Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir. Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!
Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…
Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…
Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…
İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!
Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Bu gün 32 yaşım tamam olur.. Qarşıma keçib “Ad günün mübarək” deyəcək bir adam yoxdur — çünki o, bu Vətən üçün torpağa qarışıb. Mən bir şəhid xanımıyam… Hər kəsin “səbirli ol” dediyi, amma heç kimin nə hiss etdiyini bilmədiyi qadınam. Susmağı öyrəndim, çünki danışsam, ürəyimin qırıntıları səsi batırar. Bu gün bir qadının doğum günü deyil, bir şəhidin yadigarı olan qadının, ananın, yarımçıq qalmış sevginin günüdür. Bu gün çox gözlədim… Gözlədim ki, qapı açılsın, mənim Farizim içəri girsin… Amma qapı açıldı… İçəri sükut gəldi… Mən sevgi ilə evlənmişdim… Mən Vətənlə paylaşacağımı bilmirdim o sevgini… Bilmirdim ki, övladlarım “ata” deyə bilməyəcək və mən hər dəfə bu sözlə titrəyəcəyəm. Bu yaşda mənə nə hədiyyə düşür? Bir şəkil… çərçivədə donub qalan bir gülümsəmə… 32 yaşımda mən susuram… Çünki danışsam, dilimin ucunda şəhid qanı damlayar… Çünki ağlasam, torpaq islanar… Çünki qışqırsam, Vətən sarsılar… Bu gün mən təkcə özümə yox, bütün şəhid xanımlarına arzu edirəm: Allah bizim övladlarımıza elə güc versin ki, atalarının yoxluğunda boylarından böyük şəxsiyyət daşısınlar. Fariz… Sən bu gün yoxsan… Amma bu yaşımın hər saniyəsində nəfəsinlə yaşayıram. Bu 32 yaş – mənim həyatımın yubileyi deyil. Bu, səssiz qəhrəmanlığımın ildönümüdür. Göz yaşlarımla yazdım bu yaşımı… Qürurumla imzaladım. Bu gün – qadınlıq susdu, ana dözdü, Vətən danışdı. Bu gün – bir şəhidin qadını 32 yaşında tək qaldı, amma diz çökmədi..!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Kimseye görünmeden irin dolu yaraların arasından sürünerek nasıl geçtiğimi asla unutamam.
Her günün ve her karanlığın ışığının sönük yıldızları arasında yürüdüm, 19 güneşi geride bırakarak.
Yorgunluk benim için hiç sorun olmadı. Zaman, ben, ben zamanın içindeki bendim.
Her evrenin doğuşunda kendimi farklı ellerde ve farklı çığlıklarla buldum. Korkmadım, isyan etmedim.
Her dağın eteğindeki taşları, parlak güneş ve yaseminlerin farklı kokuları arasında var olmaya çalışmalarını izledim
Uzaktaki aslanların ve ceylanların ayrımcılık, üstünlük ve kaos gibi konulardaki tatlı sohbetlerini dinlemek ve her çiçeğe mutlu bir şekilde konan arıların varlığını hissetmek çok güzeldi.
Bu topraklarda hak edenlere koşulsuz sevgi vardı
Ve ben.
Sevgi ve saygıyla yaşamayı, Yaradan’ın lütfuyla yaratılışı sevenleri sevmeyi seviyorum.
Atalarımdan doğadaki her canlıyı koşulsuz kabul etmeyi öğrendim
Ben bir ışık insanıyım
Akdeniz’in sevgi dolu güneşi altında sazlıkların kıyısında yaşayan basit bir insanım.
Şimdi bu kıyı bilinmezliğe akıyor
İlk ışık, ilk beden, ilk güneş, İkinci İlk Kutsal Günün ilki ve sonu
Bir zamanlar burada yeşillik yoktu, akan nehir yoktu, ekilmiş çiçekler yoktu,
Kuru toprak, kuru kökler ve ağaçlar, gökyüzünde süzülen nektar kuşları ve güneş kuşları.
Hiçbir şeyden yaratıldı, hiçbir şeyden yeniden inşa edildi.
Ormanlar, ağaçlar, meralar dikildi
Kuraklık, uzaklık, hiçlik bizim için sorun değildi, toprağı yeniden yaratmak ve solumak bizim için yıkım değil, yeniden doğuştu
Ürdün Nehri kıyıları gibi, Ölü Deniz kıyıları gibi, tarihin sevgi ve sabırla yoğurduğu misafirperver bir yer, varoluşun simgesi haline gelmiştir.
Karanlığın dehlizlerinde bir güneş doğdu ve bu güneş Filistin’i doğurdu, duvarları yetim çocukların gözlerinden akan yaşlarla yoğrulmuş toprakla sıvandı, tüm acılara rağmen, her ev gün doğarken bir gül bahçesine dönüştü.
Bu kâinatta, ismine layık olan yerin adı FİLİSTİN’dir.
Ve sonra bulutlar gökyüzünü ağlattı
Varoluşun yokluğu çığlık attı
Filistin’in dört duvarı çöküşün, hayal kırıklıklarının, belirsizliğin ve her kökü yok etmek isteyenlerin yurdu olmuştu.
Her sokak ödünç alınmış bir zamanda yaşıyor gibi görünüyor.
“Ama huzurlu bir hayattan daha büyük bir rüya yoktu.”
Köklerinden sökülmüş bir zeytin ağacı, çanların ve saatlerin sesinin her coğrafyada aynı olmadığını nasıl bilebilirdi?
Yosunlu bir taşın altında saklanan kara balık, her ırmakta akan suyun renginin aynı olmadığını nasıl bilebilirdi?
Fatma, Ali, Ayşe, İlyas, İsa, Davut, Yakup, Berivan, Musa, Hasan, Hüseyin, topraklarına gelen herkesin acı çığlıklarının ortasında bir oyuncak olacağını nasıl bilebilirdi?
Bu topraklar sessiz bir kasırganın yıktığı bir köy gibi olmamalıydı
Varlığı yok etmeye çalışan her yıkım, hiçliğin içinde hiçliği barındıran bir varlıktır.
Dağın tepesindeki diken bile, benim toprağımın, senin toprağının, onların toprağının, taşların, dağların, nehirlerin, ağaçların, kuşların ve herkesin özel dünyasının sonsuza dek kaybolacağı akıllarına gelmemişti…
Yüzyıllardır her canlının ait olduğunu sandığımız bu toprağın aslında benim toprağım, senin toprağın veya bizim toprağımız olmadığını nasıl bilebiliriz?
Köyümü yok edenler şimdi halkımı yok ediyorlar: gökyüzünde uçan kelebekleri, vızıldayan sinekleri ve otlayan koyunları.
Kendime bu soruyu sormaktan yoruldum ama bir daha asla sormaktan yorulmayacağım: Burada ne kadar kalacağız? Ve sırada neyi boyunduruk altına alacağız?
Ah, ah… zaman, tekerleğe ve güce hizmet eden zaman
Gecenin karanlığının senin olduğunu biliyorum
Ama unuttuğun şey, benim gündüzü aydınlatan ışık olduğumdur.
Ve herkes gündüzün geceden daha güzel olduğunu bilir.
Birçok kişi Hayfa taşının çayır kuşunun tüyündeki bir su damlası gibi olduğunu bilir,
Biz Akdeniz kıyısının temel taşıyız. Biz ışığın varlığı ve karanlığın korkusuyuz.
Ölüm artık beni korkutmuyor.
Ölümden daha zor bir durum keşfettim: kalıcı. Israr ve cehalet gerçeği yok eder.
Ve sana diyorum ki, en acı çığlıklarla, hoşuna gitsin ya da gitmesin, Ey Zaman, emin ol ki özgürlük her zaman yaşayacak, yeşil, huzurlu, dünyanın ağaçlarında…
Ve gecenin karanlığında Işığı öldürmeye gelenler kendi çöplerinde, kendi çürümüş zihinlerinde, karanlığın en parlak şekilde parladığı Cehennem’de boğulacaklar.
Ve ben Kayıpların Cenneti’nde yok olmaya devam edeceğim, ta ki Cehennem’in iblisleri tükenene kadar.
Hər xalqın taleyində öz qələmi ilə tarix yazan, özü ilə bir dövrü izah edən şəxsiyyətlər var. Onlar qələminin mübarizəsi ilə sinəsini düşmənə sipər edən, hər misrasında millətinin ağrılarını, sevincini, yaddaşını yaşadan əbədi izlər buraxırlar. Bu şəxsiyyətlərdən biri də – sözün əsgəri, vətənin şairi, publisist, müharibə iştirakçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü – Zaur Mustafa oğlu Mustafayev, tanınan ədəbi adı ilə Zaur Ustacdır.
Zaur Ustac təkcə bir şair deyil – o, döyüşçü ruhun, xalq yaddaşının və əbədi vətən sevgisinin canlı simvoludur. Onun misraları yalnız söz deyil, həm də yaddaşdır, tarixdir, torpaq uğrunda tökülən qanların qırmızı rəngini daşıyan bir haqqın səsləndirilməsidir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zaur müəllimin şeirləri və publisistik yazıları sadəcə ədəbi nümunə deyil, həm də mübariz bir insanın yaşadığı ağrını, gördüyü həqiqətləri və çəkdiyi dərdləri cəmiyyətə çatdırmaq üçün bir çağırışdır. O, silahı ilə vətəni qoruduğu kimi, qələmi ilə də ruhumuzu qorumaqdadır.
Zaur Ustacın qələmindən süzülən hər bir misra sanki şəhid ruhlarının pıçıltısı, Qarabağ dağlarının ahəngi, ana dualarının nəfəsidir. Onun yazdıqları milli ruhun və mənəvi dəyərlərin aynasıdır. Vətən dərdi ilə yoğrulan qəlbində, sətir-sətir millət sevgisi, xalq sevgisi yaşamaqdadır.
O, qələmini təmiz saxlayan, sözünü qoruyan və millətin ruhuna sahib çıxan bir sənətkardır. Zaur müəllim sadəcə söz adamı deyil – o, zamanın sözlə çəkilmiş rəsmi, müharibənin poetik salnaməçisidir.
Bu gün cəmiyyətimizin belə simalara ehtiyacı var – həm döyüşçü, həm də düşüncə adamı olan, xalqın ağrısını içində çəkən, amma onu sənətlə təskinləşdirən… Zaur Ustac belə bir şəxsiyyətdir.
Onun adı bu xalqın yaddaşına qazınmış bir işıqdır. Və əminik ki, gələcək nəsillər də onu – sözün sərkərdəsi, ədalətin qələmi, haqqın şairi kimi tanıyacaq.
Səni tanımaq, səninlə qürur duymaq bir millət borcudur, Zaur müəllim!
Vətənə xidmətin siması – Hikmət Səttar oğlu Ağayev
Bu gün Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını və ömrünü səfərbər edən, adını Vətən tarixinin şanlı səhifələrinə yazdıran qəhrəmanlarımızdan biri – Hikmət Səttar oğlu Ağayevdir. O, sadəcə bir hərbçi deyil, o, Vətənin qürur abidəsidir, şərəfli xidmətin, vətənpərvərliyin canlı nümunəsidir.
Lerik rayonunun Günəşli kəndində doğulub boya-başa çatan Hikmət müəllim, el-obanın sadə övladı kimi böyüsə də, iradəsi, qətiyyəti və torpağa bağlılığı ilə çoxlarının könlündə silinməz iz buraxdı. O, Azərbaycanın ən elit hərbi strukturlarından biri olan Xüsusi Dövlət Mühafizə Xidməti “A” Xüsusi Təyinatlı Dəstəsinə rəhbərlik edərək, polkovnik rütbəsinədək yüksəldi və təhlükəsizlik sahəsində misilsiz xidmətlər göstərdi.
Amma Hikmət Ağayevin vətənə xidmət hekayəsi yalnız hərbi forma ilə məhdudlaşmadı. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi döyüş meydanlarında da fədakarlıq göstərdi, silahdaşları ilə birgə torpaqlarımız uğrunda vuruşdu, bu günün zəfərini hazırlayan tarixə öz adını yazdı.
Hazırda o, “Ehtiyatda olan Zabitlər Konfederasiyası”nın sədr müavini, idarə heyətinin üzvü, “Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin fəal təmsilçisi və “Zəfər Yolu” İctimai Birliyinin icraçı direktoru kimi fəaliyyət göstərir. Bu vəzifələrdə o, yalnız hərbi təcrübəsini deyil, həm də insani dəyərlərə, şəhid ailələrinə, qazilərə olan bağlılığını əks etdirir.
Hikmət müəllim, ehtiyatda olsa da, ruhən daim səngərdədir. O, bu xalqın ruhunu, əsgər iradəsini, şəhid xatirəsini daşıyan simalardandır. Onun fəaliyyəti gələcək nəsillərə örnək, onun xidmətləri isə tariximizin şanlı salnaməsidir.
Bu gün Vətən torpağında azad addımlayan hər bir insan Hikmət Ağayev kimi qəhrəmanlarımızın sayəsində nəfəs alır. Belə Vətən oğullarının varlığı bizim gücümüz, birliyimiz və gələcəyimizin təminatıdır.
Polkovnik Hikmət Ağayev – sadəcə bir ad deyil, bir əqidədir: Vətənə sonsuz sədaqətin, mərdliyin və qeyrətin əbədi simvoludur.
26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə
Bu gün – 26 iyun, qəlbimizdə qürur, gözlərimizdə minnət, səsimizdə dua olan bir gündür. Bu gün – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Bu müqəddəs tarix, yalnız bir təqvim günü deyil – bu, şəhid qanıyla yazılan, qazi ruhuyla bərq vuran, əsgər əliylə qurulan bir tarixdir.
Vətənimizin sarsılmaz qalası olan Azərbaycan əsgəri, təkcə sərhədi yox, xalqın güvənini, dövlətin müstəqilliyini, millətin qürurunu qoruyur. Bu gün dağda, səngərdə, hərbi hissədə, sərhəd boylarında səssiz və susqun dayanan əsgərin sükutu, bəzən min söz qədər danışır: “Mən burdayam – Vətənə sipərəm!”
Hər birimiz bilir ki, torpaq onu sevən, qoruyan və uğrunda can verən varsa Vətəndir. Və bu gün bu Vətənin uğrunda can verənlər, canından keçənlər, canını sipər edənlər var. Onların adı şəhid, onların adı qazi, onların adı əsgər, zabit, komandir – bir sözlə, Azərbaycan Ordusudur!
Sizlər – gücümüz, qüdrətimiz, inamımızsınız! Sizlər bu torpağın ürəyisiniz! Zəfər yazan əllərin, qələbə gətirən addımların, səngərdə qurulan sabahların sahiblərisiniz!
Sizə borcluyuq – sükutumuzda dua, hər nəfəsimizdə minnətdarlıq, hər addımımızda sizin sayənizdə doğan azadlıq var!
Bu gün Azərbaycanın üçrəngli bayrağı səmaya ucalırsa, o bayrağın hər rəngi sizin əməlinizin rəmzidir: 🔹 Yaşıl – sizdən doğan müqəddəsliyin, 🔹 Qırmızı – tökdüyünüz alın tərinin, qanınızın, 🔹 Mavi – ruhunuzun ucalığının simvoludur.
Əziz hərbiçilər! Sizin önünüzdə baş əyirəm! Ordusuna güvənən bir millətin kürəyi yerə gəlməz. Siz var olduqca, biz rahat nəfəs alacağıq.
Bu gün və hər gün Vətən sizinlədir, dua sizinlədir, qürur sizinlədir!
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün Azərbaycan Ordusunu, şəhid ailələrimizi, qazilərimizi, hərbi qulluqçularımızı təbrik edir, Vətənə sədaqət andınızı eşq və ehtiramla alqışlayıram!