Gülyaz ƏLİYEVA – Sizə nə?

 Gülyaz ƏLİYEVA

Vallahi, billahi, çox maraqlı bir öllkədə yaşayırlq, macəralarla dolu bir ölkədə…

Macəra dolu Amerika bizə baxanda toya getməlidir. Bə nə? Heyf deyil, hər gün gündəmi bir yeni qeyri-adi, heyrətamuz olay zəbt edə? Bir gün eşidəsən, şagird müəllimi döyüb, müəllim işdən çıxarılıb. Bir gün eşidəsən, müəllim şagirdi döyüb,  yenə müəllim işdən çıxarılıb. Bir gün müəllim şagirdi intizama dəvət edə, mərəkə qopa, bir gün sinifdə baş verən hadisələrə gözüçıxan qardaşını görən müəllim gözünün ucu ilə də etina etməyə, yenə mərəkə qopa… Adı “Buraxılış” olan  imtahanı buraxılışdan 3 ay əvvələ salalar, uşaq da Hatəmxan ağa demiş: “hoppana gedə düşə Arazın o tayına… “. Bundan sonra  da müəllim 3 ay əli çıraqlı şagird axtara davamiyyəti düzəltmək üçün…

Bir gün yuxudan oyanasan ki, əsgərlərin qanı bahasına aldığı Şuşa adını komandasına qoyan, amma o adı qorumağa cürəti çatmayan, ermənilərin ağzına çeynəməyə saqqız verən nəşəli və sözəbaxan ağıllı, lal-dinməz oğlanlar klubu onu “Buta” ilə əvəz edə… Utanıb-qızarmaq əvəzinə sabahı camaata elə təppəcə gələ ki, day deməyə sözün qalmaya.  …Ayıbına kor olmaqdansa, camaata qeyrət, namus, şərəf dərsi keçələr, sən də maddım-maddım baxasan… Bir gün də oyanasan ki, şou-biznes əhlindən birisi başlaya hərbiçini sosial şəbəkələrdə açıq-açığına söyə, zənən xeylağı kimi ağzına gələn qarğışı yağdıra, “əcəb eləmişəm, yaxşı eləmişəm”, – deyə-deyə, hamının da matı-qutu quruya…

Maraqlı ölkədə yaşayırıq, Vallahi, Billahi. Adamın burada günü əyləncəli keçir, adamı qəti darıxmağa, öz dərd-sərin, çörəyin, neftin qiymətlərinin qalxmasının dərdin çəkməyə, fikir eləməyə qoymurlar ki! Sağ olsunlar. Gərəkdir bizim ölkənin bu təcrübəsin özgə ölkələr də mənimsəyə, yayıb geniş istifadə edələr… Hansını deyək, hansını danışaq? 17 ildə 3 dəfə orfoqrafiya lüğəti çıxarılıb, 3-ü də yararsız. Burada da o  orfoqrafiyanı nəşr elətdirənlər yox, günahkar xalq ola ki, bəs, düz-əməlli söz işlədə bilmir. İşləri-peşələri də yoxdur, elə bil orfoqrafiyadan başqa söz tapmırlar danışmağa… Ancaq onu müzakirə edirlər. A bala, çörəyin qiyməti qalxmayıb, neftin qiyməti qalxmayıb, reklamlarda-zadda sözlər hamısı səhv-sühv yazılmayıb? Get onu müzakirə elə dana. Nə dərdinə qalıb orfoqrafiyada “dəmşalaq” sözü var, “mişoppa” sözü yoxdur? Hıy!? Başına iş qəhətdur? Əcəb edirlər, “oxşar” və “bənzər” sözü ilə eyni sözlərin sayın artırırlar. İstəyərlər, “meymunabənzər” yazarlar, istərlər, “meymunaoxşar”, istəyərlər, “suiti” yazarlar, istəyərlər, “dəniziti”, “supərisi” və ya  “dənizpərisi”. Bax bundan sənə nə?

Nə dərdinə qalıb ee?! Küçələrdə reklam və obyekt adlarının 99, 99%-i əcnəbicədir?  Sənə nə?

Vallahi, billahi qəribə, maraqlı, macəra dolu bir ölkədə yaşayırıq, sensasiya dolu bir diyarda! Sağ olsunlar, adamı darıxmağa, fikir eləməyə qoymurlar. Hər gün yuxudan durursan ki: “Şok, şok, şok!”

Hər gün bir yeni olay,
Hər gün bir yeni vay-vay .
Maraqlıdır buralar,
İşiniz olsun kolay.

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR – 14 PDF

A

YAZARLAR JURNALININ 14-CÜ SAYI – FEVRAL 2022

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – ŞEİRLƏR

ŞƏLALƏ CAMALIN YAZILARI

QURBANI OLMA
(20 Yanvar)
Neçə ildir ürəyimiz dərd çəkir,
Ağlımızı aparıbdır dərd, fikir.
Mərd ağacın bu dünyada mərd əkir,
Namərd gülləsinin qurbanı olma.
* * *
Çox igid var canlarına qıydılar,
Damarlarda qanlarına qıydılar.
Səsimizi axirətdə duydular,
Namərd gülləsinin qurbanı olma.
* * *
Bu vətən yolunda şəhid vermişik,
Ey şəhid anası, saçını yolma.
Həmişə qalibiyyət əldə etmişik,
Namərd gülləsinin qurbanı olma.
* * *
Gözlərimiz yaş tökməsin heç zaman,
Neçə oğul itirmişik nə yaman.
Başımızdan çəkilməyir çən, duman,
Namərd gülləsinin qurbanı olma.

AZƏRBAYCAN
Azərbaycan, Azərbaycan,
Ulu öndər Heydərin var.
Qadınlarda abır, həya,
Kişilərdə qeyrətin var.
* * *
Azərbaycan, Azərbaycan,
Heydər oğlu İhamın var.
Döyüşlərdə qalıb gələn
İgidsən sən, meydanın var.
* * *
Azərbaycan, Azərbaycan,
Uzun bir tarix yolun vardır.
Əzəldən zirvəli olan
Murovunun başı qardı.
* * *
Azərbaycan, Azərbaycan,
Ərənlərinə eşq olsun.
Düşmənə meydan oxuyan,
Müzəffərinə eşq olsun.

QARABAĞ
Hər sətiri, hər misrası
Dolur ruha aram – aram.
Havalanır Xanın səsi,
Qəlbimdə Sağalan yaram,
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
* * *
Şuşam, Zəngilanım mənim,
Xocalım, Xocavəndim mənim,
İstisulu Kəlbəcərim,
Qurbanın olaram sənin.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
* * *
Qubadlı cənnət məkanı,
Cəbrayılım gəl – gəl deyir.
Laçının gözü yoldadır,
Füzuli həsrətim mənim.
Bütöv Azərbaycanım mənim,
Doğma yurdum Qarabağım.
* * *
Ağdərəmdən danış gəlsin,
Ağdamım nura bələnsin.
Vətənimdə himn səslənsin,
Ali baş komandanım desin:
Bu torpaqlar qandır, candır
Qarabağ Azərbaycandır!
* * *
Gözün aydın yurd ellisi,
Torpaqlarımız azaddır.
Artıq bütün dünya bilir,
Qarabağ Azərbaycandır!

ŞUŞANIN DAĞLARI
Şuşanın dağından dumançəkildi,
Torpağına güllər, çiçək əkildi.
Şuşada nə qədər qanlar töküldü.
* * *
Əsgər bu nə cəldlik, bu nə mərd,
Düşmənə vermisən ağır dərd,
Onları sındırdın elə sərt.
* * *
Şuşaya sancmışıq bayrağımızı,
Öpüb qucaqladıq torpağımızı,
Dünyaya çatdırdıq sorağımızı.
* * *
Əsgər bu nə cəldlik, bu nə mərd,
Düşmənə vermisən ağır dərd.
Oldular dünyada rəzil, pərt.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTACIN YAZILARI

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ŞƏRİT ŞAHİD…
Müharibə,
Şərit şahid…
Pandemiya,
Şərit şahid…
* * *
Doğulursan,
Döyülürsən,
Böyüyürsən,
Şərit şahid…
* * *
Toy-büsat var,
Ziyafət var,
Şücaət var,
Şərit şahid…
* * *
Oldun əsgər,
Dəydi xətər,
Verər xəbər,
Şərit şahid…
* * *
Tək bir dəfə,
Etməz vəfa,
Çəkməz cəfa,
Susar şahid…
*Şərit- zivə, paltar ipi.
17.09.2020. Bakı.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

HERMAFRODİT
Məchulsa, cinsi bir kəsin,
Bəlkə, hermafroditdi…
Adı yoxsa, bir nakəsin,
Bəlkə, hermafroditdi…
* * *
Qışdı ya payız bilinmir,
Qovun ya qarpız bilinmir,
Oğlandı ya qız bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Adamdı, oyux bilinmir,
Bordaxdı, burux bilinmir,
Atdı ya ulax bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Şalğamdı, pazı bilinmir,
Çoxu çox, azı bilinmir,
Ördəyi, qazı bilinmir,
Bəlkə, hermafroditdi…
* * *
Nə sudadı, nə quruda,
Nə lildədi, nə duruda,
Çatmayıb, qalıb boruda,
Bəlkə, hermafroditdi…
* * *
Bilinmir hara malıdı,
Ayağında at nalıdı,
Qabağında it yalıdı,
Bəlkə, hermafroditdi…
* * *
Halından halıdı Ustac;
Dərdi böyük, dərdə möhtac,
Nişanı var, ləçəkli tac,
Bəlkə, hermafroditdi…
14.09.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL “MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI olub

Şəlalə CAMAL

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI Şəlalə CAMAL

Salam, Şəlalə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Salam! Çox sağ olun. Təşəkkür edirəm. Maraqlı layihədir. Mən Şəlalə Camal 8 fevral 1993- cü ildə Bakı şəhərində dünyaya göz açmışam. Əslən Kəlbəcərliyəm. Uşaq yaşlarımdan yaradıcılığa meyilli olmuşam.
Orta təhsilimi Bakı Şəhəri N.Nərimanov Rayonu Rafiq Nəsirəddinov adına 39 saylı tam orta məktəbdə almışam. Yazılarım məktəb qəzetlərində dərc olunardı.
2010 – cu ildən etibarən müstəqil qəzetlərdə fəailiyyət göstərməyə başladım. “Gün” qəzeti daha sonra isə “Həftə-Nedelya” qəzetində fəaliyyətimi davam etdirdim. Günün aktual mövzularını, o cümlədən Mədəniyyət və İncəsənət sahəsini işıqlandırdım. Foto – reportajlar hazırladım, tanınmış simalardan müsahibələr aldım. ADMİU – nun 90 illiyinə həsr olunmuş “ Kövrək duyğular “ kitabında da yazılarım dərc olundu.
2011 – ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissor sənəti” fakültəsinə qəbul oldum. Bu müddətdə “Həftə – Nedelya” qəzetində əsaslı işçi idim. Jurnalistikaya, yazıçılığa olan həvəsim təkcə qəzetdə deyil, həmçinin televiziya və radioda da baş tutdu. Paralel olaraq həmin ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC – də təcrübə keçərək ştatdankənar təcrübəçi kimi çalışmağa başladım. İxtisasca rejissor olduğum üçün, universiteti bitirdiyim il AzTV QSC – də Səsyazma sexində ilkin olaraq səs operatoru, qeyri – xətti səs montajçısı kimi çalışmağa başladım. Eyni zamanda Beynəlxalq Radioda müəllif olaraq materiallar hazırlayıb səsləndirdim. İşim daha çox komputerlə olduğu üçün komputer elmlərinə dərindən yiyələnmək üçün 2015 – ci ildə Azərbaycan Texnologiya Universitetində “ İnformasiya Texnologiyaları və Sistemlər Mühəndisliyi” ixtisasına daxil olaraq 2020 – ci ildə təhsilimi bitirdim. 2020 – ci ildə Azərbayacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsinə daxil oldum. Həmin ildən “Psixologiya məktəbinə” – də paralel olaraq qəbul oldum və psixoloji bilik və bacarıqlarımı təkmilləşdirdim. Hazırda sözügedən universitetin və məktəbin məzunu, Beynəlxalq Radionun xarici dillərdə yayımlanan verilişlərinin rejissoruyam. İxtisasımı artırmaq, təkmilləşdirmək üçün müxtəlif dövlət qrumlarında, o cümlədən yerli və xarici seminarlarda müntəzəm olaraq təlim keçərək diplomlarla, sertifikatlarla qiymətləndirilmişəm.
Bununla bərabər 525 – ci qəzet, Ədalət qəzetində və bir sıra mətbu orqanlarda da yazılarım dərc olunur.
Qeyd edim ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüyəm.
Aşağıdakı təltiflərim var:
Mükafatlar;
“İlin yazarı” (2014),
“ İlin Mədəniyyət Jurnalisti” (2014),
“Qızıl Qələm” mükafatı laureatı (2016).
Şəhadətnamə;
Asan Xidmət və Təhsil Nazirliyi – Məktəblinin dostu ( master ).
Sertifikatlar;
Teleradio Akademiyası – Televiziya rejissorluğu və aparıcı – müxbir,
Sivas Cumhuriyyet Universiteti – Mediya yapımcılığı,
Nişantaşı Universiteti – Tv proqramı,
Nirvana Akademi – Yaşam koçluğu eğitimi,
GTC company – Psixologiya, Psixoloqların Həmrəylik Formu və s.
Daim öz üzərimdə işləyir, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çalışıram. Bu qədər. Layihədə mənə də yer verdiyinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – RUHUN GERİ DÖNÜŞÜ

ŞƏLALƏ CAMALIN YAZILARI

RUHUN GERİ DÖNÜŞÜ

Salam mənim nəfəsim, sənin dediyin fani dünyadayam. Gəlmişəm səni görməyə…Sən indi yatırsan bəlkə də məni görmürsən… Sənin üçün yuxumu deyim, kabusmu deyim bax oyam. Səbəb hər nə oldusa mən canımı tapşırdım artıq, yaşamıram, yanında deyiləm. O qədər istəyərdim ki, qollarında uyumağı, qismət olmadı. İndi girib qollarına sənə sarılmışam. Heç çıxmaq belə istəmirəm. Sənin Sənin yanında olmağım sənə bir gün kimi gələcək, mənim üçünsə vur – tut cəmi üç saniyədir. Sağ olanda o qədər dalaşırdıq ki, barışsaq belə mən o gözlərinə baxa bilmirdim. İndi  sənə baxıb bütün varlığımı unuduram… Əslində mən qəza keçirmədim, həyatımdan bezdim və intihar etdim. Hər şey üstümə – üstümə gəldiyi halda sən də gəldin. Tək ümidim, tək güvəndiyim sən idin. Sən də dinləmədin məni. Heç kimin başını aşağı edib intihar etmək istəmədim. Axı sizin cəmiyyət pis qəbul edərdi, axı biz özümüzü bir kənara qoyub başqaları üçün yaşayırıq. Onda pəncərədən yıxılmadım, atdım özümü. Hə, düz başa düşdün, atdım.. Heç nə gözümə görünmədi, başıma o qədər insan yığışdı, fəqət onların arasında sən yox idin, çünki sən yatmışdın. Çünki sən səhərlər həmişə yuxudan gec oyanardın. Xəbər də etmədim. Çünki sənin səhərinin bəd xəbərlə açılmasına göz yuma bilməzdim. Çünki… Çünki… Çünki… Sevirdim səni  və həqiqətən çox sevirdim…. Sənin dırnağına dəyən zədə mənim ürəyimə dəyərdi hər dəfəsində… Di gəl ki, bildirə bilməzdim… Mən yorulmuşdum… Ən çox da həkimdən aldığım diaqnoz artıq məni mənlikdən çıxarmışdı. Deyə də bilməzdim sənə. Başa düşürsən? Mən səni bədbəxt edə bilməzdim. Xərçəng xəstəsi idim. Hansı ki, bədənim hər gün öz funksiyasını itirirdi, bitirdim hər dəfəsində. Huşumu belə itirirdim get – gedə. Səninlə yemək yediyimiz sonuncu günü özümə bağışlaya bilmirəm. Səni mən çağırmışdım, guya ki, sürpriz edəcəkdim. Amma sürpriz ürəyimin getməsi, həkimlərin restorana gəlməyi, səni biyabır etmək  deyildi. Restoranda tələsikdən qoyub çıxdığın çantanın iç cibindəki balaca hədiyyəm idi. İkimizin şəklini çəkmişdim, sonar da taxtaya düzəltdirmişdim ki, həmişəlik qalsın. Bir də əsas səbəb səni görməyim idi. Bağışla o gün hər şeyi zəhər etdiyim üçün, bağışla həyatına girib alt – üst etdiyim üçün. Sən xoşbəxtliyə layiq birisən. Mənə nə qədər çətin olsa da sən həyatını qurmalısan. Ruhlar qırılmır deyirlər, amma mən hər dəfə paramparça oluram burada. Hər gün gələcəm yanına, hər gün…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYTAC İBRAHİM – YURDSEVƏR

AYTAC İBRAHİMİN YAZILARI

YURDSEVƏR

Dar günündə vətənin,
Qeyrətini çəkənimiz
İrəlidə tank belində,
Düşmənə od verənimiz.

Fəxrimizsən, baş tacımız
Qürurumuz, and yerimiz.
Qorxmaza dayaq olan,
Şəhid Rəsulzadə Təbrizimiz.

Adın gəzir hər yerdə
Qorxu bürüyüb yad eli də.
Duruşuna bizləri də,
Həsrət qoyan Təbrizimiz.

Geyinəcəkdin bəy paltarın,
Süzəcəkdin öz toyunda.
İndi bulud  arxasından,
Süzüb gedən Təbrizimiz.

Bayraq olduz, enmədiniz.
Şəhid olduz gəlmədiniz
Azan olduz dinmədiniz,
Vətən deyib ötən Təbrizimiz.

Bəli… Barəsində danışacağımız igid Qax rayonunun Cəlayir kəndinin mərd oğlu Şəhid Rəsulzadə Təbriz Əfrayim oğludur…
Hardan yazaq, nədən başlayaq bilmirik.Hər insanın özəlliyi onu xüsusi, fərqli edir.Təbriz də, həmin o “Fərqli”lərdən idi…
Dildə yox ha, həmin özəlliyi əməli ilə sübut edənlərdən idi.Şübhəsiz ki, bunu bütün xalq gördü…
Bu cümlələr, tamamilə, pafosdan uzaq şəkildə yazılır.
Bəlkə də çoxunuza tanış gəlir bu ifadə- “Elə bil, şəhidlik üçün seçilib gəlmişdi dünyaya.”
Əxlaqi keyfiyyətləri, müsbət aurası, savadlı, bilikli, cəsur, intellektual olmağı ilə bütün kollektivin rəğbətini qazanmışdı Təbriz…
Hə…O da əvvəlcədən hiss etmişdi , şəhid olacağını.Hətta qardaşına yazdığı mesajların birində bayrağa bükülü tabutda gələcəyini söyləmişdi…
Cənab baş leytenant Təbriz Rəsulzadə anasızlığı yaşamışdı.Onu daha yaxşı tanıyanlar qeyd edir ki, anasının yoxluğundan sonra şəhidimiz daha da özünə və vətəninə qapanmışdı.Sanki, anasızlığın ağrısını öz peşəsini sevməklə, silahını, torpağını qorumaqla yadırğamaq istəyirdi.
Sərvi boylu, sevgi çələngi yarımçıq qalan, nakam taleli qardaşımız idi Təbriz…
Cəlayir kəndinin girişində, Şəhid Qorxmaz Əlizadə ilə bir fotosu var, adam hər gördükcə qürurundan sığmır özünə.O bayraqların əhatəsində özləri də, özləri ilə fəxr edir, əminəm…
Qardaşının balaca balası Fatiməni doyunca bağrına basmadan, hələ lap gözəl günlər görmədən özünü torpağa yetirdi Təbriz.
İndi kiçik Fatimə əmisinin şəkilləri ilə bəzədilmiş stola yaxınlaşıb, Təbrizin üz cizgilərini yadda saxlamağa çalışır.Axı, onun əmisi Şəhiddir, qəhrəman şəhiddir…
Rəsulzadəyə bir bacıdan daha artıq olan Məryəm xanım, şəhidimizin əzizi, Fatiməmizin anası Dünya xanım hələ də Təbriz kimi oğulun yoxluğunu qəbul edə bilmirlər…
Təbrizin cəbhədəki cəsur davranışlarından çoxları danışır.Hətta sevinirlər ki, məhz Təbriz kimi igidlə ünsiyyətdə olublar, bir çörəyi paylaşıblar, eyni qabdan su içiblər…
Bir Türkçülük aşiqi, vətən sevdalısı idi Təbriz.Bozqurd işarəsi onun ən sevimli simvolu idi…
Müharibə zamanı, bir çoxları kimi arxa cəbhədə olduğunu desə də, ən ön sıralarda düşmənlə üz-üzə vuruşurdu el oğlumuz…
Heç gözünü qırpmadan, canını düşünmədən odun, alovun içinə atılmışdı…
Aramızdan tez getdi, amma hamımızdan şərəfli bir yol seçdi özünə…
Gəlin, şəhidimizin həyat yoluna nəzər salaq…
Təbriz, Qax rayon Cəlayir kənd tam orta məktəbinin 9-cu sinfini 2008-ci ildə bitirmiş, həmin il Cəmşid Naxçıvanski adına Azərbaycan Ali hərbi litseyinə daxil olmuşdur.2001-ci ildə həmin litseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuşdur.2015-ci ildə isə hərbi məktəbi başa vurub, hərbi fəaliyyətinə başlamışdır.
Azərbaycan ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il, sentyabr ayının 27-də Vətən müharibəsi zamanı müxtəlif istiqamətdə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur…

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Unutma, unutdurma…
Ömür karvanı tez keçir, amma yaxşı insanlar hər dövrdə anılır! 

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ÖLÜM YÜKLÜ SEVGİ

LEYLA YAŞARIN YAZILARI

ÖLÜM YÜKLÜ SEVGİ
Qasım qapını çırpıb getdi.
Gülşən otağa keçib burnunu çəkə-çəkə ağladı.
1 yaşlı qızı Zəhranın ona nəmli gözlərlə baxdığını görüb özünü ələ aldı. Tez Zəhranı qucağına götürüb, saçlarından öpdü. Bağrına basıb çarpayısının yanına gətirdi. Uşaqdan gələn o gözəl qoxu ruhunu oxşadı, bir az toxtayıb gülümsəməyə başladı. O dəqiqə Zəhranın gözləri güldü, öz dilində danışmağa başladı. Sevindiyindən gah atılıb-düşür, gah da Gülşəni qucaqlayırdı.
Gülşənin ailəsi rayonda yaşardı. Qasımla tələbə yoldaşı olmuşdular. O vaxtdan aralarında münasibətlər ciddiliyə doğru getmiş, 2 – ci kursda nişanlanıb, 4 – ci kursda evlənmişdilər.
Gülşənin valideyinləri müəllim idi. Gözlərinin ağı-qarası Gülşən də onların yolunu seçmişdi. Müəllimlik ixtisasına yiyələnib, rayona qayıtmaq, neçə – neçə evlərdə cəmiyyət üçün şəxsiyyətlər yetişdirmək arzusunda idi.
Amma taleyin kompası ona tam başqa istiqamət göstərdi.
Qasımla nişanlı vaxtlarında inciklikləri olsa da, çox uzun çəkməzdi. Hərdən Qasımın ona qarşı kobudluqları olurdu. Tezliklə Gülşənin könlünü alan, küsülülüyü aradan qaldırmağı bacaran Qasımda bu hərəkət, artıq adət halını almışdı.
Qasımın ailəsi Gülşənlə evliliyə razı deyildi. Özlərinə yaxın bildikləri ailədən qız gözaltı edən valideyinlər Gülşən məsələsilə razılaşmamışdılar.
Sonda Qasımın vaz keçməyəcəyini görüb, əlacsız qalmışdılar.
Elə o vaxtdan da Gülşənə “oglanlarını onlardan alan düşmən“ kimi baxırdılar.
Hər işini söz edir, evdə heç nədən söz-söhbət yaradırdılar.
Qasım əslində sakit təbiətli bir insan idi. Ailəsini sevər, dəyər verərdi.
Ata – anasının Gülşənə qarşı münasibətinə qarşı çıxar, Gülşəni müdafiə edərdi.
Qasımın bir bacısı vardı.
Evin erköyün qızı olan baldız ailə qurub getsə də, Qasımın ailəsinə müdaxilə etmək öhdəliyini üzərinə götürmüşdü .
Gülşən deyib – gülən, şən qız idi. Hər sözü söz etməz, heç nədən dava etməzdi.
İlk gündən bəyənilməyən gəlin evin qonagı idi sanki.
Gülşənin valideyinləri heç vaxt onların ailəsinə müdaxilə etməzdi.
Qızlarının xoşbəxtliyi üçün əllərindən gələni edən ata – ana qızlarına başını aşağı salıb uşagını böyütməyi məsləhət görürdülər.
Ailədə gərginlik getdikcə artırdı. Qasım da artıq dəyişmişdi. Gülşəni haqlı olduğunu bilə – bilə haqsız çıxardır.
7 aylıq Zəhraya sığınan Gülşən gününü ağlamaqla keçirdirdi.
Qaynana onu boşatdırmaqla hədələyir, hətta o günün çox da uzaqda olmadıgını deyirdi.
Bir evdə yaşamagın mümkümsüzlüyünü anlayan Gülşən Qasımdan ayrı evə çıxmaq üçün xahiş etdi.
Gülşənin bu istəyi böyük bir dava ilə nəticələndi.
Məsələni ilk bilən qaynana əlini belinə qoyub gəlinə hücum etdi.
-Mənim bir oğlum var, onu məndən almaq istəyirsən?
Sən özünü nə sayırsan?
– Yox, xala , bir müddət ayrı yaşasaq yaxşı olar deyə düşündüm.
– Sən kimsən ki, mən dura-dura bu evdə qərar verirsən?
– Xala, bütün günü söz – söhbətlə bir yerdə qalmaq olmur.
Bu evdə ilk gələn gündən məni istəməmisiniz.
Gözünüzün qabağından uzaqlaşsam yaxşı olar deyə düşündüm.
– Uzaqlaşmaq istəyirsən, çıx get dədən evinə.
Qulaqlarını aç yaxşı eşit. Onsuzda bu evdə sən artıqsan. İstənilməmisən, istənilməyəcəksən də!
Səs küyə Qasım gəldi.
-Nolub, ay ana?
– Nə olacaq bundan artıq?
Sənin bu gülməşəkər arvadın burada qalmaq istəmir.
İstəməz də, görmədiyi günə düşüb. Tövlədən gətirib şəhərdə yaşadanda belə olur axırı.
– Ay ana, bir az sakit ol.
Gülşən də haqlıdı. Ev evə sıgmaz deyib atalar. Qoy bir ev tutaq, bir müddət orda qalaq.
Sizi atmırıq ki, yenə də gəlib gedəcəyik.
– Nə dedin?
Səni yoldan çıxardıb bu gülməşəkər?
Sənin evin buradı.
Gedişin var, dönüşün yox !
Yaxşı fikirləş ya biz,
ya da yad qızı .
Qapı zərblə çırpıldı.
İkinci mərtəbənin təzə düzəldilmiş pəncərələri yenə qaynananın hikkəsinin qurbanına çevrildi.
İki tərəf arasında qalan Qasım bir söz demədi. Paltarını dəyişib işə getdi.
Qara günlər bundan sonra başladı. Gülşənin evdə yeyib içdiyi zəhərə döndü.
Pis yola düşmüş adamlar kimi evdə addımbaşı təqirlə üzləşdi. Valideyinləri dözüb oturmağı məsləhət gördülər.
Vəziyyətin get-gedə agırlaşdıgını görən Qasım ayrı evə çıxmalı oldu.
Gülşən həm sevinir, həm də pis olurdu. Nə qədər olmasa 2 ilə yaxındı ki bir yerdə yaşayırdılar.
Bir xoş üz görməsə də üzü-gözü onlara öyrəşmişdi.
Valideyinləri hər şeyin yaxşı olacağını deyir, səbrli olmağı məsləhət görürdülər.
Gülşən taleyilə barışmışdı. Ayrı evə çıxmağın çıxış yolunu düşünən Gülşən qara günlərinin qabaqda olduğunu aglına belə gətirmirdi.
Qasım evə gec-gec gəlməyə başlamışdı. Elə gecə olurdu ki evə gəlmir, müxtəlif bəhanələr uydurur, bəzənsə öz işimdi özüm bilərəm deyib dava salırdı. Çarəsiz qalan Gülşən dərdini heç kimə aça bilmirdi. Bilirdiki deyən kimi onu günahkar biləcəklər .
3 ay idi təzə evə köçdükləri. Qasım geri dönmək üçün israr edirdi. Heç nədən evdə qanıqaraçılıq yaradırdı. Gülşən çarəsiz qalmışdı.
Bu gün də geri dönmək üstündə mübahisə etmişdilər.
– Hazırlaş, geri qayıdırıq.
– Qasım, bura rahatdı axı.
– Orada sənə neynirlər?
Əllərinin içində saxlayırdılar səni.
– Qasım, bu sənsən ?
İnana bilmirəm.
– Nəyə inanmırsan?
Sən yola getmədin, məndə gətirdim səni bura.
Gördüm günah səndədi, mənimlə də yola getmirsən.
– Niyə haqsız danışırsan?
Mən sənə neynirəm ?
-Bundan artıq nə edəcən? Mənimlə dil – dil ötürsən.
Gülşən əlləriylə üzünü qapatdı. Uşagın yanında ağlamaq istəmədi.
– Yaxşı fikirləş, ya dönəcəyik ata-anamın yanına, ya da zəng et gəlsinlər səni aparsınlar.
Sənə görə valideyinlərimi atmayacağam!
Gülşən yerindəcə quruyub qalmışdı.
-Qasıma nə olmuşdu ?
Gülşən əlacsız qalıb, əşyalarını topalamağa başladı.
Ağlaya-ağlaya güzgünün qabağına keçdi, özünə güzgüdə baxd. Bu neçə ildə çox dəyişmişdi, sanki 10 il qocalmışdı.
Yaşadığı mühit onu məngənəsində sıxıb balacalaşdırmışdı.
Özünə qulluq etməyi belə yadırğamışdı. Bütün gününü uşaga qulluq etməklə keçirdirdi.
Qasımın ona, uşagına qarşı biganəliyinə birtəhət dözür,
üzə vurmurdu.
Valideyinlərinə də heç bir şey demək istəmirdi.
Alacagı cavab bəlli idi:- Özün getmisən, hamıda olan şeydi, döz otur düzələcək və s.
Əşyalarını yığa-yığa aglayırdı. Keçmişə qayıtdı xəyallarında. Qasımla o qədər xoşbəxt idiki.. .
Qasıma olan saf, ülvi sevgisi onun gözünü elə tutmuşdu ki, ətrafdan xəbəri yox idi.
İnsafla , Qasımda ona qarşı çox yaxşı idi.
-Bəs nə oldu? Nə dəyişdi?
-Bəlkə səhv həqiqətən də ondadı?
-Bəlkə özünü sevdirə bilmədi Qasıma?
Bəlkə, bəlkə … Bəlkələrlə dolu bir ömür…
Qapının zəngi çalındı,
Qasım idi. Sir-sifətindən zəhirmar yağırdı.
– Maşın gözləyir, uşağı götür, düş aşağı.
Mənə bax, birdən orada artıq-əskik soz deyərsən ha!
Başını aşagı salıb uşagınla məşgul ol. Elə etmə ki, uşagı əlindən alıb, əxlaqsız adıyla səni qovum..
Gülşən pilləkənlərdə quruyub qalmışdı, nə irəl, nə də geri addım ata bilirdi.
-Yuxuda görürdü bunları? Qasımın davranışları qan qoxulu idi.
Heç nə deməyib maşına əyləşdi. Sükutu hərdən Zəhranın qıgıltısı pozurdu. Ünvana çatdılar. Cəhənnəm yuvası qucaq açmışdı onlara.
-Açmışdımı?
-Bax o da sual altında idi..
Evə keçdilər. Qarşılayan olmadı. Mətbəxdən səslər gəlirdi. Deyəsən baldızı da burdaydı.
Divarlar onu sıxmaga başladı . Əşyalarını götürüb otağa qalxmaq istəyirdi ki, Qasım hardansa peyda oldu.
– Nə durmusan burada?
Get anamla görüş.
– Bilir gəldiyimizi, çölə çıxmadı axı.
– Sən getməlisən, sən gəlinsən.
Gülşən səsizcə mətbəxə keçdi. Qaynana, baldız görməməzlikdəm gəldilər. Gülşən salam verib qaynanasına yaxınlaşdı.
– Uzaq dur, ifritə. Niyə qayıdıb gəlmisən?
Gülşən qorxa – qorxa Qasıma baxdı.
– Ana, bir səhvdi edib, söz verib, indən belə bu evdə səsi çıxmayacaq.
Gülşən mat-məəttəl qalmışdı. —Burada nələr baş verirdi?
Uşagı götürüb yataq otağına keçdi. Çox keçmədi,
” qəhrəman ər” özünü yetirdi.
– Bax, bu gündən anamın qulusan. O nə dedi, o da olacaq.
Gülşən ağzını açıb danışmaga heyifi gəldi. Heç nə deməyib Zəhranı yatızdırdı.
Özü də durub ev işləri ilə məşğul olmaga başladı.
Eyni həyat Gülşəni artıq bezdirməyə başlamışdı.
Əvvəllər ayda bir dəfə də olsa valideyinlərini görməyə gedirdisə, artıq 3 ay idi ki, bu görüş ləğv edilmişdi.
Gündə 1 dəfə anasıyla danışmağa icazə verilirdi.
Küçəyə çıxışa da qadağa qoyulmuşdu.
Qasımın bu hərəkətlərinə ad tapa bilməyən Gülşən Zəhrayla təsəlli tapırdı. Rəsmən türmə həyatı yaşamağa məhkum edilmiş zavallı Gülşən ruhunu cismindən ayrı hiss edirdi.
Evə ruh kimi gəlib gedən Qasıma söz demək mümkün deyildi. Evdə demək olar ki hamı küsülü idi. Hərdən qaynananın deyinməsi olmasa Gülşən bu gedişatla razılaşmışdı.
Demək olar ki o yaşamırdı.
Məqsədsiz, arzusuz, ümüdsüz, ən əsası sevgisiz bir həyatla yol yoldaşı olmuşdu.
Günlərin bir günü telefonuna gələn zəng bərbad olan həyatına “rəngarənglik” qatdı..
-Alo, buyurun.
-Salam. Zəng vurdum ki, biləsiniz, biz Qasımla bir-birimizi sevirik. Yolumuzdan səssizcə çəkilib gedin.
-Alo, alo…
Dəstəkdən gələn səs itib batdı…
Qara günlərin “hədiyyəsi” qabaqdaymış. Yox, bu qədər də olmaz-deyə düşünən Gülşən
-bu gün hər şey bitəcək.
Qasım yenədə səssiz-səmirsiz gəli, mətbəxə keçdi.
Anasınım hazırladığı yeməyi yeyib, salona keçmək istəyəndə Gülşəni əli qoynunda mətbəxin qapısında dayanan gördü.
Qaşqabağını sallayıb, nifrətlə Gülşəni süzdü.
– Nə dayanmısan, məni güdürsən?
– Yox.
-Onda rədd ol get.
Qasım ayaq üstə güclə dayanırdı. Gülşən onun düz yolda olmadığını görürdü. Amma nə edə bilərdi? Onun bu evdə özünə belə ixtiyarı çatmırdı.
Acınacaqlı vəziyyət idi. Səs -küyə gələn qaynana Gülşəni güclə Qasımın əlindən ala bildi.
Gülşənin iniltisi hər tərəfə yayılırdı. Ağrıdan gecələri yata bilmirdi. Qasım vurduğu təpik qabırgasını sındırmışdı .
Üz-gözü də şiş içində idi, vəhşicəsinə döyülmüşdü.
Evə çağırılan tibb bacısı nə qədər israr etsə də, xəstəni xəstəxanaya aparmaga ailə razı olmurdu.
İşin böyüyəcəyindən qorxan Qasım iynə-dərmanla evdə sağalacaq deyib durmuşdu.
Günü-gündən pisləşən ailə münasibətləri Gülşəni bezdirmişdi.
Qasım yeni bir bəhanə tapmışdı. Gülşən çadraya keçməli idi. Hətta evdə belə, qaynatasına görə hicab taxmalıydı.
Gülşən intihar həddinə çatmışdı. Axşamlar vaxt tapanda sızıldayan ayaqlarını qucaqlayıb çıxış yolu axtarırıdı.
Evin pəncərələri dəmir barmaqlıqlarla örtülmüşdü. Pərdənin altından pəncərəyə qara üzlüklər çəkilmiş, həyətə düşməyə də qadağa qoyulmuşdu.
Qasımın hansı məzhəbə qulluq etdiyi bəlli deyildi .
Nə içkidən, nə narkotikdən, nə də əxlaqsız həyatından uzaqlaşmışdı.
Maraqlısı o idiki, bu qadagalar ancaq Gülşən üçün idi.
Çıxış yolu tapa bilməyən Gülşən uşagı da götürüb evdən qaçmaq qərarına gəldi.
Amma necə, hara?
Suallar onu boğurdu.
Qasımdan da qorxurdu. Tapsa, tapdığı yerdə öldürəcəkdi.
Lap canını qurtarsa belə, cəmiyyətin vurduğu damgadan qurtula biləcəkdimi?
Filənkəsin arvadı evdən qaçıb.
Müxtəlif mülahizələr, “ağıllı” məsləhətlər, geri qalmış fikirlər və ən əsası sərbəstlik axtarır ona görə qaçıb deyimi. Gülşən bunların hamısını yaxşı bilirdi.
Eşidən deyəcək;
– Özü sevib gedib.
– Nə istəyir axı, evi – eşiyi .
-Gül kimi balası var.
– Hamımız elə arvad olmuşuq.
– Arvad döyülər də, söyülər də.
– Nolub, o cürə yoldaşı var, alıb gətirir.
-Nə istəyir axı? Deyir çadra ört, ortməlisən də.
– Yəqin başqasın tapıb və s.
Bəs bu zavallı neynəsin axı?
Axır vaxtlar Qasım hər gün demək olar ki onu döyürdü. Qasım gələndə qorxusundan gözünə görsənmirdi.Hətta onun da üstündə döyülürdü.
Yemək niyə gec oldu, çay niyə qaynar deyil, duzqabı niyə əyri durub, palaz niyə belə sərilib, bir sözlə döymək üçün bəhanələr hər zaman tapılırdı.
Problemləri həll etmək əvəzinə birinin üstünə beşini qoyub Qasıma çatdıran qaynana, Gülşəni təhqir etməklə yanaşı, onun bu vəziyyətindən istifadə edib acıq verirdi.
– Görürsən, mənim qızımı necə saxlayırlar?
Gülşənin hər yerdən əli üzülmüşdü. Ata – anasıyla əlaqə tamamilə kəsilmişdi. Evlərini satıb, başqa yerdən ev alan Qasım ünvanı heç kimə vermirdi.
Beləcə bir ailə məhv olub gedirdi. Zəhra da günü gündən saralıb solurdu.
Gülşən Qasımla danışmaga dəfələrlə cəhd etmiş,
sonda günhakar çıxardırılaraq döyülmüşdü.
Gülşən sonuncu dəfə Qasımla danışmaq fikrindəydi. Axşamı həsrətlə gözləyirdi.
Bu gün evliliklərinin 3 ili tamam olurdu. Qasım yəqin çoxdan unutmuşdu onla olan xatirələri. Gülşən yenə də ümüd şamını yandırıb, pərvanətək başına dolanırdı. Qəlbindəki ümüd, dilindəki bəlkələr onun həyat hekayəsini 3 ilə beləcə gətirib çıxartmışdı.
Qapı açıldı. Qasımın gəlişi Gülşəni çaşdırdı. Əlində gül dəstəsi, yanında şirniyyat ..
Ola bilməz, Gülşən yuxu görürdü deyəsən.
Dəli kimi qaçıb Qasımı qucaqlayıb, sevincdən doyunca aglamaq keçdi könlündən. Qorxdu, Qasıma xoş getməz deyə.
Qasım onun üzünə baxıb gülümsündü. İlahi, neçə illərdi bu gülüşə həsrət idi Gülşən.
Onun tanıdıgı Qasım geri döndü. Sevincindən nə edəcəyini bilməyən Gülşən əl – ayaga düşdü. Süfrə düzəltdi. Uşagı geyindirdi. Evdəkiləri süfrəyə dəvət etdi. Mızıldana – mızıldana gələn qaynana gözucu, agzını büzüb süfrəyə baxdı. İstədi süfrənin düzlüşünə mız qoya, Qasımın baxışları sözünü agzında qoydu.
Qasım hər kəsə müraciət etdi.
-Əyləşin, bu gün evliliyimin 3- cü ildönümüdi.
Məsciddən gəlirəm, tövbə etdim.Bu gündən hər şey yoluna qoyulacaq.
Gülşən, çadranı özün istəmiyənədək baglama. Pəncərələrdəki qara üzlükləri söküb atın.
Ananın gözü az qalırdı yerindən çıxsın. Əlacı olsa idi, durub Qasımın agzını əli ilə tutardı.
– Bu evdə səs – küy eşitməyim.
– Başınızı aşagı salıb mehribancasına dolanın.
Gülşən dili – agzı qurumuşdu. Qulaqlarına inana bilmirdi.
Bir müddət evdə hüzur yerini tapdı. Heç kim Gülşənə dəyib dolaşmırdı. Qaynananın təhqirli atmacalarını qulaqardına vuran Gülşən Qasıma inanır, onun dediklərini edirdi.
Xoşbəxlik quşu 3 ay onlarda qonaq oldu.
Hər şey yaxşı idi. Evə bazarlıq edib gələn Qasımın Gülşənlə danışıgını eşidən qaynana, pislik donunu geyinib davaya hazır vəziyyətə gəldi.
Qasım Gülşənə tezliklə işə çıxa biləcəyini, uşagı bagçaya yazdırdıgını deyirdi.
Qapı zərblə çırpıldı.
– Məni bu evdə sayan yoxdu.
Mən bu evin böyüyüyəm.
Heç nədən xəbərim yoxdu.
-Ay ana, niyə əsəbləşirsən? Gülşən analıqdadı.
Zəhra da bagçaya getmək yaşına çatıb. Bagçaya qoyaq, Gülşən işinə çıxsın.
Burda nə varki?
– Bagçada nə bilirsən necə baxacaqlar? Döyəcəklər, yemək vermiyəcəklər.
– Bagça uşaq döymək üçün deyil, ay ana.
– Otursun baxsın gülməşəkər arvadın evdə. işinin adı nədi?
– Bəs deyirdin,baxa bilmir?
-Eh, sənin də agzının kəsəri yoxdu. Neynədisə,çadranı atdırı, indi də işə çıxardırsan.
– Ay ana, məhv olub getmişdim, həyata qayıtdım, səhvimi anladım. Sevinmirsən ki ailəm dagılmadı?
– Hm, əvvəl axır dagılacaq!
Qasım məsələnin uzandıgını görüb mətbəxə keçdi. Arxasıyca keçmək istəyən Gülşənə qaynananın sözü sillə kimi dəydi.
– Sən də azadlıq istəyirsən də, Anan kimi pis yola gedəsən.
Gülşən geri çevrilib;
-Ay xala, o nə sözdü deyirsən ?
Arvad himə bənd imiş, səsini atdı başına , aləm dəydi bir – birinə. Qasım nə qədər çalışsa da sakitlik yarada bilmədi. Qaynananın agzı necə qızmışdısa Gülşəni ən agır söyüşlərlə söyməkdən belə çəkinmirdi. Gülşən həm Qasımdan qorxurdu, həm də özündən böyüyə cavab qaytarmaq istəmirdi.
Qaynana Gülşənin səssizliyini məglubiyyət kimi başa düşüb, daha da kükrəyirdi.
Gülşən dözə bilməyib qışqırmaga başladı.
Neçə vaxtı yaşadıgı stress vulkan çevrilib püskürməyə başlamışdı. Ürəyi yerindın çıxacaq kimi tez – tez vurmaga başlamışdı. Artıq dözə bilmirdi. Belə olmaz axı?.
Gülşənin günahı nə idi?
Sevib ailə qurmaq?
Yoxsa hörmət edib cavab qaytarmamaq?
Qasımın ona tərəf çıxmagından hiddətlənən qaynana əlini belinə qoyub çəmkirdi;
– Səndə günah yoxdu,
günah sənin ərindədi.
Vaxtında dilini kəssəydi,
indi cavab verə bilməzdin.
– Mən sizə nə deyirəm axı?
– Ta nə deyəcəkdin ki?
– Siz mənim valideyinlərimi söyürsünüz. Mənim səssiz qalmagımı istəyirsiniz?
– Sənin səsin niyə çıxmalıdır ki? Sən kimsən ?
Gülşən sərhədi keçmək istəmədi. Hələdə qaynanasına siz deyə müraciət edirdi.
Qasım çölə çıxdı. Gülşən də balaca Zəhranl götürüb yataq otağına keçdi. Qaynananın hələ də səsi gəlirdi. Get – gedə səsinin tonu daha da qalxır, sanki döyüşə rəqib çagırırdı.
Gülşən səbrini basıb oturmuşdi. Yataq otagının qapısı zərblə açıldı. Budur, qaynana alov saçan 7 başlı əjdaha kimi içəri keçdi.
– Sən, nə qədər arsız adamsan, bu qədər söyüşdən sonra hələ də burdasan?.
Niyə çıxıb getmirsən dədənin xarabasına?
– Mən ailəmin yanındayam.
– Nə ailə, ailə salmısan? Səni əvvəl axır boşatdıracagam
– Niyə, səbəbin bilmək istəyirəm.
– Səbəbi bizim varlı, sizin kasıb olmagınız. Bu bəsdi, yoxsa davam edim?
– O səbəb deyil axı?
– Dilini kəs, elə etmə ki, bu evdə son gecən olsun!
Gülşən ayag qalxıb əşyalarını topalamaga başladı.. Burada qalmagın mümkünsüzlüyünü dərk edirdi . Qasımın qəfil gəlişi qaynananı daha da alovlandırdı.
-Hələ bitirməmisiniz?
– Günah ondadı. Mənə bayaq bilirsən nə dedi ?
– Nə?
– Bala, söz etmə, amma mənə elə söz dediki onu boşamasan südümü sənə halal etmərəm.
Gülşən ağzından artıq söz çıxartmadığını bilirdi.
Amma nə fayda?
Arvad dediyini deyirdi.
Qasım artıq səs – küydən yoruldu. Sakitlik yarada bilmirdi. Gülşən cavab vermirdi,
əlini üzünə tutub aglayırdı. Məkirli qaynana isə dediyini deyirdi.
– Sən ananı onun ayağına verdin, sən yaxşı ogul olsaydın, o mənə cavab verə bilməzdi.
Nifrət dolu sözlər Qasımın başı ətrafında fırlanır, qulaqlarına girmirdi. Birdən arvad yerə yıxıldı.Özünü elə göstərirdi ki, guya ürəyi gedib.
Gözlərini yumub açmırdı.
Gülşən bunun oyun oldugunu bilirdi. Evdə eri ilə də dalaşan kimi uzanıb yerə özünü bu vəziyyətə salırdı.
Qasım qorxuya düşmüşdü. Gülşən su gətirdi.
Nə qədər etsələr də arvad gözünü açmadı.
Bu dəmdə Zəhra agladı.
Gülşən onu qucagına götürüb gəldi.
Qapının zəngi çalındı.
Gələn Qasımın atasıyla, bacısı idi. Səhnə yenidən quruldu.
Baldız səsini atdı başına.
– Anama nə etmisiniz?
-Niyə ayılmır?
-İndi özünə gələr deyə Qasım qorxa – qorxa cavab verdi.
– Hamısını edən sənin arvadındı. Anam burada ölür sən hələ də onun tərəfin tutursan. Sən sən olsan o heç nə edə bilməz.
Sənsən günahkar, sənsən…
Sözlər qulaqlarında cingildəməyə başladl Qasımın. Nə qədər etsə də özünü ələ ala bilmədi.Dəli kimi qışqırıb Gülşənin üstünə hücum çəkdi. Qaynana baldız baxışıb xısın – xısın güldülər.
Qasım Gülşəni döyməyə başladı Balaca Zəhranın səsi aləmə yayılırdı. Gözü heç nə görməyən Qasım Gülşəni döyməkdə davam edirdi. Qasımın əlindən birtəhər qurtaran bədbəxt 2 – ci mərtəbəyə qalxdı.
Qasım dəli kimi qışqırır, onu öldürəcəyi ilə hədələyirdi.
2 ci mərtəbədəki mətbəxin bir qapısı eyvana açılırdı.
Otaqdan girişi olan mətbəxin qapısını baglaylb tir – tir əsən Gülşənin son ümüd yeri bura idi. Qasım nə qədər qışqırsa da qapını açmadı.
Zəhrayla səs – səsə verib aglayırdılar. Qasım qapını açmagı bacardı. Gülşənin üstünə hücum çəkib söyüşlə bərabər sillə yağışına tutdu.
İlahı, vəhşi Qasım qayıtmışdı.
Eyvana qaçan Gülşən uşagını bərk-bərk qucaqlayıb imdad diləyirdi. Ağzı-burnu qan içində, ağrıdan yerdə qıvrılan bəxtsiz gəlini zorla ayağa qaldırıb yenidən döyən Qasım sanki havalanmışdı. Gülşən yalvarırdı.
– Zəhraya dəymə, onu vurma.
Qasım Zəhrsnı bir top kimi onun əlindən alıb kənara tulladı. Uşağının yanına yüyürən Gülşənin qarnına təpiklə vurub yerə yıxdı. Gülşən son gücünü topalayıb, sürünə – sürünə uşaga sarı getdi, onu qucaqladı.
Bu dəmdə Qasımın təpiyi uşaga dəydi. Uşaq Gülşənin əlindən həyətə düşdü. Gülşən dəli kimi hayqırdı. Gözü qanla örtülən Qasım onu da vurub eyvandan saldı.
Zəhra yerə düşən kimi mələyə çevrilmişdi. Gülşən Zəhradan sonra iki gün yaşamadı. Qızının ölümünü bilmədən bu dünyaya əlvida dedi.
Ruhi xəstəxanaya yatırılan Qasım nə etdiyini indi anlayırdı.
-O nə etmişdi?
-Ailə qatili idi.
-Onu yoldan kim çıxartdı?
-İçindəki şeytan?
-Yoxsa evdəki insan cildindəki şeytanlar?
Bu acı ilə yaşaya bilməzdi Qasım.
Fürsət tapan kimi damarlarını kəsib intihar etdi.
Söz – söhbətin, müdaxilənin məhv etdiyi bir ailə məhv olub getdi.
Ölüm yüklü sevgisini cəmi 3 il yaşada bildi bu bədbəxt cütlük…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aqşin Evrən və Xəzər Süleymanlının “Ayrılıqların təkrarı” romanında küllərdən doğulan sevgi… – Səma MUĞANNA

Səma MUĞANNA

AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…

Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.

Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.

Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.

İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!

Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?

O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.

İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.

Bu, çox doğru fikirdir.  Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…

Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.

Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.

Klinikanın  adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.

Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.

Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Səma MUĞANNA


SƏMA MUĞANNANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NURANƏ RAFAİLQIZI – UŞAQ ŞEİRLƏRİ

Nuranə RAFAİLQIZI 

OĞLUMLA SÖHBƏT
-O səs nədi elə, Ana?
-Oğul balam, yağış yağır.
göydən yerə buludların
toxuduğu naxış yağır.
* * *
Bu yağışla nur çiləsin
taleyinə kaş ki, Tanrı!
Sən xoşbəxt ol, mən də olum,
ay ömrümün xoş nağılı!
* * *
-Bəs, o işıq nədi elə?
-O da aydı işıq saçır.
günəş batır, ayla ulduz
gecələrə qapı açır.
* * *
Qoy, o işıq amalına,
həyatına saçsın, balam!
Uzaq olsun hər an səndən.
şər, iftira, böhtan, yalan!
* * *
Bəs, o nəyin qoxusudu?
-Pəncərəndə açan güldü,
qoxusunu yayıb evə,
gül də, sənə baxıb güldü…
* * *
Daha bəsdi, yataq oğlum,
gül-çiçəkdən təmiz, balam!
Gəl, bağrıma basım səni,
doğma balam, əziz balam!
* * *
Niyyətlərim, arzularım
sənə doğru, sənə bağlı!
Bəlkə, sənə nağıl deyim,
ay ömrümün xoş nağılı?!
* * *
Biri vardı, biri yoxdu…
varım-yoxum sənə qurban!
Hansın deyim, Məlikməmməd,
Göyçək Fatma, yoxsa Cırtdan?
* * *
Yum gözünü, layla çalsın
anan sənə həzin-həzin!
Yaşayıram, üz-gözümə
toxunduqca, tər nəfəsin.
* * *
Misralarım avazımla
cingildəsin qulağında.
Gül də açdı, ay da doğdu,
yağış yağdı otağında…
* * *
Mahnı kimi, nağıl kimi
ömrün olsun, noğul balam!
Sən yat, çəkim mən keşiyin
oğul balam, oğul balam!
25.08.2010.

DUYĞUNUN GƏLİNCİYİ
Köhnə gəlincikləri
Duyğu yığdı yanına.
Əvvəlcə, əl gəzdirdi
Onların paltarına.
* * *
Yuyub, qurutdu sonra,
Düymələrini tikdi.
Ayaqqabısın silib
Üstünə boya çəkdi.
* * *
Saçlarını daradı,
Üz-gözünü bəzədi.
Sonra, kənardan baxıb
Dedi: -Sanki, təzədi!
18.06.2015.

ƏLİSANIN KİTABLARI
(Oğlumun “Kitab bayramına”)
Əlisa kitabları
Yığdı çantaya bir-bir.
Bir az keçdikdən sonra
Gördü ki, hay-küy gəlir.
* * *
Astaca qulağını
Dirədi çantasına.
Eşitdi hay- küy düşüb
Onların arasına.
* * *
Dilləndi Ana-dili:
-Mən Ananın dilliyəm,
Bal-şəkər, şirin-noğul.
Yazılıbdı sinəmə
Şeir, tapmaca, nağıl.
* * *
Ataların sözünü
Mən sizə yetirirəm.
İşim, sifət, feillə
Cümləni bitirirəm.
* * *
Dindi Texnologiya:
-Uşaqlar görcək məni
Açılır qaş-qabağı.
Qayçı, yapışqan ilə
Sevirlər oynamağı.
* * *
Rəngbərəng kağızları
Doğrayıb, kəsib, burur.
Plastilin xəmirdən
Hərə bir dünya qürur.
* * *
Dilləndi İnformatika:
-Kompyuter əsridi
Bizim indiki zaman.
Bunun üçün də məni
Uşaqlar sevir yaman!
* * *
Sistem, blok, monitor,
Qrafik, alqoritm.
Yeni dərs üsuluyla
Tutmuşam mən də ritm.
* * *
Dindi Həyat bilgisi:
-Mənim vərəqlərimdə
Bilirsiniz, nələr var?
Canlı, cansız təbiət,
Heyvanlar, bitkilər var.
* * *
Planet, yer kürəsi,
Dənizlər, okeanlar.
Yol qaydasın öyrənir,
Məni tam oxuyanlar.
* * *
Dilləndi bu an Şahmat:
-Uşaqların sevdiyi
Ən gözəl kitab-Şahmat.
Topla atəş açılır,
Şahə qalxır köhlən at!
* * *
Fillə, vəzir yanında,
Piyada öndə durur
Bu oyunun qalibi,
Şahı mat edən olur.
* * *
-Dindi İngilis dili:
Beynəlmiləl ad alıb,
Dünya belə danışır.
Bu dil ilə ölkələr
Tam qaynayıb, qarışır.
* * *
I am speak English,
Salam verin:- Hello! Hay!
Vell come, nise to meet you!
Sağ olun! Sii of! Good bay!
* * *
Təsviri incəsənət dilləndi öz yerindən:
-Uşaqlar qoymur məni,
Əllərindən heç yerə.
Quaş, pastel, boyayla
Rəngləyib silə-silə.
* * *
Gördükləri nə varsa,
Çəkirlər min həvəslə.
Yaman maraqlanırlar
Bu kitabla, bu dərslə.
* * *
Dilləndi Riyaziyyat:
-Elmlərin şahıyam,
Biliklərin açarı.
Uşaqlar yaman sevir,
Həndəsi fiqurları.
* * *
Vurma, çıxma, toplama
Həll edirlər maraqla.
Məntiq, misal, məsələ
Gəl, bir məni varaqla!
* * *
Dindi bu an musiqi:
-Çalğı alətlərini
Uşaqlara danışdım.
Azərbaycan himnini
Əzbərlətdim, soruşdum.
* * *
Gah notdan, gah ritmdən,
Gah muğamdan söz saldım.
Şirin nəğmələrimlə
Könüllərə iz saldım!
* * *
Dinləyib hamısını,
Əlisa gülümsündü.
Fikrə gedib bir qədər,
Sonra astaca dindi:
* * *
-Dalaşmayın kitablar,
Hamınızı sevirəm!
Anam söyləyib mənə,
Bunu çoxdan bilirəm.
* * *
Elm, savad kitaba
Yazılan sözdən keçir.
İşıqlı gələcəyə
Gedən yol sizdən keçir!
20.05.2015.

ANAM NAĞIL DANIŞIR
Biri vardı, biri yox…
nağılların sayı çox.
Atamın mərd elindən,
anamın bal dilindən
Dinləyib şirin-şirin.
çox sevmişəm hər birin.
* * *
Yatmağa gedən kimi,
hər axşam dönə-dönə,
Anam başımın üstə
nağıl danışır mənə.
* * *
Göyçək Fatmayla Cırtdan,
cəsur Ağ atlı oğlan,
Turp, Qoğal, Məlikməmməd,
Tıq-tıq xanım və Əhməd,
divlə, Qırmızıpapaq
gəlirlər bizə qonaq.
* * *
Dərə keçir, düz aşır,
yorulmadan danışır…
Nağıl sona yetişir,
göydən üç alma düşür.
Anam söyləyir mənə:
-Ay oğul, qurban sənə,
payını saxlayıram,
yat, dur sonra yeyərsən!
* * *
… Sabaha heç nə qalmır.
Almaların hamısın
anam yeyir, deyəsən?
16.06.2015.

TƏNBƏL RAFAEL
Yaman səliqəsizdi
Bizim Rafael yaman.
Otağı qarış-quruş
Olur baxsan, nə zaman.
* * *
Kitab divanın üstə,
Döşəmədə dəftəri.
Qələm, şəkil, saatlar…
Bərbad gündə rəfləri.
* * *
Dəsmalı yerdə gəzir,
Qırışdı paltarları.
Heç narahat etməyir
Onu, evin bu halı.
* * *
Elə ki, lazım olur
Ona otaqdan nəsə.
Axtarıb tapa bilmir,
Hamı yığılır səsə:
* * *
-Kömək eləyin tapım,
Dərsə yetişməyəcəm!
Söz verirəm, otağı
Gəlib təmizləyəcəm!
* * *
Elə ki, evə gəlir
Hər şey çıxır yadından
Tutacaq öz sözünü
Nə vaxt, bu tənbəl oğlan?!
22.06.2015.

Müəllif: Nuranə RAFAİLQIZI 

NURANƏ RAFAİLQIZININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru