ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

ADPU-nun “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibov təyin olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “MEH” ədəbi dərnəyinin yeni rəhbəri Firuz Yusibovdur.

Firuz Yusibov 2005-ci ildə Gədəbəy rayonun anadan olub. 2023-cü ildə orta təhsilini başa vuraraq, ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. Hazırda III tədris ili tələbəsidir.

Tələbəlik dövrünün ilk günlərindən gənclərin inkişafına yönəlmiş müxtəlif təlim və proqramlarda fəal iştirak edib. “MEH” ədəbi dərnəyinin təşkil etdiyi layihə və tədbirlərdə fəallığı ilə fərqlənib. O, bir çox layihə və tədbirlərdə aktiv iştirak edib, fəaliyyəti sertifikat, fəxri fərman və təşəkkürnamələrlə dəyərləndirilib.

O, 2 Fevral-Azərbaycan Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktivliyinə görə təltif edilib, özəl təhsil müəssisələri tərəfindən təşkil edilən təlimçilər üçün təlim proqramını uğurla tamamlayıb.

COP29 çərçivəsində aktiv könüllülük fəaliyyəti göstərib.

Qeyd edək ki, “MEH” ədəbi dərnəyinin yaradıcısı prof. Mahirə Nağıqızı (Hüseynova)dır.

ADPU-nin Filologiya Fakültəsi

Qəzənfər Məsimoğlu – … bu payız …

PAYIZI ASMIŞAM YARPAQLARINDAN

Duyğum gərilibdi, hissim tarımdı,
Sinəmdə çəkdiyim ahu-zarımdı,
Bir fəsil qocaldım, günahkarımdı,
Payızı asmışam yarpaqlarından.

Əl atıb barımı vədəsiz dərər,
Xəzan yorğanını üstümə sərər,
Qorxuram sevgimə sarılıq verər,
Payızı asmışam yarpaqlarından.

Soldurdu ömrümün göyçəklərini,
Baxçamın açdığı çiçəklərini.
Qoyub tərəziyə etdiklərini,
Payızı asmışam yarpaqlarından.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Milli Kitabxanada “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

3 oktyabr tarixində Milli Kitabxana tərəfindən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Milli Kitabxanasının, Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycana gətirilmiş klassiklərimizin əlyazmalarının sərgisinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov, Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.

Təqdimat zamanı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Direktor sərgidə “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi çərçivəsində müəyyən olunaraq Milli Kitabxanaya gətirilən Azərbaycan ədəbiyyatının klassiklərindən Nizaminin, Nəsiminin, Füzulinin və digər Azərbaycanın müdrik şəxsiyyətlərinin qiymətli əlyazmalarının nüsxələrinin nümayiş olunduğunu söyləyib.

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Milli-mənəvi dəyərlərin Vətənə qayıdışı” layihəsi üzrə Azərbaycan Milli Kitabxanasına gətirilmiş klassiklərimizin əlyazmalarının elektron nüsxələridən ibarət “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” adlı elektron məlumat bazası da yaradılıb.

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

Adilə Nəzər – Payız

PAYIZ

Bir gülün yarpağında barmaq izini gördüm,
Demək, sən toxunubsan, rəngləri dəyişən “qız”.
Titrək ləçəklərində soyuq bir hüzün vardı,
Küsdürüb göndərmisən kəpənəyini, payız.

Soyudubsan Günəşin qızıl rəngli gözünü,
Ağaclarda budaqlar ayrılığı oxuyur.
Səssiz-səssiz fəth edir buludlar göy üzünü,
Həzin rüzgar ruhuma sarı köynək toxuyur.

Quşlar köç yolundadır, vida qanadı çalır,
Torpaq islaq, hava nəm, duyğular axınlaşır.
O kollar, sarmaşıqlar məni yadıma salır,
Baharım keçb gedir, payızım yaxınlaşır.

03.10.2025.

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

Arzu Əsəd yazır

“Kruq” ədəbiyyatı

Ədəbiyyatı, xüsusilə də, poeziyanı idman kimi rəqabət alətinə çevirmək olmaz. Əşyanın təbiətinə ziddir. “Kruq” ədəbiyyatı yaradıcı insanların yeniyetməlik çağlarında müəyyən istiqamətdə yetişmələri üçün lazımdır. Dunya ədəbiyyatinda bəzi məshur yazıçı, şairlər ədəbiyyata gəldikləri ilk vaxtlarda müəyyən “kruq”lara girib çıxmış, lakin bir qədər sonra özlərinin fərdi üslublarını yaratmışlar. Yetkin ədəbiyyat son dərəcə təmərküzləşmə tələb edən fərdi yaradıcılıq işidir. Şairlik, yazıçılıq azad insanların özünü ifadə məsələsidir. “Kruq” yaratmaq işbazlıqdır, bəzi çoxbilmis yaradıcı şəxslərin daha zəif iradəli gənc istedadları öz ətrafına toplayaraq, ədəbiyyat adına, əslində, qeyri-ədəbi rəqabət mühiti yaratmaq istəkləridir. Bunun bir çox psixoloji və sosial səbəbləri var. Həmin “kruq” yaradan istedadlı şəxslər uzun muddət rəsmi ədəbi çevrələr tərəfindən ədalətli münasibət görmədikləri üçün təbiət qanunlarına müvafiq olaraq yaşamaq uğrunda mübarizənin bu üsuluna əl atmalı olurlar. Beləliklə, ədəbi cameədə bir tərəfdən rəsmi bürokratiya, ədəbi prokuror və hakimlər, “mentlər”, digər tərəfdən isə qeyri-rəsmi ədəbi “vor zakon”lar, avtoritetlər, “şestyorkalar”, “killerlər” meydana çıxır. Məcburiyyətdəndir – demək də olar. Ancaq, pis olan odur ki, bu, ilk baxışda ədəbiyyata aidmis kimi görünsə də, ədəbi rəqabət adı ilə təqdim olunsa da, əslində, çox adi bir məişət, mənsəb davasıdır. Nəticədə, öz ruhunun dərinliyinə çəkilərək fərdi yaradıcılıq işi ilə məşğul olub cəmiyyətə əsər bəxş etməli olan istedadlar qruplaşmağa, “kruq” yaratmağa, işbazlıq etməyə məcbur olurlar. Bu “kruq”, bu məcburi bir yerdəlik isə getdikcə ədəbi müstəvidən çıxıb çirkin məişət, mənsəb intriqalarına çevrildiyinə gorə bir muddət sonra dağılmağa məhkumdur. Ümumiyyətlə, bütün kruqlar dağılmağa məhkumdur…Eksperiment üçün siçanları bir yerdə quyruq-quyruğa bağlayıblar, üç-dörd saatdan sonra onlar bir-birlərini didib-gəmirməyə başlayıblar.

Müəllif: Arzu Əsəd

Arzu Əsədin yazıları

Bakı Beynəlxalq Kitab Sərgisində “Tanrılar meşəsi” romanının tərcüməçisi ilə görüş keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisində “Tanrılar meşəsi” romanının tərcüməçisi ilə görüş keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıcılar Birliyi və Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi, litvalı yazıçı Balis Sruoqinin “Tanrılar meşəsi” romanını Azərbaycan dilinə tərcümə edən Mahir Həmzəyevlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Litva Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kestutis Vaşkeleviçus açıb. Diplomat oxucuları Azərbaycan dilində salamlayıb.

O, çıxışında Litva ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsində ədəbi-mədəni layihələrin əhəmiyyətini qeyd edib, həmçinin “Tanrılar meşəsi” romanının Azərbaycan dilində nəşrinin vacibliyini vurğulayıb.

Görüşdə Mahir Həmzəyev əsərin bədii dəyəri, tarixi, milli, mədəni, sosial, geosiyasi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O qeyd edib ki, Sruoqinin romanı təkcə bəşər tarixinin faciəvi səhifəsinin təzahürü deyil, həm də keçmişin xatirəsini diqqətlə qorumaq zərurətini yada salan mühüm xatırlatmadır.

Qeyd edək ki, litvalı yazıçı Balis Sruoqanın “Tanrılar meşəsi” romanını Azərbaycan dilinə tərcümə edən Mahir Həmzəyev təkcə tərcüməçi deyil, həm də xüsusi redaktor, tərtibçi, şərhlərin, izahlı qeydlərin və ön sözün müəllifi kimi fəaliyyət göstərib.

Müəllif Sruoqa 1943-1945-ci illərdə Almaniyanın Ştutthof konsentrasiya düşərgəsində dustaq olub və orada dəhşətli sınaqlara məruz qalıb. O, romanında düşərgə həyatının dəhşətlərini, qeyri-insani işgəncələri, birbaşa şahidi olduğu dramatik hadisələri təsvir edir. Onun əsəri sənədli dəqiqliyi bədii təfsirlə birləşdirərək, “Tanrılar meşəsi”ni nasist konsentrasiya düşərgələri haqqında dünya memuar ədəbiyyatının ən orijinal nümunələrindən birinə çevirir.

İlkin mənbə: AZƏRTAC

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahir Həmzəyev: Azərbaycanın Baltikyanı ölkələrlə əlaqələri yeni məzmun kəsb edir

Mahir Həmzəyev: Azərbaycanın Baltikyanı ölkələrlə əlaqələri yeni məzmun kəsb edir

Tədqiqat və yaradıcılıq axtarışlarımın əsas məqsədi Azərbaycan və Baltikyanı xalqlar arasında qədim kökləri və az məlum olan tarixi-mədəni əlaqələri üzə çıxarmaq, onların əhəmiyyətini yüksəltmək və yeni məzmunlu mədəni körpülər qurmaqdır.

Bu barədə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Yazıçılar Birliyi və Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvü, ədəbiyyatşünas, publisist və tərcüməçi, litvalı yazıçı Balis Sruoqinin “Tanrılar meşəsi” romanını Azərbaycan dilinə tərcümə edən Mahir Həmzəyev AZƏRTAC-a müsahibəsində bildirib.

“Çalışıram ki, ölkələrimiz mənəvi cəhətdən bir-birinə daha da yaxınlaşsın, mehriban qonşuluq münasibətləri genişlənsin, qarşılıqlı əlaqələri güclənsin, Azərbaycanın Baltikyanı ölkələrdə imici daha da yüksəlsin”, -deyə Mahir Həmzəyev vurğulayıb.

Onun sözlərinə görə, xalq diplomatiyasına xüsusi diqqət yetirilməlidir. Həmsöhbətimiz qeyd edib ki, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mədəni və tarixi əlaqələrdən səmərəli istifadə edilməlidir. Həmçinin Azərbaycan ilə Baltikyanı ölkələr arasında münasibətlərdə sovet dövrünün irsinə indiki şəraitdə yenidən baxılmalıdır.

M. Həmzəyev qeyd edib: “Bu gün əməkdaşlığımızı müstəqil dövlət maraqları prizmasından qiymətləndirmək və onu yeni reallıqlara uyğun transformasiya etmək vacibdir. Azərbaycan Baltik regionunda beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmalıdır”.

Ədəbiyyatçı-alim onu da vurğulayıb ki, onun akademik, ictimai və diaspor fəaliyyəti Azərbaycanla Baltikyanı ölkələr arasında mədəni əməkdaşlıq üçün yeni strategiyanın hazırlanmasına yönəlib. O vurğulayıb ki, bu strategiya daha dinamik, genişməzmunlu olmalıdır və onun uğurla həyata keçirilməsi ikitərəfli münasibətlərin gələcək inkişafına təkan verəcək.

İlkin mənbə: AZƏRTAC

"…yazarlar, ancaq yazarlar…"