Etiket arxivi: AVMVİB

AVMVİB-in 11 sentyabr 2025-ci il tarixli bəyanatı

Yayımladı: www.Fedai.az

AVMVİB-in 11 sentyabr 2025-ci il tarixli bəyanatı

Son günlər “Xəzər TV”də yayımlanmış süjetdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) adı ictimaiyyətdə çaşqınlıq doğura biləcək kontekstdə hallandırılmış və bu, təşkilatımızın nüfuzuna ciddi xələl gətirmişdir. Bununla bağlı mövqeyimizi bildirməyi vacib sayırıq.

AVMVİB 1994-cü ilin 24 iyul tarixində təsis edilmiş, 26 avqust 1994-cü ildə isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış rəsmi ictimai birlikdir. Təşkilatımız 31 illik fəaliyyəti dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş minlərlə müharibə iştirakçısını bir araya gətirən, dövlətçilik və vətənpərvərlik prinsipləri əsasında fəaliyyət göstərən nüfuzlu bir qurum kimi formalaşmışdır.

AVMVİB tərəfindən vaxtilə təqdim olunan tanıtma və yubiley nişanları heç bir hüquqi və ya imtiyaz verməyən, yalnız təşkilat üzvləri və əməkdaşlıq göstərmiş şəxslər üçün hazırlanmış simvolik təşəkkür nişanlarıdır. Bu nişanların üzərində təşkilatın loqosu, adı və rəsmi təsis tarixi aydın şəkildə göstərilmişdir. Təşkilatımız bu nişanları heç vaxt dövlət təltifi kimi təqdim etməmiş, onların yalnız ictimai status daşıdığını dəfələrlə bəyan etmişdir.

Qeyd etmək istərdik ki, AVMVİB tərəfindən bu cür nişanların təqdimatı artıq təxminən 2 ildir ki, dayandırılmışdır. Bu səbəbdən də bu gün həmin məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də təşkilatımızın adını qeyd etməklə süjetdə təqdim olunması obyektivlikdən uzaqdır və ictimai rəyə yön verilməsi qərəzli yanaşma təsəvvürü yaradır.

Qeyd edilən süjetdə təşkilatımızın adının belə bir kontekstdə hallandırılması bizi ciddi şəkildə narahat etmiş və təşkilatımızın ictimai nüfuzuna mənfi təsir göstərmişdir. Bu cür yanlışlıqlar və məqsədli təqdimatlar ölkəmizin müharibə veteranlarının təşkilatlanması və onların vətənpərvərlik ruhunun formalaşdırılmasında mühüm rol oynayan bir qurumun fəaliyyətini kölgə altına almağa yönəlik kimi qiymətləndirilə bilər.

Biz bir daha bildiririk ki, AVMVİB daim dövlətimizin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq, şəffaf və hüquqi əsaslarla fəaliyyət göstərən bir təşkilatdır. Qarabağın azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş qəhrəmanların ailələri, yaralı döyüşçülər və veteranlar bizim əsas fəaliyyət istiqamətimizdədir.

AVMVİB olaraq, hər zaman dövlət orqanları ilə əməkdaşlığa açıq olduğumuzu, hər hansı sual və ya qeyri-müəyyənlik yarandıqda qarşılıqlı hörmət və əməkdaşlıq əsasında aydınlaşdırılmasının daha məqsədəuyğun olduğunu bildiririk.

Hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin İdarə Heyəti adından — İctimai Birliyin sədri

Füzuli Rzaquliyev
11 sentyabr 2025-ci il
Bakı şəhəri

BAŞSAĞLIĞI

XƏQANİ RZAQULİYEV

Bu gün Azərbaycan mətbuatına və AVMVİByə ağır itki baş verib. Belə ki,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Fedai.az, Veteran.az saytlarının rəhbəri, ilk döyüşçü jurnalist, vətənpərvər Qazimiz Xəqani Rzaquliyev Noyabr ayının 24 də qəflətən vaxtsız vəfat edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla bütün AVMVİB üzvlərinə və mərhumun ailəsinə AVMVİB Ağdam rayon şöbəsi və “Yazarlar” adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin.Məkani cənnət olsun. Ruhuna Fatihə. Amin


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA HƏSƏNOVANIN AD GÜNÜDÜR!

Vətənpərvər Leyla Həsənova Məleykə Səma (Əhmədova)nın məzarı başında.

Yayımladı: www.Fedai.az

AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev, vətənpərvər el qızı, daim bizlərlə birgə olan və şəhidlərimizin məzarlarını illərlə kimsədən nəsə gözləmədən ziyarət edən və sosial şəbəkələrdə yayan xanım Leyla Həsənovanı ad günü münasibətiylə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayır.


Leyla Həsənovanı hər bir müharibə iştirakçısı yaxşı tanıyır. Fedai.az-da daim yazılarını yaynlayırıq. Qarabağla, müharibə ilə, döyülər və döyüşçülər haqqında onun paylaşdığı paylaşımlar bir fədakarlıqdır.

Şəhidlərmizin döyüş yolu, qazilərimizin problemləri və müharibə veteranlarının keçdiyi səngər həyatı haqqında sosial şəbəkədə illərdir ki, bir-birindən maraqlı məlumatları öz profilində paylaşan Leyla Həsənovanı bir daha 80 minlik veteranlar ordusu adından təbrik edirik.


Çox yaşa, Leyla xanım!


Bu gün də qoy biz veteranlar sizin haqqınızda yazaq. Yazaq ki, bütün gözəlliklər sizin olsun!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

“Yazarlar.az” olarq, təbriklərə qoşuluruq! Uğurlarınız bol olsun, Leyla xanım!!!

LEYLA HƏSƏNOVANIN DİGƏR YAZILARI

LEYLA HƏSƏNOVA DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru