Gündəlik yazmaq haqqında Ustad tövsiyəsi – Ruzinamə

Siz “gündəlik” yazırsız? Yox? Niyə? Nə üçün?

Bir neçə gündür (əslində bir neçə aydır) gündəliklərimi qaydaya salmaqla məşğulam. Konkret həcmini deməyə çətinlik çəkirəm. Hər halda bir neçə oncilddən ibarətdir. Bu “səliqə-sahman” işi şərid kimi uzanıb getməkdədir…
…İllərdir gündəlik yazıram. Yazılan gündəliklər (təbii ki, orada heç də hər günün geniş mənzərəsi əks olunmur, bəzən ayda bir dəfə qeydlər aparılır) bir növ insanın gündəlik etirafıdır…
…Gündəlik səni daha çox keçmişə, artıq arxada qalan zamana çəkib aparır. Düzdür, daim keçmişlə yaşamaq yaxşı əlamət deyil. Amma burası var ki, arxaya nəzər salmamaq da yaxşı əlamət deyil. Zaman sürət avtomobili kimi çapıb gedir, di gəl ki, sürücünün bir gözü həmişə arxada olur…
…Zaman-zaman yazdıqlarımın bir çoxunu cırıb atmışam. Səbəb nədir? Zira bəzən mənə elə gəlib ki, gündəliklərdə hamı, yəni yalnız əfkar-ümum üçün gərək olan nəsnələr əks olunmalıdır. Amma sonra baxıb görmüşəm ki, bu fikir də doğru deyil. Bir çox hallarda hamı üçün “hamıyaməxsus” olan hadisələr deyil, məhz şəxsi-fərdi-intim-individual hadisələr daha maraqlı ola bilər və yaxud da olur.
…Yazdıqlarımın hamısını böyük tirajla nəşr etdirmək imkanından məhrumam. Bunun üçün böyük vəsait gərəkdir. Bu səbəbdən bir neçə nüsxə basdırmaqda qərarlıyam. O da şəxsi və ictimai kitabxana üçün…
…Məsləhətim. Çalışın gündəlik qeydlər aparın. Bu, şəxsi həyatınızla da bağlı ola bilər, planetar hadisələrlə də. Gündəlik yazmaq, xüsusən, qələm adamlarına hava-su kimi lazımdır. Bunun bir çox məziyyətlərini (və əziyyətlərini) qoyuram bir kənara, nəzərə alın ki, bizdə memuar ədəbiyyat az qala yox səviyyəsindədir. Yəni bu cür əsərlərin sayı barmaqla hesablanacaq qədər azdır.
İrəli baxın. Amma hərdən geriyə baxmağı da unutmayın. Zaman sürət avtomobili kimi çapıb gedir, di gəl ki, ən mahir sürücünün belə, bir gözü həmişə arxada olur. Elə hər bir normal adamın da…


MənbəFiruz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir