Sevgimin arxasınca Süründün illər boyu; İstədin qazanasan Quru hədiyyələrlə… Ancaq izin qalmadı, Yalnız ötüb keçmisən! Bir çiçək qəbul etdim, Çiçəyin öz xətrinə…
Sevgimin arxasınca Süründün illər boyu; Mən zərif dağ ceyranı, Sənin sevdan qurd olub, Gah da hiyləgər ovçu… Hey süründün arxamca, Nə bir faydanı gördüm, Nə də zərər vermisən…
Sevgimin arxasınca Süründün illər boyu; Yoxluğunla, varlığın Bilinmədi heç zaman… İzim qalan, yerlərdə Çox görmüşəm üzünü. Yaxşı ki, yoxluğunla Tanıtmısan özünü….