Etiket arxivi: ŞƏLALƏ CAMAL

Sevgim nağıldı

Özüm özgənin,
Sözüm özgənin.
Olmadım sənin,
Mən bu dünyada…

Sevgim nağıldı,
Dünyam dağıldı,
Niyə tək qaldım,
Mən bu dünyada?..

Qəlbim sıxıldı,
Evim yıxıldı…
Yaman darıxdım
Mən bu dünyada…

Qəddimi bükdün,
Göz yaşı tökdüm,
Həsrətdən çökdüm
Mən bu dünyada…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ay insafsız, söylə görüm nətərsən?

****

Yığıb əlifbanın hər hərfindən,
İllərdir mən sənə şeir yazıram.
Çox şey istəyirəm görəsən səndən?
Mən indi xeyri də şərə yozuram…

Zəhrimara qalsın ülvi məhəbbət,
Söylə bizdə olan sevgidir, nifrət?
Dedin haqq dövrüdür, hanı ədalət?
Mən özüm özümə tələ qururam…

Açıb məktubumu oxumamısan,
Bir kərə mənimtək darıxmamısan.
Görəsən heç məni soraqlamısan?
Mən belə suala cavab tapmıram.

****

Sən gedəni tozmu basıb buraları?
Qovlayıram, güllərimin üstündəki milçəkləri.
Sən gedəni ağlım uçub, elə bil olmuşam dəli…
Göz yaşımla sulayıram sən verdiyin çiçəkləri.

Sən gedəni xatirələr qalaq-qalaq,
Söyləmişdim “Belə getmə, bir azca mehriban olaq”…
Sən gedəni yuvamın da damı uçdu,
Sən gedəni xarabalıq oldu bu ev.
Sən gedəni sevməyin də daşın atdım,
Axı sənə deməmişdim ki, məni sev.
Sən gedəni yox demişəm mən hər kəsə,
Bu səbəbsiz ayrılığa ad qoymadıq.
Tale necə gətirdisə, qovuşmadıq, bir olmadıq…
İndiyədək çarpayım belə olmayıb,
Sən gedəni ağlamaqdan, islanmaqdan qurumayıb…
Getmisənsə daha dönmə,
Sənin də işığın sönər, darıxma,
Sənin də damın sökülər
Ona görə çox öyünmə.

****

Görəsən mən səni hara çağıırım,
Axı haram var ki, ora çağırım.
Bəlkə mən görüşə sonra çağırım?
Yer də Allahındı, göy də Allahın.

Xəlvəti yerim yox, de nə gizlədim?
Mən sənin yolunu hər gün gözlədim…
Darıxdım, mən səni necə özlədim,
Şəhər də Allahın, köy də Allahın.

****

Görəsən mən səni harda axtarım?
Büsbütün dünyanı dolaşdım, yoxsan.
Sənin ucbatından keçdi qatarım
-Bəlkə qatardasan, ya orda yoxsan?

Azı mən hayanda arayım səni?
Gələsən, saçını darayam sənin.
Sənsən bu həyatda gərəyim mənim,
Gözüm yolda qaldı, hardasan?
Yoxsan.

Niyə yox olmusan, niyə görmürəm?
Niyə əllərini tuta bilmirəm?
Niyə əllərimi boş qoyub getdin?
Xəbər də etmədin, bilim ki, yoxsan.

Bilsəydim, gözlərim yolda qalmazdı,
Bilsəydim, bəlkə də belə olmazdı…
Bilsəydim, gözümü yumub yatmazdım,
Bilərdim getmisən, bilərdim yoxsan.

****

Ömrümə ötəri bir xəyal kimi,
Gəlişin nədənsə heç xoş olmadı.
Elə hey özümə sual verirəm,
Yerin ürəyimdə heç boşalmadı?

Mənim tənhalıqdan dərd daşım olub,
Dərdə söykənmişəm – qardaşım olub.
Qardaş dediyim dərd – sirdaşım olub,
Sirrimi görəsən heç danışmadı?

Getdin, bir sağ ola dəymədi vida,
Üç nöqtə… ya da ki, biryolluq nida!
Ayrılıq yolunda azanda sevda,
Allahın işinə heç qarışmadı?

****

Ömrümə ötəri bir xəyal kimi,
Gəlişin nədənsə heç xoş olmadı.
Elə hey özümə sual verirəm,
Yerin ürəyimdə heç boşalmadı?

Mənim tənhalıqdan dərd daşım olub,
Dərdə söykənmişəm – qardaşım olub.
Qardaş dediyim dərd – sirdaşım olub,
Sirrimi görəsən heç danışmadı?

Getdin, bir sağ ola dəymədi vida,
Üç nöqtə… ya da ki, biryolluq nida!
Ayrılıq yolunda azanda sevda,
Allahın işinə heç qarışmadı?

****

Sənli fikirlərim dolam-dolaşıq,
Bütün xatirələr yadıma düşür.
Bir az alatoran xatırlayıram,
Elə bil başıma bir qaya düşür.

Mən sənsiz təkliyin içində idim,
Gedişin ömrümün yayına düşür.
Bütün mövsümləri qışa döndərdin,
Gündüzüm gecənin payına düşür.

Bütün sözlər boğazımda ilişib,
Udqunanda ürəyimə hey düşür.
Qıfılladın ürəyimi nədənsə,
Açmaq olmur, bu canıma küy düşür.

Naşı oldum bu sevdaya, bilmədim,
Bütün darıxmağım qanıma düşür.
Nağıl idi eşq, məhəbbət beləcə,
Sonunda göydən də üç alma düşür…

****

Mənim ürəyimə xal düşüb axı,
Şəklini öpürəm günəşə sarı.
Haçansa üzünü döndərsən bəri,
Göz yaşımı əllərinlə silərsən.

Bu sevginin yük etmişəm dərdini,
Kaş vaxtında bilərdik biz qədrini.
Bu sevdanın ömrü bura qədərmi?
Vaxtı gələr… Darıxanda bilərsən.

Mən səni xoşbəxtlik bilirdim axı,
Sən demə, bədbəxtlik, dərd, qəm, kədərsən…
Mənim işığımı söndürüb getdin,
Ay insafsız, söylə görüm nətərsən?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yarpaq-yarpaq düşmüsən

Gizlən-qaçın yeriydi?
Etmisən uşaq məni.
İndi hansı küçənin
Tinində gəzim səni?

Nə yaşım həminkidi,
Nə qəlbim səninkidi.
Yoluna gül düzdüyüm
Yoluma tikan əkdi.

Yarpaq-yarpaq düşmüsən,
Gözümdən, əzim səni?
Gizlənmisən, çıxma day,
Görməsin gözüm səni.

Ovuc-ovuc qucmusan,
Əlini açım sənin?
Xəyalımdan uçmusan,
Ağlından qaçım sənin?

Artıq nə oyunum var,
Nə gizlənim, nə qaçım…
Açığı qalmayıb da,
Ümidim və inancım.

****

Sən gedəni bu evin,
İşıqları da yanmır.
Sən gedəni qəlbimə,
Daha sevgi yol almır.

Sən gedəni saat da,
Həminki vaxtda qalıb.
Hava duman, göy qara,
Sanki yağış da yağıb.

Yağışın qoxusu da
Otağıma yayılıb.
Arabir külək belə
Əsir… dəlidir nədir?!

Sən gedəni külək də,
Qapımı döyəcləmir.
Sən gedəni hər sözün,
Qulağımda səslənir.

Narahat olma məndən,
Necə varam — eləyəm.
Bəlkə əsən küləktək,
Ağlım gedib, dəliyəm…

Sən gedəni, büründü,
Zülmətə otağım da…
Buz bağladım hər fəsil,
İsinmədim yayda da.

Sən gedəni yadından
Çıxmışam Allahın da.
Sən gedəni qapım da,
Döyülmür, qadan alım…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Səni unutmağı bacarmamışam…

Bilirsən, saatın əqrəbin qırıb,
Keçən bu zamanı dayandırmışam.
Nələr hafizəmdən silinib gedib,
Səni unutmağı bacarmamışam…

Sənin yoxluğunu unutmaq üçün,
Mən qərib ölkəyə yol da ölçmüşəm,
Artıq heç qalmayıb taqətim, gücüm,
Səni unutmağı bacarmamışam.

Görən hayandasan, görürsən məni?
İndi xatirəmlə vidalaşmışam.
Mən sənə xəyanət etməmişəm ki,
Səni unutmağı bacarmamışam.

Yollar da qırılıb, körpülər yanıb,
Sən olan yerlərə qayıtmamışam.
Meylimi salmışdım kitab, dəftərə,
Səni unutmağı bacarmamışam…

Bəlkə də acizəm sevgi yolunda,
Məni nə gözləyir yolun sonunda?.
Çıxmısan önümə şeytan donunda,
Qorxudan yerimdə donub qalmışam,
Səni unutmağı bacarmamışam…

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülümsə, balam, gülümsə

Dərd sənə sürüylə gəlsə,
Saçları hörüylə gəlsə,
Ölüylə, diriylə gəlsə,
Gülümsə, balam, gülümsə.

Bu Tanrının sınağıdı,
Qəm ürəyin qonağıdı.
Başa gələn bir nağıldı,
Gülümsə, balam, gülümsə.

Kədərə ortaq olmasa,
Qəhər insanı boğmasa,
Göz dolub, ürək ağlasa,
Gülümsə, balam, gülümsə.

İnsan dünyada naşıdı,
Dürüstlük ləlin qaşıdı,
Ağlamaq başımın daşıdı,
Gülümsə, balam, gülümsə.

Bu yaşda saçım ağardı,
Sanki başıma qar yağdı.
Payımı kim oğurladı?
Gülümsə, balam, gülümsə.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Darıxma, yadına düşərəm mən də

Darıxma, yadına düşərəm mən də,
Peşman olub ürəyini üzərsən.
Səni gəzib axtardığım dünyada,
Sən də məni mənsən betər formada,
Qapı-qapı, küçə-küçə gəzərsən.

Axtararsan, soruşarsan hamıdan,
“İncirmərəm”, “küsdürmərəm” deyərsən.
Əhd edərsən, məni tapsan haçansa,
Əlimdən tut, üzümdən öp, qucaqla,
Başıma da bir az sığal çəkərsən.

Qapınl döyərlər, – deyərsən mənəm,
Açarsan küləkdi, arzun boş gələr.
Tufan döyəcləyər pəncərəni də,
Çəkilərsən bir otağın küncünə
Onda məni Allah-Allah gəzərsən.

İndi icazə ver, rahat yaşayım,
Ya da ki, dünyamı rahat dəyişim.
Mən sənin ömrünü nizama saldım,
Sən mənim dünyamı alt-üst elədin,
Alt olan dünyamın üstün gəzərsən…
Haçansa ağlın başına gələr,
Onda həyatından küsüb bezərsən.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Gəl, əzizim

Çıxıb getmisən məndən,
Sən gedəndən gülmürəm.
Gözüm yollarda qalıb…
Elə hey deyirəm ki,
Kaş gələsən.
Yollarının qadasını alaram,
Gəl başına dönərəm…
Unudaram hər şeyi
Gəl sıfırdan başlayaq.
Mən həminki mənəm elə,
Səni sevən,
Sənə sadiq,
Gözləyən…
Arada istəyirəm saatı da tullayım …
Nə vaxt keçir, nə günlər…
Arada boylanıram da
keçmişimizə sarı
Belə sevgi harda vardı?
Sonadək sevəydin barı.
Axı nə oldu birdən,
Səni məndən soyudan?
Məni soruşsan… mənəm də…
Öz özümü ovudan.
Təsəlliyə sığınıram.
Ağlına heç nə gətirmə,
Sənə günah yıxmıram.
Günah varsa mənimdir,
Sən yetər ki, gələsən.
Nə kinim var, nə nifrətim,
İçimdəki sevgini də boğmadım,
Gəl, əzizim.
Gözləyirəm.
Gəl saçıma sığal çək,
Gəl denən ki, darıxmışam.
Sən gedəni gülüşüm şəkillərdə qalıbdı,
Gəl ki, üzümü güldür.
Məni belə ayrılıq
Günü – gündən öldürür.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günüm mənim, Günəş payım, ay qızım

Səhərləri Günəş göydən boylanır,
Şəfəq saçır, nur çiləyir, qaynayır.
Yer də Günəş ətrafında fırlanır,
Günüm mənim, Günəş payım, ay qızım.

Səhər-səhər yuxudan oyananda,
Qızım Günəş məndən əvvəl oyanır.
Bir baxıram yatağının üstündə,
Şirin-şirin, nazlı nazlı oynayır.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sənə hisslərimi, de necə deyim?

Sənə hisslərimi, de necə deyim?
Yazılı surətdə divara qoyum?
Bizim bu məhəbbət baş tutan deyil,
Mən səni nigaran, avara qoyum?

Get tap öz yarını, xoşbəxt ol daha,
Əl çək bu yaxamdan, andım Allaha.
Deyirsən göz yumum yalanlarına,
Bir ömür özümü korluğa qoyum?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hardan yol tapım mən daş ürəyinə?

Yolumu kəsmisən, hayannan keçim?
Hissimi anlayıb, duyannan keçim…
Dağından, dərəndən qayandan keçim,
Hardan yol tapım mən daş ürəyinə?

Çiynimə yük olub bu dəli sevda,
Qapımı külək də döyür sən adda.
Ömrümə çox görür yazı Allah da,
Hardan yol tapım mən qış ürəyinə?

Bütün yollarıma daş-kəsək düzdün,
Bu sevgidən bezdin, niyəsə dözdün.
Heç kimə olmadı qəlbində yer də,
Hardan yol tapım mən boş ürəyinə?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru