ZAUR USTAC – MƏŞƏQQƏT

ZAUR USTAC – AZƏRBAYCAN, BAKI, BİBİHEYBƏT KƏNDİ 2015 -Cİ İL.

MƏŞƏQQƏT
(…hər səhər…)
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VÜQAR ƏHMƏDİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

VÜQAR ƏHMƏDİN YENİ KİTABI

AZƏRTAC xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Azərbaycan uşaq mətbuatında rus ədəbiyyatı məsələləri (1906-1920)” kitabı çap olunub. Monoqrafiya mərhum görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədovun xatirəsinə ithaf olunub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, monoqrafiyanın elmi redaktoru institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri isə filologiya elmləri doktoru, professor Gülər Abdullabəyli və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli nəşrə “Azərbaycan-rus ədəbi əlaqələrinin araşdırılmasına həsr olunmuş dəyərli tədqiqat əsəri” sərlövhəli “Ön söz” yazıb.

“AFPoliqrAF” nəşriyyatında çap olunan kitabda XX əsrin əvvəllərində uşaq ədəbiyyatı materialları əsasında Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı və bədii tərcümə, eləcə də rus uşaq ədəbiyyatının Azərbaycan dilində ifadəsi məsələləri tədqiq olunub.

İlkin mənbə:azertag.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r

ELNUR UĞUR ABDİYEV MÜKAFATLANDIRILDI

ELNUR UĞUR ABDİYEV

Tanınmış şair Elnur Uğur Abdiyev “Təkcə sən bilirsən” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülüb.

ZİYADAR MÜKAFATI – ELNUR UĞUR ABDİYEV N:057 16.02.2021. – BAKI.

Bu münasibətlə Elnur müəllimi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r