Düz 10 gündən sonra unudulmaz və dəyərli Qənirə xanım Paşayevanın 50 yaşı tamam olur.
1975-ci ilin 7 martında dünyaya göz açan bu əvəzsiz şəxsiyyət həyatının ən gözəl illərini mənsub olduğu məmləkətin firavan yaşamasına, haqq səsinin hər yerdə ucalmasına həsr etdi. Onun ən sadə insanlara etdiyi təmənnasız yaxşılıqların sayı-hesabı olmadı. Ruhunda gəzdirdiyi vətən sevgisi, könlündəki xeyirxahlıq hissləri ömrünün sonunadək tərk etmədi onu. Əlacsız qalanlara arxa-dayaq, kömək oldu həmişə. Öz yorulmaz, coşqun fəaliyyəti ilə əsl millət vəkili obrazının parlaq nümunəsini yaratdı. Əslində, Tanrı belə insanları missiya daşıyıcısı olaraq xəlq edir. Çox az-az dünyaya gələn bu cür tarixi şəxsiyyətlər öz passionarlıqlarını sonadək daşıyıb, örnək qoyub gedirlər bu fanidən.
Qənirə xanımın 50 yaşı onu tanıyanların, sevənlərin yadından çıxmamalıdır. Müxtəlif törənlər, anım gecələri, xatirəsinə həsr olunan tədbirlər keçirilməlidir və heç şübhəsiz ki, keçiriləcək də. Bildiyim qədər, yaxın günlərdə əsərlərindən ibarət çoxcildlik hazırlanıb, oxucuların ixtiyarına veriləcək.
Amma rəsmi qaydada işlər də görülsə, daha yaxşı olardı. İlyarım öncə, dünyasını dəyişən dönəmlərdə qardaş Türkiyənin müxtəlif şəhərlərində Qənirə xanımın adına parklar salınaraq xatirəsi əbədiləşdirildi. Bu işi ölkəmizdə də görmək lazımdı. Həm də daha geniş miqyasda. Onun adına paytaxtda və digər bölgələrimizdə, o cümlədən doğulduğu Tovuzda küçələr verilib, parklar salına bilər. Haqqında yazılan saysız-hesabsız yazılardan ibarət xatirə kitabları çap etdirmək də yaxşı olardı. Televiziya verilişləri təşkil etmək, filmlər çəkmək və.s. bu kimi işlərin görülməsi də Qənirə Paşayevanın xatirəsinə yaraşan olardı…
Çox işlər görülməlidi. Çünki insanlar onu çox sevirdi. Öz həyatı və fəaliyyəti ilə Qənirə xanım bütün bunları çoxdan haqq edib.
Bu da son pərdənin son səhnəsidi… Seyirci dostların ən köhnəsidi Bəlkə də şeytanın son fitnəsidir, Əlində bir ovuc torpaq görünür…
BALACA QIZ KİMİ
Mən necə gəlmişdim Yer kürəsinə? Balaca qız kimi… Anam deyirdi ki, Mən gecə gəlmişdim Yer kürəsinə… Sabahlardan, gümanlardan xəbərsiz, Yalanlardan, yamanlardan xəbərsiz… Bəlkə elə ona görədir ki, Çox sevirəm gecələri… Unutdurur dərd- sərimi Unutdurur nə edimi, necələri. Mən necə gəlmişəm Yer kürəsinə? Balaca qız kimi… Nə kini bilirdim, nə də nifrəti Nə də ancaq söz qadından düşəndə O dildən düşməyən arı, qeyrəti… Nə fala baxdıran namazqılanlar Nə də insan cildindəki Aranqutanlar yoluma çıxmamışdı Onda hələ inandığım nağıllar Evimi yıxmamışdı… Mən necə gedəcəm Göyün üzünə? Qəlbi qardan, buluddan Qaracaqız kimi… Bəs necə inanacam Bu dünyanın düzünə? Elə o həmin mehriban Balaca qız kimi…
YOLLAR
Yollar sağaldır axı Təyyarəni qucaqlayan buludlar Yaralarıma sığal çəkən pambıq olur… Göy üzü kədərimə Boxça olur, sandıq olur Hər dəfə səmadan yerə enəndə Adam yenidən doğulur, Tanrıya təşəkkürlə, sevgiylə… Yollar sağaldır axı Məsələn, Sən ən uzağımda qalırsan Ayın üzündəki ləkə kimi… Qürub vaxtı ağacdan sıyrılıb torpağa söykənən kölgə kimi. Yollar sağaldır axı Elə qəşəng unuduram ki, səni… Yolda gördüyüm evə çatanda yadımdan çıxan Yuxu kimi… Ehhh neyləyim, Heç sən də bir adam olmadın Çoxu kimi…
BAHARDI EŞQİN
Mən elə bilirdim bahardı eşqin, Saçımdan payızın qoxusu gəlir… Sənin söylədiyin qış nağılına Bu yorğun könlümün yuxusu gəlir…
Mən elə bilirdim qəlbinin səsi Buludlu ruhumun şirin nəğməsi… Eşq andı verdiyin sevgi naməsi Ən qəddar, ən acı yalan görünür…
Mən elə bilirdim incə baxışsan Sevda çiçəyimə narın yağışsan Bu saya ömrümə zərli naxışsan Bülbül yuvasında ilan görünür…
BEYNALXALQ ANA DİLİ GÜNÜ münasibətilə İsveçdə fəaliyyət göstərən ”QOBUSTAN” AZƏRBAYCAN AYDINLAR OCAĞININ təşkilatçılığı ilə keçirilən 21 fevral 2025 tarixli konfrans iştirakçılarının güney azərbaycanlı soydaşlarımıza MÜRACİƏTİ ” Yaşasın xalqımızın dili, tarixi və milli xüsusiyyətləri!” S. C. PİŞƏVƏRİ Əziz azərbaycanlılar, əziz güneylilər, Bəyanatımızı 80 il bundan öncəgüneyli şairimiz Mirmehdi Çavuşinin ana dilimiz Azərbaycan Türkcəsi haqqında yazdığı şeirin bir neçə misrası ilə başlayırıq: “Şahe İsmailə xalqım nə üçün hörmət edir? Çün rəvac vermiş idi əsrə o sultan dilimi. Gərçe illər boyu dövran biz ilə kəc getdi, Qanə döndərdi mənim atəşe hicran dilimi … Qoy gül açsın ana yurdum, ona gülsün bu elim, Eyləsin eşq ilə qoy indi gülüstan dilimi.“ Əziz həmvətənlər, 1501-ci ildə rəsmiləşən dilimiz bugün hələ də Güney Azərbaycanda yasaqdır. Güney Azərbaycanda ana dilimizin, şair demişkən “gül açmasına”, İran İslam rejimi imkan vermir. 80 il bundan əvvəl, Güney Azərbaycan Milli Hökümətinin (1945- 1946) qərarı ilə azadlığa çıxan dilimizə də Şah rejimi qadağa qoydu və bu qadağalar bu günədək davam edir. Halbuki, UNESCO və BMT tərəfindən, Ana Dilinin rəsmiləşdirilməsi təsdiq edilmişdir. Ana dili insanın mənəviyyatıdır, təfəkkür tərzidir, kimliyini formalaşdırır, mahiyyətini təyyin edir və onun tarix və mədəniyyətini yaşadır. Bir millətin torpağını işğal etməklə onu hələ məhv etmək olmaz, amma onun dilini almaqla onu aradan aparmaq olar. Elə şah rejimi və indiki islami rejimi də ölkəmizin güneyində əsarətdə olan Azərbaycan türklərini əritmək üçün onların ana dilində yazıb-oxumaq, təhsil almaq, mədrəsələr açmaq, mədəniyyət ocaqları yaratmağı qadağan etmiş və bununla, Azərbaycanın güney hissəsində xalqın inkişaf yolunun qarşısını almışdır. Baxmayaraq ki, bu haqqı almaq üçün xalqımız Məşrutə İnqilabından bu günədək, yəni 118 il ərzində, mübarizə etmişdir və hətta 1324-cü ildə (1945-ci ildə) Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Höküməti dövründə, ana dilimiz, Azərbaycanın rəsmi dövlət dili qəbul olunub və bu dildə fərmanlar və qayda-qanunlar qoyulmuşdu. İstemarçı qüvvələrin əlaltısı olan şah rejimi və pan-farsizmə xidmət edən indiki iranşəhri şüubi rejim, Güney Azərbaycan türklərini həmin hüquqdan məhrum etmişlər və bu haqqı istəyən 21 Azər Hərəkatının fəallarını, və bütün sonrakı milli fəalları həbsə, zindana, sürgünə, cəza və cəriməyə, şallaq və işkəncəyə məhkum etmişlərdir. Təəssüf yeri buradadır ki, bu kimi haqsızlıqlara dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar və hətta islam rejimi ilə mübarizə iddiasında olan super-dövlətlər göz yumurlar və onların bu yolda mübarizələrini görməzdən gəlirlər. Lakin xalqımız, öz əzm və iradəsini ardıcıl olaraq keçmişdəki kimi gündən-günə ortaya qoymaqdadır və Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarını həyata keçirmək gündən-günə xalqımızın zərurətinə çevrilir! Azərbaycan Milli Hökümətinin Ana Dili Haqqında Qərarı aşağıdakından ibarətdir: Azərbaycan Milli Hökümətinin dil haqqında qərarı “Xalqımızı, dövlət dəsqahına yaxınlaşdırmaq və ümumun ehtiyacatını sadə bir surətdə anlamaq və həmçinin milli dil və milli mədəniyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan Milli Höküməti, özünün 16 dey tarixi cələsəsində aşağıdakı qərarı qəbul etmişdir: Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanları, həmçinin xalq qoşunları hissələrinə verilən fərmanlar və qanun layihələri mütləqən Azərbaycan dilində yazılmalıdır; Bütün idarələr (dövləti, milli ticarəti və ictimai) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Bu dildə yazılmayan dəftər və mədarik, rəsmi hesab olunmayacaqdır! Məhkəmələrdə işlərin cərəyanı tamamilə Azərbaycan dilində aparılmalı və bu dili bilməyənlər üçün mütərcim təyin olunmalıdır; Azərbaycanın bütün idarə, müəssisə və ticarətxanalarının tabloları mütləqən Azərbaycan dilində yazılmalıdır; Rəsmi iclaslar və yığıncaqlarda suxənranlıq və müzakirə Azərbaycan dilində olmalıdır; Azərbaycanlı olmayıb [başqa milli mənsubiyyəti olan- S.K.], başqa dildə danışanlar və ümumi dövləti idarələrdə xidmət edənlər Azərbaycan dilində yazıb-oxumağı və danışmağı öyrənməlidirlər! Maarif vizarəti, idarə məmurlarını Azərbaycan dili ilə aşina etmək məqsədi ilə ayrı dillərdən savayı, onlar üçün idarələrin cənbində böyüklər üçün məxsus klaslar açılmalıdır. Bu klaslarda dərs alanların iş müddəti bir saat azaldılmalıdır; Azərbaycanda yaşayan və başqa milli mənsubiyyəti olan şəxslərin öz işlərini öz ana dillərində aparmağa haqqı vardır. Lakin, onlar öz rəsmi elanları və yazılarında öz milli dilləri ilə bərabər Azərbaycan dilini rəsmi dövlət dil olaraq işlətməlidirlər; Azərbaycanda yaşayan xırda millətlərin [milli azınlıqlar -S.K.] xüsusi milli məktəblərindəki təlim, öz ana dillərində olduğu halda, Azərbaycan dilinin də tədrisi məcburidir; Azərbaycan Milli Höküməti maarif vəzirinin məktəblərdə dərslərin Azərbaycan dilində olması haqqındakı qərarını təsvib və təyid edib, mədrəsələrin milli dilə keçməsini bütün müəllim heyətinə bir milli vəzifə kimi tapşırır. Azərbaycan Milli Hökümətinin baş vəziri Seyyid Cəfər Pişəvəri” Əziz azərbaycanlılar! Gəlin bütün imkanlarımızla Güney Azərbaycanın kənd, şəhər, məktəb və idarələrində yuxarıdakı qanunların icrasının həyata keçirilməsi uğrunda israrlı olaraq, ardıcıl mübarizə və tələb etməklə onları əmələ keçirməyə nail olaq! Bununla, mənəviyyatımızı birgə qoruyaq, dilimizi əridib aradan qaldırmaq qəsdində olan düşmənin arzusunu ürəyində qoyaq! Dərin sayğılarla, Dr. Səadət Kərimi, İsveçdə “Qobustan” Azərbaycan Aydınlar Ocağının sədri təşkilatın üzvləri: Eluca Atalı (yazar) Duman Radmehr Güşvar Pənahi Ayda Əmir Haşimi Azər Baxşəliyev Elşən Nəzərov Rəşadə Moen Aynur Məlikova Ülviyyə Nəcəfova Rahim Telman Sadiqbəyli Turan Əliyev Dilarə Ələkbərova Hüseyn Nəsirli
Konfrans iştirakçıları : Abdulla Əmir Haşimi Cavanşir ( İsveç ) Prof. Mehman Dəmirli (Kipr) Babək Azad (İsveç) Dos. Dr. Tünzalə Seyfullayeva Jalə Cəfərova İradə Məmmədova (Rusiya) Əzim Həsənzadə Aygül Yusubova (İsveç) Əlirza Ərdəbili (İsveç) İlhamə Quliyeva Xatirə Qəmbərova (Rusiya) Prof. Rafail Qəribli (Rusiya) Umay Əli Reza Aida Aminzadə Həmid Dadpur Bəyim Rəhimova (İsveç) Rəhim Şahbazi Taymaz Təbrizi (İsveç) Gültəkin Mürsəlyeva Dr. Çinarə Qəbulova Dos. Dr. Pərvanə Məmmədli Ülviyyə Abbasova (Rusiya) Və digər imza atanlar: Prof. Məsud Əfəndiyev (Almaniya) Prof. Solmaz Rüstəmova Tohidi Prof. Qulu Məhərrəmli Dos. Dr. Faiq Ələkbərli Prof. Reza Moridi (Kanada) Dr. Xəlil Kələntar (Yaponiya) Möhsün Ərdəbilçi (İsveç) Səttar Sayınqala Sevigin (İsveç) Cemal Mehmethanoğlu (Türkiyə) Dos. Dr. Firdovsiyyə Əhmədova Prof. Sebahattin Şimşir (Türkiyə) Prof. Sevda Suleymanova Dos. Dr. Nigar Gözəlova Dosş Dr. Şəlalə Bağırova Honor Əli Hasan Barın (Türkiyə) Rüfət Muradlı Zaur Ustac Bünyamin Qədimli Rəhim Hüseynzadə (İranlı Mühacirlər Cəmiyyəti) Firidun İbrahimi (İranlı Mühacirlər Cəmiyyəti) İsmayıl Abdullahi (İranlı Mühacirlər Cəmiyyəti) Cahani Sədaqət (İranlı Mühacirlər Cəmiyyəti) Yadulla Kənani (İranlı Mühacirlər Cəmiyyəti) Pərviz Kazımi Səriyə Ərdəbili Hekmat Nadir Ajənnejat Əkbər Dabbağ Dilmağani Dos. Dr. Yusif Dirili Mahmudov Dr. Turan İbrahim Dr. Əlövsət Əmirbəyli (Xəzər Universiteti) Dr.dos. İradə Bağırova Dr. dos. Gülarə Yenisey (Türkiyə) Dos. Dr. İlkin Qulusoy (Türkiyə) Dr. Əli Şamil Dr. Toğrul Kərimov (Almaniya) Güllü Əhmədova (İsveç) Natiqə Zeynalova (Axsu) Sevda Dadaşova (SAF dərnəyi başqanı, İsveç) Rafail Məmmədov (Rusiya) Elsevər Məmmədov (Göyçay) Əzimə Ağalarova (yazar, Almaniya) Südabə Sərvi (yazar) Dr. Dilqəm Əhməd (Türkiyə) Serpil Devrim (şair, yazar, Türkiyə) Əbil Həsənov (yazar, Almaniya) Samirə Məmmədova (İsveç) Arzu Rzayeva (Norveç) Günel Quliyeva Düzgün Atalı Dos. Dr. Nurlanə Ağayeva Rəna Məmmədova Mürsəl Zamanov (Göyçay) Əlif Cahangir (İsveç) Rəna Cəfər qızı Əliyeva Sevinc Məmməd qızı Məmmədova Elşad Məmməd oğlu Soltanov Şahin Məmməd oğlu Soltanov Zəhra Abdullayeva Kəmalə Nəbiyeva (İsveç) Pərvanə Mehmanqızı (yazar) Təbrizli Məmmədrza (Norveç) Tubu Ələkbərova (Malmö, İsveç) Elyaz Yelkənli Xuraman Cəfərova (İsveç) Həsən Təmcidi (İsveç) Yeganə Cəfərova (Kanada) Türkay Arif qızı Rəhimova (İsveç) Səfərəli Qulizadə (İsveç) Günay Əliyeva İbrahim İbrahimov Ana Kərimi (İsveç) Ələsgər Quliyev Yeganə Hüseynova (İsveç) Sevinc Abdullayeva (İsveç) Nuriyə Nuriyeva
Mən necə gəlmişdim Yer kürəsinə? Balaca qız kimi… Anam deyirdi ki, Mən gecə gəlmişdim Yer kürəsinə… Sabahlardan, gümanlardan xəbərsiz, Yalanlardan, yamanlardan xəbərsiz… Bəlkə elə ona görədir ki, Çox sevirəm gecələri… Unutdurur dərd- sərimi Unutdurur nə edimi, necələri. Mən necə gəlmişəm Yer kürəsinə? Balaca qız kimi… Nə kini bilirdim, nə də nifrəti Nə də ancaq söz qadından düşəndə O dildən düşməyən arı, qeyrəti… Nə fala baxdıran namazqılanlar Nə də insan cildindəki Aranqutanlar yoluma çıxmamışdı Onda hələ inandığım nağıllar Evimi yıxmamışdı… Mən necə gedəcəm Göyün üzünə? Qəlbi qardan, buluddan Qaracaqız kimi… Bəs necə inanacam Bu dünyanın düzünə? Elə o həmin mehriban Balaca qız kimi…
Professor Mahirə Nağıqızının (Hüseynova )“ANA dilim” şeiri haqqında fikirlərim ( >>>Mahirə Nağıqızı – Ana dilim)
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”
Ümummilli Lider Heydər Əliyev.
Professor Mahirə Nağıqızının “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan ən dəyərli şeirlərimizdəndir. Bu şeir başdan- başa vətənpərvərlik, milli- mənəvi dəyərlərimiz, soy kökümüz, min illiklərdən gələn tariximiz üzərində köklənmişdir. Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.
Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim
Dədəm- babam əmanatı, ana dilim.
Şair bu dəyərli misraları ilə ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.
Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb –
Misraları ilə şair xalqımızın qədim yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir, Orxon – Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə/ Altdan yer dəlinməsə/ Türk yurdu, Türk törəsi dağılmaz”.
Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.
Bu qiymətli misralarda qədim yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”
“Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.
Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli – mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi təbrik edir və uğurlar arzulayırıq.