Mirzə İbrahimov 1941-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş Milli hərəkatda iki statusda iştirak edirdi. Birinci, cənublu yazıçı və ziyalı, kommunist kimi, ikinci isə stalinçi bolşevik, beynəlxalq Kommunist hərəkatının əqidəli məxfi döyüşçüsü kimi. 1941-ci ildə onun cəmi 30 yaşı vardı, Bakıda Azərbaycanın Maarif komissarı vəzifəsini tuturdu. Onun bu fəaliyyətinin leqal tərəfləri öz publisistikasında, xüsusilə, 1946-1956-cı illərdə yazdıqlarında öz əksini tapmışdı. Lakin Mirzə İbrahimovun beynəlxalq Kommunist hərəkatının məxfi döyüşçüsü, İran Kommunist hərəkatının təəssübkeşi kimi fəaliyyəti hələ kifayət qədər işıqlanmayıb. Ədib özü ciddi konspirasiyaçı idi, öz siyasi fəaliyyətinin məxfi tərəflərini gizli saxlamağa çalışırdı.
O, Xalq yazıçısı fəxri adı almağından daha çox, bir zamanlar bəy qapısında nökər olmağına sevinmişdi… Azərbaycanın ilk pianoçu xanımı ilə ailə həyatı quran, təzyiqlərə, təqiblərə məruz qalan görkəmli yazıçı – Mirzə İbrahimov. Azərbaycan SSR Xalq yazıçısı, ədəbiyyatımızın dəyərli qələm sahibi, akademik, ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə ədəbi tariximizdə xüsusi yeri olan görkəmli yazıçı Mirzə İbrahimov 1911-cı ildə Cənubi Azərbaycanda anadan olmuşdu. Uşaqlıq illərindən həm maddi, həm də mənəvi çətinliklər yaşayan Mirzə İbrahimov ən böyük sarsıntını anasını itirən zaman almışdı. Düzdür, yazıçı o zaman çox balaca idi, cəmi 3 yaşı var idi. Lakin ailədə ananın vaxtsız ölümü, sözün əsl mənasında, yazıçının qayğılı uşaqlığını məhv etmişdi… Anasını itirdikdən bir neçə il sonra atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da çox ağır faciə baş verir. Neft buruqlarındakı fontanda qəza baş verir və Mirzə İbrahimov atasını itirir. O zaman 7 yaşı olan yazıçı çox ağır böhran keçirir. Bu ağır günlərdə böyük qardaşı ilə çox çətinliklərə sinə gərirlər, ac, susuz günlər keçirirlər. Amma onların taleyinə yazılan bədbəxtlik, sözün həqiqi mənasında, faciə zənciri bitmək bilmir ki, bilmir. Bakının mərkəzi küçələrində iflic həyatı yaşayan, qardaşı ilə iş tapmaq, çörək pulu qazanmaq üçün yola çıxan balaca Mirzə ata-anasından sonra yenə ağır sarsıntı yaşayır. Zabrata çatanda qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir… Xatirələrində də qeyd olunur ki, Mirzə İbrahimov uzun illər bəyin yanında nökər olub, onun qoyunlarını otarırmış… Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş. Bəyin süfrəsinin artıqlarına möhtac olan Mirzə İbrahimov beləcə böyüyür, dərələrdən, təpələrdə qoyun otarmaqdan fürsət tapdıqca oxuyur, elm öyrənir, habelə ədəbiyyata, maarifə böyük maraq göstərir. İllər beləcə gəlib keçir… Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə gəlib Mirzəyə bəyə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da bir uşaq. Mirzə İbrahimov qadını qəbul edir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb. Həyatları beləcə məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir… Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdi… Mirzə İbrahimov mahir piano ifaçısı Sara xanım Pirimova ilə evlənmişdi. Qadın uzun müddət razılıq vermirmiş. Elçiliyi Səməd Vurğun edib. Deyib, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar… Onların ailə həyatı ilə bağlı bir xatirəni yazıçının qızı Sevda İbrahimova danışır: “Atam anamı çox sevirdi. Anam rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”. * * * * Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:
-Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb?! Bağırov əsəbləşir: – Əyləş, sən də onların tayısan! * * * * Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq. Mirzə İbrahimov hər zaman evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm… Mirzə İbrahimov ədəbiyyatımıza “Həyat” pyesi, Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını bəxş edib…
Əziz dostlar, oktyabrın 15-i Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixinə nasir, dramaturq, mütərcim kimi düşmüş, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı, akademik Mirzə İbrahimovun doğum günüdür. Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində anadan olmuşdur. Valideynləri zəhmətsevər insanlar olan Mirzə uşaqlıqdan əməyə alışmış, onlardan yorulmazlıq, insanlara qayğıkeşlik, ruhdan düşməmək, mehribanlıq və səadət öyrənmişdir. 7 yaşındaikən anasını itirmiş, 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası, bir həftə sonra isə qardaşı Rza vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanmış, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. 1930-cu ilin sonlarında bu kimsəsiz 19 yaşlı yetim oğlanı Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə üzv qəbul edirlər. Fabrik-zavod məktəbini bitirdikdən sonra mədəndə usta köməkçisi işləyir, sonra Neft-Sənaye Texnikumuna, 1931-ci ildə isə Neft və Sənaye Texnikomunu bitirdikdən sonra Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsinə daxil olur. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək məqsədi ilə Ukraynaya – Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfər etmiş, “Giqantlar ölkəsində” adlı oçerklər kitabını qələmə almışdır. Həmin ildə 21 yaşlı Mirzə İbrahimovu Yazıçılar İttifaqının təşkilat komitəsinin məsul katibi seçirlər. Öz zəkası, dürüstlüyü, zəhmətsevərliyi ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilməkdə olan bu “İranlı yetim oğlan” təhsilini dava etdirmək üçün 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasına (doktorantura) göndərilir.
Burada həmin kimsəsiz oğlan dünya şöhrətli, görkəmli şərqşünas alim Yevgeni Bertensin rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edir. Həmin ildə Bakıya qayıdan Mirzəni Axundov adına Opera və Balet Teatrına direktor vəzifəsinə təyin edirlər. Az sonra onu Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsinə göndərirlər. Beləliklə, 19 yaşına kimi Sabunçu Dəmiryol Vağzalında su satan Mirzə yeddi ildən sonra 26 yaşında böyük nüfuz sahibinə çevrilir. Tarixi mənbələrdən məlum olur ki, 1937-ci ilin çətin sınaqları zamanı o, bir neçə tanınmış şəxsin həyatında həlledici rol oynayır. Xatirələrdən məlum olur ki, 1937-ci ildə Azərbaycan Mərkəzi Komitəsinin iclaslarından birində Mircəfər Bağırov hirslənərək deyir.
Üzeyir Hacıbəyovda, Səməd Vurğunda xalq düşmənidir. Buna nə deyirsiniz? Əlbətdə tədbirdəkilərin hamısı susur, yalnız Mirzə İbrahimov əl qaldırb deyir ki:
Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb. Bağırov əsəbiləşərək – Sən də onların tayısan deyəndə, Mirzə müəllim Əgər mən xalq düşməniyəmsə, onda burada nə işim var deyib zalı tərk edir. 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. O, dövrünün gözüaçıq, dərin zəkalı sənətkarlarından idi. 1942-ci ildə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunmuş və 1942–1946-cı illər ərzində Azərbaycan SSR Maarif naziri sonra isə Xalq Komissarları Sovetinin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına səy göstərmişdir.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur.
Mirzə İbrahimov 1947–1950-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, 1948–1954-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləmişdir. 1956-cı ildə məhz onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili” haqqında maddə əlavə olunmuşdur. Mirzə İbrahimov 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika, İngiltərə, Fransa, Portuqaliya, Misir, İskəndəriyyə, Kipr, Suriya, Zambiya ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı kimi iştirak etmişdir.
Mirzə İbrahimovun əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilmiş, 1938-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuş, 1943-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 3 dəfə (1946,1967, 1981) “Lenin” ordeni ilə təltif olunmuş, iki dəfə “Stalin” mükafatına (1948,1951), 1961-ci ildə “Azərbaycan SSR xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1965-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatını almış, 1971-ci ildə “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuş, 1979-cu ildə Beynəlxalq Nehru mükafatına, 1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşdür.
Yaxşı xatırlayıram orta və ali məktəblərdə təhsil aldığımız illərdə Mirzə İbrahimovun “Həyat” piyesi, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər əsərləri hər kəsin stolüstü kitabına çevrilmişdi. Mirzə İbrahimov Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və vətən fədaisi idi. O, uzun, şərəfli həyatı boyu, müxtəlif illərdə sovet dövlətinə rəhbərlik etmiş Stalin, Xruşşov, Brejnev və Qorbaçovla təmasda olmuş, Bağırovun və Voroşirovun müavini vəzifələrində çalışmış, heç zaman haqq sözünü deməkdən çəkinməmiş, Üzeyir Hacıbəyov, Səməd Vurğun kimi Azərbaycanın böyük oğullarının başları üstündə qara buludlar dolaşarkən onları müdafiə etmişdir. O, 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Allah rəhmət eləsin.