– Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Buyurun.
– Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam. Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı. 2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu. 2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm. Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur. Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm. Aşağıdakı təltiflərim var: Mükafatlar; “İlin yazarı” (2014), “ İlin Mədəniyyət Jurnalisti” (2014), “Qızıl Qələm” mükafatı laureatı (2016). Şəhadətnamə; Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ). Sertifikatlar; Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir, Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı, Nişantaşı Universiteti – Tv proqramı, Nirvana Akademi – Yaşam koçluğu eğitimi, GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s. Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.
“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”
-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”
UĞURLARIN BOL OLSUN, HACI!BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏ ƏBƏDİ DALĞALANSIN!
1. Köhnə ildən razı qaldınızmı? 2022 -ci ildən gözləntiniz nələrdir?
2021 -ci il girəndən xərçəng xəstəliyi ilə üz -üzə dayandıq. Buna baxmayaraq 2021 -ci ildən çox razı qaldım. Çünki bu il mənə doğmalarımın, yaxınlarımın və məni sevənlərin sevgisini bir daha sübut etdi. Mən sevgidən güc aldım. İl ərzində yazılan şerilərimin də əksəriyyəti bu mövzuda oldu.
2. Səhətiniz indi yaxşıdır bu şeirlərin baş qəhramanı sevgidir yoxsa özünüz?
Səhətim hal – hazırda yaxşıdır. Əlbəttə ki, sevgidir. Yazdığım kimi, ətrafımdakı insanların sevgisi məni həyata qaytardı.
3. Bu xəstəliklə üz-üzə dayanmaq mübarizə aparmaq bu çətinlikləri gözə almaq oldumu sizi ruhdan salsın gücdən salsın sevginin gücünə inamınız çoxdur bu inam bir gün tükənsə?
Bu ağır xəstəliklə üz – üzə qalsam da sevginin gücü bütün ağrıları üstələdi. Əslində ruhumuz biri birini tamamlayır. Bu tükənməz bir sərvətdir!
4. Sizi sevənlərin arasında varmı sizi sevməyən belə deyək sizə qarşı düşmənçiliyi olsun?
Məni sevənlərin arasında yalnız xoş ünsiyyət var və düşmənçilik olsa belə mən o ədavəti görməzdən gələrəm. İnsanlarda da ayın görünməyən tərəfi kimi görmədiyimiz tərəflər var. Buna görə də mən heç vaxt heç kimlə ədavət aparmadım.
5. İnsanların o görmədiyiniz üzünü görsəydiniz bu sizi üzərdimi?
Xeyir, üzülməzdim, çünki, bu dünya məfi və müsbət üzərində qurulub.
6. Yaradıcılığınızda necə? Mənfi müsbətləri ayıra bilmisiniz? Oxucularınız o mənfi müsbətlə üz-üzə durmasın yormasın.
Əslində şeirlərimi seçmirəm. Hər misrası bir xatirə olduğu üçün. Oxucularıma gəldikdə isə onlar mənim şeirlərimin stunudur.
7. Oxuclarınız şeirlərinizin sütunu dediniz olub ki belə bir şey o sütunun içində bir çürük olsun şeirlərinizə irad tutsun?
Buna çürük demək olmaz, əlbəttə ki. Əslində sizin çürük dediyiniz insanlara təşəkkürüm sonsuzdur. Tənqid bir əlifba kimidir, öyrədir.
8. Olub siz kimisə yaxşı mənada tənqid edəsiniz bu belə olsa daha yaxşı olar qüsurunuz budur yaxşınız bu?
Əlbəttə ki, hər yazarın özünə məxsus yolu, rəng çaları var. Duyğulara toxunmuram.
9. Sizi yormadıq ki, oxuculara son sözünüz nə olardı?
Söhbət incə ruhdan gedirsə bu yolda yorulmaq bilmərəm. Oxucularıma və sizə öz təşəkkürümü bildirirəm!
1. 2021 -ci il necə ürəyinizcə oldu, yoxsa köhnə ildən gözlədiklərinizi 2022-ci ildən gözləyirsiniz?
Əlbəttə, ürəyimcə oldu ötən il mənim üçün. İkinci şeirlər kitabım işıq üzü gördü. 60 illk yubileyim qeyd olundu. “Zəfər yazanlar” şeir müsabiqəsində şeirim 3-cü yerə layiq görüldü. Yeni ili daha uğurlu olmasını arzu edirəm.
2. Birinci və ikinci kitablar sizcə hansı daha uğurlu oldu oxucular necə qarşıladı?
Əlbəttə, hər ikisi uğurlu oldu, deyərdim. Çünki ilk kitabım “Sən ömrümün bənövşəsi”ndə heca vəznli şeirlərim yer almışdı. İkinci-“Ey gülüm, can həmdəmim” kitabında əruz vəznli şeirlərim toplanıb.
3. Gələk kitablarınızın adına bir özəl səbəbi var, “ömrünüzün bənövşəsi” solsun can həmdəminiz sizdən uzaq düşsün?
Özəldir, təbii ki. Bənövşə tez açar, tez solar, ancaq mənim ömrümün bənövşəsi həmişə təzə-tərdir. Ayrı düşsək də bir təndə bir canımdır mənim.
4. İstərdiniz canımdır dediyiniz bircə günlüyə sizi görməyə gəlsin deyirlər bir qəhvənin min illik xətri vardır? Amma səmimi?
Son ölən ümid olar, deyiblər. Bəlkə də, bu qisməti yaşayacağam nə vaxtsa…
5. Qismətin sınağına imtahan vermək nə zamansa sizi yorsa?
Mən bu sınaqla yaşayıram, bir ömür sonra da yaşayaram. Ancaq yorulmaram.
6. “Zəfər yazanlar” müsabiqəsində şeirinizin üçüncü olması sizi bir an olsun düşündürüb; üçüncü yox, kaş birinci olsaydı deyə?
Əlbəttə, hədəf ilk olmaq idi. Düşünürəm ki, gələcəkdə buna nail olaram.
7. Nail olmaq istədiyiniz başqa nələr var, yaxınlaşdığınızda bir əngəl çıxsın?
Çox istərdim şeirlərimə mahnılar bəstələnsin, qoşma, gəraylılarım aşıqlar tərəfindən ifa olunsun. Əlbəttə, əngəl deməzdim, ancaq maddi imkanların məhdudluğu hələ ki, buna yol vermir.
8. Hansı şeirinizə istərdiniz mahnı bəstələnsin, hər onu dinlədiyinizdə sizə can həmdəminizi xatırlatsın?
Konkret hansı şeir olduğunu deməkdə, düzü, çətinlik çəkirəm. Elə adları göstərilən şeirlər daha uğurlu olardı, məncə yəni kitablara adları verilən…
9. Yaradıcılığınızda uğursuz saydığınız şeirlər var, oxuduğunuzda ürəyinizcə olmasın?
Əlbəttə, var. Ancaq bu məni qətiyyən kədərləndirmir. Hətta onlardan bir neçəsini kitaba da əlavə etmişəm.
10. İnsan bəzən uzaqlara alışar bir gözlənti belə ona ümid işığı olar kitablarınızdan ona ayırmısınızmı? Nə zamansa gəlsə verəsiniz?
Əslində, bu kitablar onun özüdür mənim üçün. Onun gəlişi özü ilə bərabər məni də özümə qaytarar.
11. Sizə öz minnətdarlığımızı bildirirəm son sözünüz nə olardı oxucularınıza?
Mən Sizə təşəkkür edirəm. Oxuculara sözüm çoxdur. Şairin hər şeiri bir nəsihətdir. Sevsinlər Vətənimizi, qorusunlar müstəqilliyimizi bu günkündən də çox. Biz buna qadirik.
Nurxan Elçin oğlu Babazadə ilə söhbətləşdim, o, Sabirabad rayonundakı N.Nərimanov adına beynəlmiləl məktəb liseyin beşinci sinfində oxuyur. Fikirləri ciddi, həm də maraqlıdır. Özünəməxsusluğu ilə fərqlənir Nurxan. Ona verdiyim suallara düşünərək cavab verir, fikrini səlis və aydın bildirir. İndi uşaqların əksəriyyəti ünsiyyət problemi yaşayır, çəkingənlik, özünə güvən hissinin aşağı olması valideyni narahat edir. Əlac qalır psixoloqlara, o da bəzən istənilən nəticəni vermir, ya da həlli vacib məişət problemlərinin arasında itib batır… Beləliklə. Siz də söhbətə qoşulun, Nurxanı yaxından tanımağa çalışın.
1.Sual: Xahiş edirəm qısaca özün haqda məlumat verəsən.
Mən, Babazadə Nurxanam, Sabirabad rayonunun 2011-ci il, aprelin 20-də Bulduq kəndində dünyaya gəlmişəm. Rayondakı 2 saylı uşaq bağçasına getmişəm. Ailəmizdə hamı ali təhsillidir, anam da kəndimizdə müəllim işləyir, ona görə məni də, qardaşım Akifi də nənəm hər gün işə gedəndə bizi də öz maşınıyla aparırdı. Nənəm onda İcra Hakimiyyətində müavin işləyirdi. Sonra altı yaşım oldu, bağçanı bitirdim, məktəbə getdim. Məktəbim də 2 saylı oldu… İndi beşinci sinifdəyəm, əlaçıyam…
2. Müəllimləriniz, aldığınız təhsildən razısanmı?
Bəli, razıyam. Müəllimlər çox tələbkar və qayğıkeşdir. Məktəbin direktoru Elşad Şərifov hamıya qayğı ilə yanaşır. Mən rus dilində təhsil alıram, amma ingilis və alman dilləri də keçilir. Heyif ki, alman dilini istədiyimiz səviyyədə öyrənə bilmirik. Bəzən əvəzinə ingilis dili də keçirlər…
3. Ən çox hansı fənləri sevirsən, dərslərə fərq qoyursanmı heç, ya hamısını eyni həvəslə öyrənirsən?
Riyaziyyata, Həyat bilgisi fənlərinə marağım lap çoxdu. Babam deyir ki, riyaziyyat elə bir elmdir ki, onu biləndə başqa dərsləri də rahat öyrənmək olur. Həyat bilgisində isə həyatda bilmədiyim çox şeyi öyrənə bilirəm. Burda hər şey haqqında danışılır, son dərsimiz millətlər arası münasibətlər, dinlər haqqında idi. Bax onda bildim ki, bizim ölkəmiz tolerant ölkədir və burada bütün millətlərdən olan insanlar rahat yaşayır…
4. Gələcəkdə kim olmaq, hansı peşənin sahibi olmaq fikrindəsən?
Mən, həkim olmaq, həm də ali təhsilimi xaricdə almaq istərdim. Bilirsiz, mən uzun müddət xəstə olmuşam, nənəm özü də uşaq həkimidir, o məni çox yerə aparıb, müalicə etdirib… Mən istəyirəm hamı sağlam olsun, ona görə də bu sənəti seçmişəm…
5. Nurxan, səncə dostluq nə deməkdir, buna münasibətin necədir, dost necə olmalıdır?
Dostluq etmək yaxşıdır, sinifdə mənimlə dost olmaq istəyən uşaqlar çoxdur. Hamsını sevirəm, dost dosta kömək etməli, həm də deyirlər ki, dost güzgü kimidir. Mənim nənəm bizim dostumuzdur. O, şairdir, kitabları var, onları oxuyuram, nəsə öyrənməyə çalışıram. Onunla söhbət çox maraqlı olur… Ailəmizdə hamımız, atam, anam, babam dostuq elə, qardaşım da mənim yaxşı dostlarımdandır… Qardaşımı həmişə qayğıkeş görmüşəm, evdə, məktəbdə. O, 7-ci sinifdə oxuyur, o da əlaçıdır, o məni hər yerdə qoruyur. Mən də onu sevirəm, sözündən çıxmıram. Nənəm deyir ki, siz ikiniz də bir-birinizin böyük qardaşısınız…
6. Qardaşın dedi ki, sən hətta qızdırmalı halda da dərs buraxmırsan, doğrudurmu?
Düz deyir, dərsdən qalanda özümü narahat hiss edirəm. Ona görə gedə bilməyəndə də qızdırma içində belə olsam hazırlaşıram ki, geri qalmayım… Ona görə nəticələrim həmişə yüksək olur, müəllimlər razılıq edir məndən..
7. Bilirsən ki, Azərbaycan Qarabağ uğrunda müharibədə zəfər qazandı, ölkəmiz də ordumuz da qalibiyyət sevincini yaşadı. 30 ilə qədər çəkən erməni işğalı bitdi, torpaqlarımız özümüzə qaytarıldı. Bu qələbə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz də oldu. Bu sevinci siz məktəblilər necə yaşadı?
Azərbaycanın qələbəsi biz uşaqların da ürəyini sevindirdi. Mən müharibə haqqınd az şey bilirəm, amma qürurluyuq , mən şəhərlərin azad edildiyi tarixləri əzbər bilirəm. Əvvəllər kədərli günlər anılırdı, indi artıq hamımızın başımızı uca edən qələbəmizlə öyünürük…
8. Səncə, qələbə qazanmaq üçün nə lazım idi?
Əlbəttə ki, birlik! Prezidentimizin yanında olan xalqımız, güclü ordumuz, əsgərlərimiz, döyüşçülər hamısı “dəmir yumruq” oldular, ona görə də qələbə çaldıq…
9. Nurxan, sənin jurnalımıza ürək sözlərin varmı, sualları bəyəndinmi?
Bəli, bəyəndim. Jurnala da sizə də uğurlar arzulayıram, bu söhbətimiz çıxan jurnalın yolunu gözləyirəm. Sağ olun, hələlik…
1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq? Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam. orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.
2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi? O, da demək olar orta 5,4,3,
3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi? Bəli atam, qardaşım bacım şeirlər yazırdılar. Mən də orta məktəb illərində şeirlər yazırdım. Lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən sosial şəbəkəyə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər, Hacı Gülqardaş, Arif Cəfərov, Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.
4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır? Əvvalə onu deyim ki, oğul düşmən gözünə batan oxdur. Bir oğlum 14 ildir ki vətənin keşiyində durur. Kiçik oğlum şeir və qəzəl yazır. Üçü də qürur yerimdir…
5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki? Yox, rəqabət olmur. Əksinə bir- birimizə lazım olanda məsləhət veririk.
6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz? Dar günümün dayağı olub dostlarım. Mən hər kəslə dostluq etmirəm, etdiyim kəslərə də sadiqəm…
7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları… Nə deyim, gənc yazarların eləsi var ki, dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb, hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi, şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. Gərək hər şeyi Ədalət Naminə deyəsən:
Səsinə səs verən, həyan yoxdusa Yazdığın şeiri, duyan yoxdusa. Səni şair bilib, sayan yoxdusa, Atılıb düşməyin, nə mənası var.
8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız? Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. Zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. Əldən ələ gəzməlidir.
9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz…. Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir…
10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır? Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.
11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz? Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. Sizə də təşəkkür edirəm. Mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.
Mən şair deyiləm şeir yazıram, Şər böhtan yazmıram, xeyir yazıram, Haqdan bir səs gəlir, deyir yazıram, Ədalət Naminə qanun naminə . * * * Hərdənbir həddimi mən də aşıram, Düz yoldan çıxıram yolu çaşıram, Xəyalən kimləsə hey dalaşıram, Ədalət Naminə qanun naminə. * * * Sevmədim heç zaman qanun pozanı , Ayağlar altını eşib qazanı, Sevirəm ölçünü düzü mizanı, Ədalət Naminə qanun naminə. * * * Ömrümü yarıdan ötürmüşəm mən, Cavanlıq çağımı bitirmişəm mən, Əkbərəm təxəllüs götürmüşəm mən, Ədalət Naminə qanun naminə .
Bilməsin Quran mənim imam mənim can, mənim , Şəhid mənim şərəf mənim qan mənim, Sabah mənim şəfəq mənim dan mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Vətən mənim torpaq mənim yurd mənim, Aslan mənim pələng mənim qurd mənim, Ləzgi mənim Talış mənim Kürd mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Qeyrət mənim namus mənim ar mənim, Yaxşı mənim yaman mənim xar mənim, O tay bu tay çox millətim var mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Ürək mənim atəş mənim köz mənim, Abır mənim həya mənim üz mənim, Şeir mənim cümlə mənim söz mənim, Bilən bilir kimsə bilmir bilməsin .
Qardaşım Çox müsübət zillət çəkibdir başım, Bilməzdim bu qədər ağırmış daşım. Kefimdən çıxmadım uca dağlara Mənə bəxtəvərsən deyən qardaşım. * * * “Haqq deyən şairi sərpa soydular”.* Nə olsun sonra da heykəl qoydular, İndi dı çox olur hoydu- hoydular, Mənə bəxtəvərsən deyən qardaşım. * * * Şairin həyatı dərbədər olur, İçində ah nalə dərd kədər olur, Sevincli günləri bir qədər olur, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İlhamı qəm qüssə dərd olur qardaş, Günləri pərişan pərt olur qardaş, Yayı da qış kimi sərt olur qardaş, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İndiki zamanda dpnəmdə mənim, Dağ boyda dağım var sunəmdə mənim, Düşmən at oynadır binəmdə mənim, Mənə bəxtəvərsən deyən qardaşım.
*Nəsimidən gedir söhbət.
Dağların Hey baxdıqca qəlbim yanır odlanır İsti olur yayı bizim dağların. Bir yeri var haramı dağ adlanır Çox da deyil sayı bizim dağların. * * * Yamacları yaşıl olmur boz olur, Yay uzunu hər tərəfi toz olur, Aran yeri şoran olur duz olur, Toz torpağdı layı bizim dağların. * * * Şəlalədən danışmağa lüzüm yox, Tərif üçün bircə kəlmə sözüm yox, Bulağında nə çayında gözüm yox, Lilli axır çayı bizim dağların. * * * Şeytan deyir ev eşiyi ” sat” getsin, İstəyinə muradına “çat” getsin, Kəs ayların onbirini “at ” getsin, Gözəl olur mayı bizim dağların. Yoxdu vallah tayı bizim dağların.
Ps : Şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram.
1. Əlbbəttə də ki oxucularınız sizi çox yaxşı tanıyır oxuyur yenə də sizi tanımaq xoş olar?
Xoş gördük. Mən Sənəm Səbayel. (Səfərova Sənəm Nəcəf qızı.) Ağstafa rayonunun Göyçəli kəndində doğulmuşam. Ailədə tək uşaq olmuşam. 13 yaşımda doğulduğum kənddən köçmüşük. Ancaq o dağətəyi kəndəki 13 yaşlı qızcığazı hələ də daxili dünyamda qoruyub saxlayıram. Radio verilişlərinin birində bir şeirimi oxudum. Orda aparıcı iki misranın üzərində dayandı:-
Yarpağın yanaqdan gizli öpüşü, Sirr kimi saxlandı, ormanda qaldı…
Aparıcı soruşdu daha nəyin qaldı? Dedim kəndin ayağında bir bulaq varıydı, Vəzuha bulağı deyirdilər. Yayda qonşu qızlarla o bulağın üstündə qaynar asıb saçımızı yuyardıq. Darayanda çıxan saçı daraqdan alıb ordakı çəpərin üstünə atmışam, bir də o saç qalıb orda… Nə isə…Yenə fikrim köhlən atını çapıb apardı məni kəndimizə. ( Ali təhsilliyəm. Bakıda yaşayıram. 4 övladım, 7 nəvəm var. )
2. Necə oldu? Ədəbiyyata marağınız yarandı ədəbiyyat sizi özünə çəkdi?
Əslində ədəbiyyat bizim ruhumuza ana laylasıynan, eşidib dərk elədiyimiz ilk sözlərnən hopur. Yəni dilimiz açılanda artıq ədəbiyyatın içində oluruq. Ancaq hər ana dilində danışıb fikrini ifadə edən, hətta şeirə bənzər nələrisə yazan, adi hadisələri nəsr adıynan oxucuya “sırımaq” istəyən hər kəs ədəbiyyat adamı olmur. Mənə sırf ədəbiyyata marağı doğulduğum kəndin orta məktəbində dil- ədəbiyyatdan dərs deyən Aşurov Fərhad müəllim olub. Ruhu şad olsun. o vaxtın balaca, dəcəl, qıvrım saçlı qızcığazı Sənəmin bu günkü Sənəm Səbayel olacağına inanırdı…
3. Yazdığınız ilk şeir yadınızdadırmı…
İlk şeir…Bilirsizmi, məncə ilk şeir ilk məhəbbət kimidir, heç vaxt unudulmur. İlk şeirimi beşinci sinifdə oxuyanda bənövşəyə yazmışam. Hamıdan gizlətmişəm. Ümumiyyətlə mən şeirlərimi gizlədirdim. Bilmirəm niyəsə utanırdım şeir yazıram deməyə. Heç yadımdan çıxmır,bir dəfə şeir dəftərim təsadüfən Fərhad müəllimin əlinə düşmüşdü. Oxuyub bəyənmişdi. Məktəbdə, də, sinifdə də “sirrimin” üstü açılmışdı. Utandığımdan iki gün məktəbə getmədim.)
4. Evdə necə qarşı çaxanlar oldu şeir yazmağınıza? Narazlıq olsun…və ya iradını bildirsinlər səndən olmaz şeirin daşını at?
Nə uşaq vaxtı, nə də ailə qurana qədər mənə sədd çəkən olmayıb. Ailə qurandan sonra çox ciddi etiraz ediblər, həyat yoldaşım da, ailəsi də. Biz öz taleyimizi özümüz yazmırıq, yazılanı yaşayırıq. Mən də onların bu tələbiynən razılaşdım. Sovetlər dönəmində yaşayanlar bilərlər, o vaxtlar meşin üzlü, 96 vərəqli dəftərlər vardı. İki dəftər şeirimi gözümün qabağında odun peçinə atıb yandırdılar. Dünyam başıma uçdu onda…Mən onlara etiraz etmədim, istedadıma görə mübarizə aparmadım. Ona görə yox ki, aciziydim, zəifiydim, çarəsiziydim. Mən çox mübariz və möhkəm adamam. Ona görə razılaşdım ki, mənim düşüncəmə görə bütün istedadlar, bütün sənət növləri insanlara xidmət eliyir. İnsanların da sənə ən yaxını gecə yatanda üzünə baxıb yuxuya getdiyin, səhər oyananda ilk gördüyün kəsdir. Adama həyat yoldaşından mərhəm və yaxın heç kim yoxdur. Mənim istedadım mənə ən yaxın adama xoş deyildisə, başqaları maraqlı deyildi. Ancaq söz adamları bilirlər, söz söz sahibini asanlıqla tərk etmir. Mən gizlicə şeirlər yazırdım, ən çox halıma uyğun bayatılar yazırdım və oxuyub ağlaya-ağlaya cırırdım. Bir neçə dəfə rəhmətlik qaynanam görübmüş. Qonşu arvadlara deyirmiş ki, gəlin tezdən durub cadu yazır.))) Yazıq qaynanamda günah görmürəm, ömrü boyu yaşadığı kənddən çıxmamışdı. Mən də intuisyalı adamam. Bir neçə dəfə əvvəlcədən nə demişdimsə olmuşdu. Yazıq qadın da görəndə ki, mən nəsə yazıb gizlədirəm, özü bildiyi səmtə yozmuşdu. Beləliklə uzun illər sizin dediyiniz kimi şeirin “daşını” atmağa məcbur oldum…Tək ailə başçısı “titulu” qazanandan sonra yenidən başladım yazmağa. Bilmirəm, hansısa dahinin fikridi, deyir “İstedad dəmir kimidi işlənməyəndə pas atır.” Mən bu pası təmizləyib ədəbi mühitə yenidən gəldim. Şükürlər olsun ki, sözümün bəxti özümün bəxtimdən kəsərli oldu.
5. İlk oxucunuz kim olub Ana Ata yoxsa yazdıqlarınızı üzə çıxartmaq biraz sizi həyacanladırır elə yazıb bir kənara qoyurdunuz?
Söz adamlarında ilk oxucu arzusu həmişə uğurlu olmur. Çoxumuz qələmdən təzə süzülən yazımızı başı çıxan, ruhu olan, anlayışlı birinə oxumaq istəyirik. Bu hamıya nəsib olmur. Ailəmdə ilk oxucum olmayıb və yoxdur. İlk oxucum yazdığımı ilk oxuyan oxucudur. Onun da kimliyini bilmək mümkün deyil.
6. Məktəb illərinizi necə xatırlayırsınız parta yoldışınızı necə Müəllimlərinizin sevimli şagirdi idiniz yoxsa dəcəl? Biri kimi xatırlayırlar Müəllimləriniz sizi?
Məktəb illəri…Məndə bu illər tam deyil, ikiyə parçalanıb. Doğulduğum kənddə 8-ci sinifə qədər oxumuşam. Parta yoldaşım Tərifə adlı qonşu qız idi. Məktəbə də bir gedib gələrdik. O da yaxşı oxuyurdu. Məndən fərqli olaraq o çox sakit idi. Mən əlaçı idim. Rayon üzrə keçirilən olimpiyadaların hamısında iştirak edirdim və birincilik qazanırdım. Təkcə fizika və həndəsəyə aid olanlarda birincilik götürə bilmirdim. Çünki həndəsi fiqurları, sxemləri çəkə bilmirdim. Mən indi də xətkeşlə belə olsun düz xətt çəkə bilmirəm.)) Saatlarnan əzbərdən şeir deyərəm, klassiklərin yaradıcılığından danışaram, ancaq bir alma şəkli çəkə bilmərəm. Amma rəsm əsərlərini başa düşürəm, oxuya bilirəm. Maraqlıdı ki, mən həm də babat dərziyəm. Parçanı lazım olduğu kimi kəsib istədiyim formanı alıram. Nə bilim, beləyəm də… Müəllimlərimin sevimlisi olmuşam həmişə. İstər orta məktəbdə, istərsə tələbə vaxtı. Arada dərsdən qaçmağım olurdu, yaxşı oxuyurdum deyə keçirdilər günahımdan. Sinif yoldaşlarımdan Bakıda olanlar var, indi də arada zəngləşib görüşürük. Məktəb illərindən ən yadda qalan hadisə isə, məndən arxada oturan oğlanın hörüyümü partaya bağlamağıdır. Mənim saçım uzun idi…
7. Neçə uşaq olmusunuz Ailədə böyüyü sizsniz yoxsa evin kiçiyi olmusunuz?
Mən evin həm böyüyü, həm kiçiyi olmuşam…Yuxarıda da dediyim kimi, ailədə tək uşaq olmuşam. Atasız böyümüşəm. Atasız uşaqlara həyat “dədəlik” eliyir, bərkə-boşa çəkir, çətin sınaqlarnan sınayır. Zəif olanları bağışlamır, əzir. Güclü olanlar, sınaqlarda sınmayanlar öz ayaqlarının üstündə durmağı, daha da möhkəm olmağı, hər işdə Allaha sığınıb özünə güvənməyi öyrənirlər. Mən də hələ ki, həyat imtahanlarında üzü ağ çıxıram. Ümumilikdə xoşbəxt adamam.
8. Ata Ananız necə övladlarına qarşı sərt idi sənəm xanım?
Atam olmayıb. Məni nənəm saxlayıb. Nənəm çox sevərdi məni. Anam sərt adamdı. İndi 85 yaşı var. Yenə də hər yeyin onun istədiyi kimi olmasını tələb edir.
9. Həyat da təssüfləndiyiniz şeylər olub hər onu xatırladıqca təssüflənəsiniz?
Həyatdı da…Ancaq ölülər və doğulmayanlar səhv eləmirlər. Təbii ki, təəssüf etdiyim şeylər var, həm də çox. Mənim bir şeirim var, yazmışam ki, :- Məni göydə basdırarsız, yerdə yer azdı. Bir dəfə canlı yayımda bu şeiri oxuyurdum bir tamaşaçı efirə zəng eliyib dedi ki, gözəl bacım, dəyərli şairəmiz, sizin yeriniz bizlərin ürəyimizdədi. Xahiş eliyirəm bu şeiri televiziyalarda, radioda demə. Bizim bələdiyyə sədri eşidib gedib göyü də satacaq. ilk baxışdan bir yumor kimi görünür. Ancaq təəssüfləndiyim ən çox ictimai bəlalarımızdan biridir vətəndaşın dediyi… Xatırladıqca təəssüfləndiyim ən çox ikinci Qarabağ müharibəsinin heç birində cəbhədə əsgərlərimizlə birlikdə olub, savaşlarda iştirak edə bilməməyimdi. Bilirəm, sizlərə qəribə gələcək, ancaq mən tam səmimiyəm. Mənim 4 övladım var. Birinci savaşda yaşım da, sağlamlığım da, gücüm də savaşda yaralılara kömək etməyə imkan verirdi. Ancaq uşaqlarım balaca idilər, onları tapşırıb getməyə isə heç kimim yox idi…Ən böyük təəssüfüm budu.
10. Dostlarınızla aranız necədir sənəm xanımın dostları vəfalıdırlarmı?
Taleyimin dost payından razıyam. Allahıma şükürlər olsun ki, yaxşı dostlarım var. Mən dostlarıma güvənirəm. Demək olar ki, ölkənin hər bölgəsində dostlarım, məni sevə-sevə qarşılayacaq dost ailələri, dost evləri var. Ümumiyyətlə, mənim fikrimcə mən arzu olunan adamam. Ölkədən xaricdə də dostlarım var. Təbii ki, söz adamlarıdırlar. Vəfalılığa gəldikdə isə, vəfasızdan dost olmaz ki…Belələri özləri həyatımdan silinib gedirlər. Heç tanış kimi də qalmırlar.
11. Nəsr də özünüzünüzü sınamısınız?
Bəli, sınamışam. Povest və hekayələrim var. Nəzmə sığışdırıb deyə bilmədiklərimi nəsrdə deyirəm. “Şahanə” povestimi rəhmətlik Əlibala Hacızadə mətbuatdan oxumuşdu və müsahibəsində povest barədə yüksək fikir söyləmişdi. Onda mən Əlibala Hacızadəni həyatda görməmişdim. Çox həyacanlanmışdım. Gərək böyük yazarların verdiyi dəyəri qoruyub saxlayasan axı, etimadlarını doğruldasan. Nəsrdə də əsas mövzum Qarabağ mövzusu olub. Təbii ki, həm də ədəbiyyatın əzəli və əbədi mövzusu, məhəbbət mövzusu da var.
12. Sizi düşündürən mövzular nələrdir kimləri mütailə edirsiniz son günlər?
Məni düşündürən əsasən ictimai bəlalardır, cəmiyyətdir, təhsildir, vətəndir, vətəndaşdır… Klassikləri də, çağdaş ədəbiyyatımızı mütaliə eliyirəm. Təbii ki, imkanım daxilində. Əvvəlki kimi davamlı mütaliə etmirəm. Yaş da işini görüb, ailə də.
13. Gənc yazarlar sənəm xanımı qane edir yoxsa sadəcə oxucuların gözünü boyayırlar…
Mən gəncləri çox sevirəm, onlara dəyər verirəm, güvənirəm. Hər mənada… Yaradıcılıqda da istedadlı gənclərimiz çoxdu. Mən arabir gənclər arasında keçirilən şeir müsabiqələrinə münsif kimi dəvət olunuram. İnanın, çox istedadlıları var. Ancaq sizin də dediyiniz kimi gözboyamaq istəyənlər də var. Belələri zamanın ələyindən-xəlbirindən keçib ədəbiyyat adamı ola bilməyəcəklər. “Gözboyayanlar” yaşlı nəsildə də var, həmişə olub və olacaq. Gənclərimizə həyat yollarında uğurlar arzulayıram.
14. Son olaraq nəşiryyatlarımızın durumu göz açandır nələr düşünürsünüz…
Bu bir az mənim sahəm deyil, ancaq ümumi fikrimi deyə bilərəm. Nəşriyyatlar özləri özlərini maliyələşdirir deyə, kim pulunu verirsə nə olsa çap elətdirə bilir. Fərq eləməz nə yazıb, pulunu verir kitabını aparır. Ancaq əvvəllər, sovetlər dönəmində belə deyildi, senzura varıydı, nəşriyyatlar çapa görə məsuliyyət daşıyırdılar. Dövlət maliyyəsi alırdılar. Yazdığımız çap olunanda qanorar alırdıq. Bu yaxşı idi. İndi yazar həm bədii əsər yazır, ömrünü, canının cövhərini, gözünün nurunu xərcləyir, həm də yazdığını çap etdirmək üçün pul verməli olur… Neçə ildi bir kitablıq yazım var, çap elətdirə bilmirəm. Elə qiymət deyirlər ki, adamın əli gəlmir o pulu versin. Nə isə…Buna da bir düzəliş olar yəqin. Hər şey düzələr
Müsahibəyə görə sizə təşəkkür eliyirəm. Oxuyanlara yenidən görüşmək ümidi ilə Allaha əmanət olun deyirəm. Söz ömrü, söz qüdrəti, söz ucalığı yaşayasız.
1. Nəzakət Kərimova – Əhmədova, nədən həm Kərimova həm Əhmədova ?
56 ildir ki, mətbuatda mənim imzam Kərimova olub ata imzam ailə quranda Əhmədova olub şəxsiyyət vəsiqəmi dəyişəndə dedim ki, imzam qalsın dedilər olmaz Əhmədova yazmalıyıq mən “fb” da gördüm ki, həm Kərimova həm də Əhmədova Nəzakət var dolaşıqlıq olmasın deyə belə yazıram.
2. Mətbuat imzanız Kərimova ata imzanız Əhmədova sonradan yaradıcılığınıza bir təsiri olub Kərimova Əhmədova yazmaq necə bir hissdir?
Kərimova mənə atamı “hmədova isə həyat yoldaşımı xatırladır Nəzakət Kərimova “hmədova: Prezidentimizin sərəncamı ilə “İlin müəllimi” müsabiqəsində qalib olarkən Kərimova, ikinci sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldükdə isə Əhmədova imzası ilə təltif olunmuşam. Nəzakət Kərimova Əhmədova: Və bu imza ilə yazmağımla qürur duyuram.
3. “Tərəqqi” medalına layiq görülmək,,ilin müəllimi, müsabiqəsində qalib olmaq mətubatda 56 ilinizin ən gözəl dəyəridir necə bir duyğudur nəzakət xanım?
İstər “İlin Müəllimi”,istərsə də “Tərəqqi “medalını alarkən sevincimi təsəvvür edə bilməzsiniz . çox müsabiqələrin qalibi olmuşam ,pul mükafatları və diplomlar almışam. həmişə əvvəl həyəcan , sonra isə sevinc göz yaşları….bilirsiz müsabiqələrə gedəndə məni maddiyyat yox, mənəviyyat daha çox maraqlandırır..yüzlərlə pedaqoqların içində qalib olmağın sevincini təsəvvür edə bilməzsiz!!!” İlin müəllimi ” müsabiqəsində nəticəni gözləməyin həyacanı ağıla gəlməzdir! O vaxt qaliblərin adını televiziyada bir bir oxuyurdular ..biz ailəlikcə oturub baxırdıq ki görəsən müsabiqədən keçə bildimmi? növbə çatanda Kərimova Nəzakət Emin qızı adımı eşidəndə qonşuluqda yaşayan qızımın necə həyəcanla sevinc göz yaşları ilə gəlib məni qucaqlaması hələ də gözümün önünə gəldi! Çünki nəticəni bütün rayon pedaqoqları və bölgələrdəki dostlarım da gözləyirdi İndi təsəvvür edin zənglərə cavab verib qurtara bilmirdim….bu hissləri keçirənlər bilər.. “Tərəqqi “medalı ilə təltif olunmağımı da bilmirdim səhər tezdən təhsil şöbəsinin müdiri bu xoş xəbəri verəndə dərsə gedirdim …Məktəbə çatanda gördüm ki artıq televiziyadan müxbirlər həyətdə məni gözləyirlər…Əlbəttə zəhmətinə ,uzun illərin əziyyətinə dəyər verib qiymətləndirmək unudulmaz gözəl və kövrək hisslərdir…
4. Müəllimlik ali peşədir şagirdlər necə nəzakət müəlliməsindən razıdırlarmı?
Razı olmaya bilərlərmi?! Onları sevərək vətənpərvər, cəmiyyətə faydalı şəxsiyyət kimi təqdim etmişəmsə…
5. Ailənizdə necə narazılıq edən olub ədəbiyyaçı olmağınıza görə narazılıq olsun istəməsinlər?
Əksinə bütün fəaliyyətimin arxasında uğurlarımın sevincinə ilk sevinib məni ruhlandıran həyat yoldaşım oğlum qızım, sağlığında isə atam, anam bacılarım elə bu gün də uğurlarıma yaxın bildiyim həmkarlarım ,keçmiş iş yoldaşlarım sevinclərimə şərik olur,mənə mənəvi dəstək verirlər. Bu sahədə özümü qismən xoşbəxt hesab edirəm Atam dünyasını dəyişəndə depresiyaya düşdüm uzun müddət Respublika xəstəxanasında müalicə aldım həkimlər mənim müalicəmi yalnız diqqətimi nəyəsə cəlb etməyi lazım bildilər..Və mən o zamandan elmi işlə məşgul oldum…sonra nəvəmin vaxtsız ölümü məni çox sarsıtdı və fikirdən onkoloji xəstəliyə düşdüm..uzun müddət marağım həyata söndü…
6. Ailə də neçə uşaq idiniz Allah rəhmət eləsin atanız necə biri idi övladlarına qarşı sərt adam idi atanızda müəllim idi?
Allah razı olsun ailədə 8 uşaq olmuşuq. hamımız təhsil almışıq. Atam təhsilimizə qarşı çox diqqətli idi. BVM veteranı idi (jurnalda qeyd etmişəm) Sərtliyi təhsilimizlə bağlı olub.
7. Nəvənizin neçə yaşı var idi ruhu şad olsun xəstə idi yoxsa adı nə idi nəzakət xanım nəvənizə həsr ediyiniz yazılar var?
Nəvəm sağ qalsaydı 21 yaşı olacaqdı gözəl şeirləri, rəsmləri mətbuatda jurnalda dərc olunmuşdu..onu anadan olandan (2000 ci il 4 oktyabr)özüm saxlamışdım. 5 yaşında uziyə salanda (OMD də) bildik ki böyrəyi multikistoz imiş.. Cavadzadə dedi ki, bu ilin sonuna kimi qala bilər .((Amma mən onun müalicəsi ilə daha ciddi məşgul oldum havalanırdım ki belə zəkalı dünya görüşlü uşagı necə itirə bilərik!! Yaxşi həkim tapmaq üçün hacı nurana müraciət etdim. Allah ona kömək olsun rayona gəlib evimizdə çəkiliş apardı və çəkilişdən sonra bir səxavətli mərhəmətli oğul nəvəmin Türkiyədə böyrəyini dəyişmək üçün yardım edəcəyini deyib uşağı gətirməyi xahiş etdi..İrandan böyrək də köçürmək üçün razılıq aldı və Gülhanədə(45 min ə) əməliyyata gedərkən həkimdən göndəriş almağa getdik. həkim dedi ki, yaşla çəki düz gəlmir narkozdan çıxa bilməz!!təsəvvür edin !!!Nə hala düşdüm. qalan illərinə görə fəaliyyətimi kənara qoyub yalnız onunla oldum …Çoox duyğusal uşaq idi..birdən nəsə demək istəyirdi ama susurdu..yalvarıb soruşurdum deyirdi Bakıya bulvara gedərdim ..həmən taksi tutub gətirir gəzdirib aparırdım…onun bütün arzularını yerinə yetirmişəm deyə özümdə rahatlıq tapıram(((…mayın 20 sində dedi ki, nənə həkimlərimin yanına apar…biz Bakıya urologija xəstəxanasına gəldik analizləri verdik kreatinin cavabını görəndə dəli oldum 676!!!!dedim cavab səhv olar..həkim dedi olduğudur!mən hər dəfə müayinəyə gətirəndə onun kreatinini aşağı salmaq üçün müalicə alırdıq 300 lə 400ə yaxın olurdu həkimdən soruşdum ki neçə olanda insan ölə bilər demişdi 400..Birdən görürəm ki hansı həkimə gedirik hamısına üzrxahlıq edir, halallıq alır!!!((((sən demə Bakiya halallıq almaq üçün gətirdib. rayona qayıtdıq 21 ində rayona təhsil naziri gəlmişdi konfransa məni dəvət etdilər getmək istəmirdim…asimanım dedi ki, nənə get mən yaxşıyam…getdim konfrans qurtarıb yola çıxırdım qızım zəng etdi ki, tez gəl asimanın vəziyyəti pis oldu. 22 si söhbət edə edə gülə gülə dünyasını dəyişdi. 13 yaşında. yoldaşım da asimanın ölümünə dözə bilmədi ayaqları yığıldı gəzə bilmədi..sonda yatağa düşdü 3 ildir ki , dünyasını dəyişdi. qızım da oğlundan sonra depresiyaya düşdü.. tam sağlam olduğu halda pis vəziyyətdə idi həkimlər onun mühitini dəyişməyi dedilər ona görə də Bakıda işə qoyduq cəmiyyət içində şəhərin hay küyündə olmaq onu qismən də olsa fikirdən ayıra bildi qızım.
8. Bu dərd qəmin yaradıcılığınıza təsiri olub…
Əlbəttə sevib həyatımla bağlandığım əzizimi itirəcəyimə görə ağır zərbə aldım.
9. Dəstəkçilərinizdən biri də yoldaşımdı dediniz o da yazmağa cəhd edirdi yoxsa işi başqa idi…
O da müəllim idi bir məktəbdə işləyirdik..O yalnız mənim yazılarımı köşkdən birinci alırdı ilk oxucum idi.. çox maraqlı idi ona mənim həvəslə maraqlanıb fəaliyyət göstərdiyim ictimai işlər…heç vaxt mənim hərtərəfli pedaqoji fəaliyyətimə zidd olmayıb əksinə mənə mənəvi dəstək idi həmişə…
10. Yenə o dərd həmişə sizi göynədir ağladır o dərdən sonra sizi güldürən nələrsə oldumu həyatınızda..?
Bəli bu dərd bu gündə mənimlədir…həyat yoldaşım gözəl ömür sürüb nəvə toyu da gördü. amma nakam nəvəmin arzuları çox idi yazıb qoyub ki, həcc ziyarətinə gedəcəyəm.. O zaman teleaparıcı leyla xanımdan çox xoşu gəlirdi zaurla görüşmək arzusu vardı….Mübarizin şəhid olduğu gün sarılıb ağladı və ona şeir yazdı həmin şeir mətbuatda çap olundu, tədbirlərdə söylənib..mən biləsuvarda Şəhid anaları ilə ev muzeyində olarkən həmin şeiri şəhidimizin anası Tamara xanıma təqdim etdim ….ani təbəssüm gülüş olsa da o daim ürəyimdədir. İnanırsız qohumlarım mənim uşaqlara münasibətimin sevgimin soyuq olduğunu hiss edirlər ,çünki ondan sonra uşaqlara sevgim qalmayıb…bəzən xoşladığım uşaqlar olub onda elə bilirəm ki, asiman məni görür …qısqanır…
11. Son günlər nələr yazırsınız mövzularınız nələrdir yeni kitab düşünürsünüz inşallah həccə gedərsiniz Allah niyyətləriniz qəbul olar ?
Son il, son aylar və günlər Şəhidlərimiz Qazilərimiz Müharibə Veteranları ilə keçirdiyimiz tədbirlər, ziyarətlər, Şəhid anaları ilə regionlara olan səfərlərimizdən, kitab təqdimatlarından müxtəlif görüşlərdən və s yazıram. Ümumiyyətlə Respublika qəzetinin baş redaktoru, mərhum Teymur Əhmədov həmişə təkid edirdi ki, Xatirə kitabı yazım… Müharibəyə görə ləngidim..Yəqin nə vaxtsa ömür vəfa etsə kitabı da yazacağam. Pedaqoji fəaliyyətimin 40 ilə yaxın dövrünü N. Nərimanovun Bakıdakı ev muzeyinin filialı kimi yaradıb təşkil etdiyim və rəhbəri olduğum muzey işinə həsr etmişəm.. İctimai işlərə olan marağım, həvəsim mənim həyatda olmağıma stimul verir ömrümü həsr etmişəm bu maraqlı sahəyə. hər hansı bir mövzu məni maraqlandırırsa onu oxucularımla bölüşməyə tələsirəm… mənim çox yaxın dostum var onunla fikirlərimi bölüşürəm… ədəbi fəaliyyətimdə onun roluna güvənirəm.
12. Qızınızın dövlət qulluçusu olduğunuzu dediniz o da sizin kimi bu işlərin öhdəsindən gələ bilir yəqin ki o da sizin kimi həvəslidir bu işlərə?
Qızımın öz marağı var işi və 2 oğlunun təhsili ilə məşguldur ev işləri…
13. Bəs bu sahəyə maraq haradan yarandı maraqlıdır bu işlərin öhdəsindən gəlmək çətin deyildi indi geri dönüb baxdığınızda bu sahəyə maraq sizdə təssüf hissi yaradıb yoxsa?
Əksinə belə işlərdən mənəvi rahatlıq duyuram həyatım mənalı və maraqlı keçir sanki ömrümə ömür qatılır…
14. Dostlarınızla aranız necədir? Dostlarınız sizə qarşı vəfalıdır?
Mən özüm dostlara etibarlı və sədaqətliyəm,mehribanam çalışıram ki ,kimin nə problemi olsa köməklik edim…Dostlarımın vəfalı olmasına gələndə bəzən olur da…Amma əksəriyyəti vəfalıdır.
15. Mütailə edirsiniz? Edirsinizsə kimləri mütailə edirsiniz yeni gənclik qane edir sizi təbii ki söhbət yazarlardan gedir?
Günü bu gün də mütaliəsiz qala bilmərəm ..Allahdan arzu edirəm ki ,kitab təqdimatlarından mənə hədiyyə edilən kitabları oxuyub qurtara bilim… Yeni gənclik deyəndə indi hamı şeir yazır. Gənclər öz üzərlərində çox çalışmalı, yaşlı nəsildən çox məsələləri öyrənməlidirlər. Mənim bütün sahələrə marağım var, siyasət,iqtisadiyyat, mədəniyyət və incəsənət, elmin müxtəlif sahələri. Gənclərin ədəbi fəaliyyəti məni qismən qane edir…
16. Sizin kitablarınızın təqdimatı olmuşdumu yoxsa?
Mən hələ kitab yazmağa vaxt tapa bilmirəm başlasam qısa müddətdə yazacağam söz!
17. Son olaraq sizə öz minnətdarlığımı bildirirəm oxucularınıza son sözünüz?
Birinci növbədə sizə təşəkkür edirəm ki ,mənə vaxt ayırdınız və sizə də oxucularıma da can saglığı,xoşbəxtlik ,ailə səadəti,yeni -yeni yaradıcılıq uğurları arzulayıram.
Məhbubə Hidayət qızı 1965 ci ildə. Qusar rayonunda doğulmuşam. Hal-hazırda Quba rayonunda yaşayıram. 35 ildən artıqdır yazıçılıqla məşğulam. Uşaq şeirləri və hekayələr. Uslubum daha çox ailə-məişət, drammatik formadadır. Uzun illər qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisin üzvü olmuşam. Hal -hazırda məclis fəaliyyət göstərmir. İki kitab müəllifiyəm. “İtən illər” adlı hekayələr və “Gilənar” adlı uşaqlar üçün şeir kitablarım var.
2. Qusar rayonunda dünyaya göz açmısınız ilk laylanız da orada oxunub quba rayonunda yaşamaq necə bir hisdir insanları doğmadır sizə?
Qubaya ailə qurduqdan sonra gəlmişəm bu iki rayon biri-birinə çox yaxındır.
3. Neçə yaşında ailə qurmusunuz yoldaşınız necə yazmağa meyillidir yoxsa ailənizdə sizdən başqa ədəbiyyatla yaxınlığı olan varmı?
Mən 20 yaşımda ailə qurmuşam həyat yoldaşım ziyalı insandır. nəslimizdə məndən başqa da yazan var. Bu ilahi vergi olduğu üçün mane deyil mənə dəstək olub. bunun üçün ona minnətdaram…
4. Yazıçı olmasaydınız nə olardınız özünüzü hansı peşədə görürsünüz həkim müəllim və s ilə?
Mən həm də müəlliməyəm və kiçicik də olsa tibb təhsilim var.
5. Belə düşünürəm hər iki rayon bir birinə yaxındır dediniz onda gediş gəlişiniz var hər iki rayonun insanları doğmadır sizə fərqi nədə görürsüz?
Quba rayonu çox millətlidir. bizim qusar isə əsasən ləzgilərdən ibarətdir. hər iki rayonun təbiəti çox gözəldir. Buralar sanki cənnətdir, sizi yay aylarinda məmnuniyyətlə hər iki rayonu gəzməyə dəvət edirəm.
6. Böyük məmnuniyyətlə qonağınız olaram uşaq şeirləri yazmaq necə çətin deyil uşaqların dilini onda yaxşı bilirsiniz? İlk şeiriniz nə olub?
İlk uşaq şeirimin adı “Ülkər” olub uşaqları çox sevirəm.
7. Həmin o şeiri sonda bizimlə paylaşmağınızı çox istəyirəm nəşiryyatlar necə qane edir sizi?
Azərbaycan nəşriyyatı məni qane etmir. Bu üzdən uzun müddət yazmadım. Amma təəssüf ki, beyində olan enerjini yazmadan atmaq olmur.
8. Nədir sizi qane etməyən keyfiyyət tərtibat yoxsa başqa bir şey maraqlıdır?
İnsanların kitaba marağının olmaması, bunu müəyyən formalarda təşkil etmək olar.
9. Ailə də neçə uşaq idiniz atanız övladlarına qarşı sərt idi yoxsa?
Biz 5 bacı qadaş idik. Atam gözəl insandı (rəhmətə gedib) mən hər ikisini də hələ də çox sevirəm…
10. Ruhu şad olsun ananız necə biri idi evdar qadın yoxsa hər hansısa işin peşənin sahibi idi?
Mənə ədəbiyyat istedadı, anamdan mirasdır. Amma özü heç vaxt çap olunmayıb… Anam evdar xanımdır.
11. Demək ki bu istedad ananızdan sizə mirasdır ananınızın hər hansısa bir yazısını oxumusunuz?
Anam əsasən satirik üslubda deyərdi . O sinədəftərdi.
12. Sizi ən çox düşündürən mövzular hansılardır satira sizi düşündürüb?
Mənim satiradan çoxda anlayışım yoxdur. Əsasən ailə məişət də olan problemlərdən yazıram. İnşəAllah əsərləimi mümkün qədər səhifəmdə paylaşacağam…
13. Gənc yazarlardan oxuyub mütaliə etdiyiniz var? Qane edir sizi gənc yazarlar?
Adlarını yadım da saxlaya bilməsəm də çalışıram gənclərin yazılarını daha çox izləyim. Müasir gənclərin şeirlərini çox bəyənirəm. Buna zəmanə ilə ayaqlaşmaq deyirlər inşəallah bacararıq.
14. Yeni kitaba fikriniz var? Bundan əvvəl çap olunan kitablarınız necə qarşılandı?
Zəmanə gəncləri bizlərə nisbətən daha savadlı və dünyagörüşlüdür. Bəli hazrda həm uşaqlar üçün həm də böyüklər üçün iki kitab üzərində işləyirəm. Kitablarım çox gözəl qarşılanmışdı. Əsasən də gənclər tərəfindən və hələ də əsərlərim maraqla oxunur…
15. Son olaraq incitmədik ki, sizi oxucularınıza sözünüz nə olardı? Mən sizdən son olaraq ,,ülkər,, adlı şeirinizi paylaşmağınızı istəsəm?
Mənim üçün çox xoş oldu. Çox kübar olduğunuzu söyləməyə haqqım var ,,,Ülkər,, adlı şeirimi yazdığımda 9 yaşım vardı. Oxucularıma daha çox həyatı əsərlərlə maraqlanmalarını tövsiyyə etmək istərdim. Çünkü həyatı əsərlər çox vaxt insana həyatda dəstək və ya nəticə çıxarmaq üçün kömək olur. Həyati əsərlər bəzən bizə həyat yolunda yol belə göstərir…