk.
Bəs beləsə sanma ki, ad, şan yazıram,
Hərdən aşikar,gah da pünhan yazıram.
Qısqanc dəniz
Sən dəlisoy, mən kükrəyən,
Yala məni ,yala dəniz.
Sən təlatüm, mən tez ürkən,
At ləpəni geri, dəniz .
Günəş yanar ocağında,
Odun tökər sənə dəniz.
Günəş doğar qucağında
Nur püskürər sənə ,dəniz.
Ləpən mənə nəsə deyir,
Pıçıltısı dodağında.
Dartıb məni yerə əyir,
Xəzri öpən yatağında.
Bilməm , axı nədən məni,
Hey çəkir özünə dəniz.
Qısqanaraq səndən məni,
Bax,alır gözünə dəniz.
ATALAR.
Papağı başında qeyrət simvolu,
Müqəddəs bilmişdi getdiyi yolu,
Bir ömür yaşadı, xatirə dolu,
Bu gün qəbri üstə çiçək, butalar,
Beləcə yaşadı bizim atalar.
Döyüşüb düşməndən öcünü aldı,
Soyuna söykənib gücünü aldı,
Bəxtini sınayıb bürcünü aldı,
Əbədi uyuyub, rahat yatalar,
Qəhrəman atalar, o mərd atalar.
Odda doğuldular,odda bişdilər,
Torpağı qoruyub əkmək biçdilər,
Namərdi əf edib,mərdin seçdilər,
Əlində süngüsü, iti baltalar,
Sizi kim unudar, əziz atalar?
Kimi qayıdaraq yaralı gəldi,
Bənizi ağarmış,saralı gəldi,
Qol -qıçı dağılmış paralı gəldi,
Beləsin göylərə atıb ,tutalar,
Yaraşır bu büsat sizə, a
Urmu gölüm.
Dama- dama göl oldun,sonalar gəldi,
Köpüklü suların oynaq,necə dəcəldi.?
Səni qamçılayan özgə bir əldi,
Sənə “bəxş etdilər” amansız ölüm,
Ay mənim ülfətim ,Urmu gölüm!
Tarixin Asurdan başlanmış yəqin,
Manna ilk dövlətin,taqətin,qəddin.
Başından aşır ki,bu boyda dərdn,
Ətrafın göz oxşar quruca çölüm,
Nədən quruyursan,ay Urmu gölüm?
Harayın naləsi ərşə də qalxıb,
Sönən ulduzların göydənmi axıb?
Düşmənin sənə laqeyid baxıb!
Aran parçalandı bölüm-bölüm,
Sən buna dözmədin ,ay Urmu gölüm!
Göycə də , Xəzər də Urmu da bizim,
Burada əbədi ,qalacaq izim.
Döyüşə- döyüşə bərkidi dizim,
Çoxalar, yayılr hər yerə dölüm,
Quruma –quruma,ay Urmu gölüm!
Gecələr sinəndə ayınmı batır?
Şeytnı daşlayan sənəmi atır?
Dərinliyində nə sirrlər yatır?
Aç ,söylə,ağlayıb dolum,
Sonasız qalıbsan ,ay Urmu gölüm!
”URMU“ya aid bayatılar.
Kim qoyub adın,Urmu?
Suyun lilmi ,durumu?
Sən Təbrizin gözüsən,
Gözün yaşmı ,qurumu?
*
Urmu ,suyun duzlumu?
Dibin daşlı,qumlumu?
Yaşılbaşın baş vursun,
Şoran suyun buzlumu?
*
Mən aşiq susuz gölüm,
Hər göldən ucuz gölüm.
Durnaların gəlmədi,
Qan ağla, ucsuz gölüm.
*
Urmum, suyun Arazdan?
Su gəlməyir bu yazdan?
Dərin elə çoxdur ki,
Oxu ,öyrənim avazdan.
*
Oturduğum taxt nə taxdı?
Bax bu taxtda qanım axdı,
Bu baxtı sən verdin,tanrı,
Qədərim budur?-Nə baxtdı?
*
Körpəlik-bir qətrədə ana südü
Körpəlik-bir qucaq ana öyüdü.
Körpəlik -dodaq süd qoxulu bala.
Körpəlik- beşik, nanay.yuxu,
08.08.2023
Naxçıvan
Müəllif: Kirman RUSTEMLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Kirman Rüstəmli – 75”