Turan Uğur:“Səməd Yusifcanlı ssenarilərimi, mətnlərimi həmişə əla oxuyur. Böyük həssasiyyətlə mətni duyur, hər sözün, hər kəlmənin haqqını verir. Hiss etdim ki, Səməd bəy bu gün “Türk ellərində Novruz ənənəsi” mövzusunun kadrarxasını daha şövqlə səsləndirdi. Məncə, çocuqluq illərinin Ağdam – Yusifcanlı xatirələri gözündə canlandı, ruhunu Novruz bayramının əzəmətinə aşiyan sandı, mətni oxuduqca təzələndi, sanki qırışığı açıldı. Allah canını sağlam, səsini qüvvətli, sözünü otkün eləsin!”
ZAUR USTAC: “Sözün əsl mənasında Ağdam rayonunun Yusifcanlı kəndində Novruz şənlikləri; Çilə gecəsi, Yelləncək qurma, Qarqara çıxmaq və digər bir-birindən maraqlı elementlərilə bir başqa idi… Bu şənliklər min illərdən bəri 1990-cı ilə qədər davam etdi. Yaxşı ki, o qədər keyfiyyətli olmasa da 1989-cu ildə AzTv bu tədbiri çəkib (bayram şənliyi bizim kəndimizdə – Yusifcanlı da çəkilsə də o vaxtkı icra-idarəetmə strukturu quruluşuna uyğun olaraq sovetliyin adı ilə Ağdam rayonu Novruzlu kəndi kimi təqdim olunub). Yəqin ki, AzTv-nin arxivində olar bu çəkiliş. Son 30 ildə bütün Şimali Azərbaycanı qarış-qarış gəzmiş bir şəxs olaraq qeyd etmək istəyirəm ki, başqa heç yanda bu qədər dəqiq və geniş ssenari üzrə zəngin təbii Novruz şənlikləri görmədim (bir az oxşayan Qazax -Tovuz bölgəsində var). 1979-1989, düz on il ərzində hər il bu şənliklər gözümün önündə keçirib və iştirakçısı olmuşam. Bütün elementlər hələ ki, yaddaşımda yaşayır…”
Zamanı qabaqlayanlar, sükutu pozanlar, yenilik yaradanlardır İLKlər. Adlarını tarixə yazanlar, tarixi yaşadandanlardır İLKlər. İmzası imzalar içində olanlardı İLKlər. Bütün zamanların adamlarıdır İLKlər. Nə yaxşı ki adları tarixə düşən, dünyanın yönünü dəyişən, imzası imzalar içində, adı ilk sıralarda olanlarımız var. Dünya şöhrətli alim Rafiq Əliyev kimi. Keçən əsrin 60-cı illərinin axırlarında R.Ə.Əliyev intellektual sistem lərdə idarəetmə və qərar qəbuletmə proseslərinin inteqrasiyası ideyasını irəli sürdü. Çoxsəviyyəli mürəkkəb sistemlərdə koordinasiyanın (əlaqələndirmənin) yeni metodları təklif edildi. İlk dəfə olaraq onun təklif etdiyi koordinasiya funksiyası anlayışı əsasında yeni sinif sistemlər yaradıldı. Müəllifin bu sahədə əldə etdiyi elmi nəticələr onun 1981, 1983, 1987 və 1989-cu illərdə nəşr olunmuş monoqrafiyalarında əks olunmuşdur. R.Ə.Əliyevin tədqiqatlarının başqa yeni bir istiqaməti də süni intellekt üsullarına əsaslanan qeyri-səlis ekspert sistemlərin yaradılması oldu. R.Ə.Əliyev qeyri-səlis mühitdə fəaliyyət göstərən intellektual robotların yaradılması sahəsində yeni elmi istiqamətin müəllifidir. R.Ə.Əliyevin qeyri-səlis məntiq və Soft Kompütinq nəzəriyyəsinin işlənilməsi və tətbiqi sahəsində əldə etdiyi sanballı nəticələr ölkəmizdə və xaricdə yüksək qiymətdirilmişdir. Dünya elmi ədəbiyyatında ilk Soft Computing monoqrafiyası onun tərəfindən yazıldı və 3-4 il müddətində bestseller oldu. R.Ə.Əliyev insan mühakiməsi meyarlarına daha dürüst cavab verən 3 qeyri-səlis məntiq (ALİ-1, ALİ-2, ALİ-3) təklif etmişdir. Bunun üçün lazımi teoremlər verilmiş və isbat olunmuşdur. 1996-1999-cu illərdə dünya alimləri və mühəndisləri bu üç məntiqin digər məntiqlərə nəzərən daha səmərəli olduğunu eksperimental nəticələrlə təsdiq etmişlər. Bu sahədə elmi nəticələr 1991-ci ildə (Almaniya), 1991-ci ildə (Moskva), 1993-cü, 2000-ci illərdə (Almaniya, L.Zadənin ön sözü ilə), 2001-ci ildə (ABŞ, L.Zadənin ön sözü ilə) çap olumuş monoqra¬fiyalarında şərh olundu. Hazırda elm və texnikanın başlıca istiqamətlərindən biri də paylanmış süni intellektdir. R.Ə.Əliyev 1988-ci ildə qeyri-səlis paylanmış intellektual sistemlərin elmi konsepsiyalarını və qurulma üsullarını təklif etdi. O, paylanmış intellektual sistemlərin qurulmasının başlıca prinsiplərini, modellərini vermiş, nəzəri əsasını işləmişdir. Mövcud elmi istiqamətə alternativ olan və qeyri-səlis mühitdə işləyən paylanmış multiagent intellektual sistemlər adlanan yeni elmi istiqamət təklif etdi. Professor Əliyev professor Lütfi Zadə ilə birlikdə qeyri-səlis dayanıqlıq konsepsiyası ideyasını irəli sürərək dinamik sistemlərin ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsinin əsaslarını işləyib hazırlamışdır. Əliyev qeyri-səlis məntiqə əsaslanan ümumiləşdirilmiş qərarlar nəzəriyyəsini təklif etmişdir. Qeyri-səlis məntiqə əsaslanan qərarların təhlili sahəsində tədqiqatın yeni mərhələsində professor Əliyev davranış qərarlarının təhlili üçün yeni prinsip kimi kombinəedilmiş vəziyyət konsepsiyasını təklif etmişdir. Professor Əliyev Z-ədədlər nəzəriyyəsinin müəllifidir. Bu işlərə Z-ədədləri üzərində əsas hesab və cəbri əməllər, Z-ədədlərinin sıralanması, Z-çoxluqlar üzərində əməllər və digər nəticələr daxildir. İlk dəfə, şərt və nəticə hissəsi Z-ədədlərlə ifadə edilən ƏGƏR-ONDA qaydaları ilə məntiqi çıxarış üsulu təklif etmişdir. Professor Əliyev kombinə olunmuş vəziyyət və Z-ədəd konsepsiyalarına əsaslanan ümumi qərar qəbuletmə nəzəriyyəsini təklif etmişdir. İnformasiyanın qismən etibarlılığının nəzərə alınması dəyişkənlik, natamamlıq və mürəkkəbliklə xarakterizə olunan iqtisadi davranış üçün, xüsusilə, vacibdir. Ümumi qərar qəbuletmə nəzəriyyəsi insanların davranış determinantları ilə problem göstəricilərin qarşılıqlı əlaqəsini nəzərə alır. Nəzəri və eksperimental olaraq sübut olunub ki, Gözlənilən Faydalılıq (Fon Neyman, Nobel ödülçüsü), Prospekt Nəzəriyyəsi (Kanenman Nobel ödülçüsü) Rafiq Əliyevin təklif etdiyi ümumi qərar qəbuletmə nəzəriyyəsinin xüsusi hallarıdır. İlk dəfə sosial elmlərdə qeyri-səlis məntiqin tətbiqi ilə Kamal Abdulla və Ziya Səlcuqla birlikdə araşdırmalar aparmışdır. Nəticələr “Kitabi-Dədə Qorduq” dastanının yeni çalarlarına, süni intellektin gələcəyi olan təbii dil proseslərinin tədqiqinə və hamıya ünvanlanmış qeyri-səlis məntiq əsərləri “Springer” nəşriyyatında Almaniyada, Türkiyədə, Özbəkistanda müxtəlif dillərdə çap olunmuşdur. Rafiq Əliyevin sədrliyi ilə qeyri-səlis məntiqə, süni intellektə, idarəetmə və qərar qəbuletməyə həsr olunmuş dünyanın müxtəlif ölkələrində bu sahədə ekspertlərin, tanınmış alimlərin iştirakı ilə keçirilən 3 – International Conference on Theory and Application of Fuzzy Systems, Soft Computing and AI tools – ICAFS; – International Conference on Theory and Application of Soft Computing, Computing with Words, Perceptions and Artificial Intelligence ICSCCW; – World Conference on Intelligent Systems for Industrial Automation WCIS; beynəlxalq elmi konfransların təşkilatçısıdır.
Beləliklə, Rafiq Əliyev bütün zəngin elmi yaradıcılıq boyu 5-6 mühüm nəzəriyyəyə imza atmışdır.
Rafiq müəllimin 60 illik pedoqoji fəaliyyəti də ilklərlə zəngin olmuşdur. Birbaşa qeyd edək ki, R.Ə.Əliyevin pedaqoji fəaliyyəti təhsilin bütün pillələrini harmonik əhatə edir. O, yüksək ixtisaslı mütəxəssislər – elmlər namizədləri (fəlsəfə doktorları) və elmlər doktorları yetişdirməklə yanaşı mühəndis kadrları hazırlama işinə, müasir tələblərə cavab verən biznesin idarə edilməsi üzrə mütəxəssislər və orta məktəb şagirdlərinin informatika sahəsindəki təhsilinə də böyük diqqət yetirmişdir. O, 200-dək fəlsəfə doktoru, 30-dan çox elmlər doktorları hazırlayıb, onların arasında Azərbaycanla yanaşı Türkiyə, Almaniya, Rusiya, İran, ABŞ, Şimali Kipr və digər ölkələrdən olan yetirmələri də var. Professor Rafiq Əliyev ilk fundamental “Fuzzy logic theory and application”, (L.Zadeh, R.Aliev) monoqrafiyasının, dünyada ilk “Soft Computing” dərsliyinin, dünyanın yüzlərlə universitetində tədrisdə istifadə olunan və türk dilinə tərcümə olunan “Soft Computing and Its Applications in Business and Economics” (Esnek hesaplama: İşletme ve Ekonomide uygulamaları) dərsliklərinin müəllifidir. Rafiq Əliyev süni intelekt sahəsində 1992-ci ildə “Süni intelektin mifləri və reallıqları” kitabını və 2024-2026-cı illərdə “Süni intelekt” (600 səhifəlik) 4 dildə dərsliyini yazmışdır. Səksəninci illərin axırlarında prof. R.Ə.Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasını yaratdı. O, kafedranın nəzdində “İntellektual sənaye idarəetmə sistemləri” adlı elmi-tədqiqat problem laboratoriyasını da yaratdı. Rafiq Əliyev ilk dəfə olaraq Azərbaycana MBA Proqramları gətirmiş, müxtəlif maneələrə və qısqanclıqlara rəgmən bunlar 28 ildir davam edir və ölkənin müxtəlif universitetləərində tədris olunur. Onun iştirakı ilə respublikanın ali tədris müəssisələrində 6 yeni ixtisas açılıb. Bu ixtisaslar mühəndis, süni intellekt, yeni informasiya texnologiyaları, Soft Kompütinq sahələrindəki bilikləri özündə cəmləşdirir, iqtisadiyyatımızın gələcəyinə yeni, qeyri-adi baxışları əks etdirir, perspektiv inkişafı müəyyən edir. Bu ixtisasları nəzərdən keçirək: Kompüter informasiya sistemləri, Biznesin idarə olunması, Menecment, Biznes informatikası, Mexatronika və s. Təkcə bunu qeyd etmək kifayətdir ki, onun köməyi ilə Təbriz Universitetində avtomatik idarəetmə üzrə yeni ixtisas açılmış, neyron şəbəkələr və qeyri-səlis məntiq kursları təşkil edilmişdir. Corciya Dövlət Universitetinin professoru seçilən R.Ə.Əliyev bu Universitetin tədris planlarına yeni – Qərar qəbuletmə sistemlərində yeni texnologiyalar – kursunu daxil etmiş və özü mühazirələr oxumuşdur. Məlumdur ki, alimin, müəllimin elmi-pedaqoji fəaliyyətini qiymətləndirərkən əsas meyarlardan biri də onların əsərlərinə istinad etmələrin miqdarıdır. Professor R.Əliyevin kitablarından dünyanın məşhur universitetlərində bir dərslik kimi istifadə edildiyini, onun elmi irsinə yüksək qiymət verildiyini eşitdikdə adam daxili bir iftixar hissi keçirir. Məsələn, Almaniyanın Münxen şəhərində Franzis-Verlag GmbH nəşriyyatında 1994-cü ildə dərc olunmuş 316 səhifəlik Messen, Steuern und Regeln mit FUZZY-LOGIK kitabı Zigen Universitetində, Berlindəki Technik Verlag nəşriyyatında 2001-ci ildə çap edilmiş 448 səhifəlik Soft Computing eyne grundlegende einfyhrung əsəri Neyron şəbəkələr kursunun proqramına uyğun olaraq Almaniyanın Darmştadt Universitetində, məşhur World Scientific nəşriyyatında (ABŞ, İngiltərə) dərc olunmuş 450 səhifəlik Soft Computing and its Application kitabı isə Amerika, Avropa, Asiya və Avstraliyanın bir çox universitetlərində, o cümlədən Koliforniyadakı Berkli Universitetində, Boston Universitetində tədris proqramlarına əsas dərslik kimi daxil edilib. O həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin aşağıdakı ixtisaslarının akkreditasiya olunması işinə böyük əmək sərf etmiş və özü tərəfindən açılması təklif olunan aşağıdakı ixtisasların beynəlxalq akkreditasiya olunmasına nail olmuşdur: FIBAA (Foundation for International Business Administration Accreditation) tərəfindən akkreditə olunmuş ixtisaslar bunlardır: İqtisadiyyat; Sənaye mühəndisliyi; Kompüter mühəndisliyi; Menecment; Biznesin idarə edilməsi; Biznesin təşkili və idarəedilməsi; İdarəetmədə informasiya sistemləri; Heyətin idarə edilməsi; Marketinq ASIIN (Accreditation in Engineering Computer Sciences Natural Sciences Mathematics) tərəfindən akkreditə olunmuş ixtisas Mexatronika və robototexnika mühəndisliyidir. Professor Rafiq Əliyevin mühazirə oxuduğu Universitetlər: Corciya Dövlət Universiteti (ABŞ); Azərbaycan Dövlət Neft və Sənaye Universiteti; Bakı Dövlət Universiteti; Sumqayıt Dövlət Universiteti; Təbriz Universiteti; Zigen Universiteti; Yaxın Doğu Universiteti (Şimali Kipr); Toronto Universiteti (Kanada); Berkli Universiteti (ABŞ); Daşkənd Texniki Universiteti və s. Yenilikləri, böyük uğurları ilə tarixdə qalanlar həmişə yaşayanlardır.
Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı mənfur düşmənlərimiz havadarlarının dəstəyi ilə ərazi iddiasını uzun illər davam etdirdilər, torpaqlarımızın 20 % hissəsi ermənilər tərəfindən işğala məruz qaldı, insanlarımız doğma yurdlarından məcburi köçkünlərə çevrildilər, silahlı basqılara, hətta soyqırıma məruz qaldılar. Beynəlxalq qurumlar, dünya birliyi, hüquqi müstəvidə üzərlərinə öhdəliklər alanlar münaqişənin nizamlanması istiqamətində mümkün tədbirlər görmədilər, işğalçıları ikili standartlar əsasında hətta müdafiə etdilər. BMT-nin qəbul etdiyi 4 çəkindiririci qətnamələr də yerinə yetirilmədi. 1988 -ci ildən başlayaraq 2020 -ci il 44 günlük müharibə dövrünə qədər minlərlə azərbaycanlının həyatına qəsd edildi, tarixi-mədəni abidələrimiz vandalizmə məruz qaldı, yurd yerlərimizdə barbarlıq törədildi, maddi vəsaitlər talandı. Qəhrəman vətən övladlarımız torpaqlarımızın azadlığı uğrunda istər birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük müharibə dövründə canlarını düşmən qarşı sipər edərək mübarizə yolunda şəhidlik zirvəsinə ucaldılar, qazi oldular. 2020 -ci il 27 sentyabrında Dövlət-Xalq-Ordu birliyi düşmənə qarşı haqlı mübarizəmizi uğurla həyata keçirərək 8 noyabr tarixli şanlı Zəfərin qazanılmasına nail oldu. Minlərlə şəhidlik zirvəsinə ucalmış mərd övladlarınız Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildilər, qanları ilə torpaqlarımızın işğaldan azad olunmasına imza etdilər, vətən – uğrunda ölən varsa vətəndir çağırışı əməldə sübuta yetirildi, xalqın şərəf və ləyaqəti bərpa edildi. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq hərbi komissarlığa müraciət edərək torpaqlarımızın azad edilməsində canından keçməyi bacaran, şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də Hüseyn Muxtar oğlu Məmmədovdur. Qarabağımızın dilbər güşəsi olan Ağdam rayonunun Novruzlu kəndindən olan Muxtar Sərxan oğlu Məmmədov bəy nəslindən olduğu üçün ötən əsrin əvvəllərindən etibarən təqiblərə məruz qalmış, bir müddət sonra isə Mingəçevir şəhərinin quruculuğunda iştirak edərək sıravi işçidən istehsalat birliyinin rəisi vəzifəsinə ucalmışdır. Həyatını Mingəçevirin quruculuğa töhfələr verən, bu şəhərin yaradılmasında əməyi olan Novruzlu kənd sakinləri Muxtar Məmmədov və Şahvələd Quliyev bütün dövrlərdə Ağdam adına həmişə hörmət gətirmişdilər. Xatırlatmaq istəyirəm ki, əvvələr və indiki dövrdə də elm, mədəniyyət və dövlət quruculuğuna çox böyük töhfələr vermiş Novruzlu kəndinin sakinləri olmuş və var. Kənd sakinlərindən Qarabağ münaqişəsi zamanı onlarla Şəhid, qazi olmuşlar .Zəngin milli-mənəvi dəyərlərə söykənən Muxtar Məmmədovun ailəsində 4 oğlan, 3 qız övladı dünyaya göz açdı ,orta və Ali təhsil alaraq vətəninə xidmət etdilər. Orta təhsilini Mingəçevir şəhərində, Ali təhsilini isə Özbəkistanın Daşkənd şəhərində Xalq Təsərrüfatı institunun iqtisadiyyat fakültəsini müvəffəqiyyətlə başa vuran Hüseyn Myxtar oğu vətənimiz üçün ən çətin dövrdə -1993 -cü ildə hərbi komissarlığa müraciət edərək Milli ordunun 701-ci batalyonunun tərkibində Kəlbəcər, Tərtər və Ağdam istiqamətlərində düşmənə qarşı kəskin döyüşlərdə iştirak etdi, 1995 -ci ilin noyabr ayında isə Şəhidlik zirvəsinə ucaldı. Vətəninə, doğma el-obaslna bağlı olan Hüseynin orduya yollanan zaman iki azyaşlı övladları olsa da, vətəninin azadlığını hər şeydən uca tutdu .Hər adama nəsib olmayan Şəhidlik zirvəsinə öz adını yazmağı bacaran Hüseyn üçün 1962 – 1995 iılər ömür payının təqvim tarixi olsa da, əbədilik qazandığı amalı ilə Azərbaycan xalqının şanlı səhifəsinə çevrildi ! Birinci Qarabağ müharibəsi zamanı Hüseyn Məmmədov, onun döyüş yoldaşları vətən üçün canından keçməyin, igidlik məktəbinin təməlini qoyanlardan oldular. Hüseyn orduya arzusu əsasında yollanan zaman vətənə sədaqətlə xidmət etməkdən şərəf duyduğunu əməli ilə sübut etdi, vətənin dar günündə Vətən bizimdir – deyərək qürur mənbəyimizə çevrilməyi bacardı. Birinci Qarabağ müharibəsinin ilk dövrlərində vahid komanda birliyinin olmaması, təchizat baxımından zəiflik, hakimiyyət böhranı da cəbhədə uğur qazanmağınız üçün şərait yaratmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev fenomen şəxsiyyət, dövlət qurucusu olaraq dövlət və ordu quruculuğu istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirdi, onun varisi-siyasi yolunu uğurla davam etdirən Prezident – Ali Baş Komandan İlham Əliyevin başlığı altında Müzəffər Ordumuzun qazandığı rəşadətli qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yaşadığımız ömür payında və gələcəkdə də şəhidlərimizə hər zaman borclu olduğumuz birmənalıdır, onları dərin ehtiramla yad edirik. Qazanılmış şanlı Zəfərimizin təntənəsi birinci Qarabağ müharibəsi zamanı vətəninə sədaqətlə xidmət edən Hüseyn kimi qəhrəman vətən övladlarının keçdiyi dönməz, əzmkar döyüş, qəhrəmanlıq yolunun davamı və təsdiqi oldu. İndi Hüseyn ,onunla birgə yenilməz döyüş yolu keşmiş şəhidlərimizin ruhu şaddır ki, uğrunda canlarından keçdikləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuşdur. Keşmiş məcburi köçkünlər Dövlət proqramına uyğun olaraq doğma ocaqlarına dönürlər, Qarabağımız və Şərqi Zəngəzurda bərpa quruculuq işləri sürətlə davam etdirilir. Şəhid Hüseyn Myxtar oğlu Məmmədovun xatirəsinə həsr olunmuş. Mirvari Dilbazi poeziya Məclisi İB – nin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən tədbirdə Şəhid bacısı Aybəniz xanım Camalova (Məmmədova) tərəfindən tarixi faktlara söykənən “Adını tarixə yazan Şəhid qardaşım” kitabının təqdimatında iştirak edərkən bir daha əmin oldum ki, gənc nəslin tərbiyəsində mühüm rolu olan, tariximizi, yurd yerlərimizi özündə əks etdirən Şəhidlərimizin qəhrəmanlıq yolunu təbliğ etmək, tanıtdırmaq, tariximizi yaşatmaq olduqca vacibdir. Təbii ki, bu məsul, şərəfli vəzifənin öhdəsindən kitabın müəllifi olaraq respublikamızın tanınmış pedaqoqu, Şəhid bacısı Aybəniz xanım çox layiqincə gəlmişdir. Redaktor olaraq Vaqif Osmanlının rolu da danılmazdır. Kitabda ərazi bütövlüyünün qorunmasında şəhidlik zirvəsinə ucalmış bir çox qəhrəman vətən övladları, Qarabağımız tarixi, Hüseynin ata-baba yurdu – Ağdam rayonunun Novruzlu kəndi haqqında da geniş məlumat verilib, folklorumuza və digər ədəbi yanrlarımıza da Aybəniz xanımın şəxsi töhfəsi kitabda əks olunmuşdur. Bacı-qardaşlar, sinif yoldaşları, yaxınları, QHT-i təmsilçilərinin Hüseynin uşaqlıq illərindən tutmuş yaşadığı sonrakı dövrdə qədər fəaliyyəti, vətənə, qohumlara bağlılığı haqqında geniş fikirlər öz əksini tapmışdır, tədbir zamanı müzakirə -çıxışlarda da həm nisgilli, kövrək, həm də qürurlu fikirlər səsləndirildi. Respublikanın bir çox yerlərindən tədbirdə iştirak edənlərin Şəhid Hüseyn haqqında söylədikləri əhatəli, yüksək fikirləri xatirələrimizi daha da zənginləşdirdi .
Qəhrəman Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Vətənin, xalqın yolunda canını fəda edənlər hər zaman hörmətə -ehtirama layiqdirlər. Dövlətimizin Şəhid ailələrinə qarş qayğı, dəstəyi də olduqca müsbətdir. Nə qədər zaman ötsə də, nəsillər bir-birini əvəz etsə də, Şəhiglərimiz heç vaxt unudulmayacaqdır! Hüseyn – onunla birlikdə Qarabağımızın azadlığı uğrunda canlarından keşmiş Şəhidlərimizi dərin ehtiramla yad edir, ruhlarına dualar edir, qazilərimizə sağlamlıq arzulayıram. Ali Baş Komandan İlham Əliyev, onun Müzəffər Ordusu var olsun! Qarabağ Azərbaycandır! Şəhidlər ölməz, Vətən bölünməz!
56 il fasiləsiz məktəb direktoru işləmiş Əməkdar müəllim,” Qızıl qələm” mükafatı laueratı Əzimov Səlim Köçəri oğlunun Həyat hekayələri kitablna istinadən……
1920-1993-cü illərdə Novruzlu kəndini idarə edənlər:
1920-1924-cü illər – Pristav Həbib bəy
1925-1928-ci illər Əbdüləli Məmmədov (Muzdur Komitəsinin sədri ) – Artel 1929-1932-ci illər “Toz” (Torpağın birgə becərilməsi),
Əhməd Əliyev (Qaraxanın atası)
1932-1933-cü illər – “Toz” sədri – Köçəri Həsənov
1934-1938-ci illər – Kolxoz sədri – Qəni Mikayılov 1939-1941-ci illər – Kolxoz sədri -Ağəli Səfərov
1942-1944-cü illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1945-1946-cı illər – Kolxoz sədri -Rəcəb Gərayev
1947-1949-cu illər – Kolxoz sədri – Qüdrət Hüseynov 1950-1954-cü illər – Kolxoz sədri – Hüseyn Əliyev
1955-1956-cı il illər – Kolxoz sədri – Hümbət Bayramov 1957-1958-ci illər – Kolxoz sədri – Tağı Yarov
1959-1962-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev
1963-1965-ci illər – Kolxoz sədri – Əsgər Əliyev (Qaradağlı)
1966-1970-ci illər – Kolxoz sədri – Hüseyn Əliyev
1971-1976-ci illər – Sovxoz direktoru – Fəxrəddin Tağıyev 1977-1978-ci illər – Sovxoz direktoru – Oqtay Məmmədov
1979-1980-ci illər – Sovxoz direktoru – Fazil Zeynalov
1981-1983-cü illər – Sovxoz direktoru – Sərhad Misirxanov
1984-1986-cı illər – Sovxoz direktoru – İsa Abışov
1987-1988-ci illər – Sovxoz direktoru – Əli Cəfərov
1989-1992-ci illər – Sovxoz direktoru – Sabir Sadıqov
1993-cü illər – Sovxoz direktoru – Asif Cəfərov…
SAĞLAMLIQ KEŞİYİNDƏ DAYANANLAR
Sovet Hakimiyyətinin ilk illərində əhalinin sağlamlığı keşiyində dayanan həkimlər az idi, hətta bəzi yerlərdə heç feldşer də yox idi. Yadımdadır, BVM-si illərində və sonralar bir müddət camaatın ümid yeri Mərzilidə yaşayan və işləyən feldşer Allahverdi vardı. Rayonda isə əvvəllər Fərrux bəy, sonralar isə “Qırzımızı dodaq” ləqəbi ilə tanınan – “kərdiyar” qadın həkimi var idı. 1950-ci illərdən başlayaraq kəndlərdə feldşer-mama məntəqələri, sonralar isə, iri çarpayılı xəstəxanalar yarandı.
Novruzlu kənd xəstəxanasında işləyənlər
Alı həkim – Gülablı
Şəfiqə həkim-Bağbanlar
Hümbət Quliyev – Feldşer – Novruzlu
Şirəli həkim – Şəkili
Ağazeynal həkim – Bakılı 6. Səməd həkim – İsmayıllı
İlyas Əliyev – Feldşer – Novruzlu
İldırım həkim – Ağdamlı
Bəşir həkim – Ağdamlı
Nizami Quliyev – Feldşer – Novruzlu
Şükufə həkim – Şuşalı
Məmməd həkim – Yusifcanlı
Humay həkim – Yusifcanlı
Cəlal həkim – Yusifcanlı
Həqiqət həkim -Şəhər
Rüstəm həkim -Novruzlu
Məstalı həkim – Ağdamlı
Aptek Hacı – Ağdam
Ənvər həkim – Novruzlu
Ramiz həkim – Novruzlu
Suruş (feldşer – mama)
Bilura (feldşer – mama)
Nofəl həkim
Aydın həkim
1970-1990-CI İLLƏRDƏ TƏHSİL MƏSƏLƏLƏRİ
SSRİ-də təhsil məsələləri çox güclü idi. 16-17 yaşına qədər icbari təhsil (orta təhsil) yerinə yetirilirdi. Məktəb yaşlı uşaqlar bir nəfər kimi təhsilə cəlb edilirdi. Təhsildən yayınan, məktəbə getməyən olsaydı, ərazidə icbari təhsil pozulmuş hesab edilərdi. Onun üstündə məktəb direktorunu vəzifəsindən çıxarırdılar. Məktəblərdə intizam güclü idi, müəllimlər əmək İntizamına güclü əməl edirdilər. Yaxşı müəllimlər çox idi. Hərə öz ixtisasını yaxşı bilirdi. Dərslik və proqramlar sabit idi. İndiki kimi bir fəndən iki (alternativ) kitab yox idi. Kitab bilik mənbəyi hesab edildiyi üçün hər bir uşaq kitabı təmiz, səliqəli saxlayırdı. Məktəbdə siniflər arasında sosializm yarışı təşkil edilirdi. Şagirdlə-şagird, bir siniflə-o biri sinif arasında yarış müqaviləsi bağlanırdı. Sinif üzrə çox əlaçı olan, 4-5 qiymətlə daha çox oxuyan, qayıbı olmayan sinif, kitab-dəftəri təmiz saxlayan, təmiz, səliqəli geyinən, məktəbli formasına əməl edən, boynunda qırmızı qalstuku olan (qalstukda üç nişan var idi: pioner, komsomol, partiya), yarış dövrü heç bir cəza almayan şagird, yaxud sinif sosializm yarışının qalibi hesab olunurdu. I-III siniflərdə oxuyanlar oktyabryatlar, 3-cü sinfin axırından 7-ci sinfin sonuna kimi oxuyanlar (9-13 yaşına qədər) pioner, VIII-XI siniflərdə (15-18 yaş) komsomolçu hesab olunurdu. IV-VII siniflərdə oxuyanlardan pionerə, yaxud pionerdən komsomola heç də hamını ucdantutma keçirmirdilər. Komsomola keçmək üçün məktəb komsomol təşkilatına şagird ərizə verməli idi. Ərizə verən zəif oxuyurdusa, qiymətlərində 3 var idisə, yaxud pintiliyi, davranışı aşağı – zəif idisə , o zaman heç kim onu müdafiə edə bilməzdi. Bəzən yaxşı oxuyan, təsadüfən qiymətində bir 3 qiyməti olardısa, dardloper, və yaxud komsomola qəbul etmirdilər. Belə hallarda uşaqlar kövrəlirdilər, ağlayırdılar, bəzən də valideyinlərini minnətçi salırdılar.
Komsomola keçmək qaydası daha çətinidi. Belə ki, məktəb ilk komsomol təşkilatı qəbul etdikdən sonra onlar rayon komsomol komitəsinin bürosundan keçməli idilər. Rayon Komsomol Komitəsinin bürosunda da çoxlu sual-cavaba tutulurdular. (Siyasi büro üzvləri kimlərdir, Sosialist dövlətlər hansılardır, hansı bədii ədəbiyyatı oxumusan, BVM qəhrəmanları kimlərdir, Məramnamə nədir, Nizamnamə nədir və s.) suallara düzgün cavab verməyənlər qəbul olunmurdular.
Məktəbin hamısında, o cümlədən bizim məktəbdə də radio qovşağı vardı. Radio qovşağının verilişləri məktəblərdə çox maraqla dinlənilirdi. Hər gün ikinci dərsdən sonra 20 dəqiqə böyük tənəffüs olurdu. Hamı çıxardı çölə. Veriliş başlayardı. Verilişdə əsasən dünən dərsə gəlməyən, bu gün dərsə gecikən, dərsdən qaçan, intizamsızlıq edən, səliqəsiz geyinən, qələmi, karandaşı, bəzi kitabı olmayan, dərslərdən əsasən 2 qiymət alanlar haqda söhbət gedirdi. Radio qovşağında şeir yazan, yaxşı bədii qiraəti olan, şeir deməyi bacaran uşaqların da səsi eşidilərdi. Verilişdə nəinki uşaqlar, hətta müəllimlər da, valideynlər də çıxış edir, onlar da öz öyüd nəsihətlərini, məsləhətlərini verirdilər. Uşaqlara daha çox ləzzət verən idman yarışlarının nəticəsi, məktəb bədii özfəaliyyət kollektivinin çıxışı olurdu. Əsasən məktəbin qaynar həyatı uşaqların dünya görüşünə müsbət təsir edirdi. Ümumiyyətlə məktəbin pioner-komsmol həyatında fəal iştirak edənlər həyatda yaxşı yer tuturdular. Belə ki, ali məktəblərə gedirdilər, yüksək qabiliyyətlə imtahan verirdilər. Qəbul olunurdular. Onların çoxu müəllim, həkim, jurnalist, iqtisadçı kimi işləmək üçün kəndə, rayona qayıdır, iş yerinə bir başa təyinatla gedirdilər.
Gənclərin yetişməsində çox böyük sistem, ardıcıllıq var idi. Hər kəs öz əməyinin bəhrəsini yeyirdi. Mən fəxr edirəm ki, orta məktəb attestatı verdiyim gənclər içərisində yüzlərlə, minlərlə ali təhsilli mütəxəssis, onlarla elmlər namizədi, elmlər doktoru, professorlar vardır.
Peşə təhsili
Məktəb-təhsil məsələlərində yeniliklər var idi. Belə ki, Sov.İKPMK-nın qərarı var idi ki, məktəblər həyata, istehsalata daha da yaxınlaşsın. Buna görə də peşə təhsilinə üstünlük verilirdi. Düzdür, rayonda bir neçə peşə məktəbi yaradılmışdır. Peşə məktəblərinə əsasən 9-cu sinfi qurtaranları qəbul edirdilər. Məktəb direktorları da peşə məktəblərinə əsasən zəif oxuyanları göndərirdilər. O cümlədən, mən də, zəif oxuyan, narahat uşaqları göndərirdim. Orta məktəbi attestatla bitirənlər də ora gedirdi. 9-cu sinifdən gedənlər 3 il, XI sinfi qutaranlar isə 1 il oxuyurdular. 9 illikdən gedənlərə həm orta təhsil haqqında attestat, həm də peşə təhsili haqqında diplom verirdilər. Tələbələrə o məktəblərdə paltar, təqaüd, gündə 3 dəfə yemək, yataqxanada yer verirdilər. Peşə məktəblərinə uşaqlar həvəslə gedirdilər.
Müxtəlif peşələr: mühasiblik, sürücülük, mexanizatorluq, elektrik-qaynaqçı, dülgərlik, bənnalıq, telefon-teleqrafçı və s. üzrə qurtaranlara təyinat verib yerlərə işə göndərirdilər. Idarə, müəssisə, kolxoz, sovxozlarda həmin gənclərə üstünlük verirdilər, işə qəbul edirdilər. O cümlədən, bizim məktəbdə də – Novruzlu orta məktəbi də mexanizator peşəsi verirdi. Peşə təhsilinə uyğun məktəbin nümunəvi emalatxanası var idi. Emalatxanada Maarif Nazirliyi tərəfindən göndərilmiş çoxlu dəzgahlar var idi. Həm metal emalı üzrə, həm də ağac emalı üzrə. Müəllim və şagirdlər emalatxanada həvəslə işləyirdilər. Ağac emalı üzrə dəzgahlarda cürbəcür bəzəkli fiqurlar, əl işləri düzəldirdilər. Hətta lazım olanda qapı-pəncərə hissələri də düzəldirdilər. Uşaqlarda əməyə böyük hörmət, məhəbbət qaydası da aşılanırdı. X-XI siniflərdə mexanizator peşəsi öyrədilirdi Peşə təhsili üzrə ayrıca təlimatçı, ixtisaslı müəllim ştatı, habelə, praktiki iş üçün ayrıca DT-75 markalı traktor var idi. Bəzi mövzular keçiriləndən sonra praktik olaraq, traktoru belə dərsdə həvəslə edirdilər. Mexanizator peşəsi üzrə məktəbi qutaranlar ərazidəki sovxozlarda sərbəst işləyirdilər. Rayon Maarif şöbəsindən də peşə təhsilinə güclü nəzarət olurdu.
Lakin məktəb işimizdə çətinliklər də var idi. Hər il sentyabrın 1-də dərslər başlanandan sonra, təxminən sentyabrın 15-dən sonra məktəbləri üzüm, pambıq yığmağa cəlb edirdilər. Bizim kənddə pambıq olmadığı üçün bizi başqa kəndlərə pambığa – avral aparırdılar. Yadımdadır ki, bizim məktəb kollektivi rayonun ən iri pambıq əkən kəndlərinə gedirdi. Rayonun Quzanlı, Üçoğlan (bizim kənddən 30-40 km uzaqda), Əhmədağalı, Güllücə, Nəmirli, Şotlanlı, 7 №-li sovxoz, Əfətli, Çəmənli kəndlərinə 100-150 şagird, 10-15 müəllim gedirdik. Həftələrlə gedib kəndlərdə qalırdıq. Birinci gün gedəndə uşaqlar 3-4 günlük yemək ehtiyatı aparırdılar. Çöl şəraitində ərzaq cəhətdən korluq çəkirdilər. Yemək ehtiyatı qurtarırdı, arxamızca gələn-gedən də az olurdu. Belə hallarda uşaqlar əziyyət çəkirdilər. Tez-tez xəstələnən, icazə alanlar olurdu, məhsuldarlıq azalırdı. Məktəb direktorları pambıq briqadirindən asılı vəziyyətə düşürdü. Müəllimləri k/z sədri, Maarif müdiri, raykomun təhkimçiləri növbə ilə danlayırdılar. Rayon qəzetində məktəbin siyahısı verilirdi. Hər uşağa gündəlik norma qoyulurdu – gündə 40 kq. Pambıq yığımı dövründə – mövsümündə bir dəfə də olsun rayon rəhbərləri tərəfindən cəza almamısdım. Nə irəli getmirdim, nə dalda qalmırdım. Həmişə siyahının ortasında gedirdim. Bəzi vaxtlarda gündəlik qonşu kəndlərə gedib-gəlirdik. Kolxozun üstü açıq maşınları səhər tezdən gəlirdi, yığışıb gedirdik. Birdən pambığı çəkdirib qurtarana qədər gecikirdik, sahədən gec çıxırdıq. Kəndə axşam saat 10-a, 11-ə güclə çatırdıq. Belə hallarda valideynləri üçün əziz olan uşaqların ataları əllərində üçqulaq dəmir yaba yolda bizi gözləyirdilər. Maşından uşaqlar düşən yerdə hirsli-hirsli, “mənim uşağımı niyə gec gətirirsən?” deyirdilər. Tək-tək belə “valideynlər” düşünmürdülər ki, mən özbaşına deyiləm, sahədən tez çıxmağa icazə verilmirdi. Üstümüzdə ideoloji zorakılıq, hökmranlıq, nəzarət var idi.
Dərs ilinin 1-ci rübünü məhsul yığımında keçirirdik. Dörd rübün dərs proqramlarını 3 rübdə yerinə yetirməyə məcbur olurduq. Ali məktəblərə qəbulda da heç bir güzəşt olmurdu. Hər il sentyabrın 15-dən noyabrın 15-ə kimi çöllərdə olurduq. Müəllim-şagird arasında da pərdə götürülürdü. Müəllim uşaqlarla yaxın məsafədə yatıb-dururdular, müəllim-uşaq arasında pərdə olmurdu.
Hər il məhsul yığılıb qurtardıqdan sonra rayon səviyyəsində məhsul bayramı keçirilirdi. Respublikadan rayonlara müğənnilər, muğam ustaları göndərirdilər. Məhsul yığımında irəlidə gedənlərə, yaxşı işləyənlərə müxtəlif mükafatlar verilirdi.
Bir əhvalat heç vaxt yadımdan çıxmır
1979-cu il idi. Ali və yerli Sovetinə seçki keçirilirdi. Mən (nədənsə belə olmuşdu) həm 157 №-li Novruzlu Seçki dairəsinin sədri, həm də Novruzlu Seçki məntəqəsinin sədri idim. Seçki ərəfəsi idi. Dedilər raykomun 1-ci katibi Həsən Əliyevi çıxardıblar, yerinə də Telman Orucov adlı bir nəfəri göndərirlər. O zaman mən də RPK-nin plenumunun üzvü idim. Dedilər sabah saat 11-də plenum var. Başqaları kimi mən də getdim. Mərkəzi Komitədən gələnlər plenumda çıxış etdilər, qabaqkı katibin işindəki nöqsanları dedilər və təzə katibi – Telman Orucovu təqdim etdilər. Plenum üzvləri sürəkli alqış- larla təzə katibi qəbul etdilər. Sabahısı gün yenə məlumat verdilər ki, təzə katib seçkilərə hazırlığa baxış keçirir. Belə qayda var idi ki, əsas seçkiyə bir həftə qalmış “Sınaq seçki” məntəqələr hazır olmalıdır. Mən də şənbə günü olduğu üçün dərsə mane olmamaq şərti ilə, səhər saat 11 vəziyyətinə məktəbin böyük koridorunu təlimat əsasında tam hazırlatdım. Məntəqəyə lazım olan nə varsa, hamısını hazırlatdım. Məktbin dəhlizi – məntəqə “gəlin otağı” kimi qışqırmızı bəzəndi İşi qürtarıb, özümüz məntəqədə baxış keçirirdik. Dəhlizin giriş qapısı açıq idi. Bir də baxdım ki, raykomun maşını məktəbin darvazasında dayandı. Tanıdım. Maşından düşən əvvəlcə katibin sürücüsü hündürboy Kərim kişi, sonra isə raykomun 1-ci katibi Telman Orucov idi. Müəllimlərə dedim, siz tərpənməyin, dəhlizdə gözləyin (müəllimlər Əli Cəfərov, Rəşid Kazımov, Rüstəm Rüstəmov (partkom)), xeyli irəli getdim, salam verdim.
Dedim: – yoldaş Orucov, xoş gəlmisiniz. Dedi: – sən məni hardan tanıyırsan?!
Dedim:-mən plenum üzvüyəm, konfransda iştirak etmişəm. Danışa-danışa gəldik məntəqəyə. Baxdı, razılıq elədi. Gördüyümüz işə heç bir əlavəsi olmadı. Arada qonşu Yusifcanlı kəndinin camaatı haqqında soruşdu ki, deyirlər orada dindar adam çoxdur, seçkiyə münasibət necədir? Mən də müəllim yoldaşlar da Yusifcanlı camaatını təriflədik. Katib bizə əl verib xudahafisləşmək istəyərkən qəfildən müəllim yoldaşımız partkom Rüstəm müəllim soruşdu ki, yoldaş Orucov, xeyirdimi, nəyə gəlmisiniz?! Katib qışqırmızı qızardı. Mən hər ikisini vəziyyətdən çıxartdım. Dedim ki, yoldaş Orucov, bilirsiniz, tarixən raykomun nəinki 1-ci katibi, heç 2-ci, 3-cü katibləri də kəndə gələndə məktəbə dönmürlər, məktəbin qabağından düz keçib gedirlər. Müəllim ona görə təəccüblənib. Katib vəziyyəti başa düşdü və yenidən görüşüb getdi və dedi ki, raykomun əsas işi elə təbliğat-təşviqatdır…
MƏKTƏB MÜQƏDDƏS MƏBƏDDİR
Böyük Türk şairi Nazim Hikmət demişdir: – “Xoşbəxt o kəsdir ki, səhər işə, axşam evə tələsir”.
Mən 1945-1949-cu illərdə Ağdam pedaqoji texnikumunda, 1949-1951-ci illərdə Ağdam Dövlət ikiillik müəllimlər institutunda oxumuşam, 1951-1953-cü illərdə Ağdam “Lenin yolu” qəzetinin əməkdaşı olmuşam.1955-ci ildən 1993-cü ilə kimi Ağdamda, 1993-cü ilin sonundan 2011-ci ilin sentyabrına kimi Bakı şəhərində 71 saylı Ağdam orta məktəbinin direktoru İşləmişəm. Ona görə də 1945-ci ildən bu günə kimi Ağdam təhsilinə rəhbərlik etmiş adamları yaxşı tanıyıram. Görmüşəm ki, böyük amallarla yaşayıb, gənc nəslə həqiqətən ənənəvi atalıq edənlər bütün xalqın ehtiramına, məhəbbətinə layiq olublar. Çox haqlı olaraq direktoru məktəbin bel sütunu adlandırırlar. Yaxşı direktor millətin mənəvi sərvətidir. Belə direktorlar maarifimizin, təhsilimizin inkişafına kömək edir, bu yolda, ömrünü şam kimi əridir, millətin sabahına, gələcəyinə çevrilirlər. Aşağıdakı siyahını tərtib etməkdə məqsədim Ağdamda vaxtilə böyük həvəs və məsuliyyətlə işləmiş məktəb rəhbərlərini sizə xatırlatmaqdır.
Ağdamda işləmiş maarif şöbə müdirləri
Əli Eyvazov
Əhəd Ələkbərov
Bilal Quliyev
Məmməd Həsənov
İslam Əliyev
Qara Hüseynov
Hüseyn Bayramov
Nəsib Şəfiyev
Elmira Şükürova (1998-dən hal-hazıra kimi)
Maarif İşçilərindən
Məmməd Qaradağı, Ənvər Hüseynov, Zahid Şükürov, Sərvər Yusifov, Ofeliya Kərimova, Ofeliya Zeynalova, Pəriş Ələkbərova, Aslan Kərimov, Sabir Abdullayev, Nuriyyə Rəhimova, Şərifə Abışova və b.
Məktəb direktorları
Xanlar Abdullayev (Yusifcanlı)
İldırım Səfərov (Yusifcanlı)
Əbdüləli Bayramov (Yusifcanlı)
Əhməd Qasımov (Novruzlu)
Hümbət Nəbiyev (Novruzlu)
Nəsir Quluyev (Novruzlu)
Qara Hüseynov (Novruzlu)
Zülfüqar Ələkbərov (Novruzlu)
Səlim Əzimov (Novruzlu)
Məhiş Quliyev (Mərzili)
Vəli Əliyev (Mərzili)
Akif Məmmədov (Mərzili)
Talıb Abbasquluyev (Mərzili)
Nəsib Şirinov (Mərzili)
Həsən müəllim (Mərzili) 16 . Cəlil İbrahimov (Mərzili)
Səlim Kazımov (Mərzili)
Hüseynalı Hüseynov (Mərzili)
Şirin Əhmədov (Pirzadlı)
Mobil Pirimov (Pirzadlı)
Araz Hüseynov (Pirzadlı)
Fazil Qasımov (Bağbanlar)
Səlim Əzimov (Bağbanlar) 24. Bəxtiyar İsmayılov (Saybalı )
Xasay müəllim (Saybalı)
Səlim Ağayev (Gülablı)
Ənvər Muradov (Gülablı)
Inqilab İsmayılov (Gülablı)
Mehralı müəllim (Abdal)
Sovet müəllim (Muğanlı)
İsmayıl müəllim (Şıxbabalı)
Əfqan müəllim (Şıxbabalı)
Hüseyn Quliyev (Şıxbabalı)
Saleh Əhmədov (Şıxbabalı)
Kəriş Quliyev (Əhmədavar)
Əhməd Hümbətov (Xıdırlı)
Nürəddin müəllim (Xıdırlı)
İsrafil Məmmədov (Xıdırlı)
Seyran İsmayılova (Seyidli)
Şövkət Əhmədova (Seyidli)
Muxtar müəllim (Seyidli)
Rəşid Ağayev (Seyidli)
Aysəba Hüseynova (Qiyaslı)
İsmayıl Cəfərov (Söyüdlüqol) 45. Hacı müəllim (Söyüdlüqol) 46.Haqqı+Vəliyəddin müəllim (Ətyeməzli)
Farman Bayramov (Əlimədədli) 75. Əliş Abdullayev (Boyəhmədli)
Eldar müəllim (Zəngişalı)
Gəray müəllim (Mahrızlı)
Bəhram Məmmədov (Mahrızlı)
Ağa müəllim (Qaradağlı)
Allahyar müəllim (Qaradağlı)
Cahangir müəllim (Əfətli)
Qara Hüseynov (Çəmənli)
Bayram müəllim (Çəmənli)
Ramazan Quliyev (İmamqulubəyli)
Yunis (Ciniqara) müəllim (Qiyaslı)
Gülşən müəllimə (№73)
Nərminaz müəllimə (№36)
Dilguşə müəllimə (№88)
Ulduzə müəllimə (№42)
Lətifə müəllimə (№ 37)
Nailə müəllimə (№71)
Ülviyyə müəllimə (№32)
Xanım müəllimə (№38)
Nərgiz müəllimə (№39)
Tinatin müəllimə (№102)
Xuraman müəllimə (№3)
Günel müəllimə (№34)
Nəsibə müəllimə (N№33)
Adil müəllim (№83) 100. Xəqani müəllim (№96)
Məlahət müəllimə (№81)
İmran müəllim (№39) 103. Məzahir müəllim (№76)
Elnur müəllim (№31)
Məmməd Kərimovu 1949-cu ildən tanıyırdım. 1949- 1951-ci illərdə Ağdam Dövlət 2 illik Müəllimlər İnstitutunda bir yerdə oxumuşduq, birlikdə kirayədə qalırdıq. Tez-tez o, bizim kəndə Novruzluya, mən isə onlara Əhmədağalıya gedib gəlirdik. 1955-ci ildən mən Bağbanlar məktəbinin, o isə həmin ildən ömrünün axırına kimi yaşadığı Əhmədağalı kənd orta məktəbinin direktoru işlədi. Kənddə yaraşıqlı ikimərtəbəli evi vardı. Rayondan, respublikadan gələn hörmətli qonaqlar onun evinə düşərdi. Bacısı oğlu Səyyaf Verdiyev uzun müddət rayonda RİK sədri, Rayon Partiya Komitəsinin 1-ci katibi işləmişdir.
Yaxın dostum Xanış Məmmədovu 1960-cı illərdən tanıyıram. O, uzun müddət şəhər fəhlə-gənclər orta məktəbinin, Qullar 9 illik məktəbinin, 15 ilə yaxın şəhər 8 №-li orta məktəbin, 1993-cü ildən 2010-cu ilə kimi 31 №-li Ağdam köçkün orta məktəbin (Sumqayıtda) direktoru işlədi. Hazırda bədii yaradıcılıqla məşğuldur. “Özüm və Sözüm”, “Canlı Əfsanə”, “Qarabağ Bahadırları”, “Ağdam və ağdamlı ziyalılar” kimi 8 povest və romanların müəllifidir.
Yaxın qohumum və dostum Ağayev Qulam müəllim uzun müddət Zəngişalı kənd orta məktəbinin direktoru işləmişdir: O, 1941-ci ildə 16 yaşında olarkən könüllü ərizə verib BVM-nə getmişdi. Xidmətlərinə görə çoxlu orden və medalları vardır. Layiqli oğlu, qızı, nəvə-nəticələri var.
Sahib İmanov uzun müddət Qaradağlı kənd orta məktəbinin direktoru işlədi. Rəhbərlik etdiyi məktəb rayonda uzun müddət günü uzadılmış məktəb kimi fəaliyyət göstərdi. Məktəbin həyətində il boyu becərilən xiyar, pomidor, kartof, kələm, badımcan şitilliyi parniki vardı. Məktəbin fəaliyyəti Maarif Nazirliyi tərəfindən dəfələrlə yoxlanılmış və iş təcrübəsi respublikada yayılmışdı. Əməyi dövlət tərəfindən yüksək qiymətləndirimişdi.
Əkbər Vəliyev uzun müddət Boyəhmədli kənd orta məktəbinin direktoru işlədi. Onun işlədiyi məktəbin məzunlarının çoxu elm-təhsil sahəsində respublikada tanınırdı. Professor Rəşid Göyüşov, Ziyəddin Göyüşov qardaşlarının köməyi və rəhbərliyi ilə 684 yerli yeni layihə ilə orta məktəb binası tikdirmişdi.
Qurban Aslanov bir müddət Tərtər rayonunda, sonralar isə Ağdamın Kəngərli kənd orta məktəbinin direktoru işlədi. Çox işgüzar və təsərrüfatcıl adam idi. İşlədiyi məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi rolu vardı.
Ağdam rayonunun çox hissəsi işğal olunduqdan sonra Bakıda 20-yə qədər məktəb fəaliyyət göstərir. Bu məktəblər içərisində 32, 71, 88 nömrəli məktəblər, xüsusi ilə İradə İbrahimovanın rəhbərlik etdiyi 35 saylı, Arzu müəllimənin rəhbərlik etdiyi 149 saylı məktəblər daha çox fərqlənir. Hər iki məktəbin direktoru gənclik enerjisi ilə işləyir.
Xanış Məmmədov (şəhər 8 №-li) 20. Məzahir Əliyev (şəhər 9 №-li )
İdris Ağamirzəyev – azərbaycan dili (el ağsaqqalı)
Kərrar Mikayılov – ədəbiyyat (el ağsaqqalı)
Süleyman Məmmədov – kimya – direktor
İsmayıl Ağayev – rus dili
Alı Rəhimov – riyaziyyat
Fenya Oleynikova – rus dili
Mahmud Çolakov – kimya
Əmir Əmirli – fizika direktor müavini
Həsən Axundov – tarix (el ağsaqqalı)
Şiraslan Abdullayev – tarix (el ağsaqqalı)
Hacı Hacızadə – fizika (el ağsaqqalı)
Məmməd Murtuza oğlu – kimya
Xurrəm Quliyev – kimya
Zülfüqar Səfərəliyev – riyaziyyat
Leyla Muxtarova (Qasımbəyli)
Nazim Nəsibov (Qasımbəyli)
Emeliya Axundova (32 saylı orta məktəb)
Tünzalə Vəliməmmədova (Bənövşələr məktəbi)
Zoya Ağamirova (şəhər 1 №-li)
Laura Ağayeva – Musiqi məktəbi
Aybəniz Cəfərova – Texniki peşə məktəbi
Hörmətli oxucu, əgər adı siyahıda qeyd olunmayan varsa, bəri başdan üzr istəyirəm. Yəqin ki, adı siyahıda olub-olmayanlar canlı ikən klassikləşən Azərbaycanın təhsil tarixini inkişaf etdirən fədailərdir.
AĞDAM – QARABAĞ HAQQINDA DÜŞÜNCƏLƏRİM
Tarixən Azərbaycan xain qonşularımızdan zərbə alıb. 1990-cı il 20 yanvar hadisəsi gözümün qabağındadır. 1990-cı il yanvarın 8-dən 15-ə kimi Bakı şəhərində olmuşam. Həyat yoldaşımla böyrək xəstəliyi ilə əlaqədar yanvarın 9-dan 14-a kimi Cavadzadənin böyrək xəstəxanasında olduq. Şəhərdə həddindən artıq qarışıqlıq var idi. Ermənilərlə münasibət gündən-günə dərinləşirdi. əliavtomatlı cəbhəçilər avtobusların hərəkətini də dayandırırdılar. 6-cı mkr-dan xəstəxanaya qədər 10-15 km yolu piyada gedib-gəlirdim. Həkimlərin məsləhəti ilə yanvarın 14-də xəstəxanadan çıxdıq, yanvarın 15-də təyyarə ilə Bakı-Ağdam marşrutu ilə Ağdama qayıtdıq. 1990- cı il yanvarın 19-dan 20-ə keçən gecə isə “Xilaskar Qızıl Ordu” – əliyalın millətimizə divan tutdu. O gecə qan su yerinə axdı. “20 qara yanvar” tarixdə millətimizə, xalqımıza qarşı tarixi ləkə oldu. Lakin gənc şairə Roza xanımın dediyi kimi:
Min illər ötsə də, çıxmayacaq xatirəmizdən, Eldə müqəddəs sayılan anddır, şəhidlər…
Xain qonşularımız olan ermənilərin fitnə-fəsadları səngimədi. 1988-ci il fevralın 22-si Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldı. Məhz həmin gün ermənilərlə Ağdam-Əsgəran sərhəddində ilk qanlı toqquşma oldu. O gün Azərbaycanın müxtəlif şəhər və rayonlarından minlərlə qeyrətli oğullar ağdamlıların köməyinə gəldi. Həmin gün Ağdam ilk şəhidlərini verdi. İki ağdamlı gənc Əli və Bəxtiyar şəhid oldular. İlk şəhidlər Ağdamın payına düşdü. Mağazalarda olan dəmir alətləri (dəhrə, yaba, balta, bıçaq, dəryaz və s.) yığışdırdılar.
Kimin ağlına gələrdi ki, minlərlə oğullarımız şəhid olacaq, ərazilərimizin 20 faizi işğal ediləcək, milyondan çox həm- vətənlimiz öz isti yuvalarından perik düşüb çadırlarda ömürlərini çürüdəcəklər. Burada bir epizod yadıma düşdü.
1992-ci il fevralın 22-də Ağdamda rayon fəallarının iclası keçirilirdi. İclası Prezident Aparatının rəsmi nümayəndəsi Musa Məmmədov aparırdı. O heç bir giriş sözü demədən prezidentin fərmanını elan etdi. O zaman rayonun ermənilərdən müdafiəsini yaxşı, etibarlı təşkil edən RİH-nin başçısı Səyyaf Verdiyevin vəzifəsindən azad olundu, bir nəfər məktəb direktoru tribunaya yaxınlaşaraq çıxış etmək istədi və Xocalıda vəziyyətin gərginliyini, Xocalıya təcili köməyin vacibliyini qeyd etdi. Bəli, 2 gündən sonra Xocalı darmadağın edildi, xocalılar uşaqlı, böyüklü, qadınlı, kişili, ağsaqqallı, ağbirçəkli məhv edildi, yandırıldı ..
Daha bir fakt: 1992-ci il dekabrın 14-də ermənilərin bir neçə tankı Mərziliyə girdi, kəndi dolandı, çıxdı. Həmin il dekabrın 17-də Bakıdan bir batalyon gəldi və mənim işlədiyim Novruzlu məktəbi üçün təzə tikdirdiyim binada yerləşdilər. Əraziyə ermənilərin, Mərziliyə girib-çıxdıqdan 3 gün sonra gəlmiş, “N” hərbi hissə komandirinə polkovnik rütbəsi verdilər. Guya erməniləri kənddən qovub çıxaran, bu komandirin dəstəsi olub. Yaxud; məktəbin 2-ci binasında “N” hərbi hissə yerləşirdi. Bir gün yerli batalyonun komandiri mənə dedi ki, müəllim, axşam saat 10-da sənin iş otağında görüşümüz olacaq, siz də orada olun. Komandir mənim işlədiyim məktəbi bitirmişdi, ona attestatı mən vermişdim deyə, mənə hörmət edirdi, yolumu saxlayırdı. Etiraz etmədim. Axşam saat 10 da digər yerli batalyonlardan 5 nəfər komandir gəldi. Hərbiçilər xəritə üzərində məsləhətləşdilər ki, səhər saat 5-də Qarakəndə hücum etsinlər, kəndi alsınlar. Strateji baxımdan Qarakənd çox güclü mövqedə idi. Bəli, məsləhətləşdilər, öpüşdülər, xudahafizləşdilər və getdilər. Həmin gecə, mən evə getmədim, otaqda qaldım, dedim birdən xəta olar, sirr çıxar, məndən görərlər. Lakin həmin gecənin səhərisi bizimkilər ermənilərə hücum etmək əvəzinə, ermənilər bizimkilərə hücum etdilər, bir rota mühasirəyə düşdü, 2 saat döyüşdükdən sonra arxanın köməyi ilə, bizimkilər mühasirəni yardılar və geri çəkildilər. Bunları deməkdə məqsədim odur ki, aramızda satqınlar, ikiüzlülər və xəbərçilər var idi.
Mən həmişə demişəm, indi də deyirəm, ermənilər Azərbaycandan qorxmurdular, amma Ağdamdan qorxurdular. Ağdam uzun illər düşmənə göz dağı, sipər olmuşdu. Bu gün də erməni vəhşiliklərinin ağrısını ürəyində daşıyan oğullarımız var. Mənfur ermənilər bilməlidirlər ki, şəhidlərimizin qanı yerdə qalan deyil. Yəqin ki, əvvəlkindən də gözəl, yaraşıqlı Ağdam yenə yaranacaqdır.
Biz ayrılığı gördük, sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin, kiminsə yanında kövrəlmədik, içimizdə ağladıq. Yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza “qaçqın”, “köçkün” damğası vuruldu. Yükümüz dərd-qəm şələsi oldu. Bu gün üzümüz, qəlbimiz gülmür, dup- duru gözlərimizdə sevgi odu alovlanmır. Yurd-yuva yadımıza düşəndə isə ürəyimiz alışıb yanır. Ulu torpaq, ata yurdu,
Vətən müqəddəsdir. Çox təəssüf ki, doğma vətənə – yurdumuza indi gedə bilmirik. Atamın, anamın, əzizlərimizin qəbrini ziyarət edə bilmirik.
Məhsuldar torpaqlarımız, müqəddəs kəhrizlərimiz, abad yollarımız il boyu suyu qurumayan Qarqar çayı, böyük kəndi miz, bəzəkli evlərimiz bizdən küsüb. Yəqin ki, yurd-yuvamız, hayət-bacamız dağılıb xarabalığa dönüb.
Fikirləşirəm ki, yəqin Qarabağda doğulmayan o torpaqların qədrini bilmir, amma Qarabağı görüb gələnlərin də üzü gülmür. Elə bilirəm ki, Qarabağdan köçüb gələnlərin qəlbindəki dağ çətin sağalar. İndi dərddən-qəmdən ağlayana aciz deyib gülürlər. Hamını alış-verişə öyrədiblər. Amma belə hesab edirəm ki, biz döyüşdə yox, qurulan torlarda, oyunlarda uduzmuşuq. Hamı bilir ki, hər bir yolun həm başlanğıcı, həm də sonu olur. Əbədilik heç bir şey yoxdur, bu gün açan sabah solur. Ürəyimizdə inam olsa, istəyimizə çata bilərik. Inşallah.
Tarixi fakt
Allah sənə rəhmət eləsin, Cəlil Məmmədquluzadə! (1906-cı il – “Axund ilə keşişin vaizi”)
Kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.
Həyətin birində bir erməni uşağı ağacın kölgəsində kitab oxuyurdu.
O biri həyətdə 12-13 yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfinə, bu tərəfinə qaçırdı.
Həyətin o biri tərəfində erməni keşişi kəndlilərə deyirdi: – Ermənilərin dünyada üç sevgili balası var: Vətən, Millət, Dil
Bunları xatırlamaqda məqsədim odur ki, tarixi kökü, keçmişi olan torpaqlarımızı qoruya bilmədik. Erməni silahlı bölmələri məhsuldar torpaqlarımızı işğal etdilər, yandırdılar, dağıtdılar, bizə göz dağı çəkdilər. Lakin biz yenə ruhdan düşmürük. Yuxarıda dediklərimə yenə onu əlavə etmək istəyirəm ki, Qarabağ müharibəsində gül kimi balalarımız şəhid oldular. Başqaları kimi, mənə də çalın-çarpaz dağ çəkildi. Belə ki, ham torpaqlarımız, yurd-yuvamız işğal olundu, həm də nə qədər günahsız gənclərimiz şəhid oldular. Vaxtilə dərs dediyim orta təhsil haqqında attestat verdiyim 18-25 yaş arası gənclərimiz günahsız yerə qırıldılar.
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş və orden-medallarla təltif olunmuş ağdamlı döyüşçülər
Şirin Vəli oğlu Mirzəyev (ölümündən sonra)
Allahverdi Teymur oğlu Bağırov (ölümündən sonra)
Asif Yusif oğlu Məhərrəmov
Nadir Alış oğlu Əliyev (ölümündən sonra)
Baxşeyiş Xanəhməd oğlu Paşayev (ölümündən sonra)
Muxtar Cahid oğlu Qasımov (ölümündən sonra)
Əlabbas Qara oğlu İsgəndərov (ölümündən sonra)
Yelmar Şahmar oğlu Edilov (ölümündən sonra)
Canpolad Yaqub oğlu Rzayev (ölümündən sonra)
Hidayət Eldar oğlu Rüstəmov (ölümündən sonra)
Rövşən Şəmil oğlu Hüseynov (ölümündən sonra)
Fazil Umud oğlu Mehdiyev (ölümündən sonra)
Faiq Alış oğlu Ağayev (ölümündən sonra)
Natiq İlyas oğlu Əhmədov (ölümündən sonra) Novruzlu
İxtiyar Qasım oğlu Qasımov (ölümündən sonra)
Rövşən Telman oğlu
“Azərbaycan Bayrağı” ilə təltif edilmişlər:
Rövşən Məhəmməd oğlu Ağayev (ölümündən sonra)
İlham Əyyub oğlu Azadov (ölümündən sonra)
Rövşən Saleh oğlu Cavadov (ölümündən sonra)
Nizami Şəfi oğlu Ələkbərov (ölümündən sonra)
Maarif Yaqub oğlu Haqverdiyev (ölümündən sonra)
Eldar Əhməd oğlu Hümbətov (ölümündən sonra)
Füzuli İnqilab oğlu Hüseynov (ölümündən sonra)
Sabir Ağa oğlu Hüseynov (ölümündən sonra)
Əkrəm Ərşad oğlu İsmayılov (ölümündən sonra)
Nazim Abış oğlu Qənbərov (ölümündən sonra)
Allahverdi Kamran oğlu Qənbərov (ölümündən sonra)
Xosrov Bilal oğlu Məmmədov (ölümündən sonra)
Zakir Qasım oğlu Rüstəmov (ölümündən sonra)
Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov (ölümündən sonra)
Firdovsi Fazil oğlu Vəliyev (ölümündən sonra)
Rizvan Möliş oğlu Məmmədhüseynov (ölümündən sonra)
Elmidar Əli oğlu Vəliyev (ölümündən sonra)
Təhmasib Hadi oğlu Şükürov (ölümündən sonra)
Altay Vaqif oğlu Sarıkişiyev (ölümündən sonra)
Baxşeyiş Abbas oğlu Hətəmov
Mirsahib Məcid oğlu Alıyev
Nağı Novruz oğlu İmanov
“Hərbi xidmətə görə” medalı ilə təltif edilmişlər:
Vahid Muxtar oğlu Abbasov (ölümündən sonra)
Xudaverdi Məmməd oğlu Abbasov (ölümündən sonra)
Hüseyn Əli oğlu Abbasov (ölümündən sonra)
Mürvət Araz oğlu Atakişiyev (ölümündən sonra)
Hafiz Əfqan oğlu Əliyev (ölümündən sonra)
Zaur Rasim oğlu Əmirov (ölümündən sonra)
Elnur Əvəz oğlu Gülməmmədov (ölümündən sonra)
Cavad Əlif oğlu Mikayılov (ölümündən sonra) Novruzlu
Xudu Mustafa oğlu Xudiyev (ölümündən sonra)
Mahir Şafa oğlu Hüseynov (ölümündən sonra) Yusifcanlı
Nurəli İslam oğlu Şükürov (ölümündən sonra)
Elnur Qəzənfər oğlu Fərzəliyev
Ayna Yunis qızı Quliyeva
Zahid İmran oğlu Əliyev
Səyyaf Fiqan oğlu Əhmədov
Novruzlu kəndi üzrə həlak olanlar
Abdullayev Məzahir Xanış oğlu
Abdullayev Xanış Yunis oğlu
Bayramova Ziba Sadıq qızı
Bayramova Rəfiqə Nurəddin qızı
Bədəlov Fazil Qiyas oğlu
Bayramov Habil Nağı oğlu
Əhmədov Natiq İlyas oğlu
Əhmədov Əbülfət İlyas oğlu
Məmmədov Qabil Əzizalı oğlu
Mikayılov Cavad Əlif oğlu
11.Süleymanov Ərəstun Məhəmməd oğlu 12.Məmmədhüseynov Rizvan Möliş oğlu
Dekabrın 29-da, gündüz saat 11:00 radələrində bu həyətdə dünyaya göz açmışam (doğum haqqında şəhadətnamədə yanvarın 25-i qeyd olunsa da). Bütün uşaqlığım bu həyətdə keçib. Bu gün uşaqlığım üçün darıxıram, bu həyətdə oynayarkən yıxılmağım üçün, yıxılarkən dizlərimdəki yaralara görə ağlamağım üçün, sözə baxmayıb yıxıldığıma görə anamın məni danlaması üçün darıxıram. Uşaqkən bu danlaqlardan başqaları kimi mən də xoşlanmazdım. Ancaq böyüdükcə anladım ki, anamın bu danlağı indi eşitdiyim saxta, yalan dolu münasibətlərdən, sözlərdən daha şirin imiş. Uşaqlığım üçün darıxıram, atamın axşam işdən evə gəlməsini gözləməyim üçün. Hər axşam süfrə başında iş yerində baş verənlərdən söz açardı atam. Mən də uşaq marağı ilə dinləyərdim. Darıxıram, səhərlər atamı işə yola salarkən, anamın ona ehtiyatlı olmasını tapşırmağı üçün. Uşaqlığım üçün darıxıram, anamın, atamın mənə hər an beynimə həkk etdikləri öyüd-nəsihətləri üçün. Ata nənə-babamı (Göyçək, Abbas) görmədiyim üçün xatırlamıram, amma barələrində həmişə xoş sözlər eşitmişəm. Ana nənə-babama (Ağgül, Mürşüd) gəlincə, onlarla bağlı yaşantılarımın hər anı yaddaşımdadır. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin! Bu günüm üçün valideynlərim qədər o insanlara da borcluyam. Çünki insan olmağı ana nənə-babamın öz övladlarına, başqalarına göstərdikləri münasibətdən, istəkdən, sevgidən, davranışdan öyrənmişəm. Və sonra da təbii ki, müəllimlərimdən dərs almışam. Böyüdükcə anladım ki, hamı onlar kimi olsaydı, həyatda nə nadanlar olardı, nə böyüklərinin üzünə qayıdanlar, nə də insan sifətində şeytanlar… Bu gün uşaqlığım üçün darıxıram, Ağdamın Yusifcanlı kəndində yaşayan Ağgül nənəmgilə baş çəkməyə gedərkən, onun süfrə açıb məni ac buraxmaması, payız fəslində həyətlərindəki qoz ağacına çıxarkən Mürşüd babamın ehtiyatlı olmağım üçün tez-tez səsləməsi üçün. Bu həyətdə böyüdüyüm günlər, illər üçün darıxıram. Ailənin ilk övladı olduğum üçün qohum-əqrəba üçün çox əziz, istəkli olmuşam. Deyilənə görə, əlimdəki şirin narı alıb əvəzinə, turş nar verən qohumlarım da olub. Amma mən böyüdükcə aldığım tərbiyədən qohumlar arasında ayrı-seçkilik etməməyə çalışmışam. Həmişə onları sevmişəm, yaxın bilmişəm. Amma böyüdükcə anladım ki, həyatda insanları sevməklə sevgilərini qazanmaq onları sevmək qədər asan deyil. Çünki bu gün «şəkər» verdiyim bəzilərinin mənə «zəhər» uzatdığının şahidi oluram. Odur ki, bax elə o günlər üçün darıxıram, bacı-qardaşlarımla birlikdə deyib-güldüyümüz bu həyət üçün.
Rəssam, Salam İbrahimoğlu.
Bu rəsm 30 il öncə çəkilib. Rusiyada rəssamlıq təhsili almış Salam İbrahimoğlu bu rəsmi bu həyətdəki ikimərtəbəli evimizi təmir edərkən eyvanda oturub çay içə-içə önündəki mənzərəni kağız parçasında cızıb və evdə üzərində işləyib. Amma o zaman bilmirdi ki, nə vaxtsa torpaqlarımız, yurdumuz düşmənlərimiz tərəfindən işğal olunacaq, həmin rəsmi digər əşyaları ilə birlikdə Sumqayıt şəhərinə gətirəcək və 30 ildən sonra iş yerimə gələrək mənə əvəzsiz sürpriz edəcək… İndi bu rəsimdəkilərdən əsər-əlamət yoxdur. Həmin tikililərin daşı daş üstə qalmayıb…
Bu isə həyətimizin indiki halı.
İşğaldan azad edilən digər şəhərlərimiz, rayonlarımız, kəndlərimiz kimi, bizim kəndimiz də, bizim məhəlləmiz də, bizim həyətimiz də ermənilər tərəfindən yerlə-yeksan olunub. Yaman darıxıram əziz xatirələrlə yadda qalan uşaqlıq və gənclik illərimin izi düşən bu həyət üçün… Nə yazıqlar ki, hələ getməsəm də, görməsəm də, bu həyət bizim həyətimizdir… Müəllif: Elbar ŞİRİNOV