Xanım Şəhla Mirzəzadə Norveçdə göstərdiyi fəal diaspora fəaliyyətinə görə Novruz bayramı münasibəti ilə “Vintsas” Mükafatı ilə təltif olunmuşdur. Laureatı bir daha təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzu edirik! Uğurlarınız bol olsun, Şəhla xanım!!!
ŞƏHLA MİRZƏZADƏNİN DİPLOMU N: 025 21.03.2021. BAKI – OSLO.
NOVRUZ SİRLƏRİ: QƏDİM ROMA NOVRUZDAN NİYƏ İMTİNA ETDİ? – BÖYÜK YAZIDAN KİÇİK BİR HİSSƏ
Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından
Roma mifologiyasına görə, Marsın müqəddəs heyvanları canavar, at, öküz və ağacdələndir. Romalıların təqvimində birinci ay sayılan mart Marsın şərəfinə adlandırılmışdır. Yeri gəlmişkən, qədim pars dilində kişiyə “martiya”, orta pars dilində isə “mart” deyilirdi. Türk və İran xalqları kimi, qədim romalılar da “qışın qovulmasını” və yeni ilin başlanmasını mart ayında bayram edirdilər.
Haşiyə. Qədim romalılar Marsı məhsuldarlıq və müharibə ilahı hesab edirdilər. Rəvayətlərə əsasən, Mars Romanın qurucusu Romulun və onun qardaşı Remin atasıdır. Marsın həyat yoldaşının adı Nerio və ya Nerionis idi. Zənnimizcə, Nerio–Nerionis adının Narəs-Nevruz–Navrez–Novruz sözünə bənzəməsi heç də təsadüfün nəticəsi deyildir. Bəzən Marsı yunan mifologiyasındakı müharibə ilahı Areslə, Nerionisi isə Roma əsatirlərindəki ilahlar Venera və Minerva ilə eyniləşdirirlər.
QEYD: Herodotun «Tarix» əsərində və digər qədim yunan mənbələrində Ares (Mars) ilahının sakalarla (skiflərlə) bağlı olduğu dönə-dönə qeyd edililmişdir. Herodotun yazdığına görə, skiflər yalnız Aresə qurban kəsirdilər. Qədim türklərin iki böyük peyğəmbərindən birinin adı Ərəsdir (Ares). Y.V. Çəmənzəminlinin «Qızlar bulağı» romanında bu məsələlərə toxunulmuşdur.Beləliklə, e.ə. 46-cı ildə astronom Sozigenin təklifini bəyənən Roma imperatoru Qay Yuli Sezar (e.ə. 100–44) yeni il bayramını yanvar ayına keçirmişdir. Görünür, bunu etmək üçün onun tutarlı bir əsası var idi. Qeyd etmək lazımdır ki, e.ə. 53-cü ildən etibarən Roma imperiyası ilə Parfiya imperiyası arasında şiddətli qarşıdurma dövrü başlanmışdı. Bəlkə də Roma konsulu Mark Lisini Krassın (e.ə. 115–53) 7 legionunun darmadağın edildiyi Hərran (Karr) döyüşünün acı nəticələri romalıların parfiyalılar ilə eyni dəyərləri bölüşmək istəməmələrinə və beləliklə, yaz bayramından da imtina etmələrinə səbəb olmuşdur.
Haşiyə. E.ə. 53-cü ildə istedadlı sərkərdə Surxanın rəhbərlik etdiyi 11.000 nəfərdən az Parfiya süvarisi indiki Türkiyənin qədim Hərran (Karr) şəhərinin yaxınlığında baş vermiş döyüşdə Roma konsulu Mark Lisini Krassın təxminən 50.000 nəfərlik güclü birləşməsini ağır məğlubiyyətə uğratmışdır. Bu parlaq qələbənin əsas sirri parfiyalıların döyüş taktikasında idi. Onlar yalandan geri çəkilərək düşməni özlərinin zəif olduğuna inandırmış, bununla da yağını irəli atılmağa təhrik edib, sıralarının, ən əsası isə artıq işlənib hazırlanmış planlarının pozulmasına nail olmuş, sonra qəfil geri dönərək ildırım sürətli hücumla onu darmadağın etmişdilər. Amma mümkündür ki, yeni ilin mart ayından dekabr ayına keçirilmısi barədə qərar Sezarın öz iradəsi ilə çıxarılmışdır. Belə ki, e.ə. 49–45-ci illərdə Roma imperiyasında Qay Yuli Sezarın və Qney Pompeyin (e.ə. 106–48) tərəfdarları arasında vətəndaş müharibəsi baş vermiş, onun gedişində parfiyalılar fəal surətdə Pompeyi dəstəkləmişdilər. Bunun qisasını almaq istəyən Sezar Parfiya üzərinə növbəti hərbi yürüş planlaşdırsa da, e.ə. 44-cü ildə onun qətlə yetirilməsi yeni müharibənin qarşısını almışdır. Simvolikdir ki, sui-qəsdçilər Sezarı məhz onun ləğv etdirdiyi bayramın qeyd olunduğu mart ayında (15 mart) öldürmüşlər.
Qeyd. Qədim Roma əfsanələrində Romulun alban kimi təqdim edilməsi və hadisələrin Alba-Longada (Alban ölkəsində) baş verməsi ilk romalıların əksəriyyətinin Şimali Azərbaycandan – Qafqaz Albaniyasından olduğuna dəlalət edə bilər.* Əsrlər ötdükcə bu azsaylı qaçqın qrupu yerli əhali arasında assimilyasiyaya uğramış, onların keçmiş vətənləri haqqında xatirələri isə tədricən miflərə çevrilərək həqiqi tarixlərinin üstünə qalın pərdə çəkmişdir. Romanın məşhur patrisi nəsilləri – Geganilər, Julilər (Julius), Quinktilər, Kuriatilər, Kloelilər, Servililər alban əsilli idilər. Julilər nəsli Sezar (Kaesar) adı ilə tanınırdı. Bu nəslin sonuncu nümayəndəsi Roma imperatoru Qay Yuli Sezar olmuşdur.Dillərini və dinlərini unutmuş albanlar Roma cəmiyyətinin ən imtiyazlı zadəgan qruplarından biri olan “ekvitlər” (süvarilər) adı altında mövqelərini uzun müddət qoruyub saxlamış, e.ə. II əsrin 20-ci illərindən sonra isə Romanın həm də maliyyə aristokratiyasına çevrilmişdilər. Eramızın I əsrindən etibarən Roma ordusunun komanda heyəti, əsasən, “ekvitlər”dən təşkil olunurdu. İmperator Makrin (217–218) onlardan idi. Makrin devrildikdən və qətlə yetirildikdən sonra onun oğlu Diadumenias Parfiyaya qaçmağa çalışmışdı.
P.S. Qədim romalılarla bağlı aparılmış son genetik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, onların əksəriyyəti, təxminən, 3.000 il əvvəl Romaya Xəzər dənizinin qərb sahillərindən köçmüşdür.
Bu barədə tam məlumatı Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər” kitabından əldə etmək olar.
İlk dəfə 6-cı sinifdə oxuyanda ağdamlı görmüşəm. Qaraşın adamlar idi. Ya günəş yandırmışdı, ya doğrudan da qaraşın doğulmuşdular, bilmirəm. Dayım Eldəniz onları nənəmgilə gətirmişdi. Nənəm Bikəxanım “xoş gəlmisiz” deyib mətbəxə keçdi ki, çay-çörək hazırlasın. Pıçıltı ilə dayımdan soruşdu ki, “bunlar kimdir”. Dayım dedi ki, “maşın ustalarıdır, gətirmişəm müştərilərim çoxalsın”. O iki ağdamlı uzun müddət nənəmgildə qaldılar. Dayım proflaktoriya işlədirdi, özü də usta idi, əlinin qızıl olmasına görə rayonda ad çıxarmışdı. Görünür, gəlirini artırmaq istəyirmiş. Axşamlar yorğun gəlib “Ceyran” sobasının yanında çöküb qalardılar. Baməzə idilər, həm də çılğın danışırdılar. “Peredok” belə getdi, “filtr” elə gəldi, bir sözlə, danışdıqları maşından idi. Onlar gələndən dayımın gəliri artdı, pullarını da qəşəng verirdi ki, narazı qalmasınlar. Altı aydan sonra getdilər. Ya evdən çağırımışdılar, ya da gedib orda öz proflaktoriyalarını açacaqdılar. Getməzdən əvvəl verdiyim suala hələ də gülürəm. Soruşmuşdum ki, “sizdə bütün evlərin damı ağ rəngdə olur?” Cavab belə olmuşdu ki, “o adamların damı ağdır ki, ağ gündə yaşayırlar”. Hardan biləydilər ki, üstündən neçə il keçəndən sonra ağ həyatları qara rəngə boyanacaq. Bunu deyən uzunsov sifətli, ovurdları batmış ağdamlı idi. Sonra televizordan Qədir Rüstəmovu gördüm. Onun da ovurdları batmışdı. Və alt şüuruma belə fikir hakim kəsildi ki, bütün ağdamlıların ovurdları batıq olur. Universitetdəki Şən və Haızrcavablar Klubunda konsertlər verəndə orda bir ağdamlımız vardı, ya təsadüfən, ya nədənsə, onun da ovurdları batırdı, sifəti uzunsov idi. Bu yaşımacan harda elə sifət quruluşlu adam görürəmsə, düşünürəm ki, yüz faiz ağdamlıdır. İkinci Ağdam barədə təəssüratım 1987-ci ildə yaranmışdı. Atam təsərrüfatlararası tikinti idarəsində baş mühəndis idi. Hansısa inşaat məsələsinə görə Ağdama yola düşdü, məni də apardı ki, “gedək, Ağdamı da görərsən”. Orda çay evində çay içdik. Yuxarıdan şəhəri seyr edirdim, atamla ağdamlı həmkarı tikintidən danışırdılar. O çay evində elə pürrəngi çay dəmləyərdilər ki… Neçə çaydan içdik, mixəkli, kəklikotulu, bir də sarı çiçəkli. O çaydan yalnız 20 il sonra Tovuzdakı dəmiryol idarəsinin yanındakı çayxanada içdim, amma Ağdamdakının yerini vermədi. Mən ağdamlı deyiləm. Dişləmədən yaranan qaşıntıdan bir həftə özünə gəlmədiyin iri-iri ağcaqanadlar olan, ayaqqabındakı sarı palçığı ən sürətli axan çayın da yuyub aparmadığı Sabirabaddanam. Ağdam barədə ağdamlıdan bir çıqqan da gözəl yaza bilmərəm. Həm də ixtisasım telejurnalistika olduğundan qısa danışığa üstünlük verənin biriyəm. Yaxşı ki, neçə saatlıq yolda Vüsalə Mahirqızı, Elman Babayev və Elnur Məmmədli ilə yaxında əyləşmişdim. Ağdama qədər söhbət etdik. Ağdama çatanda daha söhbət edə bilmədik. Çünki fikrimiz şəhərin xarabaqlıqlarında qaldı. “Qaldı” desəm düz olmaz, gözümüz axdı o xarabalıqlara. Və ucsuz-bucaqsız xarabalıqlara baxdıqca dövlətimə ürəyim yandı ki, quruculuq işini hardan başlayıb harda qurtaracaq? Adam düşünürdü ki, bəlkə bu dağıntıların bir sonu olar, amma qurtarmaq bilmirdi. Gözüm azacıq doldu. Erməni azərbaycanlının mənəviyyatı, mənliyi ilə oynamışdı. Dünyanın ən güclü texnologiyası insan gözünün gördüyünü əks etdirə bilməz. Hər adam öz gözləri ilə görməlidir o xarabalıqları, bunu yaxından duymalıdır. Evlərin şiferlərini söküb aparıblar. Baxıblar ki, ev çay daşından tikilib, ona dəyməmişdilər, ancaq qəşəng mişar daşından olan evləri bünövrəsinə qədər say-seçmə edib daşımışdılar. Ağdamın digər rayonlardan fərqi həm də burdakı evlərin 2-3 mərtəbədən tikilməsi olub. İnşaat işlərində müasirliyə can atıblar. Yerli qoca danışırdı ki, burda bəzi imarətlərdə lift də quraşdırılıbmış. Təsəvvürə gətirmək çətindir ki, bütün bunlar sovet rejiminin qadağası içində baş verib. Yol kənarında “Zaparojets”, “Jiquli” maşınlarının ancaq karkasını görmək olardı, içini tamamilə söküb aparmışdı ermənilər. Nar ağacları isə üstündəki çürümüş barla yetim qalmışdı. Ermənilər hər il burdan yeşiklərlə nar aparıblar. 44 günlük müharibə nar mövsümünə düşdüyündən, bu dəfə narları apara bilməmişdilər. Allahverdi Bağırovun qəbrini ziyarət edəndən sonra beş-altısını yığdım, ikisinin dadına baxdım. Çox yeri çürümüşdü, salamat yerindən daddım, yurdun narı da dadlı idi. Belə narı olan rayona qıymaq vallah olmazdı, billah olmazdı. Elə o narlardan avtobus tərəfə gələnlərə verdim ki, dadsınlar. Bəzən vətən torpağının dadını onun meyvəsində taparsan. Cümə məscidinə gedən yolda qızıl dükanı, üzümçülər binasının xarabağlığının qarşısından keçəndə nəzərimi paslı avtomat telefon cəlb etdi. Neçə-neçə ağdamlı oğlan qızlara zəng edib, qəpik qurtaranda yoldan keçəndən istəyiblər ki, qəpiyiniz olmaz ki? Həmin xoşbəxt gənclərin həyatına barıt qoxusu yayıldı. O oğlanlardan neçəsi şəhid oldu, qızlar didərgin düşdü, saçları vaxtsız ağardı. Qəpiklərin qurtarmasından kəsilən telefon danışıqları həyatlarını da beləcə yarımçıq kəsmişdi. Ağdamlı qoca dedi ki, “o vaxtlar respublikada hər qızıl dükanının qarşısında belə avtomat telefon quraşdırardılar. Kimsə oğurluq qızıl gətirəndə satıcılar tez çıxıb milisə xəbər versinlər. Amma axşamlar qızıl dükanı bağlanardı, gedib istədiklərimizlə danışardıq. Bir də növbəti günün qürub çağını gözləyərdik ki, qaçaq avtomat telefona”. O qocanın gözləri dolmadı. Yəqin dolmağa başqa pis xatirələri çox idi. Pis xatirə təkcə qocanın gözlərinə yox, Cümə məscidinin divarına da hopmuşdu. Bu divar Xocalıdan gətirilən meyidləri görmüşdü, ağlayan doğmaların harayını çəkmişdi içinə. Yaşamışdı azdır, divarlarına hopmuşdu. İndi qələbədən sonra az qala divarında gizli güllər açmışdı sevindiyindən. Təkcə adamlar sevinmir ki… Ağdamdan çıxanda bir ovuc torpaq götürüb selafona bükdüm. enli gödəkçəmin cibinə qoydum. Anama dedim ki, “Gəncəyə getməmişdim, Ağdamdan gəlirəm”. Əvvəldən deməmişdim ki, minadan partlayacağım üşəntisini yaşamasın. Torpağı çıxardım. Anam torpağa baxıb dedi ki, “nə qara torpaqdır, elə et ki, soxulcanları evə düşməsin”. Diqqətlə baxdıq, soxulcan yox idi. Anam dedi: -Deyəsən ermənilər torpağın soxulcanını da çıxarıb aparıblar. Fikrə getdim.
Xanım Emfira Ərkli naşiri və redaktoru Müşfiq Borçalının olduğu “Dünyam mənim” adlı şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə “Ziyadar” Mükafatı (DİPLOM – EMFİRA ƏRKLİ N: 064 18.03.2021. – XAÇMAZ.) ilə təltif olunmuşdur. Laureatı təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun, Emfira xanım!!!
Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:
Şəhriyar – Seyid Muhammad Hüseyin Behjat-Tebrizi (Azerice: Şəhriyar, Farsça: سید محمدحسین بهجت تبریزی) (d. 1906 – ö. 18 Eylül 1988), şiirlerinde kullandığı Şehriyar mahlası ile tanınır. Azeri asıllı İranlı Türk şair, şiirlerini hem Azerbaycan Türkçesi hem de Farsça yazmıştır.
Hayatı
İran Türklerinden olan Şehriyar,1906’da Tebriz’de doğdu. Babası Mirismail Ağa Hoşgenabî, bir avukattı. İlk öğrenimini doğduğu şehirde tamamlayan şair, Medrese-i Talibiye’de aldığı Arapça ve Arap edebiyatı eğitiminin yanı sıra, Fransızca öğrendi. 1921 yılında Tahran’a gelerek Dar-ül Fünun okulunda tıp eğitimi almaya başlar. 1924 yılında aşkının peşinden Horasan’a gider. 1935 yılında Tahran’a geri dönerek İran Ziraat Bankasında çalışmaya başlar.
Şehriyar 1929 yılında önsözünü dönemin bilinen şairlerinden olan Bahtiyar, Nafisi ve Muhammed Tagi Bahar’ın yazdığı ilk şiir kitabını neşreder. Şiirlerinde şair Hafız, Sadi, Fizuli, M.P. Vaqif, M.E. Sabir ve s.-den etkilenmeler mevcut olan şair, ana dilinde kaleme aldığı Heyder Babaya Salam şiiri ile Türkiye’de ve Sovyetler Birliğindeki Türk Cumhuriyetlerinde de büyük bir üne kavuştu.
1951 yılında Haydar Babaya Selam şiir kitabını yayımladı. (Haydar Baba, köyünün üstünde kurulu olduğu dağın adıdır.)
Şehriyar İran’da 1979 yılında yapılan İslam devrimini destekledi.
Tahran’da Mehr hastanesinde akciğer iltihabı ve kalp yetersizliğinden 18 Eylül 1988 yılında vefat eden şairin ölüm günü, O’nun anısına, İran’da Milli Şiir Günü olarak kutlanmaktadır.
Şairler Türbesi, Tebriz Şehriyar’ın Türbesi, TebrizŞehriyar Azerbaycan Türkçesiyle şöyle demiş: [kaynak belirtilmeli]
Türkün dili tek (gibi), Sevgili istekli dil olmaz Özge (başka) dile qatsan(katsan), bu esil (asil, öz) dil esil olmaz
Eserleri Haydar Baba’ya Salam, Tebriz, 1951; Yad-i ez Heyder Baba, Tahran 1964; Seçilmiş Eserleri, Bakı, 1966; Divan-ı Türkî Tebriz, 1992; Yalan Dünya, Bakı, 1993; Tüm Eserleri (4 cilt), Tahran,1971 Heyder Babaya Selam şiiri 76 dile çevrilmiş, Azerbaycan’da ve Türkiye’de bu şiire nazireler yazılmıştır.
ŞEİRLƏR
Heydərbabaya Salam
Birinci Hissə
Heydərbaba, ildırımlar caxanda, Sellər, sular şaqqıldayıb axanda, Qızlar ona səf bağlayıb baxanda, Salam olsun şovkətuzə, eluzə, Mənim də bir adım gəlsin diluzə.
Heydərbaba, kəhliklərin ucanda, Kol dibindən dovşan qalxıb qacanda, Baxcaların cicəklənib acanda, Bizdən də bir mumkun olsa yad elə, Acılmayan urəkləri şad elə.
Bayram yeli cardaxları yıxanda, Novruzgulu, qar cicəyi cıxanda, Ağ buludlar koynəklərin sıxanda, Bizdən də bir yad eləyen sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, gun dalıvı dağlasın, Uzun gulsun, bulaqların ağlasın, Uşaqların bir dəstə gul bağlasın, Yel gələndə, ver gətirsin bu yana, Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, sənin uzun ağ olsun, Dord bir yanın bulaq olsun, bağ olsun, Bizdən sora sənin başın sağ olsun, Dunya qəzəv-qədər, olum-itimdi, Dunya boyu oğulsuzdu, yetimdi.
Heydərbaba, yolum sənnən kəc oldu, Omrum kecdi, gələmmədim, gec oldu, Hec bilmədirn gozəllərin nec oldu, Bilməz idim dongələr var, donum var, İtginlik var, ayrılıq var, olum var.
Heydərbaba, igid əmək itirməz, Omur kecər, əfsus bərə bitirməz, Namərd olan omru başa yetirməz, Biz də, vallah, unutmarıq sizləri, Gorəmməsək, halal edin bizləri.
Heydərbaba, Mirəjdər səslənəndə, Kənd icinə səsdən-kuydən duşəndə, Aşıq Rustəm sazın dilləndəndə, Yadmdadı nə hovləsək qacardım? Quşlar təkin qanad calıb ucardım.
Şəngulava yurdu, aşıq alması, Gah da gedib orda qonaq qalması, Daş atması, alma-heyva salması Qalıb şirin yuxu kimi yadımda, Əsər qoyub ruhumda, hər zadımda.
Heydərbaba, Quru golun qazları, Gədiklərin sazax calan sazları, Kənd-kovşənin payızları, yazları, Bir sinema pərdəsidir gozumdə, Tək oturub, seyr edirəm ozum də.
Heydərbaba, Qaracəmən caddası, Covuşların gələr səsi, sədası, Kərbəlaya gedənlərin qadası Duşsun bu ac, yolsuzların gozunə, Təməddunun uyduq yalan sozunə.
Heydərbaba, şeytan bizi azdırıb, Məhəbbəti urəklərdən qazdırıb, Qara gunun sərneviştin yazdırıb, Salıb xalqı bir-birnin canına, Barışığı bələşdirib qanına.
Goz yaşına baxan olsa, qan axmaz, İnsan olan, xəncər belinə taxmaz, Amma heyif, kor tutduğun buraxmaz, Behiştimiz cəhənnəm olmaqdadır, Zilhiccəmiz məhərrəm olmaqdadır.
Xəzan yeli yarpaqları tokəndə, Bulud dağdan yenib kəndə cokəndə, Şeyxulislam gozəl səsin cəkəndə, Nisgilli soz urəklərə dəyərdi, Ağaclar da Allaha baş əyərdi.
Heydərbaba, Sulu yerin duzundə, Bulaq qaynar cay-cəmənin gozundə, Bulaqotu uzər suyun uzundə, Gozəl quşlar ordan gəlib kecərlər, Xəlvətləyib bulaqdan su icərlər.
Bicin usru sunbul bicən oraqlar, Elə bil ki, zulfu darar daraqlar, Şikarcılar bildircini soraqlar, Bicincilər ayranların icərlər, Bir huşlanıb, sondan durub bicərlər.
Heydərbaba, kəndin gunu batanda, Uşaqların şamın yeyib yatanda, Ay buluddan cıxıb qaş-goz atanda Bizdən də bir sən onlara qissə de, Qissəmizdə coxlu qəmu qussə de.
Qarı nənə gecə nağıl deyəndə, Kulək qalxıb qap-bacanı doyəndə, Qurd kecinin Şəngulusun yeyəndə Mən qayıdıb bir də uşaq olaydım, Bir gul acıb ondan sora solaydım.
Əmməcanın bal bəlləsin yeyərdim, Sondan durub us donumu geyərdim, Baxcalarda tiringəni deyərdim, Ay ozumu o əzdirən gunlərim, Ağac minib, at gəzdirən gunlərim.
Həci xala cayda paltar yuyardı, Məmmədsadıq damlarını suvardı, Hec bilməzdik dağdı, daşdı, duvardı, Hər yan gəldi, şıllaq atıb aşardıq, Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq!
Şeyxulislam munacatı deyərdi, Məşəd Rəhim ləbbadəni geyərdi, Məşd Hacəli bozbaşları yeyərdi, Biz xoş idik, xeyrat olsun, toy olsun, Fərq eyləməz, hər nolacaq, qoy olsun.
Heydərbaba, kəndin toyun tutanda, Qız-gəlinlər həna, piltə satanda, Bəy gəlinə damnan alma atanda, Mənim də o qızlarında gozum var, Aşıqların sazlarıda sozum var.
Heydərbaba, bulaqların yarpızı, Bostanların gulbəsri, qarpızı, Cərcilərin ağ nabatı, saqqızı İndi də var damağımda, dad verər, İtgin gedən gunlərimdən yad verər.
Bayram idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu, Hər kəs şalın bir bacadan soxurdu, Ay nə gozəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaşdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı.
Yumurtanı goycək, gullu boyardıq, Caqqışdırıb sınanların soyardıq, Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgulu dərərdi.
Novruzəli xərməndə vəl surərdi, Gahdan enib kuləşlərin kurərdi. Dağdan da bir coban iti hurərdi, Onda gordun ulaq ayaq saxladı, Dağa baxıb qulaqların şaxladı.
Qış gecəsi tovlələrin otağı, Kətillərin oturağı, yatağı, Buxanda yanar odun yanağı, Şəbcorəsi, girdəkanı, iydəsi, Kəndi basar gulub-danışmaq səsi.
Şuca xaloğlunun Bakı sovqəti, Damda quran samavarı, sohbəti, Yadımdadı şəsli qəddi, qaməti, Cunəmməyin toyu donub yas oldu, Nənəqızın bəxt aynası kas oldu.
Heydərbaba, Nənəqızın gozləri, Rəxşəndənin şirin-şirin sozləri, Turki dedim, oxusunlar ozləri, Bilsinlər ki, adam gedər, ad qalar, Yaxşı-pisdən ağızda bir dad qalar.
Yaz qabağı gun guneyi doəndə, Kənd uşağı qar gullərin sovəndə, Kurəkcilər dağda kurək zuvəndə, Mənim ruhum elə bilin ordadır, Kəhlik kimi batıb qalıb, qardadır.
Xəccəsultan əmmə dişin qısardı, Molla Bağır əmoğlu tez mısardı, Təndir yanıb, tustu evi basardı, Caydanımız ərsin ustə qaynardı, Qovurğamız sac icində oynardı.
Bostan pozub gətirərdik aşağı, Doldurardıq evdə taxta-tabağı, Təndirlərdə bişirərdik qabağı, Ozun yeyib, toxumların cırtdardıq, Cox yeməkdən lap az qala catdardıq.
Vərzəğandan armudsatan gələndə, Uşaqların səsi duşərdi kəndə, Biz də bu yandan eşidib biləndə, Şıllaq atıb bir qışqırıq salardıq, Buğda verib armudlardan alardıq.
Mirzə Tağıynan gecə getdik caya, Mən baxıram seldə boğulmuş aya, Birdən işıq duşdu o tay baxcaya, “Eyvay, – dedik, – qurddu”. Qayıtdıq qaşdıq. Hec bilmədik nə vaxt gədikdən aşdıq
Eşitmişəm yanır Allah cırağı, Dair olub məsciduzun bulağı, Rahat olub kəndin evi, uşağı, Mənsur xanın əli-qolu var olsun, Harda qalsa, Allah ona yar olsun.
Heydərbaba, Molla İbrahim var, ya yox? Məktəb acar, oxur uşaqlar, ya yox? Xərmən ustu məktəbi bağlar, ya yox? Məndən axunda yetirərsən salam, Ədəbli bir salami-malakəlam.
Xəccəsultan əmmə gedib Təbrizə, Amma nə Təbriz ki, gələmmir bizə, Balam, durun, qoyaq gedək əmmizə, Ağa oldu, tifağımız dağıldı, Qoyun olan yad gedibən sağıldı.
Heydərbaba, dunya yalan dunyadı, Suleymandan, Nuhdan qalan dunyadı, Oğul doğan, dərdə salan dunyadı, Hər kimsəyə hər nə verib alıbdı, Əflatundan bir quru ad qalıbdı.
Heydərbaba, yar-yoldaşlar dondulər, Bir-bir məni coldə qoyub condulər, Ceşmələrim, cıraqlaım sondulər, Yaman yerdə gun dondu, axşam oldu, Dunya mənə xərabəyi-Şam oldu.
Əmoğluynan gedən gecə Qıpcağa, Ay ki cıxdı, atlar gəldi oynağa, Dırmaşırdıq, dağdan aşırdıq dağa, Məş Məmixan goy atını oynatdı, Tufəngini aşırdı şaqqıldatdı.
Heydərbaba, Qara golun dərəsi, Xoşginabın yolu, bəndi, bərəsi, Orda duşər cil kəhliyin fərəsi, Ordan kecər yurdumuzun ozunə, Biz də kecək yurdumuzun sozunə.
Xoşginabı yaman gunə kim salıb? Seyidlərdən kim qırılıb, kim qalıb? A Mirqafar dam-daşını kim alıb? Bulaq genə gəlib golu doldurur? Ya quruyub, baxcaları soldurur?
Məcdussadat gulərdi bağlar kimi, Guruldardı buludlu dağlar kimi, Soz ağzında ərirdi yağlar kimi, Alnı acıq, yaxsı, dərin qanardı, Yaşıl gozlər cıraq təkin yanardı.
Mənim atam sufrəli bir kişiydi, El əlindən tutmaq onun işiydi, Gozəllərin axıra qalmışıydı, Ondan sonra donərgələr dondulər, Məhəbbətin cıraqları sondulər.
Mirsalehin dəlisovluq etməsi, Mirəzizin şirin şaxsey getməsi, Mirməmmədin qurulması, bitməsi, İndi desək, əhvalatdı, nağıldı, Kecdi-getdi, itdi-batdı, dağıldı.
Mirəbdulun aynada qaş yaxması, Covculərindən qaşının axması, Boylanması, dam-divardan baxması, Şah Abbasın durbunu, yadəş bəxeyr, Xoşginabın xoş gunu, yadəş bəxeyr.
Sitarəmmə nəzikləri yapardı, Mirqadir də hərdəm birin qapardı, Qapıb, yeyib, dayca təkin capardı, Gulməliydi onun nəzik qappası, Əmmənin də ərsininin şappası.
Heydərbaba, A Mirheydər neynəyir? Yəqin genə samavarı qeynəyir. Day qocalıb, alt əngiynən ceynəyir, Qulaq batıb, gozu girib qaşına, Yazıq əmmə, hava gəlib başına.
Xanım əmmə Mirəbdulun sozunu Eşidəndə əyər ağız, gozunu, Məlkamıda verər onun ozunu, Davaların şuxluğınan qatallar, Əti yeyib, başı atıb yatallar.
Fizzə xanım Xoşginabın guluydu, A Miryəhya əmqızının quluydu, Ruxsarə artist idi, sevgiliydi, Seyidhuseyn Mirsalehi yamsılar, A Mircəfər qeyrətlidir, qan salar.
Goyərcinlər dəstə qalxıb ucallar, Gun sacanda qızıl pərdə acallar, Qızıl pərdə acıb, yığıb qacallar, Gun ucalıb, artar dağın cəlalı, Təbiətin cavanlanar cəmalı.
Heydərbaba, qarlı dağlar aşanda, Gecə karvan yolun azıb, caşanda, Mən hardasam, Tehranda, ya Kaşanda, Uzaqlardan gozum secər onları, Xəyal gəlib, aşıb kecər onları.
Bir cıxaydım Damqayanın daşına, Bir baxaydım kecmişinə, yaşına, Bir gorəydim nələr gəlib başına, Mən də onun qarlarıylan ağlardım, Qış donduran urəkləri dağlardım.
Heydərbaba, gul qoncəsi xəndandı, Amma heyif, urək qəzası qandı, Zindəganlıq bir qaranlıq zindandı, Bu zindanın dərbəcəsin acan yox, Bu darlıqdan bir qurtulub qacan yox.
Heydərbaba, goylər butun dumandı, Gunlərimiz bir-birindən yamandı, Bir-birizdən ayrılmayın, amandı, Yaxşılığı əlimizdən alıblar, Yaxşı bizi yaman gunə salıblar!
Bir soruşun bu qarğınmış fələkdən, Nə istəyir bu qurduğu kələkdən? Deynə, kecirt ulduzları ələkdən, Qoy tokulsun, bu yer uzu dağılsın, Bu şeytanlıq qurğusu bir yığılsın!
Bir ucaydım bu cirpınan yelinən, Bağlaşaydım dağdan aşan selinən, Ağlaşaydım uzaq duşən elinən, Bir gorəydim ayrılığı kim saldı? Olkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi, Sən də qeytər, goylərə sal bu səsi, Bayquşun da dar olmasın qəfəsi, Burda bir şir darda qalıb bağırır, Muruvvətsiz insanları cağırır.
Heydərbaba, gecə durna kecəndə, Koroğlunun gozu qara secəndə, Qıratını minib, kəsib-bicəndə, Mən də burdan tez mətləbə catmaram, Eyvaz gətib catmayınca yatmaram.
Heydərbaba, sənin koylun şad olsun., Dunya varkən ağzın dolu dad olsun, Səndən kecən tanış olsun, yad olsun, Deynə: mənim şair oğlum Şəhriyar, Bir omurdur qəm ustunə qəm qalar.
* * *
Heydərbabaya Salam
İkinci Hissə
Heydərbaba, gəldim səni yoxluyam, Bir də yatam, qucağında yuxluyam, Omru qovam, bəlkə burda haxlıyam, Uşaqlığa deyəm: bizə gəlsən bir, Aydın gunlər, ağlar yuzə gulsən bir!
Heydərbaba, cəkdin məni gətirdin, Yurdumuza, yuvamıza yetirdin, Yusifivi uşaq ikən itirdin, Qoca Yəqub, itmişsəm də tapıbsan, Qavalıyıb qurd ağzından qapıbsan.
Mən gorduyum karvan catıb kocubdu, Ayrılığm şərbətini icibdi, Omrumuzun kocu burdan kecibdi, Kecib gedib gedər-gəlməz yollara, Tozu qonub bu daşlara, kollara.
Burda şirin xatirələr yatıblar, Daşlarıylan başı başa catıblar, Aşnalığın daşın bizdən atıblar, Mən baxanda qavzanıllar, baxıllar, Bir də yatıb yandırıllar, yaxıllar.
Gedənlərin yeri burda gorunur, Xanım nənəm ağ kəfənin burunur, Dalımcadır, hara gedim surunur: – Bala, gəldin? Niyə belə gec gəldin? Səbrim sənnən guləşdi, sən guc gəldin.
Qəbiləmiz burda qurub ocağı, İndi olmuş qurd-quşların yatağı, Gun batanda sonər butun cırağı, “Və bəldətin leysə ləha ənisu İlləl yəafirə və iltəl-isu”.
Zaman kecir, ufuqlərdə toz qalır, Karvan kimi uzaqlarda toz salır, Duman gəlir, yurəkləri culğalır, Urək deyir: Zaman, kecmə, amandur, Kecənlərdə gozum var, bir dayan, dur!
Ruzigarın dəyirmanı firlanır, Məxluq onun dişlərinə tullanır, Bax ki, bəşər yenə necə allanır, Həmişəlik şadlıq umur ozunə, Qəbri gorur, toz qondurmur uzunə.
Kohnələrin sur-sumuyu dartılıb, Qurtulanın cul-cuxası yırtılıb, Molla İbrahim lap əriyib, qurtulub, Şeyxulislam səhman qalıb, qıvraxdı, Novruzəli qacaq kecib, qocaxdı.
Cox şukru var, yenə gəldux, goruşdux, İtənlərdən, bitənlərdən soruşdux, Kusmuşdux, Allah qoysa, barışdux, Bir də goruş qismət ola, olmaya, Omurlərdə fursət ola, olmaya.
Burda xəyal meydanları genişdi, Dağlar, daşlar butun mənlə tanışdı, Gorcək məni Heydərbaba danışdı: – Bu nə səsdi, sən aləmə salıbsan, Gəl bir gorək ozun harda qalıbsan?
Kəcavəylə bu caydan cox kecmişik, Bu ceşmələrdən nə sular icmişik, Bu yoncalıqlarda kəsib bicmişik, Cəpişləri qıdıxlayan gunlərim, Cəpiş kimi oynaxlayan gunlərim.
Bu tovlədə sarı inək doğardı, Xanım nənəm inəkləri sağardı, Ana iysi dam-divardan yağardı, Mən buzovu qucaqlardım qaşmasın, Deyərdi: – Bax, bayda dolsun daşmasın.
Bu damlarda coxlu cızıq atmışam, Uşaqların aşıqların udmuşam, Qurquşunlu saqqa alıb satmışam, Uşaq necə hec zadınan şad olar, İndi bizim qəmi tutmur dunyalar.
Məktəb qalır, uşaqlar dərs alırlar, Hey yazırlar, hey pozurlar, yalırlar, Molla İbrahim ozu, evi qalırlar, Amma bizim yoldaşlardan qalan yox, Bunlardan bir bizi yada salan yox.
Bir vaxtında bu məktəb pərgar idi, Bir Museyyib, bir Məmdəsən var idi, Biri xəlfə, biri vərzişkar idi, Axund bizlə oynamağa gedərdi, Ozu bizə oynamaq oyrədərdi.
Dedim, balam, o Məmdəsən nolubdu? Məlum oldu tifil bala olubdu, Nə var, nə var, burnundan qan gəlibdi, Bir yel əsir, baxırsan Məmdəsən yox, Bu kənddə bir burun qanı kəsən yox.
Dedim, deyin Museyyibə nə gəldi? Qulam, gordum, ağlar goz ilə gəldi, Dedi: o da bahalıq duşdu, oldu, Dedim, yazıq bizlə hasıl bolənlər, Bitməyəndə aclarından otənlər.
Bu məktəbdə şerin şəhdin dadmışam, Axundun ağzından qapıb udmuşam, Gahdan da bir axundu allatmışam, – Başım ağrır, – deyib, qacıb getmişəm, Baxcalarda gedib gozdən itmişəm.
Azad olanda məkəobdən cıxardıq, Hucum cəkib biri-birin sıxardıq, Yolda hər nə gəldi, vurub yıxardıq, Uşaq demə, ipin qırmış dana de, Bir dana da demə, əlli dana de.
Məlikniyaz itkin gedib yox olub, Mir Aslan xan səktə il yıxılıb, Hərə qacıb bir dərədə sıxılıb, Corək qəmi cıxıb xalqın ayına, Hər kəs qalıb oz canının hayına.
Kəndli yazıq cıraq tapmır yandıra, Gorum sizin bərqiz qalsın andıra, Kim bu sozu ərbablara qandıra: Nədir axır bu millətin gunahı? Tutsun sizi, gorum, məzlumlar ahı!
Hər nə alır baha verir qiyməti, Ucuz fəqət əkincinin zəhməti, Bitənindən artıq bicən ucrəti, Kənd uşağı gedir yolda işləyə, Orda bəlkə qəndi tapa dişləyə.
Kəndli gəlin kimi dunyanı bəzər, Oz ovrəti yamaq-yamağa duzər, İynə bəzər xalqı, ozu lut gəzər, İndi də var carsablar albaxdı, Uşaqların qıc-pacası cılpaxdı.
Bu baxcada aş tərəsi əkərdik, Hey su acıb kərdiyə goz dikərdik, Cıxmaq həmin dərib asa tokərdik, Fınqılışlar qaşıqlardan aslanı, Yağlı desəm, quru ağzın islanı.
Bu doşlərdə quzuları yayardıq, Axmasmlar, ulduz təkin sayardıq, Quşqovanı cəkib daşa dayardıq, Quşqovan da elə bil ki, qabandı, Qurd uzaqdan deyr bəs ki, cobandı.
Xanım nənəm naxoş olan il idi, Qış var ikən kulək idi, yel idi, Qış da cıxdı, yağış idi, sel idi, Yuk-yapını hey catırdıq ki, gedax, Sel kuşgudu, məcbur olduq qeyidax.
Neysan duşdu, biz də duşduk yağışa, Kim bacarar sellər ilə boğuşa? Hey deyirdik, bəlkə yağış yığışa, Balakişi faytoncumuz gəlmişdi, İmamiyyə qəhvəsində qalmışdı.
Bu zəmidə gedib gozdən itərdik, Tonqal qurub sutulləri utərdik, Deyib, gulmək muradına yetərdik, El də gulsun, muradına yetişsin, Urəklərin yaraları bitişsin.
Xəlvərcilər burda xəlvər daşırdı, Bu kullukdən ulaqlar dırmaşırdı, Sellər kimi nemət aşıb-daşırdı, Hər iş dedin hər kimsəyə gorərdi, Can dərmam istəsəydin verərdi.
İndi bəşər ac qurd kimi uduxub, Combələnti goz qıcırdıb duruxub, Baxırlar ki, gorsunlər kim sınıxıb, Tokulsunlər onun leşin yırtsınlar, Hərə bir diş ənsəsindən qırtsınlar.
Heydərbaba, səndə dəfinələr var, Dağlar vədiəsi xəzinələr var, Amma sənə bənzər də sinələr var, Bu sinələr dağlar ilə danışır, Dağlar kimi goylər ilə qonuşur.
Gor hardan mən sənə saldım nəfəsi, Dedim qaytar sal aləmə bu səsi, Sən də yaxşı simurq etdin məgəsi, Sanki qanad verdin yelə, nəsimə, Hər tərəfdən səs verdilər səsimə.
Heydərbaba, səni vətən bilmişdim, Vətən deyib, baş goturub gəlmişdim, Səni gorub goz yaşımı silmişdim, Halbuki, lap qəmli qurbət səndəymiş, Qara zindan, acı şərbət səndəymiş.
Kim qaldı ki, bizə buğun burmadı, Altdan-altdan bizə kələk qurmadı, Bir mərd oğul bizə havar durmadı, Şeytanları qucaqlayıb gəzdiz siz, İnsanları ayaqlayıb, əzdiz siz.
Divar ucaldı, gun bizə duşmədi, Zindan qaraldı, goz-gozu seşmədi, Gunduz gozu mənim lampam keşmədi, Sel də basdı, əmmiz dolub gol oldu, Cox yazığın evi conub col oldu.
Əvvəl başı məndən istiqbal etdiz, Sondan conub işimdə ixlal etdiz, Oz zənnizcə ustadı iğfal etdiz, Eybi yoxdur, kecər gedər omurdur, Qış da cıxar, uzuqara komurdur.
Mənim yolum məhəbbət caddəsiydi, Son sozlərim haqqın iradəsiydi, Məhəbbətin risalət vədəsiydi, Yoxsa məndə bir kəs ilə qərəz yox, Siyasət adlı məndə bir mərəz yox.
Haqq nə deyir? Kufrə qarşı getməyiz, Nurdan cıxıb zuhnət icrə itməyiz, Fırıldağa fırfıratək bitməyiz, Gorduz də ki, olmadı kufrun dibi, Pul da versə, almağa tikmiş cibi.
Şeytan bizim qəlbimizi condərib, Allah deyən yoldan bizi dondərib, İlanlı ceşməyə bizi gondərib, Minnət qoyur ki, arxınız nəhr olub, Biz goruruk sular bizə zəhr olub.
Heydərbaba, gileylikdən nə cıxar? Zulmun evin səbrli təhəmmul yıxar, Dərviş olan səbrin əlin bərk sıxar, Gəl qayıdaq, cıxaq Ağa duzunə, Kecək yenə məhəbbətin sozunə.
Deynə uşaq bir-birilə saz olsun, Bəlkə bu qış bir də conub yaz olsun, Cay, cəmənlər ordək olsun, qaz olsun, Biz də baxıb fərəhlənib bir ucaq, Sınıq-salxaq qanadları bir acaq.
Bu baxcadan alcaları dərərdik, Qış adına cıxıb damda sərərdik, Hey də cıxıb yalandan condərərdik, Qış zumarın yayda yeyib doyardıq, Bir kulli də minnət xalqa qoyardıq.
Evlər qalır, ev sahibi yox ozu, Ocaqların ancaq işıldar kozu, Gedənlərin az-cox qalıbdır sozu, Bizdən də bir soz qalacaq, ay aman! Kimlər bizdən soz salacaq, ay aman!
Bizdən sonra kursulərin tovunda, Kəndin nağıllarında, soz-sovunda, Qan nənənin caxmağında, qovunda, Heydərbaba ozun qatar sozlərə, İcki kimi xumar verər gozlərə.
Aşıq deyər: Bir nazlı yar var imiş, Eşqindən odlanıb yanar var imiş, Bir sazlı, sozlu Şəhriyar var imiş, Odlar sonub, onun odu sonməyib, Fələk conub, onun carxı conməyib.
Heydərbaba, alcaqların koşk olsun, Bizdən sonra qalanlara eşq olsun, Kecmişlərin gələnlərə məşq olsun, Ovladımız məzhəbini danmasın, Hər iciboş sozlərə aldanmasın!* * *
Heydərbaba Təbriz yaxınlığında dağ adıdır. ”Heydərbabaya salam” şiirine adını veren Heydərbaba dağının Xoşginab (Hoşginab) köyünden görünüşü.Heydərbabaya salam Şəhriyar “Heydərbabaya salam” poemasının birinci hissəsinə yazdığı müqəddimədən əlavə əsərin sonunda şərh və izah da yazmış, adları çəkilmiş şəxslərin, yerlərin və bir sıra məsələiərin mahiyyətini, söylənilən fikirlərin səbəbini aydınlaşdırmışdır. Şəhriyarın həmin şərh və izahlarının tərcüməsini də ixtisarla veririk. Bax: Divani-türki. “Sabah “, 1993.
Türkün Dili
Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz ləfzini farsa, ərəbə qatmasa şair, Şerin oxuyanlar, eşidənlər kəsil olmaz,
Şerin gərək ehsas ilə riqqətlə qanşsın, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Sağ gündə dolar taxta-tabaq ədviyə ilə, Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair, Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Çox da ki, Sərabın suyu var, yağ, balı vardır, Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
İnsan odu, tutsun bu zəlil xalqın əlindən, Allahı sevərsənsə, bu insan zəlil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə, Onda ki nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış, Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdi, Xan yorğanı kənd içrə, məsəldir, mitil olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
BAYATILAR
Xəzan gəldi, gül apardı, Bir şeyda bülbül apardı, Yanmışdım mən, kül olmuşdum, Yel də gəldi kül apardı.
Üzdüm əl bir nazlı yardan, Gözəl üzlü gülüzardan. Sevgilimtək bir cəvahir Bir də doğmaz ruzigardan.
Yar hər yerə mənnən getdi, Əcəl gəlcək onnan getdi. Dayan, gəlim yola salım, Xoş günüm də sənnən getdi.
Elim getdi, ölüm qaldı, Alovlandım, kulüm qaldı. Uçurdu bülbülüm bağdan, Deyəydi bir gülüm qaldı.
Üzüyüm qaşsız qaldı, Çəmənim quşsuz qaldı, Ay aman, İqbal getdi, Təbrizim başsız qaldı.
QARANLIQ GECƏLƏR
Aman Allah, yənə şeytan gəlib iman apara, Qoruyun, qoymuyun imanuzu şeytan apara.
Mənim insanlığımın gör nə hasan yavadır, Ki günüz quli-biyaban gəlir insan apara.
Çörək almış əlinə, ac necə taqət gətisin? Elə bil yaz gecəsi qız gəlib oğlan apara.
Qanlı dırnaqlarılan ingilis əl qatdı bizə, Baxısan ras da Arazdan keçir İran apara.
Qəm aşıb-daşdı daha, xəlqilə şuxluq eləməz, Sel gərək el dağıda, ev yıxa, eyvan apara.
Xərməni saqqıza verdik, nə yaman çərçidi bu? Hey gəlir kəndə, bizə dərd verə, dərman apara.
Bu qaranlıq gecələrdə qapımız pis döyülür, Nə bilim, bəlkə əcəldir, dayanıb can apara.
Anama söyləyin: oğlu yıxılıb səngərdə, “Tellərin bas yarama, qoyma məni qan apara”.
Aradan bir də bizi bölsələr ərbablarımız, Qorxuram qoymıyalar Təbrizi Tehran apara.
Qara tufan ki, dəxi xəlqə şuluxluq eləməz, Sel gərək el dağıda, ev yıxa, eyvan apara.
Səliqəli oğru vilayətdə çoxalmış olsa, Şəhriyardan da gərək bir dolu divan apara.
Muhammed Huseyin Behcet-i Tebrizî (1906 – ö. 18 Eylül 1988), şiirlerinde kullandığı Şehriyar mahlası ile tanınır. Tebriz Türklerinden olan İranlı şair, şiirlerini hem Türkçe hem de Farsça yazmıştır.
İran Türklerinden olan Şehriyar,1906’da Tebriz’de doğdu. Babası Mirismail Ağa Hoşgenabî, bir avukat ve hattattır. İlköğrenimini doğduğu şehirde tamamlayan şair, Medrese-i Talibiye’de aldığı Arapça ve Arap edebiyatı eğitiminin yanı sıra, Fransızca öğrendi. Çocukluk yılları baba yurdu olan Karaçemenin Hoşgenap kasabası Heydarbaba köyünde geçmiştir. Köyleri adını eteklerinde kurulduğu Heydarbaba dağından almıştır. Orta Okul’dan sonra Tahran’a giderek liseyi bitirmiştir.1921 yılında Tahran’a gelerek Dar-ül Fünun okulunda tıp eğitimi almaya başlar. Şehriyâr, doktorluk eğitiminin son sınıfında sonu olmayan bir aşka tutulur, 1924 yılında aşkının peşinden Horasan’a gider ve tıp fakültesinin son sınıfından mezun olamadan ayrılır. 1935 yılında Tahran’a geri dönerek memuriyet hayatına atılıp, İran Ziraat Bankasında çalışmaya başlar.
Şairliğinin ilk zamanlarında “Behcet” mahlasını kullanmış, sonraları iki defa Hâfız falına bakarak kendisi için bir mahlas istemiş, faldan aşağıdaki iki beyit çıkınca, mahlasını “Şehriyâr” olarak değiştirmiştir.
“Felek devlet zikkesini Şehriyâr’ların adına bastırdı. “Kendi memleketime gidip kendi Şehriyar’ım olayım.”
Şehriyar önsözünü dönemin bilinen şairlerinden olan, Nafisi ve Muhammed Tagi Bahar’ın yazdığı ilk şiir kitabını 1929 yılında yayınlar.
Şehriyar 1934 yılında çok sevdiği babasını kaybedince ruhsal bir bunalıma girmiştir. Babası Hacı Mir Aga Hoşgnâbî’ 1934 yılında ölmüş ve Kum şehrine gömülmüştür. Babasının ölümü Şehriyar için son derece zor gelmiş ve bunalıma kapılmıştır.Bu sıkıntılı yıllarını atlatmasında annesinin büyük yardımı olur. Bu ızdıraplı ruh halinin tesiri ile çocukluk yıllarının geçtiği bölgeye gider ve doğduğu yerlerin çok değiştiğini görür. Annesinin de Şehriyar’a Farsça değil kendi dilinde şiirler yazmasını arzu etmesinden dolayı Heydar Baba’ya Selam şiir’i doğacaktır. Şehriyâr, genç yaşında evlendi. Bu evlilikten bir kızı oldu. Çalıştığı bankadan emekli olunca daha sakin bir hayat sürmeye başladı.
Şiirlerinde şair Hafız, Sadi, Fizuli, M.P. Vaqif, M.E. Sabir’den etkilenmeler mevcut olan şair, ana dilinde kaleme aldığı Heyder Babaya Salam şiiri ile Türkiye’de ve Sovyetler Birliğindeki Türk Cumhuriyetlerinde de büyük bir üne kavuştu.Şehriyar İran’da 1979 yılında yapılan İslam devrimini destekledi. Haydar Babaya Selam şiirinin 76 kıt’alık birinci bölümü 1964’te Ahmet Ateş, 49 kıt’alık ikinci bölümü de 1971’de Prof.Dr. Muharrem Ergin tarafından ülkemizde yayınlanmıştır.
Birinci Pehlevî iktidarında Şehriyar, Horasan’a sürülmüş; ikinci Pehlevî hükümeti döneminde ise örtülü muhalefeti dolayısıyla korkular içinde hep tedirgin yaşamıştır. !979 yılındaki İran devrimini desteklediği bilinmektedir.“Humeyni İnkılâbı”ndan sonra dindarlığından ilham alarak din yolundaki bilgisizlik ve kayıtsızlığa karşı Azerî Türklerinin suskuluğunu ana dillerinde neşriyatın olamamasına bağlar. Bu sebeple inkılâbın ilk yıllarında çıkmaya başlayan yirmi beş yıldan beri yayınını sürdüren Varlık dergisini “Türkçenin Azatlık Kuşu” olarak vakfederek alkışlar. Şehriyar, çocukluk ve ilk gençlik yıllarında Kaçarların yıkılışına ve Meşrutiyet hareketine; gençlik ve orta yaş döneminde I. Ve II. Pehlevî idaresine ve ihtiyarlık döneminde ise 1979 inkilâbına tanık olmuştur.
Türk dünyasının özellikle de Azeri şiirinin en büyük şairlerinden birisi olan Şehriyar, asıl ününü Farsça şiir söyleme sahasında yakalamış olmasına rağmen, Türk dünyasında tanınmış olmasını “Haydar Baba’ya Selam” şiirine borçludur. Şairin dört ciltten oluşan külliyatının dördüncü cildi, Türkçe şiirlerinin toplandığı kitaptır. Bu ciltte toplam 74 şiir yer almaktadır. Şehriyar’ın Türkçe divanında göze çarpan en önemli özellik, hiç şüphesiz onun kendi halkına, adet, gelenek-göreneklerine, anadili olan Türk Diline önem vermiş ve üstün görmüş olmasıdır. Örneğin, “Türk’ün Dili” isimli şiirinde bunu açıkça dile getirmektedir. “Haydar Baba’ya Selam” manzumesi iki bölümden oluşmaktadır. Birinci bölümü, ilk defa 1331/1952 yılında Tebriz’de “Hakikat Yayınevi” tarafından basılmıştır. İkinci bölümü de ondan kısa bir süre sonra basılıp yayınlanmıştır. Birinci bölüm 76 kıtadan, ikinci bölüm ise 49 kıtadan ibarettir. Dr. Yusuf Gedikliye göre Haydar baba’ya Selam adlı şiiri 1953 te yazılmış, 1954 te basılmıştır.
Muharrem Ergin, “Haydar Baba’ya Selam” manzumesinin tümünü, bu şiire nazire olarak yazılan bir kısım şiirlerle birlikte 1971 yılında “Azeri Türkçesi” adıyla yayınlamıştır. İran’da ün kazanmış bundan dolayı da çağdaş dönemin Hafız’ı olarak bilinmektedir. Türkçe konuşan halklar arasında tanınmasıyla şiirleri dilden dile dolaşıp şarkı ve türküler halinde sazlar eşliğinde okunur. Azerbaycan ve Türk edebiyatı için Şehriyâr, her şeyden önce “Haydar Baba” şairidir. Bu eserin kaleme alınması, hem şairin hayatında bir dönüm noktası hem de Azeri Edebiyatında yeni bir merhalenin başlangıcı oldu. Halk arasında sahip olduğu bu derin ve sarsılmaz saygıyı ve sevgiyi bu şiiriyle kazandı. Dr. Yusuf Gedikli’nin kitabının son baskısında Şehriyâr’ın toplam 92 Türkçe şiiri yer almaktadır. Bu da Şehriyâr’ın Türkçe şiirlerinin bu güne kadar var olanlarının tümünün bir arada toplanmış halidir. Gedikli, 1996 yılına kadar gerek İran’da gerekse Azerbaycan’da yayınlanmış olan tüm şiirlerini bir araya getirerek yeniden yayınlamıştır.
İranlı kaynaklar: Şehriyâr’ın son derece hassas bir kalbi’nin olduğunu en ufak bir iyilik veya güzellik karşısında etkilenir ve aldanırdı ki haddi hesabı yoktu. Aynı ölçüde en ufak bir ilgisizlik ve kötülük karşısında son derece sıkıldığını yazar. İranlı kaynaklar şehriyarın edebi yönünü şu şekilde izah etmektedirler: ” Firdevs’inin doğasını ve destansı ruhunu; Nizami’nin meclisleri süsleyişini, Sanayi’nin hikmetini, Mevlevi’nin irfanını, Sadi’nin inceliğini ve ifade gücünü; Hafız’ın sadakatini ve aynı zamanda gazellerindeki gizliliğini; İrec’in akıcılığı ve sadeliğini yansıtıyordu. Eserlerinin her biri duygusal, insani veya felsefi muhteva ve kapsam açısından ya da şairin kendine özgü tarzını göstermesi açısından değerli ve hatırı sayılır eserlerdendirler.”
Şehriyâr, 83 yıllık yaşamından sonra 18 Eylül 1988’de Tahran’da Mehr hastanesinde akciğer iltihabı ve kalp yetersizliğinden 1988 yılında vefat etmiş, Tebriz’de Şairler Mezarlığı’nda toprağa verilmiştir. Şairin ölüm günü, O’nun anısına, İran’da Milli Şiir Günü olarak kutlanmaktadır.
Şairin vefatından sonra 1992 yılında Kültür ve İslami İrşad Bakanlığı tarafından uluslararası düzeyde Tahran’da Üstat Şehriyar’ı Anma Konferansı düzenlenmiştir. Bu konferansa İranlı şair ve yazarların yanı sıra Azerbaycan, Türkiye, Tacikistan ve başka birkaç Ortaasya ülkesinden düşünürler ve Şehriyâr’ı sevenler de katılmıştır
Şairin yetiştiği saha Güney Azerbaycan sahasıdır. Şair İran’ın Tebriz kenti civarında yaşayan Azeri-Türk asıllı bir şairdir. Farsça yazdığı şiirlerle İranlılar tarafından çok sevilerek İranlıların ” çağdaş Hafız ” olarak nitelendirebileceği kadar İran’da tanınan şair annesinin ısrarı ile Türkçe şiirler de yazmaya başlamıştır. Haydar Baba’ya selam şiirini ana dilinde yazarak Türk Dünyasının tamamında adını duyurmuştur. Şehriyâr, tasavvuf ile ilgilendiği gibi, Kur’an ayetlerini, levhalara yazarak, “Hat Sanatı”nda da söz sahibi olduğunu göstermiştir.
Hayatı ve şiirleri hakkında en kayda değer çalışmalardan birisi: Muhammed Hüseyin Şehriyar. 2005. Seçilmiş Eserleri. (Çev. H. Billuri) Bakı: Avrasiya Pres (Azerbaycan) künyeli eserdir.
EDEBİ KİŞİLİĞİ
Şehriyar’ın anne ve babası İran’da yaşayan i Azeri- Türk asıllı bir ailedir. Türk asıllı olmasına rağmen İran edebiyatçıları tarafından İran’ın Melik’üş-Şuera’ sı olarak sıfatlandırılan şair, İranlılar açısından da çok önemli bir isim olarak görülmekte, Melik’üş-Şuera’ olarak adlandırılmasının yanı sıra, günümüz İran şiirinin Hafız’ı, Sadi’si olarak değerlendirilmektedir.
Özellikle Haydar Baba’ya adlı şiiri bütün Türk dünyasında çok önemli bir yankı yaratmıştır. Bu yankıya Şehriyar’ın Haydar Baba’ya Selam adlı şiiri hakkında bir inceleme yapan Hasan Aydın şu şekilde temas eder “Azerbaycan Edebiyatında da büyük bir canlanmanın oluşmasına, insanların kendi edebiyatlarına önem vermesine, kendi yurtlarına karşı daha duyarlı olmasına yol açtı.”
Haydar Baba’ya Selâm şiiri çocukluk günlerini, köylerdeki gelenekleri, köy hayatını anlatan bir şiirdir. Şiirde duru, açık ve özlem dolu bir dille anlattığı hayat, herhangi bir Türk köyünün sosyal ilişkilerini, törelerini, geleneklerini aktarır.
Şehriyar’ın yetiştiği Güney Azerbaycan sahasında Hasanoğlu, Fuzûlî, Tebrizli Saib, Tesir, Vidadi Zakir ve Vakıf’ gibi önemli şairler yetişmiştir. Şehriyar bu halkanın tanınmış son şairidir. Şiirlerinde Azerbaycan edebiyatının dil özelliklerini, geleneksel şiir kültürünü, şekil ve söyleme biçimini başarıyla dile getiren şair içten ve yalın bir Azeri diliyle yazdığı şiirlerinde, atasözlerine, deyimlere, âşık tarzı şiirin kalıplarına ustaca yer vermiştir. Azerbaycan âşık şiirinin dil, sanat ve deyiş zevkini başarıyla idrak etmiş ve uygulamıştır. Söyleyiş doğallığı ve içtenliği ile haklı bir şöhrete ulaşmıştır. Şehriyarın şiirlerini kültürel değerler yönünden inceleyen Prof. Dr. İsa Özkan onun hakkında şu izlenimler içindedir:”Şehriyar, İran’daki Türk edebiyatında dili kullanma biçimiyle yenilikçi bir öncüdür. Âşık tarzı şiire, geleneksel söz kalıplarına, atasözleri ve deyimlere müracaatı ile yeni bir çığır açmış, Güney Azerbaycan Türkçesini ayağa kaldırmış, kültürü sanatkârane biçimde işleyerek mahallîden evrensele ulaşmıştır”
Şairin Gazel, kaside kıta türünde Türkçe ve Farsça yazdığı pek çok şiir bulunmaktadır. Şiirlerini dört ciltte toparlayan şehriyarın son çildi Türkçe yazdığı şiirlerinden oluşmaktadır. Şairin şiirleri ülkemizde de basılmıştır.
Şairin hayat tarzı, doğup büyüdüğü Tebriz, Huşgenab, Kayış-kurşak, Şengül-abad ve Azerbaycan Türklerinin yaşadığı diğer coğrafyalarla çevrelenir. XX. yüzyılın son çeyreğine kadar sözlü olarak yaratılıp yaşatılan kültür ile örf, âdet ve geleneklerin şekillendirdiği toplum düzeni, bu bölgenin hayat dinamiğini oluşturur. Onun şiirlerinde ses ve anlam mükemmel bir uyum içindedir. Şehriyar’ın şiiri, edebî bir form olmanın ötesinde, içinde şekillendiği coğrafya ve zihniyetin bütün kültürel değerlerini barındırır.[9]
Şehriyar’ın şiirlerinde sosyal konular ve didaktik gayretlerde görülür. “Maarifimiz” adlı şiirinde geri kalmış ülkelerdeki eğitim sistemini eleştirmesi bu görüşümüze destek olacak şekildedir. Bu şiirinde Şehriyâr, eğitimdeki niteliksizlik yapıya, mankurtlaştırma-sömürgeleştirme sürecine dikkat çekmektedir. Şehriyâr’ın zarif söz incelikleri, Azerî ve Fars şiirine olan hakimiyeti, ona özel bir şöhret, özel bir şir vadisinde şiirler kazandırdı. İran İslam Cumhuriyeti Dini Lideri Ayetullah Hâmeney, Şehriyâr’ın sanatsal sorumluluğunu güzel bir biçimde şu şekilde beyan etmiştir: ” Şehriyâr’ın en parlak hüneri, tarihi görevini tanımış ve tüm varlığıyla samimi bir şekilde yerine getirmiş olmasıdır.” Şehriyarın şiirlerini Türkiye’ye tanıtan Muharrem Ergin, şehriyar’ın edebi yönü ve önemi hakkında şu ifadeler de bulunmuştur. “Şehriyar’ın şiiri, adeta bir destan gibi, büyük bir Türk muhitinin seçkin kültür değerlerini çok canlı, renkli ve coşkun bir üslûp içinde aksettirmektedir.”
Kızı Meryem İran, FHA Fars haber ajansına verdiği demeçte babasının kişiliğini şu şekilde anlatmıştır: ” Babam çok cömert biriydi, üniversiteden aldığı maaşı bile savaş zedelere hediye ederdi. Babamın kardeşi vefat etmişti ve babam henüz evlenmemişti ve bu yüzden kardeşinin çocuklarına bakıyordu ve sonunda da kardeşinin evini çocuklarına verdi.” Meryem’in verdiği bilgilere göre şaire Tahran da bir ev verilmek istenmiş Şehriyar evi kabul etmemiş ve bunun yerine ve kendisine bir iyilik yapılacaksa Türkçe yazdığı şiirlerin yayınlanmasına izin verilmesinin sağlanmasını talep etmiştir. “ [10] Bu haberdeki ayrıntılar, şehriyar’ın Türkçeye ve diline verdiği değeri göstermesi bakımından son derece manidardır.
Şehriyarın şiirleri geleneksel değerleri modern ve içten bir yaklaşımla modern şiir dünyasına aktarma yönünden dikkat çeker. Azerbaycan bayatı, türkü ve aşık şiirinin şekil, içerik ve söylem biçimine yeni içerik unsurları ve söyleme özelliği kazandırdığı muhakkaktır. Şiirlerinde iran ve Azeri şairlerinin tekniklerine vakıf olarak Türk kültürüne ait folklorik zenginlikleri başarıyla uyarlayabilmesi, onu çok özel bir şair haline getirmiştir. Sözlerimizi Prof. Dr. İsa Özkan’ın, Şehriyar’ın edebi yönü hakkında yaptığı şu tespitlerle bitirelim: ” Şehriyar’ın şiirini kalıcı kılan unsurların başında geleneksel kültürün fevkalâde ustalıkla işlemesi gelir. Onun şiirinde geleneksel kültür unsurları temel yapı taşıdır. Bu yapı taşını dinî kıssalar, Azerî âşık hikâyeleri ile özellikle Türk dilinin mecazları oluşturur.”
Şehriyar gazel, kaside, mesnevi ve kıt`a tarzındaki şiirlerde sergilediği yeteneğin dışında dört alanda büyük bir sanat örneği göstermiştir. Farsça yazdığı Ali ey rahmet abidesi renkli tabloların oluşturulmasında, kesin şairane vasıflarda Taht-i Cemşid adlı eseri, dili ve güncel terimleri ve argo dilini Haydar babaya selam eserinde kullanması ve duygusal eserlerin yaratılmasında Vay anam ve Haydar baba kıt`aları, bu dört özelliğini yansıtır. Şehriyar`ın Farsça olarak 28 bin ve Azeri Türkçesinde 3 bini aşkın beyit şiiri bulunmaktadır.
Salam olsun, çox dəyərli oxucum! Bu gün xüsusi bir gündür! Bu günü lap körpəlikdən (dəqiq 1979 – cu ilin mart ayından) Çilə Günü deyə tanıyır, bilirəm. Bu barədə “Qarqaraçıxılan gün” adlı kitabda məlumat vermişəm. Bilərəkdən “Çillə” deyil, məhz “Çilə Günü” yazıram. Çünki, belə eşitmişik, belə demişik. Bu gününün özəlliyi nədən ibarətdir? Bu barədə gördüklərimdən, etdiklərimdən Sizlər üçün qısa xatırlatma edəcəm. Bu günə hazırlıq adətən fevralda ilk – yalançı çərşənbə yandığı gündən hazırlıqlar başlayır. Qızlar, oğlanlar, qadınlar, kişilər, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər hər kəs öz qrupu ilə planlar qurur, tədərük görür və ilk öncə öz qrupları üçün Çilə keçirəcəkləri evi müəyyənləşdirirlər. Axşam çərşənbə qalanması ilə – axşamdan məclis başlayır. Ümumi məqsəd səhərə qədər oyaq qalmaqdan, səhər-səhər ilk tonqalı yandırıb üzərindən hoppanmaqdan, arx üstündən, tənək altından keçməkdən, yaxındakı axar su mənbəyindən məsələn kəhrizdən və ya bulaqdan su gətirməkdən ibarətdir. Gecə səhərə qədər oyaq qalınan müddəti maraqlı, əyləcəli, yaddaqalan etmək üçün hamımızn eşidib, bildiyi, kosa-kosa, qulaq falı və müasir oyunlar oynalınır. Bayramınız mübarək olsun!!!
Qardaş Türkiyə ilə can-Azərbaycan arasındakı “Bir millət – iki dövlət” münasibətləri xüsusən, 44 günlük Vətən müharibəsi sınağından şərəflə çıxdı. Əlaqələrimiz daha da yaxınlaşma istiqamətində uğurla davam etmədədir. Oxşar milli, mədəni, dini, dünyəvi dəyərlərə malik hər iki ölkənin xalqları arasında dostluq, qardaşlıq telləri dünyada bənzəri olmayan bir strateji mahiyyət kəsb edir. İndi Azərbaycanda baş verənlər türk qardaşlarımızın, Türkiyədəki olaylarsa azərbaycanlıların maraq və diqqət dairəsindədir. Bu baxımdan Azərbaycan oxucusuna mahiyyət etibarilə oxşar dəyərlər daşıyıcısı olan bir yubiley tədbiri barədə məlumat vermək yerinə düşərdi. Belə ki, martın 12-də Türkiyədə Cümhuriyyətin Dövlət Himni olan “İstiqlal marşı”nın 100-cü ildönümü təntənə ilə qeyd edildi. “Mehmet Akif və İstiqlal Marşı ili”ni qardaş ölkə silsilə tədbirlər və maraqlı proqramlarla açdı.
“Akif min il keçsə belə unudulamayacaq!” – Bu sözlər daim Azərbaycanın yanında olan, xüsusən mənfur düşmən üzərində Şanlı Qələbənin qazanıldığı savaş günlərində xalqımıza və dövlətimizə əlindən gələn köməyi əsirgəməyən qardaş Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin (TBMM) Başkanı, Azərbaycana səfərləri zamanı səmimi dostluq duyğularını xalqımızla səxavətlə bölüşən hörmətli Mustafa Şəntopa məxsusdur. “İstiqlal Marşı”nın 100-cü ildönümü münasibətilə keçirilən təntənəli tədbirlərdə o bu ifadəni böyük inamla səsləndirdi.
Yubiley münasibətilə Türkiyə Cümhuriyyətinin Birinci Məclis binasında (o məşhur tarixi bina Ankarada yerləşir) xüsusi anma törəni keçirildi. Törənə TBMM Sədri Mustafa Şəntop, Ankara Valisi Vasip Şahin, TBMM Baş Katibi Mehmet Ali Kumbuzoğlu, Mehmet Akif Ərsoyun nəvəsi Səlma Arqon, millət vəkilləri və digər yetkililər qatıldılar. Sayğı duruşu və “İstiqlal Marşı”nın oxunması ilə başlayan törəndə Bursa Dövlət Teatrının quruluşunda “Mehmet Akif” tamaşası göstərildi. Görkəmli qələm ustası, milli şair Mehmet Akif Ərsoyu anma tədbirləri çərçivəsində Mehmet Akif Kültür Evində keçirilən başqa bir yubiley proqramına da qatılan Başkan Mustafa Şəntop, şair haqqında dərin məzmunlu çıxışları ilə yadda qaldı. Onun çıxışının bəzi məqamlarını hörmətli oxuculara təqdim edirik.
Mustafa Şəntop öz çıxışına bu sözlərlə başlamışdır: “Bu gün “İstiqlal Marşı”mız və onun şairi Mehmet Akif Ərsoy yurdumuzun dörd bir yanında hörmətlə, diqqətlə və minnətlə anılır. Onun əziz xatirəsi ürəklərdə və hafizələrdə yenidən təzələnir. Bu millət var olduqca özünün qiymətli şairini qəlbində anmağa və yaşatmağa davam edəcəkdir. Və Akifi anmaq, anlamaq, anlatmaq üçün hər fürsətdə bütün səmimiyyət və qeyrətilə çalışacaqdır”.
Mehmet Akifin millət və məmləkət sevdasının əsil örnəyi olduğunu bildirən Məclis Başkanı sonra dedi: “O, məzlumun dostu, zalımın düşməni olaraq, istiqlal və istiqbal davamızın güçlü, gur səsi idi. Millətin mənəviyyat cəbhəsinin öndəri olan Mehmet Akif, həyatı boyunca dövlətinə və millətinə tam sədaqətlə xidmət etmiş, Milli Mücadiləyə qeyd-şərtsiz dəstək vermiş, dövlətindən əməkli maaşı (pensiya) belə istəməmiş, heç bir qarşılıq gözləmədən dövlət və millət üçün çalışmışdır… Hamımızın bildiyimiz kimi, Türkiyə Böyük Millət Məclisi, “İstiqlal Marşı” yazmaq üçün müsabiqə keçirərkən, qalib üçün pul mükafatı təyin etdiyini eşidincə müsabiqəyə qatılmağı belə doğru hesab etməmişdir. Müsabiqəyə göndərilən 724 şeirin heç birinin milli marş olmağa layiq görülmədiyi səbəbindən, Akifin pul mükafatı həssasiyyətini öyrənən Maarif Vəkili Hamdullah Suphi Bəy, Akifə xahiş məktubu yazaraq, onun bu həssaslığını anladığını bildirmiş, eyni zamanda israrla onu da milli marş yazmağa inandırmışdır. Və şair iki gün ərzində evə qapanaraq, vəcdlə qəhrəman ordumuza ithaf etdiyi “İstiqlal Marşı”mızı qələmə almışdır”.
Mehmet Akif Ərsoyun Türk Ordusuna xitab kimi yazdığı “Bizim Qəhrəman Ordumuz” adlı həmin şeir parlamentdə oxunduqda böyük rəğbətlə qarşılanır. Əsər 12 mart 1921-ci ildə Məclisin iclasında Dövlət Himni olaraq qəbul edilir. Müsabiqənin qalibi üçün nəzərdə tutulan 500 lirə mükafatı almaqdan imtina edən Mehmet Akif bu şeiri Ordu və Millət üçün yazdığını deyir. “İstiqlal Marşı”nın bəstəkarı o dövrdə məşhur türk skripkaçısı kimi tanınan Osman Zəki Üngördür. Bəstəkar himnin sözləri üçün şeirdən ilk iki bəndi seçib. On bəndlik çox dəyərli nəzm əsərindən məhz həmin səkkiz misralıq iki bənd 100 ildir ki, milyonlarla türkün dilinin əzbəridir. Dövlət və hərbi tədbirlərdə, milli festivallarda, bayramlarda, idman tədbirlərində, məktəb mərasimlərində mütəmadi olaraq “İstiqlal Marşı” səslənir.
1921-ci ildə himnin qəbul edildiyi o əlamətdar 12 Mart günündə Mehmet Akifin əyninə geyməyə bir paltosu olmadığı üçün, dostunun paltosunu borc alaraq Məclisin toplantısına qatıldığını vurğulayan Mustafa Şəntop fikrini belə davam etdirir:
“Burdurdan millət vəkili olsa da, Mehmet Akif üzvü olduğu Məclisdə demək olar ki, iştirak edə bilmirdi. O, Milli Mücadilə dövrü ərzində Anadoluda şəhərdən şəhərə, tədbirdən tədbirə qaçaraq, sanki bir Məna Komandanı kimi milləti düşmənə qarşı təşkilatlandırmağa çalışırdı”.
Mehmet Akif Ərsoyun qazandığı bütün pulları, aldığı mükafatları şəhid və qazi ailələrinə bağışladığını xatırladan M. Şəntop deyib: “Məhz bu cür xeyirxahlığı üzündən Akif yüz il yox, min il keçsə belə unudulamayacaqdır! O böyük bir minnətdarlıq hisslərilə bəşərin vicdanında taxt qurmuş, əziz millətimizin könlündə özünə əbədi yer tutmuşdur. Milli Mücadilə dönəmində vətən uğruna illərlə ailəsindən və evladlarından uzaq düşən, “Öncə Vətəndir” deyə çarpışan milli şair Mehmet Akif üçün indi nə söyləsək də, bu qısa zaman kəsimində onu anlatmağa yetərli olmayacaqdır. Hamımızın bildiyi Çanaqqala savaşına həsr etdiyi şeirində, qəhrəman əskərlərimizin göstərdiyi qeyri-adi əzmkarlığa, şücaətə qoşduğu onlarla gözəl misralar boyunca qələmə aldığı minnətdarlıq, lütfkarlıq və zövqlü ithaflardan sonra da özünü aciz sanan şair Çanaqqala qəhrəmanlarına xitabən: “Sizin xatirənizi əbədiləşdirmək üçün yenə də heç nə edə bilmədim” – yazırdı…“
Yüz il öncə Mehmet Akifin cəmiyyəti itirilmək üzrə olan “milli şüura” çağırdığını, xırda irqçiliyə, ziyanlı bölgəçiliyə, bölücülüyə qarşı xəbərdar etdiyini deyən TBMM Başkanı Şəntop şairi belə qiymətləndirir:
“Əsir olmadan, kölə olmadan, azad və müstəqil yaşaya bilmək üçün, düşmənə qarşı müqavimət gücünə sahiblənmək üçün lazım olan qüdrəti hardan, necə tapmalı… Bunun üçün Akif milli birliyin düşmən toplarından daha güclü olduğunu xalqa aşılayırdı! Yüz ildən bəri Akif haqqında onlarca kitab, minlərcə məqalə yazılıb, saysız-hesabsız dərgilər çıxarılıb, neçə-neçə dəyərli insanlar Akifi böyük sayğıyla anaraq fəaliyyətini təqdir ediblər. Çünki Cəmil Meriçin dediyi kimi, Akif zəkası, duyğusu və imanıyla hər bir namuslu insanın yol yoldaşı və düşüncə tariximizin nəhənglərindən idi”.
“16 Mart 1920-ci il tarixində İstanbulda Məclis-i Məbusan işğalçıların silahlı basqısına məruz qalandan iki gün sonra, martın 18-də Məclisin daha etibarlı bir yerdə işini davam etdirməsi qərara alınır. Millət vəkilləri işğal güclərinin aramsız hücumlarını və yaratdıqları maneələri dəf edərək, Ankaraya çatmaq üçün yola çıxırlar. Cəmi 40 gün sonra, yəni 23 Aprel 1920-ci ildə Ankarada coşqun bir törənlə Millət Məclisi yenidən işinə davam edir. “Sebilürreşad” dərgisini Ankarada çıxartmaq üçün Mustafa Kamal Paşa tərəfindən dəvət edilən Mehmet Akif də bir gün sonra, aprelin 24-də Ankaraya gələ bilir. Məclisdə Burdur vəkili olaraq görəv alıb, bu səlahiyyətlə Anadolunu dolaşır, xalqda milli mücadilə ruhunu yüksəltəyə çalışır, ən önəmlisi – yeni dövlətimizin qurucu mətni olaraq qəhrəman ordumuza həsr etdiyi “İstiqlal Marşı”nı yazır”.
“İstiqlal Marşı”nın 100 illik yubileyinə həsr olunan tədbirin sonunda 2021-ci ilin həm də qədim türk abidəsi Bilgə Tonyuqukun yaranmasının 1300 illiyi olduğunu xatırladan M. Şəntop çıxışını bu sözlərlə yekunlaşdırır:
“Orxon abidələrinin məcmusu kimi olan və Bilgə Xaqanın şəxsən yazdığı “Türk Oğuz Bəyləri, millət, eşidin! Üstdə mavi göy çökməsə, altda qara yer dəlinməsə sənin elini, adətini kimsə pozamaz!”, – cümləsindəki çağırış “İstiqlal Marşı”nda “Qorxma! Sönməz bu şəfəqlərdə üzən al bayraq!” şəklində ifadə edilmişdir… Bu il Türkiyənin təklifi ilə UNESCO tərəfindən Səlçuqlu dönəminin Türk aydınlarından üç böyük şəxsiyyət üçün də anma ili elan edilmişdir. 2021-ci ili böyük Türk şairi Yunus Əmrənin vəfatının 700, Əhməd Yasəvi müridlərindən sultan Hacı Bektaş Vəlinin vəfatının 750 və Türk xırdavatçı-sənətkarlarının təşkilatlanmasının qurucu öncüsü Ahi Evranın doğumunun 850-ci ildönümüdür. Cümhuriyyətin elanının 100-cü ilinə yaxınlaşdığımız vaxtda, Ahi Evran, Hacı Bektaş Vəli, Yunus Əmrə və Mehmet Akiflə ilgili olaraq görüləcək əhəmiyyətli işlər Cümhuriyyəti hələ neçə-neçə yüzillərə daşımaq əzmimizin və qətiyyətimizin bir göstəricisi olacaqdır”.
***
İstiqlal Marşı Mehmet Akif Ərsoy
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq; Sönmədən yurdumun üstündə yanan ən son ocaq. O mənim millətimin ulduzudur, parlayacaq; O mənimdir, o mənim millətimindir ancaq.
Çatma, qurban olum, çöhrəni ey nazlı hilal! Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal? Sənə olmaz tökülən qanlarımız sonra halal… Haqqıdır, haqqa tapan, millətimin istiqlal!
Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram. Hansı çılğın mənə zəncir vuracaqmış? Çaşaram! Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram. Yırtaram dağları, ənginlərə sığmam, daşaram.
Qərbin afaqını sarmışsa polad zirehli divar, Mənim iman dolu köksüm kimi sərhəddim var. Ulusum, qorxma! Necə belə bir imanı boğar, “Mədəniyyət!” dediyin tək dişi qalmış canavar?
Arqadaş! Yurduma alçaqları uğratma, saqın. Sipər et sinəni, dursun bu həyasızca axın. Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın… Kim bilər, bəlkə sabah, bəlkə sabahdan da yaxın.
Basdığın yerləri “torpaq” deyərək keçmə, tanı: Düşün altındakı minlərcə kəfənsiz yatanı. Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı: Vermə, dünyaları alsan da, bu cənnət vatanı.
Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda? Şühəda fışqıracaq torpağı sıxsan, şühəda! Canı, cananı, bütün varımı alsın bu Xuda, Etməsin tək vətənimdən məni dünyada cüda.
Ruhumun səndən, İlahi, budur ancaq diləyi: Dəyməsin məbədimin köksünə naməhrəm əli. Bu azanlar ki, şəhadətləri dinin təməli, Əbədi yurdumun üstündə mənim inləməli.
O zaman vəcd ilə min səcdə edər varsa daşım, Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım, Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim; O zaman yüksələrək ərşə dəyər bəlkə başım.
Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal! Olsun artıq tökülən qanlarımın hamısı halal. Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval: Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət; Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!
————— 14.03.2021
Akif Əli – Azərbaycan yazıçısı.
Müəllif: Akif ƏLİ Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist.
XX əsrin əvvəllərinədək Çingiz xanın türk olduğu, türk dilində danışdığı heç kimdə şübhə doğurmurdu. Lakin monqolşünaslıq bir elm sahəsi kimi yarandıqdan sonra belə bir fikir səslənməyə başladı ki, tarixin ən böyük fatehlərindən biri əslində monqol olmuş və monqol dilində danışmışdır.
Tarixçilərin bəziləri bu iddianı dəstəkləməyə başladılar. Amma onlarla razılaşmayanlar da var idi. Bunların əsas arqumentlərindən biri o idi ki, Çingiz xanın (1162–1227) nəvəsi Hülakü xanın (1217–1265) nəticəsi Qazan xanın (1271–1304) vəziri Fəzlullah Rəşidəddin (1247–1318) özünün “Cami ət-təvarix” əsərində həm Borciginlər nəslinin, həm də bütün tatar tayfalarının təmiz türk olduqlarını vurğulamışdır. Sözsüz ki, bu əsərin üzərində adlı-sanlı tatar dövlət xadimi və türk tarixinin ən mahir bilicilərindən biri sayılan Polad ağa (1240–1313) ilə birgə çalışmış Rəşidəddin öz hökmdarı Qazan xanla razılaşdırmadan həmin fikri qələmə ala bilməzdi. Ümumiyyətlə isə dövrümüzə gəlib çatmış salnamələrdən görünür ki, XIII əsrdə Çingiz xanın və tatarların türklüyü məsələsi mübahisə mövzusu deyildi. Düşmənləri də, dostları da onları türk hesab edirdilər. Amma fərqli fikirdə olanlar da vardı. Məsələn, Mahmud Kaşğari (1029–1101) “Divanu lüğət-it-türk” əsərində yazır: “Tatar və kay (qayı?) köçəri qəbilələrdir. Tatarlar və kayılar türk dilini yaxşı bilirlər. Lakin öz aralarında başqa bir dildə danışırlar”.
Qeyd etmək lazımdır ki, Çingiz xanın ətrafında birləşmiş tayfaların əksəriyyəti məhz tatar mənşəli idi. Beləliklə, tatarlar hansı dildə danışırdılar? Çingiz xanın birbaşa nəslindən olan İlxani hökmdarı Qazan xanın Roma papası VIII Bonifasiyə uyğur əlifbası ilə yazdığı 12 aprel 1302-ci il tarixli məktubun transkripsiyasına nəzər salaq, onu təhlilin analiz, müqayisə və statistik metodlarının köməyilə tədqiq edək.
İddiaya əsasən, bu məktub Roma papasının gizli arxivində aşkarlanmışdır.
Mətnin transkripsiyası
Qasan üge manu Baba.
Urida ber Bisqarun iyar çinu ilegsen duradqal, sayin üges, biçig. Bid andur kürbe qariğu inu ber Kőkedei küregen, Bisqarun, Tümen ğurban iyar jrlğ ilelegei. Edüge ber bögesü mőn kü yosuğar turbiĵu amui. Ta ber čerigüdiyen ĵasaĵu irgen, irgenü sultadtür ileĵü bolĵal ülü qoĵidan. Tngriyi ĵalbariĵu yeke üileyi uğuğata nigen ĵug bolğaya kemen. Ede Sadadin, Sinanadin, Samsadini ilebei. Ta Tngriyi ĵalbariĵu čerigüdiyen jaĵasadqun.
Əvvəlcə çatdı Biskarun ilə sənin göndərdiyin təkliflər, yaxşı sözlər, məktub. Biz buna görə, qarşılığında onun Kökedey kürəkən, Bisqarun, Tümən – üçü ilə əmri göndərdik. İndiki vəziyyətə gəlincə, hazırlıq görürük. Siz hazır edin əsgərlərinizi, əmri xalqlara, xalqların sultanlarına göndərin və işi gecikdirməyin. Tanrıya dua edərək böyük iş haqqında, (məmlüklərəqarşı müharibəni) yeganə məqsəd edəcəyik. (Bunu bildirmək üçün) Sadəddini, Sinanaddini və Səmsəddini göndərdik. Siz də Tanrıya dua edib əsgərlərinizi toplayın.
Məktubumu 701-ci pələng ili, baharın sonuncu ayının 14-də Qos Qabuğda yazdıq.
Mətndəki sözlərin müqayisəli təhlili
1. Qasan – türk dillərində şəxs adı (Qazan);
2. Üge – “söz”. Müasir monqol dilində “üq” formasındadır. Bu sözlə Azərbaycan dilindəki “öyüd” (“ögüd”) sözünün mənşəyi eynidir. Əslində, “öyüd” sözü iki hissədən ibarətdir: sözün kökü olan “öy” və cəm şəkilçisi “üd”. “Öyüd” sözünün birbaşa mənası “sözlər”dir. Yeri gəlmişkən, tərifləmək mənasını verən “öymək” sözündəki “öy” də “söz”dür. Belə ki, “filankəsi tərifləmək”, əslində “onun barəsində söz demək” anlamını ifadə edir.Həmçinin də əski türkcə «uge» hökmdar olmadığı zamanlarda qurultaya başçılıq edən dövlət adamı. Daha sonralar Baş vəzir anlamında işlədilib (red.).
3. Manu – “mənim”. Müasir monqol dilində “miniy” formasındadır. «Manu» əski türkcədən sankskrit dilən keçmiş «mən» sözündən yarandığı və insan soyunun ataları, prototipləri olan, meydana getirilmiş Manular mənasında işlənirdi. Bu söz anlam olaraq 4 qrupa bölünür. (red.)
4. Baba – göründüyü kimi, XIII əsr moğolları Roma papasına “Baba” deyə müraciət etmişlər. Belə bir ehtimal var ki, V əsrdə hunlar da Roma yepiskopuna “baba” (“ata”) demişlər. Qeyd etmək lazımdır ki, ingilis dilindəki “pope”, rus dilindəki “papa”, türk dilindəki “baba”, yenə də türk və monqol dillərindəki “aba” sözləri arasında həm forma, həm də məna eyniliyi vardır.
5. Urida – “əvvəl”. Müasir monqol dilində “urd”, “ert” formalarındadır. Ola bilsin ki, bu sözlər Azərbaycan dilindəki “ertə” və rus dilindəki «утро» (“səhər”), ingilis dilindəki “early” (“ertə”) sözləri ilə eyni mənşəlidir.
6. Ber (və ya “bar”) – güman ki, “gəldi”, “yetişdi”, “çatdı” mənalarını ifadə edir. Əgər bu ehtimal doğrudursa, XIII əsrin moğol dilindəki “ber” (və ya “bar”) sözü ilə müasir monqol dilindəki “irsen” (“çatdı”, “gəldi”) sözünün “ir” (“var”) hissəsinin, Azərbaycan dilindəki “vardı” (“çatdı”, “gəldi”), qədim türk dilindəki “bardı” (“çatdı”, “gəldi”) sözlərinin “var”–“bar” hissəsinin mənşəyi eynidir.
7. Bisqarun – XIII–XIV əsrlərin Genuya taciri və diplomatı Buskarello de Gizelfi.
8. İyar – müasir monqol və mancur dillərində bu sözün bənzərini müəyyən edə bilmədik. Çağdaş Özbək Türkcəsində «iyer-moq» (ияр-моқ) dial. ‘эргамоқ’ (s.346b) (arxasından getmək, izindən yürümək, təqib etmək) anlamında işlənir. Eyni feilin – t- artırılmasıyla genişlədilmiş forması da «iyart-moq» (иярт-моқ) iyermoq fl. ort. n. (s. 346b) olaraq verilmiş və ikisinin də eynı anlamda olduğu bildirilmişdir («Türk Dilinin Tarihi Söz Varlığından Örnekler II»)
Yalnız saxa dilindəki “kıtarı” (“ilə”) sözü ilə onun arasında tam olmayan oxşarlıq vardır. Mütəxəssislərin əksəriyyəti “iyar” sözünü “ilə” kimi tərcümə etmişlər.
9. Çinu – “sənin”. Müasir monqol dilində “çiniy” formasındadır. Monqol dilindəki “çi” şəxs əvəzliyi Azərbaycan dilindəki “sən” şəxs əvəzliyi ilə ehtimal ki, eyni mənşəyə malikdir;
10. İlegsen – “göndərdiyin”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Forma və müəyyən dərəcədə məna baxımından türk dilindəki “ilgi” (“maraq”) sözünə bənzəyir. Müasir türk dilində “iletmek” (“ötürmək”, “çatdırmaq”) sözü də vardır. Həmçinin türk dillərindəki “ilçi”, “elçi” sözünü də göstərə bilərik.
11. Duradqal – bu söz XIII əsrin moğol dilindən “təkliflər” kimi tərcümə edilmişdir. Müasir monqol dilində “durdsan” (“xatırlatdıqların”), “durdax” (“xatırlamaq”) formalarındadır. Türk dillərində isə bu söz «durud» sözünə uyğundur və dua etmək, mədh edilən və s. anlamında işlənir.(red.)
12. Sayin – “sayılan”, “ehtiramlı”, “yaxşı” kimi mənaları ifadə edən bu söz müasir monqol dilində “sayn” formasındadır. “Sayın” sözünün etimologiyası və müxtəlif dillərdəki paralelləri haqqında “Babil qülləsi: Çingiz xan və seyidlər” adlı məqalədə geniş məlumat verilmişdir.
13. Biçig – bu söz həm qədim türk (“bitik”), həm də monqol dillərində vardır, “namə”, “məktub”, “kitab” mənalarını verir. Türk dilində «biçug» «sözünü tutmaq» anlamında işlənir. Məsələn: Erning biligi biçug. — Yəni verdiyi sözü tutmaz.
14. Bid – “biz”. Müasir monqol dilində “bi” – “mən”, “bid” – “biz”, “bidend” – “bizə”dir. Əslində, həm monqol dilindəki “bid”, həm də türk dillərindəki “biz” şəxs əvəzliyi iki hissədən ibarətdir: sözün kökü olan “bi” şəxs əvəzliyi və cəm şəkilçisi “id”, “iz”. Türk dillərində ilk rəqəmin “bir” adlanması da təsadüfi deyildir. Qədim insan saymağa özündən də başlaya bilərdi. Güman ki, “biz” şəxs əvəzliyinin ən qədim forması çuvaş dilindədir: “eper” – “ber” (tatar, başqırd) – “bir”.
15. Andur – zənnimizcə, bu söz Azərbaycan dilinə “buna” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “ene talaar” formasındadır. “Bu” sözü monqol dilində “ene” şəklindədir. Əslində isə, türk dillərindəki “ol” (“o”) sözü ilə monqol dilindəki “an”–“ene” (“bu”) sözünün mənşəyi ehtimal ki, eynidir. Azərbacan dilindəki -“na”, -“nə” şəkilçisinin funksiyasını müasir monqol dilində “deer” şəkilçisi yerinə yetirir.
16. Kürbe – müasir monqol dilində “əgər” mənasını ifadə edən “xervee” sözü vardır. “Əgər” və “xervee” sözləri məna baxımından eyni, formaca bənzərdirlər. Lakin mətnin məzmunundan görünür ki, “kürbe” sözü “əgər” deyil, “görə” kimi tərcümə edilməlidir. Qeyd etmək lazımdır ki, “kürbe” və “görə” sözləri arasında da zahiri oxşarlıq vardır. Yeri gəlmişkən, Azərbaycan dilindəki “gərəkdir” sözü müasir monqol dilində “xereqtey” şəklindədir.
17. Qariğu – böyük ehtimalla “cavabında”, “cavab olaraq”, “qarşılığında” kimi tərcümə edilməlidir. Müasir monqol dilində “xariudn” formasındadır. Ola bilsin ki, “qariğu” sözü ilə Azərbaycan dilindəki “qarşı” sözü arasında əlaqə vardır. Amma bunu birmənalı şəkildə iddia edə bilmərik.
18. İnu – güman ki, “onun”. Müasir monqol dilində “tüüniy” (“onun”, “onu”) şəklindədir. XIII əsrin moğol dilindəki “inu” sözü ilə Azərbaycan dilindəki “onun” sözü mənaca eyni, formaca bənzərdir.
19. Kőkedei – şəxs adı.
20. Küregen – müasir monqol dilində “xürgen”, Azərbaycan dilində “kürəkən” formasındadır.
21. Tümen – mətndə şəxs adıdır. Qədim türk dilində “tümən”, monqol dilində isə “tümen” formasındadır. Türk ordularında on min süvaridən ibarət təşkilati taktiki vahid “tümən” adlanırdı. Ehtimal edə bilərik ki, rus dilindəki «тьма», «темный», «туман», Azərbaycan dilindəki “duman”, digər türk dillərindəki “tuman”, isveç dilindəki “dimma”, fin dilindəki “sumu” sözləri də “tümen” sözü ilə əlaqəlidir. Ola bilsin ki, “tümən” sözü hind-Avropa dillərindəki “deh” (“on”) və türk dilindəki “min” sözlərinin birləşməsindən yaranmışdır. Yeri gəlmişkən, rus dilindəki «тыcяча» (“min”), ingilis dilindəki “thousand” (“min”) sözləri də eyni yolla əmələ gəlmişdir. Belə ki, “yüz”ə rus dilində «сто», ingilis dilində isə “hundred” deyilsə də, fikrimizi əsaslandıra bilərik. Rus dilindəki «кто», «что» sual əvəzliklərinin ilkin forması «кем» (“kim”), «чем» (“nə”) əvəzlikləridir. Güman ki, rus dilindəki «кем» sual əvəzliyi Azərbaycan dilindəki “kim” sual əvəzliyi ilə eyni mənşəyə malikdir. Ehtimal edirik ki, slavyan dillərindəki «сто» sözü də əvvəllər “sat” formasında olmuş, sonradan dəyişib indiki şəklinə düşmüşdür. “Yüz” sözü fars dilində “sad”, eston dilində “sada”, fin dilində “sata”, malaqasi (malay dillərinə aiddir) dilində “zato”, macar dilində “szaz”, qazax dilində “jüz”, müasir monqol dilində “zuu” formasındadır. Beləliklə, iddia edə bilərik ki, rus dilindəki «тысяча» sözünün «сяча» hissəsi və ingilis dilindəki “thousand” sözünün “sand” hissəsi ilkin dildəki “yüz” sözünün zaman və məkan kimi amillərin təsiri altında dəyişikliyə uğramış variantlarıdır.
22. Ğurban – “üç”. Müasir monqol dilində “qurav”, “qurban”, “qurvan”. Maraqlıdır ki, monqol dilindəki “qurav” sözü elə monqol dilindəki “quç” (“otuz”) sözünün vasitəsilə türk dilindəki “üç” sözünə yaxınlaşır: “qurav” – “quç” – “uç”, “üç”.
23. Jrlğ – “əmr”, “göstəriş”. Müasir monqol dilində “zarliq”, türk dillərində “yarlıq” formasındadır. Türk–monqol–mancur mənşəli “jar” (“xəbər”, “qışqırıq” – Azərbaycan dilində “zar”) sözündən yarandığı ehtimal edilir.
24. İlelegei – “göndərdik”. Müasir monqol dilində “ilgeesen” şəklindədir. Doqquzuncu sözə bax.
25. Edüge – “mövcud”, “hazırkı”, “indiki”, “bugünkü”. Müasir monqol dilində “odogiin”, “odoo” formalarındadır. Zənnimizcə, Azərbaycan dilindəki “indi”, “indiki”, Koreya dilindəki “hyundai” (“müasir”) sözləri ilə eyni mənşəyə malikdir.
26. Bögesü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
27. Mőn kü – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
28. Yosuğar – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
29. Turbiĵu – ehtimala görə, qədim monqol dilində “başlamaq”, “həyata keçirmək” kimi anlamları ifadə edən “toğurbi” feilindən yaranmışdır. Şübhəsiz ki, bu elə türk dillərindəki “doğurmaq” sözüdür.
30. Amui – türk dillərində paralelini müəyyənləşdirə bilmədik.
31. Ta – “siz”. Müasir monqol dilində də “ta” formasındadır.
32. Çerigüd – “çeriklər”, “əsgərlər”. Bu söz də iki hissədən ibarətdir: kök – “çerig” və cəm şəkilçisi – “üd”. Müasir monqol dilində “tsereq” (“əsgər”) formasındadır.
33. Jasaĵu – “yazını”, “göstərişi”. Türk dilində “yasaq” (“vergi”), monqol dilində isə “zasaq” (“hakimiyyət”) formasındadır.
34. İrgen – “irqlər”, “xalqlar”. Bu sözün müasir monqol dilində olub-olmadığını müəyyənləşdirə bilmədik. Ola bilsin ki, uyğurlar vasitəsilə ərəb dilindən keçmişdir.
35. Sultad – “sultanlara”, “hökmdarlara”. Bu da ərəb dilindən alınma sözdür.
36. İleĵü – “göndərin”. Müasir monqol dilində “ilgeex” formasındadır. Doqquzuncu sözə bax.
37. Boljal – “və”. Müasir monqol dilində “ba” və “bolon”, çuvaş dilində “pa”, Tıva dilində “bolqaş” və “bile”, türk dilində “ile”, xakas dilində “le” formasındadır. Zənnimizcə, bu sözlərin hamısı bir-birindən törəmişdir.
38. Ülü – böyük ehtimalla, “hərəkət”, “əməl”, “iş”. Müasir monqol dilində “üyl” formasındadır. Ola bilsin ki, Azərbaycan dilindəki “elə”, “əl” (“bədən üzvü”) sözləri ilə eyni mənşəlidir.
39. Qoĵidan – ola bilsin ki, “gecikdirməyin”, “yubatmayın”, “ləngiməyin”. Amma bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
40. Tngriyi – “Tanrıya”. Müasir monqol dilində “Tengeri” formasındadır. Azərbaycan dilində isə “Tanrı” sözü ilə yanaşı “dan yeri” ifadəsi də vardır. “Dan yeri” əslində elə “Tanrıdır”.
41. Jalbariĵu – “dua edib”. Müasir monqol dilində “zalbir”, “zalbiral” formasındadır. Fikrimizcə, Azərbaycan dilindəki “yalvarış” sözü ilə mətndəki “jalbariju” sözünün və müasir monqol dilindəki “zalbir” sözünün mənşəyi eynidir.
42. Yeke – “yekə”, “böyük”. Müasir monqol dilində “ix” şəklindədir. Bu söz özünün mətndəki formasını olduğu kimi Azərbaycan dilində saxlamışdır.
43. Üileyi – “hərəkət”, “əməl”, “iş”. Otuz səkkizinci sözə bax.
44. Uğuğata – “haqqında”, barəsində”, “üçün”, “naminə” kimi tərcümə edənlər vardır. Müasir monqol dilində həmin mənanı ifadə edən və “uğuğata” sözünə bənzəyən “tuxay” sözü vardır. Amma bu sözün eynisini, yaxud oxşarını müasir türk dillərində müəyyənləşdirə bilmədik.
45. Jug – müasir monqol dilindəki “tsuqluulax” sözü “yığışmaq” mənasını ifadə edir. Azərbaycan dilindəki “yığışmaq” sözünün “yığ” hissəsini də mətndəki “juq” sözü ilə müqayisə edə bilərik. Amma “juq” sözü “məqsəd”, “hədəf”, əslində isə “istiqamət” kimi də tərcümə edilir. Monqol dilində “çiqlel” (“istiqamət”) və “tseq” (“nöqtə”) sözləri vardır.
46. Bolğay – ehtimala əsasən, bu söz XIII əsrin moğol dilində “ol”, “olaq”, “olmaq” anlamını ifadə etmişdir. Deməli, moğol dilindəki “bolğay” sözü türk dilindəki “bol” (“ol”) sözünün eynidir. Yeri gəlmişkən, müasir monqol dilində “bolno” (“ol”) sözü mövcuddur.
47. Kemen – bu sözün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
48. Ede – bir varianta görə, “öz”, “özümüzün”, “bizim”. Müasir monqol dilində “tedniy” formasındadır. Digər varianta əsasən, “deyərək” anlamını ifadə edir.
49. Sadadin – şəxs adıdır.
50. Sinanadin – şəxs adıdır.
51. Samsadin-i – şəxs adıdır.
52. İlebei – “göndərdim”. Müasir monqol dilində “ilgeesen” formasındadır. Ola bilsin ki, “ilebei” sözü “ile” (“göndər”) və “bi” (“mən”) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin doqquzuncu sözə bax.
53. Jaĵasadqun (və ya “jasadqun”) – bəzi variantlarda bu söz “toplayın”, “toplaşın”, “yığın”, “yığışın” kimi, digərlərində isə “hazırlaşın” kimi tərcümə edilmişdir. Zənnimizcə, ikinci
variant doğrudur. Onun eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
54. Doluğan – “yeddi”. Müasir monqol dilində “doloo” formasındadır. Bu sözün türk dillərində bənzəri yoxdur.
55. Jağud – “yüz”. Müasir monqol dilində “zuu” formasındadır. Monqol dilindəki “zuu” sözü ilə türk dillərindəki “jüz”, macar dilindəki “szaz”, fars dilindəki “sad”, eston dilindəki “sada” sözlərinin mənşəyi eynidir.
56. Nigen – “bir”. Müasir monqol dilində “neq” şəklindədir. Hay dilindəki “meq”, macar dilindəki “egy”, fin dilindəki “yksi”, eston dilindəki “üks”, tacik dilindəki “yak”, fars dilindəki “yek”, Azərbaycan dilindəki “tək” sözü ilə eyni mənşəlidir.
57. Od – “da”, -“də”. Müasir monqol dilində “ond” şəklindədir.
58. Bars – “bars”, “bəbir”, “pələng”. Müasir monqol dilində “bar”, türk dillərində isə “bars” formasındadır. Qeyd etmək lazımdır ki, monqol dilindəki “bar”, türk dillərindəki “bars”, latın dilindəki “pard”, “pardus” (“bəbir”) sözləri arasında yaxınlıq vardır.
59. Jil – “il”. Müasir monqol dilində də “jil” şəklindədir. Zənnimizcə, monqol dilindəki “jil”, qazax dilindəki “jıl”, saxa dilindəki “sıl”, tacik dilindəki “sol”, kürd və fars dillərindəki “sal” sözlərinin mənşəyi eynidir.
60. Qaburun – “baharın”. Müasir monqol dilində “xavar” formasındadır. Monqol dilindəki “xavar” sözü ilə Azərbaycan dilindəki “bahar” və fars dilindəki “bəhar” sözləri mənaca eyni, formaca bənzərdirlər.
61. Ečüs – böyük ehtimalla, “sonuncu”, “axırıncı”. Monqol və türk dillərində bənzərini müəyyənləşdirə bilmədik.
62. Sarayin – “ay”, “ayın”. Müasir monqol dilində həm təvim ayına, həm də səma cismi aya “sar” deyilir. Zənnimizcə, o türk dillərindəki “ay” sözü ilə eyni mənşəyə malikdir.
63. Arban – “on”. Müasir monqol dilində “arvan”, “arban” şəklindədir. Bəlkə də bu sözün “ban”, “van” hissəsi çuvaş dilindəki “vunna” (“on”) sözünün vasitəsilə digər türk dillərindəki “on”, “un” sözü ilə əlaqəlidir.
64. Dőrben – “dörd”. Müasir monqol dilində “döröv”, “dörvön”, “durben” formasındadır. Şübhəsiz ki, türk dillərindəki “dörd” və mancur dillərindəki “dıgin” (“dörd”) sözləri ilə eyni mənşəlidir.
65. Qos Qabuğ – yer adıdır.
66. Büküidür – mətndən göründüyü kimi, bu söz Azərbaycan dilinə “yerdə”, yaxud “yaxınlığında”, “ətrafında” kimi tərcümə edilə bilər. Amma “büküidür” sözünün eynisini, yaxud bənzərini müasir türk və monqol dillərində müəyyənləşdirə bilmədik.
67. Bičibei – “biçdim”, “yazdım”. Müasir monqol dilində “biçsen” formasındadır.
Nəticə. Mətndə işlənmiş 82 sözdən yeddisi şəxs adı, biri titul, biri toponim, on üçü təkrarlanan sözlərdir. Yerdə 60 söz qalır. Onlardan təxminən qırx beşinin eynisi, yaxud bənzəri müasir Azərbaycan dilində vardır. Xatırladaq ki, müqayisə XIII əsrin moğol dili ilə XXI əsrin
Azərbaycan dili arasında aparılmış və belə bir nəticə (75%) alınmışdır. Görəsən, XIII əsrin moğol dili ilə VI əsrin türk dili arasında müqayisə aparılsaydı, nəticə necə olardı?
Beləliklə, bu qənaətə gələ bilərik ki, Çingiz xan indiki monqol dilinə yaxın olan bir dildə danışırdı. Lakin təhlilimiz göstərdi ki, həmin dil türk dilinə də yaxın idi. Çingiz xanın XIII–XIV əsrlərdə yaşamış və bu dildə danışmağı hələ yadırğamamış törəmələri də onu məhz türk dili adlandırırdılar.
Osmanlı səyyahı Övliya Çələbi (1611–1682) “Səyahətnamə” əsərində yazır: “Dağıstanda sayı 20.000 nəfərdən çox olan qaytaq xalqı yaşayır. Qaytaqlar nəhəng, enlikürək, fiziki cəhətdən çox möhkəm insanlardır. Heç bir at və qatır qaytağın bədəninin ağırlığına tab gətirə bilmir. Buna görə də onlar dağlardan piyada düşürlər, Şəki və Ərəş şəhərlərinə isə arabada gedirlər. Qaytaqlar oğuzdurlar, moğolların bir qoludurlar. Moğol ölkəsi Maxandandırlar. Amma özləri türkdürlər. Moğol dilində danışırlar. Lakin bu dili türk dili adlandırırlar”. Övliya Çələbi qaytaq dilində işlənən bəzi sözləri təqdim etmişdir. Onlardan bir neçəsinə nəzər salaq:
№ Azərbaycan dilində XVII əsrin qaytaq dilində Monqol dilində
1. At —— Mori —— Mori, aduu
2. Ayğır ——- Acirqa ——- Azarqa
3. Madyan ———— Güvən ———— Güü, baydsan
4. Dayça ————- Utqan ——— Unaqa, daaqa
5. İt ————- Noxay ———— Noxoy
6. Donuz ———- Qaxa ————— Qaxay
7. Dələ ———- Kerem ——— Xerem
8. Dovşan —— Taulay ——— Tuulay
9. Samur ——— Bulaqan —— Bulqa
10. Canavar(çönə, börü) ——— Çinoa ————- Çono
11. Dəvə, teve (çuvaş) ———— Temegen ——— Temee
12. Qatır, ———- laşa (çuvaş-at) —— Looşa Luus
13. Öküz, ———— vakar (çuvaş) ———— Xuer Üxer
14. Toyuq —— — Teqeu ———- Taxia
15. Şahin ———— Laçin ———— Naçin
16. Bit ———- Puvasud ———- Böös
17. Bildirçin —— Büdükçin —— Bödnö
18. Cücə —— Çiqe
19. Ceyran —— Ceyran
20. Yağı, düşmən —- Cad (yad?)
Qeyd. XVII əsrdə moğoldilli qaytaqların yaşadıqları ərazidə bugün əsasən Dağıstanın dargin xalqı yaşayır.
P.S. Əslində, bir sıra xüsusiyyətlərinə görə, elə indiki monqol dilini də türk dilinin uzaq dialekti hesab etmək olardı. Amma məsələ bundadır ki, linqvistlərin əksəriyyəti “hind-Avropa dil ailəsi” formalaşdırılarkən istifadə olunmuş meyarların universallığına inanır.