Sadi Somuncuoğlu vəfat edib. YAZARLAR cameəsi olaraq, qələmdaşlarımız adından onu sevənlərə, yaxınlarına və doğmalarına başsağlığı verir, Böyük Allahdan rəhmət diləyirik. Ruhuna Fatihə.
Azərbaycanın tanınmış şairi, Azərbacan Yazıçılar Birliyinin üzvü, dahi Nizaminin yurdu qədim Gəncəmizdə yazıb-yaradan Ramiz Təmkin bu gün 62 yaşında vəfat edib. Gəncəli həmkarlarımıza, şairi sevənlərə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir, Böyük Allahdan səbr diləyirik. Allah rəhmət eləsin. Amin.
Xəbəri şairin qələm dostu digər Gəncə şəhərində yaşayan dəyərli yazarımız Vaqif VÜQAR təsdiqləmişdir.
Azərbaycan ədəbiyyatının fədakar dostu, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, əzizimiz İmdat Avşarın ailəsinə ağır itki üz verib. Bu gün İmdat bəyin əzizi, Kırşəhir ülkü ocakları eski başqanlarından olan milli düşüncəli aydınlarımızdan Yavuz Akçı Haqq dünyasına qovuşub.
Bu münasibətlə Azərbaycandakı dostları: Pərvin Nurəliyeva, Xəyalə Zərrabqızı, Zərrab Əfəndiyev, Təranə Vahid, Elşən Cəfərov, Elçin İsgəndərzadə, İbrahim İlyaslı, Asif Rüstəmli, Azər Turan, Qulu Ağsəs, Emin Piri, Aqil Camal, Zaur Ustac, Şəhla Qəmbərova, Ceyran Cəfərli, Nilufər Abdulova, Şəfa Vəli, Aygün Yaşar, Sevinc Muğanna və başqaları çox hörmətli İmdat bəy Avşara və ailə üzvlərinə – mərhumun xanımı Meral xanım Akçıya, Ziya Avşara, Canan xanım Avşara, Bekir Avşara, Hakan Avşara əzizləri Yavuz Akçının vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun övladlarına, ailəsinə, doğmalarına, bütün yaxınlarına səbir diləyir, dərin hüznlə başsağlığı verirlər.
Yazarlar cameəsi olaraq, Pərvanə Bayramqızına atası Bayram Məmmədovun vəfatından kədərləndiyimizi bildirir və dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
01 iyul gözəl insan, əsl ziyalı, qayğıkeş ata, səmimi dost, uzun illər yorulmadan mədəniyyətimizin keşiyində dayanmış Əməkdar Mədəniyyət İşçisi Şahin Qasımovun anadan olduğu günüdür! Bu gün özü aramızda olmasa da, Şahin müəllimi rəhmətlə anır, doğmalarına, yaxınlarına, onu sevib yoxluğuna üzülən hər kəsə Böyük Allahdan səbr diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun. Amin.
Qasımv Şahin Həsən oğlu — Əməkdar mədəniyyət işçisi
HƏYATI Şahin Qasımov 1 iyul, 1950-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin və Bakı Dövlət Universitetinin məzunudur. İctimai-siyasi və mədiniyyət sahəsində fəallığı ilə seçilmiş həmişə rəhbər vəzifələrdə çalışmışdır.Onun mədəniyyət sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, respublikamızın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. Xeyli fəxri fərmanları, diplomları, medalları var. Ölkə başçısının sərəncamı ilə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Bu günlərdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin sərəncamı ilə “Qabaqcıl mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
26 noyabr 2020-ci ildə vəfat edib.
ƏSƏRLƏRİ Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004
HAQQINDA YAZILAN ƏSƏRLƏR
“Ömür mənalı keçəndə…” Qələndər Xaçınçaylı
MÜKAFATLARI
“Əməkdar mədəniyyət işçisi” “Dövlət qulluğunda fərqlənməyə görə” medalı