
Mələk simalı analar…
Bu günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və Sabitlik və İnkişaf Mərkəzi İb-nin İdarə heyətinin xətti ilə Bərdəli şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım Qəribovanın dəvəti ilə Bərdəyə səfərə- Mehparə ananın təşəbbüsü və rəhbərliyi ilə Bərdə Mədəniyyət Mərkəzində təşkil etdiyi “Cənnətdən cənnət mələyinə hədiyyə” adlı tədbirə yola düşdük.
Kürdəmirə çatanda təşkilatımızın direktor müavini Ruhiyyə xanımla Şəhidlər xiyabanını ziyarət etdik. Bizim buraya gəlməyimizdən xəbər tutan Simuzər ana da Xiyabana gəldi. Biz Kürdəmir şəhidlərini və Simuzər ananın şəhid oğlu Cəmil Həşimlinin də ziyarət edərək məzarına tər qərənfillər qoyduq.
Bizimlə Bərdəyə getməyi lazım bilən şəhid anası yol boyu oğlundan elə şirin xatirələr danışırdı ki, tədbir məkanına nə vaxt çatdığımızı hiss etmədik.
Mədəniyyət Mərkəzində ciddi hazırlıq gedirdi. Mehparə ana gəlişimizə sevindi. Məlum oldu ki, buraya yalnız Bərdənin deyil, Bakıdan, Kürdəmirdən digər qonşu rayonlardan yüz nəfər şəhid valideynləri, şəhid anaları dəvət olunub. Mərkəzin səhnəsində yüz şəhidin şəkilləri və onlara uyğun gül dibçəkləri, tər qızılgüllər, müxtəlif hədiyyələr düzülmüşdü.
Eyni zamanda gənc rəssam, şəhid analarına, “ana və oğul” şəkilləri ilə şəxsən hazırladığı foto-kompozisiyaların müəllifi Ayxan İsayev də xüsusi hədiyyələri ilə burada idi. Onu da qeyd etmək yerinə düşərdi ki, Ayxan demək olar respublikamızın rayonlarında və Bakıda keçirilən bir çox anım və mövlud günlərində fəal iştirak etdiyinə görə bir çox diplom və döş nişanları ilə təltif olunmuşdu.
Tədbirə başlamazdan əvvəl Qazilərimiz Dövlət Bayrağımızı təntənəli marsın sədaları altında zala gətirdilər. Dövlət Himnimiz bir dəqiqəlik sükutla yad edildilər.
Aparıcı Səbinə Mirzə qızı şəhid analarını və dəvət olunan digər qonaqları salamladı. Tədbirdə rayonun İH-nin məsul şəxsləri, millət vəkili Fatma Yıldırımı, Bərdə rayon YAP-nın sədri Fəqət Şadlinskaya, Mədəniyyət Mərkəzinin sədri İlyas Hacıyev və başqaları iştirak edirdi. Söz millət vəkili Fatma Yıldırıma verildi.
O, 44 günlük müharibədə cəsarətlə döyüşən, vətənimizin şəhid igid oğullarının analarına can sağlığı və səbr dilədi. Digər çıxışçılar da şəhidlərimizin sayəsində torpaqlarımızın azad olunmasını təmin etdikləri bir daha söyləndi. Sonra şəhidlərimizə həsr olunmuş videoçark və slayd nümayiş olundu.


Tədbir günü Mehparə ananın ad günü olduğu da qeyd olundu.
Gözəl təşkilatçı-şəhid anasına təşəkkür edildi ki, Fəxri kimi oğulu vətən üçün tərbiyə edib böyüdüb. Suqovuşan fatehi, Murov Qartalı Fəxri göstərdiyi şücaətə görə üç medalla təltif olunub.
Tədbirdə Bərdənin Birinci Vətən Müharibəsi və Aprel döyüşlərinin şəhidi Ziya Həsənovun ailə üzvləri, Bakıdan şəhid Emin İsmayılovun anası Məlahət xanım və digər yüzə yaxın şəhid anaları da gəlmişdilər.
Rayon uşaq gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiyanı dinləyicilər alqışladılar.
“Qazilər” Vətən müharibəsi iştirakçılarına və ailəsinə sosial Dəstək İctimai Birliyinin döş nişanları və vəsiqələri təqdim olundu…
Sonda bir daha şəhidlərimizə dualar oxundu…
Ötənləri xatırlayaraq yolumuza davam etdik.
Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA
AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.
NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru