
QANMAZLARA İNGİLSCƏ MÜRACİƏT
(İngilis soneti)
Bu mövzu sənlik deyil, danışma lal ol barı,.
Dinir burda o kəslər, qorxmur “bir qaşıq qandan”.
Fərqi yoxdur, ya sağdı, ya dəyişib dünyanı,
O etmişdi seçimin, keçmişdi şirin candan.
Qalanı tale işi, türlü-türlü oyunlar,
Hər tində bir “dəllək” var, ya da min cür hoqqabaz.
Pislikdə bəhsə girib, sanki boynuyoğunlar,
Bu söhbət sənlik deyil, bunu anla, a qanmaz!
Bərkə, boşa düşməyən, nə bilir qardaş nədir?!
Bura ər meydanıdır, sözü söz, işi imza!
Hər ömür bir dastandır, əməllər əfsanədir!
Bura ali məqamdır, burda yer yox mızmıza!
Çinləri zər çiyinlər girdi qardaş altına,
Daşdan möhkəm igidlər getdilər daş altına…
14.02.2025. Bakı.
Müəllif: Zaur USTAC
“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist
“YAZARLAR” – SİFARİŞ ET
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru