Qulu Ağsəs (tam adı:Zeynalov Qulu Ağsəs oğlu) — Ulduz jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezident təqaüdçüsü, Azərbaycanın əməkdar jurnalisti (2015).
HƏYATI Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.
1993-cü ildə mükafat almışdır. “Avropa” qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.
27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.
YARADICILIĞI Əvvəllər Qulu Zeynalov, Qulu Baxış imzaları ilə yazmışdır. İlk şeirini 1978-ci ildə yazmışdır. 1980-ci ildə isə çap olunmuşdur. Lenin haqqında olan ilk şeiri “Azərbaycan pioneri” jurnalında çap olunub. Böyük ədəbiyyata 1990-cı ildə “Ulduz” jurnalında çap olunan şeirləri ilə gəlib. Şeirləri Türk, Rus, özbək, gürcü, ukrayna, polyak dillərinə tərcümə edilib.
“Sənsən hər yer”, “Külək poçtdu”, “Nabran novellası” və “Nöqtələr” kitablarının müəllifidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.
KİTABLARI “Sənsən hər yer” “Külək poçtdu”, “Nabran novellası” “Nöqtələr”
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).
HƏYATI Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
FƏALİYYƏTİ Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
AD VƏ MÜKAFATLARI Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005; “Qırmızı əmək bayrağı” ordeni; “Şöhrət” ordeni — 7 aprel 2009; “Dostluq” ordeni (Rusiya) — 19 may 2020.
FİLMOQRAFİYA Əsər müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film) Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
Məsləhətçi kimi 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Prodüser kimi Adın sirri və tale. Qurban Səid (film, 2010)
ƏSƏRLƏRİ Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005 Payız madriqalı. Bakı: Yurd, 2005 Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005 Mənim gözəl alibim. Bakı: Nurlan, 2006 Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006 Unudulmuş röya. Bakı: Çıraq, 2006 Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007 Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007 Üçüncü variant. Bakı: Nurlan, 2007 Döyüşçünün yolu. Bakı: Çıraq, 2007 Manyakın idrakı. Bakı: UniPrint, 2008 Gedər-gəlməz. Bakı: Nurlan, 2008 Quba kapriççiosu. Bakı: Nurlar, 2008 Qisasın ölçüsü. Bakı: Çıraq, 2008 Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009 Etiraflar vadisi. Bakı: Çıraq, 2009 Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009 Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009 Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009 Mavi mələklər. Bakı: Çıraq, 2009 Payız madriqalı. Bakı: Nurlar, 2009 Saturnun tövbəsi. Bakı: Nurlar, 2010 Paralel həyat. Bakı: 2010 Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010 Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010 Kandaqardan agent. Bakı: 2010 Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010 İrodun kölgəsi. Bakı: UniPrint, 2010 Tənha ürəklərin evi. Bakı: 2010 Mavi mələklər. Bakı: Qanun, 2011 İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011 İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011 İngilis bulvarı. Bakı: Qanun, 2011 Ölümü özün seç. Bakı: Qanun, 2011 Bakı bulvarı (roman). Bakı: Qanun, 2011 Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011 Abırlı adam. Bakı: Qanun, 2011 Tver bulvarı. Bakı: Qanun, 2011 Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012 Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012 Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012 Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012 Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012 Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012 Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012 Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013 Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013 Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012 Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013 Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013 Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014 Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014 Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014 Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014 Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014 Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014 və digər.
Əli bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev; d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.
HƏYATI Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.
Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir. 1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.
May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. 01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.
Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır. Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.
Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.
O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.
2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub.
“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.
Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.
KİTABLARI “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə. “Şah bərəsi”, Bakı, “Qəmlibel müsibəti”, Bakı, “Özününkülərin hədəfində”, Bakı, “Hərbi Zəngilan”, Bakı, “Məhəbbət piyaləsində zəhər”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Çovğun”, Bakı, “Generalın yefreytor vəkili”, Bakı, “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr) “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə.
Paşayeva Qənirə Ələsgər qızı (7 mart 1975, Düz Qırıqlı, Tovuz rayonu) — Azərbaycan siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
HƏYATI Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur.
AİLƏSİ Subaydır. Firuzə adlı mənəvi qızı var.
TƏHSİLİ Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
FƏALİYYƏTİ Jurnalist fəaliyyəti 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır.
2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.
Siyasi fəaliyyəti Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
MÜKAFATLARI 30 sentyabr 2011-ci il tarixində “İslahatçı Gənclər” İctimai Birliyi Qənirə Paşayevanı hər il ənənəvi olaraq təqdim etdiyi “Xəzər” Milli Mükafatının qaliblərindən biri elan edib.
“İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Qənirə Paşayevanı Fəxri Diplomla təltif edib. Gürcüstanın fəxri vətəndaşıdır.
SƏFƏRLƏRİ Somali səfəri Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir.
ƏSƏRLƏRİ Kitabları Nobel mükafatlı qadınlar. Bakı: “Elm və təhsil”, 2009. 456 səh. 1000 nüsxə Tarixə adını yazan qadınlar, 3 cilddə. Bakı: Ozan, 2011. Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. H. Məmmədova ilə birgə. Bakı: “Elm və təhsil”, 2011. Səndən sonra. Təbriz: 2020
Məqalələri “Bülbül kimi gül aşiqi”, “Ozan dünyası” jurnalı, №3(10) 2012.
FİLMOQRAFİYA Apreldən əvvəl may… Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001) Erməni soyqırımı. Türkün sözü (film, 2001) Mənə inanın! (film, 2007) Ruhum qarabağlıdır (film, 2012)
Bu gün Qənirə xanımın doğum günüdür. Biz də “Yazarlar” jurnalı olaraq, Qənirə xanımı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni ailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Qənirə xanım!
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.
HƏYATI Asif Mərzili 9 yanvar 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan оlub. 1977-ci ildə Mərzili kənd оrta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasının mühəndis-iqtisad fakultəsinin axşam şöbəsinə qəbul оlunub. 1979-1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Nеft Akadеmiyasını bitirb. 1984-cü ildə Nеft Kimya Sənayеsi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin еdilib, 1989-cu ildə nazirliyin “Böyük kimya uğrunda” çоxtirajlı qəzеtinin baş rеdaktоru təyin еdilib. 1982-1988-ci illər ərzində Azərbaycan Dövlət Tеlеviziya və Radiо Vеrilişləri Kоmitəsinin ştatdankənar əməkdaşı оlub. 1990-cı ildə Azərbaycan Nazirlər Sоvеtinin оrqanı “Rеspublika” qəzеtinə köçürmə yоlu ilə müxbir təyin оlunub. 1991-ci ildə köçürmə yоlu ilə Milli Məclisin оrqanı “Həyat” (indiki “Azərbaycan”) qəzеtinə parlamеnt müxbiri təyin еdilib. 1992-ci ildə “Ədalət” qəzеtinə baş rеdaktоrun 1 müavini təyin оlunub. 1993-cü ildən həm də “Təzadlar” qəzеtinin baş rеdaktоrudur.
1991-ci ildə Məşhəd tоrpağını ziyarət еdib.
İki övladı var.
ƏSƏRLƏRİ “Biz əyilmədik”, “Yеrin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!” (2011), “Təzadlar”(2013)kitablarının müəllifi, 10-a yaxın kitabın isə rеdaktоrudur.
MÜKAFATLARI Çоxsaylı publisistik və araşdırma yazıları KIV-lər arasında kеçirilən yazı müsabiqələrin qalibi оlub, dəfələrlə diplоm və pul mükafatlarının sahibi оlub, rəhbərlik еtdiyi qəzеt Azərbaycan Mətbuat Şurasının üzvüdür. Azərbaycanda müasir siyasi afоrizm yaradıcılığının müəllifi sayılır və hazırda siyasi afоrizmlərdən ibarət kitabı nəşrə hazırlanır. Bir çоx hеkayələrin müəllifidir. Rəhbərlik еtdiyi qəzеt 2008-ci ilin yеkunlarına görə mərkəzi qərargahı Cеnеvrədə yеrləşən “Cеntury Intеrnatiоnal Quality Еra Award” Bеynəlxalq Təşkilatının “QC-100 İdarəеtmənin Ümumi Kеyfiyyət Mоdеlinin Əsrin Bеynəlxalq İnkişafı üzrə Qızıl ЕRA” mükafatına layiq görülüb.
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi.
HƏYATI Kənan Hacı 3 mart 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
FƏALİYYƏTİ 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “Qərib axşamlar” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.
MÜKAFATLARI 2004-cü ildə Müstəqil Media Mərkəzinin “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Kitab bayramı” yarışmasında “2009-cu ilin Yeni Nəsil yazarı” mükafatını alıb. “Qızıl Qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatıdır. 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi ilə “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatına layiq görülüb.
ƏSƏRLƏRİ Kitabları 2008-ci il – “Retro yuxular” (Xüsusi buraxılış) 2009-cu il – “Özündən qaçmaq olmur” (şeir) 2010-cu il – “Çəhrayı qan” (nəsr) 2010-cu il – “Quşlar üçün karusel” (nəsr) 2011-ci il – “Yağ kimi” (roman) 2013-cü il – “Atamın sevgilisi” (nəsr) 2013-cü il – “Yaddaş kartı” (memuar-roman) 2014-cü il – “Rəqqasə” (roman) 2015-ci il – “Uzaqdasan, soyuqdur” (şeir) 2015-ci il – “Ədəbiyyatın kulisi” (esselər) 2017-ci il – “Fironun dəftəri” (roman) 2017-ci il – “İki qadını ayıran pəncərə” (nəsr)
Pyesləri 2004-cü il – “Kölgə” (pantomim) 2017-ci il – “Xəlbir və ney”
Tərcümələri Lev Tolstoy – “İnsan nə ilə yaşayır” Umberto Eko – “Naməlum O” “Həyat işığı” (Rus ədəbiyyatından seçmələr) “Əjdahanı necə öldürdülər” (Avropa yazarlarından hekayələr) “Actus reus” (müştərək)
Aqil Abbas (tam adı: Aqil Məhəmməd oğlu Abbasov; 1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
HƏYATI Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda “Ədalət” (1990-cı ildən), “Boz qurd” (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir (2003).
2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
MÜKAFATLARI Azərbaycan komsomolu (1987) (“Ən yaxşı adam” kitabına görə) Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı (1993) “Məmməd Araz” adına ədəbi mükafat (1994) “Dan ulduzu” (1993) “Yaddaş” “Zeynalabdin Tağıyev” 01.04.2013 — Azərbaycan “Şöhrət” ordeni.
KİTABLARI Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh. Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh. Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh. Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh. Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.
FİLMOQRAFİYA Biz qayıdacağıq (veriliş, 2007) (II) Dolu (film, 2012)