Hər dəfə “Tovuz” qəzeti və onun xüsusi buraxılışları çap olunanda elə bilirəm ki, yenidən doğuluram və sevdiyim həyat bütün ağrı-acılara rəğmən gözəlləşir ,daha da yaşamalı olur.Son dörd aya yaxın müddətdə qəzetimiz işıq üzü görməklə ümumi səhifəsi 900-dən çox olan xüsusi buraxılışlarımız işıq üzü görüb.Buraxılışlarımız aşağıdakılardır: 1.Çingiz Qəribli, “Humayın rəsm dünyası”.140 səhifə 2.Telman Musazadə,”Azərbaycan qiymətli kağızlar bazarının müasir vəziyyəti və inkişaf istiqamətləri”.110 səhifə. 3.Sübhan Tovuzlu,”Ürək yanır,qələm yazır”.340 səhifə. 4.Sübhan Tovuzlu,”Dünya mənlə,mən dünyayla oynadım”.320 səhifə.
May ayında çap olunacaq xüsuusi buraxılışlar: 1.Çingiz Qəribli,”Tovuza gəl,Tovuza!”,Şeirlər və poema. 2.Çingiz Qəribli,”Qadan alım” və yaxud “Azərbaycan xəritəsi”. 3.Çingiz Qəribli, “Qoşmalar”,350 səhifə.
Eyni zamanda,”Tovuza həsr olunmuş şeirlər” antalagoyiası üzərində işlər gedir.
Bu işlərin görülməsində ən böyük dəstəkçimiz “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədri Musa Süleymanov,sədr müavini Çingiz Abbasovdur.Mikayıl Bozal,Namazəli Məmmədov qəzetimizin çap olunmasına köməklik göstəriblər.Tovuzlular bilsin ki, biz bu xidmətimizi maaş almadan göstəririk.
“Tovuz”unutmayın. Unutmayın ki, “Tovuz” tovuzlulaın və tovuzsevərlərin qəzetidir.
Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, olduğu yerdə vətənini sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medallar, müxtəlif mükafatlar olub. Bəli, o olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…
Çox gözəl insandır. İllərlə “sehirli qutu”dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…
Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…
O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.
Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar mədəniyyət işçisi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb…
Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…
Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki… Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər…
Martın 14-ü Tahir Əmiraslanovun doğum günüdür, 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram…
Dəyərli Tovuzlular, bu günlərdə sosial şəbəkələrin birində belə bir başlığa rast gəldim. Oxudum və çox təəccübləndim. “Tovuzdan olan yazarlar nə üçün Tovuz haqqında yazmırlar“. Bu cümlə məni çox narahat etdi. Axi əslən Tovuzun Köhnəqala kəndindən olan, şair – publisist, canlı ensiklopediya olan Vaqif İsaqoğlu öz vəsaiti hesabına Tovuz və Tovuzlular haqqında 10 kitab yazıb, çap etdirib. 1.”Tovuz şəhidləri”. 2. “Dünya səndən kimlər keçdi”?… 3.”Tovuzlu həkimlər”. 4.”Tovuzdan məktublar”. 5.”Haça qaya”.6. “Tovuzum “. 7.”Tovuzun saz – söz dünyası”.8.”Qandallara bizi aparan yollar.” 9.”101 Tovuzlu “.10.”Kimlərdi Tovuzun şohrət ünvanı?!” adlı kitabların müəllifidir.
Bu yazılanları görməmək mən deyərdim ki, insafsızlıqdır!