Etiket arxivi: ZAUR USTAC

Zaur Ustac – Ey Huricamal

EY HURİCAMAL
“Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!”
                                                    İmadəddin Nəsimi
Camalın pünhan sanıldı,
Çünki, gözlər görməz onu.
Gözlər görməz, könül görər,
könülsə, hərfə möhtac…
Mən səni gözlə gəzmədim,
Çünki, göz zahiri görür.
Bütün zahirlərsə, hicab.
Səni hərflərdə gördüm —
“əlif”də qaim vücudun,
“be”də bükülən sirrin var.
Həqiqətlər “nöqtə”də cəm…
Hərf oxunur, yox olmur,
oxunmadan da, mövcuddur.
Sənin camalın da belə:
nə görünməklə var olur,
nə də gizlənməklə itir.
Mən sənə heç “gəl” də deməm,
Çünki, “gəlmək” də bir hicab…
Üfurdüyün ruh canımda,
Dik tutan iliyimdəsən!
27.12.2025. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTACIN 2025-Cİ İL ÜÇÜN HESABATI – RƏSMİ

2025-Cİ İL ÜÇÜN HESABAT

    ZAUR USTAC MƏTBUATDA  2025

  1. Cahangir Namazov – “Milli dəyərləri qoruyan şair”, “Bütöv Azərbaycan” qəzeti, 10 yanvar  2025-ci il,  say: 01 (550), s.10.
  2. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 16-22  yanvar  2025-ci il,  say: 02  (3563), s.7.
  3. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Olaylar” qəzeti, 17-23  yanvar  2025-ci il,  say: 02  (5024), s.19.
  4. Zaur Ustac – “Axıdılmış qanın izi ilə” (Nigar Səttarzadənin eyni adlı kitabı haqqında), “Yeni təfəkkür” qəzeti, 24  yanvar  2025-ci il,  say: 02  (669), s.3.
  5. “Baş redaktordan”, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.3.
  6. Zaur Ustac. Hesabat 2024, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.5-12.
  7. Zaur Ustacı təbrik edirlər, “Yazarlar” jurnalı, yanvar – 2025,  say: 01 (49), s.13 -19.
  8. Zaur Ustac haqqında yazırlar, “Yazarlar” jurnalı, yanvar – 2025,  say:  01 (49), s.20-31.
  9. “Baş redaktordan”, “Yazarlar” jurnalı, fevral – 2025,  say: 02 (50), s.3.
  10. “Zaur Ustac haqqında yeni kitab”, “525-ci qəzet”, 19 fevral   2025-ci il,  say: 31  (6561), s.9.
  11. “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb, “Ədəbiyyat qəzeti”, 21 fevral   2025-ci il,  say: 7  (5501), s.29.
  12. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Mart – 2025,  say: 03 (51), s.3.
  13. Zaur Ustac, “Vaqif Dünyası” (sonet), “Yazarlar” jurnalı, Mart – 2025,  say: 03 (51), s.32.
  14. Zaur Ustac, “Vaqif Mustafazadə” (sonet çələngi), “Yazarlar” jurnalı, Mart  – 2025,  say: 03 (51), s.34-48.
  15. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Həftə içi” qəzeti, 13 mart  2025-ci il,  say: 10  (3571), s.8.
  16. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Bütöv Azərbaycan” qəzeti, 14 mart  2025-ci il,  say: 07 (556), s.16.
  17. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Aprel – 2025,  say: 04 (52), s.3.
  18. Südabə Məmmədova “Debüt”lə debüt edib, “Yazarlar” jurnalı, Aprel – 2025,  say: 04 (52), s.84.
  19. Zaur Ustac – “Uğurlu “debüt”” (Südabə Məmmədovanın eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 17-23  aprel  2025-ci il,  say: 14  (3575), s.6
  20. Təhmasib İsayev  – “Qələm qılıncdan itidir”: Gənc yazarın “Debüt” uğuru, “Bütöv Azərbaycan” qəzeti, 18 aprel  2025-ci il,  say: 10 (559), s.13.
  21. Cahangir Namazov – “Katren” duyğuların incə ahəngidir (Zaur Ustac yaradıcılığında sonetlər), “Həftə içi” qəzeti, 24-30  aprel  2025-ci il,  say: 15  (3576), s.7.
  22. “Biz işığa doğru irəliləyirik…”(Zeynəb Mustafazadənin müsahibəsi), “Olaylar” qəzeti, 2-8  may  2025-ci il,  say: 15  (5037), s.18.
  23. “Baş redaktordan”, “Yazarlar” jurnalı, May – 2025,  say: 05 (53), s.3.
  24. Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər), “525-ci qəzet”, 6 may   2025-ci il,  say: 77  (6607), s.15.
  25. Zaur Ustac – “Heydər Əliyev şəxsiyyəti ədəbi tənqid müstəvisində” (Ayətxan Ziyad – İsgəndərovun eyni adlı kitabı haqqında), “Həftə içi” qəzeti, 8-14 may   2025-ci il,  say: 17  (3578), s.7.
  26. Mərziyyə Nəcəfova, “Qucağını geniş aç, gəlirəm, Ana torpaq!” (Zaur Ustacın “40 gün – 40 şeir” kitabı haqqında qeydlər, “Yeni Təfəkkür” qəzeti, 9 may   2025-ci il,  say: 09  (676), s.4.
  27. Ə.Əliyev “40 gün – 40 şeir” kitabı haqqında, “Xalq qəzeti”, 3 iyun   2025-ci il,  say: 114  (30808), s.14.
  28. Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Həftə içi” qəzeti, 5-11 iyun   2025-ci il,  say: 17  (3578), s.8.
  29. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyun – 2025,  say: 06 (54), s.3.
  30. Akif Abbasov – “Zaur Ustacın balacalarla yeni görüşü” (“A1” uşaqlar üçün şeirlər kitabı haqqında), “Olaylar” qəzeti, 6-12 iyun  2025-ci il,  say: 19  (5041), s.23.
  31. “Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim” (Cahangir Namazovun müsahibəsi), “Həftə içi” qəzeti, 3-9 iyul    2025-ci il,  say: 24  (3585), s.7.
  32. “Baş redaktordan”, “Yazarlar” jurnalı, İyul – 2025,  say: 07 (55), s.3.
  33. Günnur Ağayeva təqdim edir: Zaur Ustac, “Yazarlar” jurnalı, İyul – 2025,  say: 07 (55), s.48-59.
  34. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə birinci yazı), “Olaylar” qəzeti, 11-17 iyul  2025-ci il,  say: 23  (5045), s.17.
  35. Zaur Ustac – “Tarixin borclu olduğu adam” (Yunus Oğuzun 65 yaşına), “Olaylar” qəzeti, 18-24 iyul  2025-ci il,  say: 24  (5046), s.14.
  36. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə ikinci yazı), “Olaylar” qəzeti, 18-24 iyul  2025-ci il,  say: 24  (5046), s.18.
  37. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə üçüncü yazı), “Olaylar” qəzeti, 25-31 iyul  2025-ci il,  say: 25  (5047), s.19.
  38. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə dördüncü yazı), “Olaylar” qəzeti, 1-7 avqust  2025-ci il,  say: 26  (5048), s.17.
  39. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Avqust – 2025,  say: 08 (56), s.3.
  40. Zaur Ustac, “Ağ adam” (Rəşad Məcidin doğum gününə,  “Yazarlar” jurnalı, Avqust – 2025,  say: 08 (56), s.90 – 91 (təbriklər).
  41. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə beşinci yazı), “Olaylar” qəzeti, 8-14 avqust  2025-ci il,  say: 27  (5049), s.19.
  42. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə altıncı yazı), “Olaylar” qəzeti, 15-21 avqust  2025-ci il,  say: 28  (5050), s.18.
  43. Günnur Ağayeva – “Katren” çələnglərdən çələng (Zaur Ustacın sonetləri haqqında), “Həftə içi” qəzeti, 21-27  avqust  2025-ci il,  say:  31  (3592), s.7.
  44. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeddinci yazı), “Olaylar” qəzeti, 22-28 avqust  2025-ci il,  say: 29  (5051), s.19.
  45. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə səkkizinci yazı), “Olaylar” qəzeti, 5-11 avqust  2025-ci il,  say: 30  (5052), s.18.
  46. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Sentyabr – 2025,  say: 09 (57), s.3.
  47. Zaur ustac, “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə), “Yazarlar” jurnalı, Sentyabr – 2025,  say: 09 (57), s.48 – 64.
  48. Günnur Ağayeva, “Şeirdə Ana obrazı: Sözün poetik incəlikləri” (Zaur Ustacın “Anam” şeiri haqqında qeydlər), “525-ci qəzet”, 12 sentyabr   2025-ci il,  say: 164  (6694), s.14.
  49. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə doqquzuncu yazı), “Olaylar” qəzeti, 12-18 sentyabr  2025-ci il,  say: 31  (5053), s.19.
  50. “Üzeyir Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “525-ci qəzet”, 17 sentyabr   2025-ci il,  say: 167  (6697), s.9.
  51. Günnur Ağayeva “Üzeyir Hacıbəyov -140” (Zaur Ustacın xatirə-monoqrafiyasına baxış), “Həftə içi” qəzeti, 18-24 sentyabr   2025-ci il,  say: 35  (3596), s.7.
  52. Zaur Ustac – “Biz indi onlardan 100 il qabaqdayıq” (Üzeyir bəy Hacıbəylinin 140 illiyinə onuncu yazı), “Olaylar” qəzeti, 19-25 sentyabr  2025-ci il,  say: 32  (5054), s.18.
  53. “Üzeyir bəy Hacıbəylinin 140 illiyinə yeni töhfə” (Zaur Ustacın “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat), “Olaylar” qəzeti, 19-25 sentyabr  2025-ci il,  say: 32  (5054), s.22.
  54. Əli Nəcəfxanlı “Üzeyir Hacıbəyov – 140” kitabı haqqında məlumat, “Xalq qəzeti”, 19 sentyabr   2025-ci il,  say: 200  (30894), s.10.
  55. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə birinci yazı – giriş),  “Olaylar” qəzeti, 3-9 oktyabr  2025-ci il,  say: 34  (5056), s.19.
  56. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Oktyabr – 2025,  say: 10 (58), s.3.
  57. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə ikinci yazı – bayatılar),  “Olaylar” qəzeti, 10-16 oktyabr  2025-ci il,  say: 35  (5057), s.18.
  58. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə üçüncü yazı – şeirlər),  “Olaylar” qəzeti, 17-23 oktyabr  2025-ci il,  say: 36  (5058), s.19.
  59. Əli Nəcəfxanlı “Böyük Zəfərin poetik salnaməsi” – Zaur Ustacın “Övladıyam” şeiri, “Xalq qəzeti”, 18 oktyabr   2025-ci il,  say: 224  (30918), s.13.
  60. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə dördüncü yazı – hekayələr),  “Olaylar” qəzeti, 24 oktyabr – 6 noyabr  2025-ci il,  say: 37  (5059), s.19.
  61. Флора Наджи, «Война и природа» (Размышления об азербайджанской поэзии, посвященной войне за Карабах), «Мир литературы» № 9 (204), октябрь – ноябрь 2025 г. Стр. 4-5.
  62. Ə.Əliyev “Bir ömrün salnaməsi” – Zaur Ustacın “Mahirə Nağıqızı – 65” (monoqrafiya) kitabı haqqında, “Xalq qəzeti”, 5 noyabr   2025-ci il,  say: 236  (30930), s.15.
  63. Zaur Ustac “İnsan, yurd və ana dili” (Mahirə Nağıqızının 65 illiyinə beşinci yazı – yekun),  “Olaylar” qəzeti, 7-13 noyabr  2025-ci il,  say: 38  (5060), s.19.
  64. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Noyabr – 2025,  say: 11 (59), s.3.
  65. “Zaur Ustac yazır”, “Yazarlar” jurnalı, Noyabr – 2025,  say: 11 (59), s.71-74.
  66. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – birinci hissə),  “Olaylar” qəzeti, 14-20 noyabr  2025-ci il,  say: 39  (5061), s.18.
  67. Zaur Ustac, ““Qaraqaşlı” – Qarabağ həqiqətlərinin uğurlu bədii salnaməsi  (Vüsal Nurunun “Qaraqşlı” kitabı haqqında qeydlər (ixtisarla)), “525-ci qəzet”, 19 noyabr    2025-ci il,  say: 210  (6740), s.11.
  68. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – ikinci hissə),  “Olaylar” qəzeti, 21-27 noyabr  2025-ci il,  say: 40  (5062), s.19.
  69. Zaur Ustac “Balaca qara balıq okeanda” (Eluca Atalının məşhur kitabı haqqında qeydlər – üçüncü hissə),  “Olaylar” qəzeti, 28 noyabr – 4 dekabr  2025-ci il,  say: 41  (5063), s.19 .
  70. “Baş redaktordan”, “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s.3.
  71. Zaur Ustac – Hekayə, “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s. 54-63.
  72. Günnur Ağayeva, Zaur Ustacın “Beyin qurdu” hekayəsi… , “Yazarlar” jurnalı, Dekabr – 2025,  say: 12 (60), s. 64-65.
  73. Zaur Ustac “Yunus Oğuz felyeton ustası kimi” (“Səssiz gurultunun gumbultusu” felyetonu haqqında),  “Olaylar” qəzeti, 5-11 dekabr  2025-ci il,  say: 42 (5064), s.13 .
  74. Zaur Ustac “Duyğuların yürüşü” (Vəfa Bağırzadə yaradıcılığında emossianın musiqiyə çevrilişi),  “Olaylar” qəzeti, 5-11 dekabr  2025-ci il,  say: 42 (5064), s.23 .
  75. Zaur Ustac “Şuşa tək ocağın mübarək, dağlar!” (Adilə Nəzərin “Şuşanın azadlığı” əsəri haqqında qeydlər),  “Olaylar” qəzeti, 12-18 dekabr  2025-ci il,  say: 43 (5065), s.19 .
  76. Zaur Ustac “Gözündə tük var” (novella),  “Olaylar” qəzeti, 19-25 dekabr  2025-ci il,  say: 44 (5066), s.22 .
  77. Zaur Ustac “Sonuncu tapşırıq” (Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə),  “Olaylar” qəzeti, 26 dekabr  2025 – 8 yanvar 2026-cı il,  say: 45 (5067), s.23 .
  78. Zaur Ustac – “Şair səmimiyyətinin poetikası” (Ramiz İsmayılın “Ömrün qışına doğru” şeirlər kitabı haqqında qeydlər), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025,  say: 7 (70), s. 74-75.
  79. Zaur Ustac – “Beyin qurdu” (hekayə), “Xəzan” jurnalı, noyabr-dekabr – 2025,  say: 7 (70), s. 79-82.
  80. Zaur Ustac – “Beyin qurdu” (hekayə), “Ədəbi ovqat” jurnalı, 2025,  say: 18  s. 23-26.

*Davamı 2026-cı il siyahısında.

Xarici mətbuatda – 2025

  1. “The MT. KENYA TİMES”, №01333, June 30 2025, pg. 21 Zaur Ustaj.
  2. “Classico opine”, June 2025, pg. 8  Zaur Ustaj.

Antologiyalar – 2025

  1. “Dağlarda izim qaldı”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  368 səh. Zaur Ustac s. 355-358.
  2. “Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  328 səh. Zaur Ustac s. 311-314.
  3. “Qarabağ Zəfərindən Turana doğru”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  400 səh. Zaur Ustac s. 59-61.
  4. “Solmayan çiçək”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  328 səh. Zaur Ustac s. 311-314.
  5. “Mən bir Vətən səsiyəm”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  296 səh. Zaur Ustac s. 276-280.
  6. “Dünya şairləri” (birinci kitab – antologiya), Bakı, “Ustac.Az” nəşrləri, 2025-ci il, 102 səh. Zaur Ustac s. 7-18.
  7. “Mənim Vətənim”, (poeziya antologiyası) Bakı, “Maarif” nəşriyyatı,  2025-ci il,  312 səh. Zaur Ustac s. 68-75.

    Müəllif əsərləri – 2025

  1. Zaur Ustac, “Vaqif Mustafazadə”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  32 səh. (I, II, III nəşrlər)
  2. Zaur Ustac, “Katren”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  80 səh.
  3. Zaur Ustac, “Gəzdim”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  50 səh.
  4. Zaur Ustac, “40 gün – 40 şeir”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  70 səh.
  5. Zaur Ustac, “A1”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  68 səh.
  6. Zaur Ustac, “Üzeyir Hacıbəyov – 140” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  96 səh.
  7. Zaur Ustac, “Mahirə Nağıqızı – 65” (monoqrafiya), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  68 səh.
  8. Zaur Ustac, “Qələmdar – 3”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  142 səh.
  9. Zaur Ustac, “Şeir şəkillər”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  22 səh.
  10. Zaur Ustac, “Qələmdar – 4”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  84 səh.

Haqqında yazılanlar (Ədəbiyyat) – 2025

  1. Vaqif İsaqoğlu, “Zaur Ustacın poetik dünyası” (monoqrafiya), Bakı, “İmza” nəşrlər evi,  2025-ci il, 192 səh.
  2. Günnur Ağayeva, “Munis yazılar-2” (Zaur Ustac – 50), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  100 səh. (I, II, III nəşrlər)
  3. Tehran Əlişanoğlu, “Ədəbiyyatda Ali Baş Komandan” (Zaur Ustac səh. 57) Bakı, “Elm”, 2025, – 184 səh.

    Tərtibçilik – 2025

  1. Zaur Ustac, “Sultan Rayev və Azərbaycan” (Birinci Türkoloji Qurultayın 100 illiyinə), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  42 səh. (I, II, III nəşrlər)

Redaktorluq – 2025

  1. Südabə Məmmədova, “Debüt”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  102 səh. (I, II , III nəşrlər)
  2. Günnur Ağayeva, “Munis yazılar-1” (Yunus Oğuz -65), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  86 səh. (I, II nəşrlər)
  3. Gülü, “Munis yazılar-4” (Mahirə Nağıqızının 65 yaşına), Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  92 səh. (I, II nəşrlər)
  4. Yunus Oğuz, ““TÜRK” etnonimi və törələri”, Bakı, “Ustac.Az” nəşrləri,  2025-ci il,  138 səh. (I, II nəşrlər)
  5. Həcər Atakişiyeva, “Əbdürrəhim bəy Haqverdiyev -155”, “Ustac.Az” nəşrləri,  2025-ci il,  98 səh. (I, II nəşrlər)

Layihələr – 2025

  1. “Zaur ustac – 50”
  2. “Üzeyir Hacıbəyov -140”
  3. “Yunus Oğuz – 65”
  4. “Mahirə Nağıqızı – 65”
  5. “Əbdürrəhim bəy Haqverdiyev -155”
  6. “Birinci Türkoloji Qurultayın 100 illiyinə”

27.12.2025. Bakı ş.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Asif Yusifcanlı təltif olunub

Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Asif Yusifcanlı “Qəlbimin səsi” adlı yeni kitabın nəşrinə görə “Ziyadar” mükafatı ilə təltif olunub.

Yazarlar cameəsi adından Asif müəllimi təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

ASİF YUSİFCANLININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Aqillər yurdunun pir övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bu kişi nə demək istəyir, İlahi?!

SEVGİ HAQQINDA SƏMİMİ ETİRAF
(Zaur Ustacın dörd bəndəlik sevgi dastanı)
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Zaur Ustac bizi təəccübün dərəcələrilə tanış etməyə davam edir. İstər poeziya, istə proza olsun, hər gün bir-birinə bənzəməyən əsərlər ortaya qoyan yazar sözlə nə etmək mümkündürsə hamısını edir desək, yanılmarıq. Onun bu gün yayımlanan “Ədn cənnəti” şeiri əsl sevgi dastanıdır. Sübhün al şəfəqləri, səhər mehilə yataqda iki sevgilinin qovuşması səhnəsi  o qədər canlıdır ki, oxucu şeiri erotik film izləyirmiş kimi oxuyur. Və sonda uca Yaradana şükür əsl mahiyyəti açıb göstərir. Hər günümüzə qoy sevgi hakim olsun. Ən gözəl, ən mükəmməl sevgi. Şair dörd bəndəlik bir şeirdə ümumiləşdirilmiş əsl sevgi haqqında dastan yaradır.
Zaur Ustacın “ƏDN CƏNNƏTİ” şeiri zahirən sadə, lakin məzmun etibarilə çoxqatlı, simvolik və dərin poetik düşüncənin məhsulu kimi diqqəti cəlb edir. Bu şeir müəllifin lirikasına xas olan məişət detallarından fəlsəfi nəticə çıxarmaq, adi anı metafizik məna ilə yükləmək bacarığını aydın şəkildə nümayiş etdirir.
Şeirin əsas mərkəzində otaq dayanır. Lakin bu otaq sıradan fiziki məkan deyil. Şair üçün otaq – hüzur, sakitlik, ilahi ahəng və daxili azadlıq məkanıdır. Elə bu səbəbdən də son misrada səslənən:
“Şükür, ey uca Yaradan,
Əsl cənnətdir otağım!”

fikri təsadüfi deyil. Burada “Ədn cənnəti” anlayışı dini-fəlsəfi kontekstdən çıxarılaraq insanın ruhunda və yaşadığı məkanda tapdığı xoşbəxtliklə eyniləşdirilir. Şair demək istəyir ki, cənnət uzaqda deyil, insanın öz daxili aləmində və yaşadığı sadə məkandadır.
Şeirin ilk bəndindən etibarən oxucu canlı bir tablo ilə üz-üzə qalır:
“Külək oynadır pərdəni,
Kölgələr gəzir üzündə.”

Burada külək, pərdə və kölgə sadəcə təbiət hadisələri deyil, poetik obrazlara çevrilmişdir. Külək hərəkəti, pərdə sərhədi, kölgə isə işıqla qaranlığın harmoniyasını təmsil edir. Şair kölgələri sanki canlı varlıq kimi təqdim edir – onlar “oynayır”, “qaçdı-tutdu” oynayır, “aman vermir”. Bu personifikasiya üsulu şeirə dinamika və həyatilik qatır.
Şeirdə insan bədəni ilə təbiət arasında qurulan paralellər xüsusi diqqət çəkir:
“Elə bil ki, kəpənəkdir
Cövlan edir göy çəməndə.”

Bu misralarda kölgələrin bədəndəki hərəkəti kəpənəyin çəməndə uçuşu ilə müqayisə olunur. Bu, həm estetik zövq, həm də təbiətlə insan arasındakı ayrılmaz bağın poetik ifadəsidir. Şair bədəni erotik çalarlarla deyil, saf, estetik və incə təsvirlərlə təqdim edir. Bu da şeirin mənəvi təmizliyini qoruyur.
Şeirin son bəndində Günəşə, pərdəyə, yatağa təşəkkür edilməsi, ardınca Yaradanın xatırlanması təsadüfi deyil:
“Sağ ol, Günəş, sağ ol, pərdə,
Bir də yaylı, düz yatağım…”

Burada şair varlığın ən xırda detallarına belə şükür etməyi oxucuya təlqin edir. Günəş – işıqdır, pərdə – sərhəddir, yataq – istirahət və sükunət rəmzidir. Bu üçlük insan həyatının əsas dayaq nöqtələrini simvolizə edir. Nəticədə maddi olan mənəvi olanla qovuşur.
“ƏDN CƏNNƏTİ” şeiri Zaur Ustacın poetik dünyasında sakitliyin, ahəngin və şükür fəlsəfəsinin manifesti kimi dəyərləndirilə bilər. Bu əsər oxucunu gurultulu emosiyalarla deyil, daxili rahatlıq, təmkin və düşüncə ilə təsirləndirir. Şair sübut edir ki, böyük poeziya üçün mütləq böyük hadisələrə ehtiyac yoxdur – bəzən bir pərdə, bir kölgə, bir günəş şüası kifayətdir.
Bu mənada “ƏDN CƏNNƏTİ” həm çağdaş Azərbaycan lirik poeziyasının uğurlu nümunəsi, həm də oxucunu şükür, sevgi və daxili harmoniya duyğularına səsləyən poetik çağırışdır: >>>ZAUR USTAC – ƏDN CƏNNƏTİ

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – ƏDN CƏNNƏTİ

ƏDN CƏNNƏTİ
Külək oynadır pərdəni,
Kölgələr gəzir üzündə.
Kirpiklərin enir, qalxır
Arzular axır gözündə…
****
Kölgələrlə qaçdı-tutdu
Oynayırıq ağ bədəndə…
Elə bil ki, kəpənəkdir
Cövlan edir göy çəməndə.
****
Dodaqlarım yaxalayır,
Aman vermir kölgələrə…
Kəpənəklər təslim olur,
Qonur fərqli bölgələrə…
****
Sağ ol, Günəş, sağ ol, pərdə,
Bir də yaylı, düz yatağım…
Şükür, ey uca Yaradan,
Əsl cənnətdir otağım!

24.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

“HÖKUMƏ” POEMASININ TƏQDİMATI KEÇİRİLDİ

Mahir Cavadlının poeması “Fyuzat” nəşriyyatı tərəfindən ayrıca kitab şəklində çapdan çıxıb.

24 dekabr 2025-ci ildə respublika Veteranlar Təşkilatı inzibati binasının geniş akt salonunda şair Mahir Cavadlının Azərbaycanın ilk pilot Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfli həyat yolundan bəhs edən “Hökumə” poemasının təqdimatı keçirildi.
Tədbiri yazıçı Əli bəy Azəri giriş sözü ilə açıq elan etdi. Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları dövlət himnini ayaqüstə dinlədilər. Sonra ömrünün böyük bir hissəsini müstəqil Azərbaycan Respublikasının bərqərar olmasına sərf etmiş ulu öndər Heydər Əliyevin, ölümü ilə bir mərdlik, mətanətlik simvolu yaratmış Hökumə Əliyevanın və Azərbaycanın ərazı bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əli bəy Azəri şair Mahir Cavadlının həyat və yaradıcılığından danışdı, “Hökumə” poemasının yaranmasından bəhs etdi, müəllifin “Riad” poeması ilə “Hökumə” poeması arasında paralellər apardı, hər iki poemada folklor nümunələrinə çevriləcək deyimləri xüsusilə vurğuladı. Əli bəy Azəri məruzə-çıxışını yekunlaşdırıb sözü Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan polkovnik Cəlil Xəlilov yoldaşa ötürdü.
Cəlil Xəlilov ötən ilin 25 dekabrında qonşu Rusiya dövləti ərazisində baş vermiş terror aktından, nəticədə həlak olanlardan, hadisənin iki ölkə arasında yaratdığı diplomatik gərginlikdən və mövcud ictimai-siyasi hadisələrdən bəhs etdi. Onun çıxışından sonra Mahir Cavadlının Ali Baş Komandana ithaf etdiyi, Zabitə Zibanın bəstələdiyi, Sərxan Bünyadzadənin ifasında “Alqış” və şairin sözlərinə bəstələnmiş “Son uçuş” mahnılarına çəkilmiş klip səsləndirilməklə ekranda göstərildi.
Onun ardınca silsilə çıxışlar oldu.
AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil, kiçik elmi işçi Cəmilə Niyazqızı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi şair Adil Həsənoğlu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Yeni Zəngilan” qəzetinin yaradıcısı və baş redaktoru, şair Salam Cavadlı, AMEA Botanika və Bitkiçilik institutunun əməkdaşı şair Xosrov Natil, yazıçı Nurəddin Ədiloğlu, ilahiyyətçi Hacı Həsən Hüseyni, Azərbaycan Silahlı Qüvvələr veteranı polkovnik Elşad Qoca, Azərbaycan Veteranlar Şurasının məsul vəzifəliləri Ənvər Qarayev, Azad Musayev, İsa İsayev, Zəngilan rayon poçy şöbəsinin müdiri Zakir Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Yurd” jurnalının baş redaktoru Zəhra Səfəralıqızı, rəssam Nazim Hüseynov və başqaları çıxış edərək Mahir Cavadlının yaradıcılığından, Hökumə xanımın nakam həyatından danışdılar, onun əbədi obrazının yaradılmasından təskinlik tapdıqlarını, əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını xüsusilə vurğuladılar.
Eyni zamanda “Yazarlar” jurnalının baş redaktoru şair Zaur Ustac çıxışında Hökumə xanımın atdığı mətin və cəsarətli addımından bəhs etdi, onun xatirəsinə yazdığı şeiri səsləndirdi və hər şairin, yazıçının yaradıcılığı boyu yalnız bir dəfə təltif oluna biləcəyi “Ziyadar” mükafatını gurultulu alqış sədaları altında Mahir Cavadlıya təqdim etdi.
Tədbirdə Azərbaycanın ilk qadın pilotu Milli Qəhrəman Hökumə Əliyevanın anası və Etibar Əliyev iştirak edirdi. Tədbirin sonunda söz alan Etibar Əliyev tədbir iştirakçılarına və poemanın müəllifinə yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!

Doğum gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!
ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!


Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!


Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!


Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!


Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!


Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!


Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!


Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!


Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!


Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!


Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!


Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!


Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!


Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!


Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!


Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I