Etiket arxivi: Rəfail Tağızadə (Şamaxı)

Prezident İlham Əliyev böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncamda deyilir:

“2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.

Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik dəyərə malik humanist məzmunlu əsərlərində sosial-tarixi hadisələri özünəməxsus bədiiliklə mənalandırmış və bunlardan ibrət almağı tövsiyə etmişdir. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Əsrinin mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşmış, məktəb kimi ondan bəhrələnmişlər”.

Sərəncamla Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

-Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

-Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə olunub

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı tədbirlər planı müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi ilə bağlı hazırlıqlara başlanılıb.

Bu məqsədlə oktyabrın 31-də Mədəniyyət Nazirliyində nazir Adil Kərimlinin iştirakı ilə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasından dəvət olunmuş nümayəndələrlə birgə işçi qrupun ilk iclası keçirilib.

İclasda Prezidentin Sərəncamından irəli gələn məsələlər müzakirə olunub.

Nəzərdə tutulan tədbirlərin konsepsiyası, təşkilati məsələlər, eləcə də qurultayın tarixi-mədəni əhəmiyyəti vurğulanıb.

Qeyd edilib ki, tarixi Qurultayın 100 illik yubileyi Türk dünyasının elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə verəcək. İclasda hazırlıq prosesinin növbəti mərhələləri üzrə konkret tapşırıqlar verilib.

Birinci Türkoloji Qurultayın 100 illiyinə

Mənbə: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şamaxıda Seyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin S.Ə.Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən növbəti tədbir Şamaxıda Mədəniyyət Nazirliyi, AMEA və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Öncə qonaqlar Seyid Əzim Şirvaninin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə gül dəstələri düzərək onu ehtiramla yad ediblər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil,mədəniyyət işçiləri və gənclərin iştirakı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbirdə əvvəlcə dahi şairin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı bədii-sənədli film nümayiş olunub və filmin müəllifi olaraq AzTV- nin “Sabah” yaradıcılıq studiyasının rejissoru Sirac Mustafayev filmin ərsəyə gəlməsindən danışıb.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi şairin yaradıcılığından söhbət açaraq onun şeirlərindən nümunələr səsləndirib.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatları Tamam Cəfərova, Şahin Seyidzadə və Elnarə Akimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid və Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək görkəmli şairin maarifçilik ideyaları ilə bağlı yaradıcılığından danışıb, onun Şərq poeziyasının çoxəsrlik ənənələrinin yüksək sənətkarlıqla davam etdirməsindən və yaşadığı dövrdə cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda fədakar mübarizədə ön sıralarda dayandığını qeyd ediblər.

Natiqlər həmçinin ölkəmizdə mədəniyyətə, incəsənətə və ədəbiyyata göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” instrumental ansamblın müşayiəti ilə Azərbaycanın tanınmış ifaçıları Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Ruslan Adgözəlov və Teymur Əziz tərəfindən görkəmli şairin qəzəllərindən ibarət muğam parçaları ifa olunub, bədii qiraətçi Hüseynağa Əzizov onun qəzəllərini səsləndirilib.

Mənbə: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi

Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub

Professor Mahirə Hüseynovanın Şamaxıda tələbələrlə görüşü olub

Şamaxı Rayon İcra Hakimiyyəti, ADPU və universitetin Şamaxı filialının, eləcə də Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələri ilə görüşü keçirilib.

Tədbir həm görüş, həm də ədəbi-bədii məzmunlu yaradıcılıq gecəsi formatında təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatları, ADPU-nun və Şamaxı filialının professor-müəllim heyəti, tələbələr, məzunlar,mədəniyyət işçiləri və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın, o cümlədən Şamaxının poeziya mühitindən, ədəbiyyatın cəmiyyətin inkişafında rolundan, şairə Mahirə Nağıqızının Azərbaycan ədəbiyyatına, elm və təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən, ziyalı mövqeyindən və gənclərin mənəvi dünyasının formalaşmasındakı xidmətlərindən danışıblar.

Tədbirdə Əməkdar artistlər Elnur Zeynalov, Elnarə Abdullayeva, Güllü Muradova, “Cahan” muğam qrupu və “Eşq” ansamblı şairənin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.

ADPU Şamaxı filialının tələbələri Mahirə Nağıqızının şeirlərini səsləndirib. Müəllif tələbələrin çoxsaylı suallarlarını cavablandırıb.
Görüşün sonunda Mahirə Nağıqızı tələbələrə təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq, gənclərin mənəvi-estetik tərbiyəsində ədəbiyyatın və müəllim əməyinin rolundan danışıb.

Mənbə: Rəfail Tağızadə (Şamaxı),

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi