Qəzənfər Məsimoğlu – Halallıq

HALALLIQ

Müqəddəs amaldı, ali məramdı,
Həyatdı, ömürdü, yaşdı halallıq.
Nə qədər bəzəsən haram haramdı,
Dünyada hər şeydən başdı halallıq.

O kənardan gəlib cibinə dolmur,
Şaxtada üşümür, bürküdə solmur.
Dükanda satılmır, bazarda olmur,
Qiyməti ölçüsüz qaşdı halallıq.

Əyri olanlara haqqı qandırıb,
Dəryanı qurudar oda yandırıb.
Zülmət qaranlıqlar işıqlandırıb,
Ün yetməz zirvələr aşdı halallıq.

Qəzənfər, ən ali düşüncə budu,
Sevgini canında yaşadan “Qu”du.
Qayanın gözündən süzülən sudu,
Üstə gül bitirən daşdı halallıq.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – SEVGİ ŞEİRİ

SEVGİ ŞEİRİ

Uşaq oyunu kimidir sevgi,
Ya da uşaq oyuncağı kimi…
Əyləncədir bir üzü,
göz yaşları və ya səadət, – o bir üzü.
Yersiz küsüb-barışmağı,
göysüz cığallığı var.
Qaşınmamış yerdən
qan çıxarmağı bir başqa,
Hahaqdan qarşı çıxar
haqqa da arada.

Olur ki, darı dələr qulağı,
Olur ki, adam eşitməz,
söz anlamaz.
Bəzən qıyya çəkməyi,
bəzən lallığı var.

Amma nə olur-olsun,
Qar kimi təmizliyi,
su kimi saflığı,
çörək kimi halallığı var.
Uşaq oyuncağı kimidir sevgi,
Ya da uşaq oyunu kimi…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Elçinin gündəliklərindən – ANAR

Elçinin gündəliklərindən

 ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Xalq yazıçısı Elçinin vəfatından qırx gün keçir. Qırxı ərəfəsində arxivimdən Elçinin vaxtilə mənə verdiyi mətni tapdım. Bu, gündəliyindən səhifələrdir. Bilmirəm, bu səhifələri haradasa, haçansa çap edib, ya yox. Çap olunubsa belə, bu mətni bir daha oxuculara çatdırmaq istəyirəm. Həm ötüb keçən günlərin munis xatirəsi kimi, həm də itirdiyim dostlarımın –
Araz Dadaşzadənin, Elçinin, mənim münasibətlərimizin dəyərli və kədərli örnəyi kimi.
 ANAR
sentyabr, 2025

I

Günorta Anar zəng elədi ki, Araz xəstəxanadadı, gedək ona dəyək və axşam mən maşınla Anarı evlərinin qabağından götürməyə gedəndə Nizama (Elçinin sürücüsü – A.) dedim:

-Arazı tanıyırsan da, mənim dostumu? O yaşlı kişini deyirsiniz, Elçin müəllim?
Nizamın Araz barəsində “yaşlı kişi” deməsi mənə çox təsir etdi və bir daha, keçib gedən vaxtın amansız sürətindən xəbər verdi.

-Xəstəxanada əvvəlcə Araza dəydik. Nəriman Həsənəliyev də orada idi. Xeyli söhbət etdik, zarafatlaşdıq, amma bu söhbətin də, zarafatın da arxasında mənim üçün ürəyimi nigarançılıq içində üzən bir gərginlik var idi. Araz xeylaq zəifləyib. Allah kömək etsin və şəfa versin.
Sonra elə həmin xəstəxanada (4-cü idarənin xəstəxanası) yatan Bayram Bayramova və Hüseyn Abbaszadənin arvadı Solmaz xanıma baş çəkdik.
Anar daha bir xəbər verdi ki, hər gün mütəmadi aldığım mənfi emosiyaları daha da “zənginləşdirdi”: mühacir Məcid Musazadə Münhendə vəfat edib. Abbasəli Cavidi mərhumun şəklini və bir nekroloq göndərib ki, mən “Odlar yurdu”nda çap elətdirim. Rəhmətliklə bir neçə ay bundan əvvəl Türkiyədə Kayseri konfransında görüşüb tanış olub xeyli səmimi söhbət eləmişdik. 1970-ci ildə “Əli və Nino”nu alman dilindən ilk dəfə Azərbaycan dilinə bu adam çevirib və indi həmin tərcüməni Mirzə Xəzər öz adıyla bizim “Azərbaycan” jurnalında nəşr etdirib. Məcid kişi bu barədə çox yana-yana danışır və romanın 1970-ci ildə “Azadlıq” radiosu ilə Azərbaycan dilində gedən hissələrini mənə göstərirdi. Qurban Səid haqqında məlumatı var idi, dediyinə görə, İtaliyada onun qəbrini ziyarət etmişdi. Xahiş etdim ki, xatirələrini yazıb mənə göndərsin. Söz verdi. Hayıf!.. Allah rəhmət eləsin.

II

Bir dənə ürəkaçan şey yoxdur ki, adam toxdasın. Hər tərəf riyakarlıq, hisslər və sözlər qəlp, cahillik və nadanlıq isə nə qədər istəsən!..
Son günlər (xüsusən son günlər) içim o qədər doludu ki, tanış-bilişlər (misal üçün Nəriman Həsənzadə) onlarla soyuq görüşməyimdən gileylənirlər və bunu mənim get-gedə daha artıq təkəbbürlü olmağıma yozurlar (!).
Yazıq Arazın vəfatı mənim üçün elə bir stressə çevrilib ki, yaxa qurtarmaq mümkün deyil.
Yayda xeyli arıqlayıb zəifləmişdi, amma məhz Araz olduğu üçün (Can-cur Səməd!) adam buna fikir vermirdi, özünün isə əhvalı yaxşı idi, deyib-gülürdü. Zuğulbada bir yerdə idik. Sentyabrda telefonla danışdıq və bu dəfə də böyrəklərindən şikayət elədi, mən də ona məsləhət gördüm ki, xəstəxanada özünü birdəfəlik müayinədən keçirsin. Razılaşdı və xəstəxanaya getdi, sonra məlum oldu ki, müayinədən ötrü Moskvaya yola düşməlidi. Sentyabrın sonlarında, ya da oktyabrın əvvəllərində Anarla birlikdə xəstəxanaya gedib onu yoluxduq. Çox zəif idi, amma həmişəki kimi deyib-gülürdü (Yadıma gəlir, həmin gün Arazdan sonra, Hüseyn Abbaszadənin arvadı Solmaz xanımı yoluxduq, sonra da həmin xəstəxanada yatan Bayram Bayramovun yanına getdik. Həkimlər dedilər ki, B.Bayramov reanimasiyadadır. Ora getdik və Bayram müəllimlə görüşdük. Çıxanda Anar dedi ki, reanimasiyada olmağına baxmayaraq, Bayram hamısından gümrahdır).
Araz Moskvaya getdi, qayıtdı və məlum oldu ki, yenə də Moskvaya gedib xəstəxanada yatmaq lazımdı. Oktyabrın 11-də Anarla zəngləşib əvvəlcə Arif Mansurovun anasının yasına, sonra da Arazgilə getdik. Gecənin yarısınacan orada oturduq. Araz həmişəki Araz idi, deyib-gülürdü. Səhər tezdən Moskvaya yola düşməli idi. Üçümüz də bir yerdə xeyli zarafat eləyib konyak içdik. Hətta evdəki konyak qurtardığı üçün, Moskvada həkimlərə pay vermək üçün qablaşdırdığı konyakları da içməyə başladıq… (Kimin ağlına gələrdi ki, Arazın ömrünün sonuna heç 20 gün qalmayıb?!)
Oktyabrın 12-də Araz Moskvaya yola düşdü. 13-də Anar Moskvaya sessiyaya getdi. 15-də Nüşabə ilə mən Moskvaya, 16-sı isə tezdən Almaniyaya getdik. Moskvada axşam Anara zəng etdim və təbii ki, Arazı soruşdum. Anar onu hələ yoluxmamışdı və sabahda-birigündə yanına gedəcəyini dedi.
Almaniyada tez-tez Arazı yada salırdım və yalnız orada birdən-birə ürəyimi bir nigarançılıq bürüdü: hər dəfə ürəyimdən bir hiss keçirdi ki, Araz vəfat edəcək və o hissi içimdən qovurdum. Bir hadisə heç vaxt yadımdan çıxmır. Bir neçə il bundan əvvəl rəhmətlik professor Fərhad Zeynalov (sağlam, gümrah, şövqlü yeyib-içən bir adam) Şüvəlan Yaradıcılıq evində ötəri bir şey kimi, mədəsinin ağrıdığını dedi və həmin an və birdən-birə mən hiss etdim ki, bu, çox bəd bir işdir və Fərhad bundan qurtara bilməyəcək. Doğrudan da, belə oldu və o zaman (elə indi də) mən mat qaldım ki, o hiss məndə necə yarandı? Bax, Arazla bağlı beləcə bir hiss də məndə birdən-birə Almaniyada yarandı.
Biz 28-də Moskvaya, 29-da isə Bakıya qayıtdıq. Öyrəndim ki, Araz hələ Moskvadadır və əməliyyat gözləyir. 31-də Yazıçılar İttifaqında Respublika Dövlət Mükafatları Komitəsinin iclası idi, ora getmişdim. Axşam saat 6-da Nəriman Həsənəliyev haradansa Anara zəng elədi və Arazın beş saatlıq çox çətin bir əməliyyat keçirəcəyini dedi. İclasdan sonra Anarla ikimiz restorana getdik və ilk qədəhi Arazın sağlığına içdik, onun zarafatlarından, xasiyyətinin narahatlağından danışdıq. Anar bir az sözlü adama oxşayırdı və yalnız Araz vəfat eləyəndən sonra Anar mənə dedi ki, Abbas (Anarın bacısının əri, Səhiyyə Nazirliyində işləyir) hələ lap əvvəldən Arazın xəstəliyinin xərçəng olduğunu ona deyibmiş.
Noyabrın 2-də işdə telefon zəng çaldı: Arazın müavini İsmayıl Vəliyev idi, Arazın Moskvada vəfat etdiyini xəbər verdi.
Həmin andan da stress içindəyəm.
Anarla birlikdə MK-ya getdik. Mənasız (ideoloji) katibdən onsuz da bir şey çıxmayacağını bildiyimiz üçün təzədən Elmira Qafarovanın yanına getdik və xahişlərimizi dedik: qəzetlərdə hökumət nekroloqu olsun, Fəxri xiyabanda dəfn edilsin və ən əsası isə Moskvada Daimi Nümayəndəliyimiz Aidaya və Aqşinə kömək eləsinlər ki, cənazəni Bakıya gətirə bilsinlər. Bu işlərdə Elmira Qafarovanın böyük köməyi oldu.
Cənazə 2-də axşam gəlməli idi, amma yalnız 4-də səhər gəlib çıxdı: əvvəlcə tabut (bu sözü yazıram və yenə də öz-özümə heyrət edirəm: yəni doğrudan söhbət Arazdan gedir?) hazır olmayıb, sonra Moskvanı duman basıb… Biz isə təyyarəni ayın 3-də gecə gözləyirdik, komendantdan icazə almaq üçün çalışdıq və s.
Nə isə… 2-də Anarla birlikdə Arazgilə gedəndə Anar dedi:

-Elə həmin şəhərdi, amma Araz yoxdu…
Romiklə (Dostumuz filosof Rəhman Bədəlov – A.) görüşəndə bir-birimizə deməyə söz tapmadıq, sonra Romik dedi:

-Bizimki çox tez başladı…
4-də səhər gedib təyyarəni qarşıladıq. Aida dəhşətli bir vəziyyətdə idi.
Günorta saat 4-də cənazəni Ensiklopediyanın binasından qaldırdıq. Kiçik bir mitinq oldu. Mən danışmaq halında olmadığım üçün danışmadım. Anar danışmaq istədi, amma kövrəldi və danışa bilmədi, sonra küncə çəkilib ürəkdən ağladı.
Mən Anara bir söz deyə bilmədim. Vəli Məmmədov yaxınlaşıb onu sakitləşdirmək istədi.
5-də Arazın üçü, 8-də yeddisi oldu. Dekabrın 9-da qırxı olacaq.
Bu da qısa və quru rəqəmlər.
Həyat isə davam edir.
10 noyabr 1990.
lll
27 dekabr 1990.
On gündür ki, bərk soyuqlamışam və evdən çıxmıram. Xırda-xuruş yazılar, qəzet-jurnal (hərdən kitab…) və tamam bir həvəssizlik… Ənvər Məmmədxanlı bir neçə gün bundan əvvəl vəfat etdi, amma dəfninə də, indiyəcən təziyyəsinə də gedə bilməmişəm. Dəfn olunan günün gecəsi Anar mənə zəng elədi, halımı soruşdu. Mən də Ənvərin harada dəfn olunduğunu soruşdum.

-Arazın yanında…
Bilmirəm, niyə, amma bu xəbər mənə çox təsir etdi.
Arazın, yaxud Ənvərin ağıllarına gələrdi ki, II Fəxri xiyabanda yan-yana yatacaqlar?
Bu sualın özü də əslində ritorikadan başqa bir şey deyil…
Ənvər Məmmədxanlını mən sonuncu dəfə elə yazıq Arazın dəfnində gördüm: Həmişəki boz şlyapası başında, həmişəki qara paltosu əynində siqaret çəkə-çəkə Anarın bacısı Fidanla yanaşı gedirdi…

Müəllif: ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri.

İlkin mənbə: 525.az   

ANARIN YAZILARI

ELÇİİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub

Yeni nəşr:
“Aşıqlar QƏRBİ AZƏRBAYCANI tərənnüm edir” adlı kitab nəşr olunub

Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyi tərəfindən icra olunan “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı layihə çərçivəsində hazırlanmışdır.

Kitabın layihə rəhbəri və nəşrə hazırlayan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, elmi redaktoru ADPU-nin prorektoru, filologiya üzrə elmlər doktoru, prof. Mahirə Hüseynova, elmi məsləhətçisi əməkdar elm xadimi, prof. Məhərrəm Qasımlı, rəyçi isə filologiya üzrə fəlsəfə doktoru, dos. Razim Məmmədlidir.

Kitabda XVII əsrdən üzübəri yaşayıb-yaratmış ustad aşıqların Qərbi Azərbaycanı tərənnüm edən şeirləri yer alıb. Bu zaman daha çox əslən Qərbi Azərbaycandan olan aşıqlarla yanaşı, digər aşıq mühitlərini təmsil edən ustad sənətkarların və eləcə də günümüzdə fəaliyyət göstərən aşıqların yaradıclıq nümunələrinə də yer ayrılıb.

ADPU-nin Filologiya Fakültəsi

Koroğlu – Füzuli Rzaquliyev

Koroğlu – Füzuli Rzaquliyev

“Koroğlu” ləqəbli Füzuli Rzaquliyevin Sarısudan (Buzluq, Manaşid, Todan) başlanan döyüş yolu Daşaltı, Şuşa, Laçın (40 kəndin azad edilməsi əməliyyatları), Kəlbəcər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdən keçdi. “Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. Ancaq vətənim olmadan, yaşaya bilmərəm”, deyən qazimizdir, Füzuli bəy.

Gənclərimizə dönə-dönə Qazi Atatürkün “Analar oğul doğa bilər, amma analar Türkiyə doğa bilməz”-deyə Vətənin müdafiəsinə çağrış edən bir komandirimizdir, Füzuli Rzaquliyev. İllərdir ki, döyüşçülərin hüquqlarının müdafiə olunmasında öndədir və bu illər ərzində gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində misilsiz işlər görülməsi, məhz onun adıyla bağlıdır. Minlərlə görüşün təşkili və keçirilməsi sizlərə asan gəlməsin.

Qazilər, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, canıyla, qanıyla torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Döyüşçünü özünə borclu bilən fərarilər bunu anlamazlar. 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan Füzuli Rzaquliyev bu müharibədə öz oğlunun döyüş yoldaşı kimi iştirak etdi. 29 il öncə geridə qoyub getdiyi 6 yaşlı İlkin Rzaquliyev bu dəfə bir zabit kimi onun özünü arxada qoymuşdu. Ən qızğın döyüşlər gedən Füzuli, Cəbrayıl, Xocavənd uğrunda vuruşurdu. Köhnə döyüşçü üçün bundan ağır sınaq yoxdu. Talelərin bir mərmidən və güllədən asıldığı bir məkanda, yanan güllələrin mələk üzlü əsgərlərimizin həyatını söndürdüyü anları yaşamaq da varmış, komandir Füzuli Rzaquliyevin qismətində. Qəzan mübarək, komutan!..
“Bu Vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik”-dediyinizi bilirik!

Məqalənin müəllifi: ilk döyüşçü jurnalist, I Qarabağ müharibəsinin qazisi, mərhum Xaqani Ədəboğludur!

ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb

ADPU-nun Filologiya fakültəsində yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası fəaliyyətə başlayıb

ADPU-nun Filologiya fakültəsi 2025/2026-cı tədris ilinə daha yeni kafedra – “Xarici dillərin tədrisi” kafedrası ilə fəaliyyətə başlayıb.

Kafedranın yaradılmasında əsas məqsəd müasir dövrün tələblərinə uyğun olaraq tələbələrin dil biliklərinin genişləndirilməsi, pedaqoji kadr hazırlığında keyfiyyətin artırılması və elmi-metodoloji bazanın zənginləşdirilməsidir.

Xarici dillərin tədrisi kafedrasının müdiri dosent Könül Həsənova əməkdaşlarla görüşərək qarşıda duran hədəflər və fəaliyyət istiqamətləri barədə müzakirələr aparmışdır. Görüşdə tədris prosesində müasir metodların tətbiqi, xarici dillərin tədrisinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi

Zaur Ustac – Ustacam

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə – Həcər Atakişiyeva yazır

Akademik Teymur Kərimlinin 72 yaşı münasibətilə

          2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində Teymur Həşim oğlu Kərimli dünyaya gəlmişdir. Dahi akademik 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, həmin ildən başlayaraq Kəlbəcər rayonunun orta məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. O, 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. Dahi şəxsiyyət 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyasını yazmışdır. 2004-cü ildə isə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Teymur Həşim oğlu Kərimli 2006-cı ildən bəri Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Akademik 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir. Akademik Teymur Kərimli 2010-cu ildə “Heydər Əliyev və klassik ədəbiyyat” araşdırmasına görə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olmuşdur və o, otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda uğurla fəaliyyət göstərərək, uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. Akademikin ədəbiyyatşünaslıqdakı uğurlu nailiyyətləri nəzərə alınarak o, 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) vəzifəsində çalışmışdır. 2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır. Akademik Teymur Kərimli 1990-2000-ci illərdə “Elm” nəşriyyatının baş redaktoru vəzifəsində işləmişdir. O, bir sıra elmi jurnal və topluların redaksiya heyətinin üzvü, xeyli sayda monoqrafiyanın elmi redaktoru olmuşdur. Belə ki, akademik Teymur Kərimli altıcildlik “Azərbaycan Ədəbiyyatı tarixi”nin bəzi cildlərinin məsul redaktoru, “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının latın qrafikası ilə kitab şəklində nəşrlərinin redaktoru kimi adını ədəbiyyat tarixinə yazdırmışdır. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində Rusiya, İran İraq, Türkiyə, Suriya, Macarıstan, İtaliya, Hindistan, Fransa və MDB ölkələri kimi bir çox ölkələrdə təşkil olunmuş beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti müddətində kitabların, dərsliyin, elmi məqalələrin müəllifi olmuşdur. Bunlara misal olaraq, “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarını, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqaləni misal göstərmək olar. Akademik Teymur Kərimli ədəbi fəaliyyəti ilə tanınmış ədəbiyyatşünas, naşir, mətnşünas, şərqşünas, şair və tərcüməçi kimi tanınmaqdadır. O, klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısı kimi Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şəxsiyyətlərin yaradıcılıqlarını tədqiq etmişdir. Akademik Teymur Kərimli qədim dövr və orta əsrlər Azərbaycan ədəbiyyatının böyük tədqiqatçısı kimi klassik ədəbiyyatın tədqiqi, nəşri, tədrisi və təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyəti ilə Azərbayban ədəbiyyatına çox böyük xidmətlər göstərmişdir. O, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biri kimi zəngin klassik irsimizə, özəlliklə Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsrlərini geniş şəkildə araşdırmışdır. Teymur Kərimlinin elmi yaradıcılığının mühüm istiqamətini dahi Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi, xüsusən, onun tarixi hadisələr kontekstində öyrənilməsi üstünlük təşkil edir. Akademik Teymur Kərimli Nizami Gəncəvi yaradıcılığında tarixi mövzu probleminin ictimai-tarixi və bədii-filoloji aspektlərinin dərindən araşdırıcısı kimi adını Azərbaycan ədəbiyyatı tarixinə yazdırmışdır. Teymur Kərimlinin bir alim və ədəbiyyatçı kimi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş əsərləri klassik Azərbaycan ədəbiyyatına işıq tutmuşdur. Akademik Teymur Kərimlinin Xaqaninin, Nizaminin, Nəsiminin və Füzulinin əsərlərini geniş şəkildə araşdırması fəaliyyəti Azərbaycan xalqının qəlbində onun şəxsiyyətinə böyük hörmət və ehtiram hissi yaratmışdır. Ümumiyyətlə, Akademik Teymur Kərimlinin fəaliyyəti çox istiqamətlidir. Belə ki, o, görkəmli ədəbiyyatşünas alim olmaqla yanaşı, elmi-təşkilati fəaliyyət sahəsində də böyük təcrübəyə malik bir ədibdir. Akademik Teymur Kərimli ensiklopedik biliyə malik şəxsiyyət kimi elmi-bədii tərcüməçilik, milli-mənəvi dəyərlərin və ədəbi-tarixi şəxsiyyətlərin tədqiqi, təbliği və qorunması sahəsində mühüm işlər görmüş, Nizamişünaslıq və Füzulişünaslıq sahələrində geniş tədqiqatlar aparmış, bu sahədə çap etdirdiyi kitab və monoqrafiyalar Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirmişdir. Teymur Kərimli istedadı, biliyi, zəhmətsevərliyi, bacarığı, fundamental əsərləri, monoqrafiyaları sayəsində Azərbaycan elmini böyük ləyaqətlə beynəlxalq aləmdə təmsil etmişdir. Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı akademik Teymur Kərimlini qarşıdan gələn 72 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyir, ən xoş arzularımı çatdırıram. Əziz akademik Sizə uzun ömür, sağlamlıq arzulayaraq, hələ uzun illər klassik ədəbiyyat tarixinin neçə-neçə açılmamış əlyazmalarını işıqlandırmanızı Sizə səmimi qəlbdən arzu edirəm.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

ƏBDÜRRƏHİM BƏY ƏSƏD BƏY OĞLU HAQVERDİYEV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrinə əsaslanan yeni kitab çapa hazırlanaraq oxuculara təqdim olunub.

Oktyabrın 1-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan müəllimlərinin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” adlı kitabın təqdimatı keçirilib.

Yeni nəşrdə Qərbi Azərbaycandan olan müəllimlərin şəxsi və ailəvi xatirələri, tarixi məqalələri və yaddaş salnaməsi toplanıb. Kitab həm müəlliflərin özlərinin, həm də valideynlərinin yaşadıqları hadisələr əsasında formalaşıb. Burada Qərbi Azərbaycanın tarixi torpaqları, xalqımızın orada əsrlər boyu yaşaması, deportasiya faciələri, mədəniyyət abidələrinin məhv edilməsi və xalqımıza qarşı törədilən vandalizm faktları ətraflı təsvir olunub.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu nəşri yalnız bir kitab kimi deyil, həm də bir yaddaş salnaməsi kimi dəyərləndirdi və bildirdi ki,müəllimlərimizin xatirələri gələcək nəsillərə ötürüləcək tarixi bir vəsaitdir. Kitab Qərbi Azərbaycan həqiqətlərinin daha geniş yayılmasına xidmət edəcək.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müəllimlərin xatirələrinin təkcə şəxsi yaddaş olmadığını, həm də xalqımızın milli yaddaşının bir parçası olduğunu, gələcək nəsillərin formalaşmasında müəllimlərin ən mühüm rolu oynadıqlarını vurğuladı. Onların doğma yurda dair yazdıqları xatirələrin tariximizin öyrənilməsi üçün çox qiymətli olduğunu qeyd edib.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov isə qeyd etdilər ki, kitab pedaqoqların yalnız müəllim kimi deyil, həm də yaddaş daşıyıcısı və tarix şahidi kimi fəaliyyətini ortaya qoyur.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə bu xatirələrin yalnız tarixi deyil, həm də hüquqi baxımdan mühüm olduğunu, xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə töhfə verdiyini qeyd etdi.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, deputatlar Vüqar Rəhimzadə və Ceyhun Məmmədov çıxışlarında müəllimlərin yazılarını həm təhsil tarixinə, həm də Qərbi Azərbaycan yaddaşına əlavə dəyər gətirən mühüm bir töhfə adlandırdılar.

Sumqayıt şəhər 39 nömrəli məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxışında kitabda əks olunan xatirələrin gələcək nəsillərə yurd sevgisini, milli kimlik hissini ötürəcəyini bildirdi.

Layihə meneceri və kitabın tərtibçisi Rövşən Ağayev çıxışında bildirdi ki, müəllimlərin yazdıqları bu xatirələr təkcə şəxsi hisslər deyil, həm də tarixi sənəd kimi dəyərləndirilməlidir.

Qeyd edək ki, təqdim olunan kitab pedaqoqlar, ziyalılar və Qərbi Azərbaycan yaddaşını öyrənmək istəyən bütün oxucular üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsi

Происхождение слова “интеллигент”

Происхождение слова “интеллигент”

В древнем Риме основной силой государства была армия. И служили в этой армии все граждане Рима. Если ты не служишь или не работаешь на армию Рима, то ты не гражданин Рима и не римлянин, соответственно. Вот и вся система Римского государства.
Римская армия, в свою очередь, состояла из легионов, легионы из когорт, когорты из центурий, центурии из манипул. Отсюда и понятие “манипулировать”. Легион состоял из 5 когорт, когорта из 10 центурий, центурия из 10 манипул, манипула из 10 легионеров.
Исходя из этого, можно рассчитать численный состав легиона – это 5.000 воинов. Воины внутри легиона разделялись на новичков, обученных, опытных, ветеранов и элиту.
Новички составляли обычно первую когорту, во второй когорте сражались воины, побывавшие в сражении, в третьей когорте сражались воины, побывавшие в нескольких сражениях, в четвёртой когорте сражались воины, за плечами которых целые кампании. И, наконец, пятая когорта или, по-другому, “непобедимая когорта” или “последняя тысяча”.
Это когорта состояла из самых опытных воинов, воинов, за плечами которых были не только компании, а целые войны, и вступала в бой эта когорта в самый решающий момент схватки и именно она решала исход сражения.
Эта когорта никогда не отступала без приказа – она побеждала противника или погибала! Потому она и называлась “непобедимой”, т.к. её нельзя было победить. Её можно было только уничтожить.
А уничтожив последнюю когорту легиона – противник уничтожал весь легион, т.к. основной костяк легиона – это именно те воины, которые и были хранителями орла легиона. Так вот, именно воины последней когорты легиона и назывались в древнем Риме интеллигентами.
Почему же эти воины назывались интеллигентами, т.е. “понимающими”?
А очень просто. Этим людям не надо было ничего объяснять, они сами всё знали и понимали, что им делать, и когда делать. Им не надо было объяснять как построиться черепахой; им не надо было объяснять когда поднимать щит, а когда нет; им не надо объяснять, как разомкнуть строй и, как его сомкнуть, им не надо объяснять когда им надо достать гладий, а когда работать пилумом.
Эти воины сами всё знали, всё понимали, и именно поэтому их называли понимающими, т.е., интеллигентами.
И именно в этих воинах была сокрушающая мощь Рима. Из этих воинов набиралась преторианская гвардия и когорты сената. Быть интеллигентом, то есть, воином последней когорты, считали за честь для себя патриции, сенаторы, трибуны, цензоры, преторы и т.д.
То есть, быть воином последней когорты – значит быть профессионалом в военном деле высочайшего класса, быть достойным плечом к плечу сражаться рядом с лучшими людьми Рима и это значит быть самому – представителем лучших людей Рима.
Интеллигенция – это становой хребет Римской Империи. Интеллигенция – это скелет римского общества. Интеллигенция – это то, на чём стоял Рим.

Məlumatı hazıladı: Amina

AMİNANIN DİGƏR YAZILARI

"…yazarlar, ancaq yazarlar…"