Kamalə Abiyeva – Qar yağır

14 yanvar 2024 – Qarlı günün isti şeirləri – Fotolar.

YUXU
(Qar yağır)
Qar yağır dənə-dənə,
göylər yatmayıb yenə.
Yuxulu baxışları yavaş-yavaş sığınır
torpağın sinəsinə.
Göylər yatmayıb yenə…
Gecə qaranlığından torpağa gedən yola
ağ-ağ cığırlar salır,
torpaq bürünüb yatır gecə səssizliyinə.

Göylər yatmayıb yenə…
Qar yağır dənə-dənə.
Bu qış nəğməsi ilə təbiət layla deyir
öz torpaq övladına.
Qoy yatsın, rahatlansın,
yuxusu şirin olsun, yuxusu dərin olsun.
Pis yuxular görməsin.
Tanrı dinc yaradıbdı asimanı, torpağı.
Bu dincliyi pozmayaq,
yuxusundan yarımçıq oyanmasın bu torpaq.
Təbiət özü bir gün bahar nəfəsi ilə,
şəlalə səsi ilə mehriban bir ana tək
torpağı səsləyəcək,yuxudan oyadacaq.
Öz səxavət donunu əyninə geyinərək
oyanacaq bu torpaq.
onu qoruyanlara min nemət bitirəcək,
bərəkət gətirəcək.

Müəllif: Kamalə ABİYEVA

KAMALƏ ABİYEVANIN YAZILARI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Kamalə Abiyeva – Qar yağır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir