Nurlanə Cərullaqızı – KİÇİK GƏLİN

KİÇİK GƏLİN
(hekayə)
İsti yay günlərindən birinin ikinci yarısı idi. Bir neçə gün idi ki, Azərbaycanın hər yerində olduğu kimi, Bakıda da anomal istilər hökm sürürdü. Qızmar istilərdən təngə gələn sakinlər dənizkənarı bulvara axın
etmişdilər. Sahildə , demək olar ki, adam əlindən tərpənmək mümkün deyildi. Kimiləri sahil boyu gəzinir, kimiləri də çoxu
ağacların altında və fəvvarəyə yaxın qoyulmuş skamyalarda oturub söhbət edirdilər. Əyyubla Dəstəgül də oturanlardan biri idi.
Neftçalanın Tatar Məhlə kəndindən olan bu cütlük üç ay idi ki, evlənmiş, on gün idi də ki, Bakıya, yaxın qohumlarının evinə
qonaq gəlmişdilər. – Əyyub, dur gedək evə, – Dəstəgül qəfil dilləndi. – Nə oldu? Neçə gündür deyirdin, dənizə gedək, xoşuna
gəlmədi? – deyə Əyyub gülümsədi.–Yox, dəniz xoşuma gəlir, amma çox səs-küydü, – Dəstəgül narazı halda dilləndi. – Əzizim,
yarım saatdır gəlmişik, bir az da oturaq, gedərik, – Əyyub arvadını yola gətirməyə çalışdı. – Yox, gedək, həmdə, istidi. Dəsdəgül
mızıldandı. – Əyyub cavab olaraq yenə nəsə demək istəyirdi ki… ,Bu vaxt orta yaşlı, arıq, qısa boylu, əynində qara kətan don və
başında da eyni rəngdə ipək hicab olan bir qadın kitab dolu araba ilə onlara yaxınlaşdı. – Salam, uşaqlar. Oturmaq olar? –
Əlbəttə, buyurun, – deyə Əyyub birinci dilləndi. — Çox sağ olun, Allah razı olsun, — qadın mülayim səslə təşəkkür etdi. –
Ətrafdakı səs-küy az deyildi. — Bir də bu gəldi, — Dəstəgül dodaqaltı deyindi.— Həə… Söhbətinizə istəmədən qulaq qonağı
oldum. Deyəsən Qızımız istidən şikayətlənir, — qadın yerini rahatlayıb mülayim səslə dedi. — Hə, — Əyyub gülümsədi. — Mən
başa düşmürəm, bizim millət niyə belədir? — qadın eyni tonla sözünə davam etdi. — Necə yəni? — Dəstəgül başını qaldırmadan
soruşdu. — Bax, qışda soyuq olanda yayın qızmar günəşini arzulayırıq, yayda isə “kaş qış gələydi” deyirik. Axı biz nə istəyirik? —
qadın fikrinə aydınlıq gətirdi. — Düz deyirsiniz. Əyyub təsdiq etdi. — Deyəsən, yeni evlənmisiniz, — qadın hər ikisinə xitabən
soruşdu. — Bəli, 3 aydır, — Əyyub cavab verdi. — Ərin səninlə necə davranır, qızım? Onunla xoşbəxtsən? — qadın bu dəfə bir
başa Dəstəgülə müraciət etdi. — Bəli… — Dəstəgül utancaq halda dilləndi. Əyyub isə arvadının bu cavabından məmnun halda
gülümsədi. — Şanslı kişisən, oğlum, — qadın üzündə xoş bir təbəssümlə dilləndi. — Şanslı kişisən ki, arvadın səndən razıdır.
Unutma arvadından razı olan kişidən Allah da razı olar. İnşallah, hər zaman belə olarsan — arvadına mülayim davranar, onu
incitməz, könlünü oxşayarsan. Daha mənim ərim kimi anlayışsız olmazsan… -Əriniz kimi?.. — Əyyub duruxdu. — Həə, oğlum…
Mənim qollarımı da elə ərim bu hala salıb, — qadın dərindən köks ötüüb dilləndi. Bu sözlərdən sonra — Əyyubla Dəstəgül eyni
anda— qadının qollarına baxdılar və hər ikisidə gördükləri qarşısında yerlərindəcə donub qaldılar. Qadının hər iki əlləri
də biləklərindən yox idi. Eyni zamanda onlar qadının kitab dolu arabasınınn arxadan onun sol qoluna kəmərlə bağlandığına da
yalnız indi fikir verdilər — Necə yəni… sizin qollarınızı əriniz?.. — Dəstəgülün boğazı düyünləndi. — Həə, qızım, — qadın acı
təəssüflə başını buladı. — Bəs nəyə görə? — deyə Əyyub heyrətlə soruşdu. — Hə, indi sizə hər şeyi danışacağam… — qadın bunu
deyib ağır-ağır danışmağa başladı. .: – Adım gözəldir, amma təəssüf ki, bəxtim — daha doğrusu, qarşıma çıxan insanlar — adım
qədər gözəl olmadılar. Yəni onların qəlbləri gözəl deyildi 1977-ci ilin soyuq bir qış günü, Göyçayın Çaxırlı kəndində sadə və
zəhmətkeş bir ailənin ilk övladı olaraq dünyaya gəlmişəm. 12 yaşıma qədər olan uşaqlıq illərim çox şən və qayğısız keçdi. Hamı
kimi mən də, yeddi yaşımda məktəbə getdim. Bütün gün dərs oxuyar, qalan vaxtlarda isə qonşunun uşaqları ilə oynayar, bəzən
də atamın dizi üstə oturar, onun danışdığı nağıllara və oxuduğu şeirlərə qulaq asardım. Birinci sinifdən etibarən dərslərimi yaxşı
oxuyar, hər gün “5” alar, aldığım qiymətləri də sevinə-sevinə atama göstərərdim. Yazıq atam da sevinclə başımı sığallayıb: “Biz
oxuya bilmədik, barı siz oxuyun, adam olun”, — deyərdi. Hə, siz demişkən, mənim doğulmağımdan 6 il sonra əkiz bacı-qardaşım
— Həcər və Xəzər dünyaya gəldi. Onlarla həyatım təsvir edə bilməyəcəyim qədər rəngli idi. Anam evdar qadın idi. Atam isə
mövsümlük işlərdə işləyir, zəhmətlə də olsa bizi dolandırmağa çalışırdı. Sizi əmin edirəm ki yoxsul olsaqda gülümüz çox
xoşbəxt keçirdi.Ancaq təəssüf ki, xoşbəxt güllərimizin ömrü, bayaq qeyd etdiyim kimi, mənim 12 yaşıma — yəni 1989-cu ilə
qədər oldu.Onda bir il idi ki, vaxtilə hallarına acıyıb torpaqlarımızda sığınacaq verdiyimiz erməni quldurları, indi üçüncü
dövlətlərin köməyi ilə sığındıqları torpaqlara əl uzadır, eyni kənddə yaşadıqları, eyni məktəbdə oxuduqları, bir məclisdə iştirak
etdikləri, evlərinə qonaq gedib çörək kəsdikləri, illərlə “dost, qardaş” dedikləri insanları indi sözün həqiqi mənasında düşmən
gözündə görür, gördükləri yerdə bircə güllə ilə yerə sərirdilər. Şiddətli döyüşlər gedən Qarabağ torpaqlarında könüllü
özünümüdafiə batalyonları yaradılırdı. Bu batalyonlara Azərbaycanın hər yerindən olduğu kimi, Göyçaydan, bizim kənddən də
neçə-neçə qeyrətli oğullar qoşulurdu. Onlardan biri də atam oldu. O da “Vətənim dar gündədir”, — deyib yaradılan könüllü
batalyonlardan birinə qoşuldu. Yazıq atam… Onda onun cəmi-cümlətanı 38, anamın isə 35 yaşı var idi. Atamın getdiyi həmin
gün mən, bacım və qardaşım bir daha görməyəcəyimizi bilirmiş kimi, onun boynunu qucaqlayıb uzun-uzun ağladıq. Anam və
atamla sağollaşmağa gələn qohum-qonşular bizi ondan çətinliklə ayırdılar.Anamla mən hər gün Azərbaycanın başının üstünü
alan buludların tezliklə dağılması, müharibənin dayanması və atamın da hamı ilə birlikdə sağ-salamat evimizə qayıtması üçün
ağlaya-ağlaya dua edirdik. Amma təəssüf ki, belə olmadı. Üç ay sonra atamın şəhid xəbəri gəldi. O, Ağdərə uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid oldu. Həmin gün elə bil dünya başımıza fırlandı. Gözəl o anları bir daha yaşayırmış kimi
kövrəldi. -Anamla mənim fəryadım, ölümün nə olduğunu hələ tam dərk etməyən körpə bacı-qardaşımın göz yaşlarına qarışdı.
Bəli, bizim də ürəyimizə əbədiyyən sönməyəcək bir od düşmüşdü, atam ölmüş, anam dul, biz isə yetim qalmışdıq. Sözlə təsvir
edə bilməyəcəyim ağır günlərimizdə elə həmin vaxtdan başladım. Anam bizə baxmaq üçün mövsümlük işlərdə işləməyə
başladı. Böyüdükcə biz də əlimizdən gələn qədər həyətdə, təsərrüfat işlərində ona kömək edirdik. Beləcə üç il keçdi. Mən 15
yaşıma gəlib çatdım. Doqquzuncu sinifdə oxuyurdum. Yay tətili idi.Bir gün axşamüstü anam işdən evə gəldi və onunla qonşu
kənddən olan, həm də eyni tarlada işləyən Roza adlı bir qadının İradə adlı qohumunun oğluna qız axtardığını və məni ona ərə
verəcəyini dedi. Mən həmin gün onun bu sözlərinə heç bir reaksiya vermədim, çünki anamın dediklərini hələ başa düşmür, tam
mənasıyla dərk etmirdim. Ümumiyyətlə, ailə qurmaq nə demək idi? Yalnız yemək bişirməkdən, silib-süpürməkdən, yuyub￾yığışdırmaqdanmı ibarət idi ailə qurmaq? Bunu da bilmirdim. Ancaq sonralar başıma gələn fəlakəti bir gün mənə”Qızım, , ailə
kiçik bir dövlətdir. Onu idarə etmək böyük məsuliyyət tələb edir. Sən hələ uşaqsan. Bu məsuliyyəti daşıya, bu
yaşında gəlin ola bilməzsən”. Deyən Yaqut adlı qonşu qadının sayəsində yavaş-yavaş dərk etməyə başladım və bir gün
anama ağlaya-ağlaya oxumaq istədiyimi, ərə getmək istəmədiyimi dedim. Anam isə əvəzində: “Sən bu evin böyük qızısan, mənə
dayaq olmalısan. Qabil yaxşı oğlandır, yük maşını sürücüsüdür. Yayda otumuzu, qışda odunumuzu, dənimizi gətirər, bacı￾qardaşını oxudar, mənə də dayaq olar,” — deyib bu söhbəti bir daha açılmamaq üzrə bağladı.Bəli, artıq geriyə yol yox idi. Mən
özümü indi məni itirib-axtarmayan bacı-qardaşımın xoşbəxt gələcəyinə qurban verəcək, anamı isə əslində asanlıqla həll edə
biləcəyi bir neçə məişət problemlərindən xilas etmək üçün məktəb şagirdi olmalı olduğum yaşda bir evə gəlin, heç tanımadığım,
üzünü yalnız toy günü görəcəyim bir kişiyə arvad, ən dəhşətlisi isə özüm uşaq olduğum halda kim bilir, neçə-neçə uşağa ana
olacaqdım. Nəhayət, həmin gün gəldi. Bu söhbətdən düz 2 həftə sonra, iyun ayının ortalarında qonşu kəndə Qabil adlı oğlana
ərə getdim. Evdən çıxanda anam mənə: “Çalış, getdiyin yerdə başımızı aşağı eləmə. Gəlinliklə çıxdığın bu evə yalnız kəfənlə
qayıda bilərsən,” — deyib məni yola saldı. Beləcə biz Qabilin əmisinin jüquli markalı maşınında onların kəndinə yola düşdük.
Bibimlə əmim arvadı da mənimlə getdilər. Kəndə -çatana qədər yol boyu əllərimlə üzümü tutub dayanmadan ağlayır, ölmək
üçün Allaha dua edirdim. Oturduğum gəlin maşınının tabutum, geyindiyim ağ gəlinliyin kəfənim, getdiyim ər evinin də məzarım
olduğunu düşünürdüm. Nəhayət, gəlin evinə çatdıq. Maşından düşüb həyətə girəndə, sonradan başıma gələcəklər əvvəlcədən
ürəyimə dammış kimi yenidən ağlamağa başladım. Bizi elə qaynanam qapıdaca qarşılayıb evə apardı.Mən Qabilin, yəni
sonradan cəlladım olacaq ərimin üzünü də elə həmin gün gördüm. Qabil arıq, qısa boylu, ciddi görkəmli, qonur gözlü, qarayanız bir
kişi idi. O, məndən düz 12 yaş böyük idi. Mən Qabilin ikinci arvadı idim. Onun birinci arvadı 7 ay əvvəl evdə uşaq dünyaya
gətirdiyi zaman ölmüşdü. Buna görə də ailəsi ona yenidən toy etməmiş, yalnız ailə üzvlərindən və yaxın qohumlardan ibarət
kiçik bir yığıncaq təşkil olunmuşdu. Qaynanam bizi hər kəslə bir-bir tanış etməyə başladı. Qabilin özündən başqa üç qardaşı da
var idi. Qabil üçüncü idi. Onun dördüncü qardaşı da bir ay əvvəl toysuz, vüsatsız evlənmişdi. Əmim arvadı ilə bibim məni
sakitləşdirməyə çalışır, mən isə dayanmadan ağlayırdım. Hər kəs mənim sevindiyimdən ağladığımı zənn edirdi, ancaq bu heç
də belə deyildi. Birdən qaynanam ərimin birinci arvadından olan Asya adlı yeddi aylıq qızını mənə göstərib, uşağa doğulduğu
gündən bəri özünün baxdığını, böyüdükcə də mənə öyrəşdirəcəyini dedi. Əmim arvadı ilə bibim 2 saat oturduqdan sonra
mənimlə sağollaşıb, yenidən kəndimizə qayıtdılar.Beləliklə, mən ərim Qabil, yeddi aylıq qızı Asya, qaynanam Firuzə, qaynatam
Bayram, qaynım Yusif və eltim Baharla birlikdə yaşamağa başladım. Hər günü biri-birindən ağır, əzablı və çətin günlərim elə
həmin gündən başladı. Eltim Bahar məndən 3 yaş böyük idi. Hər ikimiz də bütün ev işlərini görə bilsək də, yemək bişirməyi
bacarmırdıq. Qaynanam yeməyin hazırlanma qaydasını bir həftə mənə, bir həftə də ona göstərərdi. Mən yemək bişirənə qədər
o, o bişirənə qədər mən yeməyin necə hazırlanmasını unutardıq. İnsafla deyəndə, qaynanam buna görə bizə bir söz deməz,
“Eybi yoxdur, ikiniz də hələ uşaqsınız, öyrənəcəksiniz,” — deyib səbirlə təkrar göstərərdi. Yusif də Bahara heç nə deməzdi. Amma
Qabil məni buna görə incidip danlayar, təhqir edib söyər, bəzən də insafsızcasına döyərdi. Hər dəfə də qaynatam harayımı
eşidib gələr, məni döydüyü üçün onu möhkəm danlayardı. İnsafla deyəndə qaynatamla qaynanam pis adam deyildilər, ancaq biz
bir böyük kimi onların hörmətini saxlamalı, dediklərini qeyd-şərtsiz yerinə yetirməli, qoyduqları qaydalara riayət etməli idik. İki
gəlin onların yanında başıaçıq gəzə, otura, hündürdən danışıb gülə, yemək yeyib su içə bilməzdik.Bəli, sözün həqiqi mənasında
gedəcək heç bir yeri olmayan mən, evin çətin qaydalarına və az qala məni hər gün heç nəyin üstündə döyən ərimin 15 yaşımda
cəhənnəmə çevirdiyi həyatıma uyğunlaşmağa çalışırdım.”Eltimlə mən səhər hamıdan əvvəl oyanar, axşam hamıdan sonra
yatardıq. Bu müddətdə həm ev işləri görər, həm də ailəyə dolanışıq mənbəyi olan təsərrüfat işlərində kömək edərdik. Gün
ərzində yalnız yemək yediyimiz və ayaqyoluna getdiyimiz zaman dincələrdik. Bu arada mən həm də yavaş-yavaş Asyaya
baxmağa başlamışdım. Elə ilk gündən doğulanda anasını itirən bu körpə qıza qanım qaynamışdı. Onunla bağlı bir gün baş
verən hadisə isə indidə ürəyimi göynədir.Gəlin getdiyimin birinci ayı idi. Bir gün günorta, evdə heç kimin olmadığı bir vaxt Asyanı
qucağıma götürüb həyətimizdəki ucsuz-bucaqsız üzüm bağına getdim və orada, ağacların arasında evcik qurub onunla, bacı-qardaşımla olduğu kimi evcik-evcik oynamağa başladım. Bu vaxt ərim gəlib bunu gördü və məni belinin kəməri ilə möhkəm
döydü. Onun əlindən məni “Ay bala, yazığı niyə döyürsən, onun özü hələ uşaqdır, evcik oynayan yaşdadır, nə bilsin uşağa
baxmağı?” deyən Xavər adlı qonşu qadın aldı. Anam bir də iki ay sonra bacı-qardaşımla birlikdə məni görməyə gəldi. Ona
vəziyyətim barədə ümumiyyətlə heç nə demədim, çünki bunun bir faydası olmayacaqdı. Evdən çıxanda “Gəlinliklə çıxdığın bu
evə ancaq kəfənlə qayıda bilərsən” deyən anam nəinki məni evə geri qəbul etməyəcək, heç mənə qulaq asmayacaqdı da.
Əyyubla Dəstəgül Gözəlin danışdıqlarını göz yaşları içində dinləyir, dinlədikcə də onu uşaq yaşında mənfəətə qurban verib gəlin
köçürən anasına və cəlladı olan ərinə ürəklərində lənətlər yağdırırdılar. Beləcə, 5 ay keçdi. Gözəl gözlərini silib acı həyat
hekayəsinin ardını danışmağa davam etdi. Noyabr ayının ikinci bazar gününün, gündüz saatları idi. Mən həyəti süpürürdüm.
Birdən Maral adlı qonşu qadın ara çəpərə yaxınlaşıb işarə ilə məni yanına çağırdı. Maral anadan gəlmə eşitmə məhdudiyyətli idi,
özü də milliyyətcə erməni idi. Əsl adı Liyda olan Maral qonşu kənddən idi. O, on il idi ki, Rizvan adlı sağlam bir oğlanla ailə qurub
bu kəndə gəlin gəlmiş, bir oğlan, bir qız olmaqla iki əkiz uşaq dünyaya gətirmişdi, indi də üçüncüyə hamilə idi. Mən süpürgəni
atıb onun yanına getdim. Çatan kimi Maral əllərini həyətimizdəki şirin nar ağaclarına tərəf uzatdı. Bəli, hər şey məlum idi —
Maral yenə məndən nar istəyirdi. Onların da həyətində nar ağacı vardı, amma şirin deyildi. Buna görə də, o, hər dəfə məni görən
kimi bizdən şirin nar istəyirdi.”Mən həmişə olduğu kimi, bu gün də ona iki şirin nar verdim. Maralın çəpərdən aralanması ilə
mənə, gözləri hədəqəsindən çıxacaqmış kimi baxan Qabilin qəfil böyürdən çıxması bir oldu.”O, üzümə möhkəm bir şillə çəkdi və
qəzəbli halda: ‘O erməni qadına niyə nar verdin bilmirsən ki, onlar bizim düşmənimizdir?’ – deyə soruşdu. Bəli, Maral erməni idi.
Həmin vaxt cəbhədə cavan oğlanları bir güllə ilə şəhid edən, yaralayan, neçə-neçə soydaşımızı doğulub böyüdükləri doğma
torpaqlarından, min bir əziyyətlə qurub yaratdıqları ev-eşiklərindən didərgin salanlar arasında bəlkə də onunda atası, qardaşları,
ya da yaxın qohumları var idi. Amma Maral mənim üçün əvvəlcə eşitmə məhdudiyyətli bir insan, ailəsi kəndlərini tərk edəndə
onu aparmağa gəldikləri zaman bir daha görməməyi və həsrətlərini ürəyində daşımağı gözə alaraq onlarla getməyib sevdiyi
adamla və iki körpə balası ilə yaşamağı seçən sədaqətli bir qadın, fədakar bir ana idi. Bir də axı o, hamiləydi. İndi olanlarda nə
onun, nə də bətnindəki körpənin heç bir günahı yox idi. Mən, üzümə dəyən şillənin təsirindən səndələdim. Bir əlimlə yıxılmamaq
üçün ağacdan yapışdım, digər əlimlə də od tutub yanan üzümü tutdum. Qabilə isə cavab vermədim. O, bundan daha da
hiddətləndi və ‘Gəl bura, indi sənə göstərərəm’ – deyərək, məni saçımdan sürüyüb həyətdəki odun kötüklərindən birinin yanına
apardı. Hər iki əlimi kötüyün üzərinə qoydu və hərəsini bir nara görə dəryazla biləklərimdən kəsdi. – Nəə! Əyyubla Dəstəgül
eşitdikləri qarşısında heyrətləndilər. -Aman Allah! Yəni o, sizin əllərinizi sırf Marala iki nar veriiniz deyəkəsdi?’ – Dəstəgül gözləri
yaşlı halda soruşdu: – Hə, qızım, – Gözəl kövrək halda davam etdi, – o an nə ağrıdan qopardığım fəryadım qulaqlarımdan, nə də
kəsilən əllərimin yerindən axan qan gözlərimin qarşısından getmir. Səsimə evdəkilər və yaxınqonşular yığışdı. Onlar da
gördükləri mənzərə qarşısında dəhşətə gəldilər. Öz imkanları ilə birtəhər qanaxmanı dayandırdılar və məni tez xəstəxanaya
çatdırdılar. Ancaq həkimlər nə qədər çalışsalar da, kəsilən əllərimi yenidən bərpa edə bilmədilər. Beləliklə, həmin gündən mənim
həyatla əsl mübarizəm başladı. Mən elə xəstəxanadaca anamla qalmaq istəmədiyimi dedim. Buna görə də müalicəm qurtaran
kimi məni Bakıya, uşaq evlərindən birinə göndərdilər. Həmin gündən də bir daha ailəmi görmədim. Qabili də həbsə saldılar.
Məhkəmənin hökmü ilə o, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 12 il azadlıqdan məhrum edildi. Hökmü eşidən Qabil
elə həmin günün gecəsi özünü yatdığı çarpayının başından asıb öldürdü. Bakıya gələndən 2 ay sonra hamilə olduğumu
öyrəndim. Açığını desəm, bu xəbəri eşidəndə qanım qaraldı. Öz-özümə: ‘Mən əliləm, onu dünyaya gətirsəm, necə baxacağam?’
– deyə düşündüm. Ancaq mən canımın yarısını itirmişdim, buna görə də körpə balamın canına qıymamağa, onu dünyaya
gətirməyə qərar verdim. 7 ay sonra gözəl bir qız balam dünyaya gəldi. Onun adını Həyat qoydum, çünki onun gəlişi məni sözün
həqiqi mənasında həyata qaytardı. : Onunla üç il uşaq evində yaşadıq. 18 yaşımın tamamında isə oradan birlikdə, kimsəsiz
insanların yaşadığı sığınacağa göndərildik. Dörd il sonra isə, yəni mənim 22, qızımın 7 yaşı olanda, öz istəyimlə sığınacaqdan
çıxmaq istədiyimi bildirdim. Əvvəlcə sığınacağın köməyi ilə özümə taxta bir vaqon, bir az da əşya aldım. Dövlət tərəfindən mənə
əlilliyimə, qızıma isə atasızlığa görə sosial müavinat təyin edildi.” -Beləcə, biz sığınacaqdan çıxıb taxta vaqonda tək başımıza
yaşamağa başladıq. Bu arada mən ötən yeddi il ərzində əllərim olmadan necə hərəkət etməli olduğumu tam öyrənmişdim. Artıq
mən də, hamı kimi yemək bişirir, paltar yuyur, ev təmizləyir, qısacası hər işimi görür, özümün və qızımın ehtiyaclarını çətinlik
çəkmədən ödəyirdim. Namaz qılıb hicab örtməyə də elə həmin illərdə başladım. Əvvəl-əvvəl səcdəyə gedəndə əllərim olmadığı
üçün ayaqlarım yuxarı qalxırdı.
Zaman keçdikcə bütün çətinliklər kimi buna da öyrəşdim.Sonra özümə bir araba alıb, qızım məktəbdə olduğu zaman kitab satmağa başladım. Yəqin deyəcəksiniz ki, niyə məhz kitab? Bilirsiniz, balalarım, mən ali təhsil
ala bilməsəm də çoxlu kitab oxudum. Uşaq evində də, sığınacaqda da bütün günüm kitab oxumaqla keçdi. İstədim ki, kitab
sataraq özüm kimi bütün insanları da kitab oxumağa cəlb eləyim. Beləcə günlər həftələri, həftələr ayları, aylar illəri əvəzlədi. Qızım böyüyüb Bakı Dövlət Universitetinin Hüquq
fakültəsində təhsil aldı. Təhsilini tamamladıqdan sonra isə qrup yoldaşı Ədalətlə ailə qurdu. İndi 2 uşağı var, özü də işləyir. Mən
də onula yaşayıram. “İndi harada evli kişi görürəmsə, ona arvadıyla mehriban davranmağı, ona qarşı anlayışlı
olmağı, fiziki zorakılıq tətbiq etməməyiii nəsihət edirəm: “Bax, belə, balalarım,” – deyib Gözəl danışığını yekunlaşdırdı.
-Siz
qəhrəmansınız, Gözəl xanım, bəli, qəhrəmansınız… – bayaqdan Gözəlin danışdıqlarını ağlaya-ağlaya dinləyən və onun sözünü
bitirdiyini görən
Dəstəgül gözlərini silib, ağır-ağır danışmağa başladı. – Gör , nələr çəkmisiniz… Kiçicik yaşınızda gəlin olmusunuz,
əllərinizi itirmisiniz, amma bununla belə yıxılmamısınız. — Hə, qızım, — Gözəl cavab olaraq yenidən dilləndi, — düzdür, bu yolda
çox çətinliklərlə qarşılaşdım, amma… Əyyub bu yerdə sözə qarışdı: —Əvvəl Allahın, sonra da güclü səbrinizin, möhkəm iradənizin,
əzmkarlığınızın və mübarizliyinizin sayəsində bütün çətinlikləri aşıb bu günə gəldiniz. — Hə, oğlum, — Gözəl təsdiqlədi, — bir də
bayaq dediyim kimi… Həyatın sayəsində . Bəli mən bir heç uğruna əllərimi itirdim, amma əvəzində Həyat kimi bir qız, onun sayəsində də
Ədalət kimi bir oğul və iki də nəvə qazandım.Nə isə, mən gedim, daha başınızı ağrıtmayım, — deyə Gözəl ayağa qalxıb getmək
istəyirdi ki, Əyyub onu dayandırdı: — Gəlin, gedək çay içək. — Hə, gedək, susuzluqdan yanıram, — Dəstəgül ərinin sözünə qüvvət
verdi və əlavə etdi: — Yəqin ki, Gözəl xala buralarda bir kafe tanıyır. — Hə, qızım, tanıyıram, gəlin gedək, — Gözəl dedi. Hər üçü də
ayağa qalxıb iti addımlarla çay içəcəkləri kafeyə tərəf getdilər.
Son

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir