Təvəkkül Goruslu – BÜTÖV AZƏRBAYCAN

BÜTÖV AZƏRBAYCAN

Səması ağlayan şəhid anası,
Naləsi şimşəkdir dağları yaxan.
Torpağı lal-dinməz şəhid atası,
İçi məzarlıqdı, yollara baxan.

Üfüqdə əl-ələ,çiyin-çiyinə,
Durmuşlar içində övlad acısı.
Gələlər, yetələr, qucub öyünə,
Bakı qardaşıdı, Təbriz bacısı.

Yəqin, anlaşıldı edilmiş divan,
Qovulmuş sakinlər doğma yerindən.
Talanmış Zəngəzur, Göyçə, İrəvan,
Zorla qoparılmış qərbi şərqindən.

Türkün sinəsinə saplanan bu ox,
Ermənistan adlı bir yara oldu.
Məkrli hiyləsi ağrlslndan çox,
Birliyi pozmağa bir çara oldu.

Ana yurddan ayrı düşdü Naxçıvan,
Dar gündə Türkiyəm yetdi hayına.
Xaçlılar qorxurdu qurulsa Turan,
İtaət, köləlik düşər payına…

Şimallı, cənublu, şərqli və qərbli,
Birləşsin cəhətlər, olsunlar bir can.
Sülh ilə döyüşsüz, hərbsiz ya hərbli,
Var olsun bir bütöv tək Azərbaycan!

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir