VAQİF OSMANLI YAZIR

DÜNYANI DURNA BƏYAZLIĞINA DONDƏRƏNLƏRİN AMACI

05.08.2026-ci il müqəddəs bir gün oldu. Bu gün Zəngilanın yeddi məzarsız şəhidlərindən bir İsmayıl Barat oğlu İsmayılovun doğum günü, həm də şəhid İsmayılın bacısı Lalə İsmayılın ilk kitabı “Bəyaz durnalar”ın oxucuları ilə görüşü ilə yadda qaldı.

Torpağı müqəddəs qanları ilə Vətənə çevirən şəhidlər anıldı, həqiqi sözə dəyər verildi, Lalə xanımın söz mülkünə səyahət etdik.

Lalə xanımın öz dəst-xətti var. Könül duyğularından ibarət yaradıcılıq yolunda milli kökə və milli mənəvi dəyərlərə bağlılıq ana xəttdir.

Birinci növbədə Lalə xanımın lirik diliylə onun kim olduğunu vurğulayaq:

Əzəldən axıra yalan dünyaya
Meydan oxumaqçün gələn qadınam.

Ədalətsizliyə, haqsızlığa, qəddarlığa üsyan edən, meydan oxuyan Lalə xanım çağdaş Türk dünyasının çağdaş “amazonka”sı kimi ürəyinin haqq səsi, əzminin dirənişi, ədidəsinin dönməzliyi ilə hər şeirində bizi mübariz olmağa səsləyir. Bununla belə, o, “öz yerini əzəldən bilən qadın”dı, anadı, bacıdı, Türk qızıdı.

Sinəsində dağlar boyda qardaş dağı olsa da, həm də “ağlaya-ağlaya gülən qadın”dı. Çünki həyat, ədalət uğrunda döyüşlər insanlıq yaşadıqca davam edəcək. Və özündən razıdır ki, “yazıq görkəmində kəfən geymədən qürur libasında ölməyə” hazır olan qadındı. O, fəxr edir ki, şərəf, ləyaqət, qürur Türk qadınının başının tacıdır. Bu günümüzün acı gerçəkliklərinə, daha doğrusu, gerçək eybəcərliklərinə baş əyməyən Lalə xanım “anası Türk, babası Türk”, özü, sözü, düşüncəsi Türk el qızıdı. Bir sözlə, onun düşüncə süzgəcindən süzülüb gələn şeirlər böyük Türk nəğmələridir. O, “Türkün öz qızı, öz anasıdı”. Özlük bütövlükdür.

Lalə xanımın Novruz çərşənbələrinin birində yazdığı statusu çox düşündürücüdür. Yazır ki, papaq namusdur, papaq qeyrətdir, Tanrı eşqinə, öz əlimizlə papağımıza qoz qoydurmayaq.

Bu, hər bir Türk övladının həyat manifesti olmalıdır.

Əksər xalqların lüğətində, mənəvi dünyasında qeyrət, namus, ismət kimi ali mənəvi dəyərlər yoxdur. Bunlar bizim xalqın mənəviyyatının dayaq sütunu, aliliyidir. Bizi belə mənəvi məziyyətlərimizə görə daha yaxşı tanıyırlar, hətta bizə qibtə edirlər. Lalə xanımın şeirləri mənəviyyat nəğmələridir.

Lalə xanım hümanistdir, mərhəmətlidir. Başqa bir statusunda yazır ki, İranda Türk qardaşlarımız var, onların hər biri Tanrıya əmanət olsunlar. Lalə xanımın geniş ürəyindən xəbər verir bu milli nigaranlıq.

Bir ömür payında, ədəbi təxəllüsündə iki şərəfli missiya daşımaq düşüb Lalə xanımın zərif çiyinlərinə. İsmayıl (İsmayılova) onun həm soyadı, həm də Vətən uğrunda canını fəda edən məzarsız şəhid qardaşı İsmayılın bacısı olmaq şərəfi. Harda qardaşa həsrət bacı varsa, düşünürəm ki, o, Lalə xanımdır, harda balasına həsrət ana varsa, o, Lalə xanımın anasıdır.

Vətənin aydın səmasında nizamla, qatar-qatar süzən, göylərdən yerdəki insanlara durna diliylə ismarışlar göndərən durnaları bəyaz -sülh, təmizlik, səadət rəngində görənlər çoxaldıqca boz-bulanıq dünyamız səliqə-sahmana düşər, əminamanlıq olar.

Əsas məsələ odur ki, Lalə xanımın lirik dünyası özününküdür, həsrəti, kədəri, vüsalı, sevinci ilə. O. bunu “Bəyaz durnalar”da sübut edib.

07.08.2026

Müəllif:  VAQİF OSMANLI

“Ədəbi ovqat” ədəbi-bədii dərgisinin baş redaktoru

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü


Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü


İllər ərzində Azərbaycanın mövqeyləri siyasi, ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq nüfuzu getdikcə güclənir və bunun sayəsində tərəfdaşlar ölkəmizi güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edilər
Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev dünya arenasında yüksək nüfuz qazanmış güclü, qüdrətli dövlət qurub. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl olaraq həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də informasiya məkanında mübarizə qələbələr qazanır.
Bu gün ölkəmiz öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Bütün bu proseslərin arasında güclü siyasi iradə durur.
Müəllif, “Siyasi İradə, Bütövləşən Azərbaycan” adlı əsərində Prezident İlham Əliyevin rəhbərliyi altında Respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunmasında atılan tarixi addımları və siyasi prosesləri qələmə almışdır.

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib
kultur.az xəbər verir ki,  05–06 avqust 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən “9. BİLSEL International Gordion Science Research Congress” çərçivəsində Aybəniz Haşımovaya iştirakçı sertifikatı təqdim olunub.
O, konqresdə “The Wisdom of the Pen – The Power of the Word (A Scientific-Literature Approach to the Creative Work of Nijat Artürk)” (“Qələmin hikməti – Sözün gücü (Nijat Artürkün yaradıcılığına elmi-ədəbi yanaşma)”) adlı elmi məruzə ilə çıxış edib.
Qeyd edək ki, sertifikat konqresin Təşkilat Komitəsinin sədri, dosent Dr. Taner Akarsu tərəfindən imzalanıb.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Əli NƏCƏFXANLI – GECƏNİ SEVMƏYƏN QIZ

GECƏNİ SEVMƏYƏN QIZ
“Mənim gecələrdən acığım gəlir…”
(R. adlı bir qızın etirafından)

Uzun bir tunelə bənzəyir gecə,
Kölgələr sürünə-sürünə keçir.
Arxayın saatlar, ləng dəqiqələr
Zülmətə bürünə-bürünə keçir.

Bir qız var, gecəni görən gözü yox,
Gecə qənimidi, səhər həkimi.
Gözünü zilləyib zil qaranlığa
Səhəri gözləyir səhərə kimi.

Divarlar yeriyib gəlir üstünə,
Yuxu həbləri də işə yaramır.
Gündüzlər damağı çağ olan qızın
Gecələr başlayır qara bayramı.

Bir qərib sevdanın itiklisidi,
Könlü haraydadı, qulağı səsdə.
Hərdən də sükutu tərpətmək üçün
Dərdini oxuyur bayatı üstdə.

Gecə ahlarıyla yalqız qalan qız
Axşamdan-sabaha şam kimi yanır.
Səhər açıldımı, dağılır dərdi,
Təzədən ömrünə ömür calanır.

Gündüzü min dillə dindirə bilir,
Bilmir gecə ilə dil tapsın necə.
Günəşə yalvarır – çıxıb getməsin,
Allaha yalvarır – düşməsin gecə.

Barışmaq istəmir öz qismətiylə,
Gecəni danmaqdan bezmir, yorulmur.
Amma nə etməli, ömür qatarı
Gecə tunelindən keçməsə, olmur.

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rövşən Hüseynov mükafatı

Rövşən Hüseynov mükafatı – mükafat diplomdan ibarətdir.  Azərbaycan Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədilə “25 yarpaq” layihəsi çərçivəsində “Yazarlar” jurnalı tərəfindən təsisis olunmuşdur. Hər il yaradıcılq uğurlarına görə yalnız bir nəfərə təqdim olunur.

Rövşən Hüseynov haqqında
Bu gün Azərbaycan Milli Qəhrəmanı Rövşən Hüseynov anadan olduğu gündür! Allah rəhmət eləsin, ruhu şad olsun! Amin.
22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon Mədəniyyət evində işləmişdir.

1985-ci ildə Bakı Dövlət Universitetinin fızika fakültəsinə daxil olmuşdur. 1985-87-ci illərdə ordu sıralarında olmuşdur.
Rövşənin təşəbbüsü ilə 1992-ci ildə Bakı Dövlət Universitetinin iyirmi tələbəsi dövlət imtahanlarının başlanmasına üç ay qalmış, təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsinə – Goranboya yollanırlar. Tələbə taqımı 703 saylı hərbi hissəyə təhkim olunur. Ən ağır sınaq saatı Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə oldu. Holandağdan Ergəc, Mənəşli, Buzluq və Şaumyana (Ağcakənd) nəzarət etmək mümkün idi. Düşmənin 300-dən artıq əsgər və zabiti müasir hərbi texnika ilə silahlanaraq Holandağa hücuma keçmişdi. İlk hücumun qarşısı məharətlə alındı. Düşmən pərən-pərən salındı. Bu, 1992-ci ilin 28 aprel günü idi. Tələbə taqımı qarşısındakı bu məğlubiyyətdən qəzəblənən düşmən dörd gündən sonra daha böyük qüvvə toplayaraq hücuma keçdi. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla canlı qüvvəsini məhv etdi. Düşmənin Holandağı alıb Çaykəndə çıxmaq planı alt-üst edildi.

Elə Marquşevan uğrunda gedən vuruşlar da tarixə düşəcək bir döyüş idi. 1992-ci il mayın 11-də gedən döyüşdə Mingəçevir bölüyünün 27 döyüşçüsü mühasirəyə düşmüşdü. Briqada komandiri onları mühasirədən qurtarmaq üçün tələbə döyüşçülərə müraciət etdi. Onlar Mingəçevir bölüyünü mühasirədən çıxardılar, lakin özləri mühasirəyə düşdülər. Bu qeyri-bərabər döyüşdə tələbələrdən ikisi həlak oldu, bir neçəsi yaralandı. Rövşən vəziyyəti ani olaraq qiymətləndirdi və döyüş dostlarının əsir düşəcəyini görüb, atəş nöqtəsini öz üzərinə götürdü. Onun pulemyotu düşmənin başına od ələyirdi. Cəsur komandirin əmrilə döyüş dostları mühasirədən çıxdılar. O özü isə qəhrəmancasına həlak oldu.
Subay idi.

Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun Quzanlı kəndində dəfn edilib. Bakı Dövlət Universitetində büstü qoyulub.

“YAZARLAR” jurnalı tərəfindən xatirəsini əbədiləşdirmək məqsədilə “25 YARPAQ” LAYİHƏSİ həyata keçirilir (2018-ci ildən). Mükafat hər il 14 fevral Kitab Bağışlama Günü “25 Yarpaq” layihəsinin qalibinə təqdim olunur.

2026-CI İL:

  1. Akif Əli N: 001 11.02.2026. Bakı.

2027-Cİ İL:

  1. Xəlil Mirzə N: 002 12.02.2027. Bakı.

Layihənin rəhbəri “YAZARLAR” jurnalının baş redaktoru, AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİNİN, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist Zaur Ustacdır.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yuxular: Şüurun Zamanla İnformasiya Rezonansıdırmı?

Yuxular: Şüurun Zamanla İnformasiya Rezonansıdırmı?
Yuxular əsrlər boyu həm fəlsəfənin, həm də elmin cavab axtardığı ən sirli hadisələrdən biri olmuşdur. Müasir neyrobiologiya yuxuları əsasən beynin yaddaşı emal etməsi, emosiyaları tənzimləməsi və təsadüfi sinir impulslarını mənalandırması ilə izah edir. Lakin bu izahlar bəzi fenomenləri – xüsusilə gələcək hadisələri xatırladan yuxuları, déjà vu təcrübələrini və yüksək dəqiqlikli intuitiv hissləri tam şəkildə açıqlaya bilmir.
Astrobios Hipotezi bu məsələyə fərqli yanaşma təklif edir. Bu modelə görə, kainatın ən fundamental səviyyəsi maddə və ya enerji deyil, informasiya mühitidir. Zaman isə mütləq və dəyişməz ölçü deyil; o, informasiya axınlarının sinxronlaşması nəticəsində meydana gələn emergent xüsusiyyətdir. Əgər zaman informasiyanın təşkil olunma formasıdırsa, onda şüurun bəzi hallarda bu informasiya strukturlarının müxtəlif temporal qatları ilə rezonansa girməsi nəzəri cəhətdən mümkün ola bilər.
Bu yanaşma kvant mexanikasında məşhur qoşa yarıq təcrübəsi ilə maraqlı konseptual əlaqə yaradır. Həmin təcrübə göstərir ki, kvant sisteminin davranışı informasiyanın əldə olunub-olunmamasından asılı olaraq dəyişir. Burada vacib məqam müşahidəçinin “şüuru” deyil, sistem haqqında hansı informasiyanın mövcud olmasıdır. Bu fakt informasiyanın fiziki proseslərdə fundamental rol oynadığını göstərir və Astrobios Hipotezində informasiyanın əsas reallıq elementi kimi qəbul edilməsi ilə konseptual uyğunluq təşkil edir.
Bu çərçivədə yuxular beynin sadəcə daxili təsəvvürləri deyil, müəyyən hallarda daha fundamental informasiya mühiti ilə rezonansın nəticəsi kimi qiymətləndirilə bilər. Xüsusilə yuxu zamanı xarici duyğu siqnallarının minimuma enməsi beynin informasiya rezonansına daha açıq vəziyyətə keçməsinə şərait yarada bilər. Belə olduqda bəzi yuxular keçmiş, indiki və ya gələcək informasiya strukturları ilə zəif rezonans əlaqələri yarada bilər.
Bu fikir hazırkı elmi konsensusun bir hissəsi deyil və eksperimental təsdiqə malik nəzəri model kimi qiymətləndirilməlidir. Bununla belə, əgər gələcək tədqiqatlar şüurun informasiya strukturları ilə qarşılıqlı təsirini və zamanın emergent xarakterini təsdiqləyə bilsə, yuxuların mahiyyətinə dair anlayışımız köklü şəkildə dəyişə bilər. Bəlkə də yuxular sadəcə beynin yaratdığı təsvirlər deyil. Bəlkə onlar zamanın özündən deyil, zamanı formalaşdıran informasiya qatlarından gələn zəif rezonans siqnallarıdır.
Müəllif: yazıçı, Astrobios Hipotezinin müəllifi və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov

“İlin mühəndisi” mükafatı

“İlin mühəndisi” mükafatı –  “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

“İlin rəssamı” mükafatı

“İlin rəssamı” mükafatı –  “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

“İlin müğənnisi” mükafatı

“İlin müğənnisi” mükafatı –  “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

“İlin alimi” mükafatı

“İlin alimi” mükafatı  –  “Yazarlar” jurnalı tərəfindən Zaur Ustacın anadan olmasının 50 illiyi münasibətilə təsis olunub. Mükafat öz işində fərqlənən, ölkəımizin ümumi inkişafına fəaliyyət göstərdiyi sahədə töhfələr vermiş şəxslərə təqdim olunur (eyni şəxsin bir neçə dəfə təltif olunmasında heç bir məhdudiyyət yoxdur). Mükafat təltifnamədən və döş nişanından ibarətdir. “Yazarlar” jurnalı tərəfindən təqdim olunur. Laureatların siyahısı hər il “Yazarlar” jurnalının birinci sayında (yanvar nömrəsində) dərc olunur.

YENİ MƏLUMATLAR BURADA

QƏNDAB XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

"…yazarlar, ancaq yazarlar…"