www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Aqillər yurdunun pir övladıyam!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Babəklər yurdunun hürr övladıyam!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşa tək ocağın mübarək, dağlar!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1918-Cİ İLDƏ QUBA QƏZASINDA TÖRƏDİLMİŞ ERMƏNİ VƏHŞİLİKLƏRİ

SƏRİYYƏ ABİDOVA ELŞƏN QIZI

Elmi Araşdırmalar, Ekspozisiya fond şöbəsinin əməkdaşı

Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”

sariyailyasova3@gmail.com

1918-Cİ İLDƏ QUBA QƏZASINDA TÖRƏDİLMİŞ ERMƏNİ VƏHŞİLİKLƏRİ AZƏRBAYCAN QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ

1918-ci ildə Birinci Dünya Müharibəsinin son mərhələsində Azərbaycanın Quba qəzası tarixin salnaməsinə amansız və faciəli bir epizod səhnəsinə çevrilmişdir. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamasa da, bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.

Bu hadisə Azərbaycanın xalqının yaddaşında silinməz iz qoyaraq və regionun tarixinin keşməkeşli bir dönəmində verilən fədakarlıqları xatırlatmaqdadır.

Baş verən dəhşətlər “Azərbaycan” qəzeti tərəfindən dəqiqliklə sənədləşdirilmiş, jurnalistlərin cəsarətinin və ağlasığmaz çətinliklərlə üzləşən xalqın dözümlülüyünün sübutu olmuşdur.

Məqalədə biz “Azərbaycan” qəzetində 1918-ci ildə Quba qəzasında törədilmiş erməni vəhşiliklərinin geniş işıqlandırılmasını araşdıraraq, həmin keşməkeşli günlərdə baş verən dəhşətli hadisələrə işıq salacağıq.

1918-ci il martın əvvəllərində erməni nizamsız qüvvələri Azərbaycanın bir sıra regionlarında dağıdıcı hücuma keçdi. Həmin böləgələr sırasına Quba qəzası da daxil idi.

Ermənilərin, xüsusən də, onların hərbi və siyasi ideoloqu olan S.Şaumyanın 1918-ci ilin martında Bakıda və qəzalarda silsilə qətliamlar törətməsi onların əvvəlcədən planladığı uzun müddətli soyqırımı strategiyasından xəbər verirdi.

Qubada fəaliyyət göstərən milli qüvvələr yaxınlaşan təhlükəni görür və qəza əhalisini labüd qırğından qorumaq üçün müəyyən tədbirlər həyata keçirirdilər. Amma onların onların cəhdlərinə baxmayaraq Bakı Xalq Komissarları Soveti və onun rəhbəri S.Şaumyan, həmçinin mərkəzdəki bolşeviklərə sığınıb onlardan təlimat alan yerli emissarlar aldıqları təlimatlara uyğun olaraq Quba qazasında sabitliyi pozmağa can atırdılar.

S.Şaumyanın başçılığı altında Quba və Azərbaycanın digər bölgələrində Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, onların təkcə hakimiyyəti qəsb etməklə məhdudlaşmayacaqlarını göstərdi.

1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti  Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət  3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Erməni qəsbkarlərı silahsız əhalinin amansızcasına qətlə yetirir, əmlaklarını talayırdılar.

Ölənlərin sayı ilə bağlı təxminlər müxtəlifdir, lakin Quba hadisəsi zamanı yüzlərlə günahsız insanın həlak olduğu geniş yayılmışdır. Qurbanlar təkcə azərbaycanlılar deyil, həm də bölgədə yaşayan müxtəlif etnik və dini icmaların nümayəndələridir.

Qeyd edildiyi kimi, silah-sursat cəhətdən düşməndən xeyli geri qalan yerli qüvvələr tərəfindən Xaçmazda Hamazasp dəstəsinə qarşı ciddi müqavimət göstərilmiş, lakin bütün cəhdlərə baxmayaraq düşmənin iraliləməsinin qarşısını almaq mümükün olmamışdır. Bir müddət sonra isə Nikolayevka kəndi yaxınlığında daha bir qanlı döyüş baş vermiş və bu döyüşdə hər iki tərəfdən xeyli itki olmuşdur.

Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci ilin iyul ayında yaradılan Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ilin dekabrında işə başlayaraq, ermənilərin türk müsəlmanlara qarşı törətdikləri kütləvi soyqırımları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə aşkarlayıb üzə çıxarmışdır.

1918-ci ilin dekabırın 16-da Komissiyaya verdiyi izahatında Quba şəhər sakini, 40 yaşlı Məşədi Həmdulla Əliyev qeyd edirdi ki, mən şəxsən qadınların və uşaqların kütləvi surətdə öldürülməsinin və qadınların döşlərinin kəsildiyini görmüşəm. Meyitlərin çoxu xəncərlə eybəcər hala salınmışdır.

Bu hissəyə həmçinin Quba qəzasının ayrı-ayrı kənd sakinlərinin ərizə və müraciətləridə daxil edilmişdir ki, həmin sənədlərdə evlərin yandırılması, anbar, dəyirman və digər tikililərin dağıdılması, mal-qaranın oğurlanması, əşyaların qarət edilməsi və s. nəticəsində zərərçəkənlərin hər birinə vurulmuş zərərin miqdarı haqqında məlumat verilir.

Soyqırımı hadisələri zamanı, Qubanın Kilvar kəndində məskunlaşan ermənilər zərər görməmiş əksinə yerli nüfuzlu şəxlər tərəfindən qorunmuşlar. Bunu Azərbaycanın Milli- Məbusan üzvü Həmdulla əfəndi Əfəndiyevə Bakı erməni yeparxialnı (yepiskopu) Baqrat tərəfindən “Azərbaycan” qəzetində göndərdiyi  təşəkkür məktubu sübut edir.

Quba qəzasında ermənilər tərəfindən törədilmiş soyqırım hadisəsi haqqında “Azərbaycan” qəzetinin müxtəlif illərdəki dərcində mütəmadi olaraq geniş şəkildə bəhs olunmuşdur.

 “Quba qəzasında da digər regionlarda olduğu kimi ermənilər kütləvi qırğınlar ilə əlaqədar geniş hazırlıq işləri görmüşdülər. Onlar qırğına başlamaq və hayata keçirmək üçün bəhanə axtarmağa başlamışdılar. Erməni qüvvələri dünyanın hər bir yerinə müsəlmanlar tərəfindən ermənilərin guya sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Həmin zamanlar Quba qəzasında yaşayan H.Hayrapetov, M.Kasparov, A.Boqdanov və A.Mukanyans tərəfindən göndərilən teleqramda iddia edilirdi ki, Quba qəzasında müsəlmanlar milli qırğın törədir, qırğın nəticəsində erməni və rus kəndlərini darmadağın edir və ibadət məkanlarını, kilsələri od ilə yandırırlar”.

“Azərbaycan” qəzetində Quba qəzasında ermənilərin törətdikləri vəhşiliklər və həmin qətliam haqqında digər məlumatlar da ətraflı bəhs edilib. Belə ki, Qubada həyata keçirilən terror zamanı qətlə yetirilən soydaşlarımızın sayının təxminən dörd min nəfərdən artıq olduğu qeyd olunur. Həmin hadisə nəticəsində Quba qəzasında yüz iyirmi iki kənd tamamilə darmadağın edilmiş və 2750-dən çox ev isə tamamilə yandırılmış və məhv edilmişdir.  2007-ci ilin əvvəllərində – aprel ayında Qubada xüsusi konstruksiya işləri zamanı qazıntı işləri aparılanda kütləvi məzarlıq aşkara edildi. Məzarlıqda təxminən 500-dək insan kəllə sümüyü vardı. Bu kəllə sümüyünün 100-dən çoxu qadınlara, 50-dən çoxu isə uşaqlara aid idi. Həmin insanların ermənilərin 1918-ci ildə Qubada vəhşicəsinə həyata keçirdiyi soyqırımın qurbanı olduğu sübut olundu. Xüsusi araşdırmalar nəticəsində məlum oldu ki, ermənilər həmin dinc əhaliyə zorakılıq tədbiq edərkən odlu silahdan istifadə etməyiblər. Belə ki, onların sümüklərdə güllə yeri aşkar edilməmişdir, tədqiqatlar zamanı məlum oldu ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar, digər soydaşlarımızın  başlarına isə küt alətlə, mismar ilə vurmaqla ağlasığmazcasına qətlə yetirilib, sonra isə kütləvi şəkildə onlar quyulara doldurulub və üzəri torpaqla örtülüb. Bəzi mənbələrdən alınan məlumatlara əsasən 1918-ci il Quba qəzasına daxil olan daşnak-bolşevik qüvvələrinin sayı təxminən 5 min nəfərdən çox olub. Beləliklə onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. [5] Tarixin qanlı səhifələrinin yazıqlıdığı 31 mart soyqırımı təcavüzkar erməni xainlərinin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətinin ən qəddar formasıdır. Ölkəmiz ötən illər ərzində xalqımıza erməni millətçilərinin qarşı törətdiyi sayısız cinayətlər, o cümlədən, həmin soyqırım haqqında əsl həqiqətlərin qlobal ictimiyyətinə çatdırılması, soyqırımı kimi tanıdılması uğrunda çoxsaylı fəaliyyətlər göstərib. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, kütləvi məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada milli azlıq kimi yaşayan tat, yəhudi, ləzgi və başqa etnik qruplar qeyri-insani əməllərlə qətlə yetirilərək basdırılmışdır.

Ermənilərin Azərbaycanın ayrı-ayrı ərazilərində, o cümlədən Quba qəzasında törətdiyi soyqırımlar ilə bağlı cinayət işi başlanılır. Quba soyqırımında faciəvi şəkildə qətlə yetirilən əhalinin sayı müəyyənləşdirilir, həmçinin zərərçəkənlər mütləq qeydə alınır. Beləliklə, zərərin miqdarı hesablanır və cinayətkarların kimliyi tam dəqiqləşdirilir. Ancaq çox təəssüf ki, 1920-ci il aprel ayında Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Fövqəladə Təhqiqat Komissiyası fəaliyyəti dayandırılır, və bütün cinayət işlərinə bir-bir xitam verilir.

Hamazaspın rəhbərliyi altında erməni hərbi birləşmələri Quba qəzasının türk-müsəlman sakinləri daxil olmaqla, yəhudilərə də qarşı güclü qırğınlar törətmişlər. Xüsusi tədqiqatlar nəticəsində aşkar olmuşdur ki, Qubada soyqırımın baş verdiyi dövrlərdə – 1918-1919-cu illərdə ermənilər tərəfindən üç min nəfərə yaxın yəhudi amansızca qətlə yetirilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Erməni daşnakları 1918-ci ilin mart və aprel aylarında Azərbaycanın digər bölgələrində təxminən əlli minə qədər insanı xüsusi işgəncələrlə amansızca qətlə yetirilmişdir. Varan yazırdı: “mənə görə ən gözəl şey o idi ki, biz müsəlmanları quyulara atdıq və onların üstlərini daşlarla doldurduq”. Varan xüsusi olaraq qeyd edir ki, “Quba qəzasında baş verən hadisədə təkcə üç min adamı mən öldürmüşəm.

Azərbaycanın ərazisində erməni birlikləri tərəfindən törədilən qırğınlar çoxsaylı qəzet və jurnallarda, yerli və xarici mətbuatda işıqlandırılmışdı. 1918-ci ildə kütləvi və amansız qətliamlara, soyqırımlara məruz qalmış Quba qəzasındakı soyqırım da yerli bir çox qəzetlərdə bəhs olunmuş və indiki zamanda da gələcək nəsilin maariflənməsində öz töhfəsini verməyə davam edir.

1918-ci il hadisələri, həmçinin I Qarabağ savaşı zamanı törədilən soyqırımlar dəyişməyən erməni xislətindən xəbər verir. Buna baxmayaraq Azərbaycan xalqı tarixən mərd və sülhsevər olmuşlar. Həmdulla Əfəndinin və digər yerli müsəlman əhalinin Kilvar kəndində yaşayan erməni ailələrinə göstərdiyi diqqət bunun sübutudur.  Lakin ermənilər həmişə xalqımızın ürəyi yumşaqlığından məharətlə istifadə edə bilmişlər.

Dövrün ən çox oxunan “Azərbaycan” qəzetinin 31 mart 1919-cu il, 147 nömrəli sayında çap edilmişdir: “Xalqımız Azərbaycanın istiqlalı, türk azadlığı, millət səadəti yolunda son damla qanına və son nəfəsinədək heç bir fədakarlıqdan geri durmayacaqlardır!

Ölənlərə rəhmət! Qalanlara ibrət! ”

Xəlil İbrahim

SƏRİYYƏ ABİDOVA ELŞƏN QIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu

Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanının ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Maral” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Maral” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavidin “Maral” əsəri Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir. Hüseyn Cavid 4 pərdəli “Maral” faciəsini 1913-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə geniş bir şəkildə toxunulmuşdur. H.Cavidin “Maral” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Maral” faciəsində kübar ailələrdə olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Maral” faciəsinin baş qəhrəmanı olan Maralın xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib olan varlı, 48 yaşında, ortaboylu, şişmanca bir mülkədar olan Turxan bəy ilə ailəli olan 16 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir qızcığaz idi. Mülkədar olan Turxan bəy Maralı kübar və zadəgan bir xanım edərək, xoşbəxt etdiyi düşüncəsində idi. Lakin əsər boyu hadisələr tamamilə bunun əksini göstərirdi. Hüseyn Cavid “Maral” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Maral mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çarəsizliyinə, məsumluğuna, romantik duyğularına məğlub olmağına, məhəbbətində uğursuz olmağına görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Çarəsizlik, məsumluq, romantik duyğularına məğlub olmaq Maral obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Maral” faciəsinin əsas obrazı Maral 16 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. O, əsərdə burjua-zadəgan mühitinin iç üzünü öz sözləri ilə ifşa edir. Əsərin baş qəhrəmanlarından olan Turxan bəy bir mülkədar olaraq, özünü əsl öz sinfinin nümayəndəsi kimi xarakterizə edirdi. Turxan bəyin əsərdə oğlu kimi təqdim olunan Cəmil bəy 27 yaşında həssas, narin vücudlu, əsmər bənizli bir gənc idi. H.Cavid Maralın faciəsini onun öz sözləri ilə oxucuya belə çatdırır. “İki sənə əvvəl böylə məş’um, qara günü kim xatırlardı? Məs’ud bir gövərçin kibi saf və azadə yaşıyordum; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yoq olası Turxan bəy bəla yıldırımı kibi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu”.                                                     

    Əsər boyunca Turxan bəyin “Fəzilət də paradadır, insaniyyət də”… kimi fikirləri onun mənəviyyatı haqqında oxucuda dolğun məlumat yaradır. Əsərdə Turxan bəy və Maral xəttinin uğursuz ailə münasibətinə qarşı Cəmil bəy və Humay sevgisi təsvir olunmuşdur. Cəmil bəy Humayı bütün ruhu, bütün vücudu ilə sevirdi. O, Humayın eşqindən dərdə düşmüş, ah çəkməkdən yorulub, cavan vaxtında saralıb, solmuşdu. Cəmil bəyin Məcnun kimi sevdiyi Humay olduqca mərhəmətli, mehriban, lakin nişanlı bir qız idi. İffətli qız olan Humay Cəmil bəylə ailə qurmağa ancaq nişanlısının intihar xəbərini eşitdikdən sonra razı olur.                               

   H.Cavidin “Maral” faciəsində Cəmil bəy Humaya öz sevgisini belə elan edir. “Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? Humay! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq… Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar”.                                                                                                      

Əsər boyunca Turxan bəyin qadın haqqındakı fikirləri dəyişilməz xətt ilə oxucuya çatdırıldı. “Əfsus ki, dünyanın ən böyük qəhrəmanları yenə onların lətif və yumşaq əllərilə məhv olub getmişlər… Şimdiyə qadar nerdə bir fəlakət, nerdə bir cinayət eşitdimsə, orda mütləq bir qadın parmağı olduğunu gördüm”.                 

Turxan bəy xarakter etibari ilə bədbin və mərhəmətsiz şəxs olduğu üçün qadınlardakı məsumanə və mələkanə xislətləri, onların bəşəriyyətə verdiyi ülviyyət və səadətləri görmürdü. H.Cavidin “Maral” faciəsinin əsas obrazı olan Maral Turxan bəylə ailə qurandan sonra onun murdar xasiyyəti ilə bacarmayıb, qoşulub qaçmağı yeganə çarə kimi görürdü, lakin iffəti bu əməli etməyə ona icazə vermirdi. Maralın çarəsiz və bədbəxt olmasının tək günahkarı Turxan bəy idi. Bu əzablı yaşayışa dözə bilməyən Maral Arslan bəyin təkidlərinə inanaraq, onunla xoşbəxt yaşayacağını ümid edərək, Turxan bəydən qurtulmaq məqsədi ilə yeni bir həyata başlamaq üçün Turxan bəyin evini tərk etmək istəyəndə, onun əli ilə silahla öldürülür. Məzlum Maralı öldürdükdən sonra, Arslan bəyi nişanlayaraq, öldürmək istəyən Turxan bəy Arslan bəy tərəfindən yaralanır. H.Cavid “Maral” faciəsində Maral obrazının məhzun və acı həyatının təsviri ilə zəmanənin mənzərəsini təsvir etmişdir.  

    H.Cavidin “Maral” faciəsi ədibin idrak tərzini və ideya-estetik prinsiplər sistemini özündə ehtiva edir. Əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir. Hüseyn Cavidin “Maral” faciəsində qadın hüquqsuzluğu mövzusu tamamilə dolğun bir şəkildə özünü əks etdirmişdir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hər səngər məbəddi, pirdi hər əsgər!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Məhəmməd Kərimov – O belə deyildi axı…

O belə deyildi axı…

Təmirdə olan şirkətdə fəhlə kimi çalışırdım. Artıq iki gün idi ki, həmin şirkətdə təmir işlərinə başlamışdım. Şirkət rəhbərinin  isə çox soyuqqanlı və zəhmli biri olması  simasından bəlli idi. Təkcə xarici görünüşü deyil, xarakter çəhətdən də məhz soyuqqanlı olması bəlli olmuşdu.

  • Salam, Sahil müəllim, necəsiz?

İşi ilk götürdükdə rəhbərə yaxınlaşaraq sual etdim.

  • Buyurun, nə lazım idi? – deyərək salam belə vermədən niyyətimi öyrənmək istəmişdi.
  • Məni sizə Valid bəy yönəldib, şirkətinizdə olacaq təmir işləri üçün.

 Əllərimi  qarşımda birləşdirərək bildirdim.

  • Aha, başa düşdüm sizi. Ümumi təmirə başlaya bilərsiz, Valid bəyə izah etmişəm hər şeyi. Ödəniş olaraq da danışdığımız qədər olacaq. Nə az, nə çox. – deyərək Sahil bəy komputerdə olan işinə dönmüşdü.
  • Oldu, baş üstə – deyərək otağından ayrılmış və işimə başlamışdım.
  • Holdinq sahibi olasan, nə az, nə çox deyəsən ödəniş üçün deyə işimi görərək həm də dodağımın altında danışmaqda davam etdim.

Beləcə iki günü başa vurmuşdum. Hər gün çalışır və tezliklə bitirməyi arzulayırdım, çünki Sahil bəyin münasibəti  mənə heç xoş deyildi. Həmin günü axşam saatlarında düşüncələr dəryasında üzərək evimə dönürdüm. Ailə sahibiyəm və iki övladım var. Məryəmim bir həftəyə məktəbə başlayacaq, lakin hələ də ona lazım olanları ala bilməmişdim. Sahil müəllimdən  alacağım ödənişi sabah birdəfəlik əldə edə bilsəm, qızıma məktəb ləvazimatlarını ala bilərdim. Görəsən,  bu yaxşılığı edərdimi mənə? Hər halda sabah yoxlayaram, güman ki, heç bir zərəri olmaz. Zatən başqa bir yolum yox idi.

Evə daxil olaraq ayaqqabılarımı çıxardar-çıxartmaz qızım qabağıma qaçdı. Onun məsumluğu və sevgisinin istiliyi simasından bəlli idi. Həyatımın anlamıdır Məryəmim. Kaş insanlıq uşaq olaraq qalsa da, heç böyüyüb real sevgini unutmasa.

  • Atacan, darıxmışam sənin üçün – sözləri ilə  qucağıma atladı.
  • Can, Məryəmim mənim – deyərək saçından  öpdüm.
  • Qonaq otağına daxil olduq, yoldaşımdan yemək gətirnəsini istədim.
  • Qızım bu gün nə iş görmüsən?, Günün necə keçib? – yemək hazır olana qədər qızımla divanda söhbətimiz oldu.
  • Atacan, məktəbə hazırlaşmışam, aldığın dəftərdə hərfləri yazmışam – deyərək dəftərini gətirdi və mənə çox həyacanla göstərdi.
  • Ay MaşaAllah qızıma, gələcəyin alimi!  – deyərək gözlərindəki parıltıda özümü itirmişdim.

Qızım sevinirdi, həyəcanı gözlərinin parıltısına yansımışdı. Mənim də gözlərim parıldayırdı, amma kədərdən. Belə həvəslə məktəbə hazırlaşan qızım üçün çanta, qələm, dədftər ala bilməmişdim. Mən necə atayam, nə edəcəyəm, heç bir fikrim yox idi.

Səhər şirkətdə işə başlamazdan əvvəl Sahil bəyin yanına daxil olmaq üçün icazə istədim. İzin verdikdən sonra otağa daxil olaraq:

-Sahil bəy, mənim bütün ödənişimi bu gün verə bilərsizmi? – deyə sual verdim salamlaşdıqdan sonra.

  • Səbəbi nədir bu istəyinizin?
  • Qızım məktəbə başlayacaq, amma lazım olanları almağa pulum yoxdur. Fəqət, işimi eyni məsuliyyətlə davam edəcəyəm, buna şübhəniz olmasın.
  • İşini evində davam edəcəksən, ya başqa yerdə?
  • Necə, anlamadım Sahil bəy?
  • Sənə güvənə bilmərəm, onu deməyə çalışıram.

Artıq bütün gərginlik içində idim. Həm güvənsizlik aşılandığı üçün, həm də qızıma nə alacaqdım. Həmin gün işimi necə gördüyümü özüm də bilmədim. Hətta nahara belə çıxmamışdım. Sahil bəy isə gün içində bir necə dəfə yanımdan keçmiş, amma təəssüf, fikrində heç bir dəyişiklik olmamışdı.

Axşam saatlarında evimə döndüm. Beləcə dörd gün keçmişdi və məktəbin başlamağına son üç gün var idi. Növbəti gün şirkətdə işdə olarkən orada işləyən xidmətçi xanım mənə yaxınlaşaraq  şəhərdə  olan “Ali və Nino”  mağazalarında bu günə xas ödənişsiz qəbz əldə etmişəm – dedi və ardından ona lazım olmadığı, istəsəm mənə verə biləcəyini də əlavə etdi. Təklifini, əlbəttə ki, qəbul etdim. Göydən düşmə bir surpriz oldu mənim üçün. Axşam işdən çıxar-çıxmaz mağazaya getdim, lazım olan bütün məktəb ləvazimatlarını alaraq kassada qəbzi göstərdim. Kassir qəbzi götürərək, məni  yola saldı.

Məktəb açıldı, canım qızımın həyacanı ürəyində qalmadı. Belindəki çantasında ehtiyacı olacaq bütün məktəb ləvazimatları vardı. Başı uca şəkildə sinfinə  daxil olmuşdu.

Səhəri gün şirkətdə son günüm idi. Artıq işlərimi bitirmişdim və son proseslər qalmışdı. Gün sonunda qapıda həmin xidmətçi xanım ilə qarşılaşdım.

  • Sizə nə qədər təşəkkür etsəm azdır, çox sağolun həqiqətən – yaxınlaşaraq xanıma dedim.
  • Nəyə görə təşəkkür edirsiz mənə?
  • Dünən mənə qəbzinizi verməsəydiniz, mənim qızım məktəbdə məyus olacaqdı. Onlar axı uşaqdır və bəzi problemləri bilmirlər
  • Elədir, mən özüm də dünən mağazalardan oğlum üçün bazarlıq etmişəm.
  • Sizin qəbziniz məndə idi, o zaman ödənişlə etmisiz bazarlığınızı?
  • Xeyr, qəbz ilə etmişəm.
  • Axı qəbzinizi mənə vermişdiniz ki, lazım deyil.
  • Elədir, amma qəbzi sizə verməyimi və elə deməyimi Sahil bəy tapşırmışdı.
  • Necə? Sahil bəymi?
  • Əlbəttə, Sahil bəy ildə bir necə dəfə öz hesabına mağalardan qəbzlər götürərək biz işçilərə təqdim edir.
  • Mənə niyə bunu demədiniz bəs?
  • Əslində sizə indi də deməməli idim. Sahil bəy etdiyi yaxşılığın çox zaman bilinməsini istəməyən bir insandır – sözlərindən sonra mənim susduğumu görən xanım:
  • Kənardan sərt görünə bilər, lakin yardımı sevən şəxsdir – deyə əlavə edərək yoluna davam etdi.

Dərhal xanımdan uzaqlaşıb Sahil bəyin otağına yollandım, lakin otağında olmadığını  bildirildi. Qəbul otağında gözləmək üçün icazə aldığımda səbəbini sual etdilər. Mən isə dedim:

  • Təşəkkür etmək üçün.

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

ZAUR USTAC – ŞEİRLƏR

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı – Mənə unutmaq öyrət…

Mənə unutmaq öyrət…

Hansı dərd olsa şairi, şair də dərd üçün hansı ifadə olsa, tapır.

Dərd də cürbəcür olur, ölüm də. Dərdin də gözəli var, ölümün də.

Sevib dərd çəkməmisiniz? Ölə-ölə unudub, unuda-unuda ölməmisiniz? Unutmaq vurulmaq qədər asan deyil, bilirsiniz. Bu çabaya aylarını sərf etsən qalibsən, burda illərə məğlub olmaq var.

Hərə bir cür unudur. Gözündən vurulanların unutmaq cəhdi çətin deyil. Narahatlıqları gözləri yeni gözəllik görənədək çəkir. Zülüm ürəkdən vurulanlarındır.  Belələri sevdiyini unutmağa çalışsa da, əslində, özlərini unudurlar. Həyatlarındakı düzənlərini pozurlar. Onlara elə gəlir, fəsillər yerini dəyişib. Günəş əbədilik batıb. Yerin altı üstünə qalxıb. Sular tərsinə axır. Cabir Novruzun unutmaq üsulunu illərdir sınaqdan keçiririk. Otağımızda gizlənir, röyalara meyil edirik ki, bəlkə, yadımızdan çıxa. Şair başını qatıb özünü ovutmaq üçün meynələrə su verir, divara mıx vururdu. (Görünür, başqa vaxtlar bu işləri görmürmüş, ürəyini sakitləşdirmək üçün əvvəllər etmədiklərini etmək  məcburiyyətində qalıb) Ondan çox illər sonra unutmaq üçün dəridən-qabıqdan çıxan Elçin Məmmədovun əzabları göstərir ki, ürəyin ərköyününü yola vermək heç bir zamanda asan olmayıb. Texnika əsrində də ürək öz işindədir: sevir, darıxır, ayrılır, xiffət edir. Ürəkdəki sevgi sosial şəbəkədəki tanışlıq deyil ki, “blok” edəsən hər şey bitə. Eşqinə baş əyən,  könlünü poeziyaya çevirən, texniki inkişafın dəyişkənliyinə əsir olmayıb, zərif duyğularını, xoş hisslərini qoruyan şair unutmağa əlindən başlayır:

Öz əlimlə tuturam öz əlimi arxadan,

Yaman üzə düşmüşəm, üzümü aldadıram.

Çünki ürək sevəndə ona birinci əllər qoşulur. Ardınca ayaqlar onun olduğu yerə aparır səni. Adamı “işə salan” ürək isə hərəkətə gətirdiklərinin hərəkətlərini izləyir: gah məmnun qalır, gah da kədərlənir. Unutmaq adamın bir zaman sahibinə “arxasınca get” deyən qəlbinə meydan oxumasıdır: – “Sən deyildin məni oda salan? İndi bacarırsansa, unut”.

Ayağımı sən keçən küçələrə qoymuram,

Min oyundan çıxıram, izimi aldadıram.

Aldadır… elə bilir, qəlbinə hökmü çatacaq. Gücsüzlüyünü duyub etiraf etməsi uzun çəkmir. Bir neçə məqamdan sonra duyduğunu dilə gətirir:

“Belə unutmaq olmur”.

Çətindir…

Ürəyin getdiyi yerdən ayaqları güclə yığmaq insanın özünə verdiyi işgəncədir.

Hər iki şairin unutmaq cəhdində eyniyyət var: təzədən sevmək həvəsinə düşmək…

Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,

Mələklərlə “görüşürəm” səni unutmaqdan ötrü…

Yeni sevda ilə qəlbi ovutmağa Qulu Ağsəs, deyəsən, mental prinsiplərə söykənərək haqq qazandırır:

“Keçər günahımdan

Allah da mənim,

Kişi deyiləmmi?

Nə olub mənə?”

O biri şairlərdən fərqli olaraq, Q. Ağsəs bu bənddə ifadə etdiyi fikri unutmağa bəhanə kimi göstərməyib. Şair bununla gender bərabərsizliyindən yaranan gücündən güc alaraq öyünür.

Allahın işi qalsın yerində, görək əməlimizi özümüz özümüzə bağışlaya bilirikmi?

Bu yanda şair vurnuxur:

“Hamıda sən gəzirəm, hamıda sən tapıram,

Başımı aldadıram, gözümü aldadıram”.

Əgər ardından:

“Öz başımı özümün dizlərimə qoyuram,

dizimi aldadıram” ağrısını yaşamasaydı, bizə elə gələrdi, burda da mentalitetin kişiyə verdiyi cəsarət meydanda at çapır.  

Öz başını öz dizlərinin üstünə qoymaq, sizcə asandır?

Hər yeri aldada bilərik ürəkdən başqa. O Allahın bəlasının başını yozmaq olmur. Bilir nə istəyir, kimi istəyir.

Amma “Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü” misrasından aydın olur ki, yalandan eşqə düşmək, özünü aldatmaq unutmağın müalicəsi deyil bu yalnız müvəqqəti ağrıkəsicidir. O da kəsə bilsə…

Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,

Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?

Birinə görə artıq bütün variantlar bitib…

Elçin Məmmədovsa israrlıdır: unutmağa yox, unutmamağa. Yoxsa unutmaq istədiyini niyə çağırsın ki:

“Barı gündə bir dəfə gəlib yolunu  göstər.

Belə unutmaq olmur”.

Yenə O. Yenə “qayıt” söyləmək. “Kainatı kimin sahmana sala biləcəyi” bəllidir.

“Qayıt sağımı göstər, qayıt solumu göstər”.

İllər ötüb ədəbi meyarlar yenilənib, amma sevmək, tarmar olmaq, unutmaq, qaytarmaq arzusu olduğu kimi qalıb.

Bəzən ümidin özü də ümidsiz olur, güman da heç nə güman etmir.

Onlar da heç nəyə söz verə bilmirlər. “Hər şey yaxşı olacaq” xəyalpərəstlərin sözüdür.

“Sənsizlik pisdi səndən…”

Şair haqlıdır. Sənə dözməyə nə var, heç olmasa arada dalaşıb sakitləşmək olur. Sənsizliksə dinmir, hay vermir. Adamın bağrı çatlayır.

Axırda hər şeydən əlimiz üzülür:

Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,

Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü…

Görəsən, mən də nə vaxtsa unutmaqdan ötrü qeybətcil qadınlara qoşulub qeybət edəcəm? Görəsən, əzablardan xilas olum deyə xörək bişirməkdən, qab yumaqdan danışacam? Görəsən, bircə anlıq yaddan çıxarmaq üçün çox danışdığına görə görəndə qaçıb gizləndiyim qadınla saatlarla çənə döyəcəm?

Biz burda burda unutmağın reseptini yazarkən İlham Qəhrəman qətiyyətlə söyləyir:

Məhbusun illər sonra

unutmadığı təkadamlıq

məhbəs kimi,

Şimşəkdən sonra

ağlımıza gələn səs kimi

Səni unutmaq olmur.

Deyəsən, bu da haqlıdır. Unutmaq istəyirsən, zəng edir.

Unut görüm necə unudursan.

Oxuyanlardan soruşuram: “Unutmaqmı asan, atmaqmı asan?” (Musa Yaqub)

Mən sənin könlündə həyat ağacı –

Özün də bilmədən ürək qanınla,

Bütün vücudunla, bütün canınla

Onu ömrün boyu yaşadacaqsan,

Unutmaqmı asan, atmaqımı asan?

Son qərarı Musa Yaqub verir:

Eh, unutmaq olsa nə var ki, gülüm,

Dərd də unutmağı bacarmamaqdı.

Ağrıdan zülüm çəkdiyimiz məqamda bir yandan da Çiçək Mahmudqızı imdad diləyir:

“Mən sevməyi bilirəm mənə unutmaq öyrət”.

Müəllif: Pərvanə BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC: – “Şuşa tək ocağın mübarək, dağlar!” – ŞÜKÜR BÖYÜK ALLAHA!!!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru