Kateqoriya arxivləri: YAZARLAR

ƏSGƏR ORDUBADLI – DÖRD İLDƏN SONRA

Əsgər ORDUBADLI – şair, yazar.

DÖRD İLDƏN SONRA

Adım Samiddir. Dörd il idi ki ailəmdən ayrılmışdım. Daha o evdən əlaqəni kəsmiş, hətta yeddi yaşlı qızım Nurayı görmək üçün də getmirdim.
Qızımın mənim yolumu gözləməsini, ata nəfəsinə, ata qayğısına nə qədər çox ehtiyacı olduğunu da unutmuşdum.
Şəhərin mərkəzində ailəmdən uzaq bir yerdə ev kiralamış, tək-tənha orada yaşayırdım.
Evin də bütün işlərini özüm görürdüm. İkinci bir ailə də qurmamışdım, çünki evli olduğumu bilirdim, sadəcə gedib sahib çıxmaq istəmirdim.
Bəlkə də dörd ildən sonra yenidən qayıdıb getməyə utanırdım, yaxud da məni qəbul etməzlər deyə çəkinirdim.
Bir gün əsl möcüzə baş verdi.
Axşam düşürdü. Evə qayıdırdım. Yolun sağ kənarında daşın üstündə balaca bir qız uşağı oturub hönkür-hönkür ağlayırdı. Olardı yeddi – səkkiz yaşı. Balaca əllərini üzünə sıxmışdı. Ona yaxınlaşıb mən də yanında əyləşdim. O sanki bunu hiss etmir, ağlamağına davam edirdi.
Bir az nəvazişlə və bir az da təəccüblə soruşdum:
– Qızım nə olub, niyə ağlayırsan?
O əllərini üzündən çəkdi. Ağlamağını kəssə də dinmədi, sadəcə dərindən bir ah çəkdi.
Uşağın kədərli olduğu çöhrəsindən duyulurdu. Sanki kimsə onun qəlbini qırmışdı.

Hava olduqca soyuq idi. Külək uğuldayırdı. Uşağın əynində tək sadəcə bir qolsuz köynək və çox sadə bir şalvar olduğunu görüb təəccüblü soruşdum:
-Qızım üşümürsən? Hava çox soyuqdu axı…
Qız titrək səslə dedi:
– Üşüyürəm..
dedim elə isə niyə qalın geyimlər geyməyibsən… xəstələnərsən axı….
Qızcığaz sanki utandı və çəkinə-çəkinə astadan dedi:
– Qalın geyimlərim yoxdu ki….
və başını aşağı salıb dinmədi.
Yenə mən soruşdum
Qızım bərk üşümürsən?
dedi hə..
Əynimdəki pencəyi çıxarıb uşağın çiyninə saldım.
O başını aşağı salıb, əllərini bir-birinə sıxıb durmuşdu.
Adını soruşdum dedi Aytacdır.
Onunla bir xeyli söhbət etdikdən sonra məlum oldu ki, Aytac burada əyləşib həmişəki kimi anasını gözləyir.
Anası Səmayə xanım çörək sexində işləyir və birazdan gələcək, onlar evlərinə gedəcəklər.
Aytac asta səslə onu da əlavə etdi ki həmişə anam evə tez gələrdi, bu gün nəsə bir az yubanıb.
Atasını isə heç tanımır, deyir atam bizi atıb gedib. Hara getdiyini isə bilmirəm.
Aytacın bu sözündən çox məyus olsam da yenə soruşdum:
– Qızım, atan yenidən qayıdıb gəlsə nə edərsən, yenə də onu qəbul edib ata deyərsən, ya yox?
Aytac çox məyus hada
– O qayıdıb gəlməz, – dedi.
– İndi onun başqa arvadı, uşaqları var. O bizi istəməz.. yox qayıtmaz… birdə gəlməz…
O bu sözləri deyərək yenidən ağlamağa başladı.
Ona çox qəlbim yandı, bağrıma basıb gözlərini sildim, pörtülmüş lalə yanaqlarından öpdüm. Dedim ağlama qızım gör nə deyirəm.
– Atan səni çox sevir və haçansa qayıdıb gələcək, amma o elə bilir ki, yenidən qayıdıb gəlsə sən onu çox istəməyəcək, ona ata deməyəcəksən. Elə ona görə gəlmir bəlkə də…
Bu sözü deyərkən uşağın üzünə azacıq da olsa soyuq bir təbəssüm qondu.
O dedi:- Çox istərəm ki atam qayıdıb gəlsin, mənə təzə paltarlar, oyuncaqlar alsın.
Hamı kimi mənim də atam olsun.
Atam olsun ki, heç kim atan səni atıb gedib deməsin və mən də ağlamayım.
Ağlayanda bağrına basıb, gözümü silsin, qızım deyib saçlarımı sığallasın…
Çox istərəm…çox…çox….
Bu zaman Aytacın anası da işdən qayıtdı və qızını da götürüb evlərinə getdilər…
Mənsə o daşın üstündə bir xeyli oturub xəyala daldım.
Axı mən də bir atayam, mənim də yeddi yaşında bir balam var.
İndi mənim də qızım Aytac kimi ata yolu gözləyir bəlkə də…
O da istəyir ki mən onu bağrıma basım, üz gözündən öpüb, saçlarına sığal çəkim. O da istəyir ki, ata nəfəsini hiss etsin. Daima arxasında duracaq, onun qayğısına qalacaq, hər nazını çəkəcək bir atasının olduğuna inansın.
Bu düşüncələrlə birbaşa evə yollandım.
Həmin o evə.
Dörd ildir tək – tənha qoyub getdiyim ailəmin yanına.
Qapını döydüm. Həyat yoldaşımın çöhrəsindəki gülüşlər, qızımın boynuma sarılıb məni bərk-bərk qucaqlaması…

-Atam, daha səni heç yerə buraxmayacam, sən həmişəlik mənim atam olacaqsan deməsi…
Sanki o evə zülmətdən bir işıq doğdu, elə bil dörd illik həsrətlərinə son qoyuldu o gün.
Mən onlardan üzürxahlıq etdim, onlar da məni bağışladılar və çox şad oldular.
Əllərimi göyə açdım. Rəbbimə şükr etdim:
– Ey ucalardan uca olan Aləmlərin Rəbbi.
nə olaydı ki, kaş bir gün yolda gördüyüm o balaca qızın da atası etdiyi əməldən peşman olub öz ailəsinin yanına qayıdardı.

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac Azərbaycan mətbuatında (24.05.1988 Ağdam – 31.12.2021 Bakı)

Zaur USTAC – şair-publisist.

ZAUR  USTAC  AZƏRBAYCAN  MƏTBUATINDA

(24.05.1988 Ağdam – 31.12.2021 Bakı)

 (Zaur Ustacın 33 illik hesabatı)

  1. “Əməyə məhəbbət”, “Lenin yolu qəzeti”, 24.05.1988, say: 62 (7194), s.4.
  2. “Yaz ətirli sətirlər”, “Lenin yolu qəzeti”, 06.04.1989, say: 41 (7329), s.3.
  3.  “Soyuqda qalmışıq”, “Lenin yolu qəzeti”, 13.01.1990, say: 6 (7446),  s.4.
  4. “Təzadlı sətirlər”, “Lenin yolu qəzeti”, 05.04.1990, say: 39 (7479), s.4.
  5. “Təbrik” (BABKM-dan məzun olmaq münasibətilə),  “Təzadlar”,  20-27.07.1999, say: 28 (282), s.8.
  6. “Tuncaya” (şeirlər),  “Azad qələm”, 07-08.2015, say: 8 (111), s.2.
  7. “Min Şükür” (Şeirlər), “Yurd” say: 2-3, 2017, s.67.
  8. “Qarabağ atı” (Şeirlər), “Yurd” say: 3-4, 2017, s.43-44.
  9. “Həqiqət” (Şeirlər), “Yurd” say: 1-2, 2018, s.11.
  10. Vətən oğlu” (Şeirlər), “Yurd” say: 5-6, 2019, s.65.
  11. “Stereotipləri yox edən adam”, “Təzadlar”, 04.07.2017, say: 23 (2119), s.14.
  12. “Matah çiçək” (şeirlər), “Haqqın sədası”, 18.01.2018, say: 1 (291), s.9.
  13. “Söz müqəddəsdir” (şeirlər), “Ədalət”, 24.04.2018, say: 71 (5301), s.8.
  14. “Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…”, “Həftə içi”, 17-19.11.2018. səh. 8.
  15. “Bir kitaba yüklənmiş min fikir”, “Təzadlar”,    27.11.2018, say: 41 (2181), s.6-13.
  16. “Zaur Ustac xeyriyyə aksiyasına başladı”, “Təzadlar”, 11.12.2018, say: 43 (2183), s.16.
  17. “Əliş və Anna kitabı bizi 700 il bundan əvvələ apardı”, “Həftə içi”, 30.01.2019, say: 19 (3067), s.8.
  18. “Mübariz-31 layihəsi uğurla davam edir”, “Həftə içi”, 06.02.2019, say: 24 (3072), s.8.
  19. “Gəzdim” (şeirlər), “Həftə içi”, 20.02.2019, say: 34 (3082), s.8.
  20. “Nəzmi şah və ya Kəmaləddin Qədim”, “Həftə içi”, 12.03.2019, say: 47 (3095), s.8.
  21. “Oriyentir ulduzu – Bizi Qarabağa səsləyən kitab”, “Təzadlar”, 19.03.2019, say: 12 (2197), s.14.
  22. “Yuxu və ruh”, “Həftə içi”, 28.03.2019, say: 54 (3102), s.8.
  23. “Bu belədir” (şeirlər), “Həftə içi”, 04.04.2019, say: 59 (3107), s.8.
  24. “Oriyentir ulduzu – Mübarizə layiq povest”, “Təzadlar”, 27.04.2019, say: 21 (2206), s.14.
  25. “Dostum” (şeirlər), “Həftə içi”, 02.05.2019, say: 79 (3127), s.8.
  26. “Su dünyaya açılan bir pəncərədir”, “Həftə içi”, 03.05.2019, say: 80 (3128), s.8.
  27. “Gülünün şeirləri kitabı işıq üzü gördü”, “Həftə içi”, 18-20.05.2019, say: 90 (3138), s.8.
  28. “Dünyanın bir rəngi var”, “Həftə içi”, 21.06.2019, say: 110 (3158), s.7.
  29. “Dünyanın bir rəngi var”, “Həftə içi”, 25.06.2019, say:112 (3160) s.8.
  30. “Hərb Mövzulu yazılar”, “Ədalət”,26.06.2019, say: 113 (5577), s.4.
  31. “Hərb Mövzulu yazılar”, “Ədalət”,28.06.2019, say: 114 (5578), s.4.
  32. “Köçkün (qaçqın) Olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6.
  33. “Dağlar işıq üzü gördü”, “Həftə içi”,27-28.08.2019, say: 139 (3187), s.4.
  34. “Gülünün şeirləri”, “Ədalət”,29.08.2019, say: 140 (5604), s.6.
  35. “Zaur Ustac dağlar haqqında”, “Ədalət”,07.09.2019, say: 146 (5610), s.14.
  36. “Zaur Ustac dağlar haqqında”, “Təzadlar”,10.09.2019, say: 42 (2227),s,14,
  37. “Bir müəllim tanıyıram”, “Təzadlar”,01.10.2019, say: 45 (2230), s,13,
  38. “Bir Müəllim tanıyıram”, “Ədalət”,03.10.2019, say: 158 (5622), s,8,
  39. “Sehirli kitab”, “Həftə içi”,7-8.11.2019, say: 170 (3218), s,8,
  40. “Gülünün şeirləri-Sehirli kitab”, “Ədalət”,14.11.2019, say: 176 (5640), s,6,
  41. “Sehirli kitab”, “Təzadlar”,19.11.2019, say: 51 (2236) s.14.
  42. “Şair Qələndər Xaçınçaylıya Vintsas mükafatı təqdim edildi”, “Həftə içi”, 23-25.11.2019, say: 176 (3224) s.7.
  43. “Əliş və Anna poemasında əxlaqi-mənəvi dəyərlər”, “Ədalət”, 26.11.2019, say:181 (5645) s.6.
  44. “Əliş və Anna poemasında əxlaqi-mənəvi dəyərlər”, “Təzadlar”, 03.12.2019, say: 53 (2238) s.13.
  45. “Dilarə”(şeir), “Ədalət”, 05.12.2019, say: 185 (5649) s.7.
  46. “İldırım Əkbəroğlu kitabı işıq üzü gördü”, “Həftə içi”, 5-6.12.2019, say: 181 (3229) s.7.
  47. “Dünya malı, bu dünyada qalandı, Süleymanın hekayətin sal yada”, “Ədalət”, 16.01.2020, say: 7 (5667) s.7.
  48. “Vətənpərvərlik duyğularının bədii ovqatı” (Ustacam), “Telli Sənəm” say: 1, 2020, s. 24.
  49. “Vətən oğlu” (Şeirlər), “Azad qələm” say: 1, 2020, s. 41
  50. “Güllünün Şeirləri” (Reklam), “Mücrü” say: 1, 2020, s. 37.
  51. “Harada ədalət varsa,orda həyat,yaşam var”, “Həftə içi”,29.02.-02.03.2020, say: 22 (3261) s.8.
  52. “Söz bağında öz çiçəyi olan şair”, “Təzadlar”,03.03.2020, say: 9 (2250) s.13.
  53. “Zaur Ustac ustacılar haqqında”, “Həftə içi”,19-30.03.2020, say: 29 (3268) s.8.
  54. “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair”, “Ədalət”, 30.04.2020, say: 62 (5722) s.5.
  55. “Zaur Ustac – qələmdar olmaq missiyası”, “Təzadlar”, 05.05.2020, say: 12 (2253) s.14.
  56. “Zaur Ustac – qələmdar olmaq missiyası ”, “Həftə içi”,5-6.05.2020, say: 42 (3280) s.8.
  57. “Zaur Ustac – qələmdar olmaq missiyası”, “Ədalət”,16.05.2020, say: 69 (5729) s.14
  58. “Əliş bəy Kərəmlinin portreti yaradıldı”, “Həftə içi”,2-3.06.2020, say: 50 (3288) s.8.
  59. “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair”,”Həftə içi” 9-10.06.2020, say: 53 (3291) s.8.
  60. “Şəhid haqqı”, “Azərbaycan övladı”,12.06.2020. say:23 (2763), s.12.
  61. “Şair bəldiyyə sədrindən şikayətçidir”, “Həftə içi”, 25-29.06.2020, say: 59 (3297) s.7.
  62. “Şairə zibil atanları kim cəzalandıracaq?!”, “Təzadlar”, 30.06.2020, say: 19 (2260) s.11.
  63. “Sözün Xaqanı haqqında söz”, “Ədalət”, 09.07.2020, say: 91 (5751) s.6.
  64. “Sözün Xaqanı haqqında söz”, “Kredo”, 09.07.2020,  s.6.
  65. “Sözün xaqanı haqqında söz”, “Təzadlar”, 14.07.20,      say: 21 (2262) s.15.
  66. “Yazarlar təltif olundu”, “Ədalət”, 23.07.2020. say: 101 (5761) s.7.
  67. “Qələndər Xaçınçaylının diqqətə hetiyacı var”. “Təzadlar”,18.08.2020, say: 26 (2267) s.12
  68. “Qələndər Xaçınçaylının diqqət və qayğıya ehtiyacı var”, “Ədalət”,18.08.2020, say: 114 (5774) s.4.
  69. “Eynimə Gəldi ki”, “Kredo” , 10.09.2020, say:32 (1012)s.14.
  70. “Hasan Çakmak’a Azerbaycan’dan profesörlük ünvanı”, “Təzadlar”, 29.09.2020, say: 32 (2273) s.11.
  71. “Dövrün maarifçi şairi”, “Kredo”, 01.10.2020, say: 35 (1015) s.10.
  72. “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”, “525-ci qəzet”, 03.10.2020, say: 124 (5505) s.23.
  73. “Memar Əliş bəy Kərəmli”, “Ədalət”, 06.10.2020, say: 135 (5795) s.7.
  74. “Kremlin memarı Əliş bəy Kərəmli”, “Təzadlar”, 06.10.2020, say:33 (2274) s.12.
  75. “Memar Əliş bəy Kərəmli”, “ Kredo”, 08.10.2020, say: 36 (1016) s.15.
  76. “Ulusun ulusu – Turan yolçusu”, “Təzadlar”, 13.10.2020, say: 34 (2275) s.15.
  77. “Zaur Ustac yenilikçi şairdir”, “Kredo”, 15.10.2020,say: 37(1017) s.12.
  78. “Zaur Ustac – qələmdar olmaq missiyası”, “Ədəbiyyat Qəzeti”, 17.10.2020. say: 46 (5274) s.29.
  79. “Ulusun ulusu – Turan yolçusu”, “Kredo”, 13.11.2020, say: 41 (1021) s.15.
  80. “Sənətin seçdiyi adam – şəhid Həmdəm Ağayev”, “Təzadlar” qəzeti, 12.01.2021, say: 01 (2286), s.5-14.
  81. “Baş redaktordan”, “Yazarlar” jurnalı,
  82. “Zaur Ustacın uşaq dünyası”, “Yazarlar” jurnalı,
  83. “Can ay Ana” şeirlər, “525-ci qəzet”, 26.01.2021, say: 14 (5580), s.14.
  84. “Baş redaktordan”, “Yazarlar” jurnalı, say: 01 (01), s.3-5.
  85. “Zaur Ustacın uşaq dünyası”, “Yazarlar” jurnalı, 01 (01), s.6-31.
  86.  “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 10.02.2021, say: 06 (1036), s.15.
  87. “Qarabağda torpaq islahatları vacibdir, …”, “Təzadlar” qəzeti, 16.02.2021, say: 06 (2291), s. 11.
  88. “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 17.02.2021, say: 07 (1037), s.15.
  89. “Zaur Ustacın uşaq dünyası…”, “Kredo” qəzeti, 24.02.2021, say: 08 (1038), s. 5.
  90. “Baş redaktordan – Ustacam”, “Yazarlar” jurnalı, 02 (02), s.3-4.
  91. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Yazarlar” jurnalı, 02 (02), s.5-20.
  92. “Baş redaktordan – Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı”, “Yazarlar” jurnalı, 03 (03), s.6-17.
  93. “Baş redaktorun guşəsi”, “Yazarlar” jurnalı, 04 (04), s.3.
  94. “Zaur Ustac – Məşəqqət”, “Yazarlar” jurnalı, 04 (04), s.35 – 39.
  95. “Zaur Ustac – Hərb mövzulu yazılar”, “Xəzan” jurnalı N 2 (33) Aprel-May 2021-ci il s.42-44.
  96. “Zaur Ustac – Əli bəyin Hərbi Zəngilanına səyahət”, “Xəzan” jurnalı N 2 (33) Aprel-May 2021-ci il s.117-119.
  97. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 05 (05), s.3.
  98. “Zaur Ustac – Belə bir kitab var – Araz Şəhrilinin kitabı”, “Yazarlar” jurnalı, 05 (05), s.32 – 37.
  99. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Kredo” qəzeti, 26.05.2021, say: 19 (1049), s. 9.
  100. “Qarabağ Azərbaycandır, Azərbaycan isə dünyamız! DƏYƏRLİ ALİM QURBAN BAYRAMOVUN 75 İLLİYİNƏ” Yubiley təbriki, “525-ci qəzet”, 27.05.2021, say: 92 (5658), s.13.
  101. “Zaur Ustacın şeirlərində uşaq obrazları”, “Kredo” qəzeti, 02.06.2021, say: 20 (1050), s. 14.
  102. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 06 (06), s.3.
  103. “Zaur Ustac – Bir kitaba yüklənmiş min fikir”, “Yazarlar” jurnalı, 06 (06), s.22 – 29.
  104. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 07 (07), s.3.
  105. “Zaur Ustac – Əli bəyin “Hərbi Zəngilan”ına səyahət”, “Yazarlar” jurnalı, 07 (07), s.47 – 56.
  106. Zaur Ustac – “Mən eşq atəşiyəm”(Vahid Çəmənlinin 65 yaşına), “Xəzan” jurnalı N 3 (34) İyun-İyul 2021-ci il s.48-49.
  107. Zaur Ustac – “Nuranə Rafailqızı sözünün nuru”, “Kredo” qəzeti, 28.07.2021, say: 27 (1057), s.13-16.
  108. Zaur Ustac – “Söz mülkümüzün Cənub qütbü”, “Bütöv Azərbaycan” qəzeti, 06.08.2021, say: 17 (408), s.8.
  109. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 08 (08), s.3.
  110. Zaur Ustac – “Səma Muğanna – Yeni Günəş”, “Həftə içi” qəzeti, 9-15.09.2021, say: 76 (3400), s.7.
  111. Zaur Ustac – “Şanlı zəfərimizin memarına ithaf” (şeirlər), “Bütöv Azərbaycan” qəzeti, 10.09.2021, say: 22 (413), s.14.
  112. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 09 (09), s.3.
  113. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 24.09.2021, say: 24 (415), s.13.
  114. Zaur Ustac – “Şeirlər”, “Ədəbiyyat qəzeti”, 25.09.2021, say: 38 (5324), s.28.
  115. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 28.09.2021, say: 33 (2318), s.14.
  116. “Ruhumuzun aşısı “Nəsihətlər” – Zaur Ustac”, “Həftə içi” qəzeti, 30.09.2021, say: 79 (3403), s.7.
  117. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 10 (10), s.3.
  118. “Zaur Ustac – Şəhla Babayevanı yaxından tanıyaq”, “Yazarlar” jurnalı, 10 (10), s.81 – 88.
  119. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 15.10.2021, say: 27 (418), s.14.
  120. “O şeiri bir də söylə Ərdoğan” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 19.10.2021, say: 36 (2321), s.15.
  121. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 11 (11), s.3.
  122. “Zaur Ustac – O şeiri bir də söylə, Ərdoğan”, “Yazarlar” jurnalı, 11 (11), s.9 – 18.
  123. “Zaur Ustac – Şeirlər”, “Yazarlar” jurnalı, 11 (11), s.81 – 86.
  124. Zaur Ustac – “Şeirlər”, “Ədəbiyyat qəzeti”, 13.11.2021, say: 45 (5331), s.27.
  125. “Tikdim ki, izim qala” – Zaur Ustac”, “Təzadlar” qəzeti, 16.11.2021, say: 39 (2324), s.14.
  126. Zaur Ustac – “Nuranə Rafailqızı sözünün nuru”, “Kredo” qəzeti, 18.11.2021, say: 47 (1077), s.6.
  127. “Tikdim ki, izim qala” – Zaur Ustac”, “Bütöv Azərbaycan” qəzeti, 19.11.2021, say: 31 (422),s.12.
  128. Zaur Ustac – “Nuranə Rafailqızının sözünün nuru”, “Xəzan” jurnalı N 5 (36) Oktyabr-Noyabr 2021-ci il s.102-105.
  129. Zaur Ustac – “Qırmızı yarpaqlı ağac” (hekayə), “Bütöv Azərbaycan” qəzeti, 10.12.2021, say: 34. (425), s.12.
  130. “Baş redaktordan”, “Yazarlar” jurnalı, 12 (12), s.3.
  131. “Zaur Ustac – Psixoloqun qəbulunda” (hekayə), “Yazarlar” jurnalı, 12 (12), s.7 – 34.
  132. “Zaur Ustac – Qırmızı yarpaqlı ağac” (hekayə), “Yazarlar” jurnalı, 12 (12), s.68 – 74.
  133. “Zaur Ustac – Əsl hədiyyə” (tərcümə), “Yazarlar” jurnalı, 12 (12), s.88 – 94.
  134. Zaur Ustac – “Ömrüm-bir yaşıl yarpaq” (Ayətxan Ziyadın 70 yaşına), “525-ci qəzet”, 14.12.2021, say: 228. (5794), s.14.
  135. Zaur Ustac – “Qırmızı yarpaqlı ağac” (hekayə), “Kredo” qəzeti, 16.12.2021, say: 49. (1079), s.7.
  136. Zaur Ustac “Ziyadar” diplomunu təqdim edib. “Ədəbiyyat qəzeti” , 18.12.2021, say: 50. (5336), s.31.
  137. Zaur Ustac “Nizami” diplomunu təqdim edib. “Bütöv Azərbaycan” qəzeti, 24.12.2021, say: 36. (427), s.10
  138. *Davamı 2022-ci il siyahısında.

 

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI – UŞAQ ŞEİRLƏRİ

Nuranə RAFAİLQIZI – həkim, şair.

Novruz və xoruz

Kəndə gəzməyə

Gedibdi Novruz.

Səhər o başdan

Banladı xoruz.

* * *

Durub yuxudan

Əynin geyindi.

Dodağı altda

Xeyli deyindi.

* * *

Babasın görcək

Novruz soruşdu:

-Ay baba, xoruz

Nə tez durmuşdu?

* * *

Baba dilləndi:

-Xoruzlar səhər,

Hamını işə,

Gücə səsləyər.

* * *

O banlamasa,

Yatıb qalarıq.

Novruz dilləndi:

-Zəngi qurarıq!

* * *

Xoruz doyunca

Yatmır hamıtək.

Axşam onunla

Danışım gərək!

* * *

Səhərə qədər

Qoy, yatsın rahat!

Sübhə qurarıq

Biz zəngli saat!

                      

     Turalın sualları

-Ana, söylə bu kimdi?

-De görüm, bəs bu nədi?

-O niyə axı elə?

-Bəs, bu niyə belədi?

* * *

Hər nə görsə, nə tapsa

Hər şeyə verir sual.

Cavabın almayınca,

Dayanmır kiçik Tural.

* * *

Sual doğur sualdan

Ha cavab verir ana,

Düşüb əldən-ayaqdan

Belə söyləyir ona:

* * *

-Oğul bala, hər şeyin

Niyəsi olmur axı!

Kiçik Tural sakitcə

Durub anaya baxır.

* * *

Gedib bir az düşünüb

Yenə gəldi yanına:

-Sonuncu sualımdı

Olar verim, ay ana?

* * *

-De görüm düşündüyün,

Bu dəfə nəyin nəsi?!

-Ay ana, bəs hər şeyin

Niyə olmur niyəsi???

                        

  Cavid və meyvəqurdu

Səhər-səhər o başdan,

Cavid ağaca çıxdı.

Ən yaxşı meyvələri

Dərib səbətə yığdı.

* * *

Yığdığını həvəslə

Yudu, qoydu süfrəyə.

İstədi dərs oxusun

Meyvədən yeyə-yeyə.

* * *

Hansını götürdüsə,

İçində- meyvəqurdu.

Kiçik Cavid hirslənib,

Qurda belə buyurdu:

* * *

-Hansına əl atıram,

İçindən sən çıxırsan.

Heç nə olmamış kimi,

Düz üzümə baxırsan.

* * *

Meyvələrin hamısın

Yeyəcəksən elə sən?

Bu bağı babam salıb

Mənim üçün, biləsən!

                             

Nurayın çiçəkləri

Öz əlləriylə

Əkib dibçəyə.

Həvəslə qulluq

Edir çiçəyə.

* * *

Evə kim gəlir,

Dəstələyib pay.

Verir hamıya

Balaca Nuray.

* * *

Deyir: -Bunlardan

Dünyada təkdi.

Özüm əkmişəm

Ona görə də

        belə qəşəngdi!

                         

Şəbnəmin dişləri

Qarşıda qaralıbdı

Şəbnəmin iki dişi.

Görən-görən deyir ki,

Dişlərinə qurd düşüb.

* * *

Anası dilə tutur,

Qızını səhər-axşam:

-Bir gün gedək, göstərək

Həkim baxsın, ay balam!

* * *

Axır ki, yola gəlib

Yoxladır dişlərini.

Həkim deyir:- Çıxartsaq,

Tutacaq öz yerini,

* * *

O süd dişidi hələ.

Dişlərini fırçala!

Qoz-fındığı ağızda

Qırmaq olmaz, ay bala!

* * *

Bunu eşidən kimi,

Şəbnəm ayağa durdu:

-Həkim, çəkmə dişimi,

İçindən çıxart qurdu!

                                 

      Əli düşür həyətə

Hər axşam nəyi varsa,

Yığır kiçik səbətə.

Birlikdə oynamaqçün

Əli düşür həyətə.

* * *

Elə ki, bir az keçir

Hay-küy qopur, nə qopur.

Qonşunun bağçasına

Düsüb kiminsə topu.

* * *

Başlayır dava-dalaş:

-Kim yumur gizlənpaçı?

-Kim qırdı əlbəndini?

-Kim uddu qovduqaçı?

* * *

Oyuncağı qırılır,

Gah küsür, gah ağlayır.

Nə qədər hirslənsə də,

Həyətdə oynamaqdan

             kiçik Əli doymayır!

                                        

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏMA MUĞANNA – SƏRBƏST

Səma MUĞANNA – gənc yazar

Doğmayan Günəş…

  Bu sabah ömrümün baharında doğan günəşin qollarından yapışıb

   Sənin yolunda qaçıram…

  Böyüməyən qəlbim səninlə yenə qəh-qəhə atıb,

   Acılarını torpağın dərinliyinə gömüb qaçır…

   Bəlkə də acılarından deyil,səninlə olan xatirələrindən qaçır…

   Bir sabah yenə oyandığımda doğmayan günəşi görüb,

    Torpağa basdırdığım acılarımı geri qaytarmaq üçün çarpışıb vuruşuram…

    Qan axıtdığım göz yaşlarım torpağı isladır…

    Bəlkə də o torpağa gömdüyüm sənə olan sevgim olub,acılarım deyil?

    O zaman haram olsun,yaşadığım illər…

    Əgər elədirsə,sən al məndən illərimi ömür parçalarınla birləşdir.

    Titrək,dayanmadan döyünən ürəyinə sıxıb qucaqla onları…

    Hər dəfə qucaqladıqda məni yada sal,çünki…

    Çünki o doğmayan günəşin arxasında gizlənən elə mən özüməm…

    Mən sənin gecələrinin dərmanı,sabahlarının isə acısı,dərdiyəm…

    O doğmayan günəş də mənəm…

    Bir gün yenidən doğulacam…

    O gün…

     Sən gecənin hökmünü əllərinə aldığın zaman olacaq…

* * *

                                   Bağlı qapılar…

Zülmətin qapıları açıqdırsa və mən getməliyəmsə,məni susduran nədir axı?

Niyə mən göz yaşlarıma sahib çıxa bilmirəm?

Niyə mən gizlətdiyim dərdlərimin acısını yaşaya bilmirəm?

Niye mən gözlərimdə yol çəkən illərimi geri gətirə bilmirəm?

Niye axı? Yoxsa..

Yoxsa mən zülmətin qapıları açıq da olsa,yuxusuzluga məhkum olan acılarıml yaşayıb,dərmanı tapılmayan səhərin yalançı təbəssümlə insanların gözünü qamaşdıran günəş olmalıyam?

Demək olmalıymışam…

Demək olmalıymışam ki,səhərləri qəhqəhə ataraq yollandığım küçələr zülmətin hökmü qarşısında aciz qalsın.

Zatən acizdir ki,göz yaşlarım insanların deyil,mənim ölüm fərmanımdır!

Mənim ölüm fərmanımdır,bəli…

Çünki mən göz yaşlarımı zülmətə təslim etməmək üçün hayqıraraq deyil,

içimdə bogub,sonra da yaşadıb

damlaları yavaş-yavaş,aram-aram və heç kəs bilmədən axıtmışam…

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU – ANA

İldırım Əkbəroğlu – şair.

ANA
(Dünya işığına həsrət qalan anama…)

Bir ana gözünə işıq nədir ki,
Aldı görməmiş tək, tamarzı təki.
Bəlkə həyat verən istəmədi ki,
Görəsən dünyanın nəsini, ana!

Sən də həyat verən,sən də bir sirsən,
Əllərin göylərdə, hey baş əyirsən.
Yenə də gözünü qurban deyirsən,
Eşitsən övladın səsini, ana!

Nə var göy üzündə, yeddinci qatda,
Behişt də, cənnət də ayağın altda.
Tanrı imtahana çəkər həyatda,
Deyirlər sevdiyi kəsini , ana!

İldırım, o verdi həyatı sənə,
Günəş, Ay nurunu tökdü üzünə.
Nur verə bilməyib nursuz gözünə,
Şad edə bilmədim mən səni, ana!

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞÜKRANLIQ

Zaur USTACşair-publisist.

“ƏLİŞ  VƏ  ANNA

(Poemadan bir parça)

      Poema görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin (21.04.1322, Şamaxı – 22.06.1371, Moskva) anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmışdır.

ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki,  haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə, utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – “Üşüyən“ ocaq

Leyla YAŞAR

“ÜŞÜYƏN“ OCAQ
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu. Sobanın içindəki közərən od sönmək üzrə idi. Alovlanmağa can atan köz, yorulur, kömürə dönürdü.
– Fevralın qarlı, şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı, görəsən?- Bu nədi belə, stolun üstündə mürəbbə, çörək, yağ, pendir, soyulmuş yumurta? Nələr oldu bu evdə?

– Hər səhər yuxudan durub ocağı alışdıran, o əli qabarlı ata, ona kömək edən məktəbli, qaraşın oğlan hardadılar görəsən?

– Anasına kömək edən, o uzun saçlı, nazlı qəmzəli qızcığaz hanı bəs?

– Xəmir yoğurub, üstünü bağlayıb isti sobanın yanına qoyan, hərdən gəlib, xəmirin gəlib-gəlməməsini yoxlayan o xanım haradadı bəs?
Bunlar hara getdi birdən-birə? Lap darıxdım.

– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən ağacın içindən sanki göz yaşları süzülür, onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi.
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı. Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .

– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər. Nə yaman bərkdən danışırlar. Deyəsən bayramlarıdı. İlahi, bu nədi belə?
Yaxınlaşıb sobanın içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi. Nə qədər etsədə ocağı yandıra bilmədi. Hirslə sobaya bir təpik vurub, öz dilində nəsə deyib, onu yerli dibli götürüb həyətə tulladı. Hikkəsi soyumadığından zirzəmini açıb, onu zibil kimi ora necə atdısa, dəmir soba bir neçə yerdən zədələndi .

– O günlər harda qaldı? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan, qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldığı günlər?
Atayla oğul onu ordan ehtiyyatla götürüb, həyətin ortasında rəngləyərdilər, içinə quru odun yıgıb bir-iki gün oradaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər, ilk ocaqlarını çatardılar. Başına yığışıb istisinə qızınardılar. Çox doğma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmağa məcbur oldu. Hərdən sevmədiyi zəhirmar yağan sifətlər gəlib zərblə qapını açar, nələrsə yıgıb gedərdilər . Tər-təmiz zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər. Zirzəmidə ona xoş olmayan qoxular bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı buradan gəlib bankaları çıxardıb, içərisini səliqə ilə doldurub gətirib yerinə yığardı.
Qışda onun başına yığışıb, o bankaları açıb elə ləzzətlə yeyərdilər ki…
İndi… Bu nədi, qıcqırmış şərab iyi, qapağı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını “yaşayan” dəmir soba artıq dözə bilmirdi.
İçində ocaq çatılmayan soba darıxmağa başlamışdı. Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi. Zirzəmidə mürgü vura-vura illəri bir-birinə calayırdı. Bir neçə gündü çöldə eşidilən, yeri silkələyən səslər yavaş- yavaş azalırdı. Evin sakinlərinin səsi küyü kəsilmişdi. Yoxa çıxmışdılar deyəsən.
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını, şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki, zirzəmidə nə vardısa hamısını çölə yığmışdılar. Bir tək ona əl vurmadılar. Nə yaxşı ki, onu götürmədilər.
Və bir gün, həmın gün zirzəmin qapısı yavaşca açıldı. İçəri girən iki oğlan onu qucaqlarına götürüb, doğma yerinə aparıb qoydular.
Yox bunlar köhnə sakinlər deyildi. Amma danışıq səsləri ona o qədər doğma gəlirdi ki… Evin səliqəsi geri dönmüşdü.

– Aha, bu qaraşın oğlan. Ocağı alışdırmağa çalışan qaragöz oğlan. Həmən məktəbli, nə yaman dəyişib, əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocağı sevgi ilə qalayıb, əvvəl sobanı, sonra otagı qızdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə, ehtiyyatla toxunurdular.
Əsgərlər ocağın ətrafına yığışıb əvvəl əllərini qızdırdılar, sonra qazan asdılar. Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan doğmalıq, ev sahiblərindən 30 ildi ayrı düşən “üşüyən” ocağı isitməyə başladı. Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb, bir evi, bir eli isitdi. Alovun rəqs edə-edə yanıb, şölə saçdığı o işıltı evə gözəl nəşə gətirdi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BB

“Kulis.az”ın  “İlin hekayəsi”  müsabiqəsində (archive.vn) ən çox oxunan hekayə.

BB

(Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş hekayə)

20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

– Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın.

– Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum.

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

– Xeyr. Soruşdular işçilərdən orada kim var?

– Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı, – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – Xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:

– Olar, sizə elə kəsədən Əli müəllim deyim?

– Bəli. Olar. Buyurun. Eşidirəm sizi.

– Sizi “BB”-dən İlahə xanım narahat edir.

– Buyurun, İlahə xanım, – Məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur. – davam etdim.

– Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?

– Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?

– Bəli. Zəhmət olmasa, qeyd edin.

– Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:

– Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.

– Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.

– Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:

– Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:

– Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:

– Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı.

– Əli Mülayim.

– Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.

– Elədir.

– Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.

– Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.

– Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.

– Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.

– İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm?

– Nə mənada?

– Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?

– Əlbəttə.

– Onda başlayaq.

– Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.

– Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.

– Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın.

– Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?

– Bəli. Bəli. Yaxşı yadımdadır.

– Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.

– Üzr istəyirəm, niyə məhz belə?

– Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.

– Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?

– Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.

– Bəs onlar nə iş görürdülər?

– “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.

– Bəs sökməyiblər oranı?

– Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.

– Üzr istəyirəm, belə niyə?

– Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.

– Bu işlə yalnız Bakıda məşğulsunuz?

– Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.

– Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?

– Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.

– Bəs Ballı xanımdan başqa?

– Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:

– Evlisiniz, subay?

– Subay.

– Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?

– Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.

– Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.

– Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.

– Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!

– Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.

Son
06.12.2021 – Bakı ş.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏN ÇOX OXUNAN HEKAYƏ

ZAUR USTACIN HEKAYƏSİ

ƏN ÇOX OXUNAN HEKAYƏ

Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi”  müsabiqəsində  (archive.vn)  209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

İlİLKİN MƏNBƏ:

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

FƏRİDƏ ABDULUN ŞEİRİ

Fəridə ABDUL – şair, yazar, filoloq

Uşaqlığımla söhbət…

Verələr uşaqlığımı
Tutam isti əlindən,
Apararam keçmişə
Anam layla deyənə,
Atam sığal çəkənə,
Nənəm isti çörəyə
Pendir,yağı çəkənə.
İsti yorğan altından
Saat 5də oyadıb
Məktəbə hazırlayan
Anamın qızıl səsi,
Qulağıma dəyənə.
Atamın ağır əli
Qəzəblənib arabir
Evə gec gəldim deyə
Sillə olub bir anlıq
Yanağıma dəyənə.
Əyiləm ona sarı,
Deyəm qorxma,çəkinmə
Güvəndəsən indicə
Anan,atan  sağdısa
Bu dünyadan,həyatdan

Amandı sən incimə.
Dərd çəkməyə vaxtın bol,
Hələ çat bir əlliyə,
Gör necə ağır həyat
İsti döşəkdən durmaq,
Ağır çanta daşımaq,
Dərd deyil, dərd əsasda
Həyat yükü daşımaq.
Oynamağa adam yox
Geyinməyə paltar yox
Dərd inan, bunlar deyil
Danışmağa adam yox
Güvənməyə insan yox
Bax bunlardı əzablı.
Sən mənə çatan kimi
Bu həyat yollarında
Mən kimi səhv döngələr
Dönmə saqın,ağır get.
Aldanma bir kimsəyə
Dost demə sən hər kəsə
Sıxma hər ötən əli
Baş qoyma yad çiyinə.
Mən istərəm sən olum,
Sən mən olmağa tələsmə.


Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru