
Səməd Yusifcanlı və Turan Uğur
Turan Uğur: “Səməd Yusifcanlı ssenarilərimi, mətnlərimi həmişə əla oxuyur. Böyük həssasiyyətlə mətni duyur, hər sözün, hər kəlmənin haqqını verir. Hiss etdim ki, Səməd bəy bu gün “Türk ellərində Novruz ənənəsi” mövzusunun kadrarxasını daha şövqlə səsləndirdi. Məncə, çocuqluq illərinin Ağdam – Yusifcanlı xatirələri gözündə canlandı, ruhunu Novruz bayramının əzəmətinə aşiyan sandı, mətni oxuduqca təzələndi, sanki qırışığı açıldı.
Allah canını sağlam, səsini qüvvətli, sözünü otkün eləsin!”
ZAUR USTAC: “Sözün əsl mənasında Ağdam rayonunun Yusifcanlı kəndində Novruz şənlikləri; Çilə gecəsi, Yelləncək qurma, Qarqara çıxmaq və digər bir-birindən maraqlı elementlərilə bir başqa idi… Bu şənliklər min illərdən bəri 1990-cı ilə qədər davam etdi. Yaxşı ki, o qədər keyfiyyətli olmasa da 1989-cu ildə AzTv bu tədbiri çəkib (bayram şənliyi bizim kəndimizdə – Yusifcanlı da çəkilsə də o vaxtkı icra-idarəetmə strukturu quruluşuna uyğun olaraq sovetliyin adı ilə Ağdam rayonu Novruzlu kəndi kimi təqdim olunub). Yəqin ki, AzTv-nin arxivində olar bu çəkiliş. Son 30 ildə bütün Şimali Azərbaycanı qarış-qarış gəzmiş bir şəxs olaraq qeyd etmək istəyirəm ki, başqa heç yanda bu qədər dəqiq və geniş ssenari üzrə zəngin təbii Novruz şənlikləri görmədim (bir az oxşayan Qazax -Tovuz bölgəsində var). 1979-1989, düz on il ərzində hər il bu şənliklər gözümün önündə keçirib və iştirakçısı olmuşam. Bütün elementlər hələ ki, yaddaşımda yaşayır…”
Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında