Firuz Mustafa – Sərhədsiz dünya

SÖZÖNÜ

“Sərhədsiz dünya” bir növ gələcək dünyanın ilkin (həm də müəyyən mənada yarımçıq, natamam) eskizidir. Amma müəllifin niyyəti heç də utopik, xəyali, idealist cəmiyyət haqqında mülahizə yürüdüb oxucunu yayğın, şirin illüziyalar səltənətinə dəvət etməkdən ibarət deyildir. Əsərdə bəşəriyyətin yaxın gələcəkdəki inkişaf və fəaliyyət tendensiyasının əsas istiqamətləri elmi-fəlsəfi aspektdə təhlil edilir, bir sıra ümumiləşdirmələr aparılır. Ciddi və “təhlükəli” bir problem haqqında söhbət açan, “neokosmopolit” kimi təqdim oluna biləcəyindən çəkinməyən, irəli sürdüyü nəzəri müddəaların tətbiqinə tamamilə əmin olan tədqiqatçı, öz qənaətlərini optimistcəsinə təqdir və müdafiə edir.
Müəllif (filosof-yazıçı Firuz Mustafa) özünün axtarış prizmasından keçirdiyi problemin mürəkkəbliyini, zəngin, rəngarəng, polifonik mahiyyətini dərk etməklə yanaşı, bir çox hallarda bilərəkdən “ənənəvi” tədqiqat metod və metodologiyasından yan keçərək sadə təhlil manerasına üstünlük vürmişdir; axı əsər təkcə dar ixtisas sahəsinin adamları üçün deyil, habelə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Bizə elə gəlir ki, dərki və həlli ilk baxışda parodoksal üslub və təfsirdə təqdim olunan, artıq qeyd edildiyi kimi, burada ilkin eskizləri çəkilən problemin çözümü və tədqiqi gələcəkdə yeni nüanslarla zənginləşib təkmilləşəcək. Açıq cəmiyyət, heç zaman qapalı, qaranlıq, birtərəfli, antihumanist “elmi” müddəaları qəbul edə bilməz. Biz əminik ki, XX1 əsr (yeri gəlmişkən, sizə təqdim edilən əsərin əsas variantı “XX1 əsr” jurnalında dərc edilib- bunun özü də rəmzi məna daşıyır!) parçalanmadan çox birləşməyə, bütövlüyə can atacaq. Dünya yeni minilliyin astanasındadır. Biz bu əsəri həm də ikinci minilliyə epiloq (sözardı), üçüncü minilliyə isə proloq (sözönü) hesab edirik.

https://www.yazyarat.com/firuz-mustafa/serhedsiz-dunya-tractatus-vQz

MənbəFiruz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Firuz Mustafa – Sərhədsiz dünya”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir