Jalə Cəfərovanın on yeddi günlük səfəri başa çatıb – Nəzakət Kərimova-Əhmədova

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

30.03.2022.İstanbul-Yunanıstan,Paris-Bakı.
Milli Mədəniyyətin Təbliği ictimai birliyinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Agentliyinin dəstəyi ilə “Azərbaycanın və Türkiyənin ortaq dəyəri rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı “layihəsi bu gün səfər çərçivəsində apardığı tədqiqatını başa vurub. Jalə xanımdan üç ölkədə apardığı axtarışlarıyla bağlı qısaca məlumat verməsini istədik
Jalə Cəfərova “ On yeddi günlük səfər başa çatsa da aldığım təəssürat,tapıntılar bir daha deməyə əsas verir ki soydaşımız olan böyük rəssam İbrahim Safi yaradıcılığı bitib-tükənməyən bir xəzinədir. Sadəcə obyektiv səbəblər var ki zəngin həyat və yaradıcılıq yolu keçən bu böyük insan haqqında məlumat əldə etmək gözlənilən real çətinliklər yaradır. Baxın ,2021- ci ilə qədər əsərləri auksionlarda daim satışlarda olan əsərləri çox həm də bu günkü iqtisadi çətinliklərə baxmayaraq ən yüksək məbləğə satılan əsərlər siyahısındadır. Mart ayının 14 dən 18-ə qədər İstanbul görüşləri reallaşdı. Çox dəyərli yazar ,kolleksioner İbrahim Safidən ilk reportaj hazırlayan Moşe Qrosmanın açılmamış arxivi və məsləhətləri gələcək addımlarımda misilsiz bələdçilik etdi. Türkiyədə topladığım bilgilərə görə İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpə,Sosial Araşdırmaçı ,qezeteçi Doğan Kasadoluya,onun asistanı Türkan Özbuğut xanıma sonsuz təşəkkürlər.
Mart ayının 18 dən 22- nə qədər Yunanıstanın paytaxtı Afinada oldum.Səfər edəcəyim zamanı bildirsəm də məktublarıma cavab almadım. Bayram günləri və bəlli qrafika ilə çalışdıqları üçün ( üç dəfə qəbula getdim) Azərbaycanın Yunanıstandakı səfirliyində təəssüf ki heç bir görüş baş tutmadı. Afinada dörd muzeydə oldum
İstanbulda doğulan , 18 yaşına qədər Türkiyədə yaşayan yunan əsilli ,illərdir İbrahim Safi yaradıcılığının heyranı kimi tanıdığım Eleni Koufalidou xanımla ünsüyyət və topladığım məlumatlar məni çox sevindirdi..

Martın 18 dən 30 –a qədər Fransanın paytaxtı Parisdə oldum. Əldə etdiyim bilgiləri ümidvaram ki tezliklə kitabça kimi görmək nəsib olacaq. Qısaca görüşdüyüm və İbrahim Safinin Fransadakı təbliğıylə bağlı gələcəkdə nəzərdə tutduğumuz ,görüləcək işlərlə bağlı Azərbaycanın Dostları Assosiyasının rəhbəri Mirvari xanım Fətəliyevadan xeyli qiymətli materiallar əldə etdim.Mirvari xanımın isti,səmimi münasibətindən cəsarətlənib “Azərbaycanda İbrahim Safi adına Mədəniyyət Mərkəzinin “ yaratmaq arzumu da dilə gətirdim .
29 mart tarixində Azərbaycanın Fransadakı Səfirliyində Mədəniyyət məsələləri üzrə məsul şəxs olan Günül xanım Zülfüqarova ilə görüşdüm. Bacardığım qədər çalışdım ki bu böyük rəssam haqqında fransız sənət aləminin insanları,Fransada yaşayan türklər ,həmçinin azəri türklərimiz də bilgilənsin. İndiki tarixi dönəmdə zənnimcə vacib və önəmli məqamdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Türkiyə dostluq münasibətləri daha əhəmiyyətli mərhələyə keçib. Günel xanım bir saata qədər davam edən görüşümüzün sonunda qeydlərini Azərbaycanın Fransadakı səfiri Rəhman Rəhimov cənablarına çatdıracağını söylədi.
Parisdə xeyli muzeydə ,şəxsi kolleksionerlərin qalleriyasında oldum. Əldə olunan məlumatları yaxın zamanlarda paylaşacayıq.
Fransada mənə ölçüyə sığmaz dərəcədə mənəvi dəstək olan insanlara sonsuz sayğı və təşəkkürümü bildirmək istəyirəm.
Uçun illər Fransada yaşayan həmvətənlərimiz ictimai fəal Zivər xanım,Xuraman xanım Rəhimova bacıları, İlqar bəy Turabi, Fransa Azərbaycanlıları Birliyinin rəhbəri Rza bəy Zeyniyə Milli Mədəniyyətin Təbliği ictimai birliyi adından bir daha sonsuz təşəkkürlər.
İbrahim Safi yaradıcılığı davam edir.

* * *

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi çərçivəsində apardığı tədqiqatını başa vurub.
Səfər təəssüratlarını bölüşən Jalə Cəfərova bildirib ki, Avropanın 3 ölkəsində 17 gün ərzində həyata keçirdiyi tədqiqat işləri zamanı xeyli maraqlı məlumatlar əldə edib: “Səfər zamanı aldığım təəssürat, tapıntılar bir daha deməyə əsas verir ki, soydaşımız olan böyük rəssam İbrahim Safi yaradıcılığı bitib-tükənməyən xəzinədir. Onun əsəsrləri 2021-ci ilə qədər auksionlarda ən yüksək məbləğə satılıb. Mart ayının 14 dən 18-ə qədər İstanbul görüşləri reallaşdı. Çox dəyərli yazar, kolleksioner İbrahim Safidən ilk reportaj hazırlayan Moşe Qrosmanın açılmamış arxivi və məsləhətləri gələcək addımlarıma misilsiz bələdçilik etdi. Türkiyədə topladığım bilgilərə görə, İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmet Elpə, Sosial Araşdırmaçı, qəzetəçi Doğan Kasadoluya, onun asistanı Türkan Özbuğut xanıma sonsuz təşəkkürlər”.
Səfərini Yunanıstanın paytaxtı Afinada davam etdirən J. Cəfərova burada yunan əsilli, illərdir İbrahim Safi yaradıcılığının heyranı kimi tanınan Eleni Koufalidou ilə görüşüb: “Ardınca Fransanın paytaxtı Parisdə davam edən səfər çərçivəsində
Azərbaycanın Dostları Asssosiyasiyasinin baş katibi, Paris Azərbaycan təşkilatının rəhbəri Mirvari xanım Fətəliyevadan xeyli qiymətli materiallar əldə etdim. Mirvari xanıma “Azərbaycanda İbrahim Safi adına Mədəniyyət Mərkəzinin “ yaratmaq arzumu da dilə gətirdim. Həmçinin, Azərbaycanın Fransadakı Səfirliyində Mədəniyyət məsələləri üzrə məsul şəxs Günel Zülfüqarova ilə görüşdüm. Bacardığım qədər çalışdım ki, bu böyük rəssam haqqında fransız sənət aləminin insanları, Fransada yaşayan türklər, həmçinin azəri türklərimiz də məlumatlansınlar. Günel xanım görüşümüzün sonunda qeydlərini Azərbaycanın Fransadakı səfiri Rəhman Rəhimov cənablarına çatdıracağını söylədi”.
Qeyd edək ki, “Azərbaycanın və Türkiyənin ortaq dəyəri, rəssam İbrahim Safinin Avropadakı həyat və yaradıcılığı” layihəsi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dəstək Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir