Etiket arxivi: AQİL ABBAS HAQQINDA

Ən səmimi doğum günü təbriki

AQİL ABBAS HAQQINDA

Bakıya yeni köçdüyüm dönəmlərdə çox əziyyət çəkmişəm. Maddi-mənəvi sıxıntılar gah intihara sürükləyirdi, gah ölkədən çıxıb getməyi düşünürdüm, gah qaçıb kəndə getmək istəyirdim. Potensialımın olduğunu hiss edirdim, amma realizə etmək üçün çətinlik çəkirdim. Yoluma daş qoyanlar, görməzdən gələnlər, işlərimə mane olanlar çox olurdu. Qəfildən ortalığa atılmışdım ki, mən də bu işləri bacarıram, amma bacardığım işləri görmək, özümü təsdiq etmək imkanlarım məhdud idi. Dəstəbazlıq, yerlibazlıq, dostbazlıq bir yandan, əyalətdən gəlmiş 110 kiloluq, balacaboy gəncə inamsızlıq da bir yandan…
Xülasə, o dönəmdə mənə həyan olan, arxa-dayaq olan insanlar çıxdı qarşıma. Mən çox şanslı adamam. Şübhəsiz ki, zəhməti sevirəm, amma şansım da üzümə gülür. Mənə yol açanların heç biri qohumum, yerlim, tanışım deyildi. Bu adamların bəziləri ilə yolumuz ayrıldı, bəziləri dünyasını dəyişdi, bəzisi ölkədən getdi. Yenə də qalanlara şükür…
Təkləndiyimi hiss etdiyim ən kritik anda qarşıma yazıçı Aqil Abbas çıxdı. Bir dəfə həbsin bir addımlığından, bir dəfə küçələrə düşüb səfil olmaqdan qurtardı məni. Cavandım, bəzi şeyləri anlamaqda, qəbul etməkdə çətinlik çəkirdim. Çevrəmi yeni-yeni tanıyırdım. Dəliqanlı, hövsələsiz adamdım. Elə bilirdim ki, belə də olmalıdır. Gah işdən qovulurdum, gah da özüm başımı götürüb gedirdim. Çoxları mənə iş verməyə çəkinəndə, Aqil Abbas zəng elədi ki, “Gəl “Ədalət”də başla”. Beləcə mənim həyatımda yeni mərhələ başladı. Artıq “deputat” day-dayı olan gənc yazar idim. 🙂
Sözsüz ki, Aqil Abbas çoxlarına bu jesti etdiyi üçün xüsusi imtiyazlı deyildim. Ancaq qəzetin tarixində ən ərköyün müxbirlikdən, online versiyanın redaktorluğuna qədər yol keçdim. Aqil Abbas və İradə Tuncay mənə qanadlarımı necə bərkidəcəyimi, hansı yüksəkliyə qədər uçacağımı öyrətdi. Hər ikisi mənim üçün ailə oldu, qohumlarımdan daha çox qayğıma qaldılar. Köçüb rayona getdim dəfələrlə axtardılar, arxamca kirayə qaldığım evə qonaq gəldilər, övladlarımın başına tumar çəkib doğmalıqlarını hiss etdirdilər. Yenidən Bakıya qayıdanda ilk İradə xanım yazdı ki, “redaksiyanın qapıları üzünə açıqdır, nə zaman istəsən gəl başla”. Bu jesti, bu qayğıkeşliyi necə unuda bilərəm? İndi də harda rastlaşsaq, doğmalarım kimi görüşürəm. Düzdür, etiraf edim ki, tez-tez axtarıb kef-hal soruşmuram, bəzən utanıram, bəzən sıxılıram, bəzən çəkinirəm… və bu ayıbımı da anlayıram. Hər halda bu doğmalıq zərrə qədər azalmır.
Aqil Abbas belə kişidir. Qayğıkeş, mehriban, canayaxın və 20 yaşlı cavan oğlan kimi dəli-dolu və gözlənilməz. Olur ki, hansısa çıxışına görə haqqında lağlağı, təhqir yazırlar. Özümü çox pis his edirəm, – dostu, doğması incidilən hər adam kimi. Düşüncələrimiz, əqidəmiz toqquşsa belə, bu adam mənim dostum, doğmamdır. Ona deyilən sözə biganə qala bilmirəm. Aqil Abbas dostluğunu xüsusi şəkildə, gözə soxmadan hər zaman göstərir. Hətta mən intihara cəhd edəndə tökülmüşdülər onun üstünə. Hərçənd o dönəmdə də uzun müddət idi görüşmürdük, bəlkə də yanına getsəm əlini çiynimə qoyub bir-iki yüngül zarafatla məni o vəziyyətdən də çıxarardı. Elə o məşum hadisədən sonra da, məni tək qoymadı.
Saatlarla söhbətləşib, içib dərdləşdiyimiz günlər olub. Tanıyanlar bilir ki, söhbətinə doyum olmaz Aqil Abbasın…
Aqil Abbasın Qarabağ, Ağdam xatirələri, torpaq nisgili başa çatanda çox sevindim. Nəhayət ki, onun Qarabağdan, Ağdamdan danışanda gözləri dolmayacaqdı. Amma bu günlərdə görüşdük, gördüm ki yox, dostum hələ də Ağdamdan danışanda kövrəlir. Amma şükür, gözlərində əvvəlki həsrət yoxdur.
Niyə bu gün xüsusi olaraq təbrik yazdım? Düzü 40-ı adlayandan sonra kövrəkləşmişəm, keçmişi tez-tez xatırlayıb analiz edirəm. Son 15 gündür ki, beynimdə nədənsə o illərin xatirələri canlanır. Anlayıram ki, o vaxt Aqil Abbas qarşıma çıxmasa hər şey başqa cür olardı. Pis və ya yaxşı olardı bilmirəm, amma dəqiq bilirəm ki, indiki adam olmazdım…
Xülasə, Aqil Abbas mənim xüsusi sevgim olan insanlardan biridir. Bu gün əziz dostumun, qələm yoldaşımın, Aqil əminin doğum gündür. Zəng edib təbrik etsəm, ürəyimdəkiləri rahatlıqla deyə bilməyəcəkdim, ona görə də yazdım ki, ürəyimi boşaldım. Hər zaman minnətdarlıqla xatırladığım əziz dostum, yaxşı ki, varsan!
Bu gün hökmən sağlığına badə qaldıracam!

Hörmətlə: CƏLİL CAVANŞİR

AQİL ABBASIN YAZILARI

CƏLİL CAVANŞİRİN YAZILARI

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Aqil Abbasın Odisseyası – Yazıçının 70 illiyinə – Əsəd CAHANGİR

AYB-nin Natəvan zalında bir neçə müddət öncə Aqil Abbasın “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” kitabının təqdimatı oldu. Aqil müəllim 30 ildir yayınlanan “Ədalət”in təsisçisidir, uzun illər bu qəzetin Baş redaktoru olub, 6 nəsr kitabının müəllifidir, “Şöhrət” və “Vətənə xidmət” ordenli, “Qızıl kəlmə” və “Humay” ödüllüdür, Əməkdar jurnalist, Millət vəkilidir, bir sözlə, adı-sanı dünya-aləmlə birdir. V.Yusiflinin diliylə desək, “Bu, Aqil Abbasdır!” və sadəcə adını çəkməyin özü onun haqqında artıq çox şey deyir.

Amma Aqil müəllimin yığıncağına gələnlər gərək “Natəvan”a sığmayıb, foye və koridorlara daşa, kameralar yan-yana düzülə, fotoaparatlar şimşək kimi çaxa, parlamentdə deputat, Ədəbiyyat İnstitutunda alim, mətbuatda qəzetçi, mağazalarda gül-çiçək qalmayaydı! O istəsə, bütün bunları bir qırpımda eləyər, amma onda Aqil Abbas olmazdı. Mən hələ 20 il öncə “Ədalət” qəzetində “Körpü” ədəbiyat əlavəsinə redkatorluq eləyəndə başqalarının düşüncə özgürlüyünü Aqil müəllimin necə önəmsədiyinin, mövqe üstünlüyünü işə salıb, kiminsə iradəsini zorlamaq, kimisə nəyəsə təhrik eləməkdən necə uzaq olduğunun şahidi olmuşam və ona sayğım yaranıb – vicdan sahibi olduğunu görmüşəm. Bəzən yazılarında duyğularını cilovlamayıb yetərincə jarqonlar işlətsə də, A.Abbas, əslində, ən etik yazarlarımızdan biridir. Nədən ki vicdan etik anlayışdır və onun olmadığı yerdə ən nazik ibarələri işlətsən də, bu hansısa elitarlıq, kübarlığın əsla və əsla göstəricisi ola bilməz! Əsl kübarlıq da, ən böyük elitarlıq da vicdanlı olmaqda, məzluma, kimsəsizə dayaq durmaqdadır və A.Abbas həmişə xalqın sözünün deyib. Onun öz 70 illiyini sıradan bir yığıncaq kimi keçirməsi özü də, məncə, hər cür vicdansız təmtərağa səssiz etiraz idi. Əlbəttə, təqdimatda yetərincə nüfuzlu şəxslər – alim, tənqidçi, deputat, şair-yazıçı, jurnalist vardı, amma hiss olunurdu ki, çıxışlar, təriflər, bir sözlə, bütün bu təqdimat haqq-hesabı özəl hazırlıq olmadan öz axarıyla yaranıb və hər cür zahiri effekt çabası, nümayiş tonu, dəbdəbə ahəngindən uzaqdır – eynən Aqil müəllimin özü kimi! Bu, sadəcə Millət Vəkili yox, millətin vəkilinin, saçı-saqqalı yurd həsrəti, el-oba dərdindən ağarmış bir ağsaqqalın yığıncağını xatırladır, təqdimatla yanaşı yazıçının 70 yaşının tamam olduğunu göz önünə alanda isə bu təzad daha qabarıq görünürdü.

Əminəm ki, yazıya Aqil müəllimin sözü yox, özündən başlamağıma təəccüblənmədiniz. Nədən ki, onun özündən danışanda sözündən, sözündən danışanda isə özündən danışdığımı bilirsiniz. Filoloji dillə desək, A.Abbas realist yazıçı, “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” povesti isə realizm üslubundadır – yazıçı nəyi necə görübsə, elə də yazıb. Onun personajları həyati prototipləri olan, bəziləri yazıçının öz kökləriylə bağlı olduğu Ağcabədi və Ağdam camaatı, bəziləri isə müəllif də daxil olmaqla B.Vahabzadə, Rəmiş, Q.Ağsəs və sair kimi bütün ölkənin tanıdığı gerçək şəxslərdir. Amma A.Abbasın realizmi sovet yazarlarının sosrelizmi, 60-cıların psixoloji realizmi, yaxud italyanların neorealzimi deyil, hər nədirsə, bütün sosio, psixo və neo-su ilə birlikdə dünyanın dürlü yazıçıları arasında yalnız və yalnız onun özünə məxsusdur. Yəni bu əsərin metodoloji və üslubi yönləri müəllifin çoxillik fərdi daxili gəlişmə məntiqinin sonucu kimi meydana çıxıb və yazılma prosesində yaranıb. A.Abbas realizminin öz yolu var, o, başqalarını yamsılamaq bir yana, öz-özünü də təkrarlamır və yazıçı təbiəti baxımından hər dürlü üslub nümayişi çabasından uzaqdır. Onun üçün ədəbiyat sözün gözəlini yox, düzünü deməkdir. Amma nə qədər qəribə də olsa, A.Abbasın sözünün bəzəyi öz əsərlərini hər cür bəzək-düzəkdən uzaq sadə xalq dilində yazmasından irəli gəlir və bu paradoks əksinə çevrilmə qanunundan doğur. Yəni istənilən bir şey nə qədər gəlişirsə, onun limiti bir onca tükənir və bəlli anda öz əksinə çevrilir. Hər cür üslubi bəzək-düzəkdən A.Abbasın düşüncə biçimi, yazı dili və üslubu üçün səciyyəvi olan uzaqlıq da son sınıra varınca özü bir bəzəyə çevrilir, əks qütblər bir-birinə elə qaynayıb-qarışır ki, onları gülü özündən olan parçanın materialı ilə naxışı kimi bir-birindən ayırmaq çətin olur. Burda parçanın materialını gerçək olaylara, naxışlarını isə yazıçının ona vurduğu bəzəyə bənzətmək olar. Ən önəmlisi budur ki, materialla naxışların rəngi eynidir, yəni yazıçı həyat materialına nəinki üçüncü, dördüncü, yüzüncü, hətta ikinci rəngi də vurmur, öz təxəyyülü, fərqli kitablar, dürlü “izm”lərdən gələn təsir və plagiatlarla onun boyasını dəyişmir. Təsadüfi deyil ki, 114 səhifəlik povestdə cəmi bir, ya iki yerdə 60-cı illər poetik nəsrindən gələn dil-üslub təsiri duyulur ki, bunların da ümumi həcmi yarım səhifəni aşmır. Bu üzdən “literaturşinadan” A.Abbas qədər uzaq ikinci yazıçı tapmaq çətindir. O birbaşa həyatdan, gerçəklikdən gəlir və mətnə həyatı, gerçəkliyi gətirir. Çağdaş jurnalistikamızın patriarxı C.Məmmədlinin dediyi kimi, “Aqilin əsərlərinin güc mənbəyi real həyatın özüdür”. A.Abbasın Molla Nəsrəddin gülüşü, Sabir sarkazmı, C.Məmmədquluzadə tragikomizmi ilə səsləşən məqamlarına gəlincə, bunlar onun folklor və klassikadan etkilənməsindən daha çox, hamının vahid ana mətn – həyatın özündən gəlməsinin göstəricisidir. Bir sözlə, bədii söz və gerçəkliyi A.Abbas qədər aşırı eyniləşdirən ikinci yazıçımız yoxdur desək, yanılmarıq. Həyatın ən amansız gerçəklərinə göz yummadan həm də bu amansızlığın içindəcə həzin lirizm, şeiriyyət görmək və göstərmək, bu iki bir-birindən ən uzaq qütbün ortaq məxrəcini tapmaq, əkslikləri bir nöqtəyə gətirmək və sinirləri gərilmiş oxucunu bu qütblərin toqquşmasından doğan partlayışla anidən yaxalayaraq gözləri yaşarıncaya qədər kövrəltmək! A.Abbas realizminin birinci və ən qabarıq özəlliyi budur. Bəs, digər özəllikləri nədir? Bu sualı cavablandırmaq üçün birbaşa söz konumuz olan povesti araşdırmağa keçməyib, yazıçının yaradıcılığına genəl bir baxış eləmək istəyirik.

***

Yazıçı Qarabağda – Ağcabədinn Kolanı kəndində dünyaya gəlib və onu hamımızın tanıdığı Aqil Abbas eləyən Qarabağ mövzusundakı romanlarıdır. Bu romanları akad. N.Cəfərovun janr təyinatı üzrə “Qarabağnamə” başlığı altında toplamaq olar. Muğanna öz əsərlərində Muğanlıdan Odağüz planeti, Ə.Əylisli Əylisdən Eçmiədzin kilsəsinəcən gedir. A.Abbasın düşüncə orbiti isə Qarabağdan Qarabağacandır və bu yöndən o, S.Əhmədli, Elçin, K.Əfsəroğlu, E.Hüseynbəyli kimi yazıçılarla eyni müstəviyə gəlir. Görəsən, niyə Əylisli son ünvanını, cənnətini, ölməzliyini başqa din və ölkədə, Muğanna başqa inanc və planetdə, qarabağlı yazıçılar isə Qarabağda tapır. Çünki onlar qutsal məkanı Qarabağın timsalında görüb və onu başqa yerdə axtarmağı xəyallarından da keçirmirlər. Onların ilk və son ünvanı, Məkkə və Mədinəsi, “bismillah” və “əlhəmdülillahı” Qarabağdır.

A.Abbasın on səkkizinci yüzildən danışan “Batmanqılınc”ında bu ünvan özünün tarixi, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu”, “Allahı qatil edənlər”də isə çağdaş səciyyəsilə əks olunur. Onun üçün dünyada ən dəhşətli şey bu ünvanı itirmək, ən böyük səadət ona qayıtmaqdır. Dünya ədəbiyatının üç-dörd ana süjetindən biri Homerlə başlayan və Coysda öz postmodernist çevrilməsini tapan Odisseya mövzusu, yəni döyüşdən sonra evə qayıdışla bağlıdır. A.Abbasın doğma yurda qayıdış ideyası üstündə köklənən qarabağnamələri onun dürlü variantlarda yazdığı odisseyasıdır. İtaka adası Odissey, Günəş şəhəri Platon və Nizami, cənnət Dante və Milton, vadiyi-vəhdət Nəsimi və Füzuli, Yoknapatof Folkner, Makonda Markes üçün nədirsə, Qarabağ da A.Abbas üçün odur! Onun tarixi və çağdaş mövzulu odisseyalarının qayəsi birdir – tarixən də, bu gün də Qarabağın əsl sahibləri bizik, bu torpaqda yaşamaq ən çox bizim haqqımızdır və heç kəs bunu bizdən ala bilməz! Türk paşası, İsmayıl qalası komendantının Suvorova ünlü məktubundakı dillə desək, göylər uçub yerə tökülər, Kürlə Araz tərsinə axar, biz Qarabağı vermərik! Qarabağ Azərbaycandır və nida!

A.Abbasın Qarabağ mövzusundakı çağdaş məzmunlu romanları toxunsan, partlayış törədəcək yüksək gərginlikli elektrik naqillərini xatırladır və bu, məntiqidir. Bu əsərlərin müəllifi nankor qonşular tərəfindən ədalətsiz savaşa çəkilən, doğma yurdundan didərgin düşən, ata-babalarının qəbirləri dağıdılan, minlərlə şəhid verən bir xalqın yazıçısıdır; sivilizasiyanın ən yüksək sınırlara ulaşdığı bir dönəmdə mağara insanına məxsus vandalizmin ən ağlasığmaz dəhşətləriylə qarşılaşan bir toplumun təmsilçisidir; supergüclər tərəfindən ikili standartlarla üzləşən, saxta nəzakət və diplomatiya maskası taxmış ən dürlü uluslararası qurumların on illərdən bəri düzənlədiyi saysız-hesabsız, üzücü dəyirmi masalarda min bir bəhanəylə ağzı boza verilən, əli hər yerdən üzülən, təklənən, sonucda “namərdin gücü var, mərdin Allahı” inancına sığınan bir ölkənin sözçüsü, ən ağrılı istəklərimizin ifadəçisidir.

Təxminən iyirmi il öncə yazdığı “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanına girişdə müəllif deyir: “Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli qələm sahibi olmalısan. Və bu dərdi içimdən keçən kimi yazmağa qüdrətim çata bilən qədər yazdım.” Yazıçı, əlbəttə ki, təvazökarlıq eləyir, çünki bu roman onillərdən bəri xalqın içində yığılan ağrı, hirs, qəzəb, hiddət, hikkə qarışıq bir qəhrəmanlıq ehtirası, vətənpərvər fədakarlığının fantastik bədii ifadəsidir. Romanın çadır şəhərciyində yaşayan, illərdən bəri anormal durum üzündən, lissabonlar, sammitlər, minskilər, atətlərin yalançı vədlərindən canı boğazına yığılan Müəllim adlı qəhrəmanı gizli yollarla, təkbaşına, ölümünü gözünün qabağına alaraq Şuşaya gedir, partlayış törədib çoxlu sayda düşmənin məhvinə səbəb olur və özü də həlak olur! Bu, təkcə bir yazıçının deyil, bütün dünyada təklənmiş bir xalqın dünyaya, yaşama, batıya, doğuya, yerə, göyə, taleyə, hətta Allahın özünə üsyanı idi və A.Abbas özgürlük dönəmi ədəbiyatımızın ən üsyankar yazıçısıdır! Ən ilginci budur ki, təkbaşına cəbhə xəttini keçən, düşmən ordusuna ciddi tələfat verərək şəhid olan, ölümündən sonra Milli Qəhrəman adı alan Mübariz İbrahimov yazıçıya məxsus eyni üsyan və onun qəhrəmanına məxsus eyni rəşadəti bir neçə il sonra həyatda göstərdi! Daha bir neçə il keçdi, Azərbaycan ordusunun xüsusi təyinatlı əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin çevik taktiki planı üzrə dünya hərb sənəti tarixində misli görünməmiş bir qəhrəmanlığa imza atdı – gecənin gözlənilməz vaxtı Daşaltının sıldırım qayalarını aşaraq, düşməni qəfil yaxaladı, yüzlərlə zabit və əsgərimizin şəhadəti bahasına Şuşanı düşməndən azad elədi! Sonra Azərbaycan Prezidentinin dilindən qürurla səslənən bu sözləri bütün dünya eşitdi – “Şuşa sən azadsan!”

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanı bədii təxəyyülün tarixi olayları önləməsinin örnəyidir. Belə bir önləməni daha öncə S.Əhmədlnin “Ömür urası” romanında görmüşdük və bu romanların hər ikisinə “fantastik” ruh hakimdir. Amma zəfərdən sonra Qarabağa elliklə qayıdışı təsvir eləyən “Ömür urası” romanı sözün həqiqi anlamında fantastik əsərdir, özü də xəyalın gerçəklik kimi təsvir olunması yönündən dünya nəsrində, olsun ki, qarşılığı olmayan fantastika! Burda fantastika prinsipcə mümkün, amma günün bu günü də baş verməyən olayın özündədir. A.Abbasın romanında isə “fantastika” qəhrəmanın xarakterindən doğur. Mübariz İbrahimov fenomeni göstərdi ki, Qarabağa bu şəkildə qayıdış nəinki prinsipcə, praktik olaraq da mümkündür. S.Əhmədli ilə müqayisədə A.Abbasın xəyalı gerçəkliyə daha yaxındır və yəqin bu üzdən onun xəyalları artıq gerçəkləşib. Əminik ki, yaxın gələcəkdə S.Əhmədlinin “fantastikası” da reallaşacaq və biz elliklə Qarabağa qayıdacağıq!  

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”in daha bir ilginc yönü onun psixoanalitik özülüdür. Roman qəhrəmanının qeyri-adi hərəkəti təkcə milli arzuların ifadəçisi olmaqdan irəli gəlməyib, həm də onun fərdi istəkləri, kişilik instinktlərinin oyanmasından doğur, milli və fərdi duyğular doğal olaraq birləşir. Çadırda aylar, illərdən bəri normal həyat yaşamayan Müəllim gəncliyində erməni qadınıyla sevişdiyi doğma şəhərə həm də öz erkəkliyini  isbatlayacaq bir yer kimi instinktiv olaraq üz tutur. Şüuraltı stixiya getdikcə güclənən və partlayışla sonuclanan olayların təsvirinə sıxılmış yay effekti və sirli cazibə verir, romanın başdan-sonacan birnəfəsə oxunmasına nədən olur.

Əsərdə diqqət çəkən üçüncü məsələ onun ilk baxışdan qəribə görünən adıdır – “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. Bu cümlə-ad romançılığımızda, olsun ki, ilk belə örnəkdir və özəlliklə də, iyirmi il öncə gözümüzün öyrəşmədiyi bir şey idi. Sonralar P.Koelyonun “Rio-Pyedranın sahilində oturdum və ağladım”, yaxud “Veronika ölməyə qərar verir” romanları timsalında cümlə-adların dünya nəsrində varlığını gördükcə mövzu adiləşdi. Yadımdadır ki, Azərbaycan nəşriyatında rastlaşdığım yazıçıdan romana nə üçün belə ad verməsinin səbəbini soruşdum və o, “Tuncay mənə yazdı ki, romanı belə adlandır” deyə net cavab verdi. O vaxt Türkiyədə təhsil alan Tuncay yazıçının oğludur və onun romana nə üçün bu cür qeyri-standart ad verməsinin əsl nədənini yalnız özü bilir. Mənə gəlincə, romanın mahiyəti ilə bu adın bağlılığını belə görürəm: Ü.Hacıbəyov Azərbaycan kültürü tarixinin yetirdiyi ən fenomenal şəxsiyətdir, o dərəcədə ki, Üzeyir Hacıbəyov demək Azərbaycan, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” demək isə “Çadırda Azərbaycanın gələcək nəsli yetişə bilməz” anlamına gəlir; Azərbaycan çadır dövləti deyil, onun minilləri aşan gələnəkləri var; Üzeyir bəy kimi dahi yetirən xalqın neçə min il geri gedib, köçəbə həyat tərzinə qayıtması, çadırda doğub-törəməsi absurddur; həyatımız bahasına olsa belə, Qarabağı düşməndən geri almalıyıq, Qarabağsız Azərbaycanın keçmişi olmadığı kimi, gələcəyi də yoxdur; ya Qarabağ, ya ölüm! Romanın diktə etdiyi ali qayə budur!

A.Abbasın qarabağnamələri arasında ən geniş rezonans doğuranı “Dolu” romanıdır. Müəllif üstlərində göz yaşlarından başqa heç bir bəzəyi olmayan şəhid analarına adadığı “Dolu”yla bağlı suala müsahibələrindən birində belə cavab verir: “Bu roman haqqında onun özündən çox yazılıb” və doğrudan da, belədir. Mən iki ən səciyyəvi sitatla yetinəcəm: yazıçı Elçin romanı “ədəbiyyatımızda hadisə”, N.Cəfərov isə öz müəllifinin “ən dolu əsəri” adlandırır. Roman əsasında rejissor E.Səfərov eyniadlı film çəkib və filmin də taleyi romanınkı kimi uğurlu olub. “Dolu” Birinci Qarabağ savaşı mövzusunda ən yaxşı roman, “Dolu” isə ən yaxşı film sayılır. “Humay” ödülü alan filmin bəzi səhnələri, özəlliklə də Hollivudu yada salan döyüş səhnələri öz mükəmməlliyi ilə özəl razılıq doğurur.

“Dolu” romanı “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”dən sonra yazılsa da, daha öncəki olayları – Birinci Qarabağ savaşını, konkret desək, Şuşanın işğalını əks etdirir. Şübhəsiz ki, mövzunun özü bu povestə öncəki və sonrakı qarabağnamələrdən daha gərgin psixoloji ton verir. Şuşanın işğalı Birinci Qarabağ savaşının ən kəskin məqamıdır və buna uyğun romanda qaçılmaz nevrotik ruh hakimdir. Lakin bu ruh əsərin sonunacan öz başlanğıc tempini saxlamır. Görünür, bu üzdən roman birincinin ikincidən daha yüksək pərdədə yazıldığı iki hissəyə bölünür. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”dən fərqli “Dolu” ikinəfəsə yazılıb və ikinəfəsə də oxunur.

Müəllif romanı öncə “Dünyanın ən gözəl ölüsü” adlandırsa da, Markesin ünlü hekayəsini xatırlatdığını deyən xanımı İ.Tuncayın təklifiylə qərarını dəyişib və əsərə “Dolu” adını verib. Bu ad birinci qatda təbiət olayı, ikincidə döyüşçülərimizin üstünə dolu kimi yağan düşmən güllələri, üçüncüdə taleyin və zamanın başımıza dolu kimi vurduğu zərbələri işarələyərək, həm real, həm də rəmzi-simvolik anlam daşıyır. Ad məsələsinə toxunmuşkən, romanda qəhrəmanlar və personajların adlandırılması da digər romanlardan fərqlidir: Pələng, Drakon, Pələngin anası… Bunlar “Çay kənarında bitib, susuz qalan ağacların sağlığına” povestindəki gerçək prototipi olan deyil, savaşın verdiyi adlardır. Savaşın öz qanunları olduğu kimi, söz qanunları da var, burda hər şeyi o diktə edir və insana bircə şey qalır – Şuşada ölməyi arzulayan Pələng kimi şəhadət həsrəti!

Romanın qəhrəmanları ağlasığmaz savaş dəhşətləri içindən öz ləyaqət, cəsarət, mərhəmət, ürək genişliyi ilə boy verir. Ermənilərin neçə illərdən bəri sürən beynəlxalq informasiya blokadası, böhtan və qaralama kampaniyasına qarşı yönələn bu təqdimat ikinci planda dünya insanına mesajdır: biz barbar, vandal deyilik; gənclərimiz Pələng kimi qeyrətli, kişilərimiz ən çətin anda döyüş yoldaşına dayaq duran Drakon kimi igid, qadınlarımız şəhid oğlunun döyüş yoldaşlarına “hamınıza qurban olum” deyən Pələngin anası kimi geniş ürəklidir. Pələngin əsir düşmüş erməni qızını silah gücünə öz döyüş yoldaşlarından qoruması bu yöndən daha səciyyəvidir və azərbaycanlı xarakterini açmaq baxımından təkcə A.Abbas yaradıcılığı deyil, genəlliklə bədii nəsrimizdə ən dramatik, yaddaqalan, böyük təsir gücü və dərin semantik işarələmə funksiyalı səhnələrdən biridir. Oxucunu tok kimi vuran bu epizodu yalnız və yalnız A.Abbas, özü də məhz bu cür yaza bilərdi. Azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədən düşmənin qızına qarşı bu mərdanəliyin psixoloji altyapısında türk mentaliteti və islam əxlaqı dayanır. O mentalitet və əxlaq ki, batı bu gün məhz onlara qarşı xaç yürüşü elan eləyib. A.Abbas bu epizodla Qarabağ sorununa ikili standartlarla yanaşan dünya güclərinə sətiraltı və sətirüstü ittiham oxuyur. “Dolu” başdan sonacan özümüzünkü və özgələrə qarşı ən sərt qınaqlarla doludur və bunun nədəni aydındır. Romanın müəllifi “Ədalət” hüquq qəzetinin Baş redaktoru, söz konusu isə Qarabağ xanlığının siyasi mərkəzi kimi inşa edilən və Azərbaycanın mədəniyət paytaxtı kimi biçimlənən bir şəhər – qürur mənbəyimiz Şuşadır. Şuşa əldən getdi nədir?! Və daha pisi – Şuşanı ermənilər aldı nə deməkdir?! Dünya alt-üst olubmu?! Zaman tərsinə dönürmü?!! Bu suallar “Dolu”nun hər cümləsi, hər sözünün altını cızır, üstündən keçir, oxucunun başına dolu kimi yağır!

Roman bizi A.Abbasın daha bir uzaqgörənliyi ilə tanış eləyir. Tamamilə təkləndiyimiz Birinci Qarabağ savaşında türkiyəli qardaşlarımızın harayımıza yetməməsindən giley eləyən müəllifin arzusu üstündən illər keçəndən sonra gerçəkləşdi. Birinci Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilməyən Özal və Dəmirəl Türkiyəsindən fərqli, sayın Ərdoğan Türkiyəsi İkinci Qarabağ savaşında öz köməyini bizdən əsirgəmədi. Və yaxın gələcəkdə Türkiyədən Orta Doğuya gedən, bütün türk cümhuriyətlərini qapsayan Turan Federasyonunun qurulmasıyla sonuclanacaq yolda Azərbaycanın mühüm geopolitik və strateji məqamlardan biri olacağına şübhə yoxdur.

“Dolu” romanının da, onun əsasında çəkilən eyniadlı filmin də bir “boşluğu” var – onların hər ikisi sual işarəsiylə bitir və başqa cür də ola bilməzdi. O vaxt Şuşanın taleyi özü sual altındadydı. Yalnız illər keçəndən, qəhrəman Azərbaycan əsgəri qurbanlar verərək Şuşanı alandan sonra bu sual belini dikəldib nidaya çevrildi. Bu zəfərin qazanılmasında “Dolu” romanı müəllifinin də mənəvi payı var və bu həm də Azərbaycan ədəbiyatının payıdır!

“Çay kənarında bitib susuz qalan ağacların sağlığına” povesti göstərir ki, Qarabağ mövzusu A.Abbasın alın yazısıdır. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” kimi bu povest də qaçqın-köçkün həyatından danışır, hər ikisinin qəhrəmanı finalda Qarabağa qayıdır – birincisi ölmək, ikincisi yaşamaq üçün! Lakin təkcə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyil, həm də “Dolu”dakı nevroz povestdə psixoza, tragizm isə tragikomizmə çevrilir. Povestin qəhrəmanı – kələ-kötür, əhli-kef, söyüşcül, baməzə qarmon ifaçısı Şakir nə ölümünü göz önünə alıb təkbaşına Şuşaya gedən Müəllim, nə də Şuşada şəhadətə qovuşmaq istəyən Pələngdir! Lakin Şakirin Bakıda qaçqın kimi keçirdiyi daxili gərginlik, başını qatmaq üçün içkiyə qurşanması, nəhayət, finalda Quzanlıya dönüşü göstərir ki, hər üç qəhrəmanı birləşdirən bir ana mövzu var – Qarabağ!

Bəs, görəsən, A.Abbasın öncəki qarabağnamələrindəki tragizm son povestdə niyə (tragi)komizmə çevrilir? Çünki Qarabağ sorunu artıq çözülmək üzrə və povest Şuşanın azad edilməsindən sonra yazılıb. Amma biz bu sorunu əvəzi heç nəylə ödənilməyəcək qurbanlar bahasına çözmüş, bu zəfərə ağlasığmaz faciələrdən keçib gəlmişik. Povestin tragi(komik) ruhunu da məhz bu amillər bəlirləyir – qaysaqlamış yaraların yeri göynəyir!

A.Abbasın qarabağnamələri dalı da, qabağı da kəsən qılınc kimidir – onun heç nəyə yanaşması birmənalı deyil. Amma son povestdə bu yön öncəkilərdən daha qabarıqdır, nədən ki müəllif olaylara zamanca daha uzaqdan baxır. Yazçının təqdimində azərbaycanlıların hamısı ideal olmadığı kimi, ermənilər də elliklə bunun əksi deyil. Povestin ənənəvi müsbət qəhrəman şablonuna əsla uymayan qəhrəmanı Şakir sxematizmdən kənar canlı insandır: az qala Kvazimoda kimi çirkindir, dünyagörüşü məhduddur, içkiyə aludədir, ağzını Allah yoluna qoyub danışır; bütün bunlarla yanaşı rəhmdil, dürüst, qürurludur, özü ehtiyac içində ola-ola son qəpiyini yetim-yesirə verir, haramdan uzaq, cəsarətlidir. İkinci Cahan savaşında həlak olan və Mozdokda basdırılan atasının qəbrini görməsə də, qarabağlı ola-ola tar-kaman yerinə qarmonda ifa eləsə də, rus mentalitetindən gələn içki aludəçisi olsa da, onun “manqutluğu” xalqın tarixi taleyindən doğan və bir nəfərin simasında əks olunan faciə kimi anlaşılır. Şakirin finalda qaçqın həyatına tüpürərək Qarabağa qayıtması milli yaddaşın alt qatdan boy verməsi kimi anlaşılır. Hər insanın bilincaltında doğma yurda qayıdış kodu var, o gec-tez özünə qayıtmalıdır! Süjetin əsasında duran ideya budur!

Amma povestdə əsas qəhrəmanın daha bir görəvi də var. Rüşvət, süründürməçilik, mənimsəmə və sair kimi toplumsal sorunlar kənddən çıxıb Bakıya gələn Şakirin “yadpalnetli” baxışında daha kəskin görünür və qəhrəmanın xarakterinə uyğun baməzə rəng alır. Az qala hər epizodu ilə tragikomik partlayış doğuran povest sarkazmla minalanmış sahəni xatırladır. Lakin bu minalar öldürmür, güldürür, düşündürür, kədərləndirir, ağladır və sonucda yaşamağa səsləyir. Həyat sudan başlayır və “Çay kənarında bitib susuz qalan ağacların sağlığına” ölüm yox, yaşam, savaş yox, dinclik, sağlıq haqqında povestdir!

Povestdə iki obraz – Suren və oğlunun simasında əks olunan erməni məsələsi də özəl açıqlama istəyir. Şakirin ölümdən qurtardığı oğul əsl erməni kimi nankor çıxaraq, azərbaycanlılara qarşı döyüşlərə qatılır. Suren isə “o ermənilərdən deyil” və Ağdamdan qaçmaq üçün öz “Moskviç”ini Şakirə verir. Amma kim deyə bilər ki, bu “xeyirxahlığın” altında erməni məkri dayanmır? Erməninin “Moskviç”ylə bütün Bakını gəzib dolanan Şakir finalda doğma yerlərə qayıdır, sərhəddi keçib, bu “it iyi verən” maşına od vurur. Yazıçı sanki bununla erməni getsin, maşını da dalınca deyir. Amma istənilən halda Surenin “xeyirxahlığına” müəllif yanaşması suallar doğurur:  bu, yazıçının hətta erməniyə qarşı da ədalətimi; yoxsa povestin həyata yaxınlığındanmı doğur? Məncə, hər ikisindən! Ədalət yazıçının vicdanında, cavabsız suallar isə gerçəkliyin özündədir. Fakta siyasətçi deyil, məhz yazıçı kimi yanaşan A.Abbasın uğuru da vicdan duyğusundan doğan bu obyektivliyindədir.

Povestin diqqəti çəkən daha bir yönü onun rəmzi-simvolik adıdır. Çay bu simvolikada ölkənin axıb gedən zəngin maddi sərvətləri, susuz qalan ağaclar isə insanlarını işarələyir. Son povestin öncəki əsərlərdən önəmli bir fərqi də məhz ekonomi sorunlarla ilgili üzə çıxır, müəllif sadəcə dış yox, həm də iç politikayla uğraşır. Odissey artıq yurda qayıdıb, odisseya isə hələ davam eləyir.

A.Abbas öz qarabağnamələrinə görə 2022-ci ildə İ.Əfəndiyev ödülü alıb. O istər bu əsərlər, istərsə də yarım əsrlik yaradıcılığına görə hər cür ödül və fəxri ada layiqdir. İnanıram ki, fədakarlıq və vətənsevərlik örnəyi olan ömrünün 70 illik zirvəsində sayın yazıçımızın əməyi dəyərincə qiymətləndiriləcək.  Sayğıdəyər yazıçımızı bu əlamətdar yubileyindən dolayı ürəkdən qutlayır, Uca Allahdan ona cansağlığı və yeni yaradıcı uğurlar diləyirəm.

Müəllif: Əsəd CAHANGİR

İlkin mənbə: /edebiyyatqazeti.az/

ƏSƏD CAHANGİRİN YAZILARI

AQİL ABBASIN YAZILARI

AQİL ABBAS HAQQINDA


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qarabağın başqa adı… Qulu Ağsəs

AQİL ABBAS – 70
Qarabağın başqa adı…
Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastına çıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün açığı. Tragikomediya… hə, bir az bu uyğun gəlir.
İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı gözüm onu axtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbas dizini qatlaya bilmir. Bu yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə.
Kolanı Məhəmməd kişinin oğlu.
Ağdam cayıllarının dostu.
Universitet tələbəsi.
Məmməd Arazın kürəkəni.
Bir neçə kitab müəllifi.
“Ədalət”in sahibi.
Yox, Ədalətin sahibi o deyil.
Aqil Abbasınkı:
qəzetdi,
dəftərdi,
qələmdi,
davadı,
torpaqdı,
yazıdı,
man…dat deyil.
Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyə aparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə söz deyər ki, topu buraxıb qaçarlar.
Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı:
– Aqil müəl…
– Mən müəlliməm, ə?
– Aqil bəy…
– Bəyin də … sənin də!
– Aqil qardaş…
– Adın nədi, başına dönüm?
Aldığı cavabdan sonra öz anası ağladı…
İçində dəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas.
Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu.
Aqil Abbas çox adamın xətrinə dəyib bu illərdə. Elə mənim də. Milli Qəhrəman Eldar Bağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi. Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Bir gün, iki gün… axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin… Dedi və getdi… Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən dalında gizlənəm. Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşanda özünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı. Beləcə… barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib bu illərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa, e-mail ünvanıma yazsın…
…Hərdən dünyanın üzündən
öpmək istəyirəm.
Görürəm, basırıqdı –
dünyanın üzünə tüpürürlər.
Mənsə növbəyə girmək istəmirəm.
Hərdən də dünyanın üzünə
tüpürmək istəyirəm.
Görürəm, qırğındı –
dünyanın üzündən öpürlər.
Dedim axı, növbədən zəhləm gedir.
Gərək dünyanın:
üzündən öpməyi də,
üzünə tüpürməyi də
bacarasan!
Aqil Abbas kimi…

Müəllif: Qulu AĞSƏS

İlkin mənbə: Ədəbiyyat Qəzeti

QULU AĞSƏSİN YAZILARI

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜNÜN FOTOSU – ŞƏLALƏ CAMAL

Şəlalə CAMAL (körpəsi ilə), İRADƏ TUNCAYAQİL ABBAS

ŞƏLALƏ CAMALIN YAZILARI


PDF: 
>>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günəşə at çapan oğlan… İradə TUNCAY

AQİL ABBAS – 70
Günəşə at çapan oğlan…
Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda?
Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram…
***
Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli…
İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı…
Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…”
Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər…
Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı…
Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq…
***
İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə…
İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi…
Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!!
Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə…
***
Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi…
***
…Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır…
Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur…
Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı…
Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki:
– Ay oğul, nə axtarırsan?
– Adın niyə burda yoxdu?
– Maşın İradə İbrahimovanındı.
– Həə? Sənin familiyan İbrahimovdu?
Paaa, Məşədiyə belə söz haa?
Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki:
– Nə qüsurum var, niyə saxladın?
– Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı.
– Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil…
Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir…
Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən.
Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən…
***
Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi…
Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır…
Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda…
***


Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki:
– Kəlbəcərə oxşayır…
Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə…
Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan…
…İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…


Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi…
Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!

Müəllif: İradə TUNCAY

İlkin mənbə: Ədəbiyyat Qəzeti,  İradə Tuncay

İRADƏ TUNCAYIN YAZILARI

AQİL ABBASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Millət vəkili, yazıçı Aqil Abbasın “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” romanının təqdimat mərasimi keçirilib.

Millət vəkili, yazıçı Aqil Abbasın “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” romanının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində baş tutan təqdimatda yazıçı Seyran Səxavət, tənqidçi Əsəd Cahangir, Akademik Nizami Cəfərov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, şair Ayaz Arabaçı, yazıçı-publisist İradə Tuncay, şair Qəşəm Nəcəfzadə, yazıçı Kənan Hacı, tənqidçi Vaqif Yusifli (red.Sərvanə Dağtumas), tənqidçi Elmir Həsən (red.Sərvanə Dağtumas) və A.Abbasın digər qələm yoldaşları və dostları iştirak ediblər.

Yazıçı jurnalistlərə açıqlamasında kitabında son illərdə Azərbaycan-Ermənistan arasında baş verən hadisələrə diqqət çəkdiyini bildirib: “Kitab Ağdamlıların çox sevdiyi Qarabağ haqqında yazılıb. Burada Qarabağ müharibəsindən bəhs edilir. Qarabağdakı insanların həyatından, qaçqın həyatından danışılır. 30 ildir ki, zaman keçirdi və doğulan uşaqlar Qarabağlı, Ağdamlı, Füzulili, Laçınlı olmurdu. Bu bizim yaralı yerimiz idi. Kitabda yumorla yanaşı böyük kədər var. Hətta bəzi yerlərində hönkürüb ağlamaq olar. Bədii əsər olsa da, burada tarixi faktlar da yer ayrılıb.

Təqdimatda iştirak edən ədəbiyyat adamları əsərlə bağlı fikirlərini bölüşüblər.

Tənqidçi Əsəd Cahangir romanın romantik və realist olduğunu bildirib: “ Romanı sözün yaxşı mənasında şumlamışam. Oxuduqca elə bil minalanmış ərazidə gedirdim, hər ayağımın altında mina çıxa bilərdi. Bütün hallarda yaxşı bir iş ərsəyə gəlib. Buna görə Aqil müəllimə təşəkkür edirəm”.

Akademik Nizami Cəfərov yazıçını sərt realizminə görə Ə.B.Haqverdiyevə, Sabirə oxşatdığını bildirib: “Lirikası da satirasından heç geri qalmır . Təbiət etibarilə Aqil həm də publisistdir. Onunla danışmaq da, dalaşmaq da rahatdır. Bilirsən ki, bir şey itirməyəcəksən. Onun istənilən romanını dili sadə aydın olduğu üçün sətirbəsətir əzbərdən deyə bilər. Böyük ədəbiyyat ilə cəmiyyətlə belə sərbəst davranan başqa bir adam yoxdur. Aqilin bu romanda da mənasız söz demək imkanı olmayıb”.

Millət vəkili Etibar Əliyev isə Qarabağ haqqında yaddaşımızın həcmini böyüdən əsərlər yazdığı üçün yazıçıya xüsusi təşəkkür edib:”Böyük Qarabağ yaddaşımızı formalaşdırdığı üçün ona təşəkkür edirəm. Aqil hər gün cammatın içində olduğu üçün sadə danışıq üslubunu ədəbiyyatına da tətbiq edib. Bu onu hamıdan fərqləndirir”.

Sonda yazıçı təqdimata gələnlər üçün kitablarını imzalayıb onlarla xatirə şəkil çəkdirib. Fotolar:

İstinad olunan mənbə: kulis.az

Məlumatı hazırladı: Sərvanə DAĞTUMAS,

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

AQİL ABBASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR


ZEMFİRA MƏHƏRRƏMLİNİN YAZILARI

>>>> Zemfira Maharramli. The Swallow’s Nest.


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQİL ABBAS

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Aqil ABBAS

Aqil Abbas (tam adı: Aqil Məhəmməd oğlu Abbasov; 1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.

HƏYATI
Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb, “Elm və həyat” jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda “Ədalət” (1990-cı ildən), “Boz qurd” (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi “Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. “Qiyamət gecəsi” və “Qapqara uzun saçlar” povestlərinin müəllifidir (2003).

2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.


MÜKAFATLARI
Azərbaycan komsomolu (1987) (“Ən yaxşı adam” kitabına görə)
Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı (1993)
“Məmməd Araz” adına ədəbi mükafat (1994)
“Dan ulduzu” (1993)
“Yaddaş”
“Zeynalabdin Tağıyev”
01.04.2013 — Azərbaycan “Şöhrət” ordeni.

KİTABLARI
Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.
Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.
Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.
Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.
Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.

FİLMOQRAFİYA
Biz qayıdacağıq (veriliş, 2007) (II)
Dolu (film, 2012)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru