
Özümə qənimdir xatirələrim
Həm məni yaşadan şirin xəyalım
Həm acı qəmimdir xatirələrim
Bəzən ürəyimi didən peşmanlıq
Bəzən həmdəmimdir xatirələrim.
Vüsala tamarzı kədərdən kalan
Qisməti intizar, sevgisi talan
Ötüşən ömürdən yadigar qalan
Saçımda dənimdir xatirələrim.
Dünəndən boylanıb güdür sabahı
Yığır ürəyimə amanı, ahı
Heç kimlə bölüşə bilmirəm axı
Tək mənim, mənimdir xatirələrim.
Eloğlu, getdi ta gedən dünənim
Havayı xərcləndi ömür dönəmim
Sirr kimi daşlaşıb sinəmdə mənim
Özümə qənimdir xatirələrim.
31.05.2023
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var