Etiket arxivi: "Qonorarlı yazı" rubrikası

Yazarların “Qonorarlı yazı” rubrikası

LAYİHƏLƏRİMİZ

“QONORARLI YAZI” RUBRİKASI

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında daim müdrik siyasi lider həmçinin müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır! Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır! “Yazarlar” olaraq bu ilə kiçik töhfə vermək məqsədilə jurnalımızın may sayından etibarən (hər nömrədə bir yazı may-2023 – may-2024) “Qonorarlı yazı” rubrikasında Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən yazılar (inşa, esse, məqalə) dərc olunacaq. Siyasi mənsubiyyətindən, yaşından, mənsəb və titulundan asılı olmayaraq bu şipşirin doğma Ana dilimdə oxuyub anlayan, yazmağı bacaran, Azərbaycanı sevən hər bir kəs yazılarını zauryazar@mail.ru elektron poçt ünvanına göndərə bilər. Həcm barədə heç bir limit və məhdudiyyət nəzərdə tutulmayıb. Yeganə şərt yazılarınız redaktə olunmadan siz göndərdiyiniz kimi dərc olunacaq. Odur ki, səliqəli və hazır mətnlər göndərin. Sonra öz yazınızı oxuyanda narazı qalmayasınız. Ayrıntılar barədə əlavə məlumatı saytımızdan əldə edə bilərsiniz. Bütün iştirakçılara uğurlar arzulayıram. Nəzərdə tutulmuş qarşıdakı bir il ərzində jurnalda dərc olunmuş on iki yazı sonda ayrıca kitab kimi çap olunacaq. Müqabilində qonorar alacağınız yazılarınızı gözləyirik.

Hörmətlə: Zaur Ustac “Yazarlar” jurnalının baş redaktoru.

“QONORARLI YAZI” RUBRİKASI

DİGƏR LAYİHƏLƏRİMİZ


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru