Rəfail Tağızadə haqqında

Rəfail Tağızadə – şair-publisist.

Bu gün onun ad günüdür. Rəfail Tağızadə Respublika miqyasında istər ədəbi mühitdə, istərsə də siyasət meydanında kifayət qədər tanınmış, öz sözünü demiş çox dəyərli ziyalılarımızdan biridir. Ad günü münasibəti ilə Rəfail müəllimi təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik!

Bugünkü gündə Rəfail Tağızadənin keçdiyi keşməkeşli həyat yoluna qısa bir nəzər salmaq yerinə düşər. Həm də tanımayanlar da bu fədəkar, incə ruhlu, şair təbiətli Vətən oğlunu yaxından tanısın:

Həyatı
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti
Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.

Yaradıcılığı
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş [[avanqard]] şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.

Mükafatları
Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatıilə təltif olunub.



YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir