
Öləndə urvatdı ölə biləsən
Oğul, hər varlığın bir yoxluğu var
Dünyanın gərdişin belə biləsən
Baldan da şirindir varı, dövləti
Tapanda qədrini bilə biləsən.
İnsanın yaxşısı, yamanı varmış
Həmdəmin, sirdaşın vəfalı yarmış
Dərdi bölüşəndə dərd azalarmış
Bacarıb qananla bölə biləsən.
Elə yan, elə coş, elə çağla ki
Qəddin əyilməsin o dağlar təki
İşdi, qəhərlənsən elə ağla ki
Özün göz yaşını silə biləsən.
Oğul sözlərimi yaxşı ələ sən
Dinib danışanda olma tələsən
Sağ ikən el qədri bilən ol ki sən
Öləndə urvatdı ölə biləsən.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var