Ağlar Qarabağım, Xocalım ağlar Sonsuz bir əzabdır, sağalmaz yara, Yazıldı tarixə o günlər qara, Asıldı, kəsildi, çəkildi dara, Söndü Xocalıda bütün cıraqlar. Ağlar Qarabağım, Xocalım ağlar. Mərmilər titrətdi göyləri, yeri, Yüksəlmişdi ərşə nalə səsləri, Dünyanın heç nədən yoxmuş xəbəri, Yanmadı evlərdə daha ocaqlar, Ağlar Qarabağım, Xocalım ağlar. Bir şəhər qərq oldu qaranlıqlara, Güllələr yağırdı vermədən ara, Çırpınır, Xocalım düşübdür dara, Xalqımın köksünə çəkdilər dağlar. Ağlar Qarabağım, Xocalım ağlar.
Bizim xalqımıza tələ qurdular, Yolumuz üstünü kəsib durdular, Qovdular, arxadan bizi vurdular, Qırıldı millətim, töküldü qanlar, Ağlar Qarabağım, Xocalım ağlar. Ağsaqqalım, ağbirçəyim, övladım, Anam, baçım mənim, namusum adım, Qırıldı göylərə qalxdı fəryadım, Bu gün Xocalımı düşmən ayaqlar, Ağlar Qarabağım, Xocalım ağlar. Gözlədi Xocalı yoldaydı gözü, Harayı çatmadı, çatmadı sözü, Elə bil dünyanın dönmüşdü üzü, Ellər Xocalımın yasını saxlar, Ağlar Qarabağım, Xocalım ağlar. Yaddan çıxartmarıq sənin adını, Göylərə yüksələn o fəryadını, Uşaqları, qocaları, qadını, Qıranlar xalqıma cavab verəcək, Xalqım yenə Xocalıya dönəcək! Xalqım yenə Xocalıya dönəcək! 2015.
XOCALI Bir qarlı, şaxtla gecə düşmüşdü, Bilmirdi Xocalı son gecəsidir. Bilmirdi bu gecə qətl gecəsi, Bilmirdi bu gecə qan gecəsidir. Ana ayaqyalın, ana baş açıq, Başından ləçəyi düşüb boynuna. Nə soyuğa baxır, nə qara baxır, Qaçır körpəsini sıxıb qoynuna. Qaranlıq gecədə ucur güllələr, Mərmilər hər yandan vurur şəhəri. Necə öz canının hayına qalıb, Ananın baladan yoxdur xəbəri.
· Bu, bizim küçəmizdir. Maşınlı , uşaqlı, qocalı… Barılardan açılmış qapılarda meyvə dükanları, qırmızı almalar, dənizçi köynəyinə bənzəyən qarpızlar, yatmış sarı pişiyə oxşayan yemişlər…
Hərdən almalar top kimi küçəyə diyirlənir. Uşaqlar o saat həmin almanı astaca götürüb öz yeşiyinə qoyurlar. Sonra əllərini arxalarında çarpazlayıb meyvələrə tamaşa edirlər.
Hər gün qatıq- süd, göy-göyərti, kartof soğan satan köhnə maşınların çığırtısı küçəni başına götürür. Biz də bu küçədə gah futbol oynayır, gah da dərs keçirik. Hərdən toplarımız yolnan keçən maşınlara, qocalara dəyir və ya kiminsə həyətinə düşür. Top dəyən və ya kiminsə həyətinə düşən kimi o saat topu vurandan soruşurlar: bala, sən kimin uşağısan? Vəssalam. Bizim küçədə bundan ayrı cərimə olmur.
Bizim küçədə tək Ənvər dayının hasarı hamardır. Ona görə də biz onu özümüzə yazı lövhəsi seçmişik. Hər gün toplantılarımızı burda keçirirk. Hərdən Ənvər dayı həyətdən çıxır və o saat ucadan danışan uşaqdan soruşur, bala, sən kimin uşağısan? Ayrı heç nə demir, qayıdıb girir içəri.
Küçəmizin adı yoxdur, çünki bizim evlər təzə tkilib, küçəmiz hələ kələ- kötürdür. Sadəcə adı belə gedir: Salyan şosesi. Bu yol isə bizlərdən uzaqdır. Sadəcə Bakı – Salyan yoludur. Ona görə də hara getsək və bizdən soruşsalar, sadəcə belə deyirik. Səriyyə xalanın evinin yanı. Lap dərinə gedib dəqiləşdirsək Əvəzin taxta dükanının arxa tərəfi. İnanın, belə adları artıq şəhərimizin taksiləri də tanıyır.
Dəstəmizin rəhbəri Elçindir. Mən Elçindən 2 yaş balacayam, 8 yaşım var. Elçinin bu il on yaşı tamam olur. Kiçik qardası Elsevər 7 yaşındadı. Bacısı Elnarənin cəmi 3 yaşı var. Atası neftçi, anası həkimdir.
Elçin dərsdən sonra məhlədəki uşaqları Ənvər dayının hasarının yanına çağırır.. Əslində bura bizim sinif otağımız hesab olunur. Hər dəfə ilk dərsimiz belə başlayır. Elçin uca səslə deyir:
-Uşaqlar, bizim küçəmizin adı Səlyan yoludur, rayonumuz Səbaildir, ölkəmizin adı Azərbaycan, paytaxtı Bakı şəhəridir.
Səlyan yolu maşınla dolu olur. Özü də sürətli. Bir dəfə Ənvər dayının nəvəsini, bizim dəstəmizin ən balacasını Sarıköynəyi maşın vurdu. O vaxtdan istəmirik ki, “Səlyan yolu” bizim küçəmiz olsun. İstəmirik, istəmirik…
Bu sözləri bir dəfə lap ucadan dedik, susmadıq, 10 dəfə dedik, səsimizə üyğun ayağımızı yerə döydük. Sonra gündəlik bu sözləri təkrarladıq.
Hər dəfə də Ənvər dayı küçəyə çıxıb heç vaxt dəyişməyən əbədi sualını verir, bala, sən kimin uşağısan? Cavabını gözləməmiş geri qayıdır.
Bizim məhlədə 50-dən çox uşaq var. Qonşu küçələrdən də bizim məhləyə gələn uşaqlar çoxdur.
Elə uşaq var ki, heç küçəsinin adını ev nömrəsini bilmir, ona görə də Elçin ən birinci uşaqlara ünvanları öyrədir. Uşaqlar ən çox itməkdən qorxurlar axı.
Küçəmizdə bir pişik xəstlənib, divarın dibində büzüşüb miyoldayır. Aydan tez gedib evdən kolbosa-çörək gətirdi. Onu səliqə ilə doğrayıb pişiyin qabağına qoydu. Elnərə qaçıb qalın bir yun örtük gətirib pişiyi bükdü. Uşaqların hamısı balaca ağ pişiyin qulluğunda idi. O vaxtdan uşaqlar qərara gəldilər ki, küçədə nə qədər pişik varsa, onları yemləsinlər. Uşaqlar pişikləri ac qoymurdulur. Hər gün növbə ilə onları yedirdirdilər. Üşüyüni növbə ilə evə aparırdılar.
Bir gün Elçin Ənvər dayının hasarına “26 Fevral” tarixini yazdı və bizə Xocalıdan danışdı. Sonra onun altına Xocalı haqqında üç bəndlik şeir yazdı. Biz şeiri əzbərlədik. Sonrakı günlər şeirli xorla deyirdik, ardınca Sarıköynəyi xatırlayırdıq.
Bir gün güclü bir yağış yağdı, yazı lövhəsindəki şeiri pozdu. Amma “26 Fevral” sözünü pozmadı, poza bilmədi, ya da özü pozmaq istəmədi.
Növbəti payız Elçingil Əhmədlidən ev aldı. Elçin bizimlə vidalaşıb getdi. Getməyinə ən çox Ənvər dayı kövrəldi. Sonralar Ənvər dayı divarı rəngləyəndə “26 Fevral” sözünə dəymədi. Elçinin və Sarıköynəyin xatirəsi kimi onu qorudu. Divarın dibinə sarı çiçəklər əkdi.
Başqa yerlərdən gələnlər həmişə küçəmizin adını axtaranda gözləri divara sataşdı:”26 Fevral”. Beləcə – bir – birinə deyə – deyə “26 Fevral” dillərə düşdü. Mənzil idarəsindən gələnlər də bu sözü dəftərlərinə yazdılar. Bir yazdılar, iki yazdılar, axırda özləri də yazdıqlarına inandılar və bizim küçəmizin adını “26 Fevral” qoydular.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş və uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Rusiya imperiyasının Cənubi Qafqaz ilə bağlı planı burada yaşayan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək və həmin əraziləri mənimsəməklə Rusiyanın tarixi arzusunu həyata keçirmək idi. Məhz bu məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Bundan əlavə bu siyasətin daha uğurla həyata keçirilməsi üçün həmin bölgələrdə ermənilərin sayı süni surətdə çoxaldılır və nəticədə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına və erməni-müsəlman qırğınlarının törədilməsinə səbəb olurdu. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, sonralar öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da iki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirir, torpaq iddiaları irəli sürür, böyük fəlakətlər törədirdilər. Demək olar ki, iyirminci yüzillik başdan-başa azərbaycanlıların kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə müşayiət olunmuşdur.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlayan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edirdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
Daha sonra birinci dünya müharibəsi zamanı Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Cənubi Qafqaz sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmiş və sonrakı dövrlərdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atmışlar. Bu vasitələrdən biri də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olmuşlar.
Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərdən Xocalı soyqırımı antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilir. Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı birmənalı şəkildə ayırmaq və onu Ermənistana birləşdirmək məqsədilə tarixi planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamışlar. 1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları daha da artmış və Dağlıq Qarabağ regionunda yerləşən rayonlardan biri olan münaqişədən öncə 7 min və əksəriyyəti azərbaycanlılardan ibarət əhaliyə malik olan Xocalı bu əməliyyatların hədəfinə çevrilmişdir.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq təcavüzkar Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarımızı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. Belə ki, 1992-cil fevral ayının 26-da həyata keçirilən Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki şəhər 4 aydan artıq mühasirədə qaldığı və blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. O müsibətli gecədə gözləri önündə balası süngüyə keçən analar havalanmış, ata-anasının vəhşicəsinə öldürüldüyünə şahidlik edən balaların bağrı çatlamışdı. Xocalı sakinləri şaxtanın qılınc kimi doğradığı qarlı havada ayaqyalın, başıaçıq çöllərə, düzlərə, meşələrə üz tutaraq canlarını qurtarmaq istəmişlər. Bu günahsız insanlara təbiət rəhm etsə belə faşist xislətli erməni cəlladları aman verməmişdi. Dörd bir tərəfdən mühasirəyə alınan şəhər günahsız insanların al qana boyanmışdır. Cinayətkar ermənilər qoca, qadın, uşaq demədən qarşılarına çıxanı ya vəhşicəsinə öldürmüş, ya da əsir götürülərək olmazın işgəncələr vermişlər. Xocalı soyqırımı zamanı 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca olmaqla 613 nəfər ödürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də məlum deyildir.
Bu faciənin dünyada soyqırım kimi tanınması və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan xalqı yorulmadan mübarizə aparır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir. Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.
Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya,Herseqovina, Cibuti, Peru, Honduras, Panaa, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda “Xocalı soyqırımı” və “Xocalı faciəsi” kimi, digər ölkələrdə isə “Xocalı qətliamı” kimi anılır. Hal-hazırda,bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şexslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər,ancaq vaxt gələcəkdir ki,onlar tarixin məhkəməsi qarşisinda cavab verməli olacaqlar. Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Azərbaycan dövləti uzun illərdir Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl, sistemli və məqsədyönlü iş aparır: “Bir neçə ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çox uğurlu nəticələr verib. Bütün bunlar dünya ictimaiyyətinin Xocalı haqqında məlumatlandırılmasında mühüm rol oynayıb.
Azərbaycan xalqı əsrlər boyu sülhsevər olub. Millətimə qarşı törədilən soyqırımını bütün insaniyyətə edilən cinayət sayıram. Azərbaycan qadını, anası olaraq nəinki öz ölkəmdə, bütün dünyada müharibələrə son qoyulmasını, uşaqlara xoşbəxt gələcək, firavan, gülüş dolu həyat arzulayıram. İnsanları sülh, həqiqət, sevinc dolu bir dünyada şad, firavan yaşaması uğrunda mübarizəyə səsləyirəm.
ALLAH RƏHMƏT ELƏSİN! Xocalı soyqırımı qurbanlarının siyahısı 1. Abbasov Elbrus Qaraş oğlu 2. Abbasov Elxan Kamran oğlu 3. Abbasov Eyvaz Kamran oğlu 4. Abbasov Əntiş Heydər oğlu 5. Abbasov Salah İsmayıl oğlu 6. Abbasov Savalan 7. Abbasov Taleh Ümidvar oğlu 8. Abbasov Vəlyəddin Ümidvar oğlu 9. Abbasova Elnarə Tofiq qızı 10. Abbasova Əntiqə Heydər qızı 11. Abbasova Həmayıl Canış qızı 12. Abbasova Suğra Əliş qızı 13. Abdinov Seymur İmamverdi oğlu 14. Abdinova Rahilə Mikayıl qızı 15. Abdinova Samirə İmamverdi qızı 16. Abdullayev Mahir Tanrıverdi oğlu 17. Abdullayev Məhiş Nəsib oğlu 18. Abdullayev Yusif Qoca oğlu 19. Abdullayeva Lətafət Həsən qızı 20. Abdullayeva Maya Salah qızı 21. Abdullayeva Məlahət Məhiş qızı 22. Abdullayeva Sevinc Sərhad qızı 23. Abışov Çingiz Nazim oğlu 24. Abışov Elşad Qiyas oğlu 25. Abışov Etibar Möhsüm oğlu 26. Abışov Əli Əbdül oğlu 27. Abışov Fikrət Cəfar oğlu 28. Abışov Habil Möhsüm oğlu 29. Abışov Mobil Möhsüm oğlu 30. Abışov Səadət Niyaz oğlu 31. Abışova Çinarə Nazim qızı 32. Abışova Gülzar Gülalı qızı 33. Abışova Xəzəngül Əli qızı 34. Abışova Lətifə Bədirxan qızı 35. Abışova Mədinə Bədirxan qızı 36. Abışova Məhbubə Qurban qızı 37. Abışova Məruzə Məhəmməd qızı 38. Abışova Məryəm Məşədi qızı 39. Abışova Minarə Rəhim qızı 40. Ağamirzəyev Hüseyn Ağamirzə oğlu 41. Ağamirzəyeva Nərgiz Bəhmən qızı 42. Ağayarov Nəbi İsak oğlu 43. Ağayarov Roman İsaq oğlu 44. Ağayarov Sadıq Şirxan oğlu 45. Ağayarova Güllü Surxay qızı 46. Ağayarova Sevinc İsaq qızı 47. Ağayarova Züleyxa Yunis qızı 48. Ağayev Allahverdi Səttar oğlu 49. Ağayev Rasim Mirsalam oğlu 50. Ağayev Vidadi Sacəddin oğlu 51. Ağayev Zahid Səttar oğlu 52. Alxanova Sevinc Sahib qızı 53. Alıyeva Gülcahan Bəşir qızı 54. Allahverdiyev Aslan 55. Allahverdiyev Bəhram Hidayət oğlu 56. Allahverdiyev Hidayət Bəhram oğlu 57. Allahverdiyev İlham Baxşeyiş oğlu 58. Allahverdiyev Mahir Novruz oğlu 59. Allahverdiyev Mumuş Bəhram oğlu 60. Allahverdiyev Novruz Salah oğlu 61. Allahverdiyev Salah İmamqulu oğlu 62. Allahverdiyev Vidadi Mürsəl oğlu 63. Allahverdiyev Ziyadxan Salah oğlu 64. Allahverdiyeva Bənövşə İsmayıl qızı 65. Allahverdiyeva Gülnarə Teymur qızı 66. Allahverdiyeva İradə Astan qızı 67. Allahverdiyeva Kifayət Hüseynalı qızı 68. Allahverdiyeva Qəmzə Qaraş qızı 69. Allahverdiyeva Nazilə Vəli qızı 70. Allahverdiyeva Şəfiqə Zeynal qızı 71. Allahverdiyeva Teybə Nəbi qızı 72. Allahverdiyeva Validə Astan qızı 73. Allahverdiyeva Yeganə Naib qızı 74. Allahyarov Etibar Baloğlan oğlu 75. Allahyarova Fəridə Məhərrəm qızı 76. Allahyarova Kifayət Müseyib qızı 77. Allahyarova Səadət Müseyib qızı 78. Allahyarova Zəminə Müseyib qızı 79. Alpənəyev Fikrət Cəfər oğlu 80. Alpənəyeva Zərifə Ağa qızı 81. Alpənsiev Söhbət Alı oğlu 82. Aslanov Bəxtiyar Qulu oğlu 83. Aslanov İqbal Qulu oğlu 84. Aslanov Qulu Bəhram oğlu 85. Aslanova Elnara Tofiq qızı 86. Aslanova Gülsabah Qəyyum qızı 87. Atakişiyev Fərhad Rəman oğlu 88. Babayev Allahverdi Əli oğlu 89. Babayev Bakir Bəbir oğlu 90. Babayev Bəbir Əsgər oğlu 91. Babayev Füzuli Əli oğlu 92. Babayev Xəqani Əli oğlu 93. Babayev Qədir Əsgər oğlu 94. Babayev Nəsimi Əli oğlu 95. Babayeva Fənar Fərman qızı 96. Babayeva Qəribə Muxtar qızı 97. Babayeva Tofiqə 98. Babışyev Əli Rəis oğlu 99. Bağırov Bəhman Yaqub oğlu 100. Bağırov Elşən Həsən oğlu 101. Bağırov Zeynal Məmməd oğlu 102. Bağırova Həlimə Alış qızı 103. Bağırova Nailə Həsən qızı 104. Bağırova Zəhra Sarı qızı 105. Baxşəliyev Elxan Savalan oğlu 106. Bayramov Cəllad Səməd oğlu 107. Bayramov Rövşən Zahid oğlu 108. Bayramov Zahid Tapdıq oğlu 109. Bebzinov Zeynal Məmməd oğlu 110. Behbudov Vaqif Yusif oğlu 111. Behbudova Gülbahar Yusif qızı 112. Behbudova Gülnaz Yusif qızı 113. Behbudova Sürəyya İbrahim qızı 114. Bəbirov Tofiq Nifti oğlu 115. Bəhmənov Akif Vaqif oğlu 116. Bəhmənov Müşfiq Vaqif oğlu 117. Bəşirova Ruqiyyə İfrat qızı 118. Bəşirova Ülviyyə İfrat qızı 119. Bilalov Namiq Məhəmməd oğlu 120. Binəliyev Cabbar Gülalı oğlu 121. Binəliyev Əlişir Gülalı oğlu 122. Boranov Maqsud Alı oğlu 123. Butko Dmitri Nikolayeviç 124. Cabbarov Azad Pirqulu oğlu 125. Cabbarov Xıdır Sədrəddin oğlu 126. Cabbarov Şahin Talış oğlu 127. Cabbarova Xanım Əli qızı 128. Cabbarova İradə Aslan qızı 129. Cahangirov Əliş Cahangir oğlu 130. Cahangirov Kamran Cahangir oğlu 131. Cahangirova Səriyyə Cahangir qızı 132. Cahangirova Solmaz Cahangir qızı 133. Cavadov Əhməd Əmir oğlu 134. Cavadov Əli Müsül oğlu 135. Cavadov Vaqif Əliş oğlu 136. Cəbrayılova Cahan 137. Cəbrayılova Səmayə Sarı qızı 138. Cəfərov Məhəmməd Vəlikişi oğlu 139. Cəfərov Müseyib Səfiyar oğlu 140. Cəfərov Nüsrət Fazil oğlu 141. Cəfərov Samir Tacir oğlu 142. Cəfərova Bağdad Hətəm qızı 143. Cəfərova Bənövşə Alı qızı 144. Cəfərova Xəzəngül Əli qızı 145. Cəfərova Pəri Muxtar qızı 146. Cəfərova Rəfiqə İman qızı 147. Çobanov Tapdıq Xədicə oğlu 148. Çobanova Nəzakət Tapdıq qızı 149. Eyvazov Hidayət Əli oğlu 150. Əbdülov Məzahir Yaqub oğlu 151. Əbdülov Savalan Qaraş oğlu 152. Əbdülov Yelmar İskəndər oğlu 153. Əbdülov Zahid Yelmar oğlu 154. Əhmədov Eldar Naib oğlu 155. Əhmədov Əhməd 156. Əhmədov Məzahir 157. Əhmədov Natiq İlyas oğlu 158. Əhmədov Rəfail Naib oğlu 159. Əhmədov Vaqif İslam oğlu 160. Əhmədov Yelmar Naib oğlu 161. Əhmədova Çiçək Savalan qızı 162. Əhmədova Durna Salman qızı 163. Əhmədova Xanım Fərhad qızı 164. Əhmədova Sərvinaz Əhməd qızı 165. Əhmədova Sürəyya Cavad qızı 166. Əhmədova Zibeydə Bədəl qızı 167. Əkbərov Hümbət Mehdi oğlu 168. Ələkbərov Aydın Təvəkkül oğlu 169. Ələkbərov Əsgər Qurban oğlu 170. Ələkbərov Səxavət Təvəkkül oğlu 171. Ələkbərov Təvəkkül Ələkbər oğlu 172. Ələkbərova Zeynəb Cümşüd oğlu 173. Ələsgərov Mahir Məhərrəm oğlu 174. Ələsgərov Məzahir Məhərrəm oğlu 175. Ələsgərov Vahid Rəşid oğlu 176. Əliməmmədov Faiq Şahmalı oğlu 177. Əliməmmədov Namiq Şahmalı oğlu 178. Əliyev Ağəli Naib oğlu 179. Əliyev Akif Ənvər oğlu 180. Əliyev Amil Rəşid oğlu 181. Əliyev Arif Xanlar oğlu 182. Əliyev Asif Ənvər oğlu 183. Əliyev Ayaz Elman oğlu 184. Əliyev Bakir Şiraslan oğlu 185. Əliyev Camal Firdovsi oğlu 186. Əliyev Elçin Firdovsi oğlu 187. Əliyev Eldar Kəriş oğlu 188. Əliyev Elgiz Firdovsi oğlu 189. Əliyev Elman Kərim oğlu 190. Əliyev Elşən Abil oğlu 191. Əliyev Elşən Sahədar oğlu 192. Əliyev Əbülfət Əli oğlu 193. Əliyev Əhməd 194. Əliyev Ələkbər Əlehsan oğlu 195. Əliyev Ələsgər Məhəmməd oğlu 196. Əliyev Ənvər Zeynal oğlu 197. Əliyev Əsgər Firdovsi oğlu 198. Əliyev Əyyub Sarı oğlu 199. Əliyev Faiq Elman oğlu 200. Əliyev Firdovsi Əşrəf oğlu 201. Əliyev Firdovsi Firdovsi oğlu 202. Əliyev Firudin İsa oğlu 203. Əliyev İlham Bahadur oğlu 204. Əliyev İsa Əbdüləli oğlu 205. Əliyev İslam Əbdüləli oğlu 206. Əliyev Mikayıl Atababa oğlu 207. Əliyev Nadir Qaçay oğlu 208. Əliyev Rüfət İman oğlu 5 209. Əliyev Səbuhi Cahangir oğlu 210. Əliyev Səlim cahangir oğlu 211. Əliyev Sərxan İslam oğlu 212. Əliyev Şahin Firdovsi oğlu 213. Əliyev Təvəkkül Baxış oğlu 214. Əliyev Yusif 215. Əliyeva Aygün Rəhim qızı 216. Əliyeva Çiçək Ələkbər qızı 217. Əliyeva Dilarə Ənvər qızı 218. Əliyeva Heyran Mürşüd qızı 219. Əliyeva Xavər Yusif qızı 220. Əliyeva Kübra Elman qızı 221. Əliyeva Mahı Qabil qızı 222. Əliyeva Rəhilə Əhməd qızı 223. Əliyeva Rəhilə Hümbət qızı 224. Əliyeva Rüxsarə Əliyar qızı 225. Əliyeva Səadət Firdovsi qızı 226. Əliyeva Səhər Çərkəz qızı 227. Əliyeva Səriyyə Firdovsi qızı 228. Əliyeva Sürəyya Bayram qızı 229. Əliyeva Sürəyya Behbud qızı 230. Əliyeva Svetlana Cavanşir qızı 231. Əliyeva Yeganə Məhərrəm qızı 232. Əmirəliyev Rəşid Həsən oğlu 233. Əmirov Təvəkkül Baxış oğlu 234. Əmirova Maya Qabil qızı 235. Əmirova Raya Qabil qızı 236. Əmirova Yeganə Təvəkkül qızı 237. Əmrəliyeva Adilə Əli qızı 238. Əmrəliyeva Aynurə Rəşid qızı 239. Əsədov Nurəddin Məhər oğlu 240. Əsədov Yalçın Asif oğlu 241. Əsgərov Eldar Nizami oğlu 242. Əsgərov Əsgər İmran oğlu 243. Əsgərov Xaqani Kərəm oğlu 244. Əsgərov Nizami 245. Əyyubova Lamiyə Əli qızı 246. Əyyubova Leyla Əli qızı 247. Əzimov Akif Seydulla oğlu 248. Əzimov Ənvər Natiq oğlu 249. Əzimov Həsənbala Şahmar oğlu 250. Əzimov Natiq Abbasqulu oğlu 251. Əzimova Dilarə Seydulla qızı 252. Əzimova Əntiqə Ənvər qızı 253. Əzimova Pərvanə Hüseyn qızı 254. Əzimova Ülviyyə Salman qızı 255. Əzizov Aydın Nəriman oğlu 256. Əzizov Əzim Məşədi oğlu 257. Əzizov Fikrət Abbas oğlu 258. Əzizov Hüseyn Nəriman oğlu 259. Əzizov İbrahim Nəriman oğlu 260. Əzizov Mehman Qüdrət oğlu 261. Əzizova Rəşidə Nəriman qızı 262. Əzizova Zərif Nəriman qızı 263. Əzizova Zərifə Əkbər qızı 264. Fərzəliyev Cahan Hümbət oğlu 265. Fərzəliyev Canan Binnət oğlu 266. Fərzəliyev Fərzəli Məzahir oğlu 267. Fərzəliyev Qədim Fərzəli oğlu 268. Fərzəliyev Məzahir Qulu oğlu 269. Fərzəliyeva Hürü Məzahir qızı 270. Fərzəliyeva Qütabə Məzahir qızı 271. Hacıyev Əli 272. Hacıyev Əlif Lətif oğlu 273. Hacıyev Süleyman Lətif oğlu 274. Hacıyev Tahir Hacı oğlu 275. Hacıyev Yaşar Hacı oğlu 276. Haqverdiyev Davud Məşədi oğlu 277. Haqverdiyev Şahin Məşədi oğlu 278. Haqverdiyeva Həvva Zeynalabdin qızı 279. Həlili Məlahət Abbas qızı 6 280. Həmdiyeva Mehriban Rəcəb qızı 281. Həmənova Gülçöhrə 282. Həmidov Liya Aftandil oğlu 283. Həmidov Mübariz Yusif oğlu 284. Həmidov Osman Həmid oğlu 285. Həmidova Kifayət Oruc qızı 286. Həmzəyev Abdulla Köçəri oğlu 287. Hənifəyev Bəhmən Salman oğlu 288. Həsənov Cəmil Soltan oğlu 289. Həsənov Elgün Nazim oğlu 290. Həsənov Elnur Elxan oğlu 291. Həsənov Elşad Qaçay oğlu 292. Həsənov Ələddin Səfər oğlu 293. Həsənov Əli Mürsəl oğlu 294. Həsənov Həsən İbrahim oğlu 295. Həsənov İmran Ələkbər oğlu 296. Həsənov Qabil Qasım oğlu 297. Həsənov Qafur Eldar oğlu 298. Həsənov Mehdi Ramil oğlu 299. Həsənov Ramil İbrahim oğlu 300. Həsənov Ramiz Allahverdi oğlu 301. Həsənov Rövşən Qaçay oğlu 302. Həsənov Söhbət Usub oğlu 303. Həsənov Tabil Qasım oğlu 304. Həsənov Tacir Eldar oğlu 305. Həsənov Telman Yelmar oğlu 306. Həsənov Tofiq Bəylər oğlu 307. Həsənov Vahid Mövsüm oğlu 308. Həsənov Yamən Kazım oğlu 309. Həsənova Afiqə 310. Həsənova Aygün Nazim qızı 311. Həsənova Aynur Elxan qızı 312. Həsənova Fitat Əhməd qızı 313. Həsənova Göyçək Heydər qızı 314. Həsənova Gülçöhrə Yaqub qızı 315. Həsənova Günəş Əbdül qızı 316. Həsənova Xəyalə Eldar qızı 317. Həsənova Qətibə Mirsiyab qızı 318. Həsənova Lətafət Həsən qızı 319. Həsənova Mehriban Allahverdi qızı və uşaqları 320. Həsənova Məxmər Ələkbər qızı 321. Həsənova Nuranə Elxan qızı 322. Həsənova Rəfiqə Hüseyn qızı 323. Həsənova Rübabə Köçəri qızı 324. Həsənova Sevil Əyyub qızı 325. Həsənova Tofiqə Həsən qızı 326. Həşimov Pərviz Voraşil qızı 327. Həşimov Səlim Kərim oğlu 328. Həşimova Şövkət Şükür qızı 329. Hümbətov Bəhlul Müseyib oğlu 330. Hümbətov Hatəm Qurban oğlu 331. Hümbətov Muğan Cəlil oğlu 332. Hümbətov Talış İsgəndər oğlu 333. Hümbətova Anahid Eldar qızı 334. Hümbətova Firuzə Musa qızı 335. Hümbətova Simuzər Cəlil qızı 336. Hümbətova Südabə Rəşid qızı 337. Hümbətova Sevil Cəlil qızı 338. Hüseynov Allahverdi Qulu oğlu 339. Hüseynov Bəkir Mirsiyab oğlu 340. Hüseynov Çingiz Usub oğlu 341. Hüseynov Elman Nemət oğlu 342. Hüseynov Elmir Elxan oğlu 343. Hüseynov Elşən Həsən oğlu 344. Hüseynov Emin Aleksandr oğlu 345. Hüseynov Emin Elxan oğlu 346. Hüseynov Ələsgər Hilal oğlu 347. Hüseynov Həmzə Oruc oğlu 348. Hüseynov Hatəm İmran oğlu 349. Hüseynov Hüseyn Fərac oğlu 350. Hüseynov Hüseyn İsmayıl oğlu 351. Hüseynov Hüseyn Şükür oğlu 352. Hüseynov Xoşbəxt Hüseyn oğlu 353. Hüseynov İsa Əli oğlu 354. Hüseynov Kamil Dadaş oğlu 355. Hüseynov Məhşər Elxan oğlu 356. Hüseynov Mirsiyab Həzrətqulu oğlu 357. Hüseynov Mürşüd Saməd oğlu 358. Hüseynov Namiq 359. Hüseynov Rəcəb Elxan oğlu 360. Hüseynov Rəşid Hüseyn oğlu 361. Hüseynov Sabir Ağa oğlu 362. Hüseynov Şakir Mustafa oğlu 363. Hüseynov Tacir Hüseyn oğlu 364. Hüseynov Tofiq Mirsiyab oğlu 365. Hüseynov Vüqar Hilal oğlu 366. Hüseynov Zaur Nazim oğlu 367. Hüseynov Zöhrab Hüseyn oğlu 368. Hüseynova Afərim Yusif oğlu 369. Hüseynova Emma Hüseyn qızı 370. Hüseynova Ətrabə Cəbrayıl qızı 371. Hüseynov Əzizə Alış qızı 372. Hüseynova Xoşbəxt Hüseyn qızı 373. Hüseynova Qətibə Mirsiyab qızı 374. Hüseynova Qızbəs Mərdan qızı 375. Hüseynova Maral Kamil qızı 376. Hüseynova Mehriban Allahverdi qızı 377. Hüseynova Məhbubə Eldar qızı 378. Hüseynova Məxmər Qurban qızı 379. Hüseynova Minəş Cümşüd qızı 380. Hüseynova Nərgiz Cəbrayıl qızı 381. Hüseynova Nəsibə Hüseyn qızı 382. Hüseynova Növrəstə Fərmayıl qızı 383. Hüseynova Rəfiqə Cavanşir qızı 384. Hüseynova Rəsmiyyə Aleksandr qızı 385. Hüseynova Sara Səfər qızı 386. Hüseynova Səadət Qədim qızı 387. Hüseynova Süsən Hüseyn qızı 388. Hüseynova Şəbnəm Elxan qızı 389. Hüseynova Şəkər Eldar qızı 390. Hüseynova Şövkət Oruc qızı 391. Hüseynova Zəhra İsmayıl qızı 392. Hüseynova Zinyət Yunis qızı 393. Xanlarov Kirman Məmiş oğlu 394. Xanlarova Şəfiqə Rəhim qızı 395. Xanməmmədov Barat Kamil oğlu 396. Xəlilov Araz Xəlil oğlu 397. Xəlilov Arzu Xəlil oğlu 398. Xəlilov Qaçay Rəhim oğlu 399. Xəlilov Tahir Qaçay oğlu 400. Xəlilova Lalə Tahir qızı 401. Xəlilova Zərifə Zəkara qızı 402. Xudaverdiyev Müşfiq Rizvan oğlu 403. Xudaverdiyev Tavad Rizvan oğlu 404. Xudayarov Kamal Səfiyar oğlu 405. Xudayarova Mətanət Kamal qızı 406. Xudayarova Sona Məhəmməd qızı 407. Xudayarova Sürəyya Alış qızı 408. Xudiyev Zahid Bəhlul oğlu 409. İbadullayev Nadir Nəbi oğlu 410. İbişov Ağa Fikrət oğlu 411. İbrahimov Əlixan Xəlil oğlu 412. İbrahimova Fatma 413. İlyasov Əhməd Məmməd oğlu 414. İlyasov Məmməd İlyas oğlu 415. İmani Ağababa 416. İmani Ağayar Salman oğlu 417. İmani Malik Ağayar oğlu 418. İsbəndiyarov Eldar Hümbət oğlu 419. İsgəndərov Əlabbas Qara oğlu 420. İsgəndərov Niyazi Hümbət oğlu 421. İsmayılov Bəhrəm Mətləb oğlu 422. İsmayılov Elyas Bayram oğlu 423. İsmayılov Hüseyn Bəhmən oğlu 424. İsmayılov İbiş Kərim oğlu 425. İsmayılov İnqilab Ələkbər oğlu 426. İsmayılov İsmayıl Bəhmən oğlu 427. İsmayılov Lətif İsmayıl oğlu 428. İsmayılov Nəbi Məmməd oğlu 429. İsmayılov Seymur Aydın oğlu 430. İsmayılov Səməndər 431. İsmayılov Vidadi Lətif oğlu 432. İsmayılova Aybəniz Seymur qızı 433. İsmayılova Gültəkin Seymur qızı 434. İsmayılova Mənzər Məşədi qızı 435. İsmayılova Mətanət Akif qızı 436. İsmayılova Nərgiz Hüseyn qızı 437. İsmayılova Nuriyyə Qaçay qızı 438. İsmayılova Şövkət Oruc qızı 439. Kazımov Asif Kazım oğlu 440. Kazımov Xəlil Mahmud oğlu 441. Kərimov Firuz Kamran oğlu 442. Kərimov Firuz Samran oğlu 443. Kərimov İntiqam Şahmar oğlu 444. Kərimov Kamran Əli oğlu 445. Kərimov Kamran Soltan oğlu 446. Kərimov Qulu Əliş oğlu 447. Kərimov Manaf Tanrıverdi oğlu 448. Kərimov Rəşid Rəhim oğlu 449. Kərimov Soltan Kamran oğlu 450. Kərimov Soltan Simran oğlu 451. Kərimov Vəli Əliş oğlu 452. Kərimov Yalçın 453. Kərimova Ətrabə Hüseyn qızı 454. Kərimova Firəngiz Mütəllim qızı 455. Kərimova Firəngül Qurban qızı 456. Kərimova Həmayil Əliş qızı 457. Kərimova Səmran Əliş qızı 458. Qarayev Asif Qarakişi oğlu 459. Qarayev İlham Süleyman oğlu 460. Qarayev Saleh Asif oğlu 461. Qasımov Ağa Bayram oğlu 462. Qasımov Qasım Əhməd oğlu 463. Qasımov Yaşar Qaytaran oğlu 464. Qasımov Zöhrab Əvəz oğlu 465. Qasımova Rəsmiyyə Ağa qızı 466. Qasımova Səkinə Əli qızı 467. Qəhrəmanova Elnarə Təvəkkül qızı 468. Qəhrəmanova Gülnarə Təvəkkül qızı 469. Qəhrəmanova Raya Qabil qızı 470. Qəmbərov Emin Səfər oğlu 471. Qəmbərov Nadir Qarsalan oğlu 472. Qəmbərova Esmira Səfər qızı 473. Qəmbərov Qarsalan Boran oğlu 474. Qəmbərov Qarsalan Gəray oğlu 475. Qəmbərov Səfər Qarsalan oğlu 476. Qəmbərova Mətanət Hacı qızı 477. Qəmbərova Validə Boran qızı 478. Qəmbərova Validə Gəray qızı 479. Qocayev Güman Əvəz oğlu 480. Quliyev Aqil Sahib oğlu 481. Quliyev Elçin Balaxan oğlu 482. Quliyev Əkbər Zəkara oğlu 483. Quliyev Əliş Mürsəl oğlu 484. Quliyev Fərhad Səfər oğlu 485. Quliyev Fikrət Əli oğlu 486. Quliyev İslam İdris oğlu 487. Quliyev İsmayıl Qənimət oğlu 488. Quliyev Qənimət Əli oğlu 489. Quliyev Ləliş Mürsəl oğlu 490. Quliyev Məmməd Yusif oğlu 491. Quliyev Mətləb Qənimət oğlu 492. Quliyev Mikayıl Zahid oğlu 493. Quliyev Natiq Vəliyəddin oğlu 494. Quliyev Nizami 495. Quliyev Samir Taleh oğlu 496. Quliyev Şahbaz Mürsəl oğlu 497. Quliyev Şəmsi Əjdər oğlu 498. Quliyev Şükür Bərxudar oğlu 499. Quliyev Şükür Qaryağdı oğlu 500. Quliyev Tahir Sultan oğlu 501. Quliyev Taleh Zəkara oğlu 502. Quliyev Vüqar Sahib oğlu 503. Quliyev Zahid 504. Quliyev Zakir Lətif oğlu 505. Quliyev Zəkara Qamış oğlu 506. Quliyeva Kübra Aydın qızı 507. Quliyeva Məxmər Xanlar qızı 508. Quliyeva Nuranə Qaryağdı qızı 509. Quliyeva Pərvanə Qaryağdı qızı 510. Quliyeva Rüba Hacı qızı 511. Quliyeva Sahibə Abbas qızı 512. Quliyeva Sevinc Əkbər qızı 513. Quliyeva Şura Şamil qızı 514. Quliyeva Vəsilə Zahid qızı 515. Quliyeva Zöhrə Lətif qızı 516. Quliyeva Sara Hüseyn qızı 517. Qurbanov Şəmil İmran oğlu 518. Mahmudov Əhliman Behbud oğlu 519. Mahmudova Roza Səfər qızı 520. Məmmədov Məmməd Qədir oğlu 521. Mehdiyev Cavanşir İsaq oğlu 522. Mehdiyev Fikrət Buruzlu oğlu 523. Mehdiyev Fikrət Bərzu oğlu 524. Mehdiyev İlham Murad oğlu 525. Mehdiyev Murad Şəfa oğlu 526. Mehdiyev Şəfa Baba oğlu 527. Mehdiyeva Aysel Murad qızı 528. Mehdiyeva Gülmirə Murad qızı 529. Mehralıyeva Bəsirə Vəli qızı 530. Mehralıyeva Gülzar Gülalı qızı 531. Mehrəliyev Əli Mürsəl oğlu 532. Mehrəliyev Əli Şükür oğlu 533. Mehrəliyev Orxan Əli oğlu 534. Mədətov Sadiq Oqtay oğlu 535. Məhərrəmov Arif Əsgər oğlu 536. Məhərrəmov Babək Arif oğlu 537. Məhərrəmov Fazil Arif oğlu 538. Məhərrəmov Maqsud Heydər oğlu 539. Məhərrəmov Murad Cəmil oğlu 540. Məhərrəmov Tahir Ağarza oğlu 541. Məhərrəmov Vaqif Cəmil oğlu 542. Məhərrəmova Nazlı Vəli qızı 543. Məhərrəmova Rəhilə Arif qızı 544. Məmişov Şahin Talış oğlu 545. Məmişov Talış Hüseyn oğlu 546. Məmmədov Allahverdi 547. Məmmədov Anar Tahir oğlu 548. Məmmədov Arif İbad oğlu 549. Məmmədov Aydın Qurban oğlu 550. Məmmədov Aydın Tahir oğlu 551. Məmmədov Azad Süleyman oğlu 552. Məmmədov Bəylər Xanlar oğlu 553. Məmmədov Cahangir Məmməd oğlu 554. Məmmədov Ceyhun Vaqif oğlu 555. Məmmədov Cəsarət Ziyad oğlu 556. Məmmədov Çərkəz Abbas oğlu 557. Məmmədov Elbrus Azad oğlu 558. Məmmədov Eldar Əmirxan oğlu 559. Məmmədov Elman Camal oğlu 560. Məmmədov Əkbər Rəhman oğlu 561. Məmmədov Xosrov Bilal oğlu 562. Məmmədov Kamil Əmir oğlu 563. Məmmədov Qiymət Savalan oğlu 564. Məmmədov Məmməd Rəhim oğlu 565. Məmmədov Mövsüm Şahin oğlu 566. Məmmədov Niyaməddin Vaqif oğlu 567. Məmmədov Nizami Murad oğlu 568. Məmmədov Nurəddin Vaqif oğlu 569. Məmmədov Oqtay Şükür oğlu 570. Məmmədov Ramil Cəlal oğlu 571. Məmmədov Ramiz 572. Məmmədov Rasif Salman oğlu 573. Məmmədov Rasim Səlim oğlu 574. Məmmədov Razmik Suren oğlu 575. Məmmədov Saday Süleyman oğlu 576. Məmmədov Sadiq Allahverdi oğlu 577. Məmmədov Səbuhi Cahangir oğlu 578. Məmmədov Səfəralı Mehdi oğlu 579. Məmmədov Səlim Cahangir oğlu 580. Məmmədov Sərvər Yelmar oğlu 581. Məmmədov Söhbət Məmməd oğlu 582. Məmmədov Şöhlət İbiş oğlu 583. Məmmədov Şöhrət İbad oğlu 584. Məmmədov Talış İmran oğlu 585. Məmmədov Tanrıverdi Camal oğlu 586. Məmmədov Vaqif Cəmil oğlu 587. Məmmədov Vaqif Şəmil oğlu 588. Məmmədov Vaqif Şükür oğlu 589. Məmmədov Vasif Salman oğlu 590. Məmmədov Yaşar Yusif oğlu 591. Məmmədov Yelmar Tahir oğlu 592. Məmmədov Zahir Ramiz oğlu 593. Məmmədov Zakir Qasım oğlu 594. Məmmədov Ziyəddin Baxşalı oğlu 595. Məmmədova Afilə İbrahim qızı 596. Məmmədova Aybəniz Asif qızı 597. Məmmədova Aysel Murad qızı 598. Məmmədova Banu Əhməd qızı 599. Məmmədova Dübər Məhəmməd qızı 600. Məmmədova Əzizə Bəşir qızı 601. Məmmədova Gülarə Ağali qızı 602. Məmmədova Gülxanım İbrahim qızı 603. Məmmədova Güllü Abdul qızı 604. Məmmədova Qərinə Tahir qızı 605. Məmmədova Lətafət Eybət qızı 606. Məmmədova Məleykə Atəş qızı 607. Məmmədova Məruzə 608. Məmmədova Pərvanə Camal qızı 609. Məmmədova Roza Səfər qızı 610. Məmmədova Sevil Hüseyn qızı 611. Məmmədova Səltənət Zülal qızı 612. Məmmədova Səmayə İsa qızı 613. Məmmədova Şövkət Eybət qızı 614. Məmmədova Tamara Səlim qızı 615. Məmmədova Zənirə Kərim qızı 616. Mikayılov Aqil Vəlikişi oğlu 617. Mikayılov Araz 618. Mirzəyev Aydın Eldar oğlu 619. Mirzəyev Aydın Şamil oğlu 620. Mirzəyev Kamal Abbas oğlu 621. Mirzəyev Şirin Vəli oğlu 622. Mirzəyeva Aytəkin Eldar qızı 623. Mirzəyeva Gülşən Şamil qızı 624. Mirzəyeva Lətifə Kamal qızı 625. Mirzəyeva Sahilə Şamil qızı 626. Mirzəyeva Sevinc Şamil qızı 627. Muxtarov Kazım Eynulla oğlu 628. Muradov Elşən Kazım oğlu 629. Muradov Faiq Təyyar oğlu 630. Muradov Gündüz Kazım oğlu 631. Muradov Paşa Əsgər oğlu 632. Muradov Şahid Lətif oğlu 633. Muradov Taleh Əsgər oğlu 634. Muradov Tarıyel Taleh oğlu 635. Muradov Zahid Lətif oğlu 636. Muradova Nuridə Kazım qızı 637. Musayev İlqar Vaqif oğlu 638. Mustafayev Rza Bəşir qızı 639. Mustafayev Vidadi Şəfa oğlu 640. Mustafayeva Yaxşı Mehdiqulu qızı 641. Nağıyev Cavad Əli oğlu 642. Nağıyev Məmməd Ağalar oğlu 643. Nağıyev Natiq İsmayıl oğlu 644. Nağıyev Toğrul Cavad oğlu 645. Nağıyev Yusif Cavad oğlu 646. Nağıyev Yusif Şirin oğlu 647. Nağıyeva Sara Ramiz qızı 648. Nağıyeva Sürəyya İmran qızı 649. Nəbiyev Həsən Qaraş oğlu 650. Nəbiyev Məhyəddin Həsən oğlu 651. Nəbiyeva Sara Əkbər qızı 652. Nəbiyeva Səkinə Nabatalı qızı 653. Nəcəfov Alov Nəsib oğlu 654. Nəcəfov Etibar Qulu oğlu 655. Nəcəfov Əli Ağəli oğlu 656. Nəcəfov Əsgər Hidayət oğlu 657. Nəcəfov Qaməddin Şiraslan oğlu 658. Nəcəfov Şiraslan Məmiş oğlu 659. Nəcəfov Vüqar 660. Nəcəfova Zöhrə Məmməd qızı 661. Nəsibov Ramiz Sarı oğlu 662. Nəsirov Cahid Əfqan oğlu 663. Nəsirov Ramiz Kamal oğlu 664. Nəsirov Tohid Əfqan oğlu 665. Nəsirova Tatyana Dmitriyevna 666. Nəzərli Hikmət Baba oğlu 667. Nişanə Xocalı 668. Novruzov Əkbər Cənnət oğlu 669. Novruzov Ələsgər Xanlar oğlu 670. Novruzov Novruz Məhərrəm oğlu 671. Novruzov Zakir Novruz oğlu 672. Novruzova Adilə Məhəmməd qızı 673. Novruzova Rahilə Novruz qızı 674. Novruzova Rübabə Novruz qızı 675. Nuriyev Aydın Nəriman oğlu 676. Nuriyev Hafiz Yusif oğlu 677. Nuriyeva Dilarə Oruc qızı 678. Nurməmmədov Hüseyn Rza oğlu 679. Nurməmmədova Pakizə İslam qızı 680. Orucov Cavan Canan oğlu 681. Orucov Elman Ənvər oğlu 682. Orucov Əli 683. Orucov Faiq Əli oğlu 684. Orucov Fazil Ənvər oğlu 685. Orucov Miryusif Kərim oğlu 686. Orucov Muğan 687. Orucov Rafiq Miryusif oğlu 688. Orucov Telman Ənvər oğlu 689. Orucova Gözəl Heydər qızı 690. Orucova Xəyalə Telman qızı 691. Orucova İradə Əli qızı 692. Orucova İzafə Əli qızı 693. Orucova Məlahət Əli qızı 694. Orucova Mələk Əli qızı 695. Orucova Natəvan Nəbi qızı 696. Orucova Tamara Yunis qızı 697. Orucova Vətən Həbib qızı 698. Paşayev Aleksandr Tapdıq oğlu 699. Paşayev Elşad Aleksandr oğlu 700. Paşayev Ələddin Bəhlul oğlu 701. Paşayev Qədim Rəzil oğlu 702. Piriyev Hatəm 703. Rəcəbov Cəbrayıl Mehdi oğlu 704. Rəcəbov Sərvər Məhəmməd oğlu 705. Rəhmanova Dilarə Məhərrəm qızı 706. Rəşidov Nazim Adil oğlu 707. Rüstəmov Eldar Əmir oğlu 708. Rüstəmov Füzuli Salah oğlu 709. Rüstəmov Həsən İsfəndiyar oğlu 710. Rüstəmova Ceyran İmran qızı 711. Rüstəmova Zivər Allahüseyn qızı 712. Rzayev Canpolad Yaqub oğlu 713. Rzayev Felmar Şahmar oğlu 714. Rzayev İldırım Barat oğlu 715. Rzayev Tapdıq Köçəri oğlu 716. Sadıqov Əvəz Asif oğlu 717. Sadıqov Vaqif İmamverdi oğlu 718. Sadıqova Çiçək Cəlil qızı 719. Sadıqova Qönçə Məmmədbağır qızı 720. Salahov Çingiz Məmməd oğlu 721. Salahov Məhəmməd Əbdül oğlu 722. Salahov Natiq Fərdalı oğlu 723. Salahov Şakir Şamil oğlu 724. Salahova Şəkər Saday qızı 725. Salahova Zəhra Əlabbas qızı 726. Salmanov Müşfiq Vaqif oğlu 727. Salmanov Salman Salman oğlu 728. Salmanova Ayna Soltan qızı 729. Salmanva Aynurə İsmayıl qızı 730. Salmanova Dilarə Salman qızı 731. Sevindiyev Fikrət Vahid oğlu 732. Sevindiyev Şamaxı Vahid oğlu 733. Sevindiyev Vahid Sevindik oğlu 734. Səfərov Əli Xalid oğlu 735. Səfərov Orduxan Aydın oğlu 736. Səfərov Osman Aydın oğlu 737. Səfərov Şahverdi Bəhlul oğlu 738. Səfərova Pəri Muxtar qızı 739. Səfiyev Elxan Nəsib oğlu 740. Səfiyev Sarvan Elxan oğlu 741. Səfiyeva Gözəl Vəli qızı 742. Səlimov Araz Bahadır oğlu 743. Səlimov Bahadır Mikayıl oğlu 744. Səlimov Fəxrəddin Bahadır oğlu 745. 746. Səlimov Xəzər Səyavuş oğlu 747. Səlimov Mikayıl Bahadır oğlu 748. Səlimov Rəfail Elyas oğlu 749. Səlimov Seyid Mikayıl oğlu 750. Səlimov Tofiq Seyid oğlu 751. Səlimova Adilə Allahverdi qızı 752. Səlimova Tamilə Ağamirzə qızı 753. Səmədov Gündüz Hidayət oğlu 754. Səmədov Həmid Bəylər oğlu 755. Səmədov Tarıyel Bəylər oğlu 756. Sofiyev Elxan Nəsib oğlu 757. Süleymanov Rəşid Surxay oğlu 758. Süleymanov Tofiq Yusif oğlu 759. Süleymanova Nübar Lələkişi qızı 760. Şahmuradov Mübariz Əlihüseyn oğlu 761. Şahmuradov Natiq Əmirxan oğlu 762. Şahmuradov Nemət Musa oğlu 763. Şahverdiyev Vüqar Əmirxan oğlu 764. Şahverənov Məhərrəm Covdar oğlu 765. Şiraslanov Qoca İsa oğlu 766. Şirinov Elşən Eldar oğlu 767. Şirinova İradə Akif qızı 768. Şirinova Sahilə Akif qızı 769. Şükürov Akif Rəsul oğlu 770. Şükürov Murad Əliş oğlu 771. Şükürov Tahir Zakir oğlu 772. Şükürov Vaqif Rəsul oğlu 773. Şükürov Vəkil İsfəndiyar oğlu 774. Şükürova Əntiqə İsfəndiyar qızı 775. Tağıyev Elvin Balış oğlu 776. Tağıyev Mübariz Alış oğlu 777. Tağıyev Müzəffər Balış oğlu 778. Tağıyev Ziya Balış oğlu 779. Tağıyeva Məxmər Alış oğlu 780. Tağıyeva Nərminə Alış qızı 781. Talıbov Rahim Xudaverdi oğlu 782. Talıbova Ağca Alxan qızı 783. Usubov Elşad Kamran oğlu 784. Usubov Əliyar Kamran oğlu 785. Usubov Səyavuş Ramiz oğlu 786. Usubov Zahir Əbilqasım oğlu 787. Usubov Zakir kamran oğlu 788. Usubova Şərqiyyə Usub qızı 789. Vəliyev Ağasəf Zakir oğlu 790. Vəliyev Əli İmran oğlu 791. Vəliyev Əvəz Əlabbas oğlu 792. Vəliyev Firdovsi Fazil oğlu 793. Vəliyev Kamil Şahmar oğlu 794. Vəliyev Zahid Nəcib oğlu 795. Vəliyev Zakir Yusif oğlu 796. Vəliyeva Əzizə Əlabbas qızı 797. Vəliyeva Güldanə Zakir qızı 798. Vəliyeva Nazilə Kamil qızı 799. Vəliyeva Zəhra Əlabbas qızı 800. Yusifov Hamlet Məhyəddin oğlu 801. Yusifov Həmid Məhyəddin oğlu 802. Yusifova Natəvan Pənah qızı 803. Zamanov Azad Novruz oğlu 804. Zamanov Elxan Firudin oğlu 805. Zamanov Elnur Firudin oğlu 806. Zamanov Firudin Əliş oğlu 807. Zamanov Novruz Qulu oğlu 808. Zamanova Firuzə Firudin qızı 809. Zamanova Xalidə Novruz qızı 810. Zamanova Nuridə Novruz qızı 811. Zeynalov Eldar Aslan oğlu 812. Zeynalov Məcnun Zaman oğlu 813. Zeynalov Məhəmməd Məsi oğlu 814. Zeynalov Məhəmməd Mikayıl oğlu 815. Zeynalov Nadir Aslan oğlu 816. Zeynalov Osman Bahadır oğlu 817. Zeynalov Tahir Bahadır oğlu 818. Zeynalov Tofiq Aslan oğlu 819. Zeynalova Aynurə Tofiq qızı Siyahı tam deyil…. RUHLARI ŞAD OLSUN! Mənbə: Vüsal Ağa
* Bu qəbildən olan siyahıların dəqiqləşdirilməsi bütün itkinlərimiz haqqında tam dəqiq məlumat əldə etdikdən sonra başa çatacaq.