BƏKİR VƏKİLOV – İTİRDİM SƏNİ

Bəkir VƏKİLOV

İTİRDİM SƏNİ
Tale verən paydın, bəlkə də bəxtim?
Dolanbac yollarda itirdim səni.
Bu işdə müqəssir ancaq özüməm,
Dolanbac yollarda itirdim səni.
* * *
Bilirəm, könlüncə ola bilmədim,
Axıb ürəyinə dola bilmədim,
Bir ömür yanında qala bilmədim,
Dolanbac yollarda itirdim səni.
* * *
Əvvəldən bilirdik, dünyamız fərqli,
Birimiz qərbliydik, birimiz şərqli,
Uyuşa bilmədik, huyumuz irqli,
Dolanbac yollarda itirdim səni.
* * *
Boz şöhrət kor etdi, tutdu gözünü,
Untudun əhdini, pozdun sözünü,
Basdın ürəyimə hicran közünü,
Dolanbac yollarda itirdim səni.
* * *
Bəkirəm, bu yolda durmadım heç vaxt,
Cəfanı çox çəkdim, olmadm rahat,
Əlimdən nə gələr? –çox əfsus, heyhat,
Dolanbac yollarda itirdim səni.

Müəllif: Bəkir VƏKİLOV

BƏKİR VƏKİLOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir