
Peşman olarsan
Gəl məni bənzətmə lal axan çaya
Çağlaya bilərəm, peşman olarsan
Özüm də bilmədən sevən qəlbini
Dağlaya bilərəm, peşman olarsan.
Özün bilirsən ki, sevirəm səni
Ay könül həmdəmim, ömrümün təni
Gördün fikirliyəm, dindirmə məni
Ağlaya bilərəm, peşman olarsan.
Muradam, hər sözüm qətidir, qəti
Aman: ehtiyatla qoru ülfəti
Bir ömür boyunca kin-kidurəti
Saxlaya bilərəm, peşman olarsan.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var