
SABİRİN DOĞUM GÜNÜNƏ
Aç kitabı, bu dünyanın dərsinə bax,
Dağ əriyib, yaylağı aran qoxuyur.
İndi zəmanə dəyişib tərsinə, bax,
Şeyxi şərab, alkaşı Quran oxuyur.
* * *
Cüt qapazı endirir “tarab” başına,
Min yol ilə toplayır xarab başına,
İlmə – ilmə millətin corab başına,
Yun əyirib, cəhrəsin quran, toxuyur.
* * *
Zamanə də işləyir şər lehnə qağa,
Kitab qələm kar etməyir zehnə qağa,
İndi yaman mod olubdur səhnə qağa,
Ayaq tutub, yerindən duran oxuyur.
* * *
Görsə dürüst, həmən deyər “əqli naxoş”,
Əxlaqa “yersizdi” deyır, ismətə “boş”,
Get- gedə lap aşıb-daşır qeyrəti xoş,
Adın yazıb, ənsəyə vuran oxuyur.
* * *
Yurd talanır, yanmayır bədbəxt halına,
Ac gözünü zilləyib xalqın malına,
Qan pulunu gizlədib, keçir dalına,
Göy zəli tək damardan soran oxuyur.
* * *
Az giley et, süz qədəhi, çək başına,
İç qəmini, aç acını yaz daşına,
Lalə, niyə qəm çəkirsən boş boşuna?
Ritmi tutub, çırtmasın vuran oxuyur.
Müəllif: Lalə İSMAYIL
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru