www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

BAYRAQ AZƏRBAYCAN – ƏLİ BƏY AZƏRİ YAZIR

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şahlar Göytürk – Şəhid atası.

ŞƏHİD ATASI

Ziyarət elədim şəhid evini,
Heç kimin ovqatı, kefi yox idi..
O köhnə daxmada, balaca evdə
Nə qədər adam var, gözütox idi.

Axdı çeşmə kimi yaş yanağımdan,
Baxıb qürurlandım, şəhid oğlutək.
Utandım əlimdə apardığımdan,
Düşündüm, gedəydim əliboş gərək.

İlahi, kim kimə diləyir səbir
Döndü o daxmada ürəyim dağa.
Şəhid ailəsində qürura bax bir,
Təsəlli verirlər gələn qonağa…

Hiss etdim özümü Məkkədə, pirdə,
Çox yorma özünü yadda qalmasam.
Gələsi deyiləm bu evə bir də
Əlindən öpməyə layiq olmasam,

Bilirəm, çox şey var sənə çatası,
Onsuz da yanında əliboşam mən.
Səni kasıb sandım, Şəhid atası,
Bağışla, sənindir bu boyda Vətən.

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Bayramoğlunun Əks-hücum” romanının təqdimat mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, qazi-yazar, publisist, 1-ci qrup əlil Zaur Bayramoğlu Muradovun 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xüsusi Təyinatlı Qüvvələrimizin rəşadətli döyüş yolundan bəhs edən “Fədailər” trilogiyasından ilk kitabının – “Əks-hücum” romanının təqdimat mərasimi keçirilib.

Zaur BAYRAMOĞLU Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr etdiyi və 44 gün ərzində ərsəyə gətirdiyi bu sənədli-tarixi romanda həmin dövrdə həm ön cəbhədə gedən qızğın döyüşlər, həm də Ali Baş Komandanın beynəlxalq miqyaslı gərgin siyasi-diplomatik fəaliyyəti və qətiyyəti tarixi-bədii formada öz əksini tapıb. Müharibə dövründəki hərbi-siyasi hadisələrin və tarixi qələbələrin xronoloji ardıcıllığını dəqiqliklə əks etdirməkdə qazi-yazara “TEAS Press Nəşriyyat evi”nin “44 gün anbaan” kitabı yardımçı olub. Döyüş əməliyyatları ilə bağlı hissələr isə döyüşlərin iştirakçıları olmuş xüsusi təyinatlılarımızın xatirələri əsasında qələmə alınıb.

Xüsusi təyinatlı zabitlər, qazilər və şəhid ailələrinin iştirak etdiyi tədbirdə Zaur Bayramoğlu Vətən müharibəsinin tarixi salnaməsi olacaq “Fədailər” trilogiyasının növbəti hissələri barədə oxuculara geniş məlumat verib. O, Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrimizin şücaətinin tarixi-bədii salnaməsi olacaq “Fədailər” trilogiyasının “Ölüm mələkləri” və “Zəfər” adlı növbəti hissələri, həmçinin bu ilin sentyabr ayında yurdumuzda düşmən işğalına birdəfəlik son qoymuş antiterror tədbirlərinə həsr edəcəyi “Boz zona” adlı yekun hissə haqqında da danışıb.

Tədbirdə çıxış edənlər kitab haqqında öz fikirlərini bildiriblər.

Sonda isə Zaur Bayramoğlu “Əks-hücum” kitabını oxucular üçün imzalayıb, xatirə şəkli çəkdirilib.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

8 noyabr – əlamətdar gün.

Bu gün – 8 noyabr Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin mərhum valideynlərinin – ulu öndər Heydər Əliyevlə akademik Zərifə xanım Əliyevanın toy günü imiş.

Prezidentin bacısı Sevil xanım Əliyeva bildirib ki, Şuşanın azad edilməsi ilə bağlı Ali Baş Komandanın 8 noyabrda xalqa müraciətini heyranlıq hissi ilə dinləyib:

“İnanılmaz sevinci mən həm də ona görə yaşayıram ki, bu gün bizim ailəmiz üçün də özəldir. Bu gün bizim valideynlərimiz – Zərifə və Heydər Əliyevlərin toy günüdür.
Və mən qardaşım, Prezident İlham Əliyevə sonsuz minnətdaram ki, bu müqəddəs günü bizim üçün belə bir möhtəşəm hadisəylə – Şuşanın azad edilməsi ilə qeyd etdi.

Mənbə: Seyfəddin Hüseynli


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“QARABAĞ AZƏRBAYCANDIR”!

“QARABAĞ AZƏRBAYCANDIR”!

(ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN SÖZLƏRİ ƏSASINDA ZƏFƏR ŞEİRİ)

“Lap axıra kimi qovuruq sizi”.
Qalmasın bu yerdə hayların izi.
Kor ol günahına, kor ol nəfsinə,
Çaqqalı məhv edər qurdun gəlişi.

“Biz təmas xəttini yarıb keçmişik,”
“İradə göstərib güc göstərmişik.”
“Düşmən kimdir axı bizə şərt qoya?”
Bu vətən uğruna biz and içmişik!

“Sən ki Cəbrayıla bir yol çəkirdin,”
“Şuşada parlament bina tikirdin.”
“Nə oldu, Paşinyan?
-Cəhənnəm oldu”
Dünyanın önündə diz çöküb durdun.”

“Qarabağ əzəli bizim torpaqdır!”
“İşimiz sərhəddi bütöv qurmaqdır.”
“Biz haqq yolundayıq, əbədi birik!”
Unutma:”Qarabağ Azərbaycandır!”

Müəllif: Cəvahir TANRIVERDİ

CƏVAHİR TANRIVERDİNİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ASK Arenada “İrəvan” Futbol Klubunun tədbiri

ASK Arenada “İrəvan” Futbol Klubunun tədbiri

Bu gün ASK Arenada “İrəvan” Futbol Klubunun idarə heyətinin sədri Zülfüqar Kazımov komandanın köməkçi məşqçisi Samir Ələkbərovun 55 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib.
Zülfüqar Kazımov ən əvvəl
8 noyabr zəfər günü münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan xalqını və Müzəffər ordumuzu təbrik edib. Natiq sonra yubilyarı “İrəvan” Futbol Klubunun idarə heyəti və kollektivi adından təbrik edib,ona məşqçilik fəaliyyətinizdə uğurlar. arzulayıb,klubun fəxri fərmanını ona təqdim edib.
Klubun ptezidenti Zahid Niyazəliyev, vitse-prezident Həsən Həsənov, baş məşqçi Nazim Süleymanov çıxışlarında
Samir Ələkbərovun Azərbaycanda gənc futbolçu nəslinin yetişməsində xidmətlərindən bəhs edib onun hal-hazırda “İrəvan” Futbol Kulubunda da məşqçi kimi fəaliyyət göstərməsini və klubun qısa bir zamanda qazandığı qələbələrin əldə olunmasında əməyinin böyük olduğunu vurğulayıblar
Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə klub rəhbərliyinə təşəkkür edib.

Mübariz Ağaxan oğlu Süleymanlı,

“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” jurnalının noyabr – 2023 N: 11 (35) – ci sayı işıq üzü görüb.

“Yazarlar” jurnalının noyabr – 2023 N: 11 (35) – ci sayı işıq üzü görüb. Zəfər Günümüz mübarək olsun !!!

“YAZARLAR”JURNALININ NOYABR – 2023 N: 11 (35)-Cİ SAYI  -PDF: yazarlar-35

YAZARLAR-35DOWNLOAD

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Cahan” körpələr evi və uşaq bağçasını Yasamal filialında Zəfər Günü münasibətilə təşkil olunmuş tədbir keçirilib.

07.11.2023- cü il tarixində Bakı şəhərində “Cahan” körpələr evi və uşaq bağçasının Yasamal filialında Səbinə xanım Rəhimovanın təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə balacaların Zəfər Günü münasibətilə hazırladığı əl işləri sərgilənib. Uşaqlar eyni zamanda tək və ya böyüklərlə birlikdə şeir deyib, mahnı oxuyub , rəqs ediblər. Olduqca maraqlı keçən tədbirin gedişində “Vətən məndən başlayır” adlı yaradıcılıq müsabiqəsinə qatılan iştirakçıların fəaliyyəti münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbirdə valideynlər və digər qonaqlarla yanaşı qazilər Vüsal Bayramov, Tural Quliyev, uşaqlar üçün gözəl şeirlər yazan tanınmış qələm adamları Zaur Ustac, Aysel Fikrət, ibtidai təhsil üzrə ekspertlər Böyükağa Mikayıllı, İlhamə Axundova, filoloq Maral Vəliyeva münsif qismində iştirak ediblər. Sonda diplomlar təqdim olunub, xatirə şəkilləəri çəkdirilib. Tədbirdən fotolar:

Zəfər Günümüz mübarək olsun!!!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞfIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Gəlibdir

Gəlibdir

Gözün aydın, qəddi uca millətim,
Böyük oğlun əl sıxmağa gəlibdir.
Yuxu oldu zülümlərin, illətin,
Toy-düyündür, el baxmağa gəlibdir.

Ağdam yolu tikan idi, kol idi,
Xalqımızın ümidləri bol idi.
Heydər baba, sən saldığın yol idi,
Yadigarın dağ çıxmağa gəlibdir.

Quruyacaq axan qanın, şəhidim,
Sənə qurban olsun canım, şəhidim!
Yaşayacaq adın-sanın, şəhidim,
Komandanın daş qoymağa gəlibdir.

Yüz-yüz ildir hanı sənin itənin,
Kədər olub, qəm olubdur bitənin.
Millət, özü gəldi haya yetənin,
Yazdığına qol qoymağa gəlibdir.

Əsrlərdir bura ərlər yaylağı,
Olacaqdır ləvin-ləvin növrağı.
Baş Komandan o bəxtəvər bayrağı,
Xankəndində ucaltmağa gəlibdir.

15.10.2023. Novxanı.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru