Etiket arxivi: Var

“TOVUZ” YAŞATMAQ ŞƏRƏFLİ İŞDİR

“TOVUZ” YAŞATMAQ ŞƏRƏFLİ İŞDİR

Hər dəfə “Tovuz” qəzeti və onun xüsusi buraxılışları çap olunanda elə bilirəm ki, yenidən doğuluram və sevdiyim həyat bütün ağrı-acılara rəğmən gözəlləşir ,daha da yaşamalı olur.Son dörd aya yaxın müddətdə qəzetimiz işıq üzü görməklə ümumi səhifəsi 900-dən çox olan xüsusi buraxılışlarımız işıq üzü görüb.Buraxılışlarımız aşağıdakılardır:
1.Çingiz Qəribli, “Humayın rəsm dünyası”.140 səhifə
2.Telman Musazadə,”Azərbaycan qiymətli kağızlar bazarının müasir vəziyyəti və inkişaf istiqamətləri”.110 səhifə.
3.Sübhan Tovuzlu,”Ürək yanır,qələm yazır”.340 səhifə.
4.Sübhan Tovuzlu,”Dünya mənlə,mən dünyayla oynadım”.320 səhifə.

May ayında çap olunacaq xüsuusi buraxılışlar:
1.Çingiz Qəribli,”Tovuza gəl,Tovuza!”,Şeirlər və poema.
2.Çingiz Qəribli,”Qadan alım” və yaxud “Azərbaycan xəritəsi”.
3.Çingiz Qəribli, “Qoşmalar”,350 səhifə.

Eyni zamanda,”Tovuza həsr olunmuş şeirlər” antalagoyiası üzərində işlər gedir.

Bu işlərin görülməsində ən böyük dəstəkçimiz “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədri Musa Süleymanov,sədr müavini Çingiz Abbasovdur.Mikayıl Bozal,Namazəli Məmmədov qəzetimizin çap olunmasına köməklik göstəriblər.Tovuzlular bilsin ki, biz bu xidmətimizi maaş almadan göstəririk.

“Tovuz”unutmayın. Unutmayın ki, “Tovuz” tovuzlulaın və tovuzsevərlərin qəzetidir.

Hamınıza gözəl günlər arzulayıram.

Hörmətlə: Çingiz Musayev

Çingiz Musayevin yazıları

Daha çox məlumat burada

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

RƏSULLU- 1750-2026-cı illərdə – Video

RƏSULLU- 1750-2026-cı illərdə

“Soyumuz, kökümüz, özümüz” )

Bizim təmsil olunduğumuz səcərə kəndimizdə, (Bərdə.Yeni Daşkənd) el arasında RƏSULLU adı ilə tanınıb, çağrılır. Səcərəmizin hər zamanda xalq üçün, dövlət üçün, el üçün gərəkli, layiqli çox nümayəndələri olub. Bu təmsilçilik bir çox sahələri əhatə edir ki, buraya ötən əsrin əvvəllərində Qərbi Azərbaycanın Göyçə mahalında (Daşkənd kəndi) ermənilərə qarşı mübarizə aparmış, adları tarixə düşmüş igidlər, elin, xalqın yaddaşında yaşayan saz-söz adamları, müharibə iştirakçıları, qəhrəman şəhidlər, alimlər, dövlət adamları, general və qazilər, hörmətli ağsaqqallar, ziyalılar, müxtəlif peşə sahibləri və s. aiddir. Və səcərə üzvü olaraq biz hər zaman öz səcərəmizlə fəxr edib, səcərəmizin tanınması üçün təbliğatlar aparmışıq. Bu təbliğatın daha yüksək səviyyədə bariz nümunəsi isə səcərəmizin çox layiqli nümayəndəsi, təkcə elimizdə, kəndimizdə deyil, elmi və bədii araşdırmaları, publisistik məqalələri, folklorumuza töhfə verən bir çox kitabları ilə, eyni zamanda efir və radio çıxışları ilə tanınan, çox böyük auditoriya tərəfindən sevilən, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Araz Yaquboğlunun bu günlərdə Elm və Təhsil nəşriyyatında çapdan çıxmış “Soyumuz, kökümüz, özümüz” adlı iri həcmli kitabıdır. Qeyd edim ki, müəllif təxminən 1750–ci ildən 2025–ci ilin sonlarına qədər yaşamış bütün səcərə üzvlərini doğum və ölüm tarixləri, ailə üzvləri ilə dəqiqliklə qeydə almışdır. Əlbətdə bu müəllifdən çox böyük diqqət və bacarıq tələb edir ki, Araz müəllim bü işin öhdəsindən layiqincə gəlmişdir. Ondan irəli gələrək, kitab çapdan çıxan elə ilk gündən nəinki səcərə üzvlərinin, hətda başqa səcərə təmsilçilərinin də böyük marağna səbəb olmişdur. Bu mənada 08 fevral 2026-cı il tarixdə başda müəllif özü olmaqla səcərinin onlarla üzvünün iştirakı ilə çay masası ətrafında kitabın təqdimatı qeyd olunmuşdur. Tədbirdə iştirak edən səcərə üzvləri kitabın müəllifi Araz Yaquboğluna və kitabın nəşri üçün maddi dəstək göstərmiş, müəllifin qardaşı Eldəniz Hacıyevə öz minnətdarlıqlarını çatdırmışlar. Təqdimat tədbirinin vidio-yazısı burada: >>>>>> Bax

Mənbə: “Soyumuz, kökümüz, özümüz” 

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I