Cahangir Namazov – “Milli dəyərləri qoruyan şair”, “Bütöv Azərbaycan” qəzeti, 10 yanvar 2025-ci il, say: 01 (550), s.10.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 16-22 yanvar 2025-ci il, say: 02 (3563), s.7.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Olaylar” qəzeti, 17-23 yanvar 2025-ci il, say: 02 (5024), s.19.
Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Yeni təfəkkür” qəzeti, 24 yanvar 2025-ci il, say: 02 (669), s.3.
Südabə Məmmədova “Debüt”lə debüt edib, “Yazarlar” jurnalı, Aprel – 2025, say: 04 (52), s.84.
Zaur Ustac – “Uğurlu “debüt”” (Südabə Məmmədovanın eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 17-23 aprel 2025-ci il, say: 14 (3575), s.6
Təhmasib İsayev – “Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru, “Bütöv Azərbaycan” qəzeti, 18 aprel 2025-ci il, say: 10 (559), s.13.
Cahangir Namazov – “Katren” duyğuların incə ahəngidir (Zaur Ustac yaradıcılığında sonetlər), “Həftə içi” qəzeti, 24-30 aprel 2025-ci il, say: 15 (3576), s.7.
“Biz işığa doğru irəliləyirik…”(Zeynəb Mustafazadənin müsahibəsi), “Olaylar” qəzeti, 2-8 may 2025-ci il, say: 15 (5037), s.18.
Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər), “525-ci qəzet”, 6 may 2025-ci il, say: 77 (6607), s.15.
Zaur Ustac – “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” (Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 8-14 may 2025-ci il, say: 17 (3578), s.7.
Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər, “Yeni Təfəkkür” qəzeti, 9 may 2025-ci il, say: 09 (676), s.4.
Ə.Əliyev “40 gün – 40 şeir” kitabı haqqında, “Xalq qəzeti”, 3 iyun 2025-ci il, say: 114 (30808), s.14.
Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Həftə içi” qəzeti, 5-11 iyun 2025-ci il, say: 17 (3578), s.8.
Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Olaylar” qəzeti, 6-12 iyun 2025-ci il, say: 19 (5041), s.23.
“Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim” (Cahangir Namazovun müsahibəsi), “Həftə içi” qəzeti, 3-9 iyul 2025-ci il, say: 24 (3585), s.7.
Günnur Ağayeva təqdim edir: Zaur Ustac, “Yazarlar” jurnalı, İyul – 2025, say: 07 (55), s.48-59.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə birinci yazı), “Olaylar” qəzeti, 11-17 iyul 2025-ci il, say: 23 (5045), s.17.
Zaur Ustac – “Tarixin borclu olduğu adam” (Yunus Oğuzun 65 yaşına), “Olaylar” qəzeti, 18-24 iyul 2025-ci il, say: 24 (5046), s.14.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ikinci yazı), “Olaylar” qəzeti, 18-24 iyul 2025-ci il, say: 24 (5046), s.18.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə üçüncü yazı), “Olaylar” qəzeti, 25-31 iyul 2025-ci il, say: 25 (5047), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə dördüncü yazı), “Olaylar” qəzeti, 1-7 avqust 2025-ci il, say: 26 (5048), s.17.
Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin doğum gününə, “Yazarlar” jurnalı, Avqust – 2025, say: 08 (56), s.90 – 91 (təbriklər).
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə beşinci yazı), “Olaylar” qəzeti, 8-14 avqust 2025-ci il, say: 27 (5049), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə altıncı yazı), “Olaylar” qəzeti, 15-21 avqust 2025-ci il, say: 28 (5050), s.18.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeddinci yazı), “Olaylar” qəzeti, 22-28 avqust 2025-ci il, say: 29 (5051), s.19.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə səkkizinci yazı), “Olaylar” qəzeti, 5-11 avqust 2025-ci il, say: 30 (5052), s.18.
Zaur ustac, “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə), “Yazarlar” jurnalı, Sentyabr – 2025, say: 09 (57), s.48 – 64.
Günnur Ağayeva, “Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri” (Zaur Ustacın “Anam” şeiri haqqında qeydlər), “525-ci qəzet”, 12 sentyabr 2025-ci il, say: 164 (6694), s.14.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə doqquzuncu yazı), “Olaylar” qəzeti, 12-18 sentyabr 2025-ci il, say: 31 (5053), s.19.
“Üzeyir Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “525-ci qəzet”, 17 sentyabr 2025-ci il, say: 167 (6697), s.9.
Günnur Ağayeva “Üzeyir Hacıbəyov -140” (Zaur Ustacın xatirə-monoqrafiyasına baxış), “Həftə içi” qəzeti, 18-24 sentyabr 2025-ci il, say: 35 (3596), s.7.
Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı), “Olaylar” qəzeti, 19-25 sentyabr 2025-ci il, say: 32 (5054), s.18.
“Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “Olaylar” qəzeti, 19-25 sentyabr 2025-ci il, say: 32 (5054), s.22.
Əli Nəcəfxanlı “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat, “Xalq qəzeti”, 19 sentyabr 2025-ci il, say: 200 (30894), s.10.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə birinci yazı – giriş), “Olaylar” qəzeti, 3-9 oktyabr 2025-ci il, say: 34 (5056), s.19.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə ikinci yazı – bayatılar), “Olaylar” qəzeti, 10-16 oktyabr 2025-ci il, say: 35 (5057), s.18.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə üçüncü yazı – şeirlər), “Olaylar” qəzeti, 17-23 oktyabr 2025-ci il, say: 36 (5058), s.19.
Əli Nəcəfxanlı “Böyük Zəfərin poetik salnaməsi” – Zaur Ustacın “Övladıyam” şeiri, “Xalq qəzeti”, 18 oktyabr 2025-ci il, say: 224 (30918), s.13.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə dördüncü yazı – hekayələr), “Olaylar” qəzeti, 24 oktyabr – 6 noyabr 2025-ci il, say: 37 (5059), s.19.
Флора Наджи, «Война и природа» (Размышления об азербайджанской поэзии, посвященной войне за Карабах), «Мир литературы» № 9 (204), октябрь – ноябрь 2025 г. Стр. 4-5.
Ə.Əliyev “Bir ömrün salnaməsi” – Zaur Ustacın “Mahirə Nağıqızı – 65” (monoqrafiya) kitabı haqqında, “Xalq qəzeti”, 5 noyabr 2025-ci il, say: 236 (30930), s.15.
Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə beşinci yazı – yekun), “Olaylar” qəzeti, 7-13 noyabr 2025-ci il, say: 38 (5060), s.19.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – birinci hissə), “Olaylar” qəzeti, 14-20 noyabr 2025-ci il, say: 39 (5061), s.18.
Zaur Ustac, ““Qaraqaşlı” – Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi (Vüsal Nurunun “Qaraqşlı” kitabı haqqında qeydlər (ixtisarla)), “525-ci qəzet”, 19 noyabr 2025-ci il, say: 210 (6740), s.11.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – ikinci hissə), “Olaylar” qəzeti, 21-27 noyabr 2025-ci il, say: 40 (5062), s.19.
Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – üçüncü hissə), “Olaylar” qəzeti, 28 noyabr – 4 dekabr 2025-ci il, say: 41 (5063), s.19 .
Zaur Ustac – Hekayə, “Yazarlar” jurnalı, Dekabr – 2025, say: 12 (60), s. 54-63.
Günnur Ağayeva, Zaur Ustacın “Beyin qurdu” hekayəsi… , “Yazarlar” jurnalı, Dekabr – 2025, say: 12 (60), s. 64-65.
Zaur Ustac “Yunus Oğuz felyeton ustası kimi” (“Səssiz gurultunun gumbultusu” felyetonu haqqında), “Olaylar” qəzeti, 5-11 dekabr 2025-ci il, say: 42 (5064), s.13 .
Zaur Ustac “Duyğuların yürüşü” (Vəfa Bağırzadə yaradıcılığında emossianın musiqiyə çevrilişi), “Olaylar” qəzeti, 5-11 dekabr 2025-ci il, say: 42 (5064), s.23 .
Zaur Ustac “Şuşa tək ocağın mübarək, dağlar!” (Adilə Nəzərin “Şuşanın azadlığı” əsəri haqqında qeydlər), “Olaylar” qəzeti, 12-18 dekabr 2025-ci il, say: 43 (5065), s.19 .
Zaur Ustac “Gözündə tük var” (novella), “Olaylar” qəzeti, 19-25 dekabr 2025-ci il, say: 44 (5066), s.22 .
Zaur Ustac “Sonuncu tapşırıq” (Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə), “Olaylar” qəzeti, 26 dekabr 2025 – 8 yanvar 2026-cı il, say: 45 (5067), s.23 .
Zaur Ustac – “Şair səmimiyyətinin poetikası” (Ramiz İsmayılın “Ömrün qışına doğru” şeirlər kitabı haqqında qeydlər), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025, say: 7 (70), s. 74-75.
“The MT. KENYA TİMES”, №01333, June 30 2025, pg. 21 Zaur Ustaj.
“Classico opine”, June 2025, pg. 8 Zaur Ustaj.
Antologiyalar – 2025
“Dağlarda izim qaldı”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 368 səh. Zaur Ustac s. 355-358.
“Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 328 səh. Zaur Ustac s. 311-314.
“Qarabağ Zəfərindən Turana doğru”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 400 səh. Zaur Ustac s. 59-61.
“Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 328 səh. Zaur Ustac s. 311-314.
“Mən bir Vətən səsiyəm”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 296 səh. Zaur Ustac s. 276-280.
“Dünya şairləri” (birinci kitab – antologiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. Zaur Ustac s. 7-18.
“Mənim Vətənim”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı, 2025-ci il, 312 səh. Zaur Ustac s. 68-75.
Müəllif əsərləri – 2025
Zaur Ustac, “Vaqif Mustafazadə”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 32 səh. (I, II, III nəşrlər)
Zaur Ustac, “Katren”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 80 səh.
Zaur Ustac, “Gəzdim”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 50 səh.
Zaur Ustac, “40 gün – 40 şeir”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 70 səh.
Zaur Ustac, “A1”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 68 səh.
Zaur Ustac, “Üzeyir Hacıbəyov – 140” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 96 səh.
Zaur Ustac, “Mahirə Nağıqızı – 65” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 68 səh.
Zaur Ustac, “Qələmdar – 3”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 142 səh.
Zaur Ustac, “Şeir şəkillər”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 22 səh.
Zaur Ustac, “Qələmdar – 4”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 84 səh.
Haqqında yazılanlar (Ədəbiyyat) – 2025
Vaqif İsaqoğlu, “Zaur Ustacın poetik dünyası” (monoqrafiya), Bakı, “İmza” nəşrlər evi, 2025-ci il, 192 səh.
Günnur Ağayeva, “Munis yazılar-2” (Zaur Ustac – 50), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 100 səh. (I, II, III nəşrlər)
Tehran Əlişanoğlu, “Ədəbiyyatda Ali Baş Komandan” (Zaur Ustac səh. 57) Bakı, “Elm”, 2025, – 184 səh.
Tərtibçilik – 2025
Zaur Ustac, “Sultan Rayev və Azərbaycan” (Birinci Türkoloji Qurultayın 100 illiyinə), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 42 səh. (I, II, III nəşrlər)
Redaktorluq – 2025
Südabə Məmmədova, “Debüt”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. (I, II , III nəşrlər)
Günnur Ağayeva, “Munis yazılar-1” (Yunus Oğuz -65), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 86 səh. (I, II nəşrlər)
Gülü, “Munis yazılar-4” (Mahirə Nağıqızının 65 yaşına), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 92 səh. (I, II nəşrlər)
Yunus Oğuz, ““TÜRK” etnonimi və törələri”, Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 138 səh. (I, II nəşrlər)
Həcər Atakişiyeva, “Əbdürrəhim bəy Haqverdiyev -155”, “Ustac.Az” nəşrləri, 2025-ci il, 98 səh. (I, II nəşrlər)
Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Uşaq şeirləri 2019-2020-ci təris ilindən etibarən Azərbaycan Respublikasında məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur. Zaur Ustac 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 50 -dən artıq kitabın müəllifidir. 2007-ci ildən təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustac AVMVİB, AJB və AYB-nin üzvüdür. Bakı şəhərində yaşayır (2025). 2011-ci ildən etibarən Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Şeirləri:
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!
Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…
Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…
Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…
İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!
Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Yubileylərlə bağlı yazı yazmaq dəbdədir. Bəzən 50, 60, 70 yaşı tamam olacaq bir adam siyahı tutaraq yoldaşlara özü haqqında kitab çap etdirəcəyini söyləyərək dost-tanışdan xahiş edir ki, onlar da öz ürək sözlərini yazsınlar. Hətta iş o yerə çatır ki, yaxşı tanımadığın, yaxud gözündə heç də ideal olmayan bir insan barəsində də məcburən nə isə yazmalı olursan! Fəqət ha yazdın a! Deyilən söz ürəkdən gəlməlidir. Söz sədəqə deyil ki, çıxarıb verəsən. O, insan deyilən sözə layiq olmalıdır.
Həzrəti Məhəmməd peyğəmbərin belə bir hədisi var: “Ən yaxşı sədəqə ürəkdən deyilən sözdür”.
Eşidəndə ki, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun anadan olmasının 65 illiyi tamam olur, yadıma peyğəmbərimizin həmin qiymətli kəlamı düşdü. İntiqam müəllim haqqında ürəkdən söz deməyə dəyər!
İntiqam Cəbrayılovla tanışlığım ötən əsrin səksən doqquzuncu ilinə təsadüf edir. O zamanlar bizim institut Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu adlanırdı. Aspiranturaya qəbul imtahanları başa çatmışdı. Hündür boylu bir gənc mənə yaxınlaşaraq özünü təqdim etdi. Neftçalalı olduğunu, Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix-hüquq-ictimaiyyat ixtisası üzrə ali təhsil aldığını, Neftçala rayonunun Xolqaraqaşlı kənd orta məktəbində tarix müəllimi işlədiyini və aspiranturanın əyani şöbəsinə qəbul olduğunu bildirdikdən sonra utana-utana məndən xəbər aldı: “Akif müəllim, mənim elmi rəhbərim olarsınızmı?”
Onun gözlərinə baxdım, duruşuna, danışığına diqqət yetirdim və razı qaldım. Məlum oldu ki, İntiqam müəllim universiteti də fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya qəbul imtahanlarında da yaxşı qiymətlər alıb, bir şəxsiyyət kimi də müsbət fikir yaradır. Odur ki, tərəddüd etmədən əlini sıxıb:
-Niyə olmuram ki?! – dedim. -Elmi rəhbər olaram.
Onda İntiqam müəllimin 29 yaşı vardı. Çox sevindi. Razılığını bildirdi. Onun dissertasiya mövzusunu “Tarixi abidələr şagirdlərdə milli mənlik şüuru formalaşdırmağın vasitəsi kimi” müəyyənləşdirdik və o, elmi fəaliyyətə başladı. 1994-cü ildə dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi aldı.
Zənnimdə yanılmamışdım. İntiqam Cəbrayılov yaxşı tarix müəllimi və eyni zamanda səriştəli tədqiqatçı idi. İnstitutda çalışa-çalışa ali təhsil müəssisələrində ümumi tarixdən, Azərbaycan tarixindən mühazirələr oxuyur, seminar məşğələləri keçirirdi. O zamanlar mən institutda şöbə müdiri işləməklə yanaşı Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor idim. Mənim zəmanətimlə rektor, professor Ağarəhim Rəhimov İntiqam Cəbrayılovu müəllim kimi işə götürdü. Hazırda o, Təhsil İnstitutunda çalışmaqla yanaşı həmin universitetdə tarix kafedrasının müdiridir.
2001-2008-ci illərdə İntiqam müəllim mənim müdir olduğum Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmağa başladı. Eyni zamanda elmlər doktoru proqramı üzrə şöbənin doktorantı oldu. 2007-ci ildə “Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri” mövzusunda (təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (tarixin tədrisi metodikası) ixtisası üzrə) dissertasiya işini müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi aldı.
Həmin vaxt mən institutun elmi katibi və həm də institutda fəaliyyət göstərən dissertasiya şurasının da elmi katibi idim.
İllərə nə var ki?! Quş qanadlıdır. Sezilmədən ötüb keçir, xoş xatirələr qoyub gedir. İllər bax beləcə günləri, həftələri, ayları qovub apardı. Gənclik illərimizi də əlimizdən aldı. Bu il mən 75, İntiqam müəllim də 65 yaşına çatdı.
Mən təxminən 40 nəfərə qədər elmlər doktoru və fəlsəfə doktoru yetişdirmişəm. Mənim elmi məsləhətçiliyim və elmi rəhbərliyimlə onlar müdafiə edib ad-san qazanıblar. Bu qırx nəfərin içərisində pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov öz dəsti-xətti, çalışqanlığı, elmi-pedaqoji fəaliyyəti ilə seçilir. Özü də bir neçə fəlsəfə doktoru və bir nəfər elmlər doktoru yetişdirmişdir.
İntiqam Cəbrayılov Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiridir. Şöbənin əməkdaşlarının elmi-tədqiqat yaradıcılığı yalnız institut üçün deyil, eyni zamanda, bütün təhsil sahəsindən ötrü dəyərlidir.
İntiqam Cəbyarılovun araşdırmaları aktuallığı ilə seçilir. Diqqət yetirək: milli mənlik şüurunun formalaşdırılması, tarixin tədrisində islam dəyərlərindən istifadə, Azərbaycanın yeni və ən yeni dövr tarixinin tədqiqi və tədrisi məsələləri, ali məktəblərdə Azərbaycan tarixi təliminin müasir problemləri, tarixin tədrisində diyarşünaslıq materiallarından istifadə, Azərbaycan tarixi fənni üzrə təhsil standartlarının hazırlanması, tarix ixtisası üzrə müəllim kadrların hazırlığı məsələləri, Azərbaycan tarixinin tədrisində izah və mühakimə metodlarının rolu, Azərbaycan tarixinin tədrisi keyfiyyətini yüksəltməyin şərtləri, Heydər Əliyev irsində Azərbaycan tarixinin tədqiqi və tədrisi məsələləri, tarix dərsliyinin müasir məzmun problemləri, Azərbaycanın dövlətçilik tarixinin tədrisi problemləri, seminar dərslərinin təşkili, tarixi təfəkkürün metodoloji xüsusiyyətləri, tarix fənninin təlim strategiyaları, Azərbaycan tarixşünaslığı və vətən tarixinin tədrisi məsələləri, şəxsiyyətyönlü təhsil və şəxsiyyətin formalaşdırılması, əlavə təhsilin təşkilinin müasir problemləri, təhsilimizin inkişafında Heydər Əliyev mərhələsi və s.
İntiqam Cəbrayılov öz fəaliyyətini elmi-tədqiqatlar aparmaqla, doktorant və dissertantlara elmi rəhbərlik etməklə, rəsmi opponent olmaqla və eyni zamanda ali məktəblərdə tarix fənnindən mühazirə oxumaqla məhdudlaşdırmır. Fəal ictimai iş aparır, müxtəlif elmi qurumların, təşkilatların işində yaxından iştirak edir.
O, respublikada pedaqoji və psixoloji tədqiqatları əlaqələndirən Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri vəzifəsini daşımış (2014-2019-cu illərdə); bir müddət ARTPİ-nin nəzdində fəaliyyət göstərən dissertasiya şurasının elmi katibi, sonrakı illərdə dissertasiya şurasının nəzdindəki elmi seminarın elmi katibi, eyni zamanda Təhsil Nazirliyinin elmi-metodik şurasının pedaqogika və psixologiya bölməsinin elmi katibi, 2000-ci ildə “Azərbaycan məktəbi” jurnalının məsul katibi; bütün bunlarla yanaşı, BDU-nun və ADPU-nun nəzdində müxtəlif vaxtlarda yaradılmış birdəfəlik dissertasiya şuralarının üzvü olmuşdur.
İntiqam müəllim həm də ümumtəhsil məktəbləri üçün tarix və həyat bilgisi fənn kurikulumlarının hazırlanmasında komissiya üzvü kimi də iştirak etmiş, Azərbaycan tarixi və ümumi tarix fənləri standartlarını hazırlayarkən milli məsləhətçi və işçi qrupunun sədri olmuşdur.
Hazırda o, ümumi təhsilin milli standartlarını hazırlayan işçi qrupunun üzvüdür. Tarix fənni üzrə respublika fənn olimpiadasında komissiya üzvü, “İlin müəllimi” müsabiqəsində ekspert olmuşdur.
Bundan başqa, şagirdlər arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” respublika müsabiqəsində münsiflər heyətinin üzvü; respublika təhsil işçilərinin sentyabr konfranslarında Təhsil Nazirliyinin nümayəndəsi kimi iştirak edir. Bir neçə il tələbələrin respublika konfransında tarix bölməsi üzrə ekspert komissiyasının; üzvü) olmuşdur.
İ.H. Cəbrayılov respublikanın Əməkdar müəllimidir. “Qabaqcıl təhsil işçisi” döş nişanı təltif olunmuşdur. Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademikdir.
İntiqam müəllimin zəngin elmi yaradıcılığı vardır. 3 dərs vəsaitinin, 10 monoqrafiya və kitabın, 8 metodik vəsaitin, 48 fənn proqramının, 8 metodik tövsiyənin və 119 elmi məqalənin, 80-a yaxın konfrans materialının və topluda məqalənin müəllifidir.
“Pedaqoji təmayüllü ali məktəblərdə Azərbaycan tarixi tədrisinin nəzəri və praktik problemləri”, “Azərbaycan tarixinin tədrisi metodikası”, “Şəxsiyyətyönlü təhsil və vətəndaş cəmiyyəti”, “Müasir təhsil: axtarışlar və perspektivlər”, “Təhsilin modernləşdirilməsinin elmi-nəzəri problemləri” (həmmüəlliflərlə), “Müasir təhsilə innovativ yanaşmalar” (həmmüəlliflərlə), “Müstəqillik dövründə Azərbaycan təhsili: nəzəri və praktik aspektlər” (həmmüəlliflərlə), “ Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” monoqrafiyalarını; “Azərbaycan tarixi: Ali məktəblər üçün mühazirə mətnləri”, “Azərbaycan tarixi: Abituriyentlər üçün dərs vəsaiti” (T.M. Məmmədovla), “Əqli mülkiyyət mədəniyyətinin nəzəri və pedaqoji əsasları: magistrantlar üçün (K.V. Mikayılova ilə) dərs vəsaitlərini nümunə göstərmək mümkündür.
Beləcə pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Hilal oğlu Cəbrayılovun həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamlarını diqqət mərkəzinə gətirdik.
Bildirirəm ki, elm sahəsində yetirməm olan İntiqam müəllimlə fəxr edirəm. O, mənim ümidlərimi doğrultmuş, pedaqoji elmin zirvəsinə qalxmağa müvəffəq olmuşdur. İntiqam müəllim təcrübəli ali məktəb müəllimi, istedadlı metodist və pedaqoq, səriştəli tədqiqatçıdır!
Bir Allah şahiddir ki, yuxarıda bütün dediklərim ürəkdən gələn sözlərdir, həqiqətdir!
Mən pedaqogika elmləri doktoru, professor olduğum kimi İntiqam müəllim də pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllimdir.
Mən öz yetirməmlə fəxr edirəm!
Mən yetirməm professor, Turan Elmlər Akademiyasının həqiqi üzvü, akademik İntiqam Hilal oğlu Cəbrayılovun 65 illik yubileyini salamlayır və üzümü ona tutaraq deyirəm: 65 yaşın mübarək, İntiqam müəllim!!!
Akif Abbasov,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
– Boy, boy xoş gördük, a Savet kişi! Ə, Şura arvad nətərdi? Oktyabr nejədi? Neynirsiz? Nağayrırsız? Aprel nağayrır? Üzüm ayağının altına, mən ölüm bağışda, qızın – o aman-zaman bir baleyin, gül baleyin adı yadımdan çıxıf… Heş elə bil hamısını qırğın-davaynan, dava-şavaynan, 40 gün davam edən şəbehdən sonra bu qurumuş əllərlə mən ölmüş yazmıyıf.
– Zoya, qızımın adı Zoyadı. Salamatçılıqdı. Hamısının salam-duası var. Şura bajılığın da saa məxsusi salam göndərif.
– Hə, eşitmişəm. Özünnən qurtardı, indi də keçif gəlinlərə. Amma, ayıfdı. Sən allah bajılıx-zad nədi, bu gij-gij zarafatları qoy bir kənara. Allah-təala neçə ildən sonra qismət eliyif, züryət də verif saa, baba olmusan, eee baba…
– Ə, mən neyniyim e!? Sən öl, bax, bu mən ölüm, hərfiynən çatırıram. Dedi ki, məndən o arvadağız bajıma salam de. Denən ki, elə eləməsin ora gəlim. Bax, məni ora gətirməsin ha… Başın haqqı, canım haqqı, bax, maa beləjənə dedi.
– Ə, gə bəri, gə keç içəri görüm. Onsuz da siz düzələn zzzii.. şey döyülsünüz… Gə bəri. Bilirəm ki, nəvənə müdrüt dəftəri almağa gəlifsən.
– Boy, boy… Ə, yeni termosun da mubarəhdi.
– Ə, az danış, daqameti ver maa, keç otu görüm.
– Ə, dayan görüm bir, sənə iş var burda.
– Ə, ora-bura az boylan nuh-əyyamından qalma kabinetdi. Sən öl, elə düz görmüsən, son 40 ildə termosdan başqa dəyişən bir şey yoxdu. Bax bu qələm də bəlkə, bax o balaja gədeyin adı nəyidi? – Aprel, Aprel – yadıma düşdü. Bax, and olsun o Aprelin şirin canına bəlkə də elə onun adını yazdığım qələmdi…
– Ə, yaxşı ə… Ə, o başıyın üsdəki şikildən ayıfdı. O şikillər dəyişdi, sən dəyişmədin dana kişi kimi.
– Az danış, müxtəsər elə. De görüm uşağın adını nə yazax? İsmini söylə, ismini…
– “Azad” – babamın adıdı. Şura bajılığın dedi ki, bax elə beləjənə də yazsın: “Azadi Azad Oktyabr oğlu”.
– Paho… Yenə başladı dana bullar. Başına dönüm, a Savet, “Azad” olmaz! Başqa ad de.
– Ə, nətər olmaz. Nətər olmaz. Sən diyəsən hələ bu demaqratdarı yaxşı tanımamısan ha… Nətər olmaz, ə? Elə olar bal kimi. Olar! Olajax da!
– Ayə, vallah “Azad” olmaz. Qəti tapşırıx var. Savet, baleyin, balamın canı haqqı olmaz. Gör nə qəşəh addar var. Savet, a Savet, başına dğnüm. Bax, “Ağa” qoy, “Bəy” qoy. Nədi ə, tutmusunuz bu könə-kürüş addardan?!
– Ə, köhnə-kürüş niyə olur? Könə-kürüş belə sənin əbəjdadıyın adı olsun. Gül kimi babamın adıdı. Ayə, o boydana savet höküməti bizim adımıza, familimizə dəymədi, sən indi deyirsən ki, rəhmətlik babeyin adın o nurlu kişinin kötücəsinə qoya bilməzsən. Ayə dünyada o farmazonnu arvaddar var ha, onlar yadıcasın da görür eee. Biz sizin ujbatınızdan nəvədən o tərəfə keçəmmirik. O da, ya qismət. Qismət olsa… Rəhmətlik babam kimi “Azadi Azad” olajax!
– Olmuyajax! A Savet başına dönüm, bax, heç qoşa ad qoymağa icazə vermirlər, amma istəyirsən gə saa imkan yaradım “Ağabəy” qoyax bu uşağın adını, həm də o boyda kişinin adı oluf. Adıynan böyüsün, torpağı-sanı yaşasın, onun kimi adlı-sanlı kişi olsun. Gə, yox demə, bax elə belə də yazax: “Azadlı Ağabəy Oktyabr oğlu”.
– Ə, kiri! “Azadlı” nədi, ə? Biz demoqratıx axı, qağa! Nə tez unutdun ə, bunu sən, nə tez unutun?! Ə, vallah-billahi qojalıxdandı… Ə, qurdnan-qiyamata ha qalasın döyülsən… Çıx get out evində, qoyun bu cavannar işləsin dana başına dönüm… “Azadlı” nədi, ə? “Azadi”yik! “Azadlı” nədi? “Ağabəy” nədi? A başına dönüm, bu nə işdi, biz düşdük?!
– Niyə özündən çıxırsan, a Savet? A başına dönüm, təzə qayda belədi dana famili ta “lı”, “li” ilə yazırıx. “Ov”, “Yev”, “Zadə”, sizin o “ı”, “i”, “u”, “ü” -lər də ta ləğv oluf. “Ağabəy” istəmirsən, başqa ad fikirləşərik. Budeyha bu qalınlığında kitavı görürsən? Sağ olsunlar, başbilənlər göndərif. İçərisində hamısı milli, başucalığı gətirən adlardı. Birini seçərik, vəssalam-şüttamam, bu iş bitsin. Vallahi, billahi “Quran” kimi bir şeydi. Bunnan irəli camaat nətəri seçirdi, ə adı!? Hay!? Molla kitavı açardı, nə ad çıxdı, onu da qoyardılar uşağa. İndi nə oldu? Nə dəyişdi? Pişih asqırıf? Kor tutduğunu buraxmıyan kimi yapışmısan bir “Azad”ın quyruğundan. Ayə, vallah, qivlə haqqı deyiflər yazmıyın. Bir fikirləş ki, nəvən sabah yekəlif lap o qəlvi yerlərdən birində işləyir… Lap elə müdür oluf. Vallahi, billahi işçilər öz aralarında xısınlaşacaqlar ki, “az” gəldi, “az adı” gəldi, “adı az” gəldi, “az adam” gəldi, “balaca adam” getdi… Sən heş istəyərsən sənin nəvənə “xırda”, “dıqqılı” desinlər!?… Kəndimizin adını biyabır eləməh istiyirsən? Bu gözəl kəndimizin uca adını batırıf-batırıf yernən sürütdümək istiyirsən?! Ə, vallah ayıfdı… A Savet, səni and verirəm, o qərib anan Azədənin goruna gə, bu daşı tök ətəyinnən… Nəyidi o? O bir yaxşı söz var e…? Hə alternatif. Əgər, “Ağabəy” xoşlamırsan, onda mən alternatif olarax “Çoxadam”, lap elə “Çox”, “Çoxlux” təhlif eliyirəm.
– Ə, kiri! Kiri, ə! Ə, “Az” nədi? “Çox” nədi? Ə, ləğv oluf nədi, ə… “Lı”, “Li” nədi, ə… Babamın adı “Azad” oluf, nəvəmin də adını “Azadi Azad” qoyajıyıx vəssalam! “Azadlı”, yox bir “Azadlıx”…
– Savet başına dönüm, o kəlməni işlətmə! Vallah kəndimizi başımıza uçurallar, atamızı yandırallar. Bu gözəl kəndimizi yernən bir eliyəllər. Heş izi-tozu da qalmaz.
– Ə, neyniyillər eləsinlər, maa dəxli yoxdu. Qoy, Şuranı çağırım. Hanı ə, mənim o soxaya qalmış telefonum? Hanı mənim bu civ telefonum?! Alo, alo, az Şura, dəstəni də yığ, gə savetdiyə… Hə, bura, savetdiyə… Yazmır dana, bajılığın yazmır. Deyir heylə olmaz. Bilmirəm. Gəlin bura. Tez gəlin.
– A Savet, ə arvad-uşağı niyə tökürsən bura? Özümüz həll edəjeydik dana…
– Qoy gəlsinlər. Bu nədi ə?! Olmaz nədi ə?! Qoy hələ balaja gəlin də salamat qutarsın… And ola, o bir Allaha, onunkun da “Babək” qoyajam. Demirsən, saa qoşa ad palojnadı? Bax, dilindən çıxıf ha, onun adını “Babəkxürrəmi Azadi” qoyajam. Lap elə qoy “Azadlı” olsun! “Babəkxürrəmi Azadlı”.
– “Azad…”!, “Azad…”!, “Azad…”! …
– A Savet, bu nə səsdi ə?! Başına dönüm, bu nə səsdi?! Vay dədə, vay. Evim yıxıldı. De görüm, mən eşitdiyimi sən də eşidirsənmi?! Hıy!? Bu nədi, ayə?! İndi mən haranın külünü töküm başıma ayə!?
– Eşidirəm, Eşidirəm… Nə səs olajax?! Şura bajılığın başının dəstəsiynən gəlir. Bayaxdan maa oxuduğun qəzəldən indi bir-iki ağız da ona oxuyarsan… 07.12.2025. Bakı.
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu hal-hazırda xaricdə yaşasa da, dogma Yurdu bir an belə unutmayan, azad düşüncəli insanların yaşadığı bütöv Azərbaycan eşqilə yazıb-yaradan Eluca Atalının dünyanın bir çox əsas dillərinə tərcümə olunmuş, düşünürlərin masaüstü kitabına çevrilmiş, haliyədə gündəmdə müzakirə obyekti olan “İran hizbullah zindanında” adlı kitabı haqqında olacaq. Eluca Atalı Azərbaycan ədəbiyyatında publisistik düşüncəni, milli oyanış və azadlıq ideallarını cəsarətlə ifadə və təbliğ edən yazıçılardan biridir. Onun “İran hizbullah zindanında” romanı təkcə bir insanın, bir qəhrəmanın deyil, bütöv bir millətin ruhunun azadlıq uğrunda çəkdiyi mənəvi iztirabların bədii salnaməsidir. Bu kitabda yazıçı təkcə zindan divarlarını deyil, həm də düşüncələrin, vicdanların, milli kimliyin üzərinə çəkilən görünməz zəncirləri sındırmaq istəyir. Ümumi olaraq daha geniş baxış bucağından baxdıqda müəllifin kitabda qaldırdığı problem (problemlər) yeni deyil. Bütün problemlərin mərkəzində (nüvəsində) “İNSAN” dayanır ki, səhifələr şəklində endirilmiş (olan) ən qədim səmavi (dini) kitablardan, Azərbaycanın əsasən nəzimlə yazıb-yaratmış Nizami, Nəsimi, Füzuli kimi mütəfəkkirlərdən tutmuş, nisbətən yaxın keçmişdə Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Əhməd bəy Ağaoğlunun yaradıcılığında iszləri görünən, Yusif Vəzir Çəmənzəminlinin “ İki od arasında”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitablarda qaldırdığı, oxucularla müzakirə etdiyi problemin həmən-həmən eynisidir. Bəs Eluca Atalı ona məlum olan fikirləri təkrarlayırmı? Bax, bu maraqlı sualdır.
Eluca Atalı “İran hizbullah zindanında” əsərində konkret bir həbsxananın sərhədlərindən çox uzağa gedir. Burada zindan həm siyasi, həm də mənəvi anlam daşıyır. O, bir ölkənin nümunəsində ümumilikdə mövcud rejimlərin öz vətəndaşlarına, milli haqlarını tələb edən insanlara qarşı apardığı təzyiq siyasətini realist boyalarla təsvir edir. Zindana gedən yolların (əməllərin, hərəkətlərin) təsvirindən tutmuş, zindanda saxlanılan qəhrəmanların taleyində bütöv bir toplumun faciəsi əks olunur. Bu, sadəcə bədən azadlığının deyil, düşüncə azadlığının da zəncirlənməsi, ümumilikdə insanlıq üçün məhdudiyyətlər deməkdir.
QISA ARAYIŞ
Konkret olaraq əsərin təhlilinə keçməzdən əvvəl kitab haqqında qısa arayış vermək istəyirəm. “İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan (haqqında danışdığımız bu kitabda yerləşmiş dörd bölümdən – hissədən) ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan ölkədə 1979-cu ildə baş verən hadisələrin (inqilabın) təbii proseslərin nəticəsində doğan zəruri yekun, yoxsa süni şəkildə katalizatorların böyük təsiri altında təsadüfi partlayış olması suallarını cavablandırır. “İnqilab” və “insan” anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini sübut etməyə çalışır və demək olar ki, müəyyən mənada buna nail olmağı bacarır. 1978–1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş versə də, yuxarıda qeyd etdiyim kimi Eluca Atalının bu romanı zaman və məkanın fövqündə (ötəsində) olan bir əsərdir. Müəllif real mövcud rejimin nümunəsində idarə edənlərin və idarə olunanların (köhnə təbircə yuxarıdakıların və aşağıdakıların) hərəsinin öz həqiqəti olduğunu bariz misallarla tam çılpaqlığı ilə açıq – aydın göstərməyə müvəffəq olmuşdur. Əsərdə sadəcə düşüncəsinə görə və ya sadəcə idarə edənlərin belə olmasını istədiyi üçün zindana (zindanlara) atılmış yüzlərlə (minlərlə) insanın taleyi ilə tanış oluruq.
Əsərin ən önəmli xətti milli özünüdərk, dil və kimlik uğrunda mübarizədir. Yazıçı açıq şəkildə göstərir ki, insan üçün ən ağır zindan milli kimliyindən məhrum edilməkdir. Əsərin qəhrəmanları üçün zindan sadəcə dəmir qapılar deyil – qadağan olunan dil, təhqir edilən tarix, susdurulan vicdandır. Eluca Atalı bu mənada öz qəhrəmanlarını ideoloji savaşçılar səviyyəsinə qaldırır; onların mübarizəsi fiziki deyil, mənəvi bir savaşdır.
Yuxarıda adını qeyd etdiyim Yusif Vəzir Çəmənzəminlinin “ İki od arasında”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Pənahi Makulunun “Səttarxan”, Balis Sruoganın “Tanrılar meşəsi” kitabları ilə artıq tanış olan oxucular müəyyən mənada müəllifin “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adları altında prinsipial şəkildə dörd hissəyə bölərək, ümumi məğzi (mətləbi) loxma-loxma (hissə-hissə) oxucusuna həzm elətdirməyə çalışdığı “İran hizbullah zindanında” romanını daha asan mənimsəyəcək, öz düşüncə süzgəclərindən keçirəcəklər.
Kitab boyunca rejimin sərt ideoloji nəzarəti və idarə etmə təfəkkürünün qorxu üzərində qurulmuş mexanizmi təsvir olunur. Eluca Atalı bu rejimi tənqid etməklə yanaşı, insanın daxilindəki azadlıq duyğusunun heç bir zorakılıqla öldürülə bilməyəcəyini göstərir. Zindan qorxunun məkanı kimi təqdim olunsa da, məhz bu divarlar arasında insan ləyaqəti öz həqiqi dəyərini tapır.
Eluca Atalı bu mənada həm publisist, həm də filosof kimi çıxış edir. O, oxucunu sadəcə hadisələrin şahidi deyil, düşünən bir tərəfdaşa çevirir.
Eluca Atalının dili kəskin, publisistik ruhu isə sarsıdıcı dərəcədə səmimidir. O, hadisələri təkcə bədii ifadələrlə deyil, publisistik emosional tonla təqdim edir. Hər bir cümlə həm bir fakt, həm də bir fəryaddır. Müəllif hadisələri sadəcə təsvir etmir, onlara münasibət bildirir, mövqe tutur. Bu da əsəri adi sənədli hekayətdən publisistik manifest səviyyəsinə qaldırır (Bu hal maraqlı və diqqətəlayiqdir).
Əsərin sonunda fiziki zindan hələ qalır (atanın şirinlik paylamağa məcbur edilməsi səhnəsi “İNSAN” kəlməsi haqqında müfəssəl məlumat ötürən müdhiş səhnədir), lakin mənəvi azadlıq artıq qazanılmış olur. Eluca Atalı göstərir ki, rejim bədəni qıfıllaya bilər, amma ruhu əsir saxlamaq mümkün deyil. Bu, təkcə hadisələrin cərəyan etdiyi ölkədə yaşayan xalqların deyil, bütün dünya xalqlarının azadlıq idealına ünvanlanan bir çağırışdır. Bu mənada problem ümumi olaraq qalır; idarə edənlər və idarə olunanlar. Hər iki zümrənin öz həqiqətləri var. Və bizim nə düşünməyimizdən asılı olmayaraq, hər iki cəbhə öz düşüncələrində özgür (azad) və haqlıdırlar.
Eluca Atalının “İran hizbullah zindanında” romanı milli düşüncənin, azadlıq idealının və insan ləyaqətinin zindanda belə sarsılmazlığını göstərən dərin mənalı bir əsərdir. Yazıçı bu romanında həm fərdi, həm də ictimai səviyyədə ideoloji toqquşmaların, siyasi təzyiqlərin və mənəvi dirənişin ağrılı mənzərəsini yaradır. Və yuxarıda qeyd etdiyimiz dörd bölümün hərəsi bu mənzərənin daha aydın görünməsi üçün öz üzərinə düşən vəzifəninin öhdəsindən uğurla gəlmişdir.
“İnqilabın travması” bölümü
Xüsusilə “İnqilabın travması” bölümü (kitabı) bu əsərin bədii-fəlsəfi məğzini açan, İran inqilabının mahiyyətini və onun insan talelərinə vurduğu zərbəni sənədli-publisistik aydın anlaşılan sadə bir dillə ifadə edən hissədir. Yəni, əsərin əsas qəhrəmanları Fatma (Fatimə yox!) ilə atası Allahkərim (“Allah kərimdir, quyusu da dərindir” – aydın məsələdir ki, Eluca Atalı bu adı da məxsusi olaraq seçib) arasanda baş verən söhbətlər, onların başına gələnlər, lap əsərin sonunda Allahkərimin çarəsizliyi və məyusluğu, bütün bunlar bir məhəllənin, bir kəndin, bir şəhərin, bir ölkənin, ümumilikdə dünyanın problemidir. Bu bölümdə – kitabın mənim əlimdə olan (Bakı, “Qanun”, 2023, 567 s.) variantında 21 – ci səhifədə “Nağıldan reallığa” yarımbaşlıqlı (sərlövhəli) parçada zoomağazada Fatma ilə atası Allahkərim və eyni zamnda Allahkərim ilə mağazanın yeganə sahibi (müəllif onu məhz belə təqdim edir) Rza Səbri (razılıq və səbrlə hər şey mümkündür, tələsənlər isə Fatma və atası Allahkərim kimi təndirə düşməyə məhkumdurlar…) ağa ilə söhbət, oradakı abu-hava və kuliminasiya: “…Allahkərimin qulağına pıçıldayırmış kimi: – Ağa, xəbərin oldu, keçən həftə Əlirza Şükrü Əfşarı və Bəhram Əfşarı edam etdilər. – qəfildən gözü vitrinə sataşan satıcı: – Öhö,öhö… (səh. 22)” Birinci kitabdan (bölümdən – hissədən) təqdim etdiyim bu kiçik parça həm ümumilikdə əsər, həm də bölüm haqqında kifayət qədər məlumat ötürüb, hələ kitabı oxumamış şəxsləri mütaliəyə təşviq etmək gücünə malikdir.
Eluca Atalı bu bölümdə İran inqilabının ideoloji parıltısının arxasında gizlənən zülm mexanizmini açır. Yazıçı göstərir ki, “inqilab” adlanan o siyasi dalğa sadə insanlara azadlıq, ədalət və bərabərlik vəd etsə də, nəticədə yeni bir ideoloji qəfəs yaratdı (elə bir çirkin mühit formalaşdı ki, qonşu-qonşudan qorxmağa başladı, dünənə qədər qardaş olanlar bu gün satqına, xainə çevrildilər – bu elə mexanizmdur ki, insanlar artıq özləri bir-birlərinə nəzarət etməyə başlayıblar). Öz gündəlik həyatını yaşayan sadə insanlar (idarə olunanlar) sadəcə özlərini hər zaman, hər yerdə haqlı bilən idarə edənlərin istədiyi kimi yaşamadığı üçün vətən xaini, xalq düşməni elan olunarq, zindanlara dolduruldu. Bu zindanlarda satqın, xain (əslində isə hakimiyyət düşməni) damğası ilə işgəncələrə məruz qaldı.
Burada müəllif sadəcə hadisəni nəql etmir — o, bir ictimai şüurun deformasiyasını, mənəvi dəyərlərin məhvinin psixoloji portretini cızır. “İnqilabın travması” sadəcə bir siyasi hadisənin nəticəsi deyil, həm də insanın ruhunda qırılan inamın, sarsılan etimadın simvoludur.
Bu bölümdə zindan təkcə fiziki məkan deyil, həm də mənəvi sınaq meydanıdır. Burada insanın ideyaya sədaqəti, inamı və mənliyi ölçülür. Eluca Atalı zindanı bir siyasi laboratoriya kimi təqdim edir — burada rejim (idarə edənlər) insanı sınayır (idarə olunanları), əyməyə, sındırmağa, öz ideologiyasına uyğunlaşdırmağa çalışır.
Zindanda aparılan “tərbiyə” prosesi, məhbuslara qarşı psixoloji və fiziki təzyiqlər, idarə edənlərin idarə olunanları öz istədikləri kimi yaşamağa öyrətmək səyləri yazıçının bədii dili ilə dərin fəlsəfi məna qazanır. Bu, təkcə İran zindanının deyil, ümumən bütün totalitar sistemlərin obrazıdır.
Eluca Atalının qəhrəmanı (qəhrəmaları) — milli kimliyini, vicdanını, azadlıq duyğusunu qorumağa çalışan bir insandır (insanlardır). “İnqilabın travması” onun (onların) daxili sarsıntısını, mənəvi parçalanmasını göstərir. İnqilabdan azadlıq gözləyən insan (insanlar), onun zülmünün qurbanına çevrilir (lər).
Burada müəllif oxucuya bir sual ünvanlayır: İnqilab kimin üçün və nəyə görə idi? Əgər inqilab azadlıq gətirmirsə, əgər xalqın övladlarını zindana salırsa, o zaman bu, inqilab deyil — travmadır, illərlə sağalmayan yaradır.
Eluca Atalının dili bu bölümdə pubisistik tonda olsa da, bədii dərinliyini itirmir. Onun cümlələrində zindan divarlarından çox, sükutun içində qışqıran insan ruhu eşidilir. Yazıçının bu bölümdə oxucuya catddırmaq istədiyi budur ki, həbsxanalar bədəni bağlaya bilər, amma düşüncəni, sözün gücünü boğa bilməz.
Bu bölümdə söz həm silah, həm xilas, həm də müqavimət formasıdır. Müəllifin üslubunda Mirzə Cəlilin satirik təfəkkürü ilə, Cəfər Cabbarlının ideoloji qətiyyəti birləşir.
Eluca Atalı imzası sadəcə yazıçı adı deyil, milli məsuliyyətin ifadəsidir. O, “İnqilabın travması” bölümü ilə göstərir ki, yazıçı təkcə şahid deyil — həm də sorğulayan, mühakimə edən və xalqın ağrısını dilləndirən şəxsiyyətdir.
Bu bölümdəki ideya ümumilikdə bir çağırış kimi səslənir: Zülmə qarşı susmaq inqilabın ruhuna xəyanətdir.
Eluca Atalının “İran hizbullah zindanında” romanının “İnqilabın travması” bölümü sadəcə tarixi faktların bədii ifadəsi deyil, həm də mənəvi oyanışa səsləyən bir əsərdir. Yazıçı inqilabın travmasını göstərməklə oxucunu azadlığın dəyəri, insan ləyaqətinin müqəddəsliyi haqqında düşünməyə vadar edir.
“Üç vəd, üç tələb” – mülahizə
Eluca Atalının “İran hizbullah zindanında” romanı yalnız bir əsirlik hekayəsi deyil, həm də bir millətin, bir inancın və bir insanın mənəvi dirəniş salnaməsidir. Bu əsərin hər bölümü bir vicdan aynası kimi oxucunu düşündürür, silkələyir və sorğuya çəkir. “Üç vəd, üç tələb” bölümü isə romanın ideya fəlsəfəsində mərkəzi yer tutur — burada insanın daxili azadlığının fiziki zəncirlərdən daha güclü olduğu, iman və milli kimliyin heç bir divar arasında boğula bilmədiyi gerçək bədii dillə ifadə olunur. Məsələn, ikinci kitabda (bölümdə – hissədə) 92-ci səhifədə “İtaət təlimi” yarımbaşlıqlı (sərlövhəli) parçada marqalı müzakirə səhnəsi təqdim olunur: “ … – itaət o demək deyil ki, səni gördükdə səcdəndə baş əysinlər, əgər sən belə düşünsən köklü səhv etmiş olarsan. Kütləni idarə etməyi bacaran liderin səriştəsi ölkənin ən ucqar nöqtəsində belə özünü nişan verməlidir. Sənin adın gələndə salavat çevirib, zikr etsinlər və sənsiz yaşayışın varlığına inanmasınlar…”
Ancaq, necə deyərlər: “Sən saydığını say, gör zaman nə sayır,” və burada ikinci məşhur bir kəlam yada düşür: “Sonunu düşünən qəhrəman olmaz!” Bizim qəhrəman da ilk gündən heç sonunu düşünmədi. Onun (yuxarıdakıların – idarə edənlərin nə planlaşdırmasından asılı olmayaraq) özü-özünə verdiyi üç vədi, və özündən gözlədiyi üç tələbi var idi.
“Üç vəd, üç tələb” – adında sadə görünən bu rəmzlər, əslində, bir xalqın taleyinin, bir insanın əqidəsinin və bir yazıçının missiyasının simvoludur. Zindan mühitində insanın ümidini, iradəsini və imanını sınayan bütün amansız qüvvələrə qarşı qəhrəman öz içində müqavilə bağlayır — üç vəd verir: Allaha, Vətənə və vicdanına. O, bu vədlərlə öz mənəvi bütövlüyünü qoruyur, düşmənin fiziki zoruna qarşı mənəvi müqavimət cəbhəsi yaradır.
“Üç tələb” isə zindanın divarları arxasında qaranlığa qarşı bir çağırışdır. Bu tələblər azadlıq istəyinin, ədalət arzusunun, millətinə xidmət əzminin ifadəsidir. Eluca Atalı burada sadəcə qəhrəmanın deyil, bütün əsir xalqların nümayəndələrinin ruhunu danışdırır. O tələblər sanki illərlə susdurulmuş, təhqir edilmiş bir xalqın qəlbindən qopan səsdir: – Mən azad yaşamaq istəyirəm, – Mən öz dilimdə danışmaq istəyirəm, – Mən öz xalqıma xidmət etmək istəyirəm.
Bu sətirlərdə təkcə fərdi azadlıq istəyi deyil, həm də bir millətin öz kimliyinə dönüş çağırışı duyulur.
Eluca Atalı publisist düşüncəsini romanın bədii mətninə elə incə bir ustalıqla hopdurur ki, “Üç vəd, üç tələb” həm bədii, həm fəlsəfi, həm də ideoloji manifestə çevrilir. O, qəhrəmanının dili ilə deyir ki, zindan bədəni sıxar, amma ruhu sındıra bilməz. Yazıçı burada milli oyanışın əsasını qoyan ideyanı səsləndirir: “Zülm qarşısında susmaq günahdır, haqq üçün danışmaq borcdur.”
Bu bölümdəki publisistik enerjinin qaynağı təkcə siyasi düşüncə deyil, həm də mənəvi ağrı, milli yaddaş və ədalət hissidir. Eluca Atalı oxucusunu təkcə hadisəyə şahid etmir, onu düşünməyə, mövqe tutmağa çağırır.
Zindan burada təkcə bir fiziki məkan deyil – o, cəmiyyətin, sistemin, ideoloji təzyiqlərin rəmzidir. “Üç vəd, üç tələb” bölümü göstərir ki, zülm və qorxu mühitində insanın içindəki azadlıq işığı sönmür, əksinə, daha da parlayır. Eluca Atalının qəhrəmanı həmin işığın daşıyıcısına çevrilir – o, zindandan çıxmasa da, ruhən azad olur.
“Üç vəd, üç tələb” bölümü Eluca Atalının yazıçı-vətəndaş mövqeyini, onun publisist qələminin gücünü açıq şəkildə nümayiş etdirir. Burada müəllif bir daha sübut edir ki, azadlıq – kənardan verilən nemət deyil, içəridə doğulan həqiqətdir. Bu həqiqət uğrunda savaşmaq isə hər bir vicdan sahibinin vəzifəsidir.
Eluca Atalı bu bölümdə həm bir ideologiyanın, həm bir nəsil düşüncəsinin, həm də bir millətin təmiz mənəviyyatının simvolik manifestini yaradır. “Üç vəd, üç tələb” – insanın Allahla, Vətənlə və öz vicdanı ilə bağladığı müqəddəs and kimi qalır.
“Qanlı orkestr” – fəryad
Eluca Atalının “İran hizbullah zindanında” əsərinin “Qanlı orkestr” bölümü yazıçının həm sənətkarlıq ustalığını, həm də milli və insani ağrılara qarşı içdən gələn etirazını ifadə edən dərin publisistik çalarlarla doludur. Bu bölümdə müəllif təkcə bir məhbusun və ya bir xalqın ağrısını deyil, bütöv bir insanlığın sarsıntısını – zülmün, zorakılığın, mənəvi işgəncənin səsini eşitdirir. “Qanlı orkestr” – adından da göründüyü kimi, zülm səltənətinin qurduğu bir səsli sükutdur: qanla çalınan, acı ilə səslənən bir “musiqi”.
Eluca Atalı bu bölümdə zindanı bir orkestrə bənzədir. Hər bir məhbusun naləsi, hər bir qamçı zərbəsi, hər bir sükut anı – bu “orkestrin” fərqli notlarıdır. Lakin bu notlar harmoniyadan deyil, işgəncədən və qorxudan yaranır. Yazıçı göstərir ki, diktatura yalnız bədənləri deyil, ruhları da əsir götürmək, insanın içindəki səsi – düşüncəni, etirazı, azadlıq istəyini boğmaq istəyir.
Bu mənada “Qanlı orkestr” sadəcə bir hadisə deyil, siyasi və mənəvi metaforadır. Atalı burada cəza sisteminin mahiyyətini ifşa edir: məhbusun qırılan sümükləri, səssiz fəryadı – zalım rejimin “bəstələdiyi” qanlı simfoniyadır.
Eluca Atalının qəhrəmanı – idealları uğrunda mübarizə aparan bir insan – bu “orkestrdə” səssiz qalsa da, onun sükutu bir mənəvi üsyan kimi səslənir. Zindanda səslərin boğulduğu yerdə ruh danışmağa başlayır. Yazıçı məhz bu məqamda oxucunu dərin bir fəlsəfi düşüncəyə çəkir: “İnsan səsi susa bilər, amma ruhun çağırışı heç vaxt susmur.”
Bu, Eluca Atalının bədii ideyasının əsas nüvəsidir. “Qanlı orkestr”dəki hər səhnə, hər təsvir insan ruhunun ölməzliyinə, azadlıq eşqinin məğlubedilməzliyinə işarədir. Zülm – nə qədər güclü olsa da – düşüncəni və inancı əsir edə bilmir. 178-ci səhifədən başlayan “Zindan nədir?” yarımbaşlıqlı (sərlövhəli) parçada – 179-cu səhifədə belə bir məqam var: “…canavar rola girməz, yəni mütrüflüyü bacarmaz. “İşgəncə ilə sağalmayanlar”a canavar adı verilməli, onların üzərinə çox əmək verməyə dəyməz, çünki onlar tərbiyə edilməzdilər.”
“Qanlı orkestr” bölümü təkcə zindan gerçəkliyini əks etdirmir; bu, ədəbiyyatın vicdan səsi kimi səslənən bir manifestdir. Eluca Atalı öz qələmi ilə rejimlərin yalançı “harmoniyasını” dağıdır, onların “sükut musiqisini” gerçək səslərlə – insanın ağrısı, üsyanı və inamı ilə əvəzləyir.
Publisistik ruh burada həm siyasi, həm də mənəvi dəyərlərin müdafiəsinə çevrilir. Yazıçı qəhrəmanlarının başına gələn müsibətlərlə göstərir ki, hər bir zindan, əslində, rejimin öz iç dünyasının qaranlıq aynasıdır. Orada çalınan “qanlı orkestr” – zalımın öz vicdanının səsi, öz günahının əks-sədasıdır.
Eluca Atalının “Qanlı orkestr” bölümü, zülmün estetikasını deyil, həqiqətin faciəsini göstərən bir bədii etirafdır. Bu bölümdə yazıçı oxucunu təkcə düşünməyə deyil, duymağa çağırır – ağrını, səssiz etirazı, içdə yanan azadlıq tonqallarını.
Üçüncü bölümdən danışarkən yazımın tam və bitərəf olması üçün bu məqamı mütləq vurğulamaq istəyirəm. “Qanlı orkestr” bölümü özü də çoxlu yarımbaşlıqlardan (sərlövhələrdən) ibarətdir. Bu sərlövhələr ya hansısa anlayış, ya də növbəti “tərbiyələndirmə” səfərləri (çıxışları) haqqındadır. Ya təsadüfən ya da müəllif bilərəkdən bu səfərlərin sayını 114 müəyyənləşdirib (“Quran” 114 surədən ibarətdir). Məhbusların dindirilməyə aparılıb, geri qaytarılması səhnələrinin təsviri olduqca yeknəsəq təsir bağışlayır (bu əslində həyatın boz üzünün göstəricisidir).
Ümumilikdə isə “Qanlı orkestr” – zindanın divarlarında əks-səda tapan milli və mənəvi dirənişin simfoniyasıdır. Bu orkestrin ifası bəzən hüzünlü ney, bəzən yanıqlı ud, bəzən də odlu -olovlu saz səs-sadasından ibarət olur. Bəzənsə iki ayrı hissədən ibarət olan zərb alətinin (Zil, Sinc, Cymbal) bir-birinə zərblə dəydikdən sonra eşidilən cingiltili səsinin sonsuzluğa qədər eşidilib, intəhasız sükutda əriməsinin şahidi oluruq. Eluca Atalı bu əsərlə göstərir ki, sükut bəzən qışqırıqdan daha ucadır, çünki bu sükut – haqqın, vicdanın və azadlıq istəyinin səsidir.
Həyatı tabutda axtaranlar – zülmün kölgəsində insanın mənəvi dirənişi
Eluca Atalının “İran hizbullah zindanında” romanı çağdaş Azərbaycan publisistikasının ən ağrılı, eyni zamanda ən ibrətli mətnlərindən biridir. Bu əsərdə müəllif zindanın daş divarları arasında əzilən deyil, məhz orada dirilən, mənəvi qələbə qazanan insan obrazlarını yaradır. “Həyatı tabutda axtaranlar” bölümü romanın ən dramatik, lakin ən fəlsəfi hissələrindən biridir. Bu bölümdə müəllif ölüm və həyatın sərhədini, zülm və dirənişin toqquşduğu məqamı publisistik dillə təqdim edir.
Bu bölümdə “tabut” sadəcə ölüm rəmzi deyil, həm də sistemin insan ruhuna biçdiyi məkan, mənəvi qəfəsdir. Zindan, əslində, insanın bədənini dustaq edə bilər, amma ruhun azadlığını əlindən ala bilməz. Eluca Atalı bu ideyanı bədii-publisistik dillə ustalıqla ifadə edir. İnsan, tabutun içində belə, yaşamağın mənasını axtarır: “… – Lap tezliklə! Xilaskar can üstə olanlarını intizarda saxlamaz, yetirər özünü ondan can istəyənlərə! – molla özünəməxsus tərzdə beyinləri iynələyən bir səs tonu ilə xilaskarın göylə gələcəyini beyinlərə batırmışdı.” Səhifə 446-dan başlayan “Ədalətli bölgü” yarımbaşlıqılı (sərlövhəli) parçadan (səh. 447) təqdim etdiyim bu məqamda müəllifin bütün əsər boyu qaldırıb, daim vurğuladığı bir neçə sualın cavabı var;
-birinci “yuxarıdakılar bacarmırdılar”, “aşağıdakılar istəmirdilər” məsələsi: yəni idarə edənlərin hakimiyyətdə yaratdığı boşluq idarə edilənlərdə bir gözlənti yaratmışdı,
-ikinci deməli, inqilab bütünlüklə xaricdən idxal olunmamışdı, daxildə də tam yetişməsə də buna təlabat var idi. Ən azından əhalinin mühüm hissəsi (təbəqəsi) bir gözlənti içərisində idi,
-üçüncü bütün doğuşlar ağrılı olur və həmişə xoşbəxt sonluqıa yekunlaşmır…
Bu bölümün (kitabın) ümumilikdə romanın da sonu hesab olaunan səh. 556-da lap başdan:
“… Edam olunanları bir qayda olaraq kişi pastarlar yük maşının arxasına tullayırdılar. Başı-ayağı yük yerinin dəmir divarlarına dəyib, tappıltı salan meyitlərin bu işdə günahsızlığı nəzərə alınsa, onların qarasınca deyinmək haqsızlıq idi….”
Və ya bir az əvvəldə (səh. 554):
“… Az keçmədi, öndə olan məhbuslardan bir cərgə sıralayıb, təpənin başına çıxartılar. Sonra ikinci bir dəstəni nizama düzdülər, sonra üçüncü …”
Səhifə 542-dən:
“Rəis davam etdi:
-A kişi, elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi?…”
Yuxarıda təqdim etdiyim kiçik parçalardan da görünür ki, “Qanlı orkestr” bölümündən fərqli olaraq, “Həyatı tabutda axtaranlar” bölümündə hadisələr daha sürətlə inkişaf edir. Müəllif əsərin əvvəlində – “İnqilabanı travması” bölümündə başladığı bütün məsələləri böyük ustalıq və zərgər dəqiqliyilə bu bölümdə bir-birinin ardıca sürətlə yekunlaşdırır. Bu bölümdə də bir daha hər kəsin öz həqiqəti olduğunun şahidi oluruq. Məsələn, Fatmanın “Sakta balığı” adlandırdığı molla da Fatmanı kafir – rejimin düşməni kimi görür (səh. 544):
“… Məgər sevinmirsən ki, bu gözəl məmləkətimizdən kafirin biri azaldı?”
Eluca Atalı burada hərəsinin öz həqiqətləri olan iki tərəfi qarşı-qarşıya qoyur. Fatmanın gözlədiyi “Sakta balığı”nı yeyəcək qeyri-müəyyən, məchul akula gəlib çıxmasa da, yırtıcı “Sakta”nın öz məqsədindən vaz keçmədiyini və sonda min bir hiylə ilə axır ki, arzusuna çatdığının şahidi oluruq (səh. 543 sözün bitdiyi yer):
“-Kişi al! – əlindəki mehriyyə haqqını bir az da qabağa, Allahkərimə sarı uzatdı. – Əlimi uzanılı qoyma!….”
Sonra (səh. 543 aşağıda, kuliminasiya):
“… -Payla, payla! …”
Bu məqamı artıq əvvəldə də bir neçə dəfə vurğulamışam. Sözün əsl mənasında “noğul paylama” mərasimi dəhşətdir (səh. 543):
“…Bunu dədə-baba adəti ilə qız nişanlayanda, toy xonçasına qoyar və gəlin ata evindən çıxarılıb, ər evinə köçürülən zaman həyət qapısından yola salınarkən başından başından tökərdilər…”
Yazıçı sona yaxınlaşdıqca sanki ürəyindəkilərin hamısını bir-bir hayqıraraq deyir. Ümumilikdə belə nəticə çıxır ki, “halava-halava deməklə ağız şirin olmur”. Hər iki cəbhənin öz həqiqətləri, öz istəkləri olduğu kimi, məqsədlərinə çatmaq üçün öz yolları, fəndləri var. Və sonada Allahkəırimin “suyusüzülmüş” halda, “əli ətəyindən uzun” zindanı tərk etməsi səhnəsinin təsvirində Eluca Atalı bu dörd bölümdən ibarət böyük həcmli bir ktabda demək istədiyinin hamısını yenidən bir neçə cümlə ilə ən təsirli şəkildə (bundan o tərəfini təsəvvür edə bilmirəm) bir daha oxucusuna çatdırır (547 – 548):
“… Kişi (Allahkərim – Fatmanın atası) əlindəki torbayla durduğu yerdən tərpənib, qapıya üz tutanda rəis yarıistehza, yarıqəzəblə dodaqlarını büzüb:
-Torba qoy qalsın! – dedi.
Zindan rəisinin otağına girəndə, başından çıxarıb və şirni paylayarkən qoltuğunun altına dürtmələdiyi papağını unudub, qızının gözaydınlığı şirnisini qaytarıb. Rəisin masasının üstünə qoyarkən, onun qoltuğunun altından necə sürüşüb düşdüyünün fərqinə varmadı. Allahkərimi arxasınca izləyən pastar isə qabağa, qapıya doğru düz getdiyindən bu an tapdayıb, üstündən keçdiyinin papaq olduğunu çox güman ki, hiss etmədi. Bir gecədə beli əyilmiş qız atası özündən sonra zindanda xatirə kimi iki nişanə qoyub getdi…”
Eluca Atalının bu əsərdə yaratdığı müsbət və mənfi qəhrəmanlar (qəhrəmanlar və antiqəhrəmanlar) idarə edənlər və idarə olunanlar (yuxarıdakılar və aşağıdakılar) hər ikisi eyni coğrafiyanın insanları, eyni xalqın övladlarıdır. Bəzən vəzifə icabı müxtəlif dillərdə danışsalar da əslində dilləri də eynidir. Fərqli yalnız məqsədləri və əməlləridir. Hər kəs özünü haqlı sayır və öz yolunda hədəfinə çatmaq uğrunda mübarizə aparır. Hələlik güclü tərəf idarəedənlər olduğuna görə hər şey onların istədikləri kimi cərəyan edir. Ancaq bütün əsər boyu bu gedişatın müvəqqəti olduğu aydın duyulur.
Müəllifin qəhrəmanları — ideallarına, milli kimliklərinə, vicdanlarına sadiq insanlar — zülmün içində belə həyat eşqini itirmirlər. Onlar üçün “həyatı tabutda axtarmaq” – məhz insanlığın son sınağı, son imtahandır. Eluca Atalı burada sanki soruşur: “İnsan ölmədiyi halda, onu tabuta salan kimdir? Rejim, qorxu, yoxsa susqunluğumuz?” Bu ritorik suallar oxucunu da zindan divarlarının içinə salır, vicdanla üz-üzə qoyur.
Bu bölümdə müəllif publisistik alovla tarixi bir reallığı bədii ümumiləşdirməyə çevirir. Hər bir cümlədə həm inqilab sonrası İranın dini-siyasi zülmü, həm də bütövlükdə insan azadlığının dəyəri əks olunur. “Həyatı tabutda axtaranlar” — öz Vətənindən, öz inancından, öz kimliyindən qoparılmış insanların fəryadıdır. Amma bu fəryad ümidsizlik deyil, çağırışdır. Zülm qarşısında dirənişin, ruhun ölməzliyinin çağırışıdır.
Nə qədər çətin olsa da, bütün itirdiklərinə rəğmən Allahkərim sözün bütün mənalarında toparlanıb zindandan çıxmağı bacarır.
Eluca Atalının dili burada həm publisistik, həm poetik, həm də fəlsəfidir. O, oxucunu zindandakı qəhrəmanla birgə nəfəs almağa, onun gözləri ilə ölümə baxmağa vadar edir. Lakin bu baxışda qorxu yox, əksinə, dirəniş var. “Tabut” burada məğlubiyyət deyil, oyanış yeridir. “Tabut”lar burada beşiyə çevrilir. Hər tabutda cansız bir bədənlə yanaşı sarsımaz DİPDİRİ RUH var. Çünki həyatın mənası yalnız rahatlıqda deyil, mübarizədədir. Həm də məntiqi olaraq, hər sonluq özlüyündə bir başlanğıcdır.
Son nəticədə “Həyatı tabutda axtaranlar” bölümü – xüsusilə də yuxarıda təqdimetdiyim hissələr Eluca Atalının bu əsərdə demək istədiklərinin çoxunu bütün çılpaqlığı ilə açıq- aydın oxuculara çatdırır, əsərin ümumilikdə mahiyyətini ifadə edir — həyatın özünə çevrilmiş mübarizə, insanın özlüyünü – ruhunu qorumaq uğrunda savaşı (mübarizəsi). Bu bölümü oxuyan hər bir insan anlayır ki, azadlıq təkcə divarların arxasında deyil, insanın öz içində başlayır.
Xüsusi qeydlər
Eluca Atalının (Hüseynova Mədinə İxtiyar qızı – 1966) bu əsəri cəsarətli addım kimi qiymətləndirilməlidir. Kitabın cildi (mən əlimdə olan nümunəyə əsasən fikir yürüdürəm), tərtibatı, içliyi üçün istifadə olunmuş kağız – ümumilikdə çap işi yüksək səviyyədədir. Kitab əmtəə məhsulu olaraq satış üçün tam yararlı, qiyməti isə münasibdir. Bakı şəhərində və dünyanın bir çox ölkəsində müasir dövrün texniki imkanlarından istifadə etməklə kitabı əldə etmək olar. Bundan əlavə Azərbaycanda Bakı şəhərində yerləşən Azərbaycan Milli Kitabxanası da daxil olmaqla ölkəmizin bir çox əsas kitabxanalarından götürüb oxumaq imkanı var.
Kitabda qaldırılan problem, araşdırılan mövzu, təqdim olunan real vəziyyət günümüzdə bəzi yüngülləşdirici hallar olsa da aktual olaraq qalır. Yəni kitabı oxumaqda ən azından tarixi məlumatları bədii-publisistik dildə əxz etmək baxımından düşünən, yurdsevər hər bir şəxs üçün fayda var.
Kitabın dili bədiilikdən daha çox publisistikaya yaxındır. Kitabın hər bölümündən təqdim etdiyim parçalar təbliğat və kitabın oxunmasına təşviq etmək məqsədilə seçilib. Bu kitabdan əlavə dəyərli oxuculara məsləhət görərdim ki, Eluca Atalının “Qanun” nəşriyyatında 2022-ci ildə nəşr olunmuş “Kendini getir” kitabını da mütləq əldə edib oxusunlar.
Dəyərli ədəbiyyatçı dostum və çox qiymətli oxucum qeydlərimin nə qədər həqiqəti əks etdirdiyini bilmək üçün mütləq “İran hizbullah zindanında” kitabını əldə edib oxumaq lazımdır. Kitabı yuxarıda qeyd etdiyim mənbə və ünvanlardan əldə edib, oxumaq mümkündür.
Kitabda ən xoşuma gələn hal Eluca Atalının Səməd Behrənginin “Balaca qara balıq” əsərini təkrar-təkrar yada salması, xatırlatması və təbliğ etməsidir. Əsərin içində başqa bir əsəri yada salmaq və ya təbliğ etmək dünya ədəbiyyatı nümunələrində də var. Bir müəllif kimi mən də “Qırmızı yarpaqlı ağac” hekayəsində, “Xüsusi təyinatlı” povestində bu üsuldan istifadə etmişəm. Yerində olanda təqdirəlayiq haldır.
Bu əsər bir çağırışdır — ədalət uğrunda mübarizənin heç vaxt bitmədiyini xatırladan, insan ruhunun dirənişinə inamı yenidən alovlandıran çağırış. Quruluşlar dəyişsə də insanın fitrətindəki azadlıq eşqi əbədidir.
“İran hizbullah zindanında” bu mənada həm sənədli gerçəklik, həm də mənəvi müqavimət dastanıdır. Yazıçı oxucusuna sadəcə bir zindanı deyil, bir ideyanı – azad ruhun sarsılmazlığını göstərir (əsərin sonunda bunu lap aydın görürük).
Eluca Atalının “İran hizbullah zindanında” kitabı milli şüurun və vicdanın publisistik qələbəsidir. Bu əsər bir yazıçının cəsarəti, bir xalqın səsi və bir insanın həqiqət uğrunda mübarizəsinin simvoludur. Eluca Atalı bir daha sübut edir ki, azadlıq düşüncədən başlayır, vətən sevgisi isə zindanda belə ölmür.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəıkkür edirəm. Hələlik.